A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
Müəllif: Seyyid Məhəmməd Məsud Məsumi
Naşir: Fəcri Quran
Çap tarixi: 2005
Səhifələrin sayı: 188
Çap növbəsi: Birinci
Tirajı: 5000
Geri   İrəli


Bəhcət: Əgər naməhrəmi təhrik edərsə, caiz deyil. İstifta.

Xamenei: Əgər öz ardınca fəsad gətirməzsə, işkalı yoxdur. İstifta.

Məsələ 119: Naməhrəmlərin olduqları mühitdə, məsələn, institut, bazar, əzadarlıq məclisi, qonaqlıq və s. kimi mühitlərdə diqqəti cəlb edən rənglərdə paltar geyməyin hökmü nədir?

Cavab: Təhrik edilməsi ehtimalı varsa, haramdır.

İmam, Xamenei, Sistani: İstifta

Bəhcət: Haramdır.

Təbrizi: Əgər qadının paltarı zinət paltarı olarsa, vacibdir ki, onu naməhrəmdən örtsün. Necə ki, öz bədənini örtməsi vacibdir. "Siratun-nəcat", 1484-cü sualdan istifadə etməklə.

Fazil: Əgər bədənin dərisinin rəngi aşkar olsa, yaxud fəsada və günaha səbəb olsa, caiz deyil. İstifta.

ÇADRALARIN HÖKMLƏRİ

Məsələ (Sual) 120: Naməhrəmin qarşısında arxadan işıq saçdıqda bədənin kölgəsinin bir miqdarı aşkar olduğu bəzi çadraları naməhrəm müqabilində geyməyin hökmü nədir? Caizdir, ya yox?

Cavab: Əgər bədənin dərisi görünməzsə və ardınca da fəsad gətirməzsə, işkalı yoxdur.

İmam: "Əhkamu izdivac" kitabının istiftası, səh.195-dən istifadə etməklə.

Xamenei və Məkarim: İstifta.

Bəhcət: Ehtiyata riayət etsinlər. İstifta.

Sistani: Onu geymək işkallıdır. İstifta.

Fazil: İşıq saçan zaman geysələr və ona örtük aid edilməzsə, caiz deyil. İstifta.

Məsələ (Sual) 121: Şermən (parıldayan) çadralar geyməyin hökmü nədir?

Cavab: Əgər camaat arasında diqqəti cəlb etməzsə, işkalı yoxdur.

İmam, Xamenei, Fazil, Məkarim: İstifta.

Diqqət: Nəzər-diqqəti cəlb etməsi iki amilə bağlıdır:

1-Bəzən qadınlar müəyyən yerlərdə parıldayan çadra ümumiyyətlə geymirlər, bu halda bir qadın geyərsə, diqqət cəlb olunur və nəticədə parıldayan çadra geymək caiz deyildir.

2-Əgər müəyyən bir yerdə qadınlar parıldayan çadra geysələr, lakin çadra diqqəti cəlb edəcək bir vəziyyətdə olsa, yenə də onu geymək caiz deyildir.

Məsələ 122: Arxasından qadın saçları, yaxud bədənin hər hansı bir yeri görünən çadraları geymək caiz deyil­dir. Qadınlar, xüsusilə evdə əgər naməhrəm olarsa, belə çadraları geyməkdən çəkinməlidirlər.

İmam, Təbrizi, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

İmam və Xamenei: "İstifta.

Bəhcət: "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.

Sistani: "Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2444.

Məsələ 123: Əgər bir qadın bədəninin həcmini arxa­dan göstərən bir çadra geysə, lakin çadranın altında ki­fa­yət qədər örpəyi olsa, misal üçün, məqnə örtmüş olsa, cora­bı, paltarının qolu kifayət qədər olsa, şəri cəhət­dən bu iş caizdirmi?

Cavab: Əgər bədən görünməsə və bu cür geyinmənin fəsadı da olmazsa, işkalı yoxdur.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən əvvəldən istifadə etməklə.

İmam: "Əhkami izdivac"" kitabından istifadə etməklə, səh.195 və "İstifta.

Təbrizi və Xamenei: "İstifta.

Bəhcət: Naməhrəmi təhrik etməzsə, işkalı yoxdur. İstifta.

Sistani: Əgər bədən görünməzsə və onun geyinməsi də adətən fəsada səbəb olmazsa, işkalı yoxdur.

"Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etmklə və İstifta.

Diqqət və ehtiyat: Çadradan hicab ünvanı ilə istifadə edən qadınlar aşağıdakı hallarda hər vaxtdan daha artıq hicablarına riayət etməlidirlər:

Naməhrəmlə al-ver edən zaman, naməhrəmlərin qarşı­sında çadralarını qaydaya salan zaman, naməhrəmə bir şey verib, yaxud ondan bir şey alan zaman, naməhrəmin qarşı­sında bir iş görən zaman – istər evdə, istərsə də kənar yerlərdə – naməhrəm şəxsin müqabilində paltar, qab və ya hər hansı başqa bir şey yuyan zaman, süfrə salan, yaxud süfrəni yığan zaman.

Qeyd olunan halların hamısı və ona oxşar hallarda qadınlara təklif olunur ki, çadranın altında da kifayət qədər örpəyə malik olunsunlar və yaylıq, məqnə örtmək, qolu qısa olduğu halda xüsusi qola taxılan şeylərdən istifadə etmək çadra altında qadınları öz hicabına tam riayət etməyə kömək edə bilər və Allah-taalanın razılı­ğının qazanılmasına səbəb ola bilər.

Məsələ (Sual) 124: Əgər bir şəxs bir qızın elçiliyinə getsə və qız da onu qəbul etməzsə, əgər o şəxs qohumlardan olsa və sonralar da bir-birləri ilə görüşsələr, oğlan hələ evlənməmiş olsa, qız onun qarşısında necə olmalıdır: Hicabın vacib həddindən artıq hicaba riayət etməlidirmi, yoxsa onunla danışarkən daha artıq ehtiyatlı olmalıdır?

Cavab: Fəsad və günaha səbəb olan hər bir işdən, eləcə də harama düşmək qorxusuna səbəb olan hər bir işdən çəkinmək lazımdır.

İmam, Sistani və Fazil: İstifta.

* NƏTİCƏDƏ: İmam Xomeyninin bu fətvasına əsa­sən, misal üçün əgər üzü və əlləri açıq olmaq oğlanın ona ləzzət qəsdilə baxmasına səbəb olarsa, əllərini və üzü­nü örtsün, yaxud əgər onunla danışmaq onun fəsada düş­məsinə səbəb olarsa, mümkün qədər onu tərk etmə­lidir.

ZİNƏTİN HÖKMLƏRİ

Məsələ (Sual) 125: Zinət dedikdə məqsəd nədir?

Cavab: (Zinət) o şeydir ki, camaat arasında zinət hesab olunur və camaat ona zinət deyir.

İmam: "Əhkami banovan" kitabının istiftasından istifadə etməklə, 7-ci sual, səh.19.

Bəhcət, Sistani, Xamenei və Məkarim: İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 1707.

Məsələ (Sual) 126: Əgər qadınlar sürməni zinət məq­sə­dilə deyil, fiqhi baxımdan malik olduğu faydalara görə vursalar, bu halda yenə də naməhrəm qarşısında onu örtməlidirlərmi?

Cavab: Əgər camaat arasında zinət sayılırsa, örtməlidirlər, onun özünün zinət qəsdi olub-olmaması əsas deyil.

İmam: "Əhkami izdivac" kitabının istiftası, səh.195.

Xamenei: "İstifta.

Fazil: "Camiul-məsail", 1707-ci sualdan istifadə etməklə.

Bəhcət: Zinət sayılır və ona baxmaq naməhrəm şəxs üçün haramdır.

Təbrizi: Əgər qoca qarılarda, yaxud yaşlı qadınlar­da adət olunan bir sürmə çəkilibsə, onu naməhrəmdən örtməsi lazım deyildir.

"Siratun-nəcat", 882-883-cü suallardan istifadə etməklə.

Sistani: Əgər sürmə çəkmək özünü göstərmək məqsə­di­lə olmasa və təhrik də etməzsə, harama düşülməsindən də amanda olsa, işkalı yoxdur. İstifta.

Məkarim: Bu kimi hallarda, zinət rəvayətlərinin aşkar bəyanına əsasən, işkalı yoxdur. İstifta.

Məsələ (Sual) 127: Şərən qaşlarını aldırması aydın olan bir qadın hicab qaydalarına riayət etmək üçün hökmən onu örtməlidirmi, yaxud onu açıq qoya bilər?

