A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: “Miratur-rəşad” (hidayət güzgüsü)
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 148
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Oğul, həmişə özündən aşağı və imkansız olanlara bax və öz halına görə Allaha şükür elə. Heç vaxt özündən yuxarı və dövlətli olanlara baxma ki, əziyyət çəkər, rahatlıq tapa bilməzsən və eyni zamanda axirətin əcr və savabını əldən verərsən.[165]

Mütəal Allah buyurur: “Kafirlərə verdiyimiz dünyanın zinət və gözəlliklərinə gözünü dikmə”.[166]

Oğul, imkan olduqca həddən artıq camaata (yersiz) qarışma ki, həqqdən qalarsan, ölüm gözündə adiləşər, ibadət (ibadətə ayrılmış vaxt), dinin göstərişləri haqqında düşünmək və onun barəsində fikir-zikrdən səni ayırar, onların əlindəkilər səni tamaha salar, qeybət və töhmətdə şərik olmağa, pis məclislərdə iştirak və boşboğaz adamların sözlərinə qulaq asmağa məcbur edər. Hətta belə məclislərin sonu ola bilsin fitnə və düşmənçiliklə nəticələnsin və sonrakı peşmançılığın fayda verməz, qiyamət günü də “kaş filankəslə dost olmayaydım” (öz yoldaşına),[167] “kaş mənimlə sənin aranda məsafə, şərqdən qərbə kimi uzaq olaydı” və “ya rəb, qaytar məni ola bilsin tərk etdiklərimin əvəzində (imana qayıdıb) saleh əməllər görüm”[168] sözləri adamın dərdinə çarə eləməz. Belə isə fürsət var ikən tədarük vaxtını qənimət bil.

NƏFSLƏ MÜBARİZƏ

Oğul, ehtiraslar və nəfsi-əmmarəyə qarşı ciddi müqavimət göstər ki, onlara tabe olmağın səni acı zəhər və çarəsiz dərd kimi həlak edər. Həzrət Əli əleyhissalam buyurubdur: “Mən sizin üçün iki şeyə görə qorxuram” nəfsi-əmmarəyə tabe olmağınızdan və uzun-uzadı arzulardan. Birincisi insanı həqqdən uzaqlaşdırar və ikincisi isə axirəti ona unutdurar”[169] Başqa hədisdə deyilir: “Nəfsi-əmmarədən düşməninizdən qorxduğunuz kimi qorxun. Kişilərə nəfsani istəklərin dalınca düşməkdən və öz dillərinin biçdiyi (hasil etdiyi) günahlardan qatı bir düşmən yoxdur[170]

Oğul, sübh çağı axşamın, axşam isə sabahın fikrini çəkmə ki, arzular insanı qəflətə düçar edər. Həmişə özünü ölmüş və mürdəşirin qarşısındakı meyit kimi hesab et.

VƏSİYYƏT

Oğul, həddi-buluğa çatan vaxtdan vəsiyyətlərini yazmağa başla və lazım duyduqda hər vaxt istəsən[171] onları dəyişə bilərsən. Həmişə aldığın,[172] yaxud verdiyin borcları yaz. Çünki dəfələrlə başıma gəlib soyuq qış gecələrində yatağa girdiyim vaxt yadıma düşüb ki, birindən bir dirhəm, yaxud iki dirhəm borc alıb, dilənçiyə vermişəm, amma qeyd eləməmişəm. Ölümün qəfil gəlişindən qorxub həmin gecə soyuqda yerimdən durub lampanı yandırmışam, aldığım borcu yazıb sonra yatağa girmişəm. Oğul, sən də bu cür ol. Çünki əgər borcu yazmayıb vəfat etsən və borc sahibi də sükut edərsə borc sənin boynunda qalacaqdır. Lakin borcun sahibi sənin varislərindən onu tələb edərsə varislər ondan sübut üçün şahid, yaxud and içməyini istəyərlər. Əgər onun şahidi, yaxud əlində bir sübutu olmazsa varislərin ona bir şey verməzlər və borc yenə də sənin boynunda qalar. Amma əgər şahid və sübut gətirərsə onun sənə etdiyi yaxşılığın müqabilində zəhmətə düşməyinə səbəb olduğun üçün insafsızlığa yol vermiş olarsan. Oğul, əgər aldığın ya verdiyin borcun vaxtı təyin olunarsa qeydsiz-şərtsiz Mütəal Allahın buyurduğunu (borcun miqdar və vaxtını yazmaq və şahid tutmaq haqqında olan əmrini) yerinə yetir.[173]

