A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti
Naşir: Faiz
Çap tarixi: 2000
Səhifələrin sayı: 208
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Qur’an ayələrində bu mövzu diqqət mərkəzindədir. Burada onlardan bir neçəsini nümunə gətiririk:

1. İslam Peyğəmbərinin (s) zamanında Məkkə şəhərində Əqəbə və Übəyy adında iki bütpərəst bir-biri ilə dost idilər. Əqəbə həmişə səfərdən qayıdanda evində süfrə açır və öz qohum-qəbiləsinin böyük şəxsiyyətlərini evinə də’vət edirdi. O, müsəlman olmasa da, bu süfrəyə Peyğəmbəri (s) də də’vət edirdi. Bir gün əqəbə səfərdən qayıtdı. Həmişə olduğu kimi, bu dəfə də böyük şəxsiyyətləri Peyğəmbərlə (s) birlikdə evinə də’vət etdi. Qonaqlar gəldilər. Süfrə hazır idi. Bu vaxt Peyğəmbər (s) üzünü Əqəbəyə tutub dedi: «Allahın birliyinə və Onun göndərdiyi Peyğəmbərə (s) iman gətirməsən, sənin yeməyindən yeməyəcəyəm» Əqəbə Peyğəmbərin (s) sözünü qəbul edib müsəlman oldu. Onun müsəlman olması xəbəri dostu Übəyyə çatdı. O, Əqəbəyə e’tiraz edib dedi: «Sən öz dinindən (bütpərəstlikdən) münhərif olmusan!».

Əqəbə dedi:

Mən münhərif olmamışam. Lakin bir kişi mənim evimdə müsəlman olmasam, yemək yeməyəcəyini bildirdi. Onun evimdən ac getməməsinə görə müsəlman oldum.

Übəyy dedi: O kişinin müqabilində dayanıb ona xəyanət etməsən, səndən razı olmayacağam».

Əqəbə dostunun sözünə aldandı və mürtəd oldu. O, Bədr müharibəsində, dostu Übəyy isə Ühüd müharibəsində kafirlərin qoşununda həlak oldu. Bu hadisədən sonra «Furqan» surəsinin 27-29-cu ayələri pis dostun sözünə qulaq asıb münhərif olan şəxslərin haqqında nazil oldu. O üç ayə bunlardır:

وَيَوْمَ يَعَضُّ الظّالِمُ عَلى يَدَيْهِ يَقُولُ يا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّسُولِ سَبِيلاً

يا وَيْلَتى لَيْتَنِي لَمْ اَتَّخِذُ فُلاناً خَلِيلاً

لَقَدْ اَضَلِّني عَنِ الَّذكْرِ بَعْدَ اِذْ جائَنثي وَكانَ الشَّيْطانُ لِلاِنْسانِ خَذُولاً

27: «Zalım kəs o gün dizlərinə döyər, «kaş Peyğəmbərin (s) ardınca gedib doğru yolu tutaydım!»- deyər.»

28: «Vay olsun mənə, kaş mən filankəsi özümə dost tutmazdım!»

29: «Agahlıq gəlmişdi mənə, (filankəs) məni haqq yoldan azdırdı.» Şeytan da həmişə insanı düz yoldan azdırır». Bu ayələrdən Əqəbə və onun kimi pis adamlarla dost olanların qiyamət günündəki vəziyyətləri aydın olur. 29-cu ayədən mə’lum olur ki, pis adamlarla dost olmaq şeytana itaət etməyin nəticəsidir. Şeytan bu yolla insanı Allah dərgahından uzaqlaşdırır. Başqa sözlə bu ayə insanlara bir növ xəbərdarlıq edir ki, şeytan pis dost vasitəsi ilə onları əyri yollara çəkməsin.

2. “Ən’am» surəsinin 68-ci ayəsində oxuyuruq:

وَاِذا رَاَيْتَ الَّذِينَ يَخُوضُونَ فِي آياتِنا فَأَعْرِضْ عَنْهُمْ حَتّى يَخُوضُوا فِي حَدِيث غَيْرِهِ...

«Ayələrimizə istehza edənləri görsən, onlardan üz çevir ki, başqa söhbətə keçsinlər».

