A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Artıq, mə᾿lum oldu ki, islam dini, başqalarına möhtac olmasın deyə, hər bir şəxsin özünün və ailə üzvlərinin məişət ehtiyaclarını tə᾿min etməsini yüksək qiymətləndirmiş və ailəsinin keşiyində duran şəxsləri Allah yolunda cihad edən mücahidlərin savabına nail olacaqlarına müjdə vermişdir.

Bu dərsimizdə, hər şeydə olduğu kimi, iş və qazanc əldə etməkdə hansı qayda-qanunlara riayət etmək haqda söhbət açacağıq. Bu tanışlıq məşğul olduğumuz sahələrin və bu yolla əldə etdiyimiz qazancın halal və ya haram olduğunu müəyyən etməyimizə imkan verir. O ki qaldı ümumi kütləyə, onlar da qeyri-qanuni yollarla qazanc əldə edən şəxslərə qarşı mənfi münasibət bəsləyəcək və tez bir zamanda onlarla öz əlaqələrini kəsməli olacaqlar. Bu dərsimizdə bu qayda-qanunların bə᾿ziləri ilə ümumi tanışlıq əldə edəcəyik.

ŞӘR᾿İ HÖKMLӘRLӘ TANIŞLIQ

İstər ticarət, istərsə də qazanc məqsədilə fəaliyyət göstərilən digər sahələrdə hər şeydən əvvəl şər᾿i qanun və hökmləri nəzərə almaq lazımdır. Bildiyimiz kimi, islam nöqteyi-nəzərindən bə᾿zi malların alqı-satqısı, müamiləsi, həmçinin bə᾿zi xidmətlərin göstərilməsi haram və yol verilməzdir. İstər alıcının, istərsə də satıcının üzərinə müəyyən hüquq və vəzifələr düşür. Bunun üçün də ticarət etməzdən əvvəl hər bir şəxs şər᾿i qanunlarla ümumi tanışlıq əldə etməlidir. Әks təqdirdə, alqı-satqıda harama yol verilərək kimlərinsə hüququ taptalanacaqdır.

Әli (ə) bu haqda buyurur:

«Şər᾿i qanunlarla tanış olmadan ticarət edən şəxslər sələm bataqlığında qərq olacaqlar».[142]

Başqa bir hədisdə buyurur:

«Şəriət qanunları ilə tanışlığı olmadan ticarət edən şəxslər sələm bataqlığında qərq olacaqlar. Elə isə [ticarət qanunlarından] mə᾿lumatı olmayan şəxslərlə bazarlarda ünsiyyətdə olmayın».[143]

Әsbəğ ibni Nəbatə deyir: Әli (ə) minbərdə xütbə oxuyarkən etdiyi tövsiyələrin birində bu məsələyə toxunaraq buyurdu:

«Ey tacirlər! Әvvəl fiqh, sonra ticarət, əvvəl fiqh sonra ticarət! And olsun Allaha! Sələmin sizlərin arasında nüfuz etməsi, qarışqanın qayanın üzərində yeriməsindən daha gizlidir. Öz var-dövlətinizi sədəqə verməklə qoruyun. Öz haqqını götürüb başqalarının haqqını verənlərdən savayı, digər tacirlər günahkar, günahkarlar isə Cəhənnəm odunda sakin olarlar».[144]

Bu səbəbdən də ticarət və digər müamilələrə aid olan şəriət qanunları bir çox fiqh kitablarında ətraflı izah olunmuşdur. Ticarət və müamilənin ən başlıca şərti isə qazancın halal və qanuni olmasıdır.

MÖHTӘKİRLİK

Ticarət və iqtisadiyyat əlaqələrinin bərqərar olunmasında mənfi hallardan biri də möhtəkirlikdir. Möhtəkirlik, qiymətləri qaldırmaq məqsədilə camaatın təlabat mallarını satışa buraxmayıb anbarlarda saxlamağa deyirlər. Müəyyən müddətdən sonra gizli saxlanılan mallar yenidən satışa buraxılır və tacirlər böyük gəlir əldə etmək imkanı əldə edirlər.

