A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
Müəllif: Seyyid Məhəmməd Məsud Məsumi
Naşir: Fəcri Quran
Çap tarixi: 2005
Səhifələrin sayı: 188
Çap növbəsi: Birinci
Tirajı: 5000
Geri   İrəli


Məsələ 229: Ərlə arvadın hər biri aşağıdakı şərtlərlə digəri barəsində təhqiq apara bilər:

1-Baxış ləzzət və reybə qəsdə ilə olmasın;

2-İzdivac bu baxışa bağlı olsun;

3-Bu iki şəxsin evlənməsinə heç bir maneə olmasın.

İmam və Fazil "Ürvə", "Nikah", məsələ: 26

İmam "Təhrirül-vəsilə", "nikah", məsələ 28 və: İstifta

Xamenei: İstifta

Bəhcət: Əksinə, əgər belə bir baxış əqddən sonra yarana biləcək çəkişmələrin qarşısını almaq məqsədilə həm də müstəhəbbdir, bunun caizliyinə qadının icazəsi lazım deyildir, həmçinin qadın da evlənmək ərə getmək istədiyi kişinin qeyd olunan şərtlərlə bədəninə baxa bilər. "Tovzihul-məsail" məsələ 1944 və İstifta

Sistani: Evlənmək məqsədilə naməhrəmə baxmağın şərtləri aşağıdakılardır:

1-İzdivac bu baxışa bağlı olsun;

2-O iki şəxsin izdivacına heç bir maneə olmasın;

3-Onun halı barədə əvvəlcədən məlumatlı fərd olmasın.

4-Qarşı tərəfin qəbul etməsinə ehtimal versin.

5-Həmin şəxslə izdivac etmək istəsin, nəinki, hansı ilə evlənməsini təyin etmək üçün bir neçə nəfərə baxsın.

"Minhacüs-salehin", "Nikah", məsələ: 28

Məkarim: Yalnız qadının üzünə, əllərinə, saçlarına, boynuna və bunların ətrafından bir miqdara, yaxud libas üzrindən bədənin həcminə baxa bilər. "Ürvə", "Nikah", məsələ:26

BİRİNCİ ŞƏRTƏ ƏSASƏN:

Məsələ 230: Onlardan hər birini ləzzət qəsdi ilə digə­rinə baxması caiz deyildir. Lakin, əgər onu gördük­də sonra təbii olaraq ləzzət gələcəyini bilirsə, işkalı yoxdur.

İmam, Fazil, Məkarim, "Ürvə", "nikah", məsələ 26

Xamenei: İstifta

Sistani, Minhacus-salihin", "nikah", məsələ 28

Məsələ 231: Yaxşı olar ki, bu baxış nazik paltar üzərindən olsun.

İmam Təhrir "Nikah", məsələ: 28

Məkarim: İstifta

İKİNCİ ŞƏRTƏ ƏSASƏN:

Məsələ 232: Bu baxmaq ər-arvadın əncam verdiyi axırıncı təhqiqat olmalıdır.

İmam, Fazil, Məkarim, "Ürvə", "nikah", 26-cı məsələdən istifadə etməklə

Bəhcət: "Tovzihul-Məsail", 1944-cü məsələdən istifadə etməklə.

Xamenei: İstifta.

İzah: Ərlə arvadın hər biri gərək (digəri barəsində) sair təhqiqatların hamısını aparmış olsunlar və əqd yalnız bu baxışa bağlı olsun: əgər bəyənmiş olsalar əqd baş versin.

Məsələ 233: Əgər əqd bu baxışa bağlı olmazsa, yaxud ne­cə olmasının insan üçün fərqi olamazsa, yaxud da na­mə­lum bir şey mövcud olmazsa onun bədəninə baxa bil­məz.

İmam, Fazil, Məkarim, "Ürvə", "nikah", 26-cı məsələdən istifadə etməklə

İmam Təhrir "Nikah", məsələ: 28

Bəhcət "Tovzihul-məsail" 1944-cü məsələdən istifadə etməklə

Xamenei: İstifta

Sistani: Əgər heç bir naməlum şey (məlumatsızlıq) mövcud olmazsa və şəxs əvvəlcədən başqasının halından agah olarsa, üzü və əllərindən başqa yerə baxması caiz deyildir. "Minhacüs-salehin", məsələ 28

ÜÇÜNCÜ ŞƏRTƏ ƏSASƏN

Məsələ 234: Əqddə başqa bir maneə olmalıdır.