«Nisa» surəsinin 140-cı ayəsində oxuyuruq:

«Allahın ayələrinə küfr və istehza edənlərlə, başqa söhbətə keçənə qədər oturmayın, yoxsa siz də onlar kimi olarsınız».

3. «Müddəssir» surəsinin 42-45-ci ayələrində oxuyuruq: Behşitdə olanlar cəhənnəm əhlindən soruşurlar: «Sizi cəhənnəmə gətirən nə idi?» Onlar bir neçə amil sayırlar. O cümlədən deyirlər:َ

«Batilpərəst adamlarla birlikdə batil işlər görürdük».

4. «Fussilət» surəsinin 25-ci ayəsində pis yoldaş Allahın düşmənlərinə bir cəza kimi qiymətləndirilir.

«Biz onlar üçün elə dostlar qərar verdik ki, pis işləri onlar üçün yaxşı işlər kimi cilvələndirərlər».

Bu ayə pis dostun insan üzərindəki tə’sirini və onun insan üçün bir bəla olduğunu bildirir.

Pis adamlarla dostluq və onun mənfi tə’siri haqqında olan hədislərin sayı o qədər çoxdur ki, onların hamısını burada yazmaq mümkün deyil. Ona görə bir neçə hədisi nümunə olaraq göstəririk:

1. İmam Sadiq (ə) buyurur:

«Mö’min şəxsə yaraşmayan işlərdən biri də budur ki, günah edilən məclisdə otursun, bir halda ki, məclisin gedişini dəyişməyə qüdrəti çatmaya». (Məsələn: Məclisdə qeybət edirlər, amma mö’minin qüdrəti çatmır ki, günahın qarşısını alsın.)

2. İslam Peyğəmbəri (s) buyurur:

«İnsan öz dostunun və yoldaşının dinindədir».

3. İmam Sadiq (ə) buyurur:

«Mö’min bir şəxsə avara, axmaq və yalançı adamlarla dostluq etmək yaraşmaz».

4. İmam Cavad (ə) buyurur:ُ

«Pis adamla oturub-durma, çünki o qınından çıxmış qılınc kimidir: Zahiri görkəmi yaxşı, tə’siri isə pisdir».

5. Süleyman ibni Cə’fər deyir: Bir gün İmam Kazim (ə) mənə buyurdu:

«Nə üçün səni Əbdürrəhman ibni Yə’qubla bir yerdə görürəm?»

Dedim: «O mənim dayımdır».

İmam buyurdu: «Onun Allaha əqidəsi düz deyil».

Sonra buyurdu:ُ

«Ya onunla otur-dur və bizi tərk et, ya da bizimlə ol və onu tərk et!»

6. İmam Əli (ə) buyurur:ِ

«Pis adamlarla dost olmaq insanı yaxşı adamlara qarşı bədbin edər».

7. İmam Baqir (ə) buyurur:ا

«İmamlardan birinə nalayiq söz deyilən zaman məclisdə olub, oranı tərk etməyə qadir olsa da o məclisi tərk etməyən şəxsə Allah-təala bu dünyada zillət paltarını geyindirəcək. Axirətdə isə onu cəzalandıracaq və nəhayət, onu bizə (İmamlara) qarşı olan mə’rifətdən məhrum edəcək.»

8. İmam Əli (ə) buyurur:

«Allaha və qiyamət gününə əqidəsi olan şəxs başqalarına böhtan deyilən məclisdə oturmaz».

İCTİMAİ MƏHRUMİYYƏTLƏR

İbni Nö ’man deyir: İmam Sadiqin bir dostu var idi. İmam çox vaxt onunla bir yerdə olardı. Bir gün o öz quluna dedi:

«Ay haramzadə, harada idin?»

İmam dostunun bu sözünü eşidəndə o qədər narahat oldu ki, əlini qaldırıb möhkəm öz alnına vurub, dedi:

«Sübhanəllah! Sən onun anasına zina töhməti vurursan? Mən səni təqvalı bir şəxs bilirdim, amma indi görürəm ki, sənin təqvan yox imiş».

İmamın dostu bunu eşidəndə ərz edir:

«Sənə fəda olum! Bu qulun anası Hindistan əhalisindən və bütpərəstdir». (Deməli ona söyüş vermək olar)

İmam isə buyurdu:

«Sən bilmirsənmi ki, hər bir xalqın özünə məxsus evlənmək adəti vardır? Məndən uzaqlaş!»

