A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti
Naşir: Faiz
Çap tarixi: 2000
Səhifələrin sayı: 208
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Nəticə:

Yaşadığımız cəmiyyəti və yaxud özümüzü günahdan təmizləmək istəsək, gərək nəfsin istəklərindən və heyvani xislətlərdən düzgün yolda istifadə edək. Qeyd etmək lazımdır ki, bu kimi qərizələri normal hala salıb adiləşdirməyin əhəmiyyətini digər iş və xarakterlərin formalaşmasında da görürük.

QəLBİ SAĞLAM SAXLAMAQ

Qur’anda və çoxlu hədislərdə insanın qəlbindən danışılmışdır. Qəlb dərkedici hisslərin, idrak qüvvəsinin mərkəzidir. Yaxşı işlər sağlam qəlbdən, pis işlər isə qəlbin çirkinliyindən xəbər verir. Biz insanlar Allaha ibadət etmək və günahlardan qorunmaqla yanaşı, öz qəlbimizin sağlamlığı ilə də məşğul olmalıyıq. Qur’anda 132 dəfə «qəlb» sözü işlənmişdir. Çoxlu ayələrdə kafirlər, münafiqlər (iki üzlülər) və günahkarların qəlbi möhürlənmiş, xəstə, həddən ziyadə (mənfi mə’nada) yolunu azmış və bu kimi ibarələrlə qeyd edilmişdir.

«Qəlb» barədə söz çoxdur. Lakin bu mətləbi qeyd etmək istəyirik ki, qəlbimizi təmiz saxlamalıyıq, çünki İmam Sadiq (ə) buyurur:

ما مِنْ مُؤْمِنِ اِلاّ وَلِقَلْبِهِ اُذُنانِ فِي جَوْفِهِ، اُذُنٌ يَنْفُثُ فِيها الْوَسْواسُ الخنّاسُ وَاُذُنٌ يَنْفُثُ فِيهَا الْمَلَكُ...

İmanlı şəxsin qəlbi iki hissədən ibarətdir:

1. Şeytanın vəsvəsə etdiyi yer.

2. Mələklərin daxil olduğu hissə. Ona görə Allah-təala buyurur: «Allah mö’minlərə ruhun vasitəsi ilə (bir mələyin adıdır) kömək etdi».[24]

YAXŞI Və PİS NİYYəT HAQQINDA

Yaxşı niyyət yaxşı işlərə səbəb olur, əksinə pis niyyət çirkin işlərə zəmin yaradır. Çünki çirkin bulaqdan axan su, çirkin olacaqdır. Bu vaxt suyu təmizləmək istəsək, gərək bulağın suyunu saflaşdıraq. İslam Peyğəmbəri (s) buyurur:

نثيَّةُ الْمُؤْمِنِ خَيْرٌ مِنْ عَمَلِهِ وَنِيَّةُ الْكافِرِ شَرٌّ مِنْ عَمَلِهِ وَكُلُّ عامِل يَعْمَلُ عَلى نِيَّتِهِ

«Mö’minin niyyəti onun əməlindən yaxşıdır. Kafirin niyyəti isə onun əməlindən pisdir və hər bir şəxs öz niyyəti əsasında iş görür».[25]

 Bu hədisin izahında çoxlu nəzərlər vardır. Lakin düzgün nəzər budur ki, insanın niyyəti və fikri onun həyatında gördüyü bütün işlərin mənşəyi və mərkəzidir. Əgər bu mərkəz sağlam olsa, onda insan yaxşı işlərlə məşğul olacaq, yox əgər çirkin olsa, onda insanın günah və fəsadla məşğul olmasına gətirib çıxaracaq.

Mö’min şəxsin fikri və niyyəti sağlam olduğu üçün onun işləri də düzgün və təmiz olar. Onun sağlam fikri həyatında yalnız yaxşı əməllərlə məşğul olmasına zəmin yaradır. Əksinə kafir şəxsin çirkin fikri və bəd niyyəti, pis işlərin yaranmasına səbəb olur. Onun fikri o qədər bulaşıqdır ki, hər bir zaman ən böyük günahları belə etməkdən çəkinməz.

