A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
Müəllif: Seyyid Məhəmməd Məsud Məsumi
Naşir: Fəcri Quran
Çap tarixi: 2005
Səhifələrin sayı: 188
Çap növbəsi: Birinci
Tirajı: 5000
Geri   İrəli


Məsələ 151: Kişilərə məxsus olan paltarın qadınlar üçün geyilməsi və qadınlara məxsus olan paltarın kişi­lər üçün geyilməsi ehtiyat-vacibə görə caiz deyildir.

İmam və Fazil: "Ürvə", namaz qılanın paltarının şərtləri, məsələ42.

İmam: "Tovzihul-məsail", məsələ 846.

Bəhcət, Xamenei, Sistani, Məkarim.

Məsələ 152: Kişilərə məxsus olan paltar dedikdə məqsəd o paltarlardır ki, adətən yalnız kişilər onu geyir, qadınlara məxsus olan paltar dedikdə məqsəd o paltarlardır ki, adətən qadınlar onu geyinir.

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim:

Məsələ 153: Məxsus libas dedikdə, məqsəd hər o şeydir ki, ona paltar aid edilə bilsin, istər geyinəndən sonra görünsün, misal üçünk çadra, yubka, məqnə, yaxud uzun corab – kişilər üçün, yaxud qadınlar üçün pencək, şalvar, kişi ayaqqabısı və s. istərsə də geyinəndən sonra görünməsin, misal üçün: kişilərin alt paltarı qadınlar üçün, yaxud qadınların alt paltarı kişilər üçün.

İmam və Fazil: İstifta.

Bəhcət: Əgər qadına məxsus olan paltarı kişi geyinsə, yaxud kişiyə məxsus olan paltarı qadın geyinsə, ona şöhrət libası deyilərsə haramdır, əks halda ehtiyat-vacibə görə onu geyinməkdən çəkinmək lazımdır. "Tovzihul-məsail", məsələ 711.

Xamenei: Onu özü üçün libas seçməyincəyə qədər işkalı yoxdur. İstifta.

Sistani: Əgər kişi qadın paltarı və qadın kişi paltarı geyinsə, əgər bunu özlərinin şəni qərar versə və özlərini bir-birinin formasına salsalar, ehtiyat-vacibə görə haramdır. "Tovzihul-məsail", məsələ 854

Məkarim: Geyinəndən sonra görünməyən, başqasına məx­sus paltarı geymək (alt paltarları kimi) işkalsız­dır. İstifta.

Məsələ 154: Müctehidlərin dediyi ehtiyat-vacibə görə kişinin qadın paltarı geyməsi fətvası ilə əla­qədar aşağıdakı suallar yaranır:

a) Bu cür geyinmə cəmiyyət arasında nəzərdə tutulur, yoxsa xəlvət olan yerlərdə də işkalı vardır?

b) İşkal olduğu fərz edilən halda qadınlara məxsus olan şəpiklərin geyilməsi kişilər üçün işkallıdırmı?

"a" bəndinin cavabı: Cəmiyyət arası ilə xəlvətdə olmağın arasında heç bir fərq yoxdur.

"b" bəndinin cavabı: Əgər məxsus libas hesab olunsa, əhvətə[9] (ən çox ehtiyata) görə caiz deyildir (ehtiyat-vacib).

İmam: "Əhkami banovan" kitabının istiftaatı, səh.36.

Fazil: İstifta.

Bəhcət:

"a" bəndinin cavabı: Ehtiyat-vacibə görə, xəlvətdə də caiz deyildir.

"b" bəndinin cavabı: Əgər camaat arasında geyim he­sab olunursa, caiz deyildir. Əks halda, şəpik kimi geyin­məyin işkalı yoxdur. İstifta.

Xamenei:

"a" bəndinin cavabı: Cəmiyyətlə xəlvətin arasında heç bir fərq yoxdur.

"b" bəndinin cavabı: İşkalı yoxdur. İstifta.

Sistani:

"a" bəndinin cavabı: Əgər kişi və ya qadın özünü bir-birinin formasına salarsa, ehtiyat-vacibə görə, hətta xəlvətdə də caiz deyildir.

