A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: “Miratur-rəşad” (hidayət güzgüsü)
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 148
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


İmam Baqir əleyhissalamdan nəql olunub ki, o Həzrət belə buyurub: “Kamal-dində fəqih olmaq, müsibət-lərə səbr etmək və həyatda iqtisad və qənaətlə dolanmaqdan ibarətdir”.[340]

Həmmadın İmam Sadiq əleyhissalamdan nəql etdiyi rəvayətdə deyilir: “Hər vaxt Allah taala öz bəndəsinə bir xeyir vermək istəsə onu dinində fəqih edər”.[341]

Həzrət İmam Sadiq əleyhissalamdan belə rəvayət olunub: “Alimlər ümmətin əmin adamları, təqvalı adam-lar fəth olunmaz qalaları və vəsilər isə rəhbərləridir-lər”.[342]

Ey oğul, bil və agah ol! həqiqətən elmi müzakirə etmək ibadətdir və sən də elmi müzakirələrdən uzaq olma. Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Elmi müzakirə edib bir-biriniz ilə bəhs edin və bir-birinizə hədis nəql edin. Həqiqətən hədislər qəlblərin cilalayıcısıdır. Qılınc paslandığı kimi qəlblər də paslanır və qəlblərin pasını təmizləyən hədislərdir”.[343]

İmam Baqir əleyhissalam buyurub: “Allah taala rəhmət etsin elmi dirçəldən bəndəyə. Elmin dirçəlişi isə din və təqva əhlinin onu müzakirə etməsidir”.[344]

Ey oğul, (Allah taala səni elm öyrənmək və saleh əməllərdə müvəffəq etsin) əgər zamanın tələbinə görə zillətə və yaxud qeyri-şəri yollara düçar olmaqdan qorxub pul qazanmağa məşğul olsan da belə təhsildən kənar düşməməlisən. Belə bir zamanda günün bir hissəsini təhsilə, digər hissəsini isə qazanca sərf etməlisən. Rəvayətlər əsasında təcrübə olunub ki, insanların ruzisi əvəlcədən bölüşdürülüb, nə səy göstərməklə artar və nə az səylə azalar.[345]

Ey oğul, belə bir vaxtda bütün ömrünü təkcə öz güzaranını yaxşılaşdırmağa sərf edib, təhsili birdəfəlik tərk etməkdən özünü gözlə ki, nəticədə heyvan səviyyəsinə yaxud ondan da aşağı bir səvviyyəyə düşərsən. Bundan sonra dini vəzifələrini anlama-yacaqsan, oxuduğun Quran və dualar dilində lağlağaya çevriləcək, amma mənasını başa düşməyəcəksən.

Oğul, mən rövzə oxuyub dolanışığını təmin etməyi sair qazanc yollarından sənə üstün bilirəm. Çünki rövzə oxumaqla sən, dini mətnləri araşdıracaqsan. Bu da sənin təhsilini davam etdirməyinə kömək olacaqdır.

Oğul, əgər rövzə oxumağı özünə peşə seçdinsə dilini Əhli-beyt (əleyhimussalam)-a yalan və böhtan deməkdən qorumalısan. Hər vaxt məclisdə hər hansı bir müsibəti oxuyarkən onun səhih mənbədən nəql etdiyini (əgər varsa) qeyd etməli və ya savadlı, alim adamlardan eşitdiyin hekayətləri söyləməlisən. Elə güman etmə ki, camaatın ağlamağına səbəb, onlara çoxlu rövzə və müsibət oxumaqladır. Xeyr, əksinə hüzn, qəm və ağlamaq şiənin qəlbinə müsibəti gözəl bəyanla yetirməklə hasil olur. Buna görə də Əhli-beyt (əleyhimussalam)-dan hər birinin müsibətini oxumaq istədikdə əvvəlcə onun kəramətlərindən birini, sonra isə onun müsibətini zikr et. Çünki bunun qəlblərdə müsibətin təsir qoymağına böyük əhəmiyyəti vardır. Necə ki, bu, təcrübə və müşahidə olunmuşdur.