İmam Sadiq (ə) buyurur:

«Cəhənnəm əhli ona görə həmişəlik cəhənnəmdə yanacaqdır ki, onların fikirləri bu idi ki, dünyada əbədi qalsalar da Allahın əmrindən boyun qaçırıb, günah etsinlər. Və behişt əhli ona görə həmişəlik behiştdə qalacaqlar ki, onlara dünyada əbədi ömür nəsib olsaydı, Allaha itaət və ibadət etmək niyyətindən dönməzdilər. Ona görə hər iki dəstə öz niyyətlərinə görə qiymətləndirilir».

Sonra o həzrət bu ayəni oxudu.

قُلْ كُلٌّ يَعْمَلُ عَلى شاكِلَتِهِ

«De (ey Peyğəmbər) hər bir kəs öz fikri, niyyəti əsasında iş görür».

Bəhsimizin davamında yemək, dost, mühit və bu kimi amillərin insanın fikrinin formalaşmasında mühüm rolu olduğunu qeyd edəcəyik. Məsələn: Yemək halal, yaşayış mühiti və eləcə də dost yaxşı olarsa, insanın fikrinin sağlam olmasına səbəb olacaq, yox əgər yemək haram, mühit qeyri-sağlam və dost pis yoldadırsa, onda insan istər-istəməz düşdüyü vəziyyətə uyğun tərbiyələnəcək və dünyadakı pis əməllərinin sayı artacaq.

İslam dinində yalnız xalis və pak niyyətlə görülən işlər Allah dərgahında qəbul olunur. İslam Peyğəmbəri (s) bu barədə buyurur:

اِنَّ الله لا يَقْبَلُ عَمَلاً فِيهِ مِثْقالَ ذَرَّة مِنْ رِيا

«Allah-təala hətta zərrə qədər riyakarlıqla qarışıq olan işləri qəbul etmir».

 Başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: «Mö’min bir şəxs yaxşı işi niyyət edib amma onu yerinə yetirə bilməzsə, həmin şəxs üçün Allah dərgahında bir savab yazılar (fikrin savabı); və əgər o işi yerinə yetirərsə, on bərabər savab yazılar. Lakin pis işi niyyət edib onu etməzsə, onun üçün heç bir cəza olmayacaqdır».[26]

MəHəBBəT Və əDAVəTİ SAFLAŞDIRMAQ

İnsanın yaxşı və ya pis əməl sahibi olmasının səbəblərindən biri də məhəbbət və ədavət hissləridir. Bir şeyə məhəbbət ona aludə olmağa və bir şeyə ədavət etmək ondan çəkinməyə səbəb olar. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur:

وَهَلِ الاْيمانُ اِلاّ الْحُبُّ وَالْبُغْضُ

«Allaha iman gətirmək, məhəbbət və ədavətdən başqa bir şey deyil».

Deməli, insandakı bu iki xüsusiyyət islam dininin qayda və qanunları əsasında formalaşmalıdır (yə’ni islamın əmr etdiyi şeylərə məhəbbət bəsləməli və çəkindirdiyi əməllərdən nifrətlə uzaqlaşmaq lazımdır). Mətləbin daha da aydın olması üçün aşağıdakı misallara diqqət yetirin:

Evində oturmuş bir şəxs evinə pişik gəldiyini görür. Gələn pişik onun aldığı yarım kilo əti götürüb qaçır. Bu vaxt həmin şəxs qəlbində əti yemək istəyi olduğu üçün pişiyin ardına düşür. Lakin pişiyin küçəyə çıxdığını gördükdə daha onu qovmaq fikrindən dönür və evinə qayıdır. Ona görə ki, onun yarım kilo ətə olan istəyinin həddi bura qədər idi.

Başqa bir misal. Tülkü hinə girib toyuqlardan birini oğurlayır. Ev sahibi tülkünü hətta küçədə də tə’qib edir, lakin tülkü çöllüyə üz qoyduqda, bu şəxs öz fikrindən yayınır. Deməli, onun bir toyuğa olan istəyi bura kimi idi.

Üçüncü misal: Canavar bir şəxsin tövləsindən bir qoyunu oğurlayır. O, evindən tutmuş çöllüyə qədər canavarın ardına düşür. Amma canavarın gözdən itdiyini gördükdə daha özünə zəhmət vermək istəmir. Bu da onun bir qoyuna olan istəyini göstərir.