İbni Nö’man daha sonra deyir: Bu hadisədən sonra heç vaxt İmamı o dostu ilə bir yerdə görmədim.

İCTİMAİ MƏHRUMİYYƏTLƏR

İnsanın günaha düşməsinin səbəblərindən biri də onun cəmiyyətdə ictimai məhrumiyyətlərə uğramasıdır. İşlərini xalis ilahi məqsədlərə uyğunlaşdırmayan şəxslərin xoşbəxt və ya bədbəxt olması camaatın onlara qarşı hansı fikirdə olduğundan asılıdır. Yə’ni onlar həyatda xoşbəxtliyi camaatın onları tə’rifləməsində, bədbəxtliyi isə camaatın onları pisləməsində görürlər. Belə şəxslər ictimai məhrumiyyətlərə uğrayan zaman özlərində həqarət hissləri keçirirlər. Nəticədə bu hiss onların qəlbində başqalarına qarşı düşmənçilik və kin-küdurət toxumunu əkir və bu yolla da onları müxtəlif günahlara sövq edir. Deməli, bu cür günahların bünövrəsini işlərini qeyri-ilahi hədəflərə görə icra etmək təşkil edir. İslam tarixində bu cür mənfi hisslərə qapılıb xətərli günahlara yol verən şəxslərin nümunəsi çoxdur. Yetimlərin ehtiramını saxlamağın səbəbi də onların üzləşdiyi bir növ ictimai məhrumiyyətin qarşısını almaqdır. Bəlkə də müqəddəs islam dinində sifariş olunmuş camaatla məsləhətləşmək, onların şəxsi dünya görüşünə ehtiramla yanaşmaq, başqalarına pis ad qoymamaq, onları istehza etməkdən çəkinmək və bu kimi əxlaq tərzi insanların qəlbində həqarət hissini məhv edərək, onların mükəmməl şəxsiyyət kimi formalaşmasına xidmət edən amillərdəndir.

İmam Baqirdən (ə) maraqlı bir hədisi nəzərinizə çatdırırıq.

O həzrət özünün dərrakəli şagirdlərindən olan Cabir Co’fi adlı bir şəxsə buyurur:

«Ey Cabir! O vaxt sən bizim dostumuz olarsan ki, şəhərin bütün camaatı sənə desə ki, «sən pis adamsan», narahat olmayasan; eləcə də bütün camaat sənə «yaxşı adamsan» desə də, sən onların bu sözündən sevinməyəsən. Sən özünü Allahın kitabı olan Qur’anla müqayisə et! Özünü Qur’an buyurduğu bir insan kimi görsən, onda sənə müjdələr olsun. Yə’ni Qur’anın qadağan etdiyi işlərdən çəkinib, əmr etdiyi işlərə əməl edəsən və günah haqqında xəbərdarlıq olunan işlərdən qorxub çəkinəsən.»

Həqiqətən, bu hədisə diqqət yetirsək, görərik ki, İmam Baqirin (ə) bu hədisi bütün insanlar üçün böyük və mə’nalı bir dərsdir.

GÜNAHIN PSİXOLOJİ AMİLLəRİ

İnsanın həyatda üzləşdiyi sün’i çətinliklər və ya xurafatlara inanması onun əhval-ruhiyyəsində pis tə’sir qoyur. Bu vaxt insanda bə’zi ruhi əlamətlər yaranır ki, bu da insanı günaha tərəf yönəldən daha bir amilə səbəb olur. Məsələn: İnsanın yersiz təhqir edilməsi, başqasının əlində zəlil olmağı ona məsxərə edilib ələ salınması və bu kimi mənfi rəftarlar insanda onu günaha tərəf çəkən ruhiyyə yaradır. Günahın bu növ amillərini təhlil və izah etmək üçün aşağıdakı mövzuları araşdırmağı lazım bilirik:

1. İnsanın şəxsiyyəti;

2. İnsan şəxsiyyətinin sındırılıb, təhqir edilməsi;

3 İqtisadi çətinliklər və təbii ehtiyacların tə’min edilməsi;

4. Yalançı və faydasız arzular; (xülyalar)

1. İNSANIN ŞəXSİYYəTİ

İnsan varlıq aləmindəki yaranmışların ən qiymətlisidir. Allah-təala heç bir məxluqu insandan üstün yaratmayıbdır. İnsan həm ruhi, həm də cismani cəhətdən yaradılmış başqa məxluqlardan fərqlənir. Onda olan ruhi iste’dadlar və cismi bacarıqlar bir-birindən maraqlıdır.