Peyğəmbər (s) bu haqda buyurur:

«Yemək şeylərini (ərzaq mallarını) qırx gün gizli saxlayan şəxslər sanki Allahdan, Allah da onlardan bezar olar».[145]

Әli (ə)-dan nəql olunmuş rəvayətlərdə deyilir:

«Camaatın yemək azuqəsini qırx gün gizli saxlayanların qəlbləri daş parçasına çevrilər».[146]

Peyğəmbərdən (s) nəql olunmuş başqa bir rəvayətdə deyilir:

«Yemək mə᾿mulatlarını alıb, həmin gün satan şəxslər sanki sədəqə vermiş olurlar».[147]

Bütün bunları nəzərə alaraq ticarət və alış-verişlə məşğul olan təqva və iman sahibləri yemək və digər mə᾿mulatları gizli saxlayaraq möhtəkirliklə məşğul olmaqdan çəkinərlər. Öz təqva və imanı ilə şöhrət tapmış keçmiş tacirlərin biri haqda deyilir:

«Bəsrədəki nümayəndələrinin birinə satmaq üçün mal göndərir. Günlərin bir günü bir qədər buğda əldə edib gəmi ilə Bəsrəyə yola salır və göndərdiyi məktbuda yazır: Buğda Bəsrəyə çatan kimi tə᾿xirə salmadan həmin günün qiymətinə sat!»

Gəmi Bəsrəyə cümə axşamı çatır. Tacir yoldaşları ona deyirlər ki, əgər buğdanı sabah (cümə günü) satsan daha çox qazanc əldə edərsən. O, yoldaşlarının tövsiyələrinə qulaq asaraq səhəri günü gözləyir. Buğdanı satıb öz yoldaşına gördüyü işlər haqda mə᾿lumat verir. Mö᾿min tacir məktubun cavabında yazır: Ey dost! Dinimi qorumaq üçün az qazanca qane idim, sən isə mənim dediyimə əməl etmədin. Bunu mənə qarşı bir cinayət hesab etmək olar. İstəməzdim neçə bərabər və ya yüzbə-yüz qazanc əldə etməklə dinimə xələl gəlsin. Məktubumu oxuduqdan sonra əldə etdiyin qazancı Bəsrənin yoxsul və ehtiyacı olanlarına sədəqə ver! Bəlkə düçar olduğum möhtəkirlik günahından əfv olunum».[148]

DUA VӘ ZİKR

Peyğəmbər (s) və Mə᾿sum imamlar (ə) daim öz davamçılarına tövsiyə etmişlər ki, ticarət və qazanc məqsədilə evlərindən çıxdıqları zaman Allahın adını zikr edib bütün işlərini Onun adı ilə başlasınlar. Camaatla müamilə etdikləri müddət ərzində Allahın razılığını qazanmağa çalışmalı və bilməlidirlər ki, Allah onların gördükləri bütün işlərin, rəftar və davranışlarının şahididir.

Peyğəmbər (s) buyurur:

«İnsanlar qəflət içində olduqları zaman, ixlas və iman üzündən Allahı xatırlayıb onlarla Allahın kitabında olduğu kimi müamilə edərsə, [əməl dəftərlərinə] min savab yazılar və kimsənin təsəvvür edə bilməyəcəyi dərəcədə Allahın rəhmət dərgahından bəhrələnmiş olarlar».[149]

İmam Baqir (ə) alış-verişlə məşğul olan səhabələrinə bu duanı oxumaqlarını tövsiyə edərdi:

«İlahi! Səndən bazarın və bazar əhlinin xeyrini istəyirəm». Ticarət etdikləri yerlərə girdikləri zaman isə bu duanı oxumağı tövsiyə edərdi:

«Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, O, yeganə və şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir. İlahi! Mən Sənin fəzlindən pak və halal ruzi istəyirəm və kimsəyə zülm etməkdən və kimsənin mənə zülm etməsindən, ziyankar və yalan yerə and içən şəxslərdən Sənə pənah gətirirəm».[150]

Bunu da qeyd edək ki, tacirlər alış-verişlə məşğul olmaqla dini hökmlərin yerinə yetirilməsində süstlük göstərməməli və daim Allaha təvəkkül edərək Onu yad etməlidirlər. Әvvəlki dərsimizdə qeyd etdik ki, Qur᾿an daim Allahı yad edən tacirləri mədh edərək, bunu əməli-saleh insanların xüsusiyyəti kimi qeyd etmişdir.

