A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Günahşünaslıq
Müəllif: Möhsin Qəraəti
Naşir: Faiz
Çap tarixi: 2000
Səhifələrin sayı: 208
Çap növbəsi: Birinci
Tirajı: 2000
Geri   İrəli


 «Allah göylərdə və yerdə olan hər şeyi sizə tabe eləmişdir».

«İsra» surəsinin 70-ci ayəsində oxuyuruq:

وَلَقَدْ كَرَّمْنا بَنِي آدَمَ

 «Biz Adəm övladlarını (insanları) əziz (kəramətli) etmişik.»

Bu ayənin axırında isə buyurur:

وَ فَضَّلناهُمْ...

 «Biz insanları üstün tutmuşuq».

«Tövbə» surəsinin 38-ci ayəsində Allah-təala mö’minlərə xitab edib buyurur:

أَرَضِيتُمْ بِالْحَيوةِ الدُّنْيا

«Dünya həyatınamı razı oldunuz?!»

Bu ayə onu bildirir ki, insanın şəxsiyyəti maddi dünyada hər şeydən çox qiymətli və üstündür. O, özünü (iman və əqidəsini) bu dünyanın həyatına satmamalıdır. Misal üçün, təzə bir maşın alan şəxs onu tozlu və palçıqlı yollarda sürmür. Çünki onun belə bir maşını toz-torpaqlı yolda sürməyə heyfi gəlir. Allah-təala da insanı məxluqların ən yaxşısı və özünün xəlifəsi yaradıb. Heyf deyilmi ki, belə bir dəyərli vücudunu günah bataqlıqlarında məhv etsin.?! Həqiqətən insan öz dəyər və qiymətini düzgün başa düşsə, pis işlərin ardınca getməz. Amma özünü puç və zəlil hesab edən şəxsin hər bir cinayət və pislik etməyi mümkündür. «Zuxruf» surəsinin 54-cü ayəsində oxuyuruq:

فَاسْتَخَفَّ قَوْمَهُ فَاَطَاعُوهُ

«Fir’on öz qövmünün şəxsiyyətini təhqir etdi. Sonra camaat ona itaət etdilər.» Yə’ni Fir’on öz hökmləri ilə əvvəlcə camaatı şəxsiyyətsiz etdi. Onlar da özlərini puç və zəlil biləndən sonra Fir’onun dediklərinə tabe oldular. Amma bu tayfa öz şəxsiyyətlərini itirməsəydi heç vaxt Fir’on kimi zalım və şəxsiyyətsiz bir padşaha tabe olmazdılar.

İNSAN ŞəXSİYYəTİ HAQQINDA BİR NEÇə HəDİS

1. İmam Əli (ə) buyurur:

اِنَّهُ لَيْسَ لاَِنْفُسِكُمْ ثَمَنٌ اِلاّ الْجَنَّةَ فَلا تَبِيعُوها اِلاّ بِها

 «Sizin dəyəriniz təkcə behşitlə əvəz olur. Behiştdən başqa bir şeyə özünüzü satmayın».[97]

2. O Həzrət başqa bir hədisdə buyurur:

قَبِيحُ بِذِي الْعَقْلِ اَنْ يَكُونَ بَهِيمَةً وَقَدْ اَمْكَنَهُ اَنْ يَكُونَ اِنْساناً

 «Ağıllı bir varlığın insan kimi yaşaması mümkün olduğu halda, onun heyvan kimi yaşaması çox pisdir».

3. Yenə o Həzrət buyurur:

ما تَكَبَّرَ اِلاّ وَضِيعٌ

«Təkcə şəxsiyyətsiz insanlar lovğa olurlar».

4. İmam Sadiq (ə) buyurur:

اَلْقَلْبُ حَرَمُ اللهِ فَلا تُسْكِنُوا حَرَمَ اللهِ غَيْرَ اللهِ

«Qəlb Allahın hərəmidir. Allahın hərəminə qeyri-ilahi şeyləri daxil etməyin».

Doğrudan da insanın qəlbi Allahın hərəmi olduğu halda nə üçün günah və pisliklərlə özünü həlak etmişdir?

