A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həqiqət olduğu kimi... 1
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 146
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu müşkülün yeganə həll yolu Əhli-beytin sorağına getməkdir, necə ki, Peyğəmbər (s) bunu sifariş etmişdir.

Əgər “səqəleyn” hədisini “Əli Quranladır və Quran Əli ilə, onlar (Kövsər) hovuzunun kənarında birlikdə gələnə kimi, heç vaxt bir-birindən ayrılmazlar.” Həmçinin “Əli haqladır və haqq Əli ilə, onlar qiyamət günündə hovuzun kənarına gələnə kimi heç vaxt bir-birindən ayrılmazlar” hədislərilə yanaşı qoysaq, inanarıq ki, Əlini boşlayan hər bir kəs Quranı düzgün təfsir etməyi kənara qoymuş və Əlidən ayrılan şəxs haqdan üz çevirmiş, batili özünə rəhbər qərar vermişdir. (Haqdan başqa hər şey batildir.)

Həmçinin inanırıq ki, əhli-sünnət və camaat Əli (ə)-ı kənara qoymaqla Quran və Peyğəmbərin sünnətini kənara qoymuşdur və Peyğəmbər (s)-in dediyi söz nə qədər də düzdür ki, buyurur: Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Bir qrupdan başqa hamısı azacaqdır.

Bu nicat tapan qrup Əli (ə)-ın yolunu getməklə haqq və hidayətə çatanlardır. Onun düşmənlərini düşmən tutmuş, dostlarını sevmişlər. Onun elmindən istifadə etmiş, bərəkətli övladlarını özlərinə rəhbər seçmişlər.

أُوْلَئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ جَزَاؤُهُمْ عِندَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ

“Onlar xalqın ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (nemətlər) Rəbbindən qorxanlar üçündür!”[116]

“SƏQƏLEYN” HƏDİSİ ƏHLİ-SÜNNƏT NƏZƏRİNDƏ

İrəlidə qeyd etdiyimiz kimi, əhli-sünnə və camaat bu hədisi iyirmidən artıq kitabda gətirmiş və onun düzlüyünə etiraf etmişlər.

Əgər onlar bu hədisin düzlüyünə etiraf edirlərsə, düz yoldan ayrılmaqlarını da boyunlarına almalıdırlar. Onlar Əhli-beyt (ə)-dan tutmamış, əsası olmayan məzhəblərə itaət etmişlər ki, nə Allah onların barəsində əmr vermişdir, nə də Peyğəmbərin sünnətində ondan bir xəbər vardır.

Təəccüblü burasındadır ki, bu gün, Bəni-Üməyyənin məhv olub aradan getdiyi bir zaman da, əhli-sünnə və camaat alimləri niyə görə tövbə edib Allaha tərəf qayıtmırlar? Halbuki indiki zamanda elmi-təhqiqatlar aparmaq üçün hər bir şey hazırdır.

وَإِنِّي لَغَفَّارٌ لِّمَن تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَى

“Şübhəsiz ki, Mən də tövbə edən, iman gətirən və yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!”[117]

Əgər xalq qədim zamanlarda hakimlərin zorları ilə onlara itaət edirdilərsə, bu gün onların nə üzrü vardır? Bu gün dövlətlərin dinlə işi yoxdur. Onlar öz hakimiyyətləri xətərə düşməyincə, heç vaxt heç nə demirlər. Hətta insan hüququ sayıb fəxr edirlər ki, onlarda azad fikir və azad əqidə vardır.

Yalnız bir şey qalır. O da əhli-sünnə və camaatın “səqəleyn” hədisinə etiraf etməsidir. Onlar deyirlər: Rəvayət bu cür də gəlmişdir: Sizin aranızda Allahın kitabını və sünnəmi qoyuram.[118]

Biz onlara yalnız bunu deyə bilərik: Siz elm ölçülərindən, bəhs və tanıma qaydalarından, höccət və dəlilin isbatından uzaqsınız. (Gələn fəsildə bunu şahidi olacağıq.)