Oğul, heç vaxt təbib olmağa meyl göstərmə. Çünki tibbin xətəri böyükdür və ağır nəticələri çoxdur. Sonradan o nəticələrdən qurtulmaq çox çətindir, məxsusən öz əlinlə müalicəni aparmış olsan.

Ey oğul, əgər təhsildə elmin yuxarı mərtəbəsinə yetişdinsə heç vaxt rəyasət arzusunda olma və nəfsini ona tərəf meyl etməyə qoyma. Çünki rəyasət insanı həlakətə çəkər, onun dinini məhv edər.[346] Həzrət İmam Sadiq əleyhissalamdan rəvayət olunub: “Hər kim rəyasət arzusunda olsa həlak olar”.[347]

İmam Sadiq əleyhissalam buyurub: “Rəyasətdən özünü qoru və camaatın dalınca sürünməkdən çəkinin. Ravi deyir: İmam əleyhissalama ərz etdim:

-Sizə qurban olum, mən dediyiniz rəyasəti başa düşdüm. Amma camaatın dalınca getmək məsələsinə gəldikdə isə, mənim malımın üçdən iki hissəsi bu yolla əlimə gəlir. Həzrət buyurdu: -Xeyr, məqsədim bu deyil. Heç vaxt bacarıqsız bir adama rəhbərlik verib onun hər sözünü təsdiq etmə”.

Mən sənə agah, bu işdə təcrübə görmüş bir adam kimi xəbər verirəm ki, əgər bu işdə (rəyasət sahibi olsan) haqqın acılığını üzərinə götürüb onu müdafiə etsən, heç vaxt qəlbində rahatlığın olmayacaq və camaatın arasında da məzəmmət olunacaqsan. Amma əgər camaatın meyli ilə hərəkət etsən onda axirətini əlindən verəcəksən. Oğul, rəyasətdən yırtıcıdan qaçdığın kimi qaç. Çünki səni ibadətdən ayıran və camaat arasında məzəmmətə düçar edən bir şeyin heç bir xeyri yoxdur. Mən ömrümdə elə bir vəzifə sahibi görməmişəm ki, elminə, dininə vəfadar olsun və kənardan təzyiqlərə məruz qalmasın. Bəzən olub ki, adamın bütün malını və namusunu özlərinə halal, ona böhtan və söyməyi caiz və hətta onunla “Hərbi kafir” (yəni heç bir cəhətdən ehtiramı vacib olmayan kafir) kimi rəftar ediblər.

Ey oğul, məbadə rəyasətə çatmaq üçün müqəddimə və hazırlıq görəsən! Çünki bu işinlə özünü həlakətə aparar, rahatlığını və dinini əldən verərsən. Əgər hər hansı bir vəzifə icbari surətdə sənə tapşırılarsa onda sənə vacibdir ki, nəfsini hər an onun fitnəsindən qoruyasan. Çünki onun xətəri böyük, inhirafı çox, mənfəəti az və zərəri böyükdür. Onun acı nəticələrindən salamat qurtaranlar çox azdır.

Ey oğul, alim üçün ən qorxulu olan şeylərdən səni nəhayət dərəcədə çəkindirir və onlardan uzaq olmağı sənə tövsiyə edirəm: Onlardan biri qəzavət və hakimlikdir. Həqiqətən qəzavət xətərli zəhər və müalicəsi mümkün olmayan xəstəliyə bənzəyir. Oğul, ondan uzaq ol! Çünki qəzavət qədəmlərin haqq yolundan azdığı və sürüşdüyü yerdir. Məxsusən indiki zamanda dindarlar çox azdır və şeytanın bəndələri və hiyləgər adamlar çoxdur. Belə olan surətdə hansı ağıllı adam bir işin ki, sahibləri dörd qisimdir və o dörd qismin üçü cəhənnəmdə, yalnız bir qismi cənnətdə olacaq onu özünə peşə seçər?![348] Hansı tacir bir ticarətə əl atar ki, faydası zərəri ilə bərabər olmaya?! Dindar olan bir adam necə Peyğəmbər və Peyğəmbərin vəsisinə (İmama) məxsus olan bir mənsəbdə əyləşməyə cəsarət edər? Kimdir o kəs ki, özünə arxayın halda o məqama layiq olduğunu iddia edə, amma həlakətə düşəcəyini ehtimal verməyə?