MALIN TӘ᾿RİFLӘNMӘSİNDӘ AND İÇMӘKDӘN ÇӘKİNMӘLİ

Alış-veriş zamanı alıcını qane etmək məqsədilə and içmək tacirlər üçün müsbət xüsusiyyət hesab olunmur. Ümumiyyətlə maddi və dəyəri az olan şeylər üçün and içməkdən çəkinməyə tövsiyə olunur. And içməyə isə yalnız böyük əhəmiyyət kəsb edən məsələlərdə icazə verilir. Bəqərə surəsinin 224-cü ayəsində bu haqda deyilir:

«Allahı [Allahın adını] hədəf [dəstavüz] etməyin...!»

Bunun üçün də maddi məsələlərdə, xüsusilə alqı-satqıda malın qiymətinin aşağı-yuxarı etməkdə, Allaha və ya müqəddəs şəxsiyyətlərə and içmək bəyənilməyən və xoşagəlməz xüsusiyyətlərdəndir.

Peyğəmbər (s) bu haqda buyurur:

«Alış-veriş etmək istəyən şəxslər sələm verməməli, and içməməli, malın eyb və nöqsanını gizlətməməli, satdığı zaman malı [həddindən artıq] tə᾿rifləməməli və mal aldığı zaman dəyərini aşağı salmamalıdır. Әks təqdirdə, alış-veriş etməməlidir».[151]

İmam Musa Kazim (ə) buyurur:

«Allah-taala qiyamət günü bu üç şəxsə nəzər salmaz. Onlardan biri Allaha and içmədən alver etməyən və gəlir əldə etmək məqsədilə Allahı dəstavuz tutan şəxslərdir».[152]

And içmək deyildikdə, bu kimi hallarda doğru andlar nəzərdə tutulur. Lakin buna baxmayaraq, and içmək olduqca xoşagəlməz xüsusiyyətlərdən hesab olunur. İnsan yalan yerə and içdikdə isə böyük günahlardan birinə düçar olmuş olur.

Müştərinin diqqətini cəlb etmək məqsədilə malın [həddindən artıq] tə᾿riflənməsi də islam nöqteyi-nəzərindən mənfi və bəyənilməyən hallardandır. Çünki, tə᾿rif edərkən deyilən xüsusiyyətlər malda olmazsa yalana yol verilmiş olur. Mal həmin xüsusiyyətlərə malik olduqda isə müştəri özü bunun şahidi olduğu üçün satıcının dedikləri puç və mə᾿nasız olacaqdır. Həmin xüsusiyyətlər bəlli olmadıqda isə onu aşkara çıxarmağın heç bir nöqsanı yoxdur. Necə olursa-olsun, malın xüsusiyyətləri haqda deyilənlər həqiqətdən artıq olmamalıdır. Peyğəmbərdən (s) nəql olunmuş hədisdə qeyd olundu ki, alış-verişlə məşğul olan şəxslər malın tə᾿riflənməməsinə diqqət yetirməlidirlər.

MALIN EYB VӘ NÖQSANI AŞKARA ÇIXARILMALI

Satıcı malını həddindən artıq tə᾿rifləməməli olduğu kimi, onun eyb və nöqsanlarını da aşkara çıxarmalıdır.