ALLAHIN KİTABINI VƏ ƏHLİ–BEYTİMİ, YOXSA ALLAHIN KİTABINI VƏ SÜNNƏMİ?

Biz “Düz danışanlarla birlikdə” kitabında bu barədə geniş surətdə danışmışıq. Sözün qısası budur ki, bu iki hədisin mövzusu yaxındır. Çünki Peyğəmbərin həqiqi sünnəti onun pak Əhli-beytindədir. Onlar evin içini daha yaxşı bilirlər. Əli ibni Əbi Talib (ə) Peyğəmbər sünnətinin qapısıdır. Əli (ə) islami rəvayət etməyə ən layiqli adamdır.

Bununla belə (təkrar olmasına baxmayaraq) daha geniş məlumat üçün nəql etmək məcburiyyətindəyik. Bəlkə də bəziləri o kitabı mütaliə etməmişlər.

Əziz oxucu bu bəhsdə bəzi şeylərə rast gələ bilər ki, “Allah kitabı və itrətim (Əhli-beytim (ə))” hədisinin düzgünlüyünə qane olar və başa düşər ki, “Allah kitabı və sünnəmi” hədisi xəlifələr tərəfindən – Əhli-beyti kənara qoymaq üçün dəyişdirilmişdir.

Diqqət etmək lazımdır ki, “Allah kitabı və sünnətim” hədisi, hətta əhli-sünnət və camaatın fikrinə görə də düz deyildir. Onlar özləri bunu iqrar edib deyirlər ki, Peyğəmbər (s) onlara hədis yazmağı qadağan etmişdir. Belə olduğu halda, o həzrət necə deyə bilər: Mən sizin aranızda öz sünnətimi qoymuşam, o sünnət ki, nə yazılıb və nə də məlumdur!

Digər tərəfdən əgər “Allah kitabı və sünnətim” düzdürsə, bəs onda niyə görə Ömər ibni Xəttab cürətlənərək Peyğəmbər (ə)-lə müxalifətçilik edir və deyir: Allah kitabı bizə bəsdir?!

Əgər Peyğəmbər (s) özündən sonra yazılmış sünnət qoyubsa, hansı icazəyə görə Əbu Bəkr və Ömər onu yandırır və xalqı uzaq salırlar?!

Əgər bu hədis düzdürsə, niyə görə Əbu Bəkr Peyğəmbər (s)-in vəfatından sonra minbərə çıxıb deyir: Allah Peyğəmbərindən heç nə rəvayət etməyin, hər kəs sizdən bir şey soruşsa, deyin ki, bizim aramızda Allah kitabı vardır. Onun halalını halal, haramını haram sayın![119]

Əgər bu hədis düzdürsə, bəs niyə görə Əbu Bəkr, Ömər və onlarla olanlar xanım Zəhra (əleyha-salam)-ın hörmətini ayaq altına qoyub evinə tərəf hücum edir və evi içindəkilərlə birlikdə yandıracaqları ilə hədələyirlər? Məgər Peyğəmbər (s)-in xanım Fatimeyi-Zəhra barəsində buyurduğu: “Fatimə mənim bədənimin yarısıdır, hər kəs onu qəzəbləndirərsə, məni qəzəbləndirmişdir və hər kəs ona əziyyət edərsə, mənə əziyyət etmişdir” hədisini eşitməmişdilərmi?

Bəli, and olsun Allaha! Onu həm eşitmiş, həm də başa düşmüşdülər. Məgər onlar Allahın sözünü eşitməmişdilərmi ki, buyurmuşdur:

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

“(Ya Peyğəmbər!) De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən başqa bir şey istəmirəm.”[120]

Bu ayə Fatimə, Əli və onların iki övladı barəsində nazil olmuşdur. Görəsən, Peyğəmbər ailəsini sevmək onları qorxutmaq, evlərinə od vurmaqdırmı? Evin qapısı ilə o qədər Fatimə (əleyha-salam)-ı sıxırlar ki, axırda uşağını salır. Atam-anam ona qurban olsun!