Cavab: Örtməlidir.

İmam: " "Əhkami izdivac"" kitabının İstiftasından, səh.195.

Bəhcət: "İstifta.

Təbrizi: Əgər üzün islah olunması, yaxud qaşları aldırmaq, hətta qoca arvadlarda belə adi olan bir şəkildədirsə, onu örtmək lazım deyil.

"Siratun-nəcat", 882 və 883-cü suallardan istifadə etməklə.

Fazil: Əgər camaat arasında zinət hesab olunursa, örtülməsi lazımdır.

"Camiul-məsail", 1-ci cild, Sual: 1707.

Sistani və Məkarim: Onu naməhrəmdən örtmək lazım deyil. İstifta.

Məsələ 128: Qadınlar üzlərinin və əllərinin zinət­lən­miş həmin miqdarını örtə bilərlər və üzlərinin başqa yerlərini örtmək vacib deyil.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani və Fazil: "İstifta.

Məkarim: Üzü örtmək vacib deyil, hətta adi və yüngül­vari zinətlər olsa belə. İstifta.

Buna əsasən: Əgər bir qadın, misal üçün yalnız qaşlarının altını götürmüş olsa, baş örpəyi, yaxud çadra örtməklə öz qaşlarının alt hissəsini örtə bilər, əgər üzünün başqa hissələrində zinət olmazsa, onu açıq qoymağın işkalı yoxdur.

Diqqət: Bilərzik, dəstbənd və üzük (hətta nişan üzüyü olsa da belə), taxmaq, dırnaqları uzatmaq, dırnaqlara lak vurmaq, həna qoymaq, zinət üçün istifadə olunan bəzi saatları taxmaq, zinət üçün bəzi tor əlcəklərdən istifadə etmək, bütün bunların hamısı ələ aid olan zinətlərdəndir və onları naməhrəmdən örtmək lazımdır.

Həmçinin sürmə çəkmək, qaş aldırmaq, süni kiprik qoy­maq, hər növ bəzək ləvazimatından istifadə etmək, buru­na halqa salmaq (bu, bəzi məntəqələrdə adətdir), sır­ğa salmaq, yaxud camaat arasında zinət sayılan hər hansı bir şeydən istifadə etmək hamısı üzün zinətlərindən hesab olunur və naməhrəmdən örtülməlidir. (Bu məsələdə mər­cəi-təqlidlərin haram zinətlərin növləri barə­sin­dəki nəzərlərinə diqqət yetirilməlidir.)

Məsələ 129: Üzün və əllərin örtülməsi məsələsində – zinət olduğu halda – naməhrəmlərin arasında heç bir fərq yoxdur, istər yaxın qohumlardan olsun, istərsə də yadlardan.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Sistani: "İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, 1711, 1713 və 1716-cı suallardan istifadə etməklə.

Məkarim: Əvvəlki məsələlərdən məlum oldu. İstifta

* NƏTİCƏDƏ: Qadınlar qohumlarının və başqala­rının məclislərində və qonaqlıqlarında, ya gərək öz əllərini və üzlərini naməhrəmdən örtsün, yaxud da zinət əşyalarından istifadə etməsinlər.

Məsələ (Sual) 130: Üzün artıq tüklərinin alınması (təmizlənməsi) qadınlar üçün zinət hesab olunurmu? Üzlərinin artıq tüklərini təmizləyən qadınlar özlərini naməhrəmdən örtməlidirlərmi?

Xamenei, Fazil: Camaat arasında zinət hesab olunursa, onu naməhrəmdən örtmək vacibdir.

Təbrizi: Əgər üzün islah olunması, hətta qoca qadınlarda belə, adi bir hal olarsa, onu naməhrəmdən örtmək vacib deyil. İstifta.

Bəhcət: Bəli, zinət hesab olunur və naməhrəmdən örtül­məlidir. İstifta.

Məkarim: Üzünü naməhrəmdən örtməsi vacib deyil, yal­nız xüsusi bir fəsada səbəb olduğu halda vacibdir. İstifta.

Məsələ (Sual) 131: Bir qadın özünün izdivac üzüyünü (bu özü də çox sadə şəkildədir) zinət məqsədilə deyil, əksinə yadigarlıq və öz ərinə vəfadarlıq ünvanı ilə barmağına taxır. Onu naməhrəmdən örtmək vacibdirmi?

