A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həqiqət olduğu kimi... 1
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 146
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu cür zirəklik və hiyləgərliklə nasibilər (Peyğəmbər (s) ailəsinin düşmənləri) xalqı haqdan uzaqlaşdırmağa çalışırdılar. Pis, yalan sözləri ilə müsəlmanları, məxsusən hədisçiləri özlərinə tərəf çəkmək istəyirdilər. Onların qəlbini Əli (ə)-ın düşmənçiliyi ilə doldurmaq istəyirdilər. Beləliklə, onu söyməyin və lənət göndərməyin düzgünlüyünü sabit etmək istəyirdilər.

Bu iş bu günə qədər uzanmışdır. Əhli-sünnə bu gün həzrət Əli (ə)-a məhəbbət göstərmələrinə baxmayaraq, Həzrət Əli (ə)-ın fəziləti haqqında bir rəvayət eşitdikdə bir-birlərinə işarə edib, onu ələ salırlar. Sənin də şiə olduğunu deyib dində ifrata vardığını sayırlar!

Amma Əbu Bəkr və Ömər haqqında danışsan və onların xeyrinə hər nə gəldi desən, sənin sözlərinə məmnuniyyətlə qulaq asır, çox elmli sayaraq hörmət edirlər.

Bu Sələfi-salehin əqidəsidir. Tarixçilər qeyd edirlər ki, Əhməd ibni Hənbəl Əbu Bəkr, Ömər və Osmanı tənqid edən hər bir mühəddisi zəif sayırdı. İbrahim Cüzcani adı çəkilən nasibiyə çox ehtiram edib ona məktub yazır, onun məktublarını minbərlər üstündə oxuyur və onları şahid gətirirdi!

Əhməd ibni Hənbəl həmin o kəsdir ki, Həzrət Əli (ə)-ın xilafətini xalqa çatdırmış, onu dördüncü xəlifə kimi tanımışdır. Əgər bu adam bu işi ilə yanaşı, Həzrət Əli (ə)-ın fəzilətlərini qəbul etmirsə, gör başqaları Həzrətin barəsində nə fikirdə olarlar?!

Dar Qutni deyir: İbni Qüteybə əhli-sünnə mütəkəllimi idi, təşbihə[186] etiqadı vardı. Əhli-beytdən üz çevirmişdi.

Buradan əhli-sünnənin Peyğəmbər (s) ailəsindən üz çevirmələri məlum olur.

Əhli-sünnətin “Muhyius-sünnə”[187] adlandırdığı Mütəvəkkil Əhməd ibni Hənbələ çox hörmət edirdi. Onu bacardıqca ucaldırdı. Hakimlər təyin etməkdə ondan məsləhət alırdı. Eyni zamanda nasibi idi və həzrət Əlini və Əhli-beyti düşmən sayırdı. Düşmənçiliyi o yerə çatmışdı ki, Hüseyn ibni Əlinin qəbrini alt-üst etmişdi. O həzrəti ziyarət etməyi xalqa qadağan etmişdi. Xarəzmi öz risaləsində onu xatırlayıb yazır: O yalnız Həzrət Əli (ə)-ı və onun ailəsini düşmən bilənlərə hədiyyə verir, nasibi məzhəbini dəstəkləyənlərə hörmət edirdi.[188]

Nasibilərin həmin əhli-sünnə olmalarını deməyə ehtiyac yoxdur. Onlar nasibilərin məzhəbini, yəni Mütəvəkkili dəstəkləyirlər. (Diqqət et!)

İbni Kəsir yazır: Əhli-sünnə və camaat Əməşin Həzrət Əli (ə)-ın fəziləti haqqında olan məşhur “teyr” hədisini rəvayət etdiyini eşidəndə, onu məsciddən çıxarıb yerini yudular.[189]

Onlar həmçinin böyük tarixçi Məhəmməd ibni Cərir Təbərinin (“Tarixi Təbəri”nin sahibi) dəfninin qarşısını aldılar. Çünki o, Qədir-xum “mən kuntu movlahu fə haza Əliyyun movlahu” hədisini müxtəlif hədisçilərin dilindən yığmış, bu hədisin mütəvatir olmasını sübut etmişdi.