Əgər “Allah kitabı və sünnəm” hədisi düz olsaydı, bəs onda Peyğəmbərlə beyət edən Müaviyə və səhabələr hansı haqla Əli (ə)-a lənət edirdilər? Peyğəmbərə göndərdikləri kimi, ona da salavat göndərməyin lazım olması barədə Allahın fərmanını eşitmədilərmi? Onlar Peyğəmbərin bu kəlamını eşitməmişdilərmi ki, buyurur: “Hər kəs Əlini söysə, məni söymüşdür, hər kəs məni söysə, sanki Allahı söymüşdür?!”[121]

Əgər bu hədis düzdürsə, bəs niyə görə sünnət bir çox səhabəyə gizli qaldı və onlar dini hökmlərdə öz nəzəriyyələri ilə fətva verdilər? Dörd məzhəb başçıları da öz nəzərlərinə və qiyasa əməl etdilər![122]

Əgər Peyğəmbər (s) Allah kitabını və öz sünnətini insanların haqdan çıxmaması üçün qərar vermişdisə, belə isə, əhli-sünnə və camaatın çıxardığı bidətlərə ehtiyac yox idi. Bilmək lazımdır ki, hər bidət azğınlıq gətirir və hər azğınlıq oddadır.

Bundan əlavə, alimlər və ağıllı insanlar Peyğəmbərə irad tutub deyərlər: Sünnətini öz başına buraxıb, onu qorumağı və həyatda ona əməl etməyi xalqa tapşırmadığı bir halda, necə deyir ki:

“Mən sizin aranızda iki qiymətli əmanət qoyuram, əgər onlardan yapışsanız, məndən sonra haqdan azmazsınız. Onlardan biri Allahın kitabı və digəri mənim sünnətimdir.”

Əgər onlara desək ki, Peyğəmbər (s) özü sünnətini yazmağa icazə verməmişdir, onda bizə gülərlər. Necə ola bilər ki, özü müsəlmanlara hədis yazmağa icazə vermir, amma bununla belə deyir: Sizin aranızda öz sünnətimi qoymuşam?!

Amma bütün bunlarla yanaşı, Quranda nasix və mənsux, xas və am (xüsusi və ümumi), möhkəm və mütəşabih ayələr olduğu kimi, sünnədə də bu vardır. Yalnız bu fərqlə ki, Quranın hamısı səhihdir. Çünki onu qorumağı Allah Özü Öz öhdəsinə götürmüşdür. Amma sünnədə olan yalan hədislər düz hədislərdən daha çoxdur. Beləliklə Peyğəmbər (s)-in sünnəni, məsum bir imamın olmasına daha çox ehtiyaclıdır ki, səhih hədisi qeyrisindən ayırsın.

Məgər görmürsünüz ki, Allah necə Quranın mübəyyinə (aşkarediciyə) ehtiyacı olmasını bildirir? Mütəal Allah buyurur:

وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ

“Sənə bu Quranı nazil etdik ki, insanlara göndəriləni (hökmləri, halal və haramı) onlara izah edəsən.”[123]

Əgər Peyğəmbər onu açıqlamasaydı, xalq Allahın əhkamını tanıya bilməzdi. Baxmayaraq ki, Quran onların öz dilində nazil olmuşdu.

Quranda bəzi vacib əməllər vardır ki, açıqlanmasında Peyğəmbər (s)-ə ehtiyac vardır. O cümlədən: namaz, zəkat, oruc, həcc kimi vacibləri qeyd etmək olar. Bütün bu vaciblərin necə yerinə yetirilməsində Peyğəmbər (s)-ə ehtiyac vardır.

Əgər Quranın (ki, heç cür ixtilaf və batilliyə onda yol yoxdur) aşkarediciyə ehtiyacı vardırsa, belə isə sünnətin daha artıq buna ehtiyacı vardır. Çünki onda çoxlu ixtilaf olmaqla yanaşı, əlavə olunmuş yalan hədislər də vardır. Hər düşünən ağıl bunu təsdiq edər ki, bütün peyğəmbərlər öz risalətlərinə diqqət yetirmiş, özlərindən sonra (onun vəzifələrini yerinə yetirməyə) Allahın göstərişi ilə canişin qoymuşlar.