"b" bəndinin cavabı: Sadəcə şəpik geyilməsinin işkalı yoxdur. İstifta.

Məkarim:

"a" bəndinin cavabı: Xəlvətdə başqasına məxsus olan libası geyməyin işkalı yoxdur.

"b" bəndinin cavabı: İşkalı yoxdur. İstifta.

Məsələ 155: Məxsus paltarın geyilməsi ehtiyat-va­cibə görə haramdır, istər xəlvətdə olsun və bir kəs in­sanı görməsin, istərsə də cəmiyyətdə olsun və bu halda hök­mün haramlığı baxımından görən şəxsin kişi, ya qadın, məhrəm, ya naməhrəm olması arasında heç bir fərq yoxdur.

İmam: "Əhkami banovan" kitabından istifadə etməklə, səh.36.

Bəhcət: Xəlvətdə onun haramlığı məhəlli-təəmmüldür[10] (sübuta yetməmişdir). İstifta.

Xamenei: Qadın və kişidən hər biri digərinin paltarını özü üçün paltar qərar versə ehtiyat-vacibə görə caiz deyildir və bu məsələdə cəmiyyətlə xəlvətin arasında fərq yoxdur. İstifta.

Sistani: Əgər kişi və ya qadın özünü bir-birinin formasına salsa, ehtiyat-vacibə görə, caiz deyildir və bu məsələdə yuxarıda qeyd olunan halların arasında heç bir fərq yoxdur.

Məkarim: Bu ehtiyat, vacib deyildir. İstifta.

Məsələ 156: Müştərək, yəni camaat arasında həm kişilərin, həm də qadınların geydiyi paltarlar (şalvar, yaxud bəzi köynəklər və sair) paltarları geyinməyin kişi və qadın üçün işkalı yoxdur.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Diqqət: Paltarların kişi və yaxud qadın paltarı olması adı o paltarı onlardan birinə məxsus etmir, əksi­nə onun işlədilməsi yalnız kişilərin vasitəsilə, yaxud təkcə qadınların vasitəsilə olduqda məxsus paltar ad­lanır. Misal üçün, evdə camaat arasında həm ki­şi­lərin, həm də qadınların istifadə etdikləri şə­pik­lər onların hər biri üçün işkalsızdır, hətta o şəpiklər qadın şəpiyi, yaxud kişi şəpiyi adlansa belə. Amma əgər şəpiklər elə bir növdən olsa ki, camaat arasında yalnız qadınlar onu geysə (əvvəlki sualda fərz olunan halda qeyd olunan şəpiklər kimi) kişilərin ondan istifadə etməsi, hətta bir anlığa, yaxud aşpazxanadan bir şeyi gətirmək üçün olsa belə, caiz deyildir.

Məsələ 157: Birinə (ya qadına, ya da kişiyə) məxsus olan paltarı geymək hər bir məqsədlə olsa caiz deyildir, ehtiyat-vacibə əsasən, yoxlamaq üçün olsun, istərsə də teatr, kino yerlərində rol oynamaq üçün, istər özünü göstərmək üçün və sair olsa belə.

İmam və Fazil: İstifta.

Bəhcət: Qadınlara məxsus olan paltarların kişilər üçün, həmçinin kişilərə məxsus olan paltarın qadınlar üçün geyilməsi haramdır. Lakin haram olmaq şöhrət paltarına daxil olmayınca məhəlli-təəmmüldür (sübuta yetməmişdir): "Tovzihul-məsail", məsələ 711 və İstifta.

Xamenei: Teatr və kino-klublarda fəsada səbəb olmazsa, caiz olması uzaq nəzər deyil. İstifta.

Sistani: Hər bir məqsədlə qadın və ya kişi özünü digərinin heyətinə və formasına salsa, ehtiyat-vacibə görə, caiz deyil. İstifta.