Hər kim şəriətin hər hansı bir hökmünü tərk etsə, Allah onu mütləq həmin işdə möhtac edər. Allahın göndərdiyi hökmlərin Özünə heç bir faydası yoxdur. Çünki Mütəal Allah qənidir və heç bir şeyə ehtiyacı yoxdur. Onları oğul, sənə xatir və sənin düzgün faydalanmağından ötrü göndərib. Hər şeydən xəbərdar olan Allahın sənə nişan verdiyi göstərişləri qənimət bil. Oğul, (Allah sənin ömrünü uzun, işlərini avand, hər iki dünyanın xeyrinə nail və elm-əməl sahibi olmaqda müvəffəq eləsin) həyatının bütün sahələrində dinin hökmlərini” qüsl, yemək-içmək, yatmaq, təharət, cima, ev-eşik, geyim və başqa şeylərin qaydalarına riayət elə ki, şəriətdə bunların mənası var, bihudə deyil, hər iki dünyada da faydası çoxdur və onları özünə ağır yük sanma. Bu qaydalar çox və müxtəlif olduğuna görə (Allahın köməyi ilə) sənin üçün onları bir toplu şəklində cəmləyəcəyəm və sən də gərək onlara əməl edəsən, hər ibadət və işlərini onlar üzrə tənzimləyəsən (inşaallah taala).

ZİKR

Oğul, Mütəal Allahı çox zikr elə ki, ürəyi dirilik, insanı Allaha yaxın, bərəkəti bol, həlakətdən və şeytandan uzaq, Allahın mələklərini və rəhmətini cəlb edər və qəlbə rahatlıq gətirər. Hədislərdə buyurulur ki, “Bizim şiələrimiz xəlvətdə olarkən Allahı çox zikr edərlər”[174]

“Hər kim Allahı çox zikr edərsə Allah onu sevər”,[175] “Hər kim Allahı çox zikr edərsə Allah onu iki şeydən azadlıq və qurtuluşunu səbt edər” biri cəhənnəmin atəşindən, o birisi isə nifaqdan və behiştdə Allah onun üzərinə öz sayəsini salar və “Behişt əhli, dünyada Allahı zikr etmədikləri anlardan başqa onun heç bir şeyinin peşmançılığını çəkməzlər”.[176]

Ey oğul, hər hansı bir məclisdə heç vaxt Mütəal Allahın zikrindən qafil olma. Hədislərdə deyilib: Məclisdə oturanlar Allahı və bizləri (Əhli-beyti) zikr etməzlərsə, o məclis onlar üçün (axirətdə) həsrət və peşmanlığa səbəb olar.[177]

Zikrdən məqsədim bu deyil ki, dilin dediyindən qəlb xəbərdar olmasın. Əksinə dil zikri qəlbin zikrinə yetişmək üçün başlanğıcdır. Və dil zikri bədən, ürək zikri isə cana bənzəyir. Ürək zikr edərkən, dil zikri olmasa da fayda verəndir. İbrahim peyğəmbərin ürəyi Mütəal Allahdan heç vaxt qafil olmadığına görə Allah taala onu özünə dost seçdi.[178]

Hədisdə deyilib: Günah və savabları yazan mələk-lərin eşitmədikləri zikrin savabı eşitdiklərindən yetmiş dəfə çoxdur.[179]

İSTİĞFAR

(Bağışlanma diləmək)

Oğul, səhər çağları çoxlu istiğfar “Əstəğfirullah” söylə. Hər səhər ardıcıl yüz dəfə[180] “Maşallahu, la qüvvətə illa billah, əstəğfirullah”[181] (yəni hər şey Allahın istəyilədir, qüvvət və qüdrət Allahdandır, Allaha tövbə edirəm) və on dəfə də “Sübhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər” (yəni Allah pak təmizdir hər pis iş və pis şey ondan uzaqdır və həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur. Allah böyükdür) de.[182]

