A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həqiqət olduğu kimi... 1
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 146
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Başqa bir tərəfdən əgər Həzrətin məqsədi onlar olsaydı, Həzrət Əli (ə) Peyğəmbər (s)-in sözü ilə müxalifətçilik etməzdi və onların sünnətinə əməl edərdi.

Beləliklə, hədis Ömər və Əbu Bəkrin raşidin xəlifələrdən olmamasını göstərir. Hərçənd əhli-sünnət Əbu Bəkr, Ömər və Osmanı raşidin xəlifələrindən bilir. Həzrət Əli (ə)-a gəldikdə isə onu uzun müddət raşidin xəlifələrindən bilməmiş, sonradan onlara əlavə etmişlər. Ondan öncə isə o həzrətə minbərlər üstündə lənət göndərirdilər, Belə olan surətdə, necə deyə bilərlər ki, onun sünnəsinə itaət etmişlər?!

Əgər Cəlaləddin Süyutinin “Tarixul-xüləfa” kitabında gətirdiyi rəvayətə diqqət etsək, əqidəmizin nə qədər düz olmasını başa düşə bilərik.

Süyuti Hacib ibni Xəlifədən nəql edib yazır: Ömər ibni Əbdül-Əzizin xilafəti zamanı moizə etdiyini gördüm. O öz xütbəsində dedi: Agah olun, o şeyi ki, Allah rəsulu və onun iki yoldaşı sünnət qoyubdur, bizim dinimizdir və ona itaət edəcəyik. Onlardan başqa hər şey ki, adət və sünnət olubdur, boşlayacağıq.[136]

Həqiqət burasındadır ki, səhabələrdən bir çoxu və o cümlədən Əməvi və Abbasi xəlifələri bu fikirdədilər ki, Əbu Bəkr, Ömər və Osmanın sünnəti eynilə dinin özüdür. Ona əməl etməli və öz həddində saxlamalıdırlar.

Beləliklə, əgər bu üç xəlifə Peyğəmbərin sünnətinin yayılmasının qarşısını alarsa (irəlidə gördük ki, elə aldılar da), onda təkcə onların sünnətinə əməl etməkdən savayı bir şey qalmır.

İKİNCİ: BÜTÜN SƏHABƏLƏRİN SÜNNƏSİ

Əldə olan şahid və dəlillərə görə, əhli-sünnə və camaat heç bir istisna olmadan bütün səhabəbələrə itaət edirlər.

Onlar bu barədə əsası olmayan bir hədislə istidlal edirlər. Biz bu hədis haqqında “Düz danışanlarla birlikdə” kitabında geniş bəhs etmişik. Hədis belə deyir: “Mənim səhabələrim ulduza bənzəyirr, onların hansına itaət etsəniz, yolu taparsınız.” İbni Qəyyim Covziyyə bu hədisin səhabənin nəzərinin höccət olmasına dəlil olmasını bildirir.[137]

Şeyx Əbu Zöhrə bu həqiqətə etiraf edib deyir: Görürük ki, əhli-sünnə fəqihləri, səhabələrin bütün fətvalarına əməl edirlər”. Başqa bir yerdə əlavə edib deyir:

“Səhabələrin sözlərinə və fətvalarına istidlal etmək əksər fəqihlərin adətidir. Şiələr isə bu barədə onlarla müxalifdir.”[138]

Amma İbni Qəyyim Covziyyə fəqihlərin nəzəriyyəsini qırx altı üsulla isbat etmişdir ki, onların hamısı möhkəmdir.

Biz Şeyx Əbu Zöhrəyə deyirik: Quran və sünnə ilə müxalif olan dəlillər necə möhkəm ola bilər?! İbni Qeyyimin gətirdiyi bütün dəlillər hörümçək toruna bənzəyir. Sən özün onları bir-birindən ayırıb deyirsən:

“Şukani deyir: Həqiqət səhabələrin sözünün höccət olmamasıdır. Çünki sübhan olan Allah Mühəmməd (s)-dən başqa heç kəsi bu ümmət üçün göndərməmişdir. Bizim bir Peyğəmbər (s)-dən başqa peyğəmbərimiz yoxdur. Ondan sonra gələn səhabələr və başqalarının vəzifəsi Kitab və sünnədə olan dinə itaət etməkdir. Hər kəs Allahın dinində bu ikidən əlavə bir şeyin olmasını desə, dində sabit olması mümkün olmayan bir söz demişdir. Allahın fərman vermədiyi bir qanun çıxarmışdır.[139]

Salam olsun Şukaniyə ki, haqqı söyləmiş, düz söz dilinə gətirmişdir və məzhəb təsiri altına düşməmişdir. Onun sözü hidayət imamlarının sözü ilə uyğundur. Əgər əməli də sözü ilə uyğundursa, onda Allah onu sevindirsin.