Məsələ (Sual) 158: Kişilər qadınlara məxsus olan bəzək əşyalarından, o cümlədən üzük, saat, bilərzik, kəmərbənd, boyunbağı, qayış və s. istifadə edə bilərmi? Bunu da nəzərə alaq ki, qadınlara məxsus olan paltarların kişilər üçün geyilməsi caiz deyildir?

Bəhcət: Kişi və qadının hər birinin digərinin zinəti ilə bəzənməsi haramdır. "Tovzihul-məsail", məsələ 711.

Xamenei: Əgər qızıl cinsindən olsa, yaxud istifadəsi yalnız qadınlara məxsus olan şeylərdən olsa, kişilər üçün onlardan istifadə etmək caiz deyildir. İstifta.

Sistani: Əgər sarı qızıldan olsa haramdır, əgər qızıl olmasa, ehtiyat-vacibə görə caiz deyildir.

Fazil: Əgər qadının özünü kişiyə, yaxud kişinin özünü qadına oxşatması sayılsa caiz deyildir. "Camiül-məsail", cild, 2, sual 1071.

Məkarim: Əgər qızıl olmazsa və fəsada da səbəb olmazsa işkalı yoxdur.

Məsələ 159: Qadının öz saçını qısaltması və nəticədə kişiyə oxşaması, yaxud kişilərin öz saçlarını uzadıb qadına oxşatmasının hökmü nədir?

Bəhcət və Fazil: Əgər qadının özünü kişiyə oxşatması, yaxud kişinin özünü qadına oxşatması hesab olunarsa, caiz deyil.

Məkarim: İşkallıdır. İstifta.

Bəhcət: İstifta.

Fazil: "Camiül-məsail", cild, 2, sual 1071.

3-Təhrikedici libas

Məsələ 160: Camaat arasında (şəhvəti) təhrik edən və naməhrəmlərin diqqətini cəlb edən paltarların geyil­məsi haramdır. İstər qadın üçün, istərsə də kişi üçün.

İmam: "Əhkami banovan" kitabının istiftasından istifadə etməklə, səh.37.

Bəhcət, Xamenei, Sistani: İstifta.

Fazil: "Camiül-məsail", cild, 2, sual 1067.

Təbrizi: Əgər qadın zinət hesab olunan bir paltar geyərsə o libası da naməhrəmdən örtməlidir. İstifta.

Məkarim: İnsanın abır-heysiyyətinin getməsinə səbəb olan, yaxud fəsad mənşəyi olan paltarların geyilməsi işkallıdır. "Tovzihul-məsail", məsələ 771.

Məsələ 161: Paltarın təhrikedici olması istər rən­ginə görə olsun, istər moduna (dəbinə) görə, istərsə də libasın materialına görə, yaxud hər hansı digər şeyə görə olsa da, fərqi yoxdur. Buna görə də bəzən mümkündür ki, yaylıq, manto, məqnəə, yaxud ayaqqabı qadın üçün bir for­mada olsun ki, naməhrəmlərin nəzərini cəlb və (şəh­vət hissini) təhrik etsin. Bu halda onu geymək caiz deyildir.

İmam, Bəhcət, Sistani, Xamenei, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələrindən istifadə etməklə.

İzah: Təhrikedici dedikdə, ayrı-ayrı fərdlər deyil, ümumiyyətlə növ nəzərdə tutulur. Yəni camaat arasında təhrikedici olması nəzərdə tutulur ki, onun geyilməsi caiz deyildir. Ola bilsin ki, bir, yaxud bir neçə nəfər bu işdən təhrik olmasın.

* NƏTİCƏDƏ: Bəzi tor əlcəklər, çadralar, yaxud nazik tordan ibarət olan baş örpəkləri geymək, yaxud gül və sair kimi şeyləri paltara vurmaq, yaxud bəzi zinət alətlərini asmaq, o cümlədən zər tikmək, baş örpəyinə tordan olan bəzi şeylər tikmək, yaxud çadraya, yaxud mantoya və sair, paltarın xüsusi yerlərində müəyyən düymələr qoymaq, paltarın düymələrini açıq saxlamaq, hətta onun altında paltar olsa belə və s. – bütün bunlar əgər təhrikedici olsa və naməhrəmlərin diqqətini cəlb etsə, haramdır və onları geyməkdən çəkinmək lazımdır.

