A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: “Miratur-rəşad” (hidayət güzgüsü)
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 148
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Məsum imamlarımız təkəbbürün əlacı üçün yollar göstərmişlər, məsələn” o yamaqlı paltarlar və cırıq (yaxud köhnə) ayaqqabı geymək, surəti torpağa sürtmək (səcdə), çiyində yük götürüb bazardan evə aparmaq, ulaq minmək, keçi sağmaq, yoxsullarla birgə əyləşmək[252] və sair (lakin hal-hazırda indiki zamana uyğun olmalıdır). Mütəal Allah bəzilərinin təkəbbürünə görə əlindən çox böyük nemətləri almışdır. Hətta Yusif peyğəmbərin o hərəkət və rəftarından sonra onun nəslindən peyğəmbər-lik götürülmüşdür.[253] Bunların ən dəhşətlisi Mütəal Allahın Şeytanın təkəbbür edib Adəmə səcdə etmədi-yinə görə öz yanından (ən böyük nemət) qovmasıdır.[254]

Oğul, özünü təkəbbürdən saxla, himayət et. Hətta təkəbbürün zərərlərindən uzaq olub, qurtulasan. Oğul, təvazökar ol ki, dünya və axirətdə xeyirə çatasan. Hədisdə deyilib ki, təvazökarlıq insanın məqamını yüksəldər,[255] ona şərəf gətirər, hikmətə[256] yol açar, cisim və ruhunda Allahdan qorxu və həya[257] toxumlarını səpər.[258]

Tam, həqiqi şərəf yalnız Allaha xatir təvazö edənlərdə nöqsansız qala bilər. Mütəal Allah təvazökar bəndə ilə mələklərə fəxr edər. Hər bir insanın boynu bir mələk əlindədir ki, təkəbbürlük etdiyi vaxt onun boynunu yerə sarı çəkib, deyər: “təvazö et, Allah səni endirsin”, təvazö etdiyi vaxt isə onun yuxarı doğru çəkib deyər: “başını qaldır, Allah səni yüksəltsin (məqamı-nı) və bu təvazökarlığına görə səni heç vaxt alçaltma-sın”.[259] Mütəal Allahın Musanı özü ilə danışmağa nəsib etməsinin səbəbi onun təvazökarlığına görə idi. Musa öz nəfsini ən aşağı saydığına görə Allah onun zəmanəsindən ən yüksək məqamı ona əta etmişdir və insanlar arasında[260] Allaha ən yaxın olanlar təvazö edən kəslərdir.[261]

Oğul, məxluqatdan heç bir şeyi kiçik sanıb, ona alçaq nəzərlərlə baxma ki, bu, Allahın məqamına toxunmaqdır. Bir dəfə Nuh peyğəmbər xəstəliyə düçar olmuş bir itin yanından ötərkən bu nəcür itdir dediyi vaxt it dilə gəlib dedi: “Ya Nuh mənim Allahım məni bu cür yaradıbdır, əgər qadirsənsə məni dəyişib, gözəl et”. Nuh peyğəmbər dediyi sözə peşman olub, qırx il ağladı. Allah onun adını Nuh qoyub (ağlayıb çox növhə edən, halbuki əvvəl onun adı Əbdülcabbar idi) buyurdu: ey Nuh nə vaxta qədər növhə edəcəksən? Mən səni bağışladım. Həmçinin, Musa peyğəmbərə Mütəal Allah vəhy etdi ki,[262] mənimlə münacat etməyə gələndə özündən aşağı bir kimsəni də özünlə gətirərsən. Musanın hər şeydən əli üzüldükdən sonra, axırda xəstəliyə düçar olmuş bir iti özü ilə apardı. Lakin yolda Musa onu da azad edib, aparmadı. Mütəal Allah ilə münacat edərkən Allah and içib buyurdu: Əgər iti gətirsəydi, onu peyğəmbərlər silsiləsindən silərdim. Oğul, sən özünü hətta xəstə və murdar itdən də yaxşı hesab etmə. Bəzi ariflərin dediyinə görə nə qədər ki, bəndə özünü xalq içində bir başqasından yaxşı güman edirsə, o bəndə təkəbbürlüdür.