5. İmam Əli (ə) buyurur:

عَجِبْتُ لِمَنْ يُنْشِدُ ضالَّتَهُ، وَقَدْ اَضَلَّ نَفْسَهُ فَلا يَطْلُبُها

«Təəccüb edirəm o şəxsə ki, itirdiyi adi şeyini axtarır. Halbuki öz şəxsiyyətini itirib, amma onu axtarmır».[98]

6. İmam Əli (ə) başqa bir hədisdə buyurur:

قُلُوبُ الْعِبادِ الطّاهِرَةُ مَواضِعُ نَظَرِ الله

«Allah bəndələrinin təmiz qəlbləri Allahın diqqət etdiyi yerdir.»[99]

7. O Həzrət başqa bir kəlamında buyurur:

اَلْعارِفُ مَنْ عَرَفَ نَفْسَهُ فَاعْتَقَها وَنَزَّهَها عَنْ كُلِّ ما يُبْعِدُها وَيُوبِقُها

«Arif o şəxsdir ki, özünü tanıyıb onu müstəqil və azad etsin. Sonra onu bütün həlak edici xislətlərdən təmizləsin».[100]

8. Yenə o Həzrət buyurur:

وَلَبِئْسَ الْمُتَّجَرُ اَنْ تَرى الدُّنْيا لِنَفْسِكَ ثَمَنَاً

«İnsanın özünü dünya həyatına satması nə pis ticarətdir!»

Bu ayə və hədislərdən nəticə alırıq ki, insan qiymətli və fəzilətli bir məxluqdur. O, öz dəyərini qoruyub saxlamalı, şəxsiyyətinə qiymət verməlidir. Çünki insanın özünün və eləcə də başqalarının şəxsiyyətinə ehtiramla yanaşması, onu günahlardan uzaqlaşdıran bir amil kimi, onun düz yola hidayət olunmasında da mühüm və əvəzsiz rol oynayır.

4. AXİRəTə Və QİYAMəT GÜNÜNÜN HESAB-KİTABINA İMAN GəTİRMəK

Qur’an insanı tərbiyə edən bir kitabdır. Qur’an tərbiyə ilə əlaqədar məsələlərdən çox hissəsini qiyamət gününə əqidə yolu ilə həll etmək istəyir. Qur’anda 1400 dəfə mə’ad, yə’ni axirət aləmi haqqında danışılmışdır. Bu ilahi kitabın altıda bir hissəsi insanları qiyamət gününün hesab-kitabına inanmağa çağıran ayələrdir. Axirət aləminə əqidə o deməkdir ki, insanın qiyamət günündə bu dünyadakı əməllərinin əvəzini almağa əqidəsi olsun. Belə bir əqidə insanın ruhunun tərbiyəsinə böyük tə’sir bağışlayır. İndi də bu barədə bir neçə ayəyə diqqət yetirək:

1. «Ali-İmran» surəsinin 30-cu ayəsində oxuyuruq:

يَوْمَ تَجِدُ كُلُّ نَفْس ما عَمِلَتْ مِنْ خَيْر مُحْضَراً وَما عَمِلَتْ مِنْ سُوء

«Qiyamət günü elə bir gündür ki, hər kəs özünün pis və yaxşı işlərini o gündə hazır görər».

2. «Qəmər» surəsinin 8-ci ayəsində oxuyuruq:

خُشَّعاً اَبْصارُهُمْ يَخْرُجُونَ مِنَ الاَْجْداثِ كَأَنَّهُمْ جَرادٌ مُنْتَشِرٌ

 «Gözləri yerə baxan halda qəbrlərdən çıxarlar, çəyirtkələr tək ətrafa dağılarlar».

3. “Əbəsə» surəsinin 34-37-ci ayələrində oxuyuruq:

يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنَ اَخِيهِ ـ وَاُمِّهِ وَاَبِيهِ وَصاحِبَتِ وَبَنِيهِ ـ لِكُلِّ امْرِء مِنْهُمْ يَوْمَئِذ شَأْنٌ يُغْنِيهِ

«O gün hər kəs qardaşını, anasını, atasını, arvadını, oğul-uşağını qoyub qaçar, hamı öz hayına qalar».