«İsra» surəsinin 70-ci ayəsində oxuyuruq:

«Şübhəsiz, biz Adəm övladlarını (insanları) əziz etdik, quruda, dənizdə onları həml etmiş, onlara təmiz-təmiz şeylərdən ruzilər vermişik və onları yaratdığımızın çoxundan üstün tutmuşuq.»

İnsanın Allah dərgahında əziz olması iki növdür:

1. Allahın ona bəxş etdiyi əzizlik. «İsra» surəsinin 70-ci ayəsində bu cür əziz olmağa işarə olunur. İnsan Allahın ona verdiyi bu əzizliyə görə bütün məxluqlardan, hətta mələklərdən də üstündür. Başqa sözlə, bu cəhət insana elə bir iste’dad verir ki, başqa məxluqlar bu iste’daddan məhrumdurlar.

2. İnsanın özünün qazandığı əzizlik. İnsanın Allah dərgahında bu cür əziz olması onun təqvalı olub, yaxşı işlər görməsindən asılıdır.

«Hücürat» surəsinin 13-cü ayəsində oxuyuruq:

«Şübhəsiz, Allah dərgahında sizlərdən ən möhtərəm olanı - daha təqvalı olan kəsdir».

İnsan elə bir yüksək dərəcəyə malikdir ki, Allah-təala mələklərə, Adəm peyğəmbərə səcdə etmələrini əmr etdi. Onların bu səcdəsi Allaha şükr səcdəsi idi ki, ilahi, belə bir üstün məxluq yaratmısan.

Qur’an və hədislərdə insanı tərbiyə və hidayət etmək məqsədi ilə həmişə onun əzəmətli şəxsiyyəti xatırladılır. Misal olaraq aşağıdakı hədislərə diqqət yetirək:

1. İmam Əli (ə) buyurur:ا

«(Ey insanlar!) Sizin qiymətinizə təkcə behişt layiqdir. Onu behiştdən aşağı bir şeyə satmayın».

Başqa bir hədisdə o Həzrət buyurur:

«(Ey insan!) Sən elə güman edirsən ki, balaca bir məxluqsan? Sənin vücudunda böyük bir dünya vardır!».

2. O Həzrət buyurur:

«Öz qədir-qiymətini bilməyən şəxs həlak olubdur».

3. İmam Əli (ə) başqa bir hədisdə belə buyurur:

«Alim odur ki, öz qədir-qiymətini bilsin, cahil isə o şəxsdir ki, öz qədrini bilməsin».

4. Əmirəl-mö’minin (ə) daha bir hədisdə buyurur:ُ

«Özünə qiymət verən və öz həddini anlayan şəxs ən gözəl bəndədir».

2. İNSAN ŞəXSİYYəTİNİN TəHQİR EDİLMəSİ

Günaha zəmin yaradan amilləri sayarkən dedik ki, bu amillərdən biri də insan şəxsiyyətinin təhqir edilməsidir. Burada da qısa şəkildə bu mövzunu araşdırmağa çalışaq.

İnsan özünün böyük və əzəmətli şəxsiyyətini dərk etsə heç vaxt onu dəyərsiz və puç yollarda məhv etməz. Misal üçün, insan heç vaxt bir parça qızılı bir daş parçası ilə dəyişməz.

İmam Səccad (ə) buyurur:

«Öz şəxsiyyətinə qiymət verən şəxsin gözündə maddi maraqlar dəyərsiz olar».

İmam Səccadın (ə) bu hədisindən belə nəticə alırıq ki, insan şəxsiyyətinin təhqir edilməsi onun dünya malına həris olmasına və əyri yollara çəkilməsinə səbəb olur. Amma şəxsiyyətin qorunması insanı dəyərsiz işlərə əsir etməz. İnsan şəxsiyyətinin təhqir edilməsi nəticəsində onda yaranan həqarət hissi insanı təbii olaraq müxtəlif günahlara və çirkin işlərə yönəldir.

