A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik)
Müəllif: İsmayıl Əhmədov
Naşir: Şəhriyar
Çap tarixi: 2006
Səhifələrin sayı: 120
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu səbəbdən də islam dini bu məsələyə iki yöndən nəzər salır:

1. Şər᾿i;

2. Әxlaqi.

İslam dini səfərlərin halal və haram olduqlarını və bütün bunları nəzərə alaraq, namaz və orucla bağlı olan məsələlərdə müsəlmanların üzərinə düşən vəzifələri əvvəlcədən müəyyən etmişdir. Lakin əxlaqi nöqteyi-nəzərdən insanın başqaları ilə, xüsusilə yol yoldaşı olduğu şəxslərlə bərqərar etdiyi ictimai əlaqələr, dostluq münasibətləri və səfər boyu riayət edilməsi lazım olan əxlaq normaları haqda dəyərli tövsiyələr edir.

Bu dərsimizdə Mə᾿sum imamların kəlamlarından istifadə edərək, ilk növbədə edilən səfərlərdən məqsəd, daha sonra verdiyi müsbət nəticələr, növbəti dərsimizdə isə səfər zamanı riayət olunması zəruri olan əxlaq qaydaları haqda söhbət açacağıq.

SӘFӘRDӘN MӘQSӘD

1 ELM VӘ TӘHSİL

Müsbət xarakterli səfərlərdən biri də elm və təhsil, xüsusilə ibrət alaraq ilahi nişanələri seyr edib, dini maarif ilə tanışlıq xarakteri daşıyan səfərlərdir. Allah-taala Qur᾿ani-kərimdə buyurur:

«[Ya Məhəmməd!] De ki: Yer üzünü gəzib Allahın məxluqatı yaratmağa ilk əvvəldən nə cür başladığına baxın. Sonra da Allah axirət həyatını yaradacaqdır. [Birinci yaradılışdan sonra ikinci yaradılış gələcəkdir]. Allah hər şeyə qadirdir!»[451]

Başqa bir ayədə buyurulur:

«Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri [bəsirət gözləri], eşidən qulaqları olsun?...»[452]

Göründüyü kimi, Allah-taala keçmiş ümmətlərin itaətsizlik üzündən şəhər, kənd və qəsrlərinin viran olduğunu bəyan etdikdən sonra, Özünün müt᾿i bəndələrini yer üzünü seyr edərək, özlərindən əvvəlkilərin aqibətindən ibrət almalarını əmr edir. Allah-taala Qur᾿ani-kərimin bir neçə ayəsində bu mətləbə işarə edərək buyurur:

«[Ey müsəlmanlar!] Sizdən əvvəl bir çox vaqiələr [ibrətli əhvalatlar] olub keçmişdir. İndi yer üzünü dolaşıb haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün.»[453]

Nəhl surəsinin 36 və Әn᾿am surəsinin 11-ci ayəsi, eləcə də Ğafir-21, Yusif-109, Rum-9, Fatir-44 və Məhəmməd surəsinin 10-cu ayələri həmin mə᾿nanı daşıyır.

Peyğəmbər (s) buyurur:

«Elm və təhsil məqsədilə evindən xaric olan şəxslər qayıdanadək Allah yolunda olarlar».[454]

Başqa bir yerdə buyurur:

«Allah elmə yiyələnmək ümidi ilə səfərə çıxan şəxsləri cənnətə aparan yollara yönəldər».[455]

2. DİNİN QORUNMASI

Tarix boyu mö᾿minlərdən bir çoxu yaşadıqları yerlərdə zalım və sitəmkarların zülmündən yaxa qurtarıb din və əqidələrini qorusunlar deyə, öz vətənlərini tərk etmiş və müxtəlif məntəqələrdə sakin olmuşlar. İslam nöqteyi-nəzərindən bu, səfər etməkdən ən gözəl məqsəd və «hicrətin» ən başlıca nümunəsi hesab olunur.