Amma yırtıcı bir heyvan körpə uşağını oğurlasa, onun gecəsi-gündüzü olmur. Bütün yerləri axtarır. Hətta uşağının ölüsünü tapmaq üçün də çalışır. Bu da məhəbbətin digər bir dərəcəsidir.

Bu misallarla insanda məhəbbət, nifrət və onun dərəcələri, insanın həyatında nə qədər tə’sirli olması daha çox aydınlaşır. Çünki insanın bir şeyə nə qədər məhəbbəti olsa, bir o qədər də onu əldə etməyə çalışır. Eləcə də nə qədər bir şeyə nifrətli olsa, bir o qədər də ondan qorunmağa, uzaq olmağa çalışar. İslam dini də məhəbbət və nifrətin insanın gördüyü işlərdə yüksək tə’sir qoyduğu üçün onların öz qanunları əsasında formalaşmasına çalışır.

DÜŞÜNCƏ SAĞLAMLIĞI

İnsanın gördüyü işlərə daha bir səbəb onun düşüncə tərzidir. Sağlam düşüncə təmiz məhsul verər. Əksinə pis dünyagörüşün nəticəsi də zay məhsul olar. «Qəsəs» surəsinin 83-cü ayəsində oxuyuruq:

تِلْكَ الدّارُ الاْخِرةِ نَجْعَلُها لِلَّذِينَ لا يُرِيدُونَ عُلُوّاً فِي الاَْرْشِ وَلا فَساداً وَالْعاقِبَةُ لِلْمُتَّقينَ

«Odur axirət evi! Onu o kəslərə verərik ki, yer üzündə lovğalıq etməyiblər və qarışıqlıq salmaq və fəsad törətmək fikrində deyillər, gözəl aqibət də təqvalılara məxsusdur.»

Bu ayəni izah etmək istəsək, lovğalıq və fitnə-fəsad törətməyin haqqında fikirləşməyin belə günah olduğunu görərik.

İmam Əli (ə) buyurur:

«Hər kəs öz ayaqqabısının bağının dostunun ayaqqabısının bağından yaxşı olmasından qürrələnsə, (və bunu özünə fəxr bilsə) bu ayə o kəsə şamildir».[27]

O həzrət başqa bir hədisdə buyurur:

مَنْ كَثُرَ فِكْرَهُ فِي الْمَعاصِي دَعَتْهُ اِلَيْها

«Hər kəs günah etmək haqqında çox fikirləşsə, (bu fikirlər) onu günah etməyə vadar edər».

Bu barədə İsa peyğəmbər (ə) «Həvariyyun» adlanan səhabələrinə belə buyurur:

وَاَنَا آمُرُكُمْ اَنْ لا تُحَدِّثُوا اَنْفُسَكُمْ بِالزِّنا فَضلاً مِنْ اَنْ تَزْنُوا...

«Mən sizə əmr edirəm ki, ruhunuz da belə zinadan uzaq olsun (zina fikri etməyin), nəinki zina edəsiniz». Çünki öz fikrini zina etmək fikri ilə bulaşdıran şəxs rəngli bir otaqda od yandıran bir şəxs kimidir. Belə ki, odun hisi otağın divarlarını qaraldacaqdır.

Yə’ni günah haqqında fikirləşmək insanın fikir mərkəzini bulaşdırır. Bu halda o, Allaha ibadət nuruna deyil, günahın qaranlığına daha yaxındır.

GÜNAHA ZəMİN YARADAN AMİLLəR

«Günahları tanımaq» bəhsində ən mühüm mövzulardan biri, günaha zəmin yaradan işlərin araşdırılması mövzusudur. Alimlər deyirlər ki, insan şəxsiyyətinin formalaşmasında başlıca amillərdən biri onda olan qabiliyyətdir.

Günahdan uzaqlaşmaq istəyən kəs əvvəlcə günaha zəmin yaradan səbəbləri tanıyıb onların inkişafına mane olmalıdır. Necə ki, vitamin çatışmazlığı ilə üzləşən insan bədəni müxtəlif mikroblar qarşısında müqavimət göstərə bilməyib, cürbəcür xəstəliklərə mə’ruz qalır. Bu vaxt xəstəlikləri müalicə etmək üçün bədəni lazım olan vitaminlərlə tə’min etmək lazımdır. Deməli, bu yolda həm günaha zəmin yaradan amilləri, həm də onları məhv etməyin yollarını bilməliyik. Günaha səbəb olan amilləri araşdırdıqda görürük ki, hər biri bir növ günaha zəmin yaradırlar. Biz isə burada onlardan ən əhəmiyyətli olanlarını araşdırmağa çalışacağıq.

