A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Həqiqət olduğu kimi... 1
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 146
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرًا

“Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.”[163]

Bir müddət keçdikdən sonra məsum imamın qeybə çəkilməsinin vaxtı çatdı. Onlar xalqı bütün şərtləri özündə toplayan fiqh aliminən təqlidə hidayət etdilər.

Daha sonra, o zamandan bu günə kimi müctehid, fəqihlər meydana gəldilər. Onların meydana gəlməsi ilə hər zəmanədə ümmət arasında bir və ya bir neçə şiə mərcəi olmuş və xalq onlara təqlid etmişdir. Kitabı və sünnədən ələ gəlmiş hökmlər xüsusi əməli risalələrdə yazılmışdır. İctihad yalnız elm və texnologiyanın inkişafı nəticəsində meydana çıxan yeni məsələlərdədir. O cümlədən, ürək köçürülməsi, bir insanın bədən üzvlərinin başqa bir insana qoyulması, süni yolla hamiləlik, bank ticarəti və bunlar kimi bir çox məsələlərin adını çəkmək olar.

Müctehidlər arasında hamıdan artıq elmə malik olan şəxs şiənin mərcəi adlanır. Bu müctehid şiələrin dini rəhbəri və elmi hövzələrin rəisi olur.

Şiə hər zamanda diri bir müctehidə təqlid edir. Müctehid xalqın müşküllərini bilir, onların məsələlərini yaxından görür. Onlar müctehiddən sual edir və müctehid də cavab verir.

Beləliklə, şiə hər bir zamanda İslam şəriətinin iki əslinə, yəni Kitab və sünnəyə vəfalı qalmışdır. Onların alimləri şəxsi nəzərlərindən və qiyasdan ehtiyacsız olmuş, Əli ibni Əbi Talib (ə)-ın zamanından etibarən Peyğəmbər (s)-in sünnəsini yığıb səhifədə qorumuşlar. O səhifədə insanların qiyamət gününə qədər olacaq ehtiyacları qeyd olunmuşdur. Onun övladları olan imamlar bir-birinin ardınca onu irs aparmış, qızıl kimi qorumuşlar.

Biz bu barədə Ayətullah şəhid Sədrin sözünü qabaq bəhslərdə qeyd etmişdik.

Əlbəttə, şəhid Sədrin sözü nümunə üçün qeyd olunmuşdu, əslinə qalsa şiənin bütün mərcələri bunu deyirlər.

Bu qısa bəhsdə şəri təqlid məsələsi və dini mərcəiyyət bizim üçün aydın oldu. Məlum oldu ki, şiələr Quran əhli və Peyğəmbərin sünnəsinə əməl edənlərdir. Onlar sünnəti birbaşa (Peyğəmbərin elm şəhərinin qapısı olan) rəbbani alim, ümmətin Peyğəmbərdən sonra ikinci rəhbəri Əli ibni Əbi Talibdən almışlar. O Əli ki, Quranda Peyğəmbərin canı adlandırılmışdır.[164]

Bu şəhərə gəlmək istəyən hər kəs onun qapısından keçərək, zülal kimi bulağa yetişir, qədəhi dolub-daşır, dərdlərinə dərman olunur. Heç vaxt ayrılması mümkün olmayan möhkəm halqadan yapışır. Çünki mütəal Allah buyurur:

وَأْتُواْ الْبُيُوتَ مِنْ أَبْوَابِهَا

“Evlərə qapılarından daxil olun.”[165]

Hər kəs qapıdan deyil, başqa yolla daxil olmaq istəsə, oğru adlanır və evə çata bilmir. Sünnədən xəbərsiz qalır. İtaətsiz olduğuna görə Allah ona cəza verir.

