A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti
Naşir: Faiz
Çap tarixi: 2000
Səhifələrin sayı: 208
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


Razısınızmı ki, yəhudilərin haqqında qəzavət (mühakimə) etməyi sizin qəbilənizdən bir nəfərə tapşırım?

Ovs tayfasından gələnlər bu suala müsbət cavab verdilər. Peyğəmbər (s) Sə’d ibn Məazı bu iş üçün tə’yin etdi. Lakin Bəni-qüreyzə qəbiləsi Sə’din bu işə tə’yin olunmasına razı olmadılar. Onlar Əbu Lübabəni onlarla müzakirə etməyə tə’yin olunmasını tələb etdilər. Peyğəmbər (s) Əbu Lübabəni onlarla müzakirə etməyə göndərdi. Onlar Əbu Lübabənin ətrafına toplaşıb özlərinin yazıq və zəif olmalarını izhar etdilər. Onlar həmçinin Əbu Lübabədən soruşdular ki, Sə’d ibn Məazın bizim haqqımızda hakim olmasına razı olaq, ya yox?

Əbu Lübabə dedi: Eybi yoxdur. Lakin əli ilə boynuna işarə etdi. Yə’ni Sə’d sizin hakiminiz olsa boynunuz vurulacaq. Bununla da o müsəlmanların hərbi sirlərindən birini düşmənlər üçün faş etdi. Amma tez öz günahını başa düşdü və bildi ki, Peyğəmbərə (s) və müsəlmanlara xəyanət edib. O biri tərəfdən “Ənfal» surəsinin 2728-ci ayələri Allaha və Onun Peyğəmbərinə (s) xəyanət etməyi qadağan etmişdir. Əbu Lübabə o qədər narahat və xəcalətli idi ki, daha Peyğəmbərin (s) hüzuruna qayıtmadı. O, birbaşa məscidə getdi və özünü məscidin sütunlarından birinə bağladı. Əbu Lübabə 10 gün orada qaldı. O, Allaha dua edir və günahının bağışlanmasını istəyirdi. Bu vaxt «Tövbə» surəsinin 102-ci ayəsi nazil oldu və onun tövbəsinin qəbul olunmasını e’lan etdi.

Maraqlı budur ki, Əbu Lübabə öz günahını yumaq üçün Peyğəmbərə (s) ərz etdi: Tövbənin qəbul olunmasının şükrünü yerinə yetirmək üçün bütün var-dövlətimi Allah yolunda paylamaq istəyirəm.

Peyğəmbər (s) buyurdu: Varının hamısını paylamağa icazə vermirəm.

«O ərz etdi: Onda üçdə iki hissəsini.

Peyğəmbər (s) buyurdu: O da çoxdur.

O, ərz etdi: Onda icazə ver, malımın üçdə bir hissəsini yoxsullara paylayım.

Peyğəmbər (s) qəbul etdi. Əbu Lübabə varının üçdə birini Allah yolunda payladı.[115]

2. İki qardaş birlikdə Həcc əməllərini yerinə yetirmək üçün Məkkə şəhərinə tərəf yola düşdülər. Onlardan birinin adı Yə’qub idi. Səfər zamanı bu iki qardaşın arasında inciklik yarandı. Onlar dava etdikdən sonra küsərək bir-birindən ayrıldılar və bununla də böyük bir günah etmiş oldular. Bu səfərdən sonra Yə’qub Mədinə şəhərinə gəlib İmam Musa Kazimin (ə) hüzuruna çatdı. İmam (ə) ona buyurdu:

«Sən filan yerdə qardaşınla dava etdin. Bir-birinizə nalayiq sözlər dediniz. Bu cür hərəkətlər mənim və ata-babalarımın dini ilə ziddir. Allahdan qorx! Bunu bil ki, bir-birinizlə dava edib ayrıldığınıza görə tezliklə ölüm sizi bir-birinizdən ayıracaq. Qardaşın bu səfərdən vətənə qayıtmazdan əvvəl dünyasını dəyişəcək. Sən isə peşman olacaqsan».