ÜÇÜNCÜ: TABEİNİN SÜNNƏSİ

Biz əhli-sünnə və camaatın tabeinin nəzərlərinə əməl etməsini görürük. Ovzai, Süfyan Suri, Həsən Bəsri, İbni Üyeynə və bir çox başqaları öz iddialarına görə, dörd məzhəb imamlarının ictihadına əməl edir, onlara təqlid edirlər. Baxmayaraq ki, dörd məzhəb imamları tabeinin tabeləridir.

Səhabələr çox yerdə öz səhvlərinə etiraf etmiş və demişlər: Biz bəzi şeylər demişik ki, onlara özümüzün etiqadımız yoxdur. Əbu Bəkr bir məsələnin cavabında deyir: “Mən öz nəzərimi deyirəm. Əgər düz çıxarsa, Allahdandır. Əgər düz olmazsa, ya məndən, ya da Şeytandandır.” Ömər öz yoldaşlarına deyir: “Mümkündür sizin xeyrinizə olmayan fətvalar verəm və mümkündür sizin xeyrinizə olan işlərdən sizi saxlayam.”[140]

Əgər onların elmi bu qədərdirsə və özləri zənn və gümana əməl edirlərsə, müsəlmanlara layiqdirmi ki, İslamı tanıdıqları halda, onların sözlərini və sünnətini mötəbər sayıb, fiqhi mənbələrindən istifadə etsinlər. Bütün bunlardan sonra “mənim yoldaşlarım ulduz kimidir” hədisindən əsər-əlamət qalarmı?

Peyğəmbərin məclisində iştirak edib elm öyrənən səhabələr belə olarsa, onlardan sonra onlardan elm öyrənən və fitnələrdə iştirak edənlərin halı necə ola bilər?

Dörd məzhəb imamları Allah dinində öz nəzəriyyələri əsasında söz demiş və etiraf etmişlər ki, sözlərini ehtimal və güman üzündən deyirlər. Onlardan biri deyir: Bu bir şeydir ki, mən onu düz bilirəm. Mümkündür, bir başqasının nəzəri də düzgün olsun. Əgər belədirsə, nə üçün müsəlmanlar özlərini onlara itaətə məcbur edirlər?

DÖRDÜNCÜ: ƏMİRLƏRİN ÜSULU

Əhli-sünnə və camaat bu üsulu “Səvafiul-üməra” adlandırırlar. Bu ayəni də “Ətiullahə və ətiur-rəsul və ulil-əmri minkum” (Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!)[141] onların barəsində olduğuna dəlil gətirirlər.

Onlar “ulul-əmr”dən məqsədin – hansı yolla hakimiyyəti gəlmələrinə baxmayaraq – bütün əmirlərin olduğunu zənn edirlər. Etiqadları da budur ki, bu hakimləri Allah onların boyunlarına mindirmişdir. Buna görə də onlara itaət edib, sünnələrinə əməl etmək vacibdir!!!

İbni Həzəm Zahiri əhli-sünnə və camaatın cavabında deyir: Sizin dediyinizdən belə çıxır ki, əmirlər Allahın dinində və Peyğəmbərin şəriətində istədiklərini batil və istədiklərini də ona əlavə edə bilərlər. Bu barədə dinə bir şey artırmaqla, ondan bir şey azaltmağın arasında fərq yoxdur. Hər kəs buna icazə verərsə, ümmətin icmasına əsasən kafirdir.