Elə buna görə də Peyğəmbər ümmətin arasında Əli ibni Əbi Talib (ə)-ı özünün canişini olmağa hazırlamış, hələ uşaqlıqdan peyğəmbərlik əxlaqı ilə böyütmüşdü. Böyüdükdən sonra bütün elmləri ona öyrətmişdi.

Heç vaxt vermədiyi sirləri ona vermişdi. Dəfələrlə xalqı ona tərəf hidayət edib demişdi: “Bu, mənim qardaşım, vəsim və canişinimdir.” Daha sonra buyurmuşdu: “Mən ən yaxşı Peyğəmbərəm, Əli ən yaxşı vəsi və məndən sonra xalqın ən yaxşısıdır.”

Bir daha buyurur: “Mən Quranın nazil olmasında mübarizə etdim. Əli Quranın açıqlanmasında mübarizə aparacaq. O, ixtilaflı olan məsələləri xalq üçün açıqlayacaq.”

Buyurur: “Mənim tərəfimdən Əlidən başqa heç kim xəbər çatdırmayacaq. O, məndən sonra bütün möminlərin sərvəridir.”

Yenə buyurur: “Əlinin mənə olan nisbəti, Harunun Musaya olan nisbəti kimidir. Mən ondanam, o da məndəndir. O, mənim elmimin qapısıdır.”[124]

Elmi və tarixi dəlillərlə sabit olur ki, Həzrət Əli (ə) yeganə elmli şəxsiyyət idi ki, hamı ona müraciət edirdi. Əhli-sünnətin ümmətin alimi adlandırdıqları İbni Abbas Həzrət Əli (ə)-ın şagirdlərindən olmuşdur. Buradan başa düşülür ki, müsəlmanların bütün elmi Əlidəndir.[125]

Misal üçün: Bu cür təsəvvür edib deyirik: Əgər “Allahın kitabı və sünnəm” hədisi “Allahın kitabı və Əhli-beytim” hədisi ilə uyğun və münasib olmazsa, onda gərək ikincini irəli salaq. Belə halda bütün müsəlmanlara Əhli-beytə müraciət etmək imkanı yaranacaqdır. Quran və sünnəti onlardan öyrənə biləcəklər.

Amma əgər birinci hədisi – “Allahın kitabı və sünnətim” hədisini qəbul etsək, həm Quran və həm də sünnətdə sərgərdan qalarıq. Tanınmamış hökmləri bizə açıb bəyan etmək üçün bir kəsi tapa bilmərik. Alimlərin ixtilaf etdikləri məsələlər də həll olmamış qalar.

Sözsüz, belə bir halda hər hansı alimin sözünə qulaq assaq, ya hər hansı məzhəbə itaət etsək, dəlilsiz və sübutsuz iş görmüş olarıq. Mütəal Allah Quranda buyurmuşdur:

وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلاَّ ظَنًّا إَنَّ الظَّنَّ لاَ يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا

“Onların əksəriyyəti yalnız zənnə uyar, zənn isə əsla həqiqət ola bilməz.”[126]

Mən bu məsələ üçün nümunə gətirib əziz oxucuya mətləbin nə qədər düz olduğunu çatdıracağam.

Əgər Qurani-Kərimdə dəstəmaz ayəsinə diqqət etsək:

وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ

“(Yaş əlinizlə) başınızı və hər iki topuğunuza qədər ayaqlarınızı məsh edin” – ilk baxışda ayaqların da baş kimi məsh olunmasının lazım olmasını başa düşürük. Amma müsəlmanların əməlinə diqqət etdiyiniz zaman ixtilaf olduğunu müşahidə edirik. Əhli-sünnət ayaqlarını yuyur, şiə isə məsh edir.

Belə bir halda şəkkə düşüb nə edəcəyimizi bilmirik. Əgər əhli-sünnət və camaata müraciət etsək, görərik ki, onların alimləri öz aralarında da bu haqda ixtilaf etmişlər. Onlardan bəzisi ayəni nəsblə – “ərculəkum” və bəzisi isə cərlə – “ərculikum” oxumuşdur.