İmam, Fazil, Məkarim: "Ürvə", "nikah", 26-cı məsələdən istifadə etməklə.

Bəhcət "Tovzihul-məsail", 1944-cü məsələdən istifadə etməklə

Xamenei:İstifta

Sistani "Minhacus-salehin" Nikah 28-ci məsələdən istifadə etməklə

* NƏTİCƏDƏ: Misal üçün, əgər qızın atası bu evlənməyə icazə vermirsə, yaxud kişi hal-hazırda bu qadınla evlənə bilməzsə, yaxud qadının əri varsa (hətta sonradan təlaq almasını qərara alıbsa) bu kimi halların heç birində onlardan biri digərinin bədəninə baxa bilməz.

Məsələ (Sual) 235:

a) Kişinin evlənmək istədiyi qadının gözəlliyindən agah olmaq məqsədi ilə onun şəklinə baxması caizdirmi? Əlbəttə, qadının kamil hicaba riayət etmədiyi halda.

b) Bir neçə qadının şəklinə baxıb onların arasından bir nəfərini evlənmək üçün seçmək istəsə necə?

}avab: Əgər ləzzət qəsdi ilə olmazsa eybi yoxdur.

İmam, Bəhcət, Xamenei, Fazil: İstifta

Sistani:

a) Qadının şəkli əgər tanış olsa o qadının öz hökmündədir.

b) Qadınlar tanış olsalar ehtiyac-vacibə görə caiz deyildir İstifta

İSTİXARƏNİN HÖKMLƏRİ

Məsələ 236: Əgər bir şəxs müəyyən bir iş, misal üçün izdivac üçün istixarə etsə, istixarənin nəticəsinə əməl etməsi vacib deyildir.

İmam: "İstiftaat" 2-ci cild, 75 və 76-cı suallardan istifadə etməklə.

Bəhcət, Xamenei, Fazil: İstifta

Məsələ (Sual) 237: Ümumiyyətlə islam nəzərindən hə­ya­tın mühüm məsələlərində, o cümlədən izdivac, yaxud mü­hüm qərar qəbul etmələr zamanı təsbeh Quran, yaxud zatur-riqa ilə istixarə etmək səhihdirmi?

Cavab: İmamlardan gəlib çatan yollarla işlərin han­sı birini seçməkdə sərgərdançılığı (misal üçün, iki yol ayrıcında qalmaq) aradan qaldırmaq məqsədi ilə Al­lah-Taala ilə məşvərət və istixarə etməyin işkalı yox­dur.

İmam "İstiftaat" 2-ci cild, sual 73 Bəhcət, Xamenei, Fazil: İstifta

Məkarim: Əlbəttə, istixarə məşvərət və təhqiqdən sonra və çətinliyin həll olunmadığı halda edilməlidir. İstifta

Məsələ (Sual) 238: İstixarə düzgündürmü? Hər hansı bir xeyir iş qabağa gələn zaman istixarə edib pis gələrsə, istixarəyə əməl etməliyikmi və ona etiqad bağlamalıyıqmı?

Cavab: Bu, etiqad prinsiplərindən deyildir ki, ona etiqad bəsləmək lazım olsun; amma sərgərdançılıq vəziyyətində rəca ümidi ilə eybi yoxdur.

İmam "İstaftaat" 2-ci cild, sual 74 Xamenei və Məkarim: İstifta

Məsələ (Sual) 239: Mən bir qız üçün elçiliyə get­mişdim. İlk mərhələlərin ötməsindən və təhqiqat apar­dıqdan sonra özləri də bizim yaxşı adam olmağımızı bildilər və başqaları da bunu dedilər. Lakin atası gedib istixarə etdi və pis gəldi. Biz "yaxşı iş istixarə istəməz" dedik, lakin o deyir ki, mən istixarəyə arxa çevirə bilmərəm. Xahiş edirəm deyin görək, bu istixarə düzgündürmü?

}avab: İstixarə ilzama səbəb olmaz (ona əməl etmək vacib deyildir).