Zəhəbi İbni Həzəmə cavab verərək deyir: Bu, düzgün xəbər deyildir. Çünki ümmətin bütün alimləri – Davud ibni Əli və onun ardıcıllarını çıxmaqla – bu nəzərdədirlər ki, “ulul-əmr”in öz ictihadı və nəzəri əsasında hökm və fətva verməyə haqqı vardır. Əlbəttə, bu şərtlə ki, hökm verdikləri hadisə haqqında hər hansı bir nəss olmuş olsun. Və deyirlər: Nəssə və aşkar buyuruq qarşısında ictihad edə bilməzlər. Beləliklə, məlum olur ki, onlar icazə verilmiş şeyləri dinə artıra bilərlər, amma istədiklərini batil edə bilməzlər.

Biz Zəhəbinin cavabında deyirik: Sən hansı icmadan danışırsan, halbuki özün Davud ibni Əli və ardıcıllarını istisna edirsən?! Niyə görə onun ardıcıllarının adını çəkmirsən? Nə üçün Əhli-beyt imamlarını və şiələri istisna etməyibsən? Sənin fikrincə, onlar İslam ümməti deyil?! Yoxsa əmirlərə yaxın olmaq istəyi səni onlara dinə istədiklərini artırmaq icazəsi verməyə məcbur edib? Məgər İslam adı ilə hökumət edən əmirlər Quran nəsslərindən, ya Peyğəmbər nəsslərindən bir şey bilirdilərmi ki, o yerdə də dayanaydılar?

Öncə dediyimiz kimi, əgər ilk iki xəlifə (Əbu Bəkr və Ömər) Quranın və Peyğəmbərin nəssləri ilə müxalifətçilik etmişlərsə, onlardan sonra gələnlər bu dəyişilmiş nəsslərə necə bağlı qala bilərlər?

Əgər əhli-sünnət və camaat fəqihləri hakimlərin Allahın dinində istədiklərini etməyə icazə verirlərsə, onda Zəhəbinin onlara itaət etməsi heç də təəccüblü deyildir.

“Təbəqatul-fuqəha” kitabında gəlmişdir ki, Səid ibni Cübeyr dedi: Abdullah ibni Ömərdən ilanın hökmü haqqında soruşdum.

Dedi: İstəyirsən desinlər ki, İbni Ömər elə dedi, İbni Ömər belə dedi?!

Dedim: Bəli, sənin dediyinlə şad və qane oluruq.

İbni Ömər dedi: Bu barədə əmirlər danışmalıdır. Allah, Onun Peyğəmbəri və onlardan xəbər verənlər gərək danışsınlar.

Səid ibni Cübeyrdən rəvayət olmuşdur ki, belə dedi: Rəca ibni Həyat Şamın böyük fəqihlərindən idi. Onun barəsində axtarış apardıqda, gördüm ki, şamlıdır və deyir: Əbdül-Məlik ibni Mərvan bu barədə belə demişdir.[142]

İbni Sədin “Təbəqat” kitabında Müseyyib ibni Rafedən nəql edirlər ki, dedi: Əgər bir şeyin haqqında qəzavət ola və onun barəsində nə Qurandan və nə də sünnətdən bir söz olmaya, onu “səvafiyul-üməra” adlandırır, onların öhdəsinə buraxırlar. Onlar da elm əhlini o işə görə yığır və sonda alınan nəticə hər nə olur-olsun haqdır.[143]

Biz isə deyirik: Quran buyurmuşdur:

وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ بَلْ جَاءهُم بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ

“Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxlular) korlanıb gedərdi. (Aləm bir-birinə qarışıb, nizamı pozulardı.) Xeyr, Peyğəmbər onlara haqla (Quranla) gəldi, lakin onların əksəriyyəti haqqı xoşlamır.”[144]

BEŞİNCİ: ƏHLİ-SÜNNƏ FİQHİNİN DİGƏR MƏNBƏLƏRİ

Onların arasında “qiyas”, “istehsan”, “istishab”, “sədde babe zirae və icma” daha çox məşhurdur. İmam Əbu Hənifə hədisləri bir kənara qoyub qiyasa əməl etməkdə çox məşhurdur. Malik isə Mədinə camaatının əməlindən istifadə etmək və “sədde babe zirae”də tanınmış, imam Şafei isə səhabələrin fətvasına müraciət etməkdə şöhrət tapmışdır. O, səhabələri on dərəcəyə bölmüş və onları “əşərətun mubəşşirətun” (behişt müjdəsi verilmiş on nəfər) adlandıraraq başqalarına üstünlük vermişdir. Onlardan sonra ilk hicrət edənlər, sonra ənsar və daha sonra isə fəthdən sonra müsəlman olanları (muslimətul-fəth) qərar verdi. Bu “muslimətul-fəth” həmin o kəslərdir ki, Peyğəmbər (s) Məkkəni fəth edəndən sonra onları bağışlamış və onlar da müsəlman olmuşdular.[145]