Oğul, tamahkar olma ki, cəddimiz Adəm peyğəmbər belə behiştdə bütün nemətlərdən istifadə edə biləcəyi halda qadağan olunmuş “buğda”ya tamah saldığına görə behiştdən çıxarıldı.[263]

Tamahkarlıq haqqında hətta Şeytanın da nəsihət-ləri vardır. Onun Nuh peyğəmbərə olan nəsihətlərindən biri belədir:[264] “Heç vaxt naməhrəm qadınla xəlvət bir yerdə tək qalma ki, belə halda mən orada hazır olaram və qəlbinə vəsvəsə etməklə səni təhrik edib zinaya mübtəla edərəm. [265]

Oğul, heç vaxt xudpəsənd olma ki, dinə-imana afət və böyük bir bəladır, saleh əməlləri heç edər və səni həlakətə salar. Bir dəfə İsa peyğəmbər öz müridlərindən biri ilə sudan keçməli olurlar. İsa “bismillah” deyib, suyun üzəri ilə getməyə başlayır. O da İsanın ardınca sidq ürəkdən “bismillah” deyib yola düşür. Gedərkən birdən ürəyindən belə bir fikir keçir:- İsada suyun üzərində yeriyir məndə, daha onun məndən nəyi artıqdır? (onun mənə olan fəziləti nədir? Bu söz ürəyindən keçən kimi suya batır və İsadan kömək istəyir. Həzrət İsa tez özünü yetirib onu sudan çıxarır. Sonra İsa ondan suya batmağının səbəbini soruşduqda öz ürəyindən keçəni İsaya söyləyir. Həzrət İsa ona deyir ki, sən özünü layiq olmadığın bir məqamda gördüyün üçün Allahın sənə qəzəbi tutdu. Bu fikrinə görə tez tövbə et. O, tövbə etdikdən sonra Mütəal Allah onu əvvəlki mərtəbəsinə qaytarır.[266]

Oğul, (Allah səni şərdən saxlasın) nəfsində xudpə-səndliyə yol vermə və heç vaxt həddini aşma.

Oğul, məbadə riyaya mübtəla olasan ki, mötəbər hədislərə görə bu, Allaha şərik qoşmaqdır. Hədisdə var, hər kəs əməllərini Allahdan qeyrisi üçün görərsə Allah qiyamət günü əməlini öz əlinə tapşırar.[267] Riyakarı qiyamət günü dörd ad ilə çağırıb deyərlər: -Ey günahkar, ey kafir, ey xain, ey ziyankar, əməllərin batildir və savabı da heç. Bu gün sənə qurtuluş yoxdur və əməllərini kimə xatir edirdinsə savabını da ondan tələb et.[268] Bundan əlavə, hədislərdə belə gəlib ki, bəndənin Allah üçün sidq ürəklə gördüyü az əməlini Allah qiymət verib artırar və onun başqalarına görə min bir zəhmətlə gecələri oyaq qalıb gördüyü saysız əməllərini isə Allah qiymətsiz bir şey kimi eşidənlə-rin gözündə azaldar.[269]

Həmçinin ağıl da zahirdə Allah üçün, batində isə hər hansı bir bəndəyə göstərmək məqsədilə görülən əməli bəyənmir və çox pis bir iş bilir. İnsanın başqa bir insana, yaxud özündən zəif və hətta bit-birə, ağcaqanad və milçək kimi xırda həşəratların zərərindən özünü qoruya bilməyən və onların sorub çəkdiklərini, geri qaytarmaqda aciz olan məxluqatın hər hansı birinə ibadət etmək heç də aqilanə bir iş deyildir.[270]