Cavab: Ələ hər növ üzük salmaq zinət hesab olunur və onu naməhrəmdən örtmək vacibir.

İmam: "İstifta.

Bəhcət: Əgər təhrikedici olsa, örtülməlidir və bundan qeyri hallarda ehtiyatdır. İstifta.

Təbrizi: Adi hallarda qadınların barmaqlarına taxdıqları üzüyü naməhrəmdən örtmək vacib deyil. "Siratun-nəcat", 882, 883 və 884-cü suallar.

Xamenei: Əgər camaat arasında zinət hesab olunursa, onu naməhrəmdən örtməlidirlər. Amma əgər nəzəri cəlb etməyən və zinət adlandırıla bilməyən şeylərdən olsa, işkalı yoxdur. İstifta.

Sistani: Onu və eləcə də bilərziyi naməhrəmdən örtmək lazım deyil. İstifta.

Fazil: Əgər camaat arasında zinət hesab olunursa, örtmək lazımdır. "Camiul-məqasid", 1-ci cild, Sual: 1707.

Məkarim: Ələ üzük salmağın eybi yoxdur. İstifta.

Məsələ (Sual) 132: Son zamanlar cəmiyyət arasında belə bir şey yayılmışdır ki, qadınlardan və kişilərdən bəziləri dodaqlarını və burunlarını gözəlləşdirmək üçün cərrah həkimlərə müraciət edirlər, dodağı, burunu və s. cərrah əməliyyatı ilə dəyişdirirlər. Gözəllik məq­sə­dilə bu iş caizdirmi?

Bəhcət: Əgər müalicə yönü olmasa, işkalı vardır. İstifta.

Xamenei: Bu əməl öz-özlüyündə caiz və işkalsızdır, lakin vacibdir ki, onun ardınca gələn haram işlərdən, o cümlədən naməhrəmin toxunması və baxmasından ciddi şəkildə çəkinsinlər.

* NƏTİCƏDƏ: Bu kimi hallarda naməhrəm həkimə müraciət edilməməlidir və hökmən həkim məhrəm, yaxud müraciət edənlə eyni cinsdən olmalıdır.

Məsələ (Sual) 133: Bəzənməyin arasında fərq varmı? Yəni əgər bir şəxs çox pis zinətlənsə, misal üçün özlərinin adət-ənənələrinə uyğun olaraq zinət sayılsa, halbuki başqalarının nəzərində zinət olmamaqdan əlavə, onların nəzərində çox pis, çirkinlik də sayılsa, bu cür zinətlər də naməhrəmdən örtülməlidir?

Cavab: Zinətlənmək çirkinlik və gözəlliklə deyil, hər şey camaat arasında zinət sayılsa, naməhrəmdən örtülməlidir.

İmam, Bəhcət və Xamenei: "İstifta.

Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 1707.

Təbrizi: Əgər əllərdə və üzlərdə olan zinət camaat arasında adi qayda olan qəbildən, həmçinin üzün islah olunması və sürmə çəkilməsi də, hətta qoca qadınlar arasında da bir adət olan şeylərdəndirsə, onların örtülməsi qadına vacib deyildir, lakin bunlardan qeyri hallarda örtülməsi vacibdir (istər gözəllik olsun, istərsə də çirkinlik).

İstifta. və "Siratun-nəcat", 882, 883 və 884-cü suallardan istifadə etməklə.

Sistani: Hər şeyə camaat arasında zinət deyilsə, naməhrəmdən örtülməlidir. Əlbəttə, sürmə çəkmək və üzük taxmaq, bilərzik salmaq əvvəlki məsələdə qeyd olunan şərtlərlə istisna olunur. İstifta.

Məkarim: Üzdə və biləyə qədər olan əllərdəki yüngülvari və adi olan bəzənmələrin eybi yoxdur. İstifta.

Məsələ (Sual) 134: Qadınlar və kişilər üçün naməh­rəmlərin tərəfindən hiss olunan ətirlər vurmaq, müəyyən maddələr və digər mayelər vasitəsilə ətirlənməyin işkalı vardırmı?

Cavab: Ətir vurmağın eybi yoxdur, lakin əgər qadınların ətir vurması fəsada və təhrikə səbəb olarsa, caiz deyildir.