Belə ki, islam nöqteyi-nəzərindən malın eyb və nöqsanlarını gizli saxlamaq alverdə aldatmaq hesab olunur. Nəql olunmuş rəvayətlərin birində deyilir: Peyğəmbər (s) bazarda olduğu zaman buğda satan bir şəxs ilə qarşılaşır. Buğdanın zahiri görünüşü Peyğəmbəri (s) özünə cəlb edir. Lakin əlini içinə saldıqda buğdanın nəm olduğunu hiss edir. Bunun nə üçün belə olduğunu soruşduqda satıcı cavab verir: Üzərinə yağış yağmışdır. Peyğəmbər (s) soruşur: Elə isə nə üçün onları üstə qoymamısan ki, camaat görsün. Ticarətdə hiylə işlədən şəxslər bizdən deyildir».[153]

İNSAF

Alış-veriş zamanı insaflı olmaq hər şeydən daha çox əhəmiyyət kəsb edir. Qazanc əldə etməkdə və malın üzərinə qiymət qoyduqda ədalətli olmaq gərəkdir. Satıcı müştərinin mala olan ehtiyacını görüb daha çox qazanc əldə etmək məqsədilə baha satmamalı və eyni zamanda alıcı da satıcının çarəsizlik üzündən malını satdığını gördükdə onu daha ucuz qiymətə alaraq çıxılmaz vəziyyətə salmamalıdır. Hər iki hal islam nöqteyi-nəzərindən başqalarının hüququnun taptalanmasına səbəb olduğu üçün yasaq və haram hesab olunur.

Nəql olunmuş rəvayətlərdən birində deyilir: İmam Sadiq (ə) min dinar pulu Məsadif adlı xidmətçilərindən birinə verib ticarət məqsədilə tacirlərlə birlikdə Misrə göndərir. Ticarət karvanı Misrə yaxınlaşdıqda oradan başqa bir karvanın xaric olduğunu görürlər. Onlardan alış-verişin nə yerdə olduğunu soruşduqda başa düşürlər ki, həmin mallar Misir bazarlarında çox az tapılır. Bunun üçün də onlar öz aralarında söz qoyaraq belə qərara gəlirlər ki, gətirdikləri malları iki bərabərindən ucuz satmasınlar. Tacirlər mallarını sözləşdikləri qiymətə satıb Mədinəyə qayıdırlar. Məsadif imam Sadiq (ə)-ın yanına gəlib iki kisədə min dinar pulu onun qarşısına qoyub deyir: Canım sənə fəda olsun! Bu kisələrdən biri əlimizdə olan maya, digəri isə ondan əldə etdiyimiz gəlirdir. İmam Sadiq (ə) təəccüblə soruşur: Әldə etdiyin qazanc çoxdur. Malları necə satmısınız? Məsadif hər şeyi ətraflı surətdə imam Sadiq (ə)-a izah edir. İmam Sadiq (ə) heyrətə gələrək deyir: Sübhanəllah! Söz qoyaraq müsəlmanlara qarşı olub malları iki bərabərinə satmısınızmı? Sonra imam Sadiq (ə) pul kisələrindən birini götürüb buyurur: Әldə etdiyin gəlirə heç bir ehtiyacım yoxdur. Gedərkən üzünü Məsadifə tutub buyurdu: Ey Məsadif, qılınc zərbələrinə dözmək halal qazancdan daha asandır. (Yə᾿ni halal ruzi çətinliklə əldə olunur.)

YOXSUL VӘ İMKANSIZLAR NӘZӘRӘ ALINMALI

İslamın bu barədə tövsiyə etdiyi şeylərdən biri də yoxsul və imkansız təbəqənin nəzərə alınmasıdır. Satıcı bu kimi şəxslərin maddi vəziyyətinin ağırlığını görüb onlara qarşı təhqirlə yanaşmamlı və əliboş geri qaytarmamalıdır. Qiyməti aşağı salmaq, nisyə vermək, borcların qaytarılmasına fürsət vermək və bu kimi güzəştlərə getməklə onlara kömək etməyə çalışmalıdır.

Peyğəmbər (s) bu kimi şəxsləri alqışlayaraq buyurur:

«Allah rəhm etsin alış-verişdə güzəştə gedən şəxslərə».

Başqa bir yerdə buyurur:

«Borcu olan şəxslərə fürsət verən və ya borcunu istəməyən şəxsləri Allah-taala asanlıqla sorğu-sual edər.