Tutduğu işdən çox nigaran olan Yə’qub İmama ərz etdi: Bəs mənim aqibətim necə olacaq?

İmam Kazim (ə) buyurdu:

اَمّا اِنَّ اَجَلَكَ قَدْ حَضَرَ حَتّى وَصَلْتَ عَمَّتَكَ بِما وَصَلْتَها بِهِ فِي مَنْزِلِ كَذا وَكَذا فَزِيدَ فِي اَجَلِكَ عِشْرُونَ

«Sənin də ömrün sona çatmışdı. Lakin yarı yolda filan yerdə yaşayan bibinin yanına getdin və onu özündən razı saldın. Buna görə sənin ömrün 20 il artdı».

 İmamın dediyi kimi də oldu: Yə’qubun qardaşı o səfərdə dünyasını dəyişdi, özü isə o hadisədən sonra 20 il yaşadı.[116]

Deməli, Yə’qub bibisini yoxlamaqla əvvəlki günahını bir növ bağışlatdırdı.

3. «Nəkə» tayfasının böyüklərindən bir nəfər İmam Baqirin (ə) hüzuruna gəldi və ərz etdi:

Mən Həccacın (Əbdül Məlikin tərəfindən Kufədə hakim olan zülmkar şəxs) zamanından indiyə qədər, (əməvi xəlifələrinin tərəfindən) hökmdar olmuşam. Mən tövbə edə bilərəmmi?»

İmam sükut etdi. O, sualını təkrar etdi. İmam buyurdu:

لا حَتّى تُؤَدِّيَ اِلى كُلّ ذِي حَقٍّ حَقَّهُ

«Təkcə o vaxt tövbən qəbuldur ki, haqlarını yediyin şəxslərin hamısının haqqını özlərinə qaytarasan».

4. Əbu Xədicə deyir ki, İmam Sadiq (ə) buyurdu:

Bir nəfər Peyğəmbərin (s) hüzuruna gəldi və dedi: Cahiliyyət dövranında (yə’ni islamdan qabaqkı dövrdə) bir qızım oldu. Onu saxladım. O daha həddi-buluğa çatmışdı. Bir gün təzə paltarlarını ona geyindirib, bir quyunun kənarına apardım. Sonra onu quyuya atdım. Ondan eşitdiyim axırıncı söz bu idi: Atacan!) İndi isə peşman olmuşam. Sizdən istəyirəm ki, buyurasınız, mən bu günahımı hansı işlə yuya bilərəm?

Peyğəmbər (s) buyurdu: Anan varmı?

O dedi: Xeyr.

Peyğəmbər (s) buyurdu: Xalan necə, varmı?

O dedi: Bəli.

O Həzrət buyurdu:

فَاَبْرِزْها فَاِنَّها بِمَنْزِلَةِ الاُْمِّ يُكَفِّرْ عَنْكَ ما صَنَعْتَ

«Onda xalana yaxşılıq et! Çünki o da ana kimidir. Ona yaxşılıq etsən, günahın yuyulacaq».

Əbu Xədicə deyir: Mən İmam Sadiqdən (ə) soruşdum ki, bu hadisə nə vaxt baş vermişdir?

İmam buyurdu: «Bu hadisə cahiliyyət dövründə baş vermişdi. Çünki o dövrdə qızları başqa qəbiləyə əsir düşüb uşaq dünyaya gətirməsin deyə, öldürürdülər».[117]

5. Əli ibn Yəqtin, Harun Ər-Rəşidin vəziri və İmamlarımızın dostlarından idi. O, Harunun vəziri olmaq üçün gizlində İmam Kazimdən icazə almışdı ki, bu işlə müsəlmanlara xidmət etsin. Bir gün İbrahim adlı bir dəvə otaran ehtiyac üzündən Əli ibn Yəqtinin yanına gedir. Amma Əli ibn Yəqtinin vəzirlik məqamı İbrahimin istəyinin yerinə yetirmək, Hətta İbrahimə onun hüzuruna gəlmək icazəsini də vermir. Bu hadisədən bir neçə vaxt sonra Əli ibn Yəqtin həcc səfərinə gedir. O, bu səfərdə İmam Kazimi (ə) ziyarət etmək üçün Mədinə şəhərinə dönür. Lakin İmam onu qəbuluna buraxmır. O, çox çalışsa da İmamı ziyarət etməyə müvəffəq olmur. Axırda İmam evdən kənarda onunla görüşür. Əli İmamdan bu soyuqluğun səbəbini soruşur. İmam Kazim (ə) ona buyurur: Nə üçün filan gün İbrahimə e’tinasızlıq edib onu qəbuluna buraxmadın? Sənin bu günahına görə bu ilki həccin Allah dərgahında qəbul olunmayacaq. Ancaq onu özündən razı etsən, Həccin qəbul ola bilər.