İmam: "Əhkami izdivac" kitabının istiftası, səh.194.

Xamenei: "İstifta.

Sistani: Camaat arasında fitnəyə səbəb olursa, yaxud naməhrəm kişiləri giriftar etmək məqsədilə olarsa, caiz deyildir. İstifta.

Məkarim: Qadınların naməhrəm qarşısında ətir vurmaları işkallıdır. İstifta.

Sual: Əgər bir qadın özünü naməhrəm şəxs üçün ətirləsə, ona qusl etməsi vacibdirmi?

Cavab:

Fazil: Sualın fərz olunduğu halda qusl etməsi müstəhəbdir. "Camiul-məsail", 2-ci cild, Sual: 166

Məsələ 135: Ehtiyat-vacibə görə, qadınlar öz saç­larına yapışdırdıqları süni saçları, yaxud başlarına qoy­duq­ları parikləri örtməlidirlər. Baxmayaraq ki, ya­pış­dırılmış tüklər kişi tükündən, yaxud qadın tükündəndir.

İmam, Fazil və Məkarim: "Ürvə" "sətr və satir", məsələ: 1.

Xamenei: "İstifta.

Bəhcət: Namaz halında onu örtmək vacib deyil və əgər zinət deyilməzsə, onun örtülməsi vacib deyildir. İstifta.

Sistani: Qadına vacibdir ki, naməhrəmdən örtsün.

İstifta.

Məsələ (Sual) 136: Qadının özünü ərindən başqası üçün, məsələn, bəzi qadın məclislərində, o cümlədən, toy, qonaqlıq (arvad qonaqlığı) kimi yerlərdə bəzəməsinin hökmü nədir?

Cavab: Naməhrəm onu görməzsə, eybi yoxdur.

İmam: "Əhkami izdivac" kitabının İstiftası, səh.188.

İmam, Təbrizi, Xamenei, Sistani, Fazil, Məkarim: "İstifta.

Təbrizi: "Siratun-nəcat", Sual: 883.

Bəhcət: Əgər naməhrəm onu görəcəksə, caiz deyil. İstifta.

Məsələ (Sual) 137: Qadınlar üçün səsli ayaqqabı gey­mək caizdirmi, belə ki, yol gedərkən onların səslə­rini naməhrəm eşidir?

Cavab: Bu işin ardınca fəsad gələrsə, ondan çəkinmək lazımdır.

İmam: " "Əhkami izdivac"" kitabının İstiftası, səh.194.

Xamenei: İstifta və "Əcvibətul-İstifta", 2-ci cild, səh.283-cü sualdan istifadə etməklə.

Bəhcət: Əgər naməhrəmi təhrik edərsə, caiz deyil.

İstifta.

Məkarim: İşkalı yoxdur. İstifta.

Məsələ 138: Əgər bir qadın naməhrəm şəxsin ləzzət və reybə qəsdilə onun əlinə və üzünə baxmağını bilirsə, hətta onun əli və üzü zinətlənməmiş olsa, bu iki yeri naməhrəmdən örtməlidir.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

Bəhcət: Harama düşməyə kömək olarsa, örtməsi vacibdir. İstifta.

Sistani: Özünün harama düşmə qorxusu olmazsa və başqalarını günaha vadar etmək məqsədi olmazsa, eybi yoxdur. İstifta.

Məsələ 139: Başqalarını harama salmaq məqsədilə əli və üzləri açıq qoymaq caiz deyil.

İmam, Xamenei: İstifta.

Fazil: "Camiul-məsail", 2-ci cild, 1066-cı sualdan istifadə etməklə.

Sistani: Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2444.

Bəhcət: Harama kömək fərzində caiz deyildir. İstifta.

Fazil: Ora getməyin öz-özlüyündə eybi yoxdur, lakin gedərsə, öz hicabına riayət etməli və özünü naməhrəmin gözü önündə qərar verməməlidir. İstifta.

Məsələ 140: Naməhrəmlərin ləzzət məqsədilə ona baxacağını bildiyi yerlərə getməsi qadına caiz deyildir.

İmam: İstifta.

Bəhcət: Günaha kömək qəbilindən o yerə getməsi caiz deyildir. İstifta.

Fazil: Ora getməyin özü haram deyildir, "yalnız ona baxsınlar deyə", ora getmək məqsədi istisna olunur.

İstifta.