MALIN SAXTALAŞMASI

Satılan malın xarab olması, müamilə zamanı saxta pul verilməsi oğurluq hesab olunduğu üçün alış-verişdə yol verilməzdir. Belə ki, bir çox hallarda təqva sahibləri satdıqları malın xarab olduğunu gördükdə, ziyana düşmələrinə baxmayaraq, satılmasına razı olmamışlar.

SUALLAR VӘ TAPŞIRIQLAR

1. İmamlar nə üçün ticarətlə məşğul olmazdan əvvəl fiqhi qanunları öyrənməyi zəruri hesab etmişlər?

2. İslam dinində möhtəkirlik nə üçün haram hesab olunur?

3. Alış-veriş zamanı and içmək olarmı?

4. Satıcının üzərinə düşən vəzifələri ixtisarla bəyan edin.

QIRX BEŞİNCİ DӘRS

SӘLİQӘ VӘ TӘMİZLİK

Müqəddəs islam dininin diqqət yetirdiyi məsələlərdən biri də təmizliyə riayət olunmasıdır. Paltarın, bədənin təmizliyi, artıq tüklərin bədəndən təmizlənməsi, vaxtlı-vaxtında dişlərin yuyulması, ətraf mühitin təmizliyi, baş və üz tüklərinin qısaldılması və s... islamın diqqət mərkəzində olan məsələlərindəndir. Hər bir müsəman bə᾿zi dini vəzifələrini təmizliyə riayət etməklə, həm də başqalarının onun natəmizliyindən narahat olmalarına yol verməməlidir. İslam dinində təmizliyə verilən diqqət Peyğəmbərdən (s) nəql olunmuş hədisdə də öz əksini tapmışdır: «Həqiqətən Allah-taala pakdır və pakları sevir.»[154]

«Təmizlik imanın bir hissəsidir».[155]

«Qiyamət günü insandan soruşulacaq ilk şey onun təmizliyidir [təmizliyə riayət etməsidir]».[156]

«Bacardığınız qədər təmiz və səliqəli olun. Çünki, Allah-taala islam dinini paklıq və təmizlik üzərində qurmuşdur və pak insanlardan savayı Cənnətə kimsə daxil olmayacaqdır».[157]

«İslam pakdır. Elə isə siz də təmiz və səliqəli olun. Çünki, pak insanlardan başqa Cənnətə kimsə daxil olmayacaqdır».

«Həqiqətən Allah pak ibadət edənləri sevəndir».[158]

«Peyğəmbərlərin gözəl xüsusiyyətlərindən biri də onların pak və səliqəli olmalarıdır».[159]

Hər bir müsəlmanın üzərinə düşən bə᾿zi vəzifələr [fiqh kitablarında ətraflı izah olunmuşdur] onun dəstəmaz, qüsl, təyəmmüm kimi paklığından asılıdır. İbadətlərinin doğru və düzgün olması üçün hər bir müsəlmanın bunlara riayət etməsi lazım və zəruridir. Lakin üzərinə düşən vəzifələrin başqa bir qismi sünnə halını daşıyır və biz bu və növbəti dərslərimizdə bu haqda ətraflı söhbət açacağıq.

Hər bir məsələyə aid Peyğəmbər (s) və Mə᾿sum imamlardan (ə) hədis və rəvayətlər nəql olunmuş və bu ilahi hökmün həqiqi fəlsəfi mahiyyəti açıqlanmışdır.

1. Bədənin təmizliyi:

Peyğəmbər (s) buyurur:

«Allahın sizləri pak etməsi üçün bədənlərinizi təmiz saxlayın! Səhəri paklıqla açan elə bir kəs yoxdur ki, mələklərdən biri onu müşayiət etməsin. Hər an mələk ona dua edərək deyər: İlahi! Bu bəndənin günahlarını əfv et, çünki o, səhəri paklıqla açmışdır».[160]

Әli (ə) buyurur: «Başqalarının narahatçılığına səbəb olan xoşagəlməz iyləri yuyunaraq özünüzdən dəf edin. Çünki Allah-taala, təmizliyə riayət etmədiyi üçün başqalarının narahatçılığına səbəb olan şəxslərə nifrət edər».[161]