Bu amillər aşağıdakılardır:

1. Günahın mədəniyyət və tərbiyə ilə bağlı amilləri.

2. Ailə mühiti ilə bağlı amillər.

3. İqtisadi məsələlərlə bağlı amillər.

4. İctimai mühitlə bağlı amillər.

5. Psixoloji cəhətlərlə bağlı amillər.

1. GÜNAHIN MəDəNİYYəT Və TəRBİYə İLə BAĞLI AMİLLəRİ

NADANLIQ

Günaha səbəb olan amillərdən biri nadanlıqdır. Allaha, yaranışdan olan hədəfə, günahın zərərli tə’sirinə və bu kimi şeylərə qarşı nadan olmaq insanı günaha tərəf yönəldir. Məsələn, tibb elmindən başı çıxmayan bir şəxs mikrobla dolu bir yeməyi asanlıqla yeyir, lakin savadlı bir həkim heç vaxt bu işi görmür.

Cahiliyyət dövründə də (İslam dinindən qabaqkı dövrə cahiliyyət dövrü deyilir) insanların həyatının bütün sahələrini bürümüş günahların çoxu cahillik səbəbindən və nadanlıq nəticəsində baş verirdi. Mətləbin aydınlaşması üçün aşağıdakı ayələrə diqqət yetirin:

1. ”Ə’raf» surəsinin 138-ci ayəsində oxuyuruq:

قالُوا يا مُوسى اِجْعَلْ لَنا اِلهاً كَما لَهُمْ آلِهَةٌ قالَ اِنَّكُمْ قَوْمٌ تَجْهَلُون

«Musanın qövmü dedi: Ey Musa! Bunların bütləri olduğu kimi, bizə də bir tanrı düzəlt!» Musa dedi: «Siz həqiqətən cahil bir qövmsünüz».

2. «Nəml» surəsinin 55-ci ayəsində Lut peyğəmbərin dilindən özünün livatla məşğul olan qövmünə etdiyi xitabını oxuyuruq:

اَئِنَّكُمْ لَتَأْتُوا الرِّجالَ شَهْوَةً مِنْ دُونِ النِّساءِ بَلْ اَنْتُمْ قَوْمٌ تَجْهَلُونَ

 «Qadınları qoyub kişilərlə şəhvətə uğraşırsınız. Siz cahil bir qövmsünüz».

3. «Yusif» surəsinin 89-cu ayəsində oxuyuruq:

قالَ هَلْ عَلِمْتُمْ ما فَعَلْتُمْ بِيُوسُفَ وَاَخِيهِ اِذْ اَنْتُمْ جاهِلُونَ

«Yusif dedi: Cahil olduğunuz zaman Yusifə və onun qardaşına nə elədiyinizi bilirsinizmi?

Bu ayələrin şərhinə diqqətlə yanaşsaq bilərik ki, nadanlıq günahı törədən mühüm səbəblərdəndir.

HəDİSLəRDəN NÜMUNəLəR

Bu barədə olan hədislərin əksəriyyətində nadanlıq günaha zəmin yaradan amil kimi qeyd olunmuşdur. Burada onlardan bir neçəsini nəzərdən keçirək:

1. İmam Əli (ə) Malik Əştərə göndərdiyi məktubda buyurur:

لاَ يَجْتَرِىءُ عَلَى اللهِ اِلاّ جاهِلٌ شَقِيٌّ

«Allahın əmrindən cahil və bədbəxt insanlardan başqa heç kəs boyun qaçırmaz».[28]

O Həzrət başqa bir hədisdə buyurur:

 اَلْجَهْلُ مَعْدِنُ الشَّرِّ، اَلْجَهْلُ اَصْلُ كُلِّ شَرٍّ، اَلْجَهْلُ يُفْسِدُ الْمَعادَ

«Nadanlıq (cəhalət) pis işlərin mərkəzidir; nadanlıq pisliklərin köküdür; Nadanlıq insanın axirət həyatını xarab edər.»