İmam "İstiftaat" 2-ci cild, sual 75

Bəhcət, Xamenei, Fazil: İstifta

NİŞANLI OLMAĞIN HÖKMLƏRİ

Məsələ 240: Əgər "nişanlılıq" dedikdə məqsəd ər ilə arvadın evlənmək qəsdində olduqları halda arala­rında məhrəmliyə səbəb olacaq heç bir əqdin oxunmadığı zaman olarsa onlar bir-birinə naməhrəmdirlər və sair naməhrəmlərlə onların arsında heç bir fərq yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim: İstifta

* NƏTİCƏDƏ: Onların ləzzət qəsdi ilə bir-birlərinə baxmaları, əl verib görüşmələri, yaxud hər hansı növdən olan bədən təmasları, qapalı mühitlərdə xəl­vət yerdə olmaları (əvvəldə deyilən şərtlər əsa­sın­da), bir-birinin yanında kifayət qədər islami hica­ba və ör­pəyə riayət etməmələri, adətən ər-arvad ara­sın­da möv­cud olan şəkildə bir-biri ilə ünsiyyətdə olmaları və s. iki naməhrəm şəxs arasında haram olan əlaqə halla­rın­dandır ki, qızla oğlan ondan çəkinməlidir.

DAİMİ ƏQDDƏN QABAQ MÜVƏQQƏTİ ƏQD SİĞƏSİ

Məsələ 241: Qızın vəlisinin icazəsi ilə nişan­lılar arasında müvəqqəti siğə oxunmağın işkalı yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil, Sistani, Məkarim: İstifta

Sistani "Tovzihul-məsail" 2385-ci məsələ "Minhacus-salihin" nikah 67 və 68-ci məsələlərdən istifadə etməklə.

Məsələ 242: Qız və oğlan daimi əqddən qabaq qızın atasının icazəsi olmadan öz aralarında müvəqqəti əqd siğəsi oxuya bilərmi?

Cavab: Əgər qız bakirədirsə atasının icazəsi olma­dan siğənin oxunması səhih deyildir. Bundan ayrı hal­lar­da atanın icazəsi lazım deyil.

İmam, Xamenei, Fazil, Sistani: İstifta

Təbrizi: Əgər qız bakirədirsə ehtiyata görə əqdin oxunması ata ya ata tərəfindən olan babanın icazəsi olmadan səhih deyildir. Əgər bakirə olmazsa bu icazə lazım deyil. İstifta

Bəhcət və Məkarim: Həddi-büluğa çatan rəşidə – yəni öz məsləhətinin ayırd edə bilən qız bakirə olarsa, ehtiyat budur ki, atasından, yaxud ata tərəfindən olan babasından icazə alınsın.

Məkarim: "Tovzihul-məsail" məsələ 2037 Bəhcət: "Tovzihul-məsail", 1891-ci məsələdən istifadə etməklə və İstifta

Məsələ 243: Əgər müvəqqəti əqd siğəsi oxunsa və vaxtı qurtarandan sonra daim əqd oxunmazsa, qızın anası oğlan üçün ömrünün axırına qədər məhrəm olur.

İmam, Fazil, Məkarim, "Ürvə", Nikah fil Mühərrəmatifil Müsahirə məsələ 3

İmam Təhrir Nikahül qoul fil müsahirə

Bəhcət: "Tovzihul-məsail" 1906-cı məsələ Təbrizi: "Tovzihul-məsail" 2394-cü məsələ

Xamenei: İstifta

Sistani: "Tovzihul-məsail" 2394-cü məsələ

Məsələ 244: Əgər nişanlılar müvəqqəti əqdin vaxtı­nın qurtarmasından qabaq daimi əqdi icra etmək istəsələr, gərək kişi qalan vaxtı qadına hibə[15] (hədiyyə) eləsin.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Məkarim: İstifta

Sistani "Minhacüs-salehin" Nikahün fil etidadi və ma bi hökmihi məsələ 193

Fazil "}ameül-məsail" 2-ci cild, 1004-cü sualdan istifadə etməklə.