4-Qəsbi paltar

Məsələ 162: Qəsbi paltarı geymək caiz deyildir və şərən haramdır, onunla qılınan namaz batildir.

İmam: "Ürvə", namaz qılanın paltarının şərtləri, 2-ci şərt.

İmam: "Tovzihul-məsail", məsələ 815.

Bəhcət: "Tovzihul-məsail", 686-cı məsələdən istifadə etməklə və İstifta

Xamenei: İstifta.

Sistani: "Minhacus-salihin", "səlat" bölməsi, məsələ 521.

Təbrizi: Əgər hal-hazırda satir[11] olan paltar qəsbi olar­sa, namaz onunla batildir. "Minhacus-salihin", 521-ci məsələdən qabaq.

Fazil və Məkarim: Qəsbi paltarı geymək haramdır və ehtiyat-vacibə görə onunla namaz qılmaq batildir.

Fazil: "Tovzihul-məsail", məsələ 821k "Ürvə", namaz qılanın paltarının şərtləri, 2-ci şərt.

Məkarim: "Tovzihul-məsail", məsələ 746k "Ürvə", Namaz qılanın paltarının şərtləri, 2-ci şərt.

Məsələ 163: Əgər paltar qəsbi pulla alınmış olsa qəsbi paltar hökmünə malikdir və onu geymək caiz deyil­dir.

İmam, Bəhcət, Fazil, Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, 2-ci şərtdən istifadə etməklə.

Təbrizi: Əgər camaat arasında qayda olan kimi paltarı külli[12] (ümumi) bir qiymətə alsa və qəsbi pul malın qiymətini ödəmək ünvanı ilə verilsə, bu paltarda təsərrüf etməyin işkalı yoxdur və onunla qılınan namaz səhihdir. Hərçənd malın qiymətini ödəmək üçün verdiyi qəsbi pula zamindir və onu sahibinə qaytarmalıdır.

İstifta.

Sistani: "Minhacus-salihin", səlat bölməsi, məsələ 521.

Məsələ 164: Əgər paltarın bir hissəsi qəsbi olsa da onu geymək caiz deyildir, hətta əgər onun bir sapı, yaxud bir düyməsi, yaxud zamoku, yaxud astarı da olsa belə.

İmam, Fazil, Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, 2-ci şərtdən istifadə etməklə.

Bəhcət: "Tovzihul-məsail", 688-ci məsələdən istifadə etməklə.

Sistani: "Minhacus-salihin", "səlat" bölməsi, məsələ 521.

Məsələ 165: Xums borcu olan şəxslərin xumsu verilməmiş pulun eyni ilə aldıqları hər bir libas qəsbidir və onu geymək caiz deyildir. Onunla qılınan namaz da batildir. Yalnız şəriət hakimindən, yaxud onun nümayəndəsindən icazə aldığı hallar istisna olunur.

İmam, Fazil, Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, məsələ 9.

Bəhcət: "Tovzihul-məsail", məsələ 691.

Təbrizi: Əgər xumsunu vermədiyi pulun eyni ilə paltar alsa, onunla namaz qılmağın hökmü qəsbi paltarda namaz qılmağın hökmüdür. "Tovzihul-məsail", məsələ 828.

Sistani: Amma əgər malı xumsu verilməmiş pulun eyninin müqabilində almasa, əksinə bir malı pul ödəmək müqabilində alsa, əgər alıcı pulu xumsu verilməmiş puldan versə, müamilə səhih və işkalsızdır. İstifta.

5-Kafirlərə məxsus olan Paltarlar

Məsələ 166: Yalnız kafirlərin istifadə etdiyi paltarları geymək haramdır.

İmam, Fazil: İstifta.

Bəhcət: Əhvət kafirlərə oxşatmaqdan çəkinməkdir. İstifta.