Məkarim: Qadının naməhrəmlərin ləzzət qəsdilə ona baxdığını bildiyi yerlərə getməsi caiz deyildir, yalnız həyat və məişət zərurətləri istisna olunur. İstifta.

QADININ QADINDAN ÖRTÜLMƏSİ

Məsələ 141: Qadınlar gərək öz övrəteynini digər qadınlardan örtsünlər, bədənin başqa yerlərini ondan örtmək vacib deyildir.

İmam, Fazil və Məkarim:

"Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

Bəhcət və Xamenei: "İstifta.

Sistani: "Minhacus-salihin", "əhkami təxəlli", 55-ci məsələdən qabaq.

Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 1704.

Məsələ 142: Əgər bir qadın başqa bir qadının ləzzət məq­sədilə onun bədəninə, yaxud əlinə və ya üzünə baxdı­ğını bilsə, vacibdir ki, öz bədənini, əlini və üzünü ondan örtsün.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

Bəhcət: Günaha kömək etməmək qəbilindən özünün bədən, əl və üzünü örtməsi vacibdir. İstifta

* NƏTİCƏDƏ: Hamamlarda, hovuzlarda, idman, dərzi və saç düzümü salonlarında bir qadın başqa bir qadının ləzzət məqsədilə ona baxdığını görsə, dərhal özünü ondan örtməlidir.

Məsələ 143: Əgər bir qadın öz bədənini başqa bir qad­ını harama salmaq məqsədilə örtməsə, bu iş haram­dır.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaqkılardan istifadə etməklə.

Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 18; "Tovzihul-məsail", məsələ: 2444.

Bəhcət: Örtülməsi vacib olan bədənin bir hissə­si­nin örtülməməsi haramdır. Hətta başqası harama düş­məsə də belə. Bədənin örtülməsi vacib olmayan yerlərdə harama kömək fərz olunduğu halda onun da örtülməsi vacibdir. İstifta.

Məsələ 144: Qadının öz övrəteynini başqa qadın­lar­dan örtməsi vacibdir. Hətta onlar ləzzət və reybə qəsdi olmadan baxsalar da; belə ki, yalnız zərurət halı istisna olunur.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaqk.

İmam, Bəhcət və Xamenei: İstifta

Sistani: "Minhacus-salihin", "nikah", 18, 20 və 21-ci məsələlərdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ: 2444.

* NƏTİCƏDƏ: "Baxmaq" bölməsində qeyd olunduğu ki­mi, qadınlar zərurət halına çatmazdan öncə həkimin ya­nında öz övrəteynini aça bilməzlər. Buna görə də zərurət halı olmadan hamiləliyin qarşısını almaq əgər övrəteynini həkimin qabağında soyunmağı lazım tutursa, caiz deyildir və ondan çəkinmək lazımdır, hətta həkim qadın da olsa belə.

Həmçinin qadınlar ümumi hamamlarda özlərini gözləməli və övrəteyni örtməlidirlər. Buna görə də övrəteyni tamamilə örtməyən nazik paltarın geyilməsi caiz deyildir.

Buna əsasən, bəzi radioloji şəkillərin salınması, bətndən sinoqrafiya edilməsi, bətn daxili cihazların, aparatların bətnə salınması və s. kimi – övrəteynin başqasının qabağında açılması lazım tutulan bu kimi işlər – əgər zərurət halında olmazsa, caiz deyildir və ondan çəkinmək lazımdır.

QADININ UŞAQLARDAN ÖRTÜLMƏSİ

Uşaqlar ya müməyyizlik həddinə çatmışlar, ya da çatmamışlar:

Məsələ 145: Əgər uşaqlar (istər oğlan, istərsə də qız, istər məhrəm, istərsə də naməhrəm) müməyyiz həddinə çatmasalar, bədəni, hətta övrəteyni belə onlardan örtmək vacib deyil.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 34.

Bəhcət, Xamenei və Təbrizi: İstifta

Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 25.

Əgər müməyyizlik həddinə çatmış olsalar, ya qızdır­lar, ya da oğlan:

Məsələ 146: Əgər müməyyiz uşaq qız olarsa qadınlar öz övrətini ondan örtməlidirlər.

İmam Fazil Məkarim "Ürvə", Sətr və satir, 1-ci məsələdən əvvəl.

Bəhcət: İstifta.