Məsələ 245: Əgər oğlan vaxtın qalanını hibə etməzsə (istər bilməməzlikdən, istərsə unutqanlıq üzündən) bunun ardınca da daimi əqd oxunsa, onların daimi əqdi batildir. Gərək siğənin vaxtının qurtarmasından, yaxud qalan vaxtın bağışlanmasından sonra yenidən daimi əqd oxunsun.

İmam, Bəhcət, Xamenei, Fazil, Məkarim: İstifta

Məsələ 246: Mən izdivac edərkən daim əqd oxunmazdan qabaq (hazırkı) həyat yoldaşımla iki aylıq müvəqqəti siğə vasitəsilə məhrəm olmuşdum. Amma müvəqqəti əqdin oxunmasından bir ay keçəndən sonra daimi əqd oxuduq. İndiyə qədər də bir-birmizlə yaşayırıq. Bizim daim əqdimiz düzgün olubmu?

Cavab: Əgər müvəqqəti əqdinin qalan vaxtını öz arvadına hibə etmisənsə daim əqdiniz düzgündür, əks halda yenidən daimi əqd oxunmalıdır.

İmam, Becət, Xamenei, Fazil, Məkarim: İstifta

ƏQD VƏ TOY MƏRASİMLƏRİNİN HÖKMLƏRİ

Məsələ 247: Kürəkən üçün onun istifadəsi məqsədilə hər növ qızıl məmulatları almaq caiz deyildir, hətta sep, yaxud qol düyməsi, yaxud saat və sair kimi şey olsa belə.

İmam: İstifta, 2-ci cild, səh.8; "Tovzihul-məsail", 2068-ci məsələdən istifadə etməklə.

Bəhcət və Xamenei: İstifta.

Sistani: "Tovziul-məsail", 2076-cı məsələdən istifadə etməklə.

Fazil: "Camiul-məsail", 1-ci cild, səh.970, 971 və 258-ci məsələlərdən istifadə etməklə.

Məkarim: "Tovzihul-məail", 1662-ci məsələdən istifadə etməklə.

Təbrizi: Fərz olunan halda müamilə səhihdir, baxmayaraq ki, kürəkən üçün qızıl məmulatı geymək caiz deyildir, hətta üzük, saat və sair kimi əşyalar olsa da belə. İstifta.

Məsələ (Sual) 248: Evlənməyə məxsus olan qızıl sep­lərin alınması, yadigar qalmaq üçün və kişinin yalnız bayram günlərindən bir neçə saat ondan istifadə etmə­sinin hökmü nədir?

Cavab: Caiz deyildir.

Məsələ 249: Ağ qızılın hökmü sarı qızıl kimi deyildir və onu kürəkən üçün almağın işkalı yoxdur.

İmam: İstifta, 1-ci cild, "namaz qılanın paltarı", Sual: 58 və İstifta.

Təbrizi: İstifta.

Bəhcət, Xamenei, Fazil, Məkarim:

Xamenei, Fazil və Məkarim: Əgər ağ qızıl sarı qızıldan başqa bir filiz olarsa, eybi yoxdur. Əks halda həm sarı, həm ağ, həm də qırmızı qızılın hər üçü haramdır. İstifta.

Bəhcət: Əgər qızıl cinsindən, yaxud həmin mədəndən olmazsa, yaxud mütəxəssislər onu qızıl hesab etməzlərsə, işkalı yoxdur. Amma platinin işkalı yoxdur. İstifta.

Məsələ 250: Kürəkən üçün onun geyməsi məqsədilə xalis ipəkdən olan hər növ paltar almaq caiz deyildir.

İmam: "Tovzihul-məsail", 2060-cı məsələdən istifadə etməklə.

İmam, Bəhcət, Xamenei: İstifta.

Sistani: "Tovzihul-məsail", 2-76-cı məsələdən istifadə etməklə.

Fazil: "Camiul-məsail", 2-ci cild, 763-ü sualdan istifadə etməklə.

Məkarim: "Tovzihul-məsail", 1762-ci məsələdən istifadə etməklə.

Təbrizi: Fərz olunan surətdə müamilə səhihdir, baxmayaraq ki, kürəkən üçün xalis ipəkdən olan paltarın geyilməsi caiz deyildir. İstifta.

* NƏTİCƏDƏ: İstər köynək, istər mayka, istərsə də evdə rahatlıq üçün geyilən paltarlar – corab və s. kimi hər növ paltarın alınması əgər xalis ipəkdən olarsa, caiz deyildir.