Hər iki oxunuşu düz bilib deyirlər: Hər kəs nəsblə oxuyubsa, ayağı yumağı vacib və hər kəs cərlə oxuyubsa, ayaqları məsh etməyi vacib bilmişdir.

Əhli-sünnənin böyük alimi ədəbiyyatşünas Fəxri Razi[127] bu məsələyə çatanda deyir: Hər iki qiraət düzdür və hir ikisi məsh etməni vacib edir. Çünki “ərcul” kəlməsi ya “nəsb” məhəllindədir, ya da ona “cər” verilmişdir. Daha sonra əlavə edir: Quran bizə məshi gətirmiş, sünnət isə ayağı yumağı vacib etmişdir.

Əziz oxucu! Gördüyün kimi, əhli-sünnət alimi bizi sərgərdanlıqdan çıxara bilmədi. Öz sözü ilə bizdə daha artıq qarışıqlıq və şəkk yaratdı. Necə ola bilər ki, sünnət Quranla müxalif olsun?!

Peyğəmbərin Quranla müxalifətçilik etməsi heç cür mümkün deyildir. O, ayağını Quranın dediyinin əksinə olaraq yumamışdır. Əgər Peyğəmbər (s) dəstəmaz aldığı zaman ayaqlarını yumuş olsaydı, onda böyük səhabələr onunla müxalifətçilik etməzdilər. Elm və bilikdə nümunə olan Əli ibni Əbi Talib, İbni Abbas, Həsən və Hüseyn, Hüzeyfə ibni Yəman, Ənəs ibni Malik və ayəni cərlə oxuyan səhabələr çoxluq təşkil edirlər. Peyğəmbər (s)-in pak Əhli-beytinin ardıcılları olan şiələr əksəriyyətdə olub, dəstəmazda məshin vacibliyini deyirlər.

NECƏ HƏLL ETMƏLİ?!

Əziz oxucu! Gördüyün kimi, (nə qədər etimadlı olsa belə) müsəlman öz şəkkində sərgərdan qalıb düz yolu tapa bilmir. Hansı hökmün Allahın həqiqi hökmü olduğunu, hansının isə olmadığını düşünə bilmir.

Mən bilərəkdən Qurandan bu nümunəni zikr etdim. Əziz oxucu, bu bəhsə diqqət yetirməklə əhli-sünnət və camaat alimlərinin ixtilafının nə həddə olduğunu başa düş. Çox sadə və eyni zamanda Peyğəmbərin iyirmi üç il həyata keçirdiyi bir məsələdə necə də ixtilaf etmişlər?

Bu məsələni Peyğəmbər (s)-in bütün yaxınları bilməliydi. Amma əhli-sünnət alimləri qiraətdə ixtilaf etmiş, bəzi vaxt nəsb və bəzi vaxt cərlə oxumuşlar. Elə bu ixtilafın nəticəsidir ki, şəri hökmdə anlaşılmazlıq irəli gəlmişdir.

Alimlər Quranın təfsirində və həmçinin şəri hökmləri ələ gətirməkdə cürbəcür qiraətlərə görə böyük ixtilafdadırlar.

Əgər onların Quranda olan ixtilafları belə aşkardırsa, sözsüz ki, sünnədə daha da aşkar olacaqdır.

HƏLL YOLU NƏDƏDİR?

Quran və sünnətin şərhində etimad olunan adamlara müraciət etməyin vacib olmasına əqidən vardırsa, sənin fikrincə ağıllı şəxs və kəlam əhli kimdir? Quran və sünnət insanların səhvə düşməsinin qarşısını ala bilməmiş, hər ikisi sakit durmuşlar. Dəstəmaz ayəsində gördüyümüz kimi, bir ayəni neçə cür təfsir etmək mümkündür. Elə buna görə də Quran və sünnətin həqiqətlərinə agah olan alimlərə ehtiyacımız vardır. Belə olduqda, o alimlər kimlərdir?