Allah-taala Qur᾿ani-kərimdə sitəmkarların zülmləri nəticəsində din və əqidələrindən əl çəkmiş zəif iradəli insanları danlaq atəşinə tutaraq buyurur:

«Mələklər öz nəfslərinə zülm edənlərin canlarını alarkən [onlara] deyəcəklər: Siz [hicrət zamanı] nə vəziyyətdə idiniz? Onlar söyləyəcəklər: Biz yer üzündə zəif [aciz] kəslər idik! [Mələklər də onlara]: Allahın torpağı geniş deyilmidi ki, siz də hicrət edəydiniz? –deyəcəklər...»[456]

Bir çox ayələrdə isə Allah-taala Öz doğma yurd-yuvalarını tərk etmiş sadiq mö᾿minlərə böyük mükafatlar və᾿d edərək buyurur:

«Allah yolunda hicrət edən şəxs yer üzündə çoxlu sığınacaq və genişlik [bolluq] tapar. Kim evindən çıxıb Allaha və Onun Peyğəmbərinə tərəf hicrət etsə, sonra isə [mənzil başına çatmadan] ölüm onu haqlasa, həmin şəxsin mükafatını Allah Özü verər..»[457]

3. HӘCC VӘ ZİYARӘT

Səhhət və maddi vəziyyəti imkan verən şəxslər ömürlərində bir dəfə Kə᾿bə evinə gələrək Həcc ziyarətini yerinə yetirməlidir. Həmçinin maddi vəziyyəti imkan verdiyi təqdirdə, Peyğəmbəri (s) və Mə᾿sum imamları (ə) ziyarət etməlidir. Həcc ziyarəti məqsədilə edilən səfərlər insan mə᾿nəviyyatına olduqca böyük tə᾿sir bağışlayır.

4. QAZANC

İslam dininin tövsiyə etdiyi xoş məramlı səfərlərdən biri də ehtiyaclarını ödənilməsi üçün qazanc məqsədli edilən səfərlərdir.

İmam Sadiq (ə) buyurur:

«Həzrət Davuda nazil olmuş hikmətlə dolu olan nidalardan birində deyilirdi:

«İnsan öz yurd yuvasını yalnız üç halda tərk etməlidir: 1. Axirət dünyası üçün Allah rizası qazanmaq; 2. Maddi ehtiyacları tə᾿min etmək; 3. Haram olmayan dünyəvi ləzzətlərdən bəhrələnmək.»[458]

SӘFӘRİN VERDİYİ MÜSBӘT NӘTİCӘLӘR

Peyğəmbər (s) buyurur:

«Səfərə çıxın ki, daim özünüzü yüksək əhval-ruhiyyəli hiss edəsiniz, səfərə çıxın ki, gördüyünüz yerlərdən bəhrələnəsiziniz.»[459]

«Səfərə çıxın ki, var-dövlət əldə etməsəniz də, dünya görüşünüz artsın.»[460]

«Səfərə çıxın ki, bədəniniz sağlam, ruziniz də bol olsun».[461]

Әli (ə) səfərin beş müsbət nəticə verdiyini hesab edir:

1. Gəzinti, istirahət və mə᾿nəvi rahatlıq;

2. Maddi ehtiyacların tə᾿min olunması;

3. Elmə yiyələnmək;

4. Әxlaq və müxtəlif adət-ən᾿ənələrlə tanışlıq;

5. Böyüklərlə ünsiyyət.

Demək, səfər insanların həm mə᾿nəvi, həm də maddi inkişafına səbəb olur. Belə ki, müxtəlif ölkə və şəhərləri seyr etməklə insan bir çox adət-ən᾿ənələrlə tanış olur, onlarla maddi mənafeyinə müsbət tə᾿sir göstərəcək ictimai, siyasi, mədəni, ticarət və s. əlaqələr qurur. Bunu da qeyd edək ki, tarix boyu müsəlmanlar öz yurd və yuvalarını məcburi olaraq tərk etməklə hicrət etdikləri məntəqələrin əhalisini islam din və mədəniyyəti ilə tanış etmiş və onların böyük bir hissəsini islama də᾿vət etməyə nail olmuşlar. Nəticədə böyük ölkə və şəhərlərin əhalisi islamı qəbul edərək islam ölkələrinin əsasını qoymuşlar.

 

 

 

 

 

 

 

 

SUALLAR VӘ TAPŞIRIQLAR

1. Dini tə᾿limlərlə tanış olmaq məqsədilə edilən səfərlər hansı yönümlərdə həyata keçirilməlidir?

2. Qur᾿ani-kərim hansı səfərləri tövsiyə edir?

3. Allah-taala Qur᾿ani-kərimdə zalımların təzyiqinə mə᾿ruz qalmış və onların zülmünə dözərək öz vətənlərini tərk etməyənlərə qarşı necə münasibət bəsləyir?