Oğul, Mütəal Allahın rəhməti çox genişdir. Elə buna görədə (günahkar olsanda) heç vaxt onun rəhmət və fəzlindən naümid olma. Həmçinin qəzəbi də çox şiddətlidir ki, heç vaxt nəyəsə arxayın olma. Çünki bu iki sifət Mütəal Allahı qəzəbləndirən kəbirə günah-lardandır[271] ikisi də Allahı saymayıb, ona aşağı nəzərlə baxmağa ehtiramsızlığa gətirib çıxarar. Mən bəzi adamların şahidiyəm ki, Şeytan onları cürbəcür günahlara sövq etməklə kifayətlənməyib hətta vəsvəsə ilə də aldadıb, Allahın rəhmətindən məyus və nəticədə tövbə etməkdən də naümid etmişdir. Onlar bu halda həm Allahın rəhmətindən məyus və günahları məhv edib paklayan tövbədən məhrum olmaqla iki böyük günaha mübtəla olmuşlar. Oğul, hər zaman Şeytan vəsvəsə edib, səni günaha salarsa tez tövbə edib Allaha yalvar ki, bu sənin günahının bağışlanmasına səbəb olar. Tam ciddiyyətlə edilən tövbə günahı məhv edib paklayar.

Oğul, gərək bu işdə çox dəqiq olub daim[272] tövbə etməlisən. Bəndənin hər vaxt günah və xəta, bəzən də üstün sayılan işləri tərk etməsi mümkündür.

Oğul, bil ki, tövbə yalnız istiğfar (əstəğfirullah) demək deyil. İstiğfarla yanaşı günah Mütəal Allahı məsxərə etməkdir. Mükəmməl tövbə məsumların dediyinə görə altı şərtdən ibarətdir: keçmiş günahlardan peşman olmaq, qəti qərara gəlib birdə o günahları etməmək, yediyin camaatın haqqını özlərinə qaytarmaq və halallıq almaq, zülmlə aldığın şeyləri öz sahiblərinə qaytarmaq, vacib əməllərin qəzasını yerinə yetirmək, haram və günahdan əmələ gəlmiş bədənindəki əti oruc və ibadətin ağrı-acısıyla dərin sümüyə yapışana qədər əritməli və yerinə təzəsi gəlməli, öz bədənin məsiyətin şirinliyinə öyrətdiyin kimi, ibadətin də zəhmətinə dözüb, onun çətinliyini bədəninə dadızdırmalısan. Bun-dan sonra əstəğfirullahın mənası var və mükəmməl tövbə budur.[273] Əslində bizim əqidəmizə görə Həzrət Peyğəmbərin bərəkətilə müsəlman ümməti keçmiş günahlarına peşman, gələcəkdə bir daha o günahları etməməyi qərar alıb, istiğfar etdikdən sonra Allahın əzabı onlara şamil olmayacaqdır.[274] Lakin islamdan qabaqkı keçmiş millətlərin dini hökmlərini açıqlayan hədislər göstərir ki, onlara nazil olan hökmlər son dərəcə ağır və çətin imiş. Həzrət Əli əleyhissalamdan rəvayət edilmiş geniş şərhli bir hədisdə Həzrət Mütəal Allahın Peyğəmbərin bərəkətinə islam ümmətinə etdiyi böyük minnəti “Bəqərə” surəsinin 286-cı ayəsinin təfsirində belə bəyan etmişdir: “Mütəal Allah Öz peyğəmbərinə (meracda) buyurdu: Keçmiş ümmətlərin üzərinə qoyduğum ağır hökmləri sənin ümmətindən götürdüm... Hər vaxt günah etdikdə günahlarını onların qapılarına yazardım, tövbələrini qəbul edərkən onlara ən dadlı yeməkləri haram edərdim. Lakin onu sənin ümmətindən götürdüm, etdikləri günahları isə özüm ilə onların arasında gizli saxlayaram və onların üzərinə qalın pərdələr çəkərəm. Tövbələrini də onlara ləziz yeməkləri haram və hər hansı bir cəzaya mübtəla etmədən qəbul edərəm. Keçmiş ümmətlərdə hər kim bir günah etsəydi yüz, səksən və ya əlli il tövbə edəndən sonra dünyada da ona bir cəza verməmiş tövbəsini qəbul etməzdim və bu da ağır hökmlərdən birisidir ki, sənin ümmətinin üzərindən götürdüm. Sənin ümmətindən hər kim iyirmi, otuz, qırx, yaxud yüz il günah etdikdən sonra tövbə edib, bir an peşman olarsa mən onun bütün günahlarını bağışlayaram”.[275]