Məsələ 251: Xums aid olan puldan xumsu verilməyincə al-ver etmək caiz deyildir. Yalnız şəriət hakimi, yaxud onun vəkili icazə verdiyi hallar istisna olunur.

İmam, Fazil, Məkarim: "Ürvə", "fi ma yəcidu fihi xums", məsələ: 75.

İmam: "Tovzihul-məsail", məsələ: 1790 və 1795.

Xamenei: İstifta.

Təbrizi və Sistani: Əgər xumsu verilməmiş pulun özü ilə bir şey alsa, bu halda satıcı on iki İmamçı şiədirsə, zahir budur ki, müamilə malın hamısına nisbətdə səhihdir. Bu pulla aldığı mala nisbətdə isə xums şamil olur. Şəriət hakiminin imza və icazəsinə heç bir ehtiyac duyulmur.

Təbrizi: "Tovzihul-məsail", 1769-cu məsələ.

Sistani: "Tovzihul-məsail", məsələ: 1769.

Məsələ 252: Əgər bir kəs (əvvəlki məsələyə diqqət yetirmədən) xums aid olan pul ilə bir şeyi alsa, şəriət hakimindən, yaxud onun vəkilindən icazə almalıdır. Bu halda əgər icazə versə, müamilə səhihdir. Əgər icazə verməzsə, müamilənin beşdə biri batildir.

İmam, Fazil və Məkarim: "Ürvə", fi ma yəcidu fihi xums", məsələ: 75.

İmam: "Tovzihul-məsail", məsələ: 1760.

Fazil: "Tovzihul-məsail", 1825 və 1827-ci məsələlərdən istifadə etməklə.

Bəhcət: Müamilə əsas etibarı ilə zimmədə olduğuna görə səhihdir, lakin onun xumsunu verməlidir. İstifta

Təbrizi və Sistani: Şəriət hakmindən icazə almağa ehtiyac yoxdur, yalnız alınmış mala xums təəllüq[16] tapır.

Təbrizi: "Tovzihul-məsail", 1769-cu məsələ.

Sistani: "Tovzihul-məsail", 1769-cu məsələ.

Məsələ 253: Kürəkən, yaxud gəlin üçün hər növ şöhrət libası almaq caiz deyildir.

İmam, Bəhcət, Xamenei: İstifta

Fazil: "Camiul-məsail", 2-ci cild, 762-ci sualdan istifadə etməklə.

Təbrizi: Müamilə səhihdir, baxmayaraq ki, şöhrət paltarından istifadə etmək caiz deyildir. İstifta

Məkarim: Şöhrət paltarı dedikdə, əvvəllər qeyd olunduğu kimi məqsəd o paltardır ki, zahidlik, yaxud dindarlıqda şöhrət tapmaq məqsədilə geyilmiş olsun. "Tovzihul-məsail", 1762-ci məsələ və İstiftadan istifadə etməklə.

Sistani: Əlbəttə, əgər bunun ardınca halal bir mənfəət gələrsə, müamilə səhihdir, baxmayaraq ki, hörmətin aradan getməsinə səbəb olan paltarın geyilməsi haramdır. İstifta

Məsələ 254: Kürəkən üçün qadınlara məxsus olan paltar almaq, yaxud kişilərə məxsus olan paltarı gəlin üçün almaq caiz deyildir və onun alınmasından çəkinmək lazımdır.

İmam, Bəhcət və Xamenei: İstifta

İmam: "Tovzihul-məsail", 2068-ci məsələdən istifadə etməklə.

Fazil: "Camiul-məsail", 2-ci cild, 762-ci sualdan istifadə etməklə.

Təbrizi: Onun müamiləsi səhihdir, lakin kişilərə məxsus olan paltarın qadınlar üçün və qadınlara məxsus olan libasın kişilər üçün geyilməsi caiz deyildir. İstiftadan istifadə etməklə.

Sistani: Müamilə səhihdir, baxmayaraq ki, hər birinə məxsus olan paltarın başqası üçün geyilməsi ehtiyat-vacibə görə caiz deyildir. İstifta

Məkarim: Yaxşı olar ki, bu işdən ictinab edilsin. İstifta

Məsələ 255: Gəlin üçün təhrikedici hər növ paltarın naməhrəmlərin arasında istifadə etmək məqsədilə alınması haramdır.