Əgər desək ki, “onlar başda səhabələr olmaqla ümmətin alimləridir,” – səhv etmiş olarıq. Gördüyümüz kimi, onlar dəstəmaz və başqa hökmlərdə ixtilaf etmişlər. Hətta onların bu ixtilafı bir-birini təkfir etməyə gətirib çıxarmışdır.

Əgər dörd məzhəb başçısının sorağına getməyə təklif etsəniz, yenə də müşkül həll olunmamış qalacaqdır. Bildiyimiz kimi onların özlərinin çoxlu fiqhi məsələlərdə ixtilafları vardır. Hətta ixtilafları o yerə çatmışdır ki, bəziləri namazda “Bismillah” (Allahın adı ilə) deməyi məkruh saymışlar. Bəziləri isə onsuz namazı batil bilmişlər. Bundan əlavə, bu məzhəblərin hakimlər tərəfindən yaranmasını keçmiş bəhslərdə gördük və bildik ki, onların zəmanəsi Peyğəmbərdən çox sonra olmuşdur. Belə ki, onlar səhabələri yaxşı tanımamışlar, o ki, qaldı Peyğəmbər (s).

Beləliklə, bizim qarşımızda yalnız bircə yol qalır. O da Peyğəmbər (s)-in pak Əhli-beytinə müraciət etmək yoludur. Allah onları pak etmiş və çirkinlikdən uzaqlaşdırmışdır. Onlar elə bir insanlardırlar ki, elmdə və təqvada heç kəs onlara çata bilməz. Onlar yalan və səhvdən uzaqdırlar. Bu, Quran ayəsi[128] və əziz Peyğəmbərin sözüdür.[129]

Allah onları seçməklə Quran və din elmini onlara bağışladı. Xalqın ehtiyacı olduğu hər şeyi Peyğəmbər (s) onlara öyrədərək ümməti onlara itaət etməyə çağırdı və buyurdu: “Mənim Əhli-beytim sizin aranızda Nuhun gəmisinə bənzəyir. Hər kəs ona minərsə, nicat tapar və hər kəs ondan ayrılarsa, qərq olar.” Əhli-sünnə alimlərindən olan İbni Həcər bu hədisi səhih sayıb buyurmuşdur: “Nuhun gəmisinə bənzətməkdən məqsəd onları sevmək, Peyğəmbər (s)-in zəhmətlərinə görə onlara hörmət bəsləmək, onların elmlərindən istifadə etməklə Allahla müxalifətçilik etmək qaranlığından nicat tapmaqdır. Onlardan ayrılan hər kəs naşükürlük dəryasında batar və qudurğanlıq səhralarında məhv olar.[130]

Daha artıq məlumat əldə etmək istəyənlər “Əl-müraciat” və “Əl-qədir” kitablarına müraciət edə bilərlər.

Beləliklə, şiələr Peyğəmbər (s)-in sünnəsinə həqiqi əməl edənlərdir. Əhli-sünnə və camaat isə haqq yoldan çıxmış rəhbərlərindən itaət edirlər. O kəslərə ki, onları düz yoldan çıxarmış və qaranlıqlarda öz başlarına buraxmışlar.

Xalis bəndələrini Öz haqqa yoluna hidayət edən Allaha şükür edirik!

ŞİƏ FİQHİNİN MƏNBƏSİ

Hər kəs on iki imama itaət edən şiənin fiqhində axtarış aparsa, onların bütün məsələlərdə – on iki imamın vasitəsilə – Peyğəmbərə müraciət etdiklərini görə bilər.

Onların fiqhində yalnız iki mənbə vardır: Quran və sünnə. Yəni birinci mənbə Qurani-Kərim, ikinci mənbə isə Peyğəmbərin sünnəsidir. (Allahın salavat və salamı ona olsun.) Bütün tarix boyu şiənin nəzəri bu olmuşdur. Onlardan heç biri özlərindən bir sözü demələrinə, ya bir hökmü vermələrinə iddia etməmişlər.