Yuxarıda qeyd etdiyimiz kimi, «Üsuli-kafi» kitabında (1-ci cild, səh: 21) belə oxuyuruq:

İmam Sadiq (ə) öz səhabələrindən olan Səmaəyə buyurur:

“Əql və onun qoşununu tanı. Eləcə də (cəhalət) və onun növlərini».

Sonra o həzrət 75 cür pis xüsusiyyəti nadanlığın növləri kimi qeyd etdi. Bu hədisdən nəticə çıxarmaq olar ki, nadanlıq dünya malına hərislik, xəyanət, sələm yemək, pozğunluq, hiylə, lovğalıq, ata və ananı incitmək, əhdə vəfa qılmamaq, səbirsizlik, düşmənlə cihad etməkdən boyun qaçırmaq, yüngüllük, kin saxlamaq, düşmənçilik etmək və s. kimi çirkin xüsusiyyətlər böyük günahlara səbəb olur.

4. İmam Əli (ə) buyurur:

قَصَّمَ ظَهْرِي رَجُلان: عالِمٌ مُتَهَتِّكٌ وَجاهِلُ مُتَنَسِّكٌ

«İki şəxs mənim belimi sındırdı: imansız alim, özünü dindar kimi qələmə verən nadan».

Sonra o həzrət buyurdu:

«Nadan dindar şəxs insanı özünün yalançı zahidliyi ilə aldadır. Dinsiz alim isə insanı özünə cəzb edir».[29]

5. Yenə o həzrət buyurur:

اِيّاكُمْ وَالْجُهّالَ مِنَ الْمُسْتَعْبِدينَ وَالْفُجّارَ مِنَ الْعُلَماءِ فَاِنَّهُمْ فِتْنَةٌ كُلِّ مَفْتُون

«Özünü abid kimi göstərən nadanlardan və günahkar alimlərdən uzaq olun. Çünki onlar cəmiyyətdə olan bütün çaxnaşmaların mənşəyidirlər».[30]

6. O həzrət başqa bir hədisdə buyurur:

لا تَرَى الْجاهِلَ اِلاّ مُفْرِطاً اَوْ مُفِرّطاً

«Nadan şəxs ya həddini aşar (ifrata vadar), ya da həddindən az iş görər (təfrit edər) (yə’ni nadan şəxs normal şəxsiyyətə malik deyildir)».

7. İmam Əli (ə) başqa bir hədisdə nadan şəxslərdən şikayətlənərək buyurur: «Nadanlıqda yaşayan insanlardan Allaha şikayət edirəm».

8. Qur’anda Musa peyğəmbərlə sehrbazların əhvalatının bir hissəsində buyurulur: «Onlar iplərini, dəyənəklərini yerə atanda cadunun tə’siri ilə ona elə görünürdü ki, sanki sürünürlər».

فَاَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُوسى

«Musa özündə qorxu keçirdi».

İmam Əli (ə) Musa peyğəmbərin qorxması məsələsini belə izah edir:

لَمْ يُوجِسْ مُوسى عَلَيْهِ السَّلامُ خِيفَةً عَلى نَفْسِهِ بَلْ اَشْفَقَ مِنْ غَلَبَةِ الْجُهّالِ وَدُولِ الضَّلالِ

«Musa (ə) öz canından ötrü qorxmadı. Onun qorxusu bundan ötrü idi ki, olmaya nadan insanlar və batil hökumətlər qələbə çalsınlar.»

 İmam Əlinin (ə) bu izahında nadanların əyri əməllərlə məşğul olmalarını, eləcə də nadanlığın Peyğəmbərlə (s) açıq mübarizə və zalımları himayə etmək kimi böyük günahlara səbəb olmasını nəticə alırıq.