Bunlar Qur’anda qiyamət günü haqqındakı ayələrdən bir neçəsi idi. Elə bir gün ki, günahkarlar o gündə peşman olacaqlar. Hamı bu dünyada etdikləri işlərin nəticəsini görəcək. Bu barədə olan mühüm vəzifələrdən biri də odur ki, qiyamət günü həmişə bizim yadımızda olsun. Çünki qiyamət gününə tam yəqinliyimiz olsa onu yada salmaq bizim tərbiyəmizin doğru istiqamətə yönəlməsinə güclü tə’sir edəcəkdir.

«Mütəffifin» surəsinin 5-7-ci ayələrində oxuyuruq:

اَلا يَظُنُّ اُولئِكَ اِنَّهُمْ مَبْعُوثُونَ ـ لِيَوْمِ عَظِيم ـ يَوْمَ يَقُومُ النّاسُ لِرَبِّ الْعالَمِينَ

 «(Az satanlar və tərəzidə camaatı aldadanlar) Məgər bilmirlər ki, o böyük gün gələndə diriləcəklər?! O gün insanlar qəbirdən qalxaraq aləmlərin Rəbbinin hüzuruna axışarlar.»

DİN QABAQCILLARININ AXİRəT ALəMİNə MÜNASİBəTLəRİ

Peyğəmbərlə (s)r, İmamlar və böyük İlahi şəxsiyyətlər həmişə axirət həyatı haqqında fikirləşir və bir an da bu fikirdən qafil olmurlar. Peyğəmbər (s) və imamlar camaatı Allah yoluna də’vət edərkən Allaha əqidə və axirət aləminə inamlı olmağı iki mühüm məsələ kimi qeyd edirdilər. İlahi şəxsiyyətlər günəş hərarətini görəndə də qiyamət gününü xatırlayırdılar. Bir gün İmam Əlinin (ə) qardaşı Əqil o Həzrətdən müsəlmanların pulundan (beytül-maldan) ona kömək etməsini xahiş etdi. İmam odda qızmış bir dəmiri götürüb qardaşının əlinə tərəf apardı. Əqil qorxub bu işə e’tiraz edəndə İmam buyurdu: «Sən insan əlində oyuncaq olan bir atəşdən qorxursan, amma qardaşını Allahın qəzəbi ilə şö’lələnən atəşə tərəf çəkmək istəyirsən».

İmam Əli (ə) başqa bir söhbətində buyurur:

وَاتَّقُوا ناراً حَرُّها شَدِيدٌ وَقَعْرُها بَعِيدٌ وَحِلْيَتُها حَديدٌ، وَشَرابُها صَدِيدٌ

 «Qorxun o atəşdən ki, hərarəti və dərinliyi çoxdur. Onun zinəti dəmir zəncir və içkisi qaynar sudur».

HƏZRƏT SALMANIN DOSTUNUN əHVALATI

Bir gün Salman Kufənin dəmirçi bazarından keçirdi. Gözü nə’rə çəkib huşsuz halda yerə yıxılan bir cavana sataşdı. Camaat o cavanın ətrafına toplaşdılar. Amma Salmanı orada görəndən sonra ona dedilər: Deyəsən bu cavanın beynində xəstəlik var. Onun qulağına bir dua oxu. Bəlkə sağaldı. Salman dua oxudu və cavan ayağa qalxdı. O, Salmanı görəndə dedi:

Mən xəstə deyiləm. Lakin dəmirçilərin bazarından keçərkən onların qızmış dəmirləri döymələrini görüb bu ayəni xatırladım:

وَلَهُمْ مَقامِعُ مِنْ حَدِيد

«Cəhənnəm mə’murlarının şallaqları vardır».[101]

Allahın əzabının qorxusundan ağlım başımdan çıxdı və yerə yıxıldım.

 Salman onun bu sözlərindən sonra onunla dost oldu. Bu hadisədən bir müddət keçdi. Salman bir neçə gün dostunu görmədi. Bildi ki, xəstədir. Onun evinə getdi. Başı üstünə çatanda onu can verən halda gördü. Bu vaxt Salman Əzrailə xitab edib dedi:

يا مَلَكَ الْمَوْتِ اِرْفَقْ بِاَخِي

 «Ey ölüm mələyi! Mənim dostumla mehriban ol»

Həzrət Əzrail dedi:

اِنّي بِكُلِّ مُؤْمِن رَفِيقٌ

«Mən bütün mö’minlərlə mehribanam».