Həzrət Əli (ə)-ı xilafətə seçdikləri vaxt onunla şərt bağlayıb dedilər: İki şeyxin – Əbu Bəkr və Ömərin yolunu tut. Həzrət buyurdu: Allah kitabından və Peyğəmbərin sünnəsindən başqa heç nəyə itaət etməyəcəyəm.[131]

Biz gələn bəhslərdə Həzrət Əli (ə)-ın həmişə Peyğəmbərin sünnəsinə sadiq qalması barədə danışacağıq. O, həmişə sünnəyə vəfalı qalıb ümməti ona tərəf qaytarmağa çalışmışdır. Belə ki, xəlifələr ona qəzəblənmiş, xalqı ondan incik salmışdılar.

İmam Baqir (ə) həmişə buyurardı: “Əgər biz sizə özümüzdən söz demiş olsaq, həm özümüzü haqq yoldan uzaqlaşdırmış olarıq, həm də sizi haqdan çıxararıq. Biz sizinlə Allah və Peyğəmbərdən olan aydın dəlillərlə danışırıq.”

Bir daha buyurur: “Ey Cabir! Biz əgər sizə öz istəyimizlə söz deyib, şəxsi nəzərimizi bəyan etsək, biçarə olarıq. Biz sizinlə Peyğəmbərdən saxladığımız rəvayətlərlə (qızıl saxlanan kimi) danışıb, söz deyirik.”

İmam Cəfər Sadiq (ə) buyurur: “Allaha and olsun! Biz nə ürəyimizin istəyi ilə, nə də şəxsi nəzərimizlə söz deyirik. Biz Allahımızın sözündən başqa bir söz demirik. Sizə verdiyimiz hər bir xəbər Allah rəsulundandır və öz nəzərimizlə heç nə demirik.”

Alimlər və müctehidlər də özlərindən heç nə demirlər. Onların da dediklərinin hamısı Əhli-beytdəndir.

Hətta, əgər əsrin böyük mərcəyi Seyyid Məhəmməd Baqir Sədrə müraciət etsək, görərik ki, fiqhin ibadətlər və müamilələrə aid olan əməli risaləsində deyir:

“İstinbat etdiyimiz fiqhi mənbələrin barəsində xülasə danışmağı lazım bilirəm. O mənbələr elə qiymətli rəvayətlərdir ki, hədis rəvayət etməkdə təqvalı olan, düz danışan ravilərdən bizə gəlib çatmışdır.[132] Amma qiyas, istehsan və bunlar kimi şeylərə itaət etməyə şəri icazəmiz yoxdur.

(Şəri dəlilləri ələ gətirməkdə istifadə olunan yollardan biri də əqldir.)

Müctehidlər və əxbarilər ona əməl etmənin barəsində ixtilaf etmişlər. Amma biz əqli dəlilə bağlı olan bir şey ələ gətirə bilmədik. Baxmayaraq ki, ona əməl etməni biz caiz bilirik. Çünki əql ilə sabit olan hər şey, eyni halda kitab və sünnətlə də sabit olur.

O ki, qaldı icmaya, biz onu kitab və sünnənin kənarında, ayrıca bir dəlil saymırıq, yalnız bəzi yerlərdə ona etimad edirik.

Beləliklə, bizim üçün iki mühüm mənbə vardır: Biri Quran, digəri isə sünnədir. Allahdan bizi o iki əslə itaətə hidayət etməsini istəyirik. Hər kəs o iki mənbədən tutsa, möhkəm bir ipdən tutmuşdur, o ip heç vaxt qırılmaz. Allah eşidən və biləndir.

Bəli, biz bunu həmişə şiə arasında hakim görmüşük. Onlar bu ikidən başqa heç nəyə etimad etmirlər. Onlardan heç biri qiyas və istehsan üzündən fətva verməmişlər. İmam Sadiq (ə)-la Əbu Hənifə arasında olan bəhs məşhurdur. O bəhsdə imam onu bəhsdən çəkindirərək buyurur: “Allahın dinində qiyas etmə. Əgər şəriət qiyasla qarışarsa, din aradan gedər. İlk qiyas edən İblis olmuşdur. O, Adəm barəsində dedi: Mən ondan yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan.”