ƏHLİ-SÜNNƏT VƏ CAMAATDA MƏRCƏİYYƏT VƏ TƏQLİD

Əhli-sünnə və camaat məzhəbində mərcəiyyət haqqında axtarış aparanda, doğrusu insan lap heyran qalır, bilmir ki, onları hansı yolla Peyğəmbərə bağlasın. Onlar dörd məzhəb sahibinə, yəni Əbu Hənifə, Malik, Şafei və Əhməd ibni Hənbələ müraciət edirlər ki, bunların heç biri Peyğəmbəri görməmiş, onun elmindən istifadə etməmişlər.

Qeyd etdiyimiz kimi, şiələr Əli ibni Əbi Talib (ə)-a itaət edirlər. O, bütün ömrü boyu Peyğəmbərdən ayrılmamışdır. Ondan sonra behişt cavanlarının ağası imam Həsən (ə) və imam Hüseyn (ə)-a, bu iki rəhmət imamından sonra Əli ibni Hüseyn Zeynəl-abidinə, oğlu imam Baqir və nəvəsi imam Sadiq (ə)-a itaət edirlər. Əhli-sünnəyə gəldikdə isə, onlar o zaman olmamış (tarix onların harada olmasını da demir), imamlarının kim olması da məlum deyildir. Məlum deyildir ki, şəri hökmlərdə, halal və haramda – Peyğəmbər (s) dünyadan gedəndən məzhəb tapılana qədər – haradaydılar və nə edirdilər?

Bundan sonra bir-birinin ardınca bu dörd məzhəb ortaya gəlmiş və öz zəmanələrinin hakimləri olan abbasilər tərəfindən dəstəklənmişlər.

Daha sonra birlik yaranır, bu dörd məzhəbi özünün aldadıcı şüarının altına yığır. Onları “əhli-sünnə və camaat” adlandırır. Bütün Əli (ə) düşmənləri bu şüarın altına yığılırlar. Üç xəlifədən başlayaraq, Bəni-Üməyyə, Bəni-Abbas tərəfdarları onlara qoşulurlar. Xalqa da öz növbəsində hakimlərinin nüfuzu altına düşüb, onlara itaət edirlər.

Dörd məzhəb başçıları dünyadan getdikdən sonra ictihad qapıları öz alimlərinin üzünə bağlamış və hamı bu dörd dünyadan getmiş imama təqlid edirlər.

Bəzi hakimlərin ictihad qapısının bağlanmasında əllərinin olması mümkündür. Azad fikir və daxili qarışıqlıqdan qorxan hakimlər öz mənfəətlərini qorumaqdan ötrü bu işə əl atmağa məcbur olmuşlar.

Əhli-sünnə çarəsiz qalaraq dünyadan getmiş, görmədikləri və düz tanımadıqları adamlara təqlid etməyə başladılar. O adamlar ki, hətta ədalətlərinə, təqvalarına və elmlərinə inanmırlar. Yalnız öz dədə-babalarından xoş xatirələri var idi ki, hər biri öz imamı üçün düzəldilmiş xoş rəvayətlər nəql edirdilər. Hər halda kimin nəyi varsa, onunla da xoşdur.

Bu gün əhli-sünnənin alimləri, ali təhsilliləri və tələbələri öz dədə-babalarının rəvayət etdiyi rüsvayçılıqlara diqqət etsələr, onların sözlərində bir çox bir-birinə zidd olan məsələlər ələ gətirərlər. Hətta onların arasında ixtilaf o qədər güclü olmuşdur ki, bir-birini təkfir belə etməkdən çəkinməmişlər.

Bunlardan əlavə, indiki zəmanəni tanımayan bir insana necə təqlid etmək olar? Qarşıya çıxan hər hansı təzə məsələlərə cavab verə bilərmi? Sözsüz, bu məzhəb başçıları qiyamət günü əhli-sünnətdən bizar olduqlarını bildirəcək və deyəcəklər: “Pərvərdigara, bizim görmədiyimiz və bizi görməyən bu adamların işinə görə bizdən hesab çəkmə. Biz heç vaxt onlara bizə təqlid etmənin vacib olmasını deməmişik.”