Evdən eşiyə çıxdığın vaxt əmmamənin bir ucunu sinənin üzərinə salıb bu duanı “Bismillahi və billahi, aməntu billahi, ma şaəllahu, la həvlə və la qüvvətə illa billahi, təvəkkəltu ələllah” zikrini et.[183] (Allahın adıyla, ona iman gətirmişəm, hər şey onun istəyilədir, onun köməyi olmadan heç bir şey qüdrət və qüvvət tapmaz, təkcə ona təvəkkül edirəm)

Oğul, bir şeyi görüb onu bilmək üçün soruşmaqda tələsmə. Bir gün Loğman gördü ki, Davud əleyhissalam dəmirləri öz əliylə buraraq zireh düzəldir. Loğman ondan bu barədə soruşmaq istədikdə hikmətli olduğundan susdu. Davud zirehi düzəldib, geydi və dedi: Döyüş üçün yaxşı zirehdir. Loğman dedi: Susmaq hikmətdir. Lakin onun sahibi çox azdır.[184]

Oğul, müstəhəbb işləri çalış xəlvətdə gör. Çünki riyakarlıq xəlvətdən uzaqdır. Camaat arasında olarkən “La ilahə illallah” zikrinə məşğul ol ki, o, həm ən üstün zikirlərdən sayılır.[185] həm də aşkarda zikr edilərkən dodaqlar tərpənmədiyinə görə başqalarının diqqətini cəlb eləməz və heç bir şey gözə çarpmaz. Buna görə ona “gizlin zikr” deyiblər və onun fəziləti aşkarda deyilən zikrlərdən yetmiş dəfə artıqdır.[186] Zikrlər çoxdur və hər birinində özünəməxsus faydaları var ki, bu barədə müfəssəl yazılmış kitablara müraciət elə.[187] Oğul, bu zikri də “La ilahə illallah, la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim və səlləllahu əla Mühəmmədin və alihit-tahirin” çox təkrar elə ki, onun şeytanları uzaqlaşdırmaqda böyük təsiri var.[188] Oğul, çalış bütün duaları və əməlləri ömründə bir dəfə oxuyasan və yerinə yetirəsən. Çünki əməllərin də özünəməxsus təsirləri var ki, onların hamısını yerinə yetirməklə qiyamətdə Allahın fəzl və kəramətinə nail ola bilərsən. Bəziləri ibadət və duaları meyvəli bağa bənzədib demişlər ki, insan ora daxil olduqdan sonra onun bütün meyvələrindən dadmaq istədiyi kimi yaxşı olar ibadət və duaların da mənəvi təsirlərindən heç olmasa bir dəfə istifadə olunsun.[189]

Oğul, Qurani Kərimdən hər gün xüsusən səhər vaxtları bir miqdar oxumalı, onun mənalarında düşünməli, ədəb və əxlaqi nöqtələrə diqqət yetirməli və bəzi ayələrin mənalarında müşküllə qarşıladıqda, (o ayə haqqında) imamlardan rəvayət edilən təfsirlərə müraciət etməlisən.[190]

Oğul, bacardıqca həmişə təharətli (yəni dəstəmazlı) ol ki, bu şeytanı dəf etmək üçün möminin silahıdır, qəbir əzabının qarşısını alır,[191] hacətlərin qəbul olmasına səbəb olar,[192] ömrü uzadar,[193] ruzini çoxaldar,[194] insanın qədr-qiyamətini, məqamını ucaldar[195] və bədənə sağlamlıq gətirər, ruhiyəni qaldırar və hafizəni[196] gücləndirər.[197]

Hədisdə gəlib ki, dəstəmaz almaq imanın yarısıdır. Mömin dəstəmazlı olduğu müddətdə mələklər onu mühafizə edərlər,[198] dəstəmazlı ölərsə şəhid sayılar.[199] Hər kim gecə dəstəmaz alıb yatarsa bütün gecəni ibadət etmiş kimidir.[200]