İmam Əli (ə) bu barədə buyurur:ِ

«İnsanın iki üzlü (riyakar) olması onun özündə həqarət hissi keçirməsindən irəli gəlir». İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur:

«Yalnız öz şəxsiyyətinin alçaldığını hiss edən şəxs yalan danışar.»

İmam Sadiq (ə) buyurur:

«Özündə həqarət və kiçiklik hissi keçirən şəxs təkəbbürlü olar və özünü hamıdan üstün tutar». (Çünki belə bir şəxs özündə çatışmayan bir şey hiss edir və bu çatışmazlığın yerini təkəbbürlə doldurmaq istəyər.)

İmam Sadiq (ə) başqa bir hədisdə belə buyurur: «Allah-təala mö’minə aid olan işləri onun öz öhdəsinə qoydu. Lakin ona bir şeydə ixtiyar vermədi. O bir şey də mö’minin özünü başqaları qarşısında zəlil edib alçaltmasıdır. Allahın buyurduğu sözə diqqət yetirmədikləri üçün buyurulur:

«İzzət və şərəf yalnız Allaha, Onun Rəsuluna və mö’minlərə məxsusdur».

Sonra o Həzrət buyurdu:

«Mö’min əziz və şərəfli olmağa layiqdir, zəlil olmağa yox!»

3. İQTİSADİ ÇəTİNLİKLəR Və TəBİİ EHTİYACLARIN TƏ’MİN EDİLMƏSİ

İnsanda həqarət hissi və bu kimi bə’zi ruhi halların yaranmasının səbəblərindən biri də sün’i iqtisadi çətinliklərdir. Şübhəsiz, insanın vücudunda bə’zi təbii ehtiyaclar və istəklər vardır ki, düzgün və mö’tədil səviyyədə tə’min edilməlidir, yə’ni istəklərin tə’min edilməsində orta səviyyə qorunmalıdır. Çünki bu istəklər həddini aşarsa, tüğyan edəcək, eləcə də onlara həddindən az diqqət yetirilsə, çoxlu ziyan və zərər verəcəkdir. Deməli, hər iki halda bu istəklər xətərli olub, günahlara şərait yaradır. Həyatda kifayət qədər məişət imkanlarından istifadə etməyən şəxs əlinə imkan düşən zaman özünü itirir və həddini aşır. Böyük din alimlərindən biri deyir:

«Bizim müəllim həmişə bizə nəsihət verərdi ki, özünüzü çətinliyə salmayın (kifayət qədər yeyin, için) Çünki tələbə olan zaman özünü çətinliyə salmaq xətərlidir: gözünüz camaatın əlində qalar».

Hər halda, insan təbii həyat sürməlidir. Onun istəkləri düzgün tə’min olunmalıdır. Məsələn: İslam dinində qazinin iqtisadi cəhətdən rahat yaşaması sifariş olunub. Çünki belə olmasa o, rüşvətxorluğa qurşana bilər.

“Ə’raf» surəsinin 32-ci ayəsində belə oxuyuruq:

«De ki: Allahın öz bəndələrindən ötrü yaratdığı zinətləri və pak, təmiz ruzilərini kim haram etmişdir»?

İmam Əli (ə) xəvariclə gedən müharibədə əmisi oğlu İbni Abbası düşmənlə danışığa göndərdi. Xəvaric dəstəsi onu görəndə dedilər: «Biz səni özümüzdən də üstün bilirdik, lakin sən belə bir qiymətli paltarlar geyinmisən?! (Çünki xəvaric dəstəsi dünya malına tam e’tinasız idilər.)

İbni Abbas isə onların cavabında dedi: Bizim sizinlə davamızın ilk səbəbi elə budur. Sonra bu iki Qur’an ayəsini onların sözünə e’tiraz olaraq oxudu:

Başqa bir yerdə buyurur:

«Məscidə gedəndə öz zinətlərinizi götürün».

İmam Əli (ə) buyurur:ِ

«Allah-təala gözəldir və gözəlliyi sevir, həmçinin, yaratdığı ne’mətləri öz bəndəsində görməyi də sevir».