Əli ibn Yəqtin bu sözü eşitdikdən sonra birbaşa Kufə şəhərinə qayıdıb İbrahimin evinə gedir. İbrahimi gördükdən sonra onun qarşısında üzünü torpağa qoyur və ondan xahiş edir ki, ayaqlarını onun üzü üstə qoysun. Bununla da o, İbrahimi özündən razı salır və Mədinə şəhərinə İmam Kazimin (ə) hüzuruna qayıdır. İmam onu hüzuruna qəbul edərək günahını təmizləmək üçün etdiyi bu işə görə ona təşəkkür edir. Əli ibn Yəqtin də günahının bağışlanmasından şad olur.[118]

6. Qeys ibn Qasim öz qəbiləsinin böyüklərindən idi. O, cahiliyyət dövründə on iki qızını diri-diri torpağa basdırmışdı. On üçüncü qızını isə həyat yoldaşı bir müddət ondan gizli saxlamışdı, lakin Qeys ibn Qasim bundan xəbər tutan kimi onu da diri-diri basdırdı.

O, İslam dinini qəbul edib müsəlman oldu. Bu vaxt keçmiş işlərindən peşman olmuş halda Peyğəmbərin (s) hüzuruna gəldi və əhvalatı danışdı. Bu vaxt Peyğəmbərin (s) gözləri yaşla doldu və ağlamağa başladı. O Həzrət Qeysə buyurdu: «Ey Qeys! Səni çox pis günlər gözləyir. Başqasına rəhm etməyən şəxsə, Allah da rəhm etməyəcək» Qeys ərz etdi: «Bəs mən hansı işlə bu günahımı yüngülləşdirə bilərəm?»

Peyğəmbər (s) buyurdu:

اَعْتِقُ عَنْ كُلِّ مَوْئُودَة نَسَمَةً

«(Günahlarını yüngülləşdirmək istəyirsənsə) Basdırdığın hər qızın əvəzində bir qul azad et!».[119]

GÜNAH HAQQINDA YADDAŞLAR

1. Zülm etməyin növləri və onun cəzası.

İmam Əli (ə) buyurur:

اَلا وَاِنَّ الظُّلْمَ ثَلاثَةٌ: فَظُلْمٌ لا يُغْفَرُ، وَظُلْمٌ لا يُتْرَكُ، وَظُلْمٌ مَغْفُورٌ لا يُطْلَبْ

«Agah olun ki, zülm üç qismdir:

1. Heç vaxt bağışlanmayan zülm.

2. Cəzasız qalmayan zülm.

3. Bağışlanan zülm.

Bu elə bir zülmdür ki, ondan sorğu-sual olunmayacaq.

Heç vaxt bağışlanmayan zülm isə Allaha müşrik olmaqdır. «Nisa» surəsinin 48-ci ayəsində oxuyuruq:

اِنَّ اللهَ لا يَغْفِرُ اَنْ يُشْرِكَ بِهِ

«Həqiqətən Allah-təala, Ona şirk qoşulmağı bağışlamır».

Cəzasız qalmayan zülm isə bəndələrin bir-birinə zülm etməyidir. Bu vaxt onlar özləri-özlərini cəzalandırırlar.

Bağışlanan zülm isə insanın kiçik günahlarla bu dünyanı dəyişməsidir.[120]

(Yə’ni bu vaxt o, kiçik günahlarla (zülmlərlə) dünyasını dəyişsə də onun bu günahları Allah-təala tərəfindən bağışlanır.)