4. İmam Sadiq (ə)-dan nəql olunmuş hədisə istinad etməklə, hansı hallarda hicrət etməyin zəruri olmasını bəyan edin.

5. Səfərin verdiyi müsbət nəticələri bəyan edin.

ALTMIŞINCI DӘRS

SӘFӘR ZAMANI RİAYӘT OLUNAN QAYDA-QANUNLAR

Səfər tədarükü görən hər bir şəxs səfərə çıxmazdan əvvəl yol yoldaşı ilə əlaqəli olan bir neçə məsələyə diqqət yetirməlidir:

1. YOL YOLDAŞININ SEÇİLMӘSİ

Səfərə çıxan hər bir şəxs səfərin həm maraqlı, həm də təhlükəsiz olması üçün özünə yol yoldaşı seçməlidir. Beləliklə o, özünə həm köməkçi, həm də yeni yoldaş qazanmış olur. İmam Cə᾿fər Sadiq (ə) buyurur: «Peyğəmbər (s) buyurardı: İnsanların ən pisinin kim olduğunu bilmək istəyirsinizmi?» Dedilər: Bəli, ey Allahın peyğəmbəri. Buyurdu: «O kəsdir ki, yola tək çıxmış, yoldaşlarından öz köməyini əsirgəmiş və öz xidmətçiləri ilə kobud davranmış olsun».[462]

Başqa bir hədisdə buyurur:

«Peyğəmbər (s) bu üç şəxsi lə᾿nətləyərdi: Yol azuqəsini tək yeyənləri, evdə tək yatanları və səhrada tək səfərə çıxanları».[463]

Peyğəmbər (s) buyurur:

«Әvvəl yol yoldaşını seçin, sonra səfərə çıxın».[464]

Eyni zamanda yol yoldaşının kimliyinə diqqət yetirilməli, səfərə münasib şəxslər seçilməlidir. Çünki qarşılıqlı tə᾿sir qoyma hallarından biri də səfər zamanı yol yoldaşları ilə bərqərar olunan yoldaşlıq münasibətlərindən irəli gəlir. Bunun üçün də səfər zamanı xoş tə᾿sir bağışlayan şəxslərlə yol yoldaşı olmaq lazımdır.

Həzrət Әli (ə) buyurur:

«Hörmətlə yanaşdığınız, lakin sizə qarşı həmin münasibəti bəsləməyənlərlə yol yoldaşı olmayın».[465]

2. HAQLARIN ÖDӘNİLMӘSİ

Səfərə çıxmazdan əvvəl hər bir şəxs ailə üzvlərinin və ya himayəsində olan şəxslərin maddi təlabatını ödəməli, borclu olduğu şəxslərə öz borcunu qaytarmalı, buna imkanı olmadığı təqdirdə isə, bu işə öz yaxınlarını vəsiyyət etməlidir.

Eyni zamanda bu işə ilahi hökmlərin icrasında da böyük diqqət yetirmək lazımdır.

3. YOL AZUQӘSİ

Yola çıxmazdan əvvəl səfər boyu istifadə olunacaq yemək-içmək azuqəsi tədarük görmək lazımdır. Әks təqdirdə, səfər olduqca məşəqqətli və başqalarının narahatçılığına səbəb olacaqdır.

Peyğəmbər (s) buyurur:

«İnsanın şərəf və böyüklüyünə dəlalət edən şeylərdən biri də səfər zamanı yola azuqə götürməsidir».[466]

Başqa bir hədisdə buyurur:

«Sünnəmdən biri də cəm halda səfərə çıxarkən müsafirlərin hər biri öz xərcini əvvəlcədən ayırmasıdır. Çünki bu, hər bir insana ucalıq və şərəf nəsib edir».[467]

Yə᾿ni, müsafirlərin hər biri bərabər olaraq yol xərclərini öz aralarında bölməli və beləliklə həm yol xərci az olan şəxslərin təhqir olmasına, həm də başqalarının onun xərcini ödəməyə yol verməməlidir. Belə bir şəraitdə müsafirlər yüksək əxlaqa malik olacaqlar.

4. ZİKR VӘ DUA

Yaxşı olar ki, müsafirlər yola çıxmazdan əvvəl Allahın adını zikr edib öz səfərlərini Qur᾿an, ayətəl-kürsi və ya Mə᾿sum imamlardan (ə) nəql olunmuş dualarla başlasınlar.