Hər kim gecə dəstəmaz alıb, yatağına daxil olarsa, yatağı ona məscid olar.[201] Mömin yatandan sonra ruhu Allahın yanına gedər. Mütəal Allah özü onu qarşılayar və ona bərəkət və rəhmət əta edər. Buna görədə dəstəmazsız yatmaq məsləhət deyil.[202]

Oğul, şeytanın vəsvəsəsi zamanı Mütəal Allahdan kömək istəyib, bu zikri “Əuzu billahi minəş-şəytanir-rəcim”[203] və “Bismillahir-rəhmanir-rəhim, aməntu billahi və rusulihi[204] muxlisən ləhud-din” duasını səmimi qəlbdən zikr elə.[205]

Oğul, vacib namazları öz (əvvəl) vaxtlarında qıl ki, belə daha fəzilətlidir və hökm insanın boynundan tez götürülər, zehni azad, bədəni rahat və fikri cəm olar. O cür ki, məlumdur namaz qəbul olunmamış heç bir əməl nəticə verməz. Bəs oğul, namazı öz vaxtında qıl və onu tez yerinə yetirib rahat ol ki, o cürə inşaəllah ruzinin də çoxalmasına səbəb olar.[206]

Oğul, gecə və gündüzün nafilə namazlarını hətta adi və yüngül tutsanda vaxtlı-vaxtında qıl. Nafilələr vacib namazları mükəmməlləşdirir.[207]

Bunu sənə öz təcrübəmdən deyirəm ki, gecə nafilələrinin ruzinin çoxalmasında və günorta nafilələrinin isə insanın işinin rast gətirməsində təsiri vardır. Sən əsla və heç vaxt onları tərk eləmə və demə ki, bunlar insanın vaxtını alan bir şeylərdir. Əksinə nafilələr insanın işlərini tənzimləyir. Elmi öyrənirsən ki, ona əməl edəsən və o, əməl müqəddimədir. Bu cür fikirlərlə özünü aldatmağın yeri yoxdur. Oğul, bacardıqca vacib namazları məsciddə camaat ilə qıl, istər sən pişnamaz olasan, istər başqa bir şəxs. Camaat namazının fəziləti çox böyükdür, onu belə rahat əldən vermə.[208]

Namazlardan sonra Həzrət Fatimə (ə.s)-in təsbihini zikr etməkdə və səcdəyi-şükrü yerinə yetirməkdə ciddi ol.[209]

Oğul, hər hansı bir çətinliyə düşdükdə səcdəyi-şükr niyyəti ilə alnını yerə qoyub (düz) Cəbrayılın Yusifə öyrətdiyi və Yusif onu oxuyub quyudan nicat tapdığı dua-nı “Allahummə inni əsəlukə bi ənnə ləkəl həmdu, la ilahə illa əntəl mənnanu, bədius-səmavati vəl ərzi, zül cəlali vəl ikram, ən tusəlliyə əla Məhəmmədin və ali Məhəmməd və ən təcələ li mimma ənə fi hi fərəcən və məxrəcən vərzuqni min həysu əhtəsibu[210] və min həysu la əhtəsibu, əsəlukə bi mənnikəl əzimi və ehsanikəl qədim” sonra üzünün sağ tərəfini yerə[211] qoyub Yusifin onu oxumaqla zindandan nicat tapdığı duanı “Allahummə in kanət zünubi qəd əxləqət vəchi indəkə fələn tərfəə li iləykə sovtən, və lən təsticibə li dəvətən fə inni ətəvəccəhu iləykə bi nəbiyyikə nəbiyyir-rəhməti Məhəmmə-din və Əliyyin və Fatimətə vəl Həsəni vəl Hüseyni vəl əimməti ələyhimus-salam illa ma fərrəctə ənni”[212] və sonra isə sol tərəfini yerə qoyub, Cəbrayılın Yaqub peyğəmbərə öyrətdiyi və Yaqub peyğəmbər onu oxuduqdan sonra Allahın onun gözlərinə şəfa verdiyi və iki oğlu-nu özünə qaytardığı duanı “Ya mən la yələmu əhədun kəyfə huvə və həysu və qudrətəhu illa huvə, ya mən səddəl həvaə bəssəmai və kəbəsəl ərzə ələl mai vəxtarə linəfsihi əhsənəl əsmai, itini biravhin minkə və fərəcin min indik” zikr elə.[213]