Mütəal Allah doğrudanda tövbəni bu ümmət üçün Peyğəmbərin kəramətinə xatir asanlaşdırmışdır. Hətta rəvayət olunur ki, günahkar bir şəxs doxsan doqquz nəfər adamı nahaq yerə öldürmüşdü. O, bir müddət keçəndən sonra öz etdiklərinə peşman olub, tövbə etmək üçün bir abidin yanına gəlir və etdiyi cinayətləri ona söyləyir. Abid ona deyir: sənin tövbən qəbul olmaz, sənin tövbə ilə nə işin var?! Şəxs bunu eşidən kimi cumub abidi öldürür. Bir müddətdən sonra o, bir alimin yanına gəlib, məsələni ona açır. Alim ona deyir get filan yerə, orada bir peyğəmbər ya bir alim olmalıdır ki, onun yanında tövbə edə bilərsən. O, həmin yerə gedərkən yolda əcəli çatıb ölür. Rəhmət mələkləri ilə qəzəb mələkləri onun ruhunu almaq üçün yerə enirlər. Lakin rəhmət mələkləri deyirlər ki, biz onun ruhunu almalıyıq. Çünki o tövbə etməyə gedirdi. Əzab mələkləri isə deyirlər, biz onun ruhunu almalıyıq. Çünki hələ tövbə etməyibdir. Mütəal Allah yeri ölçün, görün o, hansı tərəfə yaxındır - deyə mələklərə vəhy etdi. Onlar yeri ölçüb, gördülər ki, bir qarış ya bir az çox tövbə yerinə tərəf yaxındır. Ondan sonra onun ruhunu rəhmət mələkləri aldılar. Başqa bir rəvayətdə deyilir ki, tövbə tərəfə düşən hissə çox olduğundan Allah tez yerə əmr edir və yerin həmin hissəsi çəkilib bir yerə yığılır. Nəhayətdə bu tərəfin ölçüsü o biri tərəfinkindən az gəlir. Gör Mütəal Allahın bəndəsinə etdiyi lütf və rəhməti nə qədər böyükdür və necə zərif və mehribanlıqla rəftar edir.

Oğul, tövbə qapısı genişdir və mərhəmətli Allah tövbə edən bəndəsini çox sevir. Hədisdə var ki,[276] Mütəal Allah bir şəxsin itirdiyi ən qiymətli şeyini tapdığı zaman şad olmasından çox mömin bəndənin tövbə etməsinə sevinər.[277]

Oğul, tövbə işində çox ciddi ol və fürsəti əldən vermə. Tələs! Çünki fürsət əldən çıxsa etdiyin günahların cəzasını çəkməli olacaqsan. Tövbəni təxirə salıb tənbəllik etmə ki, onu gecikdirməyin müsibətləri qarşıdadır və əcəl zamanı ölüm mələyi (Əzrayıl) sənə fürsət verməyəcəkdir. Tövbəni sonraya atan şəxs o kəsə bənzər ki, vaxtında çıxarılmalı bir ağacı günbəgün, ayba-ay hətta ilbəil təxirə salır və tənbəllik göstərir. Halbuki, özü də bilir ağac qaldıqca kökləri artacaq və çıxarılması daha da çətinləşəcəkdir. Ömür keçdikcə bədən zəifləyir, qüvvəsini əldən verir və get-gedə acizlik ona hakim olur. Belə olduqda onu bilə-bilə təxirə salmaq dəlilik və səfehlikdir. Oğul, bil ki, Mütəal Allah bəndənin günahını yazmaqdan qabaq ona yeddi saat ya doqquz saat və ya bir gün vaxt verər (vaxtların müxtəlif olması rəvayətlərlə bağlıdır).[278]