Bu mövzu ilə əlaqədar daha bir neçə hədis.

İslam dinində sifariş olunmuş işlərdən biri də ailə-uşağın dolanışığını yaxşı tə’min etməkdir. Bu barədə aşağıdakı hədislərə diqqət yetirin:

1. İslam Peyğəmbəri (s) buyurur:

«Maddi cəhətdən imkanı olub, lakin ailəsinin dolanışığına qarşı xəsis olan şəxs bizdən deyil».

2. İmam Riza (ə) buyurur:

«Hər bir kişi öz ailəsinin tə’minatını yaxşı ödəməlidir ki, onun ailə üzvləri onun ölümünü arzulamasınlar».

3. İmam Sadiq (ə) buyurur:

«Ağıllı insan yaxşı olar ki, öz vaxtını dörd yerə bölsün:

1. Allaha ibadət etməyə;

2. Gün ərzində etdiyi işlər haqqında fikirləşməyə;

3. Allahın yaratdıqları haqqında fikirləşməyə;

4. Öz ailəsinə sərf etməyə;

İmam Əli (ə) buyurur:

«Həqiqətən, qəlblər yorulur. Yorulmuş qəlblərə təzə hikmətlər axtarın».

Yə’ni gözəl lətifələrlə bu qəlbləri şad edin.

Bütün şərh və izahlardan sonra belə bir nəticəyə gəlmək olar ki, insanda olan bə’zi təbii ehtiyaclar düzgün şəkildə istiqamətləndirilməli və paltar, yemək və həyatda olan bu kimi təbii ehtiyacların tə’min edilməsində xəsislik və yaxud e’tinasızlıq düz deyil. Bütün bunların icrasında orta hədd qorunmalıdır. Əks halda bu ehtiyacların tə’min edilməsində əngəllər olsa, səhlənkarlıq və ya tam rədd edilsə, insanda bir sıra narahatlıqlar yarada bilər. Bunun da nəticəsi həm ailə, həm də cəmiyyət üçün acı olar.

4. YALANÇI Və FAYDASIZ ARZULAR

Əsassız və bihudə arzularda olmaq günahın daha bir psixoloji amilidir. Belə arzularla yaşayan insanlar, həyatda çalışıb hərəkət etmədən xoşbəxtlik və tərəqqi fikrində olurlar. Hətta belə şəxslər nə qədər günah etsələr də, deyirlər: «Allah rəhimlidir». Belə ümidlə yaşamaq nəinki insanı kamilləşdirmir, əksinə onu daxilən puç edir. Və onun vücudunda günah toxumu əkir.

QUR’AN Və ÜMİD BəSLəMəK

«Bəqərə» surəsinin 218-ci ayəsində oxuyuruq:

اِنَّ الَّذينَ آمَنُوا وَالَّذينَ هاجَرُوا وَجاهَدُوا في سَبِيلِ اللهِ اُؤلئكَ يَرْجُونَ رَحْمَةَ اللهِ واللهُ غَفورٌ رَحِيمٌ

«O kəslər ki, iman gətirib və hicrət eləyiblər, Allah yolunda vuruşublar, onlar Allahın rəhmətinə ümid bəsləyər; Allah bağışlayan və rəhimlidir».

Bu ayədə «ümid etmək» iman, hicrət və Allah yolunda vuruşmaqla birlikdə qeyd olunmuşdur.

TƏKANVERİCİ BİR ƏHVALAT

Tavus Yəmani deyir:

Kə’bə evinə getdim. Kə’bəninin navalçasının altında durub namaz qılan və Allahla razi-niyaz edən bir şəxsi gördüm. Namazdan sonra onun yanına getdim. Bu şəxs İmam Səccad (ə) idi. O Həzrətə dedim: Ey peyğəmbər övladı! Sən nə üçün belə ağlayırsan, nədən nigaransan? Halbuki sənin camaatla üç fərqin vardır ki, sənə nicat verəcəkdir:

1. Peyğəmbər övladısan.

2. Peyğəmbərin şəfaəti sənə çatacaqdır.

3. Sənə qarşı Allahın rəhməti böyükdür.

İmam mənim cavabımda buyurdu:

Ey Tavus! Mənim peyğəmbər övladı olduğumu deyirsən, Allah-təala Qur’anda buyurur:

فَاِذا نُفِخَ فِي الصُّورِ فَلا اَنْسابَ بَيْنَهُمْ يَوْمَئِذ وَلا يَتَسائَلُونَ

 

«Sur çalınan zaman (Qiyamət günündə) əsil-nəsəb deyilən şey aradan qaldırılar və bir-birindən kömək istəməzlər». («Mö’minun» surəsi, ayə 101).