5. İŞLəRİN Peyğəmbər (s) Və İMAMLARA TəQDİM EDİLMəSİ

İnsanı günah qarşısında nəzarətdə saxlayan amillərdən biri də bütün işlərin Peyğəmbər və İmamlara təqdim edilməsinə əqidəli olmaqdır. Yə’ni Allah-təala müəyyən yollarla insanların işlərini İslam Peyğəmbərinə (s) və İmamlara təqdim edir. Bu işlər yaxşı olsa, onlar sevinir; yox əgər günah işlər olsa, onlar narahat olurlar. Biz insanlar belə bir əqidədə olsaq əməllərimizə qarşı daha diqqətli olarıq. Çünki biz öz Peyğəmbərimiz (s) və İmamlarımızın narahatlığını istəmirik. «Tövbə» surəsinin 105-ci ayəsində oxuyuruq:

وَقُلِ اعْمَلُوا فَسَيَرى اللهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ وَسَتَرَدَّوْنَ اِلى عالِمِ الْغَيْبِ وَالشَّهادَةِ فَيُنَبِئُّكُمْ بِما كُنْتُمْ تَعْمَلُون

 «De ki, işinizdə olun, onsuz da etdiyiniz işləri Allah, Rəsulu və mö’minlər (İmamlar) görəcəkdir. Tezliklə aşkarda və gizlində edilən işləri bilənin dərgahına qayıdacaqsınız. Sizi etdiyiniz işlərdən xəbərdar edəcək».

Bu barədə çoxlu hədislər də vardır. «Üsuli-kafi» kitabında bu barədə bir bölmə var ki, altı hədisdən ibarətdir. Bu hədislərin bə’zisində oxuyuruq:

İnsanların yaxşı və pis işləri hər gün sübh çağı İslam Peyğəmbərinin (s) hüzuruna təqdim olunur. Lakin bu hədislərdən bə’zisində təqdim olunma vaxtı cümə axşamı kimi qeyd olunmuşdur. Həmçinin, bu hədislərin müəyyən hissəsində əməllərimizin İmamların hüzuruna çatmasını da qeyd edirlər.

6. ÖLÜMÜ YADA SALMAQ

Şübhəsiz, insanı günahlardan qoruyan bir amil də həmişə ölümü yada salmaqdır.

İslam Peyğəmbəri (s) buyurur:

اَكْثِرُوا ذِكْرَ الْمَوْتِ، فَاِنَّهُ يُمَحِصُّ الذُّنُوبَ

«Ölümü tez-tez yada salın. Çünki bu iş günahları təmizləyir».

İmam Əli (ə) buyurur:

اَلْمَوْتُ اَلْزَمُ لَكُمْ مِنْ ظِلِّكُمْ

«Ölümlə rabitə sizə kölgənizdən də möhkəmdir». (Yə’ni ölümlə əlaqəniz sizə kölgənizdən də yaxındır).

7. GÜNAHLARIN Tə’SİRİNDəN QORXMAQ Və ALLAHDAN HəYA ETMəK

Günahları təmizləyən amillərdən biri də günahların tə’sir və nəticəsindən qorxmaqla Allahdan həya etməkdir. İmam Sadiq (ə) buyurur: Bir şəxsin ki, Allahın onu gördüyündən, söhbətini eşitdiyindən və bütün gördüyü pis, yaxşı işlərdən xəbərdar olmasından yəqinliyi var, o şəxs pis işlər görməz və öz Allahından həya edib, günahlardan qorunar.»

O Həzrət başqa hədisdə buyurur:

«Allahdan elə həya et ki, elə bil onu görürsən və sən Onu görməsən də O səni görür».

İslam Peyğəmbəri (s) buyurur:

«Mö’min günahı belə təsəvvür edir: Sanki böyük bir daşın altında durub və o daşın uçmağından qorxur. Amma kafirin günaha münasibəti onun burnunun yanından keçən bir milçəyin vızıltısına bənzəyir».