İbni Kəsir yazır: Onun kitablarından birini gördüm. İki böyük cilddə Qədir-xum hədislərini, başqa bir kitabda isə “teyri-məşva” hədisini yığmışdı.[190]

İbni Həcər də onu “Lisanul-mizan” kitabında xatırlayıb yazır: O, böyük rəhbər, müfəssir, imanlı adam və düz danışandır. Bir az şiəliyi vardır. Bu, ona ziyan yetirmir.[191]

Əhli-sünnətin səhih yazanlarından biri böyük mühəddis imam Nəsai Həzrət Əli (ə)-ın fəziləti haqqında kitab yazandan sonra ondan sual edib soruşdular: Müaviyənin fəziləti hansıdır? Dedi: “Mən onun haqqında fəzilət bilmirəm. Amma bunu bilirəm ki, Peyğəmbər onun barəsində buyurub: Allah qarnını doydurmasın.” Bunu eşidəndən sonra onu bihuş olana qədər vurdular. O, bu döyülmədən sonra öldü.

İbni Kəsir 303-cü ildə Bağdadda Aşura günü baş vermiş (əhli-sünnət və camaatla şiə arasında) əhvalatı qeyd edib deyir: Əhli-sünnətdən olan bir dəstə bir qadını heyvana mindirib Aişə adlandırdılar. Bəziləri də adlarını Təlhə və Zübeyr qoyub dedilər: Biz Əlinin yoldaşları ilə vuruşacağıq. Bu axmaq işə görə çoxlu adamlar qırıldı.

Bu iş bu gündə Hindistanda baş verir. Orada əhli-sünnə və camaat Aşura günü şiələrə hücum edir, əzadar dəstələrini dağıdırlar. Bu işlə bir dəstə günahsız müsəlman canlarını əldən verirdilər.

Bu araşdırmadan sonra başa düşürük ki, nasibilər Əli (ə)-la düşmənçiliyə başlayıb Əhli-beyt (ə)-la müharibə etdilər. Onlar özlərini əhli-sünnət və camaat adlandırdılar. Beləliklə, onların əhli-sünnət və camaatdan məqsədləri məlum olur.

Məlumdur ki, hər kəs Peyğəmbər (s) ailəsi ilə düşmən olarsa, onların cəddi Allah Peyğəmbəri ilə düşmən olmuşdur. Peyğəmbərlə düşmən olan Allahın düşməni sayılır.

Bu da məlumdur ki, Allah, Peyğəmbər və onun ailəsi ilə düşmən olan Allah bəndələyindən kənardır və əhli-sünnədən sayılmır. Amma Allahın sünnətinə gəldikdə isə bu, Allahı, Peyğəmbəri və onun ailəsini sevmək və onlara itaət etməkdir. Böyük Allah buyurur:

قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى

“De: Mən sizdən bunun müqabilində qohumlarıma məhəbbətdən başqa heç nə istəmirəm.”[192]

Müaviyə hara, Əli hara! Azğın rəhbərlər hara, hidayət imamları hara! Əhli-sünnə hara, mərd şiələr hara!

هَـذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ

“Bu, insanlardan ötrü bir xəbər, müttəqilərdən ötrü isə hidayət və nəsihətdir.”[193]

ƏHLİ-SÜNNƏNİN PEYĞƏMBƏR (S) VƏ ONUN AİLƏSİNƏ OLAN SALAVATI DƏYİŞMƏSİ

Allah köməyiniz olsun, bu hissəyə diqqətlə baxın. Əhli-sünnət və camaatın daxilindən nələr keçdiyini müşahidə edin. Allah rəsulunun ailəsi barədə olan hər hansı bir fəzilətə əl ataraq dəyişdirmək istəmişlər. O cümlədən, fəzilətlərdən biri də “Mühəmməd və Ali-Mühəmmədə salavat göndərmək”dir ki, Quranda da gəlmişdir. Buxari, Müslüm və əhli-sünnənin bütün mühəddisləri rəvayət ediblər ki, bu ayə:

إِنَّ اللَّهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا

“Həqiqətən Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər, ey iman gətirənlər, siz də ona salavat göndərib, layiqincə salamlayın”[194] – nazil olduğu zaman Allah Peyğəmbərinin yanına gəlib dedilər: Sənə salavat göndərmənin necəliyini bizə göstər. Biz sənə salavat göndərməyin yolunu bilmirik.