Bəndə bu vaxtlarda tövbə edərsə Allah onun üçün günah yazmaz. Allah göstərməsin, birdən günah etsən çalış yuxarıda qeyd olunan vaxtlar ötməmiş tövbə et ki, günahın qarşısını almaq onu silib məhv etməkdən daha asandır.[279]

Oğul, tövbə etmək ömürü uzadar, ruzini çoxaldar, tövbə edənin ruhiyyəsində yaxşı təsir qoyar. Oğul, bir daha deyirəm tövbəni təxirə salma və bu işdə süstlük və tənbəllik etmə. Oğul (Allah sənə təmkin və izzət versin) yaxsulluğa ürəkdən razı olmalı, onun çətinlik və acılığına dözməlisən. Rəvayətdə var ki, Mütəal Allah Həzrət Musaya buyurdu: Əgər gördün “dünya” sənə tərəf üz gətirib tez bu duanı “inna lillahi və inna iləyhi raciun” və əgər gördün “dünya” səndən üz döndəribsə saleh bəndələrin “mərhəba olsun sənə” (yoxsulluq) olan şüarını zikr et.[280]

Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Yoxsulluq Mütəal Allahın xəzinələrindən biridir,[281] yoxsulluq Allahdan bir kəramətdir,[282] yoxsulluq elə bir şeydir ki, Mütəal Allah onu yalnız mürsəl peyğəmbərə və ya ən əziz mömin bəndəsinə verər, yoxsulluq möminin zinətidir,[283] behişt əhlinin çoxu fəqirlər və miskinlər-dir,[284] behiştdə ən az olan sinif varlılar və qadın-lardır, bəndənin imanı artdıqca dolanışığındakı çətinliklər də artar.[285] Həzrət Süleyman dünyada verildiyi nemətlərə görə bütün peyğəmbərlərdən sonra behiştə daxil olacaqdır, yoxsulluğa səbr etmək cihaddır və altmış ilin ibadətindən üstündür, yoxsullar varlılardan yarım gün əvvəl behiştə gedərlər ki, orada yarım gün bizim beş yüz ilimizdir, behiştdə qırmızı yaqutdan otaqlar var[286] ki, behişt əhli o otaqlara yer əhlinin göydəki ulduzlar seyr etdiyi kimi baxarlar.[287] O otaqlara yalnız yoxsul peyğəmbər ya yoxsul şəhid ya da yoxsul möminlər daxil ola bilər, yoxsullar behiştin padşahlarıdırlar,[288] hamı behişti istəyir, behişt isə yoxsulları,[289] yoxsullar hesab-kitabsız behiştə daxil olarlar,[290] yoxsullar varlılardan beş yüz il əvvəl behiştə daxil olarlar və oranın bir ili bizim min ilimizdir və başqa rəvayətə görə onlardan qırx milyon il əvvəl daxil olarlar,[291] hər kim yoxsullara yaxşılıq və ya kömək etmişsə, hətta bir içim su ilə də olsa yoxsullar o dünyada ona şəfaət edərlər,[292] yoxsulun verdiyi bir dirhəm sədəqə varlının verdiyi yüz min dirhəm sədəqədən üstündür,[293] dünyada möhtac olan bəndədən qiyamət günü Mütəal Allah qardaşın qardaşdan üzr istəməsi kimi üzr istəyər. Halbuki, Allah nə ona yaxın mələkdən və nə mürsəl peyğəmbərdən üzr istəyibdir. Bu barədə soruşdular ki, necə üzr istəyər? Həzrət buyurdu: Nida olunar ki, möminlərin yoxsulları haradadır? Onların arasından bir hissəsi ayağa durarlar. Mütəal Allah onlara deyər: and olsun izzət və cəlalıma, uca məqamıma və nemətlərimə dünyada sizin istədiklərinizi verməməyimin səbəbi sizlərə etinasızlıqdan deyildir. Mən onları bu günə xatir sizin üçün saxlamışam. Allahın sizin istəklərinizi bu gün üçün saxlamışam - deməsi üzr istəmək deyilmi? Sonra Mütəal Allah buyurar: Bəndələrimdən hər kim sizə hətta bir içim su minnət etmişsə məndən ona behişti mükafat verin.[294] Və bunun kimi hədislər bu mövzuda yazılan kitablarda müfəssəl zikr edilibdir. Oğul, şəriət bəyəndiyi yoxsulluğun şərtləri var: Yoxsul özünü elə iffətli və həyalı aparmalıdır ki, başqaları onu yoxsul bilməsinlər,[295] rəftarı xalq içində sadə və gözəl olub, ehtiyaclarını zəruri olmadan heç kimə bildirməməli[296] və əgər bu vəziyyət onu təngə gətirərsə yaxın dostun ya mömin bir qardaşın bu işdə köməyi dəyəcəyini hiss edib ona aça bilər. Amma bunu gizli saxlamağın daha yaxşıdır. Əgər o, öz yoxsulluğunu xalqa aşkar etməyib, gizlədərsə hökmən Mütəal Allah onun ruzisini verəcəkdir. Lakin başqalarına aşkar edib, şikayətlənərsə onu təhqir edib, daha saymazlar.[297]