İmam, Bəhcət, Xamenei: İstiftadan istifadə etməklə.

İmam: "Tovzihul-məsail", 2068-ci məsələdən istifadə etməklə.

Fazil: "Camiul-məsail", 2-ci cild, 763-cü sualdan istifadə etməklə.

Təbrizi: Onun müamiləsi səhihdir, lakin təhrike­dici paltarlardan istifadə edilməsi caiz deyildir.

Məkarim: Əlbəttə, onun müamiləsi batil deyildir. İstifta

* NƏTİCƏDƏ: Əgər kürəkən toy mərasimində naməh­rəm şəxslərin gəlinə baxacaqlarını bilirsə (məsələn məclisdə kişi və arvad qarışıqdırsa), şəhvəti təhrik edən və gəlinin bədəninin bir miqdarını örtməyən paltarın gəlinə alınması caiz olmayacaqdır.

Məsələ 256: Qeyri-islami ölkələrdən gətirilən, yaxud kafirin əlindən alınan dəri məmulatlarının alveri batildir, lakin insan onların şəriət göstərişi əsasında kəsilən heyvanlardan olduğunu blərsə, onun alverinin işkalı yoxdur.

İmam: "Tovzihul-məsail", məsələ: 2061; "Təhrir", 2-ci cild, məsələ: 1.

Bəhcət: "Tovzihul-məsail", məsələ: 1618.

Təbrizi: Onun alverinin işkalı vardır.

Sistani, Fazil: Qeyri-islami ölkələrdən gətirilən, yaxud kafirin əlindən alınan dəri məmulatların, şəriət qaydalarına uyğun kəsilən heyvandan olması ehtimal verilsə, onun alverinin işkalı yoxdur.

Məkarim: Qeyri-islami ölkələrdən gətirilən, yaxud kafi­rin əlindən alınan dəri məmulatlarının alveri­nin müamiləsi, ehtiyata görə batildir.

* NƏTİCƏDƏ: Qeyri-islami ölkələrdən gətirilən ayaq­qabı, qayış, saatın bağı, çanta və s. kimi dəri məmu­lat­larının al-veri batildir, yalnız insan yəqin etsə ki, o ölkə öz dərilərini İslam ölkələrindən almışdır, bu başqa.

DƏVƏT ETMƏYİN HÖKMLƏRİ

Məsələ 257: Gələcəkləri surətdə günah və münkər işlər yaymalarına ehtimal verdiyi şəxsləri dəvət etmə­si insana caiz deyildir. Yalnız məclisi nəzarət altına alıb, günaha mürtəkib olmasının qarşısını aldığı hal istisna olunur.

İmam: İstifta

Bəhcət: Haram işin müqəddiməsi də əgər harama gətirib çıxararsa, haramdır.

Sual: Məclisə gəldikləri halda günah və münkər işləri yayacaqlarına yəqinlik olan kəsləri məclisə dəvət etmək caizdirmi?

Cavab:

Təbrizi: Fəsadın yayılmasının qarşısını almaq hər bir müsəlmana vacibdir. İstifta.

Fazil: Onların dəvət edilməsinə "günaha kömək etmək" ünvanı aid edilirsə, caiz deyildir.

* NƏTİCƏDƏ: Toy məclisində ləhv və ləiblə[17] məşğul olan qadınların və kişilərin dəvət edilməsi caiz deyildir.

Məsələ 258: Məclisdə gözbağlayıcı işlərini yerinə yetirmək üçün gözbağlayıcıları dəvət etmək haramdır və bu işdən ictinab edilməlidir (çəkinilməlidir).

İmam: İstifta

Bəhcət: Gözbağlayıcıların bütün qisimləri haramdır, yalnız əgər əməlin özü caiz və ləhvdən xaric olarsa və ondan məqsəd batil olmayan əql sahibləri tərəfindən bəyənilən və qanuni bir iş olsa, eybi yoxdur.