Peyğəmbər (s) buyurdu: Deyin:

“Əllahummə səlli əla Muhəmməd və Ali-Mühəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid.”

Bəziləri bu cümləni artırıb demişlər ki, Həzrət buyurmuşdur: Mənə yarımçıq salavat göndərməyin. Dedilər: Ey Allahın rəsulu! Yarımçıq salavat nədir? Buyurdu: “Əllahummə səlli əla Muhəmməd” – deyib durmanızdır. Allah kamildir və kamil olmayan şeyi qəbul etməz.”

Elə bu səbəbdən imam Şafei aşkar demişdir: Hər kəs Əhli-beytə salavat göndərməsə, namazı batildir.

Dar Qutinin sünnəsində öz sənədi ilə Əbu Məsud Ənsaridən gəlmişdir ki, dedi: Allah rəsulu buyurmuşdur: Hər kəs namaz qıla və o namazda mənə və ailəmə salavat göndərməyə, namazı qəbul deyildir.[195]

İbni Həcər “Səvaiqul-möhriqə” kitabında yazır: Deyləmi öz sənədi ilə Peyğəmbər (s)-dən gətirmişdir: Hər dua ki, onda Mühəmməd və Əhli-beytinə salavat olmasa, o dua asimana getməz.[196]

Təbərani “Möcəmul-ovsət” kitabında Əli (ə)-dan rəvayət edir ki, o Həzrət buyurur: Hər dua Mühəmməd və Ali-Mühəmmədə salavat göndərilənə qədər saxlanılır.[197]

Gördüyünüz kimi, əhli-sünnə kitablarında Peyğəmbər (s)-ə salavatın necəliyi açıqlanmışdır. Başa düşdük ki, əgər bir kəs öz namazında Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməsə, namazı batildir. Həmçinin dua zamanı Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməsə, duaları asimana getməz. Allaha and olsun! Bu, yalnız Mühəmməd və Ali-Mühəmmədə məxsus olan bir fəzilətdir. Beləliklə, onların başqa insanlardan üstünlüyü vardır. Başqaları onların vasitəsi ilə Allaha yaxın olurlar.

Amma əhli-sünnə bu fəzilətin Əhli-beytə məxsus olmasına dözə bilmədilər. Onun xətərini başa düşdülər. Onlar bilirdilər ki, hər nə qədər Əbu Bəkr, Ömər, Osman və sair səhabələr üçün yalandan fəzilət düzəltsələr belə, bu fəzilətlərə yetişməyəcəkdir. Çünki onların namazı da Peyğəmbərdən sonra Əli ibni Əbi Talib (ə)-a salavat göndərməsələr batildir.

Bəli, o, itrətin sərvəri, Peyğəmbər ailəsinin böyüyüdür. Bunda heç şəkk yoxdur. Onlar bu fəziləti dəyişdirməyə başlayıb, ona daha bir hissə artırdılar. Beləliklə, öz rəhbərlərinin yerini səhabə arasında ucaltmaq istədilər. Bunun kənarında digər bir hissəni o cümlədən çıxarıb onu naqis etdilər. Kitab yazdıqları zaman onda olan salavatı kamil yazmırlar. Hər vaxt Mühəmməd (s), ya Peyğəmbər (s), ya Allah rəsulu (s) kəlmələrini qeyd etdikdə, yalnız bunu deməklə “Səlləllahu ələyhi və səlləm” kifayətlənib “Ali-Mühəmməd”in adını çəkmirlər!