Xamenei: Ümumi şəkildə, qeyri-müsəlman paltarı he­sab olunan paltarların geyilməsi, yadların azğın mədə­niy­yətlərinin yayılmasına səbəb olarsa, caiz deyildir. Əcvibətül-İstiftaat, cild, 2, sual 300 və istiftadan istifadə etməklə.

Sistani: Əgər küfrün şüarı və məxsus əlaməti hesab olunarsa, caiz deyildir. İstifta.

Məkarim: Kafirlərin mədəniyyətinin yayılmasına səbəb olan təqdirdə caiz deyildir, bundan qeyri hallarda eybi yoxdur.

* NƏTİCƏDƏ: Pankilərə məxsusluğu ilə məşhur olan paltarlar, yaxud keşişlərin və rahiblərin paltarı, yaxud hinduların və bə’zi kafir qəbilələrinin məxsus paltarı olmaqla məşhur olan paltarların hamısı bir müsəlman şəxs üçün istər kişi olsun, istərsə də qadın, caiz deyildir.

Məsələ 167: Müsəlmanlarla kafirlər arasında müş­tərək olan paltarları geyməyin işkalı yoxdur.

İmam, Bəhcət, Təbrizi Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Məsələ (Sual) 168: İslam nəzərində qalstuk taxmağın hökmü nədir?

Bəhcət: Özünü yadlara oxşatmaq ehtiyatın əksinədir. İstifta.

Təbrizi: Mömin şəxs üçün layiq deyildir ki, onu möminlərin şənindən çıxaracaq paltarlar geysin. İstifta.

Xamenei: Ümumi şəkildə qalstuk, yaxud qeyri-müsəlmanlara məxsus olan paltar sayılan şeyləri geymək, belə ki, onların geyilməsi yadların azğın mədəniy­yət­lərinin yayılmasına səbəb olarsa, caiz deyildir.

Əcvibətül-İstiftaat, cild, 2, sual 300 və istiftadan istifadə etməklə.

Sistani: Öz-özlüyündə onun haramlığına heç bir dəlil yoxdur. İstifta.

Fazil: Qalstuk məsihilərə aiddir və onların şüarıdır. Buna görə yaxşı olar ki, müsəlmanlar ondan çəkinsinlər. Baxmayaraq ki, onun müsəlmanlar arasında yayılması nəticəsində bu yöndən xaric olmuşdur.

"Camiül-məsail", 253 və 2237-ci məsələlər.

Məkarim: Bizim ölkə kimi mühitlərdə qalstukdan istifadə etmək işkallıdır, lakin ümumi və adi bir paltar hesab olunan ölkələrdə eybi yoxdur. İstifta.

CəmiyyətdəKi münasibətlərin höKmləri

Söhbət etməyin höKmləri

a) Kişinin naməhrəm qadınlarla söhbət etməsi

Məsələ 169: Kişilər aşağıdakı şərtlərlə naməhrəm qadınlarla söhbət edə bilərlər:

1-Ləzzət və reybə qəsdi olmasın.

2-Bu cür söhbət etməklə günaha düşülməsin.

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.

İmam: Təhrirul-vəsilə, "Nikah", məsələ 29.

Xamenei: İstifta.

Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.

Fazil: " "Camiül-məsail"", cild, 1, sual 1718.

Bəhcət: Ləzzət qəsdi olmadan naməhrəm qadının səsi­ni eşitmək caizdir. "Tovzihul-məsail", məsələ 1936.

Məsələ 170: Zərurət halı olmadan naməhrəmlə söhbət etmək məkruhdur. Xüsusilə əgər dinləyici cavan olarsa.

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.

İmam: "Təhrir", "Nikah", məsələ 29 və İstifta.

Bəhcət: Belə ki, ləzzət qəsdi olmazsa. İstifta.

Sistani: Əgər ləzzət qəsdi və harama düşmək qorxusu olmazsa caizdir. İstifta.

Məsələ 171: Əgər bir kişi naməhrəmlə söhbət edəcəyi təqdirdə günaha düşəcəyini bilirsə, onunla söhbət etməməlidir. İstər qadın kişini günaha salacağı tərzdə olsun, yaxud da ki, kişinin günaha düşməyinə səbəb olan mətləb barəsində söhbət etsinlər.