Deməli, təkcə peyğəmbər övladı olmaq mənə fayda verməyəcəkdir.

«Şəfaət» barəsində isə Allah-təala buyurur:

وَلا يَشْفَعُونَ اِلاّ لِمَنِ ارْتَضى

«Allahın yüksək məqamlı bəndələri, təkcə Allahın onlardan razı olduğu şəxslər şəfaət edəcəkdir.» (“Ənbiya» surəsi, ayə 28)

Deməli, şəfaət də təklikdə məni Allahın xovfundan amanda saxlamır.

Allahın rəhməti haqqında isə Qur’anda oxuyuruq:

اِنَّ رَحْمَةَ اللهِ قَرِيبٌ مِنَ الْمُحْسِنينَ

«Allahın rəhməti yaxşı işlər görənlərə yaxındır».

Mənsə yaxşı işlər görən şəxs olmağımı hələ bilmirəm! (İmamın məqsədi ismət məqamının ən yüksək mərtəbəsidir)

İmamın bu kəlamından belə nəticə alırıq ki, Allahın rəhmətinə ümid bəsləmək, iman gətirib yaxşı işlər görməkdən sonra olmalıdır.

GÜNAHIN SİYASİ AMİLLəRİ

Günahın yayılmasına, artmasına imkan yaradan amillərdən biri də siyasi amillərdir. Bu amillərin çox hissəsi siyasi xadimlərin və dövlət işçilərinin adı ilə bağlıdır.

Dediklərimizi təsdiq etmək üçün «Bəqərə» surəsinin 205 206–cı ayələrini nümunə gətirək.

واِذا تَوَلّى سَعى فِي الاْرْضِ لِيُفْسِدَ فِيها وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللهُ لا يُحِبُّ الْفَسادَ

وَاِذا قِيلَ لَهُ اتَّقِ اللهَ اَخَذَتْهُ الْعِزَةُ بِالاِْثْمِ فَحَسْبُهُ جَهَنَّمَ وَلَبِئْسَ الْمِهادُ

«(Münafiqlərin bir əlaməti də budur ki,) Hakim və rəis olanda yer üzündə fitnə-fəsad, qarışıqlıq salarlar, əkin-biçini məhv edərlər. Allah fəsadı sevməz. Ona Allahdan qorx» deyilsə, qürurlanar, günaha batar. Belə şəxsə cəhənnəm bəs eləyər, necə də pis yerdir ora!».

Bu ayədən belə mə’lum olur ki, mö’min olmayan və öz nəfsinin istəklərinə əsir olan şəxs rəhbər olan zaman cəmiyyəti pozğunluğa və qarışıqlığa çəkər.

2. «Nəml» surəsinin 34-cü ayəsində oxuyuruq:

اِنَّ الْمُلُوكَ اِذا دَخَلُوا قَرْيَةً اَفْسَدُوها وَجَعَلُوا اَعِزَّةَ اَهْلِها اَذِلَّةً وَكَذلِكَ يَفْعَلُونَ

َ

«Hökmdarlar girdikləri şəhəri xaraba qoyar, camaatın ən nüfuzlu şəxslərini alçaldarlar. Beləcə davranarlar onlar».

Təcrübədə təsdiq olunmuşdur ki, quldur və zalım padşahların hökuməti ölkədə viranəliklərə səbəb olur.