Əgər onlardan biri ilə söhbətdə ona desəniz: Mühəmməd (s)-ə salavat göndər, cavabınızda deyəcək: “Səlləllahu ələyhi və səlləm” və Ali-Mühəmməddən heç bir ad çəkməyəcək. Bəziləri hətta bu cümləni o qədər tez və sürətlə deyirlər ki, təkcə “səlli və səllim” kəlmələrini eşitmək olur. Amma digərlərindən (şiələrdən) salavat demələrini istəsən belə deyərlər:

“Əllahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd.”

Əhli-sünnə kitablarında Peyğəmbər (s)-dən bu söz rəvayət olmuşdur ki, buyurur: Deyin: “Əllahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd.” Bu cümləni indiki və gələcək zamanlarda deyin, Allahdan dua və istək kimi diləyin. Buna baxmayaraq onlar yenə də keçmiş zaman və xəbər kimi götürürlər. Amma “Ali-Muhəmməd”in adını çəkmirlər.

Əhli-sünnət və camaatın rəhbəri olan Müaviyə və Yezid Peyğəmbərin adını azandan götürmək istədilər.[198] Onların ardıcıllarının salavatı qısaltması heç də təəccüblü olmamalıdır. Əgər bacarsaydılar, onu tamam yox edərdilər. Amma bu mümkün olası deyildir.

İndi onların hamısı, məxsusən vəhhabilər, qısaldılmış salavat deyirlər. Əgər onu kamil demək istəsələr, bu cümləni “və əla əshabihi əcməin” ona artırırlar. Ya da başqa bir ibarətlə deyirlər: “Və əla əshabit-təyyibinət-tahirin.” Bu cümləni deməklə Əhli-beytin haqqında nazil olmuş “təthir” ayəsini əshab üçün qeyd edirlər. Beləliklə, səhabələrin fəzilətdə Əhli-beytlə bir olmasını xalqa bildirmək istəyirlər!!!

Onlar təhrif və dəyişdirmək elmini özlərinin böyük fəqihləri və rəhbərləri olan Abdullah ibni Ömərdən öyrənmişlər. Bildiyiniz kimi, o, Əhli-beytlə düşmənçilikdə məşhur olmuşdur.

Malik “Müvəttəə”də gətirmişdir ki, Abdullah ibni Ömər Peyğəmbər (s)-in qəbrinin kənarında durur, Peyğəmbər, Əbu Bəkr və Ömərə salam göndərirdi.[199]

Ey əziz təhqiqçi! Əgər məsələnin həqiqəti barəsində düşünsən, görərsən ki, artırılmış bu hissə – “səhabələrə salavat göndərmək” – nə Quranda gəlmiş, nə də sünnədə qeyd olunmuşdur. Quran yalnız Mühəmməd və Ali-Mühəmmədə salavat göndərməni buyurmuşdur. Bu əmr hamıdan qabaq səhabələrə aiddir. Çünki hamıdan qabaq onlar Quranın buyurduqlarına mükəlləfdirlər.

Bu artırılmış hissəni təkcə əhli-sünnədə görə bilərsiniz. Bir çox bidətlər vardır ki, dində icad etmiş və sünnə adlandırmışlar. Onların hədəfi kiminsə fəzilətini gizlətmək, hansı həqiqətin isə üstünü örtmək olmuşdur.

يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

“Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, Öz nurunu tamamlayacaqdır.[200]

Qeyd etdiklərimizdən həqiqi əhli-sünnənin kim olması məlum oldu. Yalançılar da üzə çıxdı.

HƏQİQƏTİN AŞKAR ETDİYİ YALANLAR

Bu bəhsdə azad fikirli insanlar üçün bir mətləbi açıqlamaq istərdik ki, nəticədə təəssübkeşliyi bir kənara qoyub, gözləri qarşısında olan qara pərdələri çəkib həqiqətə çatsınlar və düz yola qədəm qoysunlar. Biz deyirik: Bütün əhli-sünnə başçıları Peyğəmbər (s)-in aydın və aşkar sünnəni ilə müxalifətçilik edib ona arxa çevirdilər. Bilərəkdən onu tərk etdilər.