2. Günahların ən pisi.

İmam Sadiq (ə) buyurur:

اَقْذَرُ الذُّنُوبِ ثَلاثَةٌ: قَتْلُ الْبَهِيمَةِ وَحَبْسُ مِهْرِ السُّنَّةِ وَمَنْعُ الاَْجِيرِ اَجْرَهُ

Günahların ən pisi üçdir:

1. Heyvanı (qeyri-şər’i yolla və səbəbsiz) kəsmək.

2. Qadının mehriyyəsini verməmək (kəbin kəsilən zaman qeyd olunan hədiyyə).

3. Fəhlənin muzdunu verməmək.[121]

YALAN DANIŞMAQ

İmam Baqir (ə) yalan danışmağın böyük günah olması haqqında buyurur:

«Allah-təala bütün pis işlər üçün açar yaradıb. O açar da şərabdır». (Sonra buyurur:)

اَلْكِذْبُ شَرٌّ مِنَ الشَّرابِ

«Yalan danışmaq, şərab içməkdən də pisdir».[122]

3. Ən pis insanlar:

Cabir ibn Əbdüllah Ənsari deyir:

İslam Peyğəmbəri (s) öz səhabələrinə xitab edib buyurdu:

اَلا أخْبِرُكُمْ بِشِرارِ رِجالِكُمْ

«Sizə ən pis kişilərinizdən xəbər verim?»

Biz dedik: Xəbər ver, ey Allahın Rəsulu!

Həzrət buyurdu:

اِنَّ مِنْ شِرارِ رِجالِكُمْ الْبَهّاتَ الْجَرِيءَ الْفَحّاشَ، اَلاْكِلَ وَحْدَهُ، وَالْمانِعَ رِفْدَهُ، وَالضّارِبَ عَبْدَهُ، وَالْمُلْجِيءَ عَيالَهُ اِلى غَيْرِهِ

«Sizin kişilərinizin ən pisi bunlardır:

1. Qorxmadan və çəkinmədən başqasına töhmət vuranlar.

2. Özü tək yeyən və başqalarına qazandığından verməyən.

3. Öz qulunu vuran.

4. Öz həyat yoldaşını başqalarının sığınacağında qoyan. (Yə’ni öz ailəsinin dolanışığını tə’min etmədiyi üçün onlar başqalarına möhtac olanlar).[123]

4. Allaha kafir olmağın səbəbləri.

İmam Sadiq (ə) buyurur:

اُصُولُ الْكُفْرِ ثَلاثَةٌ: اَلْحِرْصُ وَالاْسْتِكْبارُ وَالْحَسَدُ

Kafir olmağın bünövrələri üçdir:

1. Dünya həyatına həddən artıq vurğun olmaq.

2. Təkəbbürlü olmaq.

3. Başqalarına həsəd aparmaq.

Sonra Həzrət buyurdu: Dünya həyatına vurğun olmaq, Adəm peyğəmbəri - qadağan olunmuş ağacın meyvəsini yediyi üçün behiştdən çıxardı. Təkəbbür, Şeytana Allahın əmrinə itaət edib Adəmə səcdə etmək icazəsini vermədi. Həsəd isə Adəm peyğəmbərin oğlanlarından birinin (Qabil) o birisini (Habili) öldürməsinə səbəb oldu.

5. Allahın əmrindən çıxmağa səbəb olan ən birinci günahlar.

İmam Sadiq (ə) buyurur:

Allahın əmrindən çıxmağa səbəb olan günahlar bunlardır:

1. Dünyaya hərislik;

2. Vəzifəpərəstlik;

3. Yeməyə hədsiz vurğunluq; (tamahkarlıq)

4. Yatmağa hədsiz vurğunluq; (süstlük)

5. Həmişə istirahətdə olmaq fikri. (Tənbəllik)

6. Qadınlara hədsiz məhəbbət.[124] (Şəhvətpərəstlik)

6 İki üzlü şəxslərin əlamətləri

İslam Peyğəmbəri (s) buyurur:

ثَلاثٌ مَنْ كُنَّ فِيهِ كانَ مُنافِقاً وَاِنْ صامَ وَصَلّى وَزَعَمَ اِنَّهُ مُسْلِمٌ: مَنْ اِذا اُئْتُمِنَ خانَ، وَاِذا حَدَّثَ كَذِبَ، وَاِذا وَعَدَ اَخْلَفَ

Üç xislət hər kəsdə olsa özünü müsəlman bilsə də, oruc tutub namaz qılsa da ikiüzlü və münafiq hesab olunur

1. Əlinə əmanət düşsə ona xəyanət edə.

2. Onun sözləri yalan ola.

3. Və’dəsinə əməl etməyə.[125]

7. Ən böyük günah.

İmam Əli (ə) buyurur:

اَعْظَمُ الذُّنُوبِ عِنْدَ اللهِ ذَنْبٌ صَغُرَ عِنْدَ صاحِبِهِ

«Allah dərgahında ən böyük günah budur ki, günahkar şəxs etdiyi günahı kiçik saya».[126]

8. Böyük günahların arasında ən böyük günah.

Bir nəfər İmam Əlidən (ə) soruşdu:

ما اَكْبَرُ الْكَبائِر؟

«Böyük günahların arasında ən böük günah hansıdır?»

İmam (ə) buyurdu:

اَلاَْمنُ مِنْ مَكْرِ اللهِ، وَالْيَأْسُ مِنْ رَوْحِ الله، وَالْقُنُوطُ مِنْ رَحْمَةِ اللهِ

1. «Özünü Allahın əzabından amanda bilmək;

2. Allahın ne’mət verməyindən ümidini üzmək;

3. Allahın rəhmətinə ümidsiz olmaq»[127];

9. Günahın kəffarəsi; (Onu təmizləyən şeylər)

Bir nəfər Peyğəmbərdən (s) soruşdu: «Mənim günahlarımı təmizləyən şeylər hansılardır?»

Peyğəmbər (s) buyurdu:

الدُّمُوعُ وَالْخُضُوعُ وَالاَْمْراضُ

«Ağlamaq, təvazökarlıq etmək və xəstəliklər».

10. Allah dərgahından ən uzaq şəxslər;

İmam Sadiq (ə) buyurur:

اَبْعَدُ ما يَكُونُ الْعَبْدُ مِنَ اللهِ عَزَّوَجَلَّ اِذا لَمْ يَهُمُّهُ اِلاّ بَطْنَهُ وَفَرْجَهُ

«İnsanı Allahdan ən çox uzaqlaşdıran amil budur ki, insanın bütün fikri qarnını və şəhvətini doyurmaq olsun».[128]

11. Camaatla pis davranmağın nəticəsi;

İmam Sadiq (ə) buyurur:

اِنَّ سُوءَ الْخُلْقِ لَيُفْسِدُ الْعَمَلَ كَما يُفْسِدُ الْخِلُّ اَلْعَسَلَ

«Sirkə balı xarab etdiyi kimi pis davranış da insanın yaxşı işlərini məhv edir».[129]

12. Günah etməyin nəticəsində ölənlər və ehsan verməyin tə’sirləri.

İmam Sadiq (ə) buyurur:

مِنْ يَمُوتُ بِالذُّنُوبِ اَكْثَرُ مِمَّنْ يَمُوتُ بِالاْجالِ وَمَنْ يَعِيشُ بِالاِْحْسانِ اَكْثَرُ مِمَّن يَعِيشُ بِالاَْعْمار

«Günah etməyin nəticəsində ölənlər təbii ölənlərdən çoxdur. Ehsan verdiklərinə görə yaşayanlar (ömrü artanlar) isə təbii ömürlə yaşayanlardan çoxdur».