İmam Əhməd ibni Hənbəl ictihaddan çəkinmək, fətvadan uzaq olmaq, səhabələrə (hər kəs olur-olsun) itaət etməkdə məşhur olmuşdur. Xətib Bağdadi ondan nəql edib deyir: Bir kişi halal və haram barəsində ondan bir məsələ soruşdu. Əhməd ona dedi: Allah səni bağışlasın, bizdən başqa kimdən istəyirsən soruş, fəqihlərdən soruş, Əbu Sovrdan soruş.[146]

Məruzi ondan nəql edir ki, dedi: Hədis bir yana qalsın, xalqın sualları barəsində də hər kəs məndən bir şey soruşsa, ona cavab verməyəcəyəm.[147]

Əhməd ibni Hənbəl həmin o kəsdir ki, bütün səhabələrin (heç bir istisna olmadan) ədalətli olması nəzəriyyəsini irəli sürmüşdür. Onun bu nəzəri əhli-sünnət və camaatda çox təsir qoymuşdur.

Xətib Bağdadi tarixi kitabının ikinci cildində Məhəmməd ibni Əbdürrəhman Seyrəfidən nəql etmişdir ki, deyir: Əhməd ibni Hənbələ dedim: Əgər Allah rəsulunun səhabələri bir məsələ haqqında ixtilaf etsələr, onların sözünə diqqət yetirib düz olanına itaət edə bilərikmi?

Mənə dedi: Allah rəsulunun səhabələri arasında nəzər verməyin caiz deyildir.

Dedim: Yolu nədir?

Dedi: Hər hansına istəyirsən, itaət et.

Biz deyirik: Məgər haqla batili bir-birindən ayıra bilməyənə təqlid etmək olarmı? Təəccüblüdür! Həmişə fətva verməkdən qaçan Əhməd necə olur ki, burada fətva verərək “hər hansı səhabəyə istəyirsən, itaət et” hökmünü verir! Özü də onların sözündə heç bir axtarış aparmır!

Şiə və sünnünün fiqhi mənbələri haqqında qısa da olsa, təhqiq etdik. Bu bəhsdən başa düşürük ki, Peyğəmbər (s)-in sünnəsinə əməl edənlər yalnız şiələrdir. Onu heç nə ilə əvəz etmirlər. İş o yerə çatmışdır ki, Peyğəmbər sünnəti onların şüarı olmuşdur. Hətta onların düşmənləri buna şəhadət verirlər.

Amma əhli-sünnətə gəldikdə isə, onlar hər səhabənin, tabeinin və hakimin sözünə itaət edirlər. Onların kitabları və sözləri özlərinin əleyhinə şəhadət verir. Gələn fəsildə (Allahın köməyi ilə) onların işinin necəliyini görəcək və biləcəyik ki, Peyğəmbərin sünnəsi ilə heç bir işləri yoxdur.

Biz bu barədə nəticə almağı oxucuların ixtiyarına qoyuruq ki, özləri kimin əhli-sünnə və kimin əhli-bidət olması barədə özləri hökm çıxarsınlar.

BƏHSİ TAMAM ETMƏK ÜÇÜN LAZIM OLAN MƏTLƏBLƏR

Demək lazımdır ki, şiələr fiqhi mənbələrinə, o cümlədən Kitaba və sünnəyə vəfadar olmuş, heç vaxt ona bir şey artırmamışlar. Çünki onların imamlarında kifayət edəcək qədər – bütün məsələlər barəsində – nəss olmuşdur.

Bəzi insanlar təəccüb edib deyirlər: Zəmanə günü-gündən dəyişildiyi halda, bütün məsələlərə aid olan kifayətedici nəss (Əhli-beyt imamlarından) haradandır?