Ey oğul, (Allah taala səni xətalardan qorusun!) şeytanın sənin gözündə gözəl cilvələndirdiyi şeylərdən və onun xülyalarından çəkin. Elə güman etmə ki, hökm vermək daha sənə vacibdir. Belə etmə ki, sən də hökm verməklə bilməyərəkdən bədbəxtliyə düçar olasan. Oğul, əgər bir məntəqədə olasan ki, zehnini hər şeydən pak edib fikirləşəndən sonra sənə məlum ola ki, həqiqətdə fətva vermək vacibi eynidir (hər iki səciyyəni özündə cəm etdiyin üçün)[349] və əgər sən fətva verməyi tərk etsən camaatın namusunda, nəfsində, malında hərc-mərclik yaranar. Haqq sahibini tanısan hər iki tərəfi ehtiyata əməl etməyə vadar et və sülh yarat. İkincisi: Xəyanət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) övladlarından və sair nəsillərdən olan fəqirlərin, miskinlərin haqqlarına xəyanət etmək. Bəzən bu xəyanət heç bir şəri səbəb olmadan özünün və əyalının yaşayışını firavanlaşdırıb onları sair yoxsullardan üstün etməklə olunar. Bəzən də yoxsulun malını sərf etməkdə nəfsin əmrinə tabe olub onu sahibinə çatdırmaqda xəyanət olunar. Oğul, mənim ustadım və atamın (Allah taala onun dəlilini mənə işıqlan-dırsın) etdiyi vəsiyyəti sənə vəsiyyət edirəm: -Əgər mərcə (müctehid) oldun ilk mərtəbədə beytul-malı özün və əyalın üçün sərf etməkdən imkan daxilində imtina et. Hədiyyələrlə qane ol. Mən xatircəm deyiləm çünki sən əgər birinci dəfə lazimi qədər beytül-maldan götürsən sənin ürəyin bərkiyəcək və ondan sonra rifaha çatmaq dərəcəsi qədər götürməyə cürət tapacaqsan. Ondan sonra şadlıq edib kef çəkmək üçün ondan götürməyə cəsarət edəcəksən. Ondan sonra o malları özündən sonra övladların və əyalın üçün mülk yığmağa sərf etməyə cəsarət edəcəksən. Beləliklə öz nəfsinə həlakət gətirəcəksən. Ehtiyac (qiyamət) günündə əzaba layiq müstəhəqq olarsan. Həqiqətən hüquq (beytul-mal) şübhəli şeylər kimidir. Hər kim onun ətrafına dolansa ona giriftar olacaq. Bəli, əgər mərcəi təqlid və hüquq (beytul-mal) olmadın, onda beytul-maldan ehtiyacını dəf etmək üçün, lazımı miqdarda götürməyinin qorxusu yoxdur. Elə güman etmə ki, əgər sən beytul-malı özün və əyalın üçün sərf etməkdən imtina etsən acından öləcəksən. Həqiqətən ruzinin qəyyumu əmindir. Əgər səni beytul-maldan imtina etdiyini görsə onda sənə təyin etdiyi miqdarda hədiyyələrdən ruzi verəcək. Necə ki, qəti təcrübələr bunu sübuta yetirib. Oğul! Mən beytul-malı özümə və əyalıma sərfindən xərcləməkdən imtina etdiyimə görə çox təəccüblü nəticələr, çoxlu qəribə faydalar görmüşəm. O imtinadan qəlbimdə nur, ömrümdə bərəkət, itaət etməkdə tovfiq (müvəffəqiyyət) və zillətdən qurtuluş görmüşəm. Kərim və səxavətli olan Allahdan diləyirəm bütün bunları sənə əyani olaraq göstərsin, çünki bəyan əyan kimi ola bilməz. İkinci budur: oğul, beytul-malı sahibinə çatdıranda gərək qürbət qəsdi edəsən. Heç vaxt etdiyin bəxşişi puç olan dünyəvi niyyətlərlə əncam vermə. Beləliklə də məbada sənə xidmət edib təzim göstərənə əta edəsən və sənə yaxınlaşmayıb, sənə etina etməyənin haqqını kəsəsən. Heç bir şəri səbəb olmadan sənə yaxın olanın payını uzaq olanın payından çox edəsən. Bu işin sənə yaxın olduğuna görə və sənə sədaqət göstərdiyinə görə yox, əksinə bu işin verdiyin o adamın imanına və təqvasına görə olmalıdır. Gərək sənin əta etdiyin adamı şəri fəzilətinə görə başqalarından üstün edəsən. Çünki beytul-malı əta edib sahibinə çatdırmaq ibadətdir və ibadətdə qəsdi-qürbət etmək şərtdir. Bu qürbət qəsdi ilə boş və puç qərəzlər ziddiyyət təşkil edirlər. Əgər ibadətdə niyyət xalis olmasa onda haqqın sahibinin və fəqirlərin hamısının müqabilində borclu qalacaqsan. Qiyamət günündə sənin şəfaətçilərin sənə düşmən olacaqlar. Onda malı əlindən çıxardığın üçün dünyada ziyankar, qürbət qəsdi etmədiyin üçün də axirətdə ziyankar olacaqsan. Bununla da şairin dediyi bu şerin nümunəsinə çeviriləcəksən “Gördünmü nə iş gördü eşşək, özü zəhmət çəkdi, amma başqası xeyrini gördü.” Üçüncü: Fətva verməkdə tələsmək. Fətva verməkdə tələsmək böyük bir dərddir. Oğul, bu dərddən uzaq ol. Oğul, fiqhin bütün bölmələrini əhatə etməmişdən qabaq heç vaxt fətva vermə. Çünki fiqhin bəzi bölmələri biri-digəri ilə əlaqədardır. Mən dəfələrlə müasir alimlərin fətvalarında elə bir məsələyə rast gəlmişəm ki, müəyyən bir qaydaya əsasən icma (rəy birliyi) edilib yaxud da həmin məsələ barəsində icmanın əksinə və o bölməyə münasib olan əsasların zahirinə etimad edilib. Çünki onlar bu ünvanla əlaqədar olan ayrı bölmədəki azacıq bir əlaqəyə agah olmayıblar.