İmam, Fazil, Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Bəhcət: "Tovzihul-məsail", 1936-cı məsələdən istifadə etməklə.

Xamenei: İstifta.

Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.

Məsələ 172: Əgər kişi naməhrəmi haram işə salmaq məqsədi ilə onunla söhbət etsə haramdır.

İmam: "Təhrir", "Nikah", 29-cu məsələdən istifadə etməklə, İstifta.

Bəhcət, Xamenei, Fazil, Məkarim: İstifta.

Sistani: "Minhacus-salihin", 29-cu məsələdən istifadə etməklə.

* NƏTİCƏDƏ: Başqalarını şəhvətə salmaq məqsədi ilə edilən söhbətlər, misal üçün şəhvəti təhrik edən səhnələri nəql etmək və sair haramdır.

Məsələ (Sual) 173: Kişi, onunla ləzzət qəsdi ilə söh­bət etmək istəyən naməhrəm qadınla danışa bilərmi? (Belə ki, kişi özünün günaha düşməyəcəyini bilirsə.)

Cavab: Caiz deyildir.

İmam, Bəhcət, Xamenei, Sistani, Fazil, Məkarim: İstifta.

Məsələ 174: Əgər kişi naməhrəmlə söhbət etdiyi təq­dir­də o qadının günaha düşəcəyindən qorxursa, gərək onunla söhbət etməsin.

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.

İmam: "Təhrir", "Nikah", məsələ 29.

Bəhcət, Xamenei, Sistani: İstifta.

Məsələ 175: Əgər bir kişi naməhrəmlə söhbət edəcəyi təqdirdə onu şəhvət məsələlərindən başqa bir günaha salacağını bilirsə, o qadınla söhbət etməsi caiz deyil.

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.

İmam: "Təhrir", "Nikah", məsələ 29 və İstifta.

Bəhcət: "Tovzihul-məsail", 1936-cı məsələdən istifadə etməklə.

Xamenei: İstifta.

Sistani: "Minhacus-salihin", "Nikah", 29-cu məsələdən istifadə etməklə.

Misal üçün: Kişi bilir ki, o naməhrəmlə söhbət edə­cəyi təqdirdə yalan deməyə məcbur olacaq, yaxud qeybət edə­cək, yaxud töhmət vuracaq, istər qadın kişini günaha va­dar etsin, yaxud da onun özü söhbət vasitəsilə bu günah­lara batsın.

Məsələ 176: Hər kəslə və hər şey barəsində şəhvət və ləzzət qəsdi ilə söhbət etmək caiz deyildir. (Həyat yoldaşı istisnadır.)

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.

İmam: "Təhrir", "Nikah", məsələ 29.

Xamenei: İstifta.

Sistani: "Minhacus-salihin", "Nikah", məsələ 29.

Məsələ 177: Kişilərin qadınları təqlid etmək səsi ilə və bunun əksinə danışmalarının hökmü nədir?

Bəhcət: Əgər fəsad olmazsa işkalı yoxdur. Əks halda, caiz deyildir. İstifta.

Sistani: Haram işə gətirib çıxarmazsa, caizdir. İstifta.

Məkarim: Haram bir işə səbəb olmazsa, misal üçün, günaha təşviş olunma, yaxud xüsusi bir şəxsə hörmətsizlik olmazsa, işkalı yoxdur. İstifta.

diqqət yetirilməli məsələlər

Bəzi hallarda şeytan bəzi kişilərin qəlbinə o qədər nüfuz edir ki, onların gündəlik rəftar və davranışlarını şübhəli edir. Buna görə də hərdən belə olur ki, bir kişi naməhrəmlə ünsiyyətdə olmağa o qədər meyl edir ki, sanki onun məhrəmidir. Misal üçün, hər hansı bir mətləbi kişidən soruşa bildiyi halda naməhrəm bir qadından soruşur. Bəzən öz söhbətlərini naməhrəmlə uzadır ki, onunla daha artıq söhbət etsin. Naməhrəmlə səfərə çıxmaq, əyləncə məqsədi ilə gəzmək onun üçün daha artıq cazibəli olur. Əgər bir yerdə bir naməhrəm olsa, o da həmin yerdə olmağa daha çox maraq göstərir. Qonaqlıqlarda çalışır ki, naməhrəmlə daha artıq söhbət etsin, onlarla daha artıq ünsiyyətdə olsun, naməhrəmin müqabilində hər bir şeydən artıq özündən canfəşanlıq etsin və bir sözlə, naməhrəmin iştirak etdiyi hər bir işdə başqalarından artıq maraq göstərir və sair.