"Camiul-məsail", 2-ci cild, səh.433 və İstifta

Təbrizi: Hər bir müsəlmana vacibdir ki, fəsadın yayılmasının qarşısını alsın. İstifta

Xamenei: Gözbağlayıcılıq sehrin qismindəndir və haramdır. Lakin baxanları səhvə salacaq tərzdə sürətlə əl hərəkətləri edən şəxsin işinin haram olmasına heç bir əsas yoxdur.

Sistani: Gözbağlayıcılıq bundan ibarətdir ki, kerçəkliyi olmayan işləri kerçəklik surətində camaatın adətindən xaric olan sürətli əməl vasitəsilə göstərməkdir. İndi əgər gözbağlayıcılığa haram bir ünvan, o cümlədən möminə zərər yetirmək kimi aid edilərsə, haramdır və belə şəxslərin bu iş üçün dəvət edilməsi də caiz deyildir. Əks halda haram deyildir və onları dəvət etməyin də işkalı yoxdur. "Minhacus-salihin", "məkasibi mühərrəmə", məsələ: 25.

Fazil: Gözbağlayıcılıq – hətta onu yerinə yetirən şəxsin bu işlərin real gerçəkliyi olmadığını bildirsə belə – işkalsız deyildir və mömin ondan çəkinməlidir.

"Camiul-məsail", 1-ci cild, Sual: 962.

Məkarim: Əgər iştirakçılar onun əlinin sürətlə hərəkət etməsini və sadəcə əyləncə məqsədi olduğunu bilsələr, haram deyildir. İstifta

Məsələ (Sual) 259: Gözbağlayıcılara baxmağın hökmü nədir?

a) Əgər canlı şəkildə gözbağlayıcının hüzurunda olarsa;

b) Televizorda olarsa;

Bəhcət, Təbrizi, Xamenei: Hər iki halda haram deyildir. İstifta

Fazil: Gözbağlayıcılıq işkalsız deyildir və mömin şəxs onlardan çəkinməlidir.

"Camiul-məsail", 1-ci cild, 962-ci sualdan istifadə etməklə.

Məkarim: Onun cavabı əvvəlki məsələdən aydın oldu. İstifta

Sual: Məclisə gəldikləri surətdə günah və münkər işləri yayacaqlarına yəqini olan şəxsləri dəvət etmək insana caizdirmi?

Cavab: Təbrizi: Hər bir müsəlmana vacibdir ki, fəsadın yayılmasının qarşısını alsın. İstifta

Fazil: Əgər onların dəvət edilməsinə "günaha kömək edilməsi" ünvanı aid edilə bilərsə, caiz deyildir. İstifta

Məsələ 260: Gözbağlayıcılara, onların bu gözbağlayıcılıq işlərinə görə pul vermək də haramdır.

İmam, Bəhcət, Fazil: İstifta

Xamenei: Gözbağlayıcılıq işi üçün pul vermək haramdır, amma əlin sürətli hərəkətləri üçün eybi yoxdur.

Sistani: Əgər gözbağlayıcılığa haram bir ünvan aid edilərsə, ona pul vermək də haram, əks halda haram deyildir.

"Minhacus-salihin", 1-ci cild, "Məkasibi-mühərrəmə", 25-ci məsələdən istifadə etməklə.

Məkarim: Əvvəlki sualın cavabından aydın oldu. İstifta

İzah: Əksər mərcəi-təqlidlərin fətvasına əsasən gözbağlayıcılıq caiz olmadığına görə bu işin yerinə yetirilməsi üçün şəxsin, yaxud şəxslərin dəvət edilməsi də caiz deyildir.

Məsələ 261: Mütrib (ləhv və ləib) musiqi icra etmək üçün xanəndələri dəvət etmək haramdır, istər qadın məclisi olsun, istərsə də kişi məclisi.

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil və Məkarim: İstifta

Təbrizi: Ləhv musiqisini icra etmək məqsədilə xanəndələri dəvət etmək haramdır. İstifta

Məsələ 262: Əgər ğina yönlü olmazsa, məddahlıq etmək, yaxud şer oxumaq məqsədilə məddahları dəvət etməyin işkalı yoxdur.