İmam Əli (ə) buyurur:

لا تَخَفْ اِلاّ ذَنْبَكَ

«Öz günahından savayı heç bir şeydən qorxma!»

İmam Sadiq (ə) buyurur:

اَلْعَجَبُ مِمَّنْ يَخافُ الْعِقابَ وَلَمْ يَكُفَّ

«Təəccüb edirəm o şəxsə ki, Allahın əzabından qorxur, bununla belə günah edir».

Yə’ni Allahın əzabından qorxan şəxs, heç vaxt günah etməz.

8. DÜZGÜN İBADəT ETMəK

İslamda düzgün ibadətin digər mə’nəvi faydaları ilə birlikdə insanı günahdan qorumaqda da mühüm rolu vardır. Ümumiyyətlə ibadət etməkdə məqsəd Allahı tanımaqdan sonra günahlardan qorunmaqdır. İslam dinində bütün ibadətlər təkcə Allaha görə olmalıdır. Bu niyyətlə hər gün ibadət etmək insanın Allahla rabitəsini möhkəmləndirir; insanı Ona daha yaxın edir. «Bəqərə» surəsinin 183-cü ayəsində oruc tutmağın son məqsədi günahlardan təmizlənmək kimi qeyd olunmuşdur. “Ənkəbut» surəsinin 45-ci ayəsində isə namaz qılmaqdan məqsəd günahlardan uzaqlaşmaq kimi bildirilmişdir. Bu barədə bir çox hədislər də vardır:

1. İslam Peyğəmbəri (s) buyurur:

مَثَلُ الصَّلواةِ كَمَثَلِ النَّهْرِ الجارِي، كُلَّما صَلّى، كُفِّرَتْ ما بَيْنَهُما

 «Namaz axar su kimidir. İnsan namaz qılarkən etdiyi günahlar təmizlənir».

2. İmam Sadiq (ə) buyurur:

مَنْ اَحَبَّ يَعْلَمَ اَقُبِلَتْ صَلاتُهُ اَمْ لَمْ تُقْبَلْ فَلْيَنْظُر: هَلْ مَنَعَتْ صَلاتُهُ عَنِ الْفَحْشاءِ وَالْمُنْكَرِ؟ فَبِقَدْرِ ما مَنَعَتْهُ قُبِلَتْ مِنْهُ

«Namazının Allah dərgahında qəbul olub-olmamasını bilmək istəyən şəxs namazına baxmalıdır. İbadət edənin namazı onu günahdan nə qədər çəkindirirsə, bir o qədər də Allah dərgahında qəbuldur».[102]

3. İmam Əli (ə) buyurur:

وَالصَّلاةَ تَنْزِيهاً عَنِ الْكبْرِ... واَالنَّهيَ عَنِ الْمُنْكَرِ رَدْعاً لِلسُّفَهاء

«Allah-təala namazı lovğalıqdan (təkəbbürdən) uzaq olmaq üçün vacib etdi».

Günahlardan təmizlənməkdə diqqət olunası mövzulardan biri də günahların müalicə yollarıdır.

Hər bir günahın öz dərmanı və öz müalicə yolu vardır. Bu mövzu əxlaq elmində geniş surətdə araşdırılır. Lakin biz burada bir neçə mövzunu açmağa kömək edən hədisə işarə edirik.

1. Əmmar Yasir deyir: «Kufə şəhərinin küçələrinin birindən keçirdim. Bu zaman İmam Əlini (ə) gördüm. Bir dəstə adam onun başına toplaşmışdı. O Həzrət isə günahların hər birinin müalicə yollarını onlara öyrədirdi».

İmam Əli (ə) başqa bir hədisdə buyurur:

لا وَجَعَ اَوْجَعُ لِلْقُلُوبِ مِنَ الذُّنُوب

«Qəlblərin ən çətin dərdi günah dərdidir».[103]

2. İmam Baqir (ə) buyurur:

لِكُلِّ داء دَواءٌ، وَدَواءُ الذُّنُوبِ اَلاِْسْتِغْفارُ

«Hər dərdin dərmanı var. Günahların dərdi isə tövbədir».