Əgər sən “Vəsailüş-şiə” kitabının icarə bölməsində[350] (27-ci bölmə) qatırın icarəsi haqqında Əbu Vəlladdan nəql olunmuş rəvayətə nəzər etsən onda fətva verməyin xətasının nə dərəcədə böyük olmasını başa düşərsən. Əgər bir neçə dirhəmin haqqında düzgün olmayan fətva göyün yağışı dayandırmasına və yerin bərəkətini yox etməsinə səbəb olarsa onda malların, namusların və möhtərəm nəfslərin haqqında Allah taalanın nazil etdiyi hökmlərin əksinə fətva verməyin işi necə olacaq? Nəql edirlər ki, Əllamə Hilli oğluna yuxuda xəbər verib ki, “Əgər yazdığım “Əlfeyn” kitabı olmasaydı və Həzrət İmam Hüseyn əleyhissalamı ziyarət etməsəydim onda o kitabda verdiyim fətvalar məni bədbəxt edəcəkdilər”. Halbuki, Əllamə Hilli Ayətullah idi. Fiqh elminə, rəvayətlərə, rəvayətlərin sənədlərinə və onları nəql edən ravilərin tərcümeyi-hallarına agah idi.

Ey oğul! Fiqh elmini tam surətdə əhatəli mənimsəməmişdən qabaq fətva verməyi öhdənə götürmə. Hətta tam surətdə onu mənimsəməkdən sonra da bu məqamı öhdənə alma, yalnız naçar olan halda və fiqh elmini əhatə etmək, yalnız sənə sənin fətva verməyinə bağlı olan surətdə bunu edə bilərsən. Əgər imtina etməyin camaatın haqq yolundan azıb zəlalətə düşməsinə və cahillərin o məqamı ələ keçirməsinə səbəb olsa onda fətva ver. Dördüncü: Şöhrətpərəstlik. Şöhrətpərəstlik və cah-cəlal çox vaxt mərcəiyyətlə bir yerdə olur, əcri batil edib həlakətə səbəb olur. Oğul özünü ondan hifz et və hər an öz nəfsini ondan gözlə. Həqiqətən nəfs insanı pis işlərə tərəf sövq edir. Yalnız Allah taala rəhm edib onu saxlasa ondan qurtulmaq olar. Oğul Allah taala səni və məni nəfsi islah edib meyli ki, ondan uzaqlaşdırmağa müvəffəq etsin. Həqiqətən Allah taala öz bəndələrinə qarşı mehribandır və muradını əncam verməyə qadirdir. Beşinci: Təzvir. Təzvir özünü zahidliyə vurmaqla, zahiri gözəlləşdirməyə qənaət edib batinə əhəmiyyət verməmək və batinin zahirlə ziddiyyətli olmasından ibarətdir. Bu iş bizim zəmanəmizdə çox geniş yayılıb və o dərəcəyə yetişib ki, onunla məzəmmət olunuruq. Oğul, ondan pərhiz edib uzaq ol. Çünki o böyük olan Allaha qarşı gizli şirkdir. Bəlkə də aşkar şirkdir. O əmələ mürtəkib olan camaatı Allah taaladan uzaqlaşdırıb başqasına tərəf sövq edir. Batində olan şeylər heç vaxt məxfi qalmaz onların aşkara çıxması riyakarın camaatın nəzərindən düşməsinə və onun bəndələr arasında biabır olmasına səbəb olar.[351]