Kişilər və xüsusilə əziz cavanlar bu cür işlərdən şiddətlə çəkinməlidirlər, çünki bu kimi münasibətlər və söhbətlər adətən ləzzət və reybə qəsdi ilə yanaşı olur və təbiidir ki, şərən haram olacaqdır.

b) Qadının naməhrəm kişi ilə danışması.

Məsələ 178: Qadınlar aşağıdakı şərtlərlə naməhrəm kişi ilə danışa bilərlər:

1-Ləzzət və reybə qəsdi olmasın.

2-Öz səslərini nazikləşdirməsinlər.

3-Günaha düşmək qorxusu olmasın.

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", məsələ 39.

İmam: "Təhrir", "Nikah", məsələ 29,

Sistani: "Minhacus-salihin", "nikah", məsələ 29.

Bəhcət: Qadınlar naməhrəmlə söhbət edərkən gərək şəhvəti təhrik edən hər bir şeydən çəkinsinlər. İstifta.

Məsələ 179: Qadınların zərurət halı olmadan başqa hallarda naməhrəmlə danışmaları məkruhdur.

İmam, Fazil, Məkarim: əvvəlki məsələlərin mənbələri.

Bəhcət: Məkruhdur, yalnız şəhvətin təhrik olunmasına səbəb olduğu hal istisnadır ki, bu halda ondan çəkinmək lazımdır. İstifta.

Sistani: Əgər ləzzət qəsdi və harama düşmə qorxusu olmazsa, caizdir. İstifta.

Məsələ 180: Qadınların naməhrəm kişiləri harama salmaq məqsədi ilə onlarla söhbət etməsi caiz deyildir. İstər onların dediyi mətləb nəticəsində günaha düşsün, yaxud elə desin ki, naməhrəmin özü günaha düşmüş olsun: Misal üçün, təhrikedici səhnələri danışmaqla, yaxud eşitməklə naməhrəmin təhrik olunduğu şeyləri bəyan etməklə.

İmam, Fazil, Məkarim: "Ürvə", "Nikah", 39-cu məsələdən istifadə etməklə.

İmam: "Təhrir", "Nikah", məsələ 29.

Sistani: "Minhacus-salihin", "nikah", məsələ 29.

Bəhcət və Xamenei: İstifta.

Diqqətli olmaq lazImdIr

Kişilərin barəsində qeyd olunduğu kimi, bəzən qadınlar da şeytani hiylələrə düçar ola bilərlər. Buna görə də onlar naməhrəmlə o qədər yaxın ünsiyyətdə olurlar ki, sanki onun qardaşıdır. Xüsusilə o qadınlar ki, naməhrəmlə daha artıq təmasda olurlar. O cümlədən tibb bacıları, idarələrdə, şirkətlərdə işləyən qadınlar, idmançılar və s. başqalarından daha artıq diqqətli olmalıdırlar.

Qeyri-zəruri işlər üçün naməhrəmlərdən kömək istə­mək, məhrəmdən soruşmaq mümkün olduğu halda naməh­rəmdən bir məsələ barəsində soruşmaq, bəhs etmək və özünü araya salmaq, öz üstün cəhətini naməhrəmə bildir­mək, naməhrəmlə daha artıq ünsiyyətdə olmaq, naməhrəmin olduğu mühitlərdə işləməyə daha çox maraq göstərmək və bir sözlə, bütün bu hallarda günaha düşmə ehtimalı vardır və adətən bu kimi ünsiyətlər ləzzət və reybə qəsdilə yanaşı olur və şərən haram sayılır.