Oğul, hər ayın birinci və son pəncşənbələrini və orta on günlərindəki birinci çərşənbəni oruc tut ki, bütün ruzigarın orucuna bərabərdir.[214]

Oğul, gündə “İxlas” surəsini üç dəfə oxu ki, bütün Quranı xətm eləməyə bərabərdir.[215] Tarixdə belə gəlib ki, Salman (r.ə) iftixarla “mən bütün ruzigarı oruc tutub, gecələri yatmayıb ibadət edirəm və gündə bütün Quranı xətm edirəm” dediyi vaxt Ömər onun bu sözünü qəbul eləmədi. O vaxt Salman Peyğəmbərin yanında Ömərə belə dedi: Hər ay üç gün oruc tuturam, gecələr dəstəmaz alıb yatıram və hər gün üç dəfə “İxlas” surəsini oxuyuram. Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də onun sözünü qəbul və təsdiq elədi.[216]

Oğul, müstəhəb oruc tutmuş halda əgər möminlərdən birinin evinə qonaq ya yolun düşərsə və o da səni süfrə arxasına dəvət edərsə təklifini qəbul edib, orucunu aç. Lakin nə bunu ona bildir və nə orucu açmağınla ona minnət qoy. Bu işinə xatir Allah sənin üçün bir ilin orucunu yazar.[217]

Oğul, hər gün vaxtının bir hissəsini hədis, moizə və nəsihətlərə həsr et ki, qəlbi diriltməkdə və nəfsi-əmmarəni tüğyandan saxlamaqda onun çox böyük təsiri var. Oğul, (Allah səni şərdən saxlasın) yemək zamanı ifrat eləmə ki, çox yemək tənbəllik, süstlük gətirər və qəlbi öldürər.[218] Hədislərdə deyilib ki, insan qarnının dolu vaxtı şeytana lap çox yaxın olar. Mütəal Allahın ən xoşu gəlmədiyi şey dolu qarındır.[219] Möminin qəlbinə çox yemək kimi zərərli bir şey yoxdur.[220] Qarnının üçdən birini su üçün, üçdən birini nəfəs üçün və üçdən birinə də yemək üçün yer saxla. Həm rahat olarsan həm də ruhiyyə və bədən üçün daha münasibdir.[221]

Belə sanma ki, güc-qüvvət çox yeməklədir. Əksinə o yaxşı həzmlədir və bəllidir ki, yaxşı həzm çox yeyəndə yox az yeyəndə baş verir. Mədə qazana bənzəyir ki, hər vaxt boş yer onda çox olarsa yemək həm tez həm də yaxşı bişər. Doyandan sonra və iştahın olmayan vaxt bir şey yemə. Çünki o səni qarın köpməsinə (ki, qarın köpməsidə çox xəstəliklərə səbəbdir) və istiklik xəstəliyinə və həmaqət “anlamazlıq” xəstəliyinə düçar edər.[222]

Oğul, çox yatmaqdan özünü gözlə ki, qiymətli ömrün fənaya gedər. Bundan məqsədim özünlə şəriətdə olmayan üslublarla (yoqlar kimi) mübarizə eləmək deyil. Mən sənə o yollardan istifadə etməyi qəti qadağan edirəm. Çünki elə işlər xüsusən bu müqəddəs şəhər (Qum) kimi normal havası və təbiəti olmayan yerlərdə insanın sinir sistemini pozar. Məqsədim, normal yatmağın və həddən artıq ifrata yol verməməyindir. Oğul, gülməyin həddini riayət elə ki, hədislər əsasən çox gülmək qəlbi öldürər,[223] adamın abırını aparar və imansız edər.[224] Belə vaxtı sənə başını aşağı salıb diqqətini barmaqlarının ucuna yönəltməyi məsləhət görürəm. Və kəffarə üçün “Allahummə la təmqutni” zikrini deyə bilərsən.[225]