Oğul, tayfanın böyüyü ilə dost ol, bəlkə də hamısı ilə dost və rəfiq ol. Özünlə onun arasında olan anlaşılmazlığı islah etmək və hər bir cəhətdən zahirlə batin arasında bərabərliyi riayət etmək sənə vacibdir. Şair bu haqqda gözəl deyib:

“Ey kaş, mənimlə sənin aranda bir abad edən olaydı. Mənimlə aləmlər arasında bir viranə var.”

BEŞİNCİ FƏSİL

Məişət işlərinə aid vəsiyyətlər

MəsKən, Paltar, dostla oturub-durmaq, ailə həyatı qurmaq, həyat yoldaşı ilə rəftar və övlad tərbiyə etməK haqqında vəsiyyətlər

Oğlum, (Allah taala sənin işini avand və ömrünü uzun etsin. Allah səni razı olduğu işlərə nail edib sənin gələcəyini keçmişindən xeyirli etsin) sənə vəsiyyət edirəm o vaxta qədər ki, sənin yaşayışın ortabab, hətta haram işlərə düçar olmadan aşağı səviyyədə də keçsə Nəcəf şəhərində sakin ol və bir neçə şeyə görə zillətə qatlaşma. Onlardan biri budur ki, Həzrət Əmirəl-möminin əleyhissalamın öz qonşularını himayə edib onları adamların şərindən hifz etməkdə özünə məxsus səciyyə var. Necə ki, axırıncı on illikdəki təcrübə və qabaqkı əsrlərdəki müşahidələr buna dəlalət edir. Həzrət Əmirəl-möminin əleyhissa-lamın kəlamı bunu sübuta yetirib: “Nəcəf mənim hərəmimdir. Hər zülümkar pis niyyətlə ona tərəf üz qoysa Allah taala onun belini sındırar”.[352]

Həzrət Əmirəl-möminin Kufənin arxa nahiyəsinə (Nəcəfə) işarə edərək buyurub: “Hər bir zalım ora (Nəcəfə) pis niyyətlə hücum çəkibsə Allah taala onu qatili ilə dala qaytarıb”.[353] Həzrət əleyhissalam digər bir yerdə buyurub: “Hər vaxt dünyanın sair məntəqələrində bəla qulağın ucuna qədər olsa onda səndə topuğa qədər olacaq”.[354] Hər kim ağılları heyran qoyan bu tənəzzül edib fəsada uğradan zəmanəmizə diqqət etsə[355] bu rəvayətin mənasını başa düşəcək və Həzrət Əmirəl-möminin əleyhissalamın öz qonşusunu nə dərəcədə himayət etdiyini dərk edəcək. İkincisi budur ki” -Həzrət Əmirəl-möminin əleyhissalamın ziyarətində və onun yanında namaz qılmaqda böyük fəzilət var. Aqil adam özünü o fəzilətə nail olmaqdan məhrum etməz.[356]