Mən bilmirəm Allah əhli-sünnədən “səqəleyn” hədisi barədə soruşsa, onlar nə cavab verəcəklər? Peyğəmbər (s) gəlib bu hədisə şəhadət verdikdə, onun şəhadətini rədd edə bilməyib, “biz öz böyüklərimizə və rəhbərlərimizə itaət edirdik” – deyəcəklər.

Əgər Peyğəmbər sual edib soruşsa: Dörd məzhəbə itaət etmək üçün Qurandan, ya Peyğəmbərin sünnəsindən bir əmr və ya əhdiniz vardırmı?

Bu sualın cavabı aydındır, nə Quranda, nə də sünnədə bu barədə heç nə deyilməmişdir. Əksinə olaraq, həm Quran, həm də sünnə Əhli-beyt (ə)-a itaət etməyi vacib etmişdir.

Deyə bilərlər ki,

رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ

“Pərvərdigara! Gördük və eşitdik, bizi qaytar ki, yaxşı iş görək.”[166]

Cavab belə olacaqdır: “Heç vaxt! Bu sizin dediyiniz sözdür.”

Peyğəmbər (s) deyir: Pərvərdigara! Mənim ümmətim Quranı tərk etdilər, mən itrətə itaəti onlara sifariş edib, sənin onları sevməyi buyurduğunu çatdırdım. Amma onlar beyətimi sındırıb, mənim qohumluğuma göz yumdular. Övladlarımı öldürüb, ailəmə hörmət etmədilər. Pərvərdigara, onları mənim şəfaətimdən uzaq et!

Yenə də Peyğəmbərlə yaxın olmamaları aşkar oldu. Çünki hər kəs itrətdən uzaq olsa, Qurandan ayrılmışdır, hər kəs Qurandan ayrılsa, dost və köməkçisi olmayacaqdır:

وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَى يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلًا    يَا وَيْلَتَى لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلَانًا خَلِيلًا    لَقَدْ أَضَلَّنِي عَنِ الذِّكْرِ بَعْدَ إِذْ جَاءنِي وَكَانَ الشَّيْطَانُ لِلْإِنسَانِ خَذُولًا

“O gün zalımlar əllərini çeynəyib deyəcəklər: Kaş ki, mən Peyğəmbər vasitəsilə doğru bir yol tutaydım. Vay halıma! Kaş filankəsi özümə dost etməyəydimæ Quran mənə gəldikdən sonra, məni ondan uzaqlaşdırdı. Şeytan insanı yalqız buraxar.”[167]

RAŞİDİN XƏLİFƏLƏRİ HAQQINDA ŞİƏNİN NƏZƏRİ

Onlar Peyğəmbər (s)-in pak ailəsindən olan on iki nəfərdirlər:

1. Əmirəl-möminin, təqvalıların və üzü ağ olanların rəhbəri, Allahın şiri, meydanlar qalibi Əli ibni Əbi Talibdir. Elm şəhərinin qapısı, ağılları mat qoyub qəlb və canları özünə vurğun etmiş, ürəkləri sevindirmişdir. Əgər o, Allah rəsulundan sonra olmasaydı, din yer üzündə qalmazdıæ

2. İmam Əbu Mühəmməd Həsən ibni Əlidir. Behişt cavanlarının ağası, bu ümmət arasında Peyğəmbər bostanının gülü, təqvalı, xeyirxah və əmindiræ

3. İmam Əbu Əbdillah Hüseyn, Həzrət Əli (ə)-ın oğlu, behişt cavanlarının ağası, Peyğəmbər bostanının gülü, şəhidlər sərvəri, Kərbəla səhrasının şəhidi, canını ümmətin islahı yolunda fəda edənæ