Müsəlman ondan-bundan eşitdiyinə aldanmamalıdır. Biz bu kitabda yalnız o mənbələri qeyd edirik ki, səhih, müsnəd və tarixlərdə yazılmış olsun. Biz onların bəzisini öz qabaqkı kitablarımızda ötəri qeyd etmişik. Burada daha artıq və geniş surətdə onlar haqqında bəhs etmək istəyirik ki, pərdələr arasında qalmış günəş bir daha parlayıb qaranlığın yerini tutsun. Qeyd etdiyimiz kimi, təkrar və yenidən yadlara salmaq faydalıdır. Əgər keçmiş hadisələri ayrı-ayrı bəyan etsək, oxucu daha artıq ondan istifadə edə bilər. Çox oxucular vardır ki, məxsus üslub və qaydalara əlaqələri vardır. Heç bir yorğunluq çəkmədən mətləbi oxuyurlar. Biz bu üslubu Qurandan öyrənmişik. Həzrət Musa (ə)-ın, Həzrət İsa (ə)-ın dastanı bir neçə surədə və bir neçə üslubda qeyd olunmuş və hər biri digərinə arxadır.

Biz burada bəzi başçı və rəhbərlərdən danışmaq istəyirik. Əhli-sünnət və camaat onları elm və fiqhdə alim bilirlər. Pak Əhli-beyt imamlarından üstün tuturlar! Burada fasiqlik, aludəlik, hiyləgərlik və çirkinliklə məşhur olmuş kəslərin adlarını çəkməyəcəyik. Bunları İslamdan uzaq bilirlər. Onlardan Müaviyə, Yezid[201], Əmr ibni As, İbni Mərvan, Müğeyrə ibni Şöbənin adını çəkmək olar. Bütün ərəb və İslam dövlətlərində əhli-sünnə və camaat bunları böyük insanlar kimi xatırlayırlar. Küçələrə onların adlarını verirlər. Onların şəxsiyyəti, siyasəti, gözəl əxlaqı haqqında kitab yazırlar. Onların xilafətini düz bilirlər!!!

Beləliklə, onların haqqında yazıb, rüsvay etməklə vaxtımızı itirmək və zay etmək istəmirik. Çünki bəzi tarixçilər və azad fikirli alimlər bu işi bizim yerimizə görmüşlər. Biz bu təhqiqdə düzgünlük, ədalət və təqva ilə məşhur olan rəhbərlərdən danışacağıq. Onlar əhli-sünnənin daha inamlı və güvəndiyi adamlardır. Biz onlarla daha yaxından tanış olub sünnəti dəyişmələrindən söz açacağıq. Ümmət arasında bidətlər yaradıb onların haqdan çıxmalarına səbəb olmuşlar. Onlar Peyğəmbər (s)-in ucaltdığı sarayı viran etdilər. O imarət ki, Peyğəmbər bütün ömrünü onu qurub yaratmağa sərf etmişdi.

Mən əhli-sünnət və camaatın arasından on iki nəfəri seçmişəm. Onlar dinin əsas məsələlərinin başqa vəziyyətə düşməsində mühüm rol oynamış, ümmətin arasına təfriqə salıb dağıtmaqda var qüvvələri ilə çalışmışlar.

Əlhəmdu lillahi Rəbbil-aləmin!



[1] “İsra” surəsi, 70-ci ayə.

[2] “Əl-əsrarul-mərfuə”, Əli Qari, səh. 312; “Kəşful-xifa”, 2-ci cild, səh. 280; “Əl-fəvaidul-məcmuə”, Şovkani, səh. 287; “Əd-durərul-müntəsirə fil-əhadisil-muştəhirə”, Süyuti, səh. 141.

[3] “Əz-zöhd”, İbni Mübarək, səh. 484, hədis: 1375.

[4] “Bəqərə” surəsi, 204-205-ci ayələr.

[5] “Ənam” surəsi, 116-cı ayə.

[6] “Yusif” surəsi, 16-17-ci ayələr.

[7] “Yusif” surəsi, 18-ci ayə.

[8] “Yusif” surəsi, 68-ci ayə.

[9] “Yusif” surəsi, 84-cü ayə.