Peyğəmbər (s) buyurur:

«İnsanların ən pisi natəmiz olanıdır».[162]

«Çirkin və natəmiz şəxslər həlak olarlar.»[163]

2. Hamamın göstərişləri:

Әli (ə) buyurur:

«Cəhənnəm odunu insana xatırlatdığı və çirki bədəndən apardığı üçün hamam ən yaxşı məkandır».[164]

Bu haqda nəql olunmuş rəvayətlərin məzmunu ilə tanış olduqdan sonra belə bir qənaətə gəlmək olur ki, cismi sağlamlığın qeydinə qalan hər bir şəxs iki gündən bir və ya heç olmasa həftənin son günlərində bir dəfə də olsun hamama getməlidir.

İmam Sadiq (ə) buyurur:

«İlahi! Aludəçilik və natəmizliyi məndən uzaq, bədən və qəlbimi pak et».

İsti suyu bədəninizə tökdüyünüz zaman deyin: «Cəhənnəm odundan Allaha pənah aparır və Ondan əbədi Cənnət diləyirəm».

Qüsl alıb qurtardıqdan sonra paltarınızı geyindiyiniz zaman deyin: «İlahi! Təqva libasını mənə nəsib et və haqq yolundan uzaq düşüb həlak olmaqdan Özün qoru!».

Hamama tamamilə lüt daxil olmamalı, övrəti örtərək fitə və ya paltardan istifadə olunmalıdır.

Peyğəmbər (s) bu haqda buyurur:

«Fitə bağlamadan hamama daxil olmayın».

İmam Sadiq (ə) buyurur:

«Kişilər öz uşaqlarını hamama aparmamalıdırlar. Məbada onlar öz valideynlərinin övrətinə nəzər salsınlar».

«Hamama fitə ilə daxil olan şəxsləri Allah-taala öz örtüyü ilə tutar».

Fitədən istifadə tək hamama xas deyildir. Belə ki, hər bir şəxs başqalarının onu görə biləcəyini ehtimal verdikdə çay, göl, dəniz və s. yerlərdə çimdiyi zaman hökmən övrətini başqalarından qorumağa çalışmalıdır».

Peyğəmbər (s) buyurur:

«Allah-taala mənim ümmətimin çaylarda fitəsiz qüsl almasını sevmir».

Hamam, çimərlik kimi yerlərdə kimsə başqasının övrətinə nəzər salmamalıdır.

İmam Sadiq (ə) bu haqda buyurur:

«Hamamda qüsl alan müsəlman qardaşının övrətinə baxmayan şəsxləri qiyamət günü Cəhənnəm odunun şiddətli əzabından hifz edər».[165]

İnsan tamamilə lüt olduqda, hamamda Qur᾿an oxumamalıdır. Məhəmməd ibni Müslim bu haqda - imam Məhəmməd Baqir (ə)-dan həqiqətən Әli (ə) hamamda Qur᾿an oxumağı yasaq etməsi haqda soruşduqda buyurur:

«Xeyr! İnsan yalnız tamamilə lüt olduqda Qur᾿an oxumamalıdır. Geyinmiş olduğu halda isə bunun heç bir nöqsanı yoxdur».[166]

Həmçinin bədəndə olan artıq tüklərin təmizlənməsi və ya azaldılması, bədən təmizliyinin ən ümdə hissəsini təşkil edir.

Bu isə hər on beş gündən bir və ya heç olmasa üç həftədən bir yerinə yetirilməlidir.