O Həzrət başqa bir hədisdə buyurur:

اِنَّ الْعَمَلَ السَّيِّىء اَسْرَعُ فِي صاحِبِهِ مِنَ السِّكِّينِ في اللَّحْمِ

«Pis işin insanın sağlam ruhundakı mənfi tə’siri bıçağın ətdəki tə’sirindən çoxdur».[130]

KİTABIN SONUNDA BİR SəSLə ALLAHA BELə əRZ EDİRİK:

رَبَّنا اغْفِرْ لَنا ذُنُوبَنا وَاِسْرافَنا فِي اَمْرِنا وَثَبِّتْ اَقْدامَنا وَانْصُرْنا عَلَى الْقَوْمِ الْكافِرينَ

«İlahi! Bizim günahlarımızı bağışla, işlərimizdəki ifratlardan keç, qədəmlərimizi möhkəm et və bizi kafirlərə qalib et!»

AMİN!



[1] “Nisa”, 72.

[2] “Yusif”, 78

[3] “Ə’raf”, 99.

[4] (Allah mənə əmr edib ki,) Anama da yaxşı olum. Bədbəxt bir yekəpər yaratmış məni.

[5] “Nisa”, 93.

[6] “Nur”, 23.

[7] “Nisa, 10.

[8] “Ənfal”, 16.

[9] “Bəqərə”, 277.

[10] “Bəqərə”, 102.

[11] “Furqan”, 68-69.

[12] Ali-imran, 77.

[13] “Tövbə”, 35.

[14] “Bəqərə”, 283.

[15] Təhrirül-vəsilə, 1-ci cild, səh.274-275.

[16] Birahül-ənvar, 6-cı cild, səh. 30.

[17] Töhəfül-üqul, səh. 579.

[18] Qürərül-hikəm, 1-ci cild, 446-cı səh.

[19] Fehresti-qürər, səh. 130.

[20] Biharül-ənvar, 78-ci cild, 159-cu səh.

[21] Biharül-ənvar, 78-cild, 23-cü səh.

[22] Qürərül-hikəm, 1-ci cild, 151-ci səh.

[23] “Ə’raf”, 179.

[24] Üsuli-kafi, 2-ci cild, səh 276. Və «Mücadmlə» surəsi, ayə: 22

[25] Üsuli-kafi, 2-ci cild, 84-cü səh.

[26] Üsuli-kafi, 2-ci cild, 125-ci səh.

[27] Cəvamiül-Came təfsiri, bu ayənin izahında.

[28] Nəhcül-bəlağə, 53-cü məktub.

[29] Qisarül-cəməl, 1-ci cild, 127-ci səh.

[30] Qisarül-cəməl, 1-ci cild, 128-ci səh.

[31] Osmandən sonra müsəlmanların zalım xəlifələri.

[32] Üsuli-kafi, 2-ci cild, 415-416-cı səh.

[33] Nəhcül-bəlağə, 5-ci xütbə.

[34] Nəhcül-bəlağə, 50-ci xütbə.

[35] «Sad» surəsi, ayə 44

[36] Təfsiri-nümunə, 19-cu cild, 299-cu səh.

[37] Vəsailüş-şiə, 18-ci cild, 321-ci səh.

[38] Nəhcül-bəlağə, 164-cü xütbə.

[39] Vəsailüş-şiə, 11-ci cild, 511-ci səh.

[40] Vəsailüş-şiə, 11-ci cild, 511-ci səh.

[41] Səfinətül-bihar, 1-ci cild, 356-cı səh.

[42] «Göndərdiyimiz aşkar dəlilləri, haqq yolunu insanlara kitabda bəyan edəndən sonra bunları ört-basdır edənləri Allah və bütün lə’nət edənlər lə’nətləyir.» («Bəqərə» surəsi, ayə 159)

[43]  Məcməül-bəyan, 1-ci cild, 240-cı səh. Səfinətül-bihar,   2-ci cild, 470-ci səh..

[44] Vəsailüş-şiə, 14-cü cild, 53 səh.

[45] Nurus-səqəleyn təfsiri, 4-cü cild, 184-cü səh.

[46] Müstədrəkül-vəsail, 2-ci cild, 627-ci səh.

[47] Fürui-kafi, 6-cı cild, 48-ci səh.

[48] Nəhcül-bəlağə, hikmətli sözlər bölməsi 399-cu səh.