[10] “Yusif” surəsi, 85-ci ayə.

[11] “Nəhcül-bəlağə”, Sübhi Saleh, xütbə: 3, səh. 48.

[12] “Muminun” surəsi, 70-ci ayə.

[13] “Bəqərə” surəsi, 249-cu ayə.

[14] “Muminun” surəsi, 71-ci ayə.

[15] “Bəqərə” surəsi, 87-ci ayə.

[16] “Səlim ibni Qeys”, səh. 68.

[17] “Nisa” surəsi, 59-cu ayə.

[18] “Əl-cameu li-əhkamil-Quran”, Qurtubi, 5-ci cild, səh. 259. Beyrut çapı.

[19] “Müsnədi Əhməd”, 1-ci cild, səh. 31æ “Səhihi Müslüm”, 6-cı cild, səh. 22.

[20] “Lisanul-ərəb”, 8- ci cild, səh. 188.

[21] “Tarixi ibni Əsakir”: İmam Həsən (ə), səh. 145, hədis: 250.

[22] “Fussilət”, surəsi, 34-cü ayə.

[23] “Yasin” surəsi, 10-cu ayə.

[24] “Yasin” surəsi, 11-ci ayə.

[25] Qeyd etmək lazımdır ki, müəyyən vaxtlara qədər Əhli-sünnət Əli (ə)-ı raşidin xəlifələrindən saymırdılar (təqribən hicrətin 230-cu ilinə qədər). Gələcək bəhslərdə bu barədə daha geniş bəhs edəcəyik.

 

[26] Cümə axşamı faciəsi “Səhih Müslüm” və “Səhihi Buxari”də gəlmişdir. “Səhihi Buxari”, 5-ci cild, səh. 137-138æ “Səhihi Müslüm”, 7-ci cild, səh. 123æ “Tarixi Təbəri”, 3-cü cild, səh. 193.

[27] “Nisa” surəsi, 59-cu ayə.

[28] “Zikr əhlindən soruşun” kitabında bu barədə geniş bəhs etmişik.

[29] Nümunə üçün: Bir məclisdə üç təlaqın haram olması halda onu halal etməsi, “müəllifətul-qülubuhum”un payını zəkatdan ayırması, həcc və qadının mütəsini haram etməsi. “Səhihi Buxari”, 2-ci cild, səh. 153. “həcc” kitabı.

[30] “Əl-miləlu vən-nihəl”, Şəhristani, 1-ci cild, səh. 29. Peyğəmbərdən olan hədis: “Ləənəllahu mən təxəlləfə ən cəyşi Üsamə.”

[31] Bu sözə ən böyük dəlil Ömərin nəql etdiyidir. O, hətta Fatimeyi-Zəhra (əleyha salam)-ın evinə orada olanlarla birlikdə od vuracağını deyirdi. Bu hadisə tarix kitablarında məşhurdur. “Tarixi Təbəri”, 3-cü cild, səh. 202æ “Tarixi Yəqubi”, 2-ci cild, səh. 26. Beyrut çapı.

[32] “Əl-iqdul-fərid”, 4-cü cild, səh. 260. “Bir qrupun Əbu Bəkrlə beyət etməkdən boyun qaçırması” bəhsi.

[33] “Səhihi Buxari”, 5-ci cild, səh. 82. “Xeybər müharibəsi” bəhsiæ “Səhihi Müslüm”, 5-ci cild, səh. 153, “cihad” kitabı.

[34] “Səhihi Buxari”, 2-ci cild, səh. 252, “təravih namazı” babı və həmçinin 7-ci cild, səh. 98.

[35] Ömərin “kəlalənin” hökmünü bilməməsi və təyəmmümün necə alınmasından xəbərsiz olması məşhurdur. “Səhihi Buxari”, 1-ci cild, səh. 90.

[36] “Səhihi Buxari”, 8-ci cild, səh. 157, “adab” kitabı, “izn” babıæ “Səhihi Müslüm”, 6-cı cild, səh. 179.

[37] “Səhihi Müslüm”, 6-cı cild, səh. 178.

[38] Yenə orada.