Həqiqəti oxucunun zehninə yaxın etmək üçün bir neçə məsələyə işarə edirik:

Müsəlmanlar Allahın Həzrət Mühəmməd (s)-i bütün dinləri kamil edən bir şəriətlə göndərməsinə inanırlar. İnsanlar o həzrətə itaət etdikdə kamil insaniyyət yoluna qədəm qoyurlar. Belə ki, ondan sonra heç bir nübüvvət yoxdur və bu həyat o həzrətin nübüvvətilə sona yetir.

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ

“Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!”[148]

Sübhan Allah insanlardan bütün danışıqlarında, rəftarlarında Onun əhkamına itaət etmələrini istəmiş, işlərində Ona təvəkkül etmələrini bildirmişdir.

 

 

 

إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ

“Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır.”[149]

وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ

“Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz.”[150]

Əgər belədirsə, onda Allahın əhkamı hərtərəfli olmalı, bu çətin yolda insanın ehtiyaclarını ödəməlidir. Bütün çətinliklərə qalib gəlmək, hədələr qarşısında müqavimət göstərmək, müəyyən olunmuş hədəflərə çatmaqda ona yar olmalıdır. Elə buna görə də Allah buyurur:

مَّا فَرَّطْنَا فِي الكِتَابِ مِن شَيْءٍ

“Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq.”[151]

Beləliklə, Allahın Kitabında deyilməmiş bir şey qalmamışdır.

Amma insan öz dar baxışı ilə Allahın buyurduğu bütün şeyləri dərk edə bilmir. Əlbəttə, bu, dəlilsiz deyildir. Sübhan Allah buyurur:

وَإِن مِّن شَيْءٍ إِلاَّ يُسَبِّحُ بِحَمْدَهِ وَلَـكِن لاَّ تَفْقَهُونَ تَسْبِيحَهُمْ

“Elə bir şey yoxdur ki, Allaha tərif deyib, Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız.”[152]

“İnnə min şəyin” (heç bir şey) kəlməsi insan, heyvan və canı olmayanların şükr etməsini göstərir. İnsan canlı heyvanların təsbihini qəbul edə bilər, lakin, daşların (cansızların) təsbihini qəbul etmək onun üçün çətindir, buna görə də mütəal Allah buyurur:

إِنَّا سَخَّرْنَا الْجِبَالَ مَعَهُ يُسَبِّحْنَ بِالْعَشِيِّ وَالْإِشْرَاقِ

“Biz dağları ona ram etmişdik, onlar axşam və səhər onunla birlikdə (Allahı) təqdis edib, Onun şəninə təriflər deyərdilər.”[153]

Əgər bunu qəbul edib, iman gətirsək, Quranda qiyamət gününə qədər insanların ehtiyacı olduğu hökmlərin olmasını da, sözsüz, qəbul etməliyik. Amma biz onları başa düşmürük. Sözsüz, onu başa düşən və ona nazil olan adama müraciət etməliyik ki, bütün mənalarını başa düşmüş olsun. O, Allahın Peyğəmbəridir.

وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ

“Biz Quranı sənə hər şeyi (din hökmləri, halal-haramı, günahı və savabı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik.”[154]

Onu qəbul edib iman gətirsək, çarəsiz qalıb bu həqiqəti də qəbul etməliyik ki, sübhan Allah hər şeyi Öz Peyğəmbəri üçün açıqlamışdır ki, o həzrət də xalqa bəyan etsin. Allah rəsulu da hər şeyi demiş və xalqın qiyamət gününə qədər ehtiyacı olan hər bir şeyi açıqlamışdır.

İndi əgər o həzrətin bütün açıqlaması bizə çatmamışdırsa, onda nöqsanı özümüzdə görməliyik. Bu nöqsan ya bizim zəifliyimizdən, ya nadanlığımızdan, ya da Peyğəmbərlə bizim aramızda olan vasitələrin xəyanətindən baş vermişdir. Səhabələrin bilməməsi və agahlıq tapmaması da bundan istisna deyildir.