Üçüncü: -Nəcəfdə sakin olmaq məcburi surətdə günahlardan uzaq olmağa səbəb olur. Çünki o günahların müqəddimələri sair məkanlarda olduğu kimi mümkün olmur. Dünyanın sair nöqtələrində üləma üçün müyəssər olan dünyəvi rəyasətlər kimi (məxsusən İran kimi) və bundan başqa şeylər ki, insaflı, dərrakəli adamdan gizli deyil. Əgər Nəcəfdə sakin olmaq sənin üçün müyəssər olmasa, yaxud Nəcəfdə sakin olmaq şəri hökmlərlə müxalifət etməyə bağlı oldu yaxud da zillətə düçar olmağa bais oldu onda sənə oradan xaric olmaq vacibdir və digər müqəddəs astanələrin birində sakin ol. Kərbəladan başqa hər hansı bir astanəni Nəcəfə müqəddəm et. Çünki hədisdə var ki, Kərbəlada sakin olmaq məkruhdur.[357] Məlum olan təcrübələr göstərir ki, Kərbəlada sakin olmaq ürəyin daşlaşmasına səbəb olur. Kərbəlada sakin olmaq insanın etinasız olmasına gətirib çıxarır.[358]

Oğul, o vaxta qədər ki, müqəddəs məkanı sənin yaşayışın harama mürtəkib olmağa və zillətə düçar olmağa səbəb olmayıb onlardan başqa şəhərlərdə yaşamaqdan pərhiz et. Çünki müqəddəs astanalarda yaşamağın axirət faydaları var. Hətta elə dünyəvi faydaları var ki, o faydalar onlardan başqa şəhərlərdə yoxdur. Oğul, əgər bu müqəddəs məkanların heç birində sakin olmaq sənin üçün müyəssər olmasa onda elə bir şəhəri yaşamaq üçün seç ki, onun əhalisi təqvalı, saleh, təmkinli, vüqarlı, dərrakəli və elmli olsunlar.

Ey oğul, müqəddəs məkanlarda birində sakin olanda həmin məkanlara yaxın olan məhəllədə bir ev al. Çünki mənzilin məzardan uzaq olması bəzi vaxtlar qorxuya görə ya yağışa görə, ya şəhərdə olan fəsada görə, ya vaxtın azlığına, görə ya bunlar kimi sair işlərə görə ziyarəti tərk etməyə bais olur. Əgər müqəddəs məkanların başqa bir şəhərdə sakin olsan onda həmin şəhərin mərkəzində sakin ol. Çünki şəhərin mərkəzində sakin olmaq zərər-ziyandan salamat və uzaq olma deməkdir.[359]

Oğul, səy et imkan daxilində kiçik də olsa, yaşamaq üçün bir mülk və ya şəri cəhətdən yaşamağı caiz olan bir ev əldə edəsən. Çünki maliki olduğun və ya mülk misalında olan bir ev (kiçik də olsa) dünya və din cəhə-tindən geniş, icarə olan evdən yaxşıdır. Çünki icarə olunan evdə sakin olmaq zillət düçar olmağa bais olar.

Ey oğul, hər vaxt ev almaq və ya icarə etmək istəsən qonşular haqqında təkidlə axtarış et. Əvvəl qonşu sonra ev.[360] Həqiqətən mən bundan qafil oldum, nəticədə uzun müddət qonşularımdan mənə elə narahatçılıqlar yetişdi ki, onların bəzilərinə dözmək az qala mənim taqətimdən xaric oldu. Əgər Allah taalanın lütfü və hifzi olmasaydı onda mən xoşa gəlməz vəziyyətdə qalardım.