4. İmam Əli ibni Hüseyn Zeynəl-abidin (ə) (səcdə edənlərin sərvəri)æ

5. İmam Mühəmməd ibni Əli “Baqir” ((keçmiş və gələcək elmləri yaran)æ

6. İmam Cəfər ibni Mühəmməd “Sadiq” (düz danışan)æ

7. İmam Musa ibni Cəfər “Kazim” (Peyğəmbər ailəsinin elm xəzinəsi)æ

8. İmam Əli ibni Musa “Rza” (uşaqlıqdan hikmət və elmlə olmuşdur)æ

9. İmam Mühəmməd ibni Əli “Cavad” (səxavət və gözəl əxlaq sahibi)æ

10. İmam Əli ibni Mühəmməd “Hadi” (fəzilət və hidayət sahibi)æ

11. İmam Həsən ibni Əli “Əskəri” (təqva və zöhd rəhbəri)æ

12. İmam Mühəmməd ibni Həsən “Məhdi (ə)” (zülm ərşə çıxandan sonra yer üzünü ədalətlə dolduracaq. O kəsdir ki, İsa ibni Məryəm ona iqtida edərək namaz qılacaq. Allah onun vasitəsilə öz nurunu kamil edib möminləri seindirəcək)æ

Bu on iki nəfər şiələrin imamlarıdır. İmamiyyə şiələr, on iki imamlı şiələr, “Cəfəri” şiələri dedikdə, həmin bu on iki imam nəzərdə tutulur.

Ümmətin içində şiə məzhəbindən başqa heç kəs onların imamlığını qəbul etmir.

Onların haqqında nazil olmuş Quran ayələri bu insanların fəzilət, şərəf, məqam və paklıqlarını bildirir. O cümlədən, “məvəddət”, “təthir”, “mübahilə”, “əbrar”, “salavat” və bir çox ayələri göstərmək olar.

Əgər onların fəzilətləri və ümmətə rəhbər olanları haqda Peyğəmbər (s)-in, hədislərini nəzərə alsaq, sözsüz onların imamətini qəbul edərik. Başa düşərik ki, onlar ümməti hər cür azğınlıqdan qurtaranlardır.

Təkcə şiənin həqiqi olub, nicat tapacağını qəbul edirik. Çünki onlar Allahın möhkəm ipindən tutmuşlar. Bu ip onları sevməkdir. Beləliklə, şiə nicat gəmisinə minmiş, boğulmaq təhlükəsindən uzaqlaşmışdır.

Biz bütün inamımızla deyə bilərik ki, şiə Mühəmməd (s) ümmətinin ardıcılıdır.

لَقَدْ كُنتَ فِي غَفْلَةٍ مِّنْ هَذَا فَكَشَفْنَا عَنكَ غِطَاءكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ

“Sən bunu bilmirdin. Biz pərdəni götürdük və bəsirət gözün daha yaxşı gördü.”[168]

RAŞİDİN XƏLİFƏLƏRİ BARƏSİNDƏ ƏHLİ-SÜNNƏNİN NƏZƏRİ

Onlar həmin dörd nəfərdirlər ki, Peyğəmbər (s) dünyadan gedəndən sonra xilafət kürsüsündə əyləşdilər. Əhli-sünnə onların üstünlüyünü – xilafətlərinin ardıcıllığı ilə – qəbul edir. Onları qalan camaatdan üstün sayır. Bu bir şeydir ki, biz bu gün eşidirik. Amma keçən bəhslərdə qeyd etdiyimiz kimi, Əli ibni Əbi Talib (ə) onların fikrinə görə, hətta adi xəlifələrdən də sayılmırdı, o ki, qaldı raşidin xəlifələrindən!!! İmam Əhməd ibni Hənbəl iki əsr yarımdan sonra onu raşidin xəlifələrə qoşmuşdu. Bundan qabaq bütün İslam dövlətlərində və əməvilər imperatorluğunda onu lənətləyirdilər.

Əziz oxucunun daha artıq təhqiqi və acı yəqinə çatması üçün bir neçə nöqtəyə diqqət etməsi lazımdır. Qeyd etdiyimiz kimi, Abdullah ibni Ömər əhli-sünnət və camaatın böyük fəqihlərindəndir. Malik “Müvəttəə”də, Buxari və Müslüm öz “Səhih” kitablarında və bir çox başqa mühəddislər onun sözünə etimad etmişlər.