Nadanlıq haqqında olan hədislərə İmam Sadiqdən (ə) nəql olunan gözəl bir hədislə yekun vururuq. O həzrət buyurur:

اِنَّ بَنِي اُمَيَّةَ اَطْلَقُوا لِلنّاسِ تَعْلِيمَ الاِْيمانِ وَلَمْ يُطْلِقُوا تَعْلِيمَ الشِّرْكِ لِكَي اِذا حَمَلُوهُمْ عَلَيْهِ لَمْ يَعْرِفُوهُ

«Bəni-Üməyyə xəlifələri[31] xalqa, Allaha imanın necə olmasını öyrənməyə icazə verdilər, lakin camaata Allaha müşrik olmağın necəliyini öyrətmədilər ki, camaatı müşrik olmağa də’vət etdikdə onlar bunu anlamasınlar[32] və asanlıqla müşrik olsunlar.»

Bu hədisdən aydın olur ki, Bəni-Üməyyə xəlifələri xalqı, Allaha müşrik olmaq və onun növlərini tanımaqdan çəkindirirdilər. Çünki əgər camaat bunu başa düşsəydi, müşriklik bataqlığında batmış Bəni-Üməyyə xəlifələrindən üz döndərib Əhli-beyt məktəbinə tərəf yönələcəkdilər. Deməli, zalım padşahlar həmişə xalqı müqəddəs islam dininin yatmış kütlələri oyadan qayda və qanunlarından xəbərsiz qoyub onların haqq yoldan uzaq düşmələrinə şərait yaradırdılar.

BəŞəR QANUNLARI Və YANLIŞ ADəT-əN’əNəLəR

İnsan yalnız kamil qanun və onun düzgün icrası nəticəsində günahdan və pozğunluqdan təmizlənə bilər. Kamil qanun elə bir qanundur ki, insanda olan bütün xüsusiyyətləri nəzərə alıb, onu təkamülə və səadətə çatdırsın. Belə bir qanun ilahi qanundan başqası ola bilməz. Çünki Allah-təala insanın xaliqidir, onun bütün maddi və mə’nəvi xüsusiyyətlərindən, eləcə də onu səadətə çatdıran bütün qayda və qanunlardan agahdır. Bu səbəbdən bəşər qanunları cəmiyyətdə günaha şərait yaradan amillərdən biridir. Belə qanunların əksəriyyəti naqis olduqları üçün insanları səadətə yox, bədbəxtliyə tərəf sürükləyir.

İmam Əli (ə) buyurur:

اِنَّما بَدْءُ وُقُوعِ الْفِتَنْ اَهْواءٌ تُتَّبَعُ، وَاَحْكامٌ تُبْتَدَعُ، يُخالَفُ فِيها كِتابُ اللهِ

«Cəmiyyətdə pozğunluğa səbəb olan amillər nəfsani istəklərə tabe olmaq, Allahın kitabı ilə ziddiyyətdə olan qondarma qanunlara tabeçilik etməkdir».[33]

Burada bəşər qanunlarından bir neçəsini qısa şəkildə şərh edək:

1. Qadınların hicabının ləğv edilməsi və onlara hədsiz azadlıq vermək.

2. Qisas, hüdud və diyə kimi ilahi qanunların ləğv edilməsi.

3. Kişinin kişi ilə, qadının qadın ilə evlənməsi.

4. Qadına öz ərini boşamaq ixtiyarını vermək.

5. Qızlarla oğlanların bir yerdə təhsil almaları.

6. Evlənmək qanunlarını çətinləşdirmək.

7. Müvəqqəti evlənməyin qadağan edilməsi və razılıqla zinakarlığa icazə verilməsi.

8. Spirtli içkilərin alış-satışına icazə verilməsi.

9. Xüsusiyyətçiliyin ləğvi.

10. Sələm müamiləsinə icazə vermək.

11. «Yaxşı işlərə də’vət etmək və pis işlərdən çəkindirmək» kimi ilahi qanunları qadağan etmək.

12. Kişi müəllimin qadınlara və qadın müəlliməsinin kişilərə dərs deməsi.

13. Qumarbazlığa icazə vermək.

14. Seks şəkillərinin və kinolarının yayılmasına icazə vermək və s.

15. Abort və uşaq saldırmaq.

Bu kimi qanunların cəmiyyətdə olması, cəmiyyəti və insanları əxlaqsızlığa yönəldib onların müxtəlif günahlara düşmələrinə şərait yaradır.