Nəql olunmuş rəvayətlərdən birində səfər zamanı imam Sadiq (ə)-ın bu duanı oxuduğu göstərilir:

«İlahi! Yolumuzu uğurlu və asan et və sağlamlığımızı daha da artır».[468]

Başqa bir rəvayətdə deyilir: İmam Sadiq (ə) hər hansı bir işə başlamazdan əvvəl bu ayəni oxuyardı:

«...Bunları bizə ram edən Allah pak və müqəddəsdir! [Әgər Allahın köməyi olmasaydı] bizim onlara gücümüz çatmazdı».[469]

Daha sonra yeddi dəfə «Subhanəllah», yeddi dəfə «Әlhəmdulillah», yeddi dəfə də «La İlahə İlləllah» deyərdi.

İmam Riza (ə) buyurur:

«İstər səfər üçün, istərsə də adi hallarda evinizdən çıxmaq istərkən deyin: Allahın adı ilə! Allaha iman gətirib Ona arxalandım. Allah necə istəsə, elə də olacaqdır. Ondan böyük və əzəmətli qüdrət sahibi yoxdur».[470]

5. SӘDӘQӘ

İslam dininin tə᾿kidlə tövsiyə etdiyi məsələlərdən biri də səfərin uğurlu keçməsi üçün yola çıxmazdan əvvəl yoxsul və imkansızlara maddi yardımın olunmasıdır. Belə ki, nəql olunmuş bir çox rəvayətlərdə sədəqə verməklə səfər zamanı bir çox təhlükələrin qarşısının alındığı göstərilir.

Peyğəmbər (s) buyurur:

«Sədəqə bəlaları dəf edir».[471]

«Sədəqə yetmiş növ şər və pisliklərin qapısını bağlayır».

«Sədəqə ən azı cüzam xəstəliyi kimi yetmiş növ dərd bəlanı insandan dəf edir».[472]

«Sədəqə ağır ölümün qarşısını alır».[473]

6. ANLAŞIQLIQ

Səfər zamanı müsafirlər bir-birləri ilə gülərüz və mehribanlıqla davranmalıdırlar. Çünki kobud rəftar, anlaşılmazlıq və qaraqabaqlıq əxlaq normalarına zidd olmaqla yanaşı, səfərin olduqca ağır və dözülməz keçməsinə də səbəb olur.

Peyğəmbər (s) buyurur:

«İki nəfər şəxs bir-birləri ilə həmsöhbət olduğu zaman daha mülayim davranan şəxs daha çox savab qazanaraq Allahın nəzərində daha sevimli olar».[474]

Başqa bir hədisdə buyurur:

«Müsafirlərə xas olan əxlaqi xüsusiyyətlərdən biri də yol azuqəsinin başqalarına verilməsi və yol yoldaşları ilə gözəl davranaraq günaha yol vermədən zarafat etmələridir.»[475]

Әli (ə) buyurur:

«Әdəb və mə᾿rifət sahibi olan müsafirlərə xas olan xüsusiyyətlər bunlardan ibarətdir:

1. Yol azuqəsini başqalarına təklif etmək;

2. Yol yoldaşları ilə az müxalifət etmək;

3. Harada olursa olsun, Allahı yad etmək».

İmam Cə᾿fər Sadiq (ə) buyurur:

«Mürüvvət sahibi müsafirlər bu xüsusiyyətlərə malik olarlar:

1. Yol azuqəsini yol yoldaşlarına təklif etmək;

2. Allahın narazılığına səbəb olan zarafat etməmək;

3. Yol yoldaşları ilə müxalifət etməmək;

4. Ayrıldıqdan sonra yol yoldaşlarına xoşagəlməz sözlər deməmək».[476]

Başqa bir hədisdə buyurur: «Loğman oğluna tövsiyə edərək dedi: «Səfərə çıxdığınız zaman yoldaşlarınla bütün işlərdə məsləhətləş və onlara bolluca sevinc bəxş et. Yol azuqəndən onlara da təklif et, onlar da səni öz süfrələrinə də᾿vət etdikdə də᾿vətlərini qəbul et və səndən kömək istədikdə köməyini onlardan əsirgəmə».[477]

7. HӘDİYYӘ GӘTİRİLMӘLİ

Nəql olunmuş rəvayətlərdə el-obasını tərk etmiş müsafirlərə cüzi də olsa, gözü yolda olan ailə üzvləri üçün hədiyyə və sovqatlar gətirmək tövsiyə edilmişdir.