Amma mütəal Allah baş verə biləcək bütün ehtimalları bilirdi. Şəriətinin aradan getməməsi üçün Öz bəndələrinin arasından imamlar seçmiş, Öz kitabının elmini onlara irs olaraq vermişdir. Xalqın yanında bəhanə olmaması üçün onun açıqlamasını onlara öyrətmişdir. Mütəal Allah buyurur:

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا

“Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras olaraq verdik.”[155]

Allah rəsulu xalqın ehtiyacı olduğu hər bir şeyi onlara bəyan etmişdi. Xalqın qiyamət gününə qədər ehtiyacı olan elmi vəsisi Əli (ə)-a öyrətmişdi. Bu, Həzrət Əli (ə)-ın səhabələr arasında məqamının böyüklüyünə dəlildir. O, hər şeyi yaxşı düşünür, güclü hafizə və böyük anlayışa malik idi. Beləliklə, Peyğəmbər bildiklərinin hamısını ona öyrətmiş, ümməti ona tərəf hidayət edərək onu öz elminin “qapısı” tanıtdırmışdır.

Soruşa bilərsiniz ki: Peyğəmbər (s) bütün bəşəriyyət üçün nazil olmuşdur. Ola bilməz ki, birinə məxsus elm versin və digərini ondan məhrum etsin. Deməliyik ki, Peyğəmbər (s) bu barədə təkbaşına bir iş edə bilməz. O, əmri yerinə yetirən bir bəndədir. Allah ona hər nə buyurursa, o da yerinə yetirir. İslam təkallahlıq dinidir. Bu, Quran, əql və vicdanın şahid olduğu bir həqiqətdir. Mütəal Allah buyurur:

لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا

“Əgər Allahdan savayı o ikisin də yerdə və göydə digər bir ilah (məbud) olsaydı, (göy və yer) məhv olardılar.”[156]

Həmçinin buyurur:

وَمَا كَانَ مَعَهُ مِنْ إِلَهٍ إِذًا لَّذَهَبَ كُلُّ إِلَهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَى بَعْضٍ

“Onunla başqa bir Allah olmamışdır, (əgər belə olsaydı) hər Allah öz yaratdığını özü ilə aparardı, bəzisi digərinə üstünlük edərdi.”[157]

Eləcə də əgər Allah eyni zamanda iki mürsəl Peyğəmbər göndərsəydi, xalq iki yerə bölünərdi.

Mütəal Allah buyurur:

وَإِن مِّنْ أُمَّةٍ إِلَّا خلَا فِيهَا نَذِيرٌ

“Elə bir ümmət yoxdur ki, onun içindən, qorxduğu bir peyğəmbər gəlib getməsin.”[158]

Eləcə də hər peyğəmbərin öz ümməti arasında canişin və vəsisi olmuşdur ki, xalqın içində olmaqla onları pərakəndəliyə düşərək bir-birindən uzaqlaşmadan saxlasın.

And olsun ki, bu, təbii bir şeydir. Bütün insanlar – alim, cahil, mömin, kafir – bunu bilirlər. Məgər siz görmürsünüz ki, hər qəbilə, hər partiya və hər dövlətin bir prezidenti vardır? Eyni vaxtda xalq iki başçıya itaət edə bilməz.

Bütün bu dəlillərlə belə, Allah-taala insanlardan və mələklərdən olan elçilər seçmiş və insanlara rəhbərlik iftixarını vermişdir ki, onlar da Allahın fərmanı ilə rəhbərlik etmişlər.

إِنَّ اللّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ

“Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi.”[159]

Peyğəmbərlərin sonuncusu olan Həzrət Mühəmməd üçün Allahın seçdiyi imamların hamısı Peyğəmbərin Əhli-beytindəndir, hamısı İbrahimin ailəsindən, bir-birinin övladlarıdırlar. Peyğəmbər onlara işarə edib buyurur: “Mənim canişinlərim (məndən sonra) on iki nəfərdir və hamısı Qüreyşdəndir.”[160]

Hər zamanın öz tanınmış imamı vardır. Hər kəs öz zamanının imamını tanımadan dünyadan getsə, dinsiz dünyadan getmişdir.

Sübhan Allah imamı seçmiş, pak etmiş və məsum qərar vermişdir. Ona elm vermişdir, hikmət və elm yalnız layiqlərə verilir.

Bəhsimizin əsl mövzusuna qayıdaq. İmam xalqın ehtiyacı olan hər bir şeyi bilir. Onun bildiklərinin hamısı Kitab və sünnədəndir. Bunların hər ikisi qiyamət gününə qədər xalqın ehtiyacları kənarında olacaqdır. Bu iftixar yalnız Əhli-beyt imamlarına qismət olmuşdur. Onlar dəfələrlə “Came” kitablarının olduğunu demişlər. Bu kitabı Peyğəmbər (s) demiş, Əli (ə) isə yazmışdır. Xalqın qiyamət gününə qədər olaraq bütün ehtiyacaları orada qeyd olunmuşdur.