Bu kişi böyük nasibilərdən olmuşdur. Tarixdə Əmirəl-möminin Əli (ə)-la düşmənçilik etməsi ilə tanınmışdır. Tarix onun Əli (ə)-a beyət etməkdən boyun qaçırmasını çatdırmışdır. Amma bunun əvəzində Allahın və Peyğəmbərin düşməni olan məlun Həccacla öz ixtiyarı ilə və tələsik surətdə beyət etmişdir!![169]

Abdullah ibni Ömər deyir: Əlinin heç bir fəzilət və üstünlüyü yoxdur!!! Öz daxili küdurət və düşmənçiliyini aşkar edib, onu Osman ibni Əfvandan da aşağı tutmuşdur.

Qeyd etdiyimiz kimi, o yalnız Əbu Bəkr, Ömər və Osmana üstünlük vermiş, amma Əli (ə)-ı küçə və bazar adamlarından kiçik saymasa da, onlarla bir saymışdır. Burada mühəddislərin və tarixçilərin qeyd etdiyi başqa bir həqiqət də vardır, o da onun aşkar surətdə Əli (ə), Əhli-beyt imamları ilə düşmənçiliyidir.

Abdullah ibni Ömər Peyğəmbərin hədisinin: “Məndən sonra xəlifələr on iki nəfərdir” barəsində belə deyir: Bu ümmətin on iki imamı olacaqdıræ

Əbu Bəkr Siddiq, Ömər Faruq, iki nur sahibi Osman, Müaviyə və oğlu müqəddəs yerin padşahları, Səffah, Salam, Mənsur, Cabir, Mehdi, Əmin və Əmir Usb bunların hamısı Bəni Kəb qəbiləsindəndir. Hamısı xilafətə layiqdir və onlar kimi heç kəs tapılmaz!!![170]

Ey əziz oxucu! Oxu və gör əhli-sünnətin bu böyük fəqihi həqiqəti nə cür dəyişdirir? Müaiyə, oğlu Yezidi və Səffahı xalqın ən yaxşısı sayır. Ləyaqətdə onlar kimi heç kəsin olmamasını deyir.

Düşmənçilik və kin onun gözünü tutmuş, düşmənçilik buludları onu əhatə etmişdir.[171]

Onun fikrinə görə, Əli (ə)-ın heç üstünlüyü və fəziləti yoxdur. Amma müharibədə azad olmuş Müaviyə, oğlu kafir Yezid və cinayətkar Səffahı ondan üstün bilir. Bu, zəmanənin çox təəccüblü işlərindəndir!

Abdullah ibni Ömər həqiqətən də öz atasının oğludur. Heç nədə təəccüb etmək lazım deyil, çünki kuzədən yalnız içində olan çölə tökülər. Atası var qüvvəsi ilə Əli (ə)-ı xilafətdən uzaqlaşdırmaq üçün çalışır, onu xalqın nəzərində kiçildirdi.

Kinəli oğlu da Osmanın ölümündən sonra – xalqın Həzrət Əli (ə)-a beyət etməsinə baxmayaraq – yenə də onunla beyət etməkdən çəkindi. Hədis oxuyub belə göstərmək istəyirdi ki, Əli (ə)-ın heç bir üstünlüyü yoxdur və adi xalq kimidir!!!

Abdullah ibni Ömər əməvilərə çox xidmət etmişdir. Peyğəmbər (s)-ə töhmət vurmaqla Müaviyə və Yezidin başına xilafət tacı qoydu. Səffah, Mənsur və əməvilərin bütün fasiqlərinin xilafətini qəbul etdi. Onları Quran və sünnənin “müsəlmanların sərvəri” adlandırdıqları möminlər rəhbərindən üstün saydı. Onun xalq tərəfindən qəbul olunan xilafətini rədd etdi. Bu çox təəccüblüdür!