3. Paltarın səliqə və təmizliyi:

İslam dini paltarın rəng və malına diqqət yetirməzdən əvvəl, onun təmiz və səliqə-səhmanına əhəmiyyət verir. Nəql olunmuş rəvayətlərdən birində deyilir: Peyğəmbər (s) natəmiz paltar geymiş şəxslə qarşılaşıb təəccüblə buyurur: «Məgər o, paltarını yumağa su tapmırmı?».[167]

«Geyinməyə paltar seçdiyiniz zaman onu təmiz saxlamağa çalışın».[168]

Başqa bir rəvayətdə Aişəyə xitab edərək buyurur: «Ey Aişə! Qalx və bu iki paltarı yu! Məgər bilmirsənmi ki, paltarlar da Allaha təsbih edir?! Çirkli olduqda isə onların təsbih etmələri kəsilir».[169]

Әli (ə) buyurur:

«Təmiz paltar qəm-qüssəni insandan uzaqlaşdırır».[170]

İmam Sadiq (ə) buyurur:

«Təmiz paltar düşməni xar və rüsvay edər».[171]

Әli (ə) Muzzəmmil surəsinin 4-cü ayəsinin izahında buyurur: «Yə᾿ni, paltarlarınızı yerlə sürünməsin deyə, bir qədər qısaldın».

İmam Cə᾿fər Sadiq (ə) ayənin izahında buyurur: «Yə᾿ni, paltarınızı bir qədər yuxarı tutun ki, yerlə sürünməsin».

Bir sözlə, paltar yerlə sürünüb tez bir zamanda bulaşmasın deyə, bir qədər qısa olması gərəkdir.

Peyğəmbər (s) və Mə᾿sum imamlar (ə) daha çox ağ rəngli paltarlara üstünlük verərdilər. Onlar əksər hallarda ağ rəngli paltar geyinər və öz tərəfdarlarına da bunu tövsiyə edərdilər.

Çünki paltarın natəmizliyi tünd rəngli paltarlarda özünü gec büruzə verir və belə bir halda paltarları vaxtaşırı yumaq lazım gəlir. Ağ rəngli paltarlarda isə natəmizlik özünü dərhal büruzə verir və nəticədə paltarın bulaşıq qalmasına yol verilmir.

Peyğəmbər (s) bu haqda buyurur:

«Ağ paltar geyinin, çünki o daha gözəl və daha pakdır. Öz ölülərinizi də ağ rəngli parçalarla kəfənləyin.»[172]

«Әn gözəl və səliqəli olan ağ paltarlarınızı geyinin, ölülərinizi də ağ parçalarla kəfənləyin.»

«Məscid və qəbirlərinizdə Allahla görüşdüyünüz ən gözəl hallar, ağ paltar geyindiyiniz anlardır».[173]

«Allahın sevdiyi ən gözəl paltarlarınız ağ rəngli paltarlarınızdır. Elə isə ağ rəngli paltarlarla namaz qılıb, ölülərinizi də onunla dəfn edin».[174]

Bu məzmunda nəql olunmuş rəvayətlərdə kətan və panbıq parçalardan hazırlanmış paltarlar geyinmək tövsiyə olunmuşdur. Kişilərin ipək parçadan hazırlanmış paltarlar geyinməsinin isə haram olduğu göstərilir. Әli (ə) bu haqda buyurur: «Panbıq paltarlar geyinin, çünki bu Peyğəmbər (s) və biz Әhli-beytin geyimidir».[175]

İmam Sadiq (ə) buyurur:

«Peyğəmbərlər kətan paltarlar geyinmişlər, bu insanın daha sağlam olub yaxşılaşmasına səbəb olur».[176]

Peyğəmbər (s) buyurur:

«Ümmətimin kişilərinə ipək paltarlar geyinib qızıl, zinət əşyalarından istifadə etmək haram, qadınlara isə halal olundu».[177]

Həmçinin nəql olunmuş rəvayətlərdə fəxr və təkəbbürlük məqsədilə bahalı və diqqəti cəlb edən paltarlar geyinmək qətiyyətlə yasaq olunur.

Peyğəmbər (s) buyurur:

«Allah, yaraşıqlı paltarlar geyinib camaatın diqqətini özünə cəlb edən şəxslərə, onu əynindən çıxardanadək nəzər salmaz».[178]

«Allah şan-şöhrət məqsədilə paltar geyinən şəxslərdən qiyamət günü üz çevirər».[179]

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Peyğəmbərdən (s) nəql olunmuş hədislərdən istifadə edərək islam dininin paklıq və təmizliyə olan baxışını izah edin.

2. Әli (ə)-dan nəql olunmuş rəvayətə əsasən Allah-taala kimlərə nifrət edir?