3. İmam Əli (ə) buyurur:

داوُوا بِالتَّقْوى اَلاَْسْقامَ

«Təqvanın (günah etməməyin) vasitəsi ilə dərdlərinzə dərman edin».

GÜNAHIN MÜALİCə YOLU

Burada günahların müalicə yollarından biri haqqında söhbət açacağıq.

Belə ki, qeybət etməyə adət edən şəxs bu günahı iki yolla müalicə edə bilər.

1. Qeybət haqqında olan ayə və hədisləri oxusun və onun haqqında deyilən ilahi əzablar barədə fikirləşsin.

2. Qeybəti diqqətlə araşdırıb təhlil etsin. Sonra qeybətə səbəb olan həsəd, lovğalıq, paxıllıq və bu kimi amilləri tanısın, daha sonra bu amilləri məhv etməyə çalışsın. Bu vaxt qeybətə səbəb olan amillərin məhv olmasına görə qeybəti də tərk etmək asan olacaq.

İSLAMDA GÜNAHKARLARLA RəFTAR

İslam dinində bütün camaata vacibdir ki, tam qüdrətlə günahkarları pis yoldan və etdiyi günahlardan çəkindirsinlər. Bu məsələ o qədər əhəmiyyətlidir ki, İmam Sadiq (ə) buyurur:

اِنَّ الاَْمْرَ بِالْمَعْرُوفِ وَالنَّهْيَ عَنِ الْمُنْكَرِ سَبِيلُ الاَْنْبِياء وَمِنْهاجُ الصُّلَحاء فَرِيضَةٌ عَظِيمَةٌ، بِها تُقامُ الْفَرائِضُ وَتَأمَنُ الْمَذهِبُ وَتُحِلُّ الْمَكاسِبُ وَتُرَدُّ الْمَظالِمُ وَتُعْمَرُ الاَْرْضُ وَيُنْتَصَفُ مِنَ الاَْعْداء وَيَسْتَقِيمُ الاَْمْرُ

“Əmr be mə’ruf (yaxşı işlərə də’vət etmək) və nəhy əz münkər (pis işlərdən çəkindirmək) Peyğəmbərin (s) və saleh adamların yolu və iki böyük ilahi vaciblərdəndir. Bu iki vacibin vasitəsi ilə başqa vaciblərə əməl olunur, yollarda əmin-amanlıq yaranır, camaatın qazandığı pullar halal olur və xalqın hüququ tə’min olunur. Həmçinin, bu iki vacibin köməyi ilə yerlər abad olur, düşmənlərdən intiqam alınır və bütün işlər öz yoluna düşür».

İslam dinində insanları pis işlərdən çəkindirib, düz yola hidayət etməyin yolları müxtəlifdir. Allah-təala Öz peyğəmbəri Həzrəti Məhəmmədə (s) xitab edib buyurur:

اُدْعُ اِلى سَبِيلِ رَبّكَ بِالْحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَجادِلْهُمْ بِالَّتي هِيَاَحْسَنُ

«Onları hikmətlə, gözəl-gözəl öyüdlərlə Allah yoluna də’vət et və onlarla mübahisədə ən yaxşı yollardan istifadə et!»[104]

«Mö’minun» surəsinin 96-cı ayəsində buyurur:

اَدْفَعْ بِالَّتي هِيَ اَحْسَنُ السَّيِّئَةِ

«Pisliyi özündən kənar edəndə daha yaxşı bir üsulla bunu et».

İCTİMAİ TəNBEH

İslam dinində bə’zi vaxtlar günahkar şəxs ictimai cəhətdən tənbeh olmalıdır. Bu barədə bir neçə nümunəyə diqqət yetirin.

1. «Nur» surəsinin 3-cü ayəsində qeyd olunur ki, zinakarların tənbehi budur ki, onlar pak qadınlarla evlənə bilməzlər.

2. Həmin surənin 4-cü ayəsində isə göstərilir:

«Pak və iffətli şəxslərə şahid olmadan böhtan atan şəxsin tənbehi budur ki, onların bu sözü qəbul edilmir və onlara şallaq vurulmalıdır».