Bu barədə Loğman oğluna belə demişdir: oğul, mən səbrin nə olduğunu daddım (acılığını), ağacların qabığını yedim amma, yoxsulluqdan acı bir şey görmədim. Oğul, bir gün yoxsulluğa düçar olsan onu başqalarına bildirmə çünki səni istehza edib kömək etməzlər. Səni o bəlaya düçar edənin sorağına get ki, sənin müşkülünü həll etmək ona çox asandır. Ondan istəyənlərin hansı birinə o əta etməyib, ona bel bağlayanların hansı birinə nicat verməyib.[298] Mütəal Allahın verdiyi ruzini qənaətlə sərf etməli, onun faydalarına qabaqda işarə etdik. Allahın ona müqəddər etdiyinə səbr etməli və razı olmalı, buna da əvvəldə işarə edildi. İmam Sadiq əleyhissalamdan rəvayətdir ki, Cəbrayıl əleyhissalam yerə enib Peyğəmbərə dedi: Ey Rəsulullah, Mütəal Allah sənin üçün bundan qabaq heç kimə verilməmiş bir hədiyyə göndərib. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: O nədir? dedi: səbr və səbrdən də gözəl. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: O nədir? Dedi: qənaət və ondan da gözəl. Peyğəmbər buyurdu: O nədir? dedi: Allahdan razı olmaq ta ki, ... Razı olan şəxs istər dünya nemətlərindən əlinə bir şey çata, istər çatmaya heç vaxt sahibinə (Allah) etiraz etməz və gördüyü az əməllərilə də heç vaxt razılaşmaz.[299]

Oğul, qəza-qədərə razı olmaq çox əzəmətli bir məqamdır. Onu ələ gətirmək üçün çalışmaq lazımdır. Eyni halda razılığın əksi olan narazılıq və etiraz ən pis xüsusiyyətlərdən sayılır. Bu barədə Mütəal Allah “hədisi-qüdsi”də buyurur: Bəlalarıma səbr və qəza-qədərimə razı olmayan kəs özünə məndən başqa bir Allah tapsın və yer və göylərimdən xaric olsun. Hədisdə var ki,[300] Allahın verdiyi ruziyə razı olan kəs əlindən gedən şeylərə narahat olmaz və amma Allahın verdiyi ruzilə razılaşmayan və şikayətlənib səbr etməyən kəsə heç bir savab yazılmaz və qiyamət günü də Allah onu qəzəbli halda qarşılayar. Oğul, onun sənin barəndə yazdığı bütün hökmləri sidq ürəklə qarşılamaq üçün əlindən gələn səyi göstər və heç vaxt narahat halda bir kimsəyə şikayətlənmə. İnsan gərək bütün hallarda rahatçılıq və çətinlikdə, pullu və yoxsul olarkən də Allaha şükr etsin. Mütəal Allah Quranda səbr ilə şükürün bir yerdə rəayət olamalarını qeyd etmişdir və şükr edənlərə öz fəzl və minnətini küfr edənlərə isə şiddətli əzablara düçar olacağını vəd etmişdir.