3. Hamama aid olan qayda-qanunları ixtisarla izah edin.

4. Peyğəmbər (s) nə üçün ağ paltar geyinməyi tövsiyə edir?

5. İslam hansı paltarların geyinməsini yasaq edir?

QIRX ALTINCI DӘRC

SӘLİQӘ VӘ TӘMİZLİK

DİŞLӘRİN YUYULMASI

Peyğəmbər (s) buyurur:

«Cəbrail (ə) dişlərin yuyulmasını mənə o qədər tə᾿kidlə tövsiyə edərdi ki, güman edərdim bu dinin vacib olan hökmlərindəndir».[180]

İmam Sadiq (ə) buyurur:

«Dişləri yumaq peyğəmbərlərin gözəl adət-ən᾿ənələrindəndir».[181]

Peyğəmbər (s) buyurur:

«Әgər mənim ümmətimə çətin olmasaydı, namaz üçün dəstəmaz aldıqları zaman dişlərini yumağı onlara vacib edərdim».[182]

Başqa bir hədisdə buyurur:

«Diş yuyulduqdan sonra qılınan namaz, dişlər yuyulmadıqdan sonra qılınan yetmiş beş namazdan daha fəzilətlidir».[183]

Peyğəmbər (s) Әli (ə)-a etdiyi tövsiylərinin birində buyurur: «Namazdan əvvəl hər dəfə dəstəmaz aldığın zaman dişlərini yu».[184]

Başqa bir yerdə buyurur:

«Dişləri yumaq dəstəmazın bir hissəsi, dəstəmaz isə imanın bir hissəsi deməkdir».[185]

«Ağızlarınızla Qur᾿an qiraət etdiyiniz üçün vaxtaşırı dişlərinizi yuyun».[186]

«Ağızlarınızı təmiz saxlayın, çünki onunla Qur᾿an qiraət edirsiniz».[187]

Səhabələrə xitab edərək buyurur:

«Qur᾿anın yolunu təmiz saxlayın». Səhabələrdən biri Qur᾿anın yolu hansıdır?-soruşduqda buyurur: «Ağızlarınız». Daha sonra nə ilə təmizlənməsini soruşduqda buyurur: «Diş fırçaları ilə».[188]

Başqa bir hədisdə buyurur:

«Ağızlarınız Allah yollarından biridir. Allahın ən sevdiyi, gözəl olan yollardır (ağızlardır). Elə isə bacardığınız qədər ağız və dişlərinizi təmiz saxlayın».[189]

Peyğəmbər (s) səhabələrdən birinə müraciət edərək buyurur: «Nə üçün mənim yanıma gəldiyiniz zaman dişlərinizi qara görürəm?! Onları yumaqla təmizliyinizə diqqət yetirin».[190]

DİŞ FIRÇASININ MÜSBӘT XÜSUSİYYӘTLӘRİ

Peyğəmbər (s) Әli (ə)-a xitab edərək buyurur: «Ey Әli! Dişləri yumağın insana on iki xeyri var: Həm sünnəmə riayət olunur, həm də ağız təmiz saxlanmaqla gözün görmə qabiliyyəti güclənir. Həmçinin Allahı razı salır, dişləri ağardır, ağızın natəmizliyini aradan aparır, damağı bərkidir, iştahanı gücləndirir, xeyirxahlığı çoxaldır və nəhayət mələklərin sevincinə səbəb olur».[191]

Әli (ə) buyurur:

«Dişləri yumaq Peyğəmbərin (s) sünnələrindən biridir. Bu gözəl sünnəyə əməl etməklə həm Allahın razılığına nail olmaq olur, həm də ağızın təmizliyinə».[192]

Başqa bir yerdə buyurur:

«Dişləri yumaq gözün görmə qabiliyyətini artırır».[193]

İmam Sadiq (ə) buyurur:

«Dişlərinizi yuyun, çünki bu sinədəki vəsvəsənin aradan getməsinə səbəb olur».[194]

İmam Riza (ə) buyurur:



Geri   İrəli
Go to TOP