Biz yenidən Abdullah ibni Ömərin üstünə qayıdacağıq. Gələcək bəhsdə onun şəxsiyyətinin üstündən pərdəni götürəcəyik. Baxmayaraq ki, elə bu bəhsdə də onun ədaləti və etibarı aradan gedir və o, əhli-sünnəni düzəldən nasibilərə qoşulur.

Siz əgər bütün yer üzünü – şərqdən qərbə qədər – gəzib, əhli-sünnə məscidlərində namaz qılıb, onların alimləri ilə danışsanız, onların imam camaatlarının hər fürsətdə “Abdullah ibni Ömərdən rəvayət olmuşdur” – cümləsini işlədən görərsiniz!!!

Peyğəmbər (s) əhli-sünnə və camaatın fiqhini qəbul etmir

Qabaqkı bəhslərdə ələ gətirdik ki, şiə yalnız Əhli-beyt imamlarına itaət etmiş, heç vaxt şəxsi rəy və qiyasa əməl etməmişdir. Hətta bundan da artıq, onları haram etmişdir. Yalnız Allahın Kitabı və Peyğəmbərin sünnəsi onların arasında hakim olmuşdur.

Həmçinin, əhli-sünnə və camaat Peyğəmbər sünnətindən kifayət qədər bəhrələnmədiyi üçün rəy və qiyasa əməl etməyə məcbur olmuşdur. Onları bu işə məcbur edən şey, böyüklərinin hədis və rəvayətləri yandırmaları olmuşdur.

Öz şəxsi nəzərlərinə əməl edənlər və ictihad sahibləri Peyğəmbərin dilindən hədis düzəldib öz məzhəblərini möhkəmlətmək istəyirlər. Haqqı batilə qatışdırırlar. Onlar deyirlər: Peyğəmbər (s) Məaz ibni Cəbəli Yəmənə göndərdi və ondan soruşdu: Əgər səndən hökm etməyini istəsələr, necə hökm edərsən?

Məaz dedi: Allahın Kitabı ilə hökm verərəm.

Peyğəmbər (s) ona dedi: Əgər Allahın Kitabında tapmasan, nə edərsən?

Dedi: Peyğəmbərin sünnəti ilə.

Peyğəmbər buyurdu: Əgər Peyğəmbərin sünnəsində tapmasan? Bu vaxt Məaz dedi: Əgər tapmasam, öz nəzərimlə ictihad edərəm.

Peyğəmbər buyurdu: Şükür olsun Allaha, Peyğəmbəri üçün elə bir nümayəndə qərar verdi ki, Allahın və Peyğəmbərin razılığı ilə əməl edir.

Bu hədis batildir. Allah rəsulunun dilindən belə bir hədis çıxması mümkün deyildir. Peyğəmbər (s) Məaza necə deyə bilər ki: Əgər Allahın Kitabında və Peyğəmbərin sünnəsində tapmadın? Halbuki, Allah Öz Peyğəmbərinə buyurur:

وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِّكُلِّ شَيْءٍ

“Biz sənə elə kitab göndərdik ki, hər şeyi bəyan edir.”[172]

Yenə buyurur:

مَّا فَرَّطْنَا فِي الكِتَابِ مِن شَيْءٍ

“Biz Kitabda deyilməmiş heç nə qoymadıq.”[173]

Yenə buyurur:

وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا

“Peyğəmbər sizə hər nə verdisə, götürün və hər şeydən sizi saxladısa, dayanın.”[174]

Yenə də Peyğəmbərinə buyurur:

إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ

“Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göndərdiyi ilə insanlar arasında hökm edəsən.”[175]

Belə isə, bəs Peyğəmbər bundan sonra necə Məaza deyir ki: Əgər Allahın Kitabına və Peyğəmbərin sünnəsində tapmadın?! Yoxsa bu, Allahın Kitabının və Peyğəmbər sünnəsinin naqis olub hər şeyi bəyan etməməsinə olan bir etirafmıdır?!