“Bununla da öz qüdrətini bəzi dəlillərlə sizə göstərsin. Çünki bütün bunlarda bəlalara səbr edib, nemətlərin müqabilində şükr edən adamlar üçün nişanələr vardır”.[301]

“Ey Peyğəmbər! Sən onlara keçmiş ümmətlərə ariz olmuş müsibətləri və bəlaları xatırlat. Çünki bu xatırlatmada bəlalara səbr edib nemətlərin müqabilində şükr edən hər kəs üçün möhkəm nişanələr və ibrətlər vardır”.[302]

Yoxsulluğun faydalarını biləndən sonra ona tərəf meyli artmalı və bu işə ürəkdən sevinməlidir. Oğul, o vaxt ən varlı olan Qarunu Allah yerin altına çəkdi, ən yoxsul bir insan olan İsa peyğəmbəri isə göylərə qaldırdı. Qarşıya gələn hadisələrə görə Mütəal Allaha etiraz etməməlidir. Haram və şübhəli (haram ya halal olması bəlli olmayan) şeylərdən çəkinməlidir. Mütəal Allahın buyuruqlarını yerinə yetirməli, qadağan etdiklərinə yaxın düşməməli, yoxsulluğa görə gördüyü ibadətlərini azaltmasın və öz imkanına uyğun sədəqə verməkdən də çəkinməsin. Varlılarla çox da qarışıb qaynamamalı, onlara var-dövlətinə görə təvazö etməməlidir. Hədislərdə deyilmişdir ki, hər kim varlının evinə daxil olduqdan sonra varına xatir ona təvazö edərsə dinin üçdən biri, başqa bir rəvayətə görə dininin yarısı, başqa bir hədisə görə isə dininin üçdən ikisi gedər.

“Möminlərin müqabilində təvazökar ol”. Hər kəs varlının qarşısında özünü[303] alçaldarsa cənnətdə ona nəsib olacağı məqamları itirər. Hər kim varlıya varına xatir ehtiram edərsə, asimanlarda onu Allahın və peyğəmbərlərin düşməni adlandırarlar. Onun nə bir duası qəbul olar və nə istədiyini verərlər. Bu barədə başqa kitablarda müfəssəl yazılmışdır. Oğul, fəqirlik və miskinlik gətirən, qəm-qüssəni çoxaldan, adamın yaddaşını və ömrünü azaldan şeylərdən çəkinib, uzaq olmalı, ruzini çoxaldan, rahatlıq gətirən, ömürü uzadan və hafizəni gücləndirən şeylərə ciddiyyətlə əməl etməlisən. Bu barədə sənə yazmağı vəd etdiyim “Ədəb” kitabının sonunda inşaallah lazımı məlumatı qeyd edəcəyəm.[304]

Oğul, (Allah sənə imanı nəsib və münafiqlərin şərrindən hifz etsin) möminlərin, boynundakı qardaşlıq haqqını ödəməlisən ki, möminin mömin üzərinə düşən haqqı ödəməmiş və ya halallıq almamış onun üzərindən götürülməz və mömin o haqqı ödəməzsə qiyamət günü mütləq ondan tələb olunacaq və onun cəzasını çəkəcəkdir. Möminlərin hüquqlarını sənin üçün vəd etdiyim həmin kitabın bəzi fəsillərində inşaallah yazacağam.[305]

DÖRDÜNCÜ FƏSİL

Elm və təhsil almaq, elmin fəziləti və ona dair vəsiyyətlər



Geri   İrəli
Go to TOP