TəHRİF-GÜNAHIN DAHA BİR AMİLİ

İlahi qanunları təhrif etmək günaha səbəb olan amillərdən biridir. Təhrif o deməkdir ki, ilahi bir qanunu dəyişdirib, bəşər qanunlarından ona artırasan. Belə halda ilahi və bəşər qanunlarının birləşməsindən ibarət yeni bir qanun yaranacaq. Bu cür qanunu ilahi bir qanun kimi tanıtdırmağa təhrif və ya bid’ət deyilir. İmam Əli (ə) buyurur: “Əgər batil haqdan tamamilə ayrılsaydı, haqq onu axtaranlara gizli qalmazdı. Və əgər haqq batildən tamamilə saflaşsaydı, daha düşmənlər haqqa qarşı mübarizə apara bilməzdilər.»

 O Həzrət sözünün davamında buyurur:

 وَلكِنْ يُؤْخَذُ مِنْ هذا ضِغْثٌ، وَمِنْ هذا ضِغْثٌ، فَيُمْزَجانِ! فَهُنالِكَ يَسْتَوْلِي الشَّيْطانُ عَلى اَوْلِيائِهِ

«Lakin (çox təəssüf ki,) haqdan bir hissə və batildən bir hissəni seçib bir-biri ilə qatışdırırlar. Elə bu vaxt şeytan öz dostlarına qələbə çalır».[34]

QANUNA EHTİRAM Və BİD’əTİN GÜNAH OLMASI

 Müqəddəs islam dinində qanuna ehtiram göstərmək ən mühüm məsələlərdən biridir. Hər bir kəs qanuna e’tinasızlıqdan və yaxud qanuna əl gəzdirib onu dəyişdirməkdən ciddi surətdə çəkinməlidir. Bu məsələ islam dinində o qədər əhəmiyyətlidir ki, bu dində ilahi qanunu dəyişdirən şəxs üçün e’dam hökmü tə’yin olunmuşdur. Qanunu dəyişdirmək o deməkdir ki, bir şəxs islam dinində olan ilahi qanunlardan hər hansı birini azaltsın və yaxud özündən ona bir şey artırsın, yaxud dində halal olan bir şeyi haram və ya haram bir şeyi halal etsin. Qur’anda və hədislərdə qanuna ehtiram qoymağın əhəmiyyətli olmasına gözəl bir nümunə Əyyub peyğəmbərlə onun həyat yoldaşının həyatıdır. Orada belə oxuyuruq: “Əyyub peyğəmbər (ə) çoxlu müsibətlərə mübtəla oldu. Lakin bunların hamısına qarşı sinə gərib müqavimət göstərdi. Günlərin bir günü (həyat yoldaşının evə gec qayıtdığından) çox narahat oldu və and içdi ki, sağaldıqdan sonra həyat yoldaşını yüz şallaq zərbəsi ilə tənbeh etsin. Amma sağaldıqdan sonra həyat yoldaşının ona göstərdiyi mehribançılıqlara görə onu bağışlamaq istədi. (Lakin o bunu edə bilməzdi) Çünki o, Allaha and içmişdi. Allaha and içdikdən sonra ona əməl etmək isə bir ilahi qanundur. Onu pozmaq olmaz. Bu vaxt ona Allah tərəfindən belə xitab edildi:

وَخُذْ بِيَدِكَ ضِغْثاً فَاضْرِبْ بِهِ وَلا تَحْنَثْ اِنّا وَجَدْناهُ صابِراً نِعْمَ الْعَبْدُ اِنَّهُ اَوّابٌ

“Əyyuba dedik: Əlinə bir dəstə çubuq götür, onunla vur ki, öz andını pozmayasan», həqiqətən biz onun səbrini gördük. O, nə gözəl bəndə idi! Şübhəsiz, Allaha üz tutan idi».[35]

Əyyub peyğəmbərin həyat yoldaşı çox mehriban və ərinə vəfalı bir qadın idi. Ona görə də onun bu xətasının cəzası yüngül oldu (və o, nazik bir xurma ağacı ilə, yüngül tənbeh olundu). Lakin o biri tərəfdən andı pozmağa və qanunsuzluğa da yol verilə bilməz. Yüngül də olsa, and yerinə yetirilməli idi. Deməli, Əyyub öz həyat yoldaşına Allah tərəfindən azaldılsa da, cəza verdi, həm də andına əməl edib, qanunu pozmadı.[36]

İslam dinində cəza tədbirinin bu formada azaldılması bə’zi vaxtlar xəstə cinayətkarlara da şamil edilir. Bə’zi rəvayətlərdə belə oxuyuruq: Xəstə bir zinakarı Peyğəmbərin (s) hüzuruna gətirdilər. Bu vaxt o şəxsə yüz şallaq zərbəsi vurulmalı idi, (İslam dininin cəza qanunlarına əsasən). Lakin Peyğəmbər (s) yüz şaxəsi olan bir xurma budağı ilə o xəstəyə bir dəfə vurub, bununla kifayətləndi.