3. Həzrəti Yusif böyük ilahi peyğəmbərlərdəndir. O, həyatda müxtəlif hadisələrlə üzləşdi; O cümlədən qardaşlarının ona zülm etməsi, onu quyuya atmaları, onun Misir padşahının sarayına yol tapması, sonra zindana düşməsi və Misir padşahlığında vəzir olması. Yusif peyğəmbər ömrünün axırlarında Misrin padşahı oldu. O Həzrət üzləşdiyi hər bir hadisədə bir cür dua edirdi. Lakin rəyasət məqamına çatdıqda, özünü rəyasətə əsir etmədi. O, həmişə dünyanın fani olmasını və hamının əbədi padşaha (Allaha) qovuşacağını xatırlayırdı. Onun padşah olandan sonra duası bu idi:

... تَوَفِّني مُسْلِماً

«(İlahi:) Məni dünyadan müsəlman halında apar».[95]

Deməli, Yusif bu duanı yalnız padşah olandan sonra edirdi. Bu o deməkdir ki, rəyasət xətərli bir işdir. Hətta bu işdə Yusif peyğəmbər kimi şəxsiyyətin də ayağı büdrəyə bilər. Buna görə o Həzrət özünün Allah yolunda sadiq qalmasından ötrü dua edirdi. Yusif peyğəmbər özünün axıra kimi Allah yolunda olacağına şübhə etmirdi. Lakin bununla belə o rəyasət və padşahlığın xətərli və aldadıcı bir iş olduğuna görə həmişə Allahdan kömək diləyirdi.

4. «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq:

تِلْكَ الدّارُ الاْخِرَةُ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُون عُلُواً فِي الاَْرْضِ وَلا فَساداً وَالْعاقِبَةَ لِلْمُتَّقِينَ

«Bu axirət evini o kəslərə veririk ki, yer üzündə lovğalığı, qarışıqlıq salmağı sevməzlər. Axirət evində müttəqilərə (təqvalı insanlara) uğurlu tale qismət olar».

Rəyasətə can atmaq lovğalığın bir növüdür. Deməli, bu ayədən mə’lum olur ki, rəyasətə can atan şəxslərə axirət həyatından bir bəhrə yoxdur. Bu ayənin təfsiri o qədər genişdir ki, İmam Əli (ə) buyurur:

اِنَّ الرَّجُلَ لَيُعْجِبُهُ اَنْ يَكُونَ شِراكُ نَعْلِهِ اَجْوَدَ مِنْ شِراكِ نَعْلِ صاحِبِهِ فَيَدْخُلُ تَحْتَها

«Bə’zi vaxtlar bir şəxs hətta ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasına görə lovğalanır. Bu ayə onlara (lovğalara) şamil olur.»

RəYASəTİN HəDİSLəRDə TəSVİRİ

Hədislərdə rəyasət iki yerə bölünür:

1. Bəyənilən rəyasət.

2 Məzəmmət olunan rəyasət.

Bəyənilən rəyasət odur ki, cəmiyyətdə haqq ilə batili bir-birindən ayırmağa vasitə ola.

Məzəmmət olunan rəyasət isə odur ki, insan onun əsiri olsun. Və insanı azğın yollara çəksin. Başqa sözlə, hədislərdə yalnız rəyasətə vurğunluq və bağlılıq məzəmmət olunub. Mətləbin daha aydınlaşması üçün aşağıdakı hədislərə diqqət yetirin.

1. İslam Peyğəmbəri (s) buyurur:

لِكُلّ شَـْيء آفَةٌ تُفْسِدُهُ، وَآفَةُ هذا الدّينُ وُلاةُ السُّوء

«Hər bir şeyin zərərverici bir amili var. Bu dinin (islam dinin) zərərverici amili isə nalayiq dövlət rəhbərləridir».

2. Həzrət Əli (ə) Əş’əs ibn Qeys adlı bir işçisinə belə yazır:

وَاِنَّ عَمَلَكَ لَيْسَ لَكَ بِطُعْمَة وَلكِنَّهُ فِي عُنُقِكَ اَمانَةٌ

«Sənin rəis olmağın sərvət yığmaq üçün deyil, bu sənin öhdəndə bir əmanətdir».

3. İmamlardan birinin hüzurunda vəzifəpərəst bir şəxsin haqqında danışılırdı.

İmam (ə) buyurdu:

ما ذِئْبانِ ضارِيانِ فِي غَنَم قَدْ تَفَرَّقَ رُعاؤُها بِاَضْرَّ في دِينِ الْمُسْلِمِ مِنْ طَلَبِ الرّياسَةِ



Geri   İrəli
Go to TOP