Lakin əxlaqın xüsusiyyətlərindən olan az miqdarda gülmək yaxşıdır və bəyənilir. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) gülüşü təbəssüm idi. Çox gülməyi qadağan etdiyim kimi[226] çox zarafatı da sənə qadağan eləyirəm.[227] Çox zarafat adamın abırını, imanını aparır, mürüvvətini[228] azaldar və düşmənçilik gətirər.[229] Lakin az zarafat yaxşı və müstəhəbdir.[230] İmamlarımız həm özləri belə edərdilər həm də başqalarına məsləhət buyurardılar və deyərdilər ki, bu iş mömin qardaşın ürəyini sevindirmək üçündür.[231] Oğul, mömin bir kimsənin öldürülməsinə heç vaxt razı olma ki, İmam Rza əleyhissalam buyurub: “Hər kim bir işin görülməsinə razı olarsa, o işi görmüş kimidir”.[232] Əgər bir şəxs şərqdə öldürülərsə, onun öldürülməsinə qərbdə razı olan şəxs şəriətə görə qatil ilə şərikdir. Bu səbəbdəndir ki, Həzrət Sahibəz-zaman İmam Mehdi (ə.c) zühurdan sonra İmam Hüseyn əleyhissalamın qatillərinin nəsillərindən qalanları və bu işə razı olanları qətlə yetirəcəkdir.[233]

“Bəqərə” surəsi, ayə 190: “Onlarla müharibə edib onları öldürün ki, yer üzündə fitnənin kökü kəsilsin və itaət Allah taalaya məxsus olsun”. Bu ayənin təfsiri haqqında deyib “İmam Rza əleyhissalamdan hökmlərin səbəbi haqqında soruşulanda həzrətə deyildi: -Ey Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in balası! İmam Sadiq əleyhissalamdan nəql olunan bu rəvayət haqqında nə deyirsiniz? İmam Zaman əleyhissalam zühur edəndə İmam Hüseyn əleyhissalamın qatillərinin övladlarını onların babalarının əməllərinə görə öldürəcək? İmam Rza əleyhissalam buyurdu: -Bəli, o cürdür. Bu vaxt İmam əleyhissalama dedilər: -Elə isə Allah taalanın bu kəlamının, (Heç bir günahkar başqa bir günahkarın cəzasını çəkməyəcək. “Fatir” surəsi, ayə 18) mənası nədir? İmam Rza əleyhissalam buyurdu: -Allah taalanın bütün sözləri düzdür, lakin İmam Hüseyn əleyhissalamın qatillərinin övladları babala-rının əməllərindən razı olub ona iftixar edirlər. Hər kim bir işdən razı olsa onda o işi əncam verən adam kimi olacaq. Əgər şərqdə bir nəfəri öldürsələr və qərbdə bir nəfər onun qətlinə razı olsa onda o razı olan qatillə şərik olar. Həzrət İmam Zaman əleyhissalam zühur edəndən sonra onları ata babalarını əməllərinə razı olduqlarına görə öldürəcək”.

Oğul, qeybət və böhtandan uzaq ol ki, hesab-kitabdan saleh əməlləri silib yerini şər əməllərlə doldurar. Çünki sənin xeyr əməllərin qeybətini etdiyin, yaxud böhtan dediyin kimsənin kitabına, onun şər əməlləri isə sənin kitabına köçürülər və ondan sonra sən, həm əli boş qalarsan, həm də başqasının günahlarının yükünü daşıyarsan.[234]

Oğul, həsəddən özünü qoru ki, həsəd eləyən şəxsin əməlləri Allah dərgahına getməz və öz sahibini əzaba salar. Bu dünyada onu həsəd və həsrət yandırar, axirətdə isə Allahın əzabına düçar olar.[235]

Bu barədə Şeytanın Adəm peyğəmbərə həsəd[236] etdikdən sonra əzaba düçar olması sənə kifayət edər. O cümlədən Yusifə qardaşlarının həsəd[237] etdikdən sonra zəlil kimi onun qarşısında xəcalətli olub ona möhtac olmalarını misal çəkmək olar. Hədisdə var ki, həsəd edən şəxsə səbr[238] etməyin hökmən sənə nicat verər. Necə ki, Yusif peyğəmbərin Allahdan qorxub zinaya yaxın düşmə-məsi onu necə ali məqamlara çatdırdı. Buna dəlil