Ey oğul, əgər sənin məskəninin təmirə ehtiyacı olsa onda onun hamısını bir ildə təmir etmə. Hər il onun bir tərəfini təmir et. Əvvəllər təmir etdiyin yerin hamısını sökmə. Onun möhkəm olan yerini saxla. Çünki təcrübə olunub ki, hər kim evini bir ilin içində əsaslı surətdə təmir etsə o evdə sakin olmaq ona nəsib olmaz və ondan doymaz. Bundan əlavə möhkəm olan yeri sökmək malı tələf və israf etməkdir.

Ey oğul, evini hər cəhətdən əsaslı təmir etməkdən pəhriz et. Mal-dövlət sahibi olanda lazım olan miqdarı təmir etməklə qane ol. Çünki dünya əbədi qalmaq və şadlıq yeri deyil. Ondan o qədər istifadə et ki, sənə bəs etsin. Ehtiyacını yox etmək üçün lazım olan qədər dünya malı ilə qane ol. Qalan malları isə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in pak zürriyə-lərinə, şiələrin yaxşılarına, əta etməkdə onların subaylarını evləndirməkdə, onların kasıblarına kömək göstərməkdə və s. yerlərdə xərclə. Oğul, əgər imkanın olsa geniş bir ev al. Çünki insanın səadə-tindən biri hər iki dünyada evinin geniş olmasıdır.[361]

Oğul, Allah taala mənə və sənə o səadəti nəsib etsin. Ey oğul, sənə tövsiyə edirəm (Allah taala səni təqva paltarı ilə geyindirsin) orta səviyyəli paltarlardan gey ki, o cür paltarı varlı və yoxsul geyir. Çünki sən əgər yoxsul olsan o cür paltar geyməklə həddini aşmış sayılmazsan. Onunla camaatın mallarını və haqqını lazım olan miqdardan artıq xərcləməklə pis vəziyyətdə qalmazsan. Əgər varlı olsan orta səviyyəli paltar geyməklə xərcində dünyada zahid olarsan və fəqirlər sənə müsəllət olacaq. Çünki bu yaramaz dünya daim dəyişməkdədir. Əgər sənin nəfsin orta səviyyəli paltarları geyməyə adət etsə onda dünya malı səndən üz döndərəndə sənin yoxsul olmağın bilinməz. Əgər sənin nəfsin varlıların geydiyi paltarlara adət etsə, dünya səndən üz döndərəndə əgər adət etdiyin paltarları geyinməyə davam etsən onda öz nəfsini qüdrətin çatmadığı şeyə vadar etmiş olarsan. Bəzi vaxtlar ona görə harama giriftar olarsan. Əgər əvvəllər geydiyin paltarlardan aşağı dərəcəli paltar geysən onda həyatındakı boşluq, paltarındakı və üzündəki zillət zahir olar.

Ey oğul, nadir fəxri paltar geyməkdə, zahidlikdə və dəbdəbədə ifrata uğrama. Çünki bu iş qadağan olunub. Ən yaxşısı ortabab olmaqdır.[362] Oğul, paltar geyəndə şəri cəhətdən məqsədə uyğun paltarlardan gey. Pak və təmiz olsun. Ağlın və şəriətin hökmünə əsasən təmiz kətan paltar çirkin xəz paltardan üstündür.

Ey oğul, (Allah taala sənə yaxşı dostlarla oturub-durmağı nəsib etsin) hər vaxt bir nəfərlə oturub-durmaq istəsən bax gör kiminlə oturursan. Çünki insan müsahibi ilə tanınır. Oğul, əqidəsi xarab, günahkar, şəxsiyyətsiz, rəzil, yaramaz, pis adət və əxlaq sahibi olan adamlarla oturub-durma. Çünki insan hər bir müsahibindən onun xislətlərini götürür. Oturub durmaq özü insana təsir edən bir işdir. Həzrət Əmirəl-möminin əleyhissalama mənsub olan külliyyat[363] bu dediyimi əhatə edib: “Cahil qardaşınla oturub-durma, ondan uzaq gəz.”. Nə qədər dünyada cahil adamlar var ki, onunla qardaşlıq edən aqil adamı həlak edib. Kişini onunla yol gedən adamla müqayisə edərlər. Hər bir şeyin başqa şeylər arasında bənzəri var. Rəvayət olunub ki, Loğman oğluna dedi: “Ey oğul! Öz elmin üçün bir dost seç”. Əgər müsahiblərini Allah taalanı zikr edənlərdən görsən onda onlarla otur-dur. Əgər özün alim olsan elmin sənə fayda verəcək və əgər cahil olsan onda onlar sənə öyrədəcəklər. Çünki bununla ümid edirəm ki, Allah taala onlara öz rəhmətini şamil edər və o rəhmət səni də onlarla bir yerdə əhatə edər.[364]