Peyğəmbər (s) buyurur:

«Sizlərdən hər hansı biriniz səfərə çıxdığınız zaman el-obanıza qayıtdıqda qırıq daş parçası olsa belə, ailəniz üçün hədiyyələr gətirin».[478]

Dediklərimizlə yanaşı, müsafirlərin üzərinə müəyyən vəzifələr də düşür. Məsələn, yola düşməzdən əvvəl iki rük᾿ət namaz qılıb Allah-taaladan səfərinin uğurlu olmasını diləməlidir. Sonra qohum-əqrəba və dost-tanışları ilə vidalaşıb onlarla halallaşmalıdır. Peyğəmbər (ə) bu haqda buyurur:

«Üç nəfər səfərə çıxdıqda aralarından bir nəfər rəhbər və bələdçi tə᾿yin olunmalıdır.»[479]

Bunu da qeyd edək ki, karvana rəhbər tə᾿yin olunan şəxs üzərinə düşən vəzifənin öhdəsindən məs᾿uliyyətlə gəlməli və ona tabe olan şəxslərin qayğısına qalaraq çətinliklərinin aradan qaldırılmasında əlindən gələni əsirgəməməlidir.

Peyğəmbər (ə) buyurur:

«Hər bir qövm və dəstənin başçısı səfər zamanı onların xidmətçisi olmalıdır.»[480]



[1] Әləq 1-5.

[2] Mücadilə-11.

[3] Bəqərə-269.

[4] Ali-İmran-7.

[5] Ali-İmran-18.

[6] İsra 107-109.

[7] Fatir-28.

[8] Səhih Buxari, Elm fəsli-70.

[9] Biharul-ənvar, 2-ci cild, Elm kitabı.

[10] Sünəni İbni Macə, 1-ci cild, 17-ci bab, 223-cü hədis.

[11] Sünəni ibni Davud, 2-ci cild, səh-285.

[12] Ehyaul-ülum, Ğəzzali, Elm kitabı.

[13] Həmən mənbə.

[14] Kənzül-ümmal, 28769-cü hədis.

[15] Ehyaul-ülum, Ğəzzali, Elm kitabı. Әsqəlanidən nəql olunur.

[16] Ehyaul-ülum, Ğəzzali, Elm kitabı, Təbəranidən nəql olunur.

[17] Әttrəğib-vəttərhib, 1-ci cild, səh-102, 36-cı hədis.

[18] Sünəni Termezi, Elm kitabı, 11-ci bab, 2681-ci hədis.

[19] Ehyul-ülum, Ğəzzali, Elm kitabı, Xətibdən nəql olunur.

[20] Sünəni ibni Macə, 1209-cu hədis.

[21] Sünəni ibni Macə, 20-ci bab, 243-cü hədis.

[22] Kənzül-ümmal, 28736-cı hədis.

[23] Biharul-ənvar, 1-ci cild, Elm kitabı.

[24] Kənzül-ümmal, 28761-ci hədis.

[25] Sünəni ibni Macə, 1-ci cild, 17-ci bab, 224-cü hədis.

[26] Kənzül-ümmal, 28697-ci hədis, Biharul-ənvar, 1-ci cild, Elm kitabı.

[27] Әttərğib-vəttərhib, 1-ci cild, səh-96.

[28] Fəxri Razinin təfsiri, 2-ci cild, səh-180.

[29] Fəxri Razinin təfsiri, 2-ci cild, səh-180.

[30] Sünəni Termezi, 1647-ci hədis.

[31] Kənzül-ümmal, 28726-cı hədis. Biharul-ənvar, 1-ci cild, Elm kitabı.

[32] Әttərğib-vəttərhib, 1-ci cild, səh-97.

[33] Kənzül-ümmal, 28833-cü hədis.

[34] Kənzül-ümmal, 28725-ci hədis.

[35] Həmən mənbə, 28746-cı hədis.

[36] Sünəni ibni Macə, Kənzül-ümmal, 28701 və 28873.

[37] Üsuli-kafi, Elmin fəziləti.

[38] Biharul-ənvar, 1-ci cild, Elm kitabı.

[39] Ğürərül-hikəm.

[40] Həmən mənbə.

[41] Biharul-ənvar, 1-ci cild, Elm kitabı.

[42] Üsuli-kafi, 1-ci cild, Elmin fəziləti.

[43] Üsuli-kafi, Elmin fəziləti.