[49] Töhəfül-üqul, 574-cü səh.

[50] Biharul-ənvar, 72-ci cild

[51] Furuği-kafi, 6-cı cild, 44-cü səh.

[52] «Qəsəs» surəsi, ayə 27.

[53] Fruği-kafi, 5-ci cild, 72-ci səh.

[54] Füruği-kafi, 5-ci cild, 72-ci səh.

[55] Füruği-kafi, 5-ci cild, 75-76-cı səh.

[56] Füruği-kafi, 5-ci cild, 88-ci səh.

[57] Füruği-kafi, 5-ci cild, 85-ci səh.

[58] Füruği-kafi, 5-ci cild, 84-cü səh.

[59] Füruği-kafi, 5-ci cild, 86-cı səh.

[60] “Ə’raf» surəsi, ayə: 138-139.

[61] «Qəsəs» surəsi, ayə: 79.

[62] «Qəsəs» surəsi, ayə 79.

[63] Nurus-səqəleyn, 1-ci cild, 541-ci səh.

[64] Müntəxbül-təvarix, səh. 875.

[65] Səfinətül-bihar, 2-ci cild, 528-ci səh.

[66] Üsuli-kafi, 2-ci cild, 356-cı səh.

[67] Üsuli-kafi, 2-ci cild, 160-cı səh.

[68] Səfinətül-bihar, 1-ci cild, 598-ci səh.

[69] Səfinətül-bihar, 1-ci cild, 361-ci səh.

[70] Nəhcül-fəsahə, 101-ci səh.

[71] Fehresti-ğürər, 288-ci səh.

[72] Vəsailüş-şiə, 18-ci, cild 338-ci səh.

[73] Qürərül-hikəm, 1-ci cild, 446 səh.

[74] Misabahüş-şəriə, 86-cı səh.

[75] Ali-imran surəsi, ayə 189.

[76] Vəsailüş-şiə, 11-ci cild 412, 509-cu səh.

[77] Qisarül-cüməl, 1-ci cild, 44, 45-ci səh.

[78] Vəsailüş-şiə, 12-ci cild, 133, 134-cü səh.

[79] Biharül-ənvar, 75-ci cild, 374-cü səh.

[80] Biharül-ənvar, 75-ci cild, 374-cü səh.

[81] Vəsailüş-şiə, 12-ci cild, 71-ci səh.

[82] Vəsailüş-şiə, 12-ci cild, 131-ci səh.

[83] Vasailüş-şiə, 12-ci cild, 130-cu səh.

[84] Vəsailüş-şiə, 12-ci cild, 165-ci səh.

[85] Biharül-ənvar, 75-ci cild, 380-cı səh.

[86] Nəhcül-bəlağə, 53-cü məktub.

[87] Nəhcül-bəlağə, 374-cü hikmət.

[88] Səfinətül-bihar, 2-ci cild, 528-ci səh.

[89] Vəsailüş-şiə, 12-ci cild, 132-ci səh.

[90] Vəsailüş-şiə, 11-ci cild, 413-cü səh.

[91] Üsuli-kafi, 1-ci cild, 373-cü səh.

[92] Fruği-kafi, 7-ci cild, 175-ci səh.

[93] Məryəm surəsi, 59-cu ayə.

[94] Tühəfül-üqul

[95] «Yusif» surəsi, ayə-101.

[96] Nəhcül-bəlağə, hikmət bölməsi.

[97] Nəhcül-bəlağə, Hikmət bölməsi, 456-cı səh.

[98] Qürərül-hikəm, 4-cü cild, 340-cı səh.

[99] Mizanül-hikmət, 8-ci cild, 229-cu səh.

[100] Qürər.

[101] “Həcc”, 21.

[102] Məcməül-bəyan, bu ayə haqqında.

[103] Üsuli-kafi, 2-ci cild, 275-ci səh.

[104] «Nəhl», 125.

[105] «Nəml», 90.

[106] «Nəbə’» surəsi.

[107] «Nur» surəsi, ayə 5.

[108] «Bəqərə», surəsi, ayə 222.



Geri   İrəli
Go to TOP