Həzrət Əbul-Həsən İmam Museyi Kazim əleyhis-salamdan rəvayət olunub: “Həqiqətən alimlə zibilliyin üstündə oturub söhbət etmək cahil adamla məxmər xalça üstündə söhbət etməkdən yaxşıdır”.[365] Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub: “Həvarilər (Həzrət İsa əleyhissalamın şagirdləri) İsa əleyhissalama dedilər: -Ey Ruhullah, biz kiminlə oturub-duraq? Həzrət İsa əleyhissalam buyurdu: -Hər kimin görüşü Allah taalanı sizin yadınıza salır, məntiqi sizin elminizin artmasına kömək edir və elmi sizi axirətə qarşı rəğbətləndirir onunla oturub-durun”.[366]

Həzrət Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: “Din əhli ilə oturub-durmaq dünya və axirət üçün şərəfdir”.[367]

Əbu Cəfər İmam Məhəmməd Baqir əleyhissalam buyurub: “Etimad etdiyim adamla bir məclisdə oturub söhbət etmək mənim üçün bir ilin əməlindən etibar-lıdır”.[368] Əmirəl-möminin əleyhissalamdan rəvayət olunub: “Şəxsiyyətsiz adamla oturub-durmaqdan çəkin. Çünki şəxsiyyətsiz adam xeyrə tərəf aparmaz”.[369]

Şeyx Səduq (r.h) deyib: “Şəxsiyyətsizin” mənası[370] Haqqında gəlmiş rəvayətlər bir neçə surətdədir: “Şəxsiyyətsiz o kəsdir ki, özünün dediyi və başqasının onun haqqında dediyi sözlərə heç bir əhəmiyyət verməz”, “Şəxsiyyətsiz o adamdır ki, tənbur (tara oxşar musiqi aləti) çalar”, “Şəxsiyyətsiz o adamdır ki, ehsan onu sevindirməz və pislik onu naraht etməz”, “Şəxsiyyətsiz o adamdır ki, rəhbərlik iddiası edər, amma özü rəhbərliyə layiq olmaz”. Bütün bunlar şəxsiyyətsiz adamın sifətləridir. Hər kimdə bu sifətlərin bəzisi yaxud hamısı olsa belə bir adamla qaynayıb qarışmaqdan uzaqlaşmaq vacibdir. Bəli əgər günahkar və alçaq adamla oturub-durmaqdan məqsədin onu islah etmək və onu rəzil əxlaqlardan pak etmək olsa (onda pis adətləri kəsb etmədən və camaat arasında ittiham olunmadan) onda sənə onu islah etmək üçün lazımi qədər onunla oturub-durmaq vacibdir. Çünki kamil insan yalnız öz nəfsini tərbiyələndirib cəhənnəmin odundan özünü nicat verən adam deyildir. Əksinə kamil insan o kəsdir ki, başqasını da tərbiyələndirsin. Buna görə də “Əmr be məruf və nəhy əz münkər” ən mühüm vaciblərdən biri kimi qərar verilib. Əmr be məruf və nəhy əz münkər bütün vacib yetirməyə təkid edir. Çünki bu iki əməldə başqasını tərbiyələndirib onu günah etməkdən çəkindirib itaətə sövq etmək və onu cəhənnəmin odundan xilas etmək kimi xüsusiyyət vardır. Ey oğul! Əgər evlənmək istəsən (Allah taala sənə hər iki dünyada xeyir versin) evlənmək istədiyin qadının əsil-nəsəbini axtar. Çünki uşaq ondan doğulacaq. Çünki ona bətninin və südün uşağa təsiri var.



Geri   İrəli
Go to TOP