3. «Tövbə» surəsinin 28-ci ayəsinə görə müşriklər Məscidül-Hərama daxil ola bilməzlər.

4. Həmin surənin 118-ci ayəsinə əsasən, İslam Peyğəmbəri (s), müsəlmanlar və hətta onların arvad-uşaqları, cihadda iştirak etməkdən boyun qaçıran üç şəxslə danışmamalıdır. Bu üç şəxs yaranmış vəziyyətə dözə bilməyib tövbə etdilər. Allahın fərmanı ilə Peyğəmbər (s) onların tövbəsini qəbul etdi.

5. «Nisa» surəsinin 140-cı ayəsinə görə Qur’an ayələrini inkar və istehza edənlərlə oturub-durmaq qadağandır.

BU BARəDə BİR NEÇə HəDİS

Günahkarla necə davranmaq haqqında çoxlu hədislər var. Onlardan bir neçəsini qeyd edirik.

1. İmam Əli (ə) buyurur:

اَدْنَى الاِْنْكارُ اَنْ تُلْقى اَهْلَ الْمَعاصِي بِوُجُوه مُكْفَهرَة

 «Günahkarları pis işlərdən çəkindirməyin ən aşağı dərəcəsi, onlarla acıqlı (və qaşqabaqlı) davranmaqdır»

2. İmam Sadiq (ə) Haris ibn Müğəyrə adlı bir səhabəsinə buyurdu:

«Nə üçün filan dostunun pis iş törətdiyini eşidəndə onu tənbeh edib günahdan çəkindirmədin?»

 Haris dedi:

«O mənim sözümü qəbul etməz».

İmam Sadiq (ə) buyurdu:

اُهْجُرُوهُمْ وَاجْتَنِبُوا مَجالِسَهُمْ

«Onunla oturub-durma və ondan uzaqlaş».

3. İmam Kazim (ə) zalım padşah haqqında buyurur:

«Mənim uca bir binanın üstündən düşüb parça-parça olmağım zalım padşahın sarayında işləməkdən və ya onların xalçasının üstünə qədəm qoymaqdan yaxşıdır».

İMAM SADİQİN (ə) NİFRİNİ

Davud ibn Əli (Mədinə şəhərinin rəisi və cinayətkar şəxslərdən biri idi) Müəlla ibn Xünəysi (İmam Sadiqin böyük şagirdlərindən biri idi) öldürdü və onun bütün var-dövlətini müsadirə etdi.

İmam Sadiq (ə) bu xəbəri eşidəndə Davudun yanına gedib dedi:

«Sən mənim dostumu öldürdün və onun varını qarət etdin. Allaha and olsun, sənə nifrin (qarğış) edəcəyəm».

Davud İmamın bu sözünə istehza edib dedi:

«Sən məni qarğış etməklə qorxudursan?!»

İmam Sadiq (ə) evinə qayıtdı və bütün gecəni namaz qılmaqla keçirtdi. Sübh vaxtı Allaha belə xitab etdi: «Ey qüdrətlilərin qüdrətlisi olan Allah! İlahi, Sənin elə bir izzətin var ki, bütün yaranışlar Sənin qarşında acizdirlər. Mənim intiqamımı bu zalımdan al!» Bu nifrindən bir saat keçməmişdi ki, Davudun ölüm xəbəri gəldi.

İMAM KAZİMİN (ə) GÜNAHKARLARLA RəFTARI

Bə’zən günahkarla mülayim və mehribanlıqla davranılmalıdır. Çünki belə davranış onları düz yola hidayət edəcək. Bu barədə maraqlı bir əhvalata diqqət yetirək. İmam Kazimin (ə) vaxtında xəlifənin yaxın adamlarından biri O Həzrəti görəndə ədəbsizlik edir və imama nalayiq sözlər deyirdi. Həmçinin o İmam Əliyə (ə) da xəyanət edirdi. Bir gün İmam Kazimin (ə) dostlarından bir neçəsi İmama dedilər: İcazə ver, onu öldürək! İmam isə qətiyyətlə bu işi məsləhət görmədi. O kişinin yerini soruşdu. Onun bir əkin sahəsində işlədiyini dedilər. İmam öz ulağına minib əkin yerinə tərəf yollandı və onun əkin sahəsinə girdi. Kişi uzaqdan qışqırdı: «Mənim yerimi ayaqlama». İmam isə yenə də öz ulağı ilə hərəkət edib o kişinin yanına gəldi. Ulaqdan düşüb xoş üzlə salam verdi. Sonra şirin-şirin sözlərlə onunla söhbətə başladı. İmam ondan soruşdu: Bu əkin yerinə nə qədər xərcin çıxıb?