Hədislərin birində isə belə oxuyuruq: Qarın və budları xəstə olan bir zinakar kişini xəstə bir qadınla zina etdiyi üçün Peyğəmbərin (s) hüzuruna gətirdilər.

 Peyğəmbər (s) əmr etdi:

فَاَمَرَ رَسُولُ اللهِ يَعَذْق فِيهِ شِمْراخٌ فَضَرَبَ بِهِ الرَّجُلَ ضَرْبَةً، وَضَرَبَتْ بِهِ الْمَرْئَةَ ضَرْبَةً ثُمَّ خُلِيِّا سَبِيلَهُما

«Üstündə yüz xurma yarpağı olan bir ağac gətirin. Həzrət onunla bir zərbə kişiyə, bir zərbə də qadına vurub onları azad etdi».[37]

Bir məsələni qeyd etmək lazımdır ki, bu cür güzəştlər istisna halındadır. Başqa vaxtlar isə heç bir güzəşt yoxdur: qanun hökmən icra olunmalıdır. Hətta güzəştə getməyin vacib olduğu məqamlarda belə qanunun icrası tamamilə tərk olunmur. Çünki islam dinində qanunsuzluqlara qarşı ciddi surətdə mübarizə aparılır və əgər qanun icra olunmazsa, bütün cəmiyyət buna öz e’tirazını bildirəcəkdir.

BİD’əT

Bid’ət (dində olmayan şeyi qanun kimi dinə daxil etmək) islam dinində böyük günahlardan biri sayılır. Bu işə dinimizdə qanuna təcavüz kimi baxılır. Bu barədə aşağıdakı hədislərə nəzər salaq:

1. İmam Əli (ə) buyurur:

وَاِنَّ شَرَّ النّاسِ عِنْدَ اللهِ اِمامٌ جائِرٌ ضَلَّ وَضُلَّ بِهِ فَاَماتَ سُنَّةً مَأْخُوذَةً وَاَحْيا بِدْعَةً مَتْرُوكَةً

«Allah dərgahında insanların ən pisi, özü əyri yolda olub, camaatı da bu yola çəkən və xalqın qəbul etdiyi adət-ən’ənələri götürüb, yerinə yabançı adət-ən’ənələri gətirən dövlət rəhbəridir».[38]

2. İslam peyğəmbəri Həzrəti Məhəmməd (s) buyurur:

اِذا ظَهَرَتِ الْبِدَعُ فِي اُمَّتِي فَلْيُظْهِرُ الْعالِمُ عِلْمَهُ فَمَنْ لَمْ يَفْعَلْ فَعَلَيْهِ لَعْنَةُ اللهِ

«Ümmətimin arasında bid’ətlərin çoxaldığı zaman din alimlərinin vəzifəsidir ki, öz elmlərini camaata aşkar etsinlər (bid’ət qoyan adamların əleyhinə mübarizə aparsınlar). Onlar bunu etməsələr, onda Allahın lə’nəti onlara olsun».

3. O həzrət başqa bir hədisdə belə buyurur:

كُلُّ بِدْعَة ضَلالَةٌ وَكُلُّ ضَلالَة سَبِيلُها اِلَى النّارِ

«(İslam dinində) hər bir bid’ət yaratmaq, azğınlıq və haqq yolundan çıxmaqdır. Bütün bu azğınlıqların da nəticəsi cəhənnəm atəşidir».[39]

4. İmam Əli (ə) buyurur:

مَنْ مَشى اِلى صاحِبِ بِدْعَة فَوَقَّرَهُ فَقَدْ سَعى فِي هَدْمِ الاِْسْلامِ



Geri   İrəli
Go to TOP