Məsələ 181: Qadınlar naməhrəmlə söhbət edərkən öz səslərini nazik etməməlidirlər. Belə ki, əgər müqabil tərəfin qəlbində xəstəlik olarsa, onu özünə cəlb etsin. Baxmayaraq ki, adi bir mətləb barəsində söhbət etsələr də.

İmam, Bəhcət, Xamineki, Sistani, Fazil, Məkarim: Əvvəlki məsələlərin mənbələri.

Məsələ 182: Qadın onunla ləzzət qəsdi olan bir na­məh­rəm kişi ilə söhbət edə bilərmi? (Qadın günaha düşmə­yəcyini bilirsə).

Bəhcət, Xamenei: Caiz deyildir. İstifta.

Məsələ (Sual) 183: Qadınların naməhrəm müqabi­lin­də xor oxuması caizdirmi? Onun naməhrəmlər tərəfindən eşidilməsinin hökmü nədir?

Xamenei: Qadınların xorla oxuması, həmçinin onla­rın səsinin dinlənməsi ləzzət və reybə qəsdi ilə olmazsa eybi yoxdur. İstifta.

Fazil: Qadınların xorla oxuması adətən fəsada səbəb olduğundan caiz deyil. İstifta.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyildir. Əslində, əksər hallarda qadının kişinin hüzurunda oxuması və onların səsinin dinlənilməsi fəsada səbəb olduğundan caiz deyildir. İstifta.

Sistani: Harama düşmək qorxusu olarsa, yaxud adətən təhrikedici olarsa, caiz deyildir. İstifta.

Məsələ 184: Qadın tək halda mahnı oxuyarsa və təhrikə səbəb olmazsa ona qulaq asmaq caizdirmi?

Bəhcət və Xamenei: Əgər fəsada səbəb olarsa, caiz deyil, Əksinə əksər hallarda qadının kişinin hüzurunda mahnı oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olduğuna görə caiz deyildir. İstifta.

Fazil: Caiz deyildir, çünki adətən fəsad gətirir. "Camiül-məsail", cild, 1, sual 1724.

Məsələ 185: İslam respublikasının radiosundan efirə buraxılan qadın deyimlərinə qulaq asmağın hökmü nədir?

Bəhcət və Xamenei: Əgər fəsada səbəb olarsa caiz deyildir. İstifta.

Fazil: Əgər ğina ünvanı olmazsa və təhrikedici də olmazsa, eybi yoxdur. Camiul-məsail, cild, 1, sual 725.

Məsələ 186: Qadınların naməhrəm müqabilində Qur­an oxumaları, hətta sovt-ləhn ilə olarsa, işkalı yoxdur. Bu şərtlə ki, şəhvətin təhrik olunmasına və fəsada səbəb olmasın.

İmam: Əhkami banəvan kitabının istiftasından istifadə etməklə. Sual 5, səh.24

Xamenei: İstifta.

Fazil: "Camiül-məsail", cild, 1, 1722-ci sualdan istifadə etməklə.

Bəhcət: Əgər fəsada səbəb olarsa, caiz deyil. Əksinə, əksər hallarda qadının kişinin hüzurunda oxuması və onun səsinin dinlənməsi fəsada səbəb olduğuna görə caiz deyil. İstifta.

Sistani: Adətən dinləyicinin təhrik olunmasına səbəb olduğu bir tərzdə olarsa caiz deyil. İstifta.

Məkarim: Qadınların naməhrəmlər müqabilində ucadan Quran oxuması işkallıdır. İstifta.

Məsələ (Sual) 187: Şəhvət məsələləri ilə əlaqədar olan eşq kitablarını oxumaq caizdirmi? Belə kitabların çap olub, yayılması caizdirmi?

Bəhcət: Yaxşı olar ki, insan öz ömrünü zay etməsin. Bu iş ehtiyatın xilafınadır. İstifta.

Xamenei: Caiz deyildir. İstifta.



Geri   İrəli
Go to TOP