İmam, Bəhcət, Xamenei, Təbrizi, Sistani, Fazil, Məkarim: İstifta

Məsələ 263: Kitab əhlini bu cür məclislərə dəvət etməyin işkalı yoxdur, amma əgər insan onların gəldiyi surətdə münkər işlərin yayılmasını, şəri qayda-qanunlara riayət olunmadığını bilərsə, caiz deyildir. (Bu halda onların dəvət edilməsi caiz deyildir.)

İmam, Bəhcət, Fazil, Məkarim: İstifta

Məsələ 264: İnsanın ləhv və ləib bərqərar olunan məclislərə getməsi caiz deyildir, amma əgər nəhy əz münkər və günaha düşülməsinin qarşısını almaq məqsədi ilə olsa eybi yoxdur.

İmam, Bəhcət, Xamenei, Məkarim: İstifta

Fazil: "Camiul-məsail", 2231-ci sualdan istifadə etməklə; "Camiul-məsail", 3-cü cild, Sual: 750.

Sistani: Belə məclislərə getmək o zaman caiz deyildir ki, insan bilsə, yaxud qorxsa ki, özü harama düşəcəkdir. Misal üçün, haram musiqiyə qulaq asacağına məcbur olsa, yaxud fəsadı yaymağa məcbur olsa, yaxud onun bu yerlərə getməsi əmr be məruf və nəhy əz münkər işini yerinə yetirməyə qoymazsa. (Əlbəttə, onun təsir qoymasına ehtimal verildiyi halda) və hətta ehtiyat-vacibə görə, əgər onun bu kimi yerlərə getməsi, haram işlərə nifrət bəslənilməsi ilə ziddiyyətli olarsa, bu məclisə getməməlidir. İstifta

* NƏTİCƏDƏ: Bəzi əqd və toy mərasimlərinə getmək – insanın iştirak edənlərin, yaxud onu təşkil edənlərin dinə əhəmiyyət vermədiklərini bilsə, yaxud ləhv və ləiblə məşğul olduqlarını bilsə, yaxud qadınla kişinin bir-birinə qarışdığı bir məclis olduğunu bilsə, belə ki, orada şəri qayda-qanunlara riayət olunmursa – caiz deyildir. Hətta onun yaxın adamlarının əqd və toy mərasimi olsa belə.

Məsələ 265: Ləhv və ləib əsasında təşkil olunan məclislərə getmək caiz deyildir. Amma insan harama mürtəkib olmayacağını bilsə, bu, istisnadır.

İmam, Bəhcət, Xamenei, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Məsələ 266: Şəkil çəkən, yaxud videoya çəkən kişini bəy və gəlindən şəkil, yaxud çəkiliş hazırlaması, yaxud başqa naməhrəmlərdən şəkil çəkib videoya verməsi – onların kifayət qədər hicaba riayət etmədiklərini bildiyi halda – caiz deyildir.

İmam, Xamenei, Məkarim: İstifta

Təbrizi: Hər bir müsəlmana vacibdir ki, fəsadın yayılmasının qarşısını alsın. İstifta

Fazil: Günaha kömək etmək özü də günahdır.

Məsələ (Sual) 267: Ləhv və ləib məclislərində iştirak etmək sadəcə olaraq yemək yemək üçün caizdirmi?

Bəhcət və Fazil: Əgər haram süfrəsi (şərab, donuz əti və s. şeylərin qoyulduğu süfrə) yığışdırılmış olsa, yemək üçün iştirak etməyin eybi yoxdur.

Bəhcət: İstifta

Fazil: "Camiul-məsail", 2-ci cild, Sual: 751.

Məkarim: Əgər ləhv və ləib işləri sona çatmış olsa, eybi yoxdur. İstifta

Məsələ (Sual) 268: Qeyri-müsəlmanların dəvətini qəbul etmək olarmı və onların evinə gedə bilərikmi? (Bunu nəzərə alaq ki, bu gedişin ardınca müsəlmanların məkanlarına bir gəliş də mövcud olacaqdır)? Əgər getməyin mümkün olduğu halda ətdən başqa məhsulları yemək (çay və şirniyyat kimi) onların evlərində qoyulan qablarda yeyə bilərikmi?

Bəhcət: Əgər nəcis olması məlum olarsa, mütləq şəkildə yemək olmaz və kafirlərlə əlaqələrinizi kəsin. İstifta



Geri   İrəli
Go to TOP