İşarə etdiyimiz kimi, həmin səhifə həmişə Əli (ə) yanında olmuş, onu hər yerə özü ilə aparmış, Buxari və Müslüm öz səhihlərində ona işarə etmişlər. Heç bir müsəlman onu inkar edə bilməz.

Beləliklə, Əhli-beyt imamlarına bağlı olan şiələr şəri məsələlərdə Quran və sünnə əsasında hökm edirlər, buna görə də heç vaxt başqa bir şeydən istifadə etməyə ehtiyacları olmamışdır.

Amma əhli-sünnə və camaat çarəsiz qalıb ictihad, qiyas və bir çox başqa şeylərdən istifadə etmişlər. Səbəbi də əllərində lazımınca nəss və rəvayətin olmaması olmuşdur. Çünki onların imamları – ilk xəlifənin vaxtından başlayaraq – nəss və rəvayətlərlə çox da tanış olmamışlar. Əksinə olaraq, onların xəlifələri Peyğəmbərdən qalmış rəvayətləri yandırmış, camaatı onları nəql etməkdən çəkindirmişlər. Onların böyüklərindən biri deyir: “Allahın Kitabı bizə bəsdir.” Beləliklə, Peyğəmbərin sünnəsini bir kənara atmışdır. Sözsüz, onlar çatışmazlıqla üzləşib, hətta Quranın əhkam barəsində olan ayələrinin açıqlanmasında məəttəl qalacaqlar.

Quranın zahiri əhkamının az olmasından hamımızın xəbəri vardır. Buna baxmayaraq, onların açıqlanmasında Peyğəmbərin bəyanına ehtiyac vardır. Mütəal Allah buyurur:

وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ

“Sənə Quranı nazil etdik ki, insanlara göndəriləni onlara izah edəsən.”[161]

Əhkamının açıqlanması üçün Quranın da Peyğəmbər sünnəsinə ehtiyacı vardır. Amma əhli-sünnə və camaat Quranı bəyan edən sünnəyə od vurdular və beləliklə, onlar üçün Quranı bəyan edən sünnət qalmadı.

Belə olduqda, çarəsiz qalıb ictihad və qiyasa əl atdılar. Məşvərət edib “istehsan” və tez sovuşan mənfəətlərə üz tutdular.

Bəli, onların işi həqiqətən də belə olmalıdır.

ŞİƏDƏ TƏQLİD VƏ MƏRCƏİYYƏT

Şəriət hökmlərinə əməl etməsi vacib olan hər bir müsəlman əgər özü müctehid olmazsa, (yəni özü şəriət hökmlərini Quran və sünnədən ələ gətirə bilməzsə) camiuş-şərait olan müctehiddən təqlid (yəni müctehidə dini əhkamlar barəsində buyuruğuna əməl) etməlidir. Camiuş-şərait olan müctehid alim, adil, təqvalı və s. olmalıdır. Allah-taala buyurur:

فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ

“Əgər bilmirsinizsə, bilənlərdən soruşun.”[162]

Bu barədə axtarış aparsaq, imamiyyə şiələrinin zəmanə və hədislərlə irəli getməsinin şahidi olarıq. Onlarda mərcəiyyət ardıcıllığı heç zaman qırılmamışdır. Bu ardıcıllıq onlardan Peyğəmbər (s)-in zamanından başlanmış, bu günə kimi davam edir.

Şiələr Əhli-beyt imamlarına bu gündə təqlid edirlər. Onların vücudu üç əsr davam etmiş və heç zaman onlardan biri digərinin sözü ilə müxalifətçilik etməmişdir. Bunun səbəbi Kitab və sünnənin buyurduqlarının onlar tərəfindən qəbul olunmasından və heç zaman qiyas və şəxsi ictihadlarına əməl etməmələrindəndir. Əgər onlar da əhli-sünnə və camaat kimi öz şəxsi ictihadlarına və qiyasa əməl etsəydilər, bu gün onların da arasında böyük ixtilaf görərdik. (Necə ki, o ixtilafı bu gün əhli-sünnə və camaatda görürük.)



Geri   İrəli
Go to TOP