Bunlar şiənin mənbəsidir. İmam Əli ibni Əbi Talib (ə)-ın vaxtından bu günə qədər şiələr ona müraciət edirlər. İndi isə əhli-sünnə və camaatın fiqhinə diqqət edək.

ƏHLİ SÜNNƏ VƏ CAMAATIN FİQH MƏNBƏSİ

Əhli-sünnə və camaatın fiqhinə müraciət etsək, onun Quran və sünnətdən çox uzaq olduğunu görərik.

Onların mənbəsi Quran və sünnədən əlavə raşidin xəlifələri, səhabə və onlardan sonra gələnlərin (tabein) sünnəsidir. (Onlar hamısı hədis alimləridir.) Daha sonra qiyas, istehsan, icma onların mənbələrindəndir.

Onların fikrinə görə dediyimiz bu mənbələr Allahın dininə hakimdirlər.

Dəlilsiz söz deməmək və başqalarının töhmətinə məruz qalmamaq üçün onların özlərindən bir neçə dəlil gətiririk. Əzizi oxucunun bu barədə yaxşı nəticə almasına ümidvarıq.

Biz əhli-sünnə ilə ilk iki mənbə haqqında (Quran və sünnə) bəhs etmirik. Çünki bu iki mənbədə onlarla ixtilafımız yoxdur. Vacib də elə budur ki, bu iki mənbəyə müraciə edilsin Nəql, əql və icma da onu göstərir. Mütəal Allah buyurur:

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

“Peyğəmbər sizə hər nə versə, onu götürünæ nəyi qadağan edirsə, ondan əl çəkin.”[133]

Həmçinin:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ وَمَن يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُّبِينًا

“Allah və Peyğəmbəri bir işə hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz.”[134]

Bunlardan əlavə, daha başqa ayələr vardır ki, şəri hökmlərin, yalnız Kitab və Peyğəmbərin sünnəsindən ələ gəlməsini göstərir. Amma bizim onlarla söhbətimiz onların özlərindən artırdıqları başqa mənbələr haqqındadır.

BİRİNCİ: RAŞİDİN XƏLİFƏLƏRİ

Onlar bu hədislə istidlal edirlər: “Siz mənim sünnəmdə, məndən sonra raşidin xəlifələrin sünnəsinə itaət edin, onlardan möhkəm tutun.”[135]

“Düz danışanlarla birlikdə” kitabında bu hədis barəsində söhbət etmişdik. Hədisdə olan raşidin xəlifələrindən məqsəd Əhli-beyt imamlardır. O kitabı oxumayanlar üçün burada bir neçə dəlil gətiririk.

Buxari, Müslüm və digər hədisçilər Allah rəsulunun xəlifələrinin on iki nəfərdə tamamlanmasını demişlər. Həzrət buyurur: “Mənim canişinim on nəfərdir. Hamısı Qüreyşdəndir.” Bu səhih hədis göstərir ki, məqsəd Əhli-beyt imamlarıdır.

Deyə bilərsiniz ki: İstər şiələrin dediyi Əhli-beyt imamları olsun, istərsə də sünnülərin dediyi dörd raşidin xəlifələri, hər halda fiqh mənbəsi üç şeydir: Quran, sünnə və xəlifələrin sünnəti.

Bu söz əhli-sünnət məzhəbinə görə düz, şiələrin məzhəbinə görə isə düz deyildir. Çünki (irəlidə dediyimiz kimi) Əhli-beyt imamları özlərindən (dinə) heç nə artırmamışlar. Onlar öz cədləri Allah rəsulundan öyrəndikləri və saxladıqları sünnəti lazım olan zaman xalqa çatdırırdılar.

Amma əhli-sünnət və camaat öz kitablarını Əbu Bəkr və Ömərin sünnəti ilə doldurmuş və fiqhin əsası qərar vermişlər. (Hərçənd ki, kitab və sünnətlə müxalif olmuş olsun.)



Geri   İrəli
Go to TOP