[39] “Səhihi Müslüm”, 1-ci cild, səh. 193, “təyəmmüm” babıæ “Səhihi Buxari”, 1-ci cild, səh. 88-91.

[40] “Elm əhlindən soruşun” kitabında bu haqda geniş danışmışıq, ora müraciət edin.

[41] “Tarixi ibni Əsakir”, 2-ci cild, səh. 597. Eynilə həmin hədisi “Müstədrəkül-vəsail”, “Səhiheyn”, 3-cü cild, səh. 305 və Əbu Davud öz “Sünən”ində, İbni Əsir isə, “Cameul-üsul”da gətirmişdir.

[42] Mən bəzi bu şahidləri “Düz danışanlarla birlikdə” və “Zikr əhlindən soruşun” kitablarında gətirmişəm.

[43] “Səhihi Buxari”, 1-ci cild, səh. 31, “elm” kitabı.

[44] “Sünəni Beyhəqi”, 3-cü cild, səh. 294æ “Səhihi Müslüm”, 3-cü cild, səh. 21, “namaz” kitabı.

[45] “Səhihi Müslüm”, 3-cü cild, səh. 21, “namaz” kitabı.

[46] Seyyid Əbdül-Hüseyn Şərəfuddin Musəvi Amilinin “Quran müqabilində ictihad” kitabına bax.

[47] “:ənzül-ümmal”, 11-ci cild, səh. 57. Beyhəqi öz “Sünən”ində sənədlə gətirmişdir ki: Ömər Peyğəmbərdən soruşdu: Babası və neçə qardaşı qalmış ölünün irsi necə bölünür? Peyğəmbər buyurdu: Nə üçün bunu soruşursan? Mən elə bilirəm ki, sən ölüncə onun məsələsini bilməyəcəksən. Səid ibni Müseyyib deyir: Ölüncə onun hökmünü bilmədi.

[48] “Müsnədi Əhməd ibni Hənbəl”, 1-ci cild, səh. 190.

[49] Ömər ibni Əbdül-Əzizdən başqa Bəni Üməyyənin bütün xəlifələri bu işi görürdülər.

[50] “Həsən” o hədisə deyirlər ki, elmi, dini nəzərdən uca və etibarlı olmuş olsun. Ondan daha uca hədisə “səhih” deyirlər.

[51] “Təbəqati Hənabilə”, 1-ci cild, səh. 393, hədis: 515.

[52] “Səhihi Buxari”, 4-cü cild, səh. 191.

[53] “Səhihi Buxari”, 4-cü cild, səh. 203.

[54] Lənətin götürülməsi cəmi iki il Ömər ibni Əbdül-Əzizin vaxtında dayandırıldı və o dünyadan getdikdən sonra daha da şiddətləndi.

[55] Biz bilərəkdən deyirik ki, “haradaydınız” və məqsədimiz öz zamanımızdakı əhli-sünnədir. Çünki onlar “Səhihi Müslüm”də oxuyurlar ki, Müaviyə Əli (ə)-ı söyürdü və səhabəyə də belə etmələrinə göstəriş verirdi və onlar da etiraz etmirdilər, əksinə yenə də öz rəhbərləri olan Müaviyə üçün Allahdan razılıq istəyir, onu vəhy yazıçısı bilirdilər. Bu məsələ göstərir ki, onların Əli (ə)-la olan dostluğu yalan və etibarsızdır.

[56] Bunun barəsində “Elm əhlindən soruşun” kitabında bəhs etmişik.

[57] “Səhihi Buxari”, 1-ci cild, səh. 36, “elm” kitabı” fəsli.

[58] “Üsuli-kafi”, 1-ci cild, səh. 239: “Bəsairul-dərəcat”, 37-ci cild, səh. 142-145.

[59] “Səhihi Buxari”, 1-ci cild, səh. 36.

[60] “Səhihi Buxari”, 2-ci cild. səh. 221.

[61] “Səhihi Buxari”, 4-cü cild, səh. 69.

[62] “Səhihi Buxari”, 8-ci cild, səh. 144.



Geri   İrəli
Go to TOP