Deyə bilərlər ki: Bəlkə də Məazın hədisi təbliğin əvəllərində baş vermişdir. O vaxt Quran hələ kamil surətdə nazil olmamışdı. Cavabında deyirik: Bu söz düz deyildir. Çünki:

1. Məaz dedi: Allahın Kitabı ilə hökm edərəm. Bu da onu göstərir ki, Allahın Kitabı o vaxt kamil olubmuş.

2. Bu, Allahın və Peyğəmbərin hökmünü bilməyən bir kəs üçün bəhanə ola bilər ki, öz şəxsi nəzəri ilə, ürəyi istədiyi kimi hökm etsin və nəsləri öyrənib tapmaqda zəhmət çəkməsin.

3. Allah-taala Quranda buyurur:

وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ

“Allahın nazil etdiyi (Kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə kafirdirlər.”[176]

وَمَن لَّمْ يَحْكُم بِمَا أنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ

Allahın nazil etdiyi (Kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə zalımdırlar.”[177]

وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ

Allahın nazil etdiyi (Kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə fasiqdirlər.”[178]

4. Əhkamı bilməyən insanın qəzavət işlərində hökm verməyə ixtiyarı yoxdur.

Allah Peyğəmbərə hökm çıxarmaq ixtiyarını verib buyurmuşdur:

وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللَّهُ وَرَسُولُهُ أَمْرًا أَن يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ

“Allah və Peyğəmbər bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz.”[179]

Bununla belə, Peyğəmbər hətta bir məsələdə belə öz şəxsi nəzərinə və qiyasa əməl etməmiş, yalnız Allahın buyruğu ilə hökm etmişdir. Bununla uyğun gəlməyən hər bir hədis “düzəltmə (qondurma) hədis”dir..

Daha artıq yəqinlik tapmaq üçün əhli-sünnətin “Səhih”lərindən sizin üçün dəlillər gətirdik. Bu hədisi Buxari öz “Səhih”ində sənədlə gətirmişdir: Peyğəmbərə sual veriləndə “bilmirəm, ya vacib deyil” sözlərini demirdi. Vəhyin ona nazil olmasını gözləyirdi. Heç vaxt öz şəxsi nəzəri, ya qiyasla söz demirdi. Allah onun barəsində buyurur: “O şeylə ki, Allah sənə göstərmişdir.”[180]

Bəli, aləmlərin Pərvərdigarı və hakimlərin  hakimi Öz Peyğəmbərinə buyurur:

وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللّهُ

“Biz (Quranı) sənə haqq üzrə və özündən əvvəlki kitabı təsdiq edən və onun qoruyucusu olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et.”[181]

Bəli, bu Qurandır ki, Allah Peyğəmbərinə buyurur:

إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ

“Həqiqətən, Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi ilə insanlar arasında hökm edəsən.”[182]

Onların səhihlərinin şəhadət verdiyi kimi, əgər Peyğəmbər öz şəxsi rəyinə və qiyasa əməl etməmişsə, bəs onların qiyasa əməl etməyə nə haqları vardır? Hansı haqla Allahın hökmü və Peyğəmbərin sünnəti ilə müxalifətçilik edirlər?

Deyirlər: Biz əhli-sünnəyik! Doğrudan da təəccüblüdür!

MÜHÜM MƏTLƏB

Keçən bəhslərdə əhli-sünnə və camaat barəsində dediyimiz sözlərdən məqsəd bu günkü əhli-sünnət deyildir. Dəfələrlə onların günahsız olduğunu xatırlatmışıq. Qədimdəkilərin törətdikləri işlər bunların ayağına yazılmaz. Bunlar haqqı gizlənən tarixin qurbanlarıdır ki, əməvilər, abbasilər və onların ardıcılları Peyğəmbər (s)-in sünnəsini məhv edib cahiliyyəti yenidən qaytarmaq istəyirdilər.