Kişi cavab verdi: Yüz dinar.

İmam soruşdu: Bəs bu yerdən nə qədər məhsul götürməyə ümidin var?

O dedi: Mənim qeybdən xəbərim yoxdur!

İmam dedi: Mən səndən soruşdum ki, nə qədər məhsul götürməyə ümidin var?

Kişi cavabında dedi: 200 dinarlıq məhsul götürməyə ümid edirəm.

İmam Kazim (ə) içində 300 dinar pul olan bir kisəni ona verib buyurdu: Bunu al, götürəcəyin məhsul da sənin olsun!

İmamın bu davranışı o kişiyə o qədər tə’sir etdi ki, yerindən qalxıb İmamın alnını öpdü və dedi: «Məni bağışla, mənim təqsirlərimdən keç!»

İmam Kazim (ə) onun yanından qayıtdı və sabahı gün məscidə getdi. O kişi də məsciddə idi. İmamı görcək bu ayəni oxudu:

اللهُ اَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسالَتَهُ

«Allah-təala daha yaxşı bilir ki, öz risalətini hansı ailəyə versin».

Kişinin dostları bu sözdən sonra onun yanına gəlib, belə danışmağının səbəbini soruşdular. O, İmamla olan əhvalatı dostlarına söylədi. İmam Kazim (ə) isə evə qayıdanda kişini öldürmək istəyənlərə dedi: Hansı yaxşı idi: sizin dediyiniz, yoxsa mənim onunla etdiyim rəftar?!

ŞəRİəT HöKMLəRİNDə GÜNAHKARLA DAVRANIŞ MəSəLəSİ

İslam şəriət hökmlərində günahkarla davranış haqqında çox dəqiq göstərişlər vardır. Bu göstərişlərə düzgün əməl olunsa, günahkarların günahdan uzaqlaşmasına mühüm tə’sir edəcəkdir. Misal üçün, islam dinində gələn hüdud, diyə, qisas və tə’zir kimi hökmlərin kamil surətdə icrası günahın cəmiyyətdən yığışmasında müstəsna rol oynayacaqdır. İslamda tə’kid olunan göstərişlərdən bə’ziləri:

Şərab içənlərə qız verməyin.

Günahkara zəkat düşmür.

Günah işdən ötrü səfərə çıxan şəxsin namazı bütövdür.

Ərli arvad və ya evlənmiş kişi zina etsə, e’dam olunmalıdır.

Ərinə itaət etməyən arvadın nəfəqəsini (dolanışığını) tə’min etmək ərinə vacib deyil.

Oğrunun əli kəsilməli və ona rəhm olunmamalıdır.

Şərab olan süfrənin başında oturmaq qadağandır.

Hətta o süfrədə çörək yemək də haram və günahdır.

İslamda olan bu cür hökmlər insanlarla nə cür davranmağı bildirir. Bu hökmlərin hər biri öz növbəsində günahkarı etdiyi günahdan çəkindirməkdə özünə məxsus rol oynayır.

BEŞİNCİ FəSİL

TöVBə Və GÜNAHIN NəTİCəLəRİ

Dini, elmi və təcrübi cəhətdən təsdiq edilmişdir ki, insanın bütün işlərinin həm bu dünyada, həm də axirət aləmində nəticəsi vardır. Bu məsələni bir bitkinin yerə əkilməsi ilə müqayisə etmək olar. Bu bitkinin toxumu gül olsa, onun gələcəkdəki məhsulu da gül olacaq, yox əgər yerə əkilən bitkinin toxumu tikan olsa, gələcəkdə o yerdə tikan bitəcəkdir.



Geri   İrəli
Go to TOP