Allahın bu kəlamıdır: “Yusuf dedi: Ey mənim pərvərdigarım! Zindan mənim üçün bu arvadların məni təhrik etdikləri şeydən daha əzizdir. Əgər sən onların məkrlərini məndən uzaqlaşdırmasan onda mən onlara tərəf meyl edərəm və cahillərdən olaram. Allah onun duasını qəbul edib o arvadların hiylələrini ondan uzaqlaşdırdı. Həqiqətən o Allah bütün dua edənlərin səsini eşidəndir və hər şeydən ona pənah aparanın halına agahdır”.[239]

Heç vaxt yalan danışma ki, Mütəal Allahın yalan danışan kimsəyə qəzəbi tutar və onu xalq içində zəlil edər. Yalançının xalq içində qədri-qiyməti olmaz, onun nə gördüyü işinə və nə danışdığı sözünə etimad eləməzlər. Hətta məsləhət olan yerdə də (tövriyə) yalan danışmamağın gərəkdir (amma həqiqətdə o, yalan deyil). Çünki biz dəfələrlə təcrübə edib görmüşük ki, qurtuluş və nicat düz danışmaqdadır[240] və çox olub ki, adamlar ən çətin şəraitlərdə düz danışdıqlarına görə nicat tapıblar. Bu, sədaqət və düzlüyün xüsusiyyət-lərindəndir. Heç vaxt başqasına yalan danışmağı öyrətmə ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Başqalarını yalana öyrətməyin ki, sizə də yalan danışarlar. Yəqub peyğəmbərin övladları qurdun adam yediyini bilmirdilər. Lakin Yəqub bunu öyrətdikdən sonra onlar belə yalana əl atdılar”[241]

Heç vaxt giriftar ya müsibətə düçar olmuş bir kimsəyə gülüb tənə vurma. Belə şəxsin əməlləri qəbul olunmaz. Üstəlik, onun başına gələn müsibət mümkündür sənin də başına gəlsin.[242]

Oğul, qəsavəti-qəlbə mübtəla olmaqdan özünü gözlə ki, lap çox məzəmmət olunan sifətlərdəndir. Sənə yazmağı söz verdiyim “Ədəb” kitabının axırında qəlbə qəsavət gətirən şeyləri ola bilsin qeyd edəm.[243]

Oğul, (Allah sənə nəfsinə qalib gəlməkdə gömək olsun) təkəbbür və (yersiz) qürurdan çox uzaq ol. Mən şəxsi təcrübəmdən deyirəm, Mütəal Allah həmişə təkəbbürlü adamı zəlil edər və burnunu ovar. Doğrusu qürurlandığım hər bir şeydən həmişə Allah ümidimi kəsmiş və məni məyus etmişdir. Çoxları olub ki, hər bir şeyə qürurlanarkən Allah onları ağla gəlməz, qəribə yollarla zəlil edibdir. Hədislərdə deyilib ki, Allah təkəbbürlü, məğrurcasına yeriyən kimsəni özünə düşmən bilər.[244] Hər kim yer üzərində təkəbbürlə və saymazyana yeriyərsə ona yer, yerin altındakılar və göydəkilər lənət edərlər.[245]

Təkəbbürlü şəxs yer və göylərin sahibi olan Allahın düşmənidir.[246] Oğul, səndən nə gizlədim təkəbbür, saymazyanalıq və dikbaşlıq səfehliyin əlamətləridir. Çünki aqil insan nədən yarandığını, axırda nə olacağını və hal-hazırda nə daşıdığını dərk edərsə onun təkəbbürlüyü səfehlikdir. Bu səbəbdəndir ki, imamlarımız bəni-adəmin əvvəli nütfə, axırı meyit və yaşadığı dövrdə isə qarnında nəcis daşıdığı halda təkəbbür etməsinə təəccüb etmişlər.[247] Hətta hədislərdə deyilib ki, nəcisin yaradılmasının səbəbi insanın təkəbbür etməsinin qarşısını almaq üçündür.[248]



Geri   İrəli
Go to TOP