Biz də onlardan idik və onların karvanı ilə yol gedirdik. Onlardan istiqamət alırdıq. Lakin böyük Allah boynumuza minnət qoyub, bizi nicat gəmisinə tərəf hidayət etdi. Bizim yalnız Allah qarşısında ağlayıb, bütün ümməti bu yola hidayət etməsindən başqa çarəmiz yoxdur.

Ola bilsin ki, belə deyilsin: Səhabə qarşısında belə sərt mövqe tutmaq, onların əməllərini tənqid etmək, əksər müsəlmanların (ki, onların adətinə etiqadları var) narahatçılığına səbəb ola bilər. Müsəlmanların çoxu onları Peyğəmbər (s)-dən sonra ən yaxşı insanlar kimi tanıyır.

Cavabında deyirik: Müsəlmanların Allah və Peyğəmbərə etiqadları olmalıdır. Onların dedikləri hər şeyə əməl etməlidirlər. Onların qoyduğu hədlərdə durmalıdırlar. Müsəlmanlar və o cümlədən səhabələrin nicatı bundadır. Hər kəs bu həddən qırağa çıxarsa, əhli cəhənnəmdir, baxmayaraq ki, Peyğəmbər (s)-in əmisi belə olmuş olsun.

Səhabənin tənqidi və onların zəmanəsində baş vermiş hadisələri açıqlamaq bizə lazım və zəruridir. Çünki onlar ümmətin ixtilafına və müsibət çəkmələrinə səbəb olmuşlar.

ƏHLİ-SÜNNƏNİN ƏHLİ-BEYT (Ə)-LA MÜXALİFƏT ETMƏSİ ONLARIN ZATINI ÜZƏ ÇIXARIR

Hər bir mühəqqiq əhli-sünnə və camaatın Peyğəmbər (s) ailəsi ilə düşmən olması həqiqətinə yetişdiyi zaman, onların kimlərə itaət etdiyini başa düşər. Bilər ki, bu insanlar Əhli-beyt ilə dava etmiş, onlara lənət göndərmişlər.

Əhli-sünnət və camaat bir mühəddisin xəvaric və ya nasibilərdən olduğunu görüncə onu adil, inanılmış bilirlər. Amma Əhli-beytdən olan şiə hədisçini gördükdə, ona töhmət vururlar.

Siz onların kitablarında Həzrət Əli (ə)-ın fəzilətləri haqqında səhih rəvayətlərə rast gələrsiniz. Amma onlar bu rəvayətləri yalan sayırlar. Hədisçilərin sənədlərində irad tutub onu zəif bilirlər.

Başqa xəlifələrə gəldikdə isə, onların haqqında yalan rəvayət də olmuş olsa, onu qəbul edib səhih sayırlar.

İbni Həcər, Abdullah ibni Əzdi (tanınmış nasibilərdəndir) haqqında deyir: O, əhli-sünnə və camaatdan olmuş, sünnətdə möhkəm və osmanilərdəndir.[183]

Abdullah ibni Ovn Bəsri haqqında deyir: O, düz danışandır, ibadət əhli, sünnədə möhkəm, bidət qoyanlara qarşı müqavimətli olmuşdur. İbni Səd deyir: Abdullah ibni Ovn Bəsri, osmani olub.[184]

Həmçinin İbrahim ibni Yəqub Cuzcani (Həzrət Əli (ə)-la düşmənçilik etməkdə məşhur olmuşdur) haqqında deyir: O, Hüreyzi məzhəb olmuşdur, yəni Hüreyz ibni Osman Dəməşqinin məzhəbində olmuşdur. Hamı onu nasibi, Həzrət Əli (ə)-ın düşməni kimi tanımışlar.[185]

İbni Həyyan deyir: O, sünnədə möhkəm, hədis əzbərçisi idi.



Geri   İrəli
Go to TOP