[44] Həmən mənbə.

[45] Həmən mənbə.

[46] Kənzül-ümmal, xəbər, 2857.

[47] Kənzül-ümmal, xəbər, 28835.

[48] Həmən mənbə, xəbər, 28711.

[49] Həmən mənbə, xəbər, 28655.

[50] Biharul-ənvar, 1-ci cild, Elm kitabı.

[51] Kənzül-ümmal, xəbər, 28786.

[52] Nəhcül-bəlağə.

[53] Biharul-ənvar, 1-ci cild, Elm kitabı.

[54] Biharul-ənvar, 2-ci cild, Elm kitabı.

[55] Kənzül-ümmal, xəbər, 28761.

[56] Həmən mənbə, xəbər,28908.

[57] Üsuli-kafi, 1-ci cild, Elmin fəziləti.

[58] Həmən mənbə.

[59] Şura-19.

[60] İsra-19.

[61] Bəyyinə-4.

[62] Kənzül-ümmal, xəbər, 29020.

[63] Sünəni Termezi, 5-ci cild, Elm kitabı, bab-6.

[64] Kənzül-ümmal, xəbər, 29036.

[65] Sünəni Darmi, 1-ci cild.

[66] Həmən mənbə.

[67] Həmən mənbə.

[68] Üsuli-kafi, 1-ci cild, Elmin fəziləti.

[69] Həmən mənbə.

[70] Nəhcül-bəlağə, 154-cü xütbə.

[71] Biharul-ənvar, 1-ci cild, Elm kitabı.

[72] Kənzül-ümmal, xəbər, 3609.

[73] Ğürərül-hikəm.

[74] Həmən mənbə.

[75] Səff 2-3.

[76] Cümə-5.

[77] Üsuli-kafi, 1-ci cild, Elmin fəziləti.

[78] Biharul-ənvar, 76-cı cild, bab-67.

[79] Mizanul-hikmət, bab-2888.

[80] Biharul-ənvar, 2-ci cild, Elm kitabı.

[81] Üsuli-kafi, 1-ci cild, Elmin fəziləti.

[82] Üsuli-kafi, 1-ci cild, Elmin fəziləti.

[83] Həmən mənbə.

[84] Biharul-ənvar, 2-ci cild, Elm kitabı.

[85] Kənzül-ümmal, xəbər, 28701.

[86] Bihurl-ənvar, 1-ci cild, Elm kitabı.

[87] Üsuli-kafi, Elmin fəziləti, Üləmanın sifətləri babı.

[88] Sünəni ibni Davud, Әdəb kitabı, 4997-ci hədis.

[89] Biharul-ənvar, 1-ci cild, Elm kitabı.

[90] Bəqərə-159.

[91] Elmin fəziləti.

[92] Biharul-ənvar, 2-ci cild, Elm kitabı.

[93] Səhih Buxari, 1-ci cild, İman kitabı.

[94] Taha-44.

[95] Sünəni əbi-Davud, 4-ci cild, 5094-cü hədis.

[96] Həmən mənbə, 5095-ci hədis.

[97] Sünəni Darmi, 1-ci cild.

[98] Üsuli-kafi, 1-ci cild, Elmin fəziləti.

[99] Səhih Buxari, 1-ci cild, İman kitabı.

[100] Cameüs-səğir, 2-ci cild, mim hərfi.

[101] Mən la yəhzərul vəqih, 2-ci cild, 1424-cü hədis.

[102] Kənzül-ümmal, xəbər 28717.

[103] Nur-32.

[104] Biharul-ənvar, 102-ci cild.

[105] Səhih Buxari, 7-ci cild, Әhyayi ülümiddin, Nikah ədəbi kitabı.

[106] Həmən mənbə.

[107] Üsuli-kafi, 5-ci cild.

[108] Biharul-ənvar, 103-cü cild.

[109] Kənzül-ümmal, 44448-ci xəbər.

[110] Biharul-ənvar, 103-cü cild.

[111] Həmən mənbə.

[112] Kənzül-ümmal, 44441-ci xəbər.

[113] Biharul-ənvar, 103-cü cild.

[114] Әnbiya 89-90.

[115] Məryəm 2-5.

[116] Ğürərül-hikəm.

[117] Biharul-ənvar, 78-ci cild.

[118] Üsuli-kafi, 5-ci cild.

[119] Məkarimul-əxlaq, Təbərsi.



Geri   İrəli
Go to TOP