Sistani: "Minhacus-salihin", Əhkamut-təxəlli, 55-ci məsələdən əvvəl.

Əgər oğlan olarsa, ya məhrəmdir, ya da naməhrəm:

Məsələ 147: Əgər müməyyiz olan oğlan uşağı məhrəm­dirsə, qadınlar üçün övrəteyni ondan örtməsi lazımdır.

İmam Fazil Məkarim, "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

Bəhcət: İstifta.

Sistani: "Minhacus-salihin", Əhkami təxəlli, 55-ci məsələdən qabaq.

Məsələ 148: Əgər müməyyiz olan oğlan uşağı naməh­rəmdirsə, qadınlara, övrəteynlərini onlardan örtməyin vacib olmasından əlavə, ehtiyat-vacibə görə, gərək bütün bədəni – üz və əllər istisna olmaqla – ondan örtsünlər.

İmam: "Təhrir", "nikah", məsələ 26.

İmam: İstifta.

Bəhcət: "Tovzihul-məsail", məsələ 1937.

Sistani: Əgər naməhrəm oğlan uşağı müməyyiz olsa və qadının bədəninə baxması şəhvətinin təhrik olunma­sına səbəb olduğu ehtimalı verilərsə, övrəteyni ondan örtmək vacibdir, ehtiyat-vacibə görə bütün bədən – üz və əllər istisna olmaqla – ondan örtməlidir.

Fazil: Övrəteyni müməyyiz uşaqdan örtmək vacibdir, amma övrəteyndən qeyri yerlər şəhvəti təhrik edib fəsada səbəb olmadığı təqdirdə, zahirən vacib deyildir. İstifta.

Məkarim: Ehtiyat-müstəhəbə görə qadın gərək öz bədənini və saçlarını yaxşını və pisi başa düşən həddi-büluğa çatmayan və şəhvət qüvvələri nəzərindən müməyyiz olan bir həddə çatan oğlan uşağından örtsün. Lakin əllər və üz lazım deyildir. "Tovzihul-məsail", məsələ 2082.

Qadın və Kişilər üçün geyilməsi caiz olmayan paltarlar

1-Şöhrət libası

Məsələ 149: Şöhrət paltarı geymək istər kişi, is­tər­sə də qadın üçün, ehtiyat-vacibə görə, caiz deyildir. Libasın materialı, yaxud tikilmə qaydası, yaxud biçimi, yaxud rəngi, yaxud onun geyilmə qaydası və yaxud onların hər biri ilə qarışıq olması səbəbinə olsa belə.

İmam, Fazil, Məkarim: "Ürvə", namaz qılanın paltarının şərtləri, məsələ 42.

Xamenei: İstifta.

Fazil: "Tovzihul-məsail", məsələ 856.

Məkarim: Tozmihul-məsail, məsələ 770.

Bəhcət: Şöhrət paltarı geymək haramdır. "Tovzihul-məsail", məsələ:711.

Təbrizi və Sistani: Hörmətin aradan getməsinə və xarlığa səbəb olan təqdirdə onu geymək haramdır.

Təbrizi və Sistani: "Tovzihul-məsail", məsələ 853.

Məsələ 150: Şöhrət paltarı dedikdə məqsəd nədir?

Birinci Cavab: parçası, yaxud rəngi, yaxud tikilmə qaydası, yaxud onun geyilmə qaydası onun geymək istəyən şəxslər üçün adi olmayan paltardır.

İmam və Fazil: "Ürvə", namaz qılanın paltarının şərtləri, məsələ42.

İmam: "Tovzihul-məsail", məsələ 845.

Bəhcət: "Tovzihul-məsail", məsələ 711.

Fazil: "Tovzihul-məsail", məsələ 856.

İkinci Cavab: Müəyyən xüsusiyyətlərə malik olduğuna görə camaatın diqqətini cəlb edən və barmaqla göstərilən paltarlara deyilir.

İmam: "Əhkami banovan" kitabının istiftası, səh.36.

Təbrizi və Sistani: Şöhrət libası o paltara deyilir ki, onun parçası, yaxud rəngi, yaxud tikiliş qaydası onu geymək istəyən şəxs üçün adi qayda olmasın və onun hörmətinin aradan getməsinə, xar olmasına səbəb olsun. Sistani və Təbrizi: "Tovzihul-məsail", məsələ 853.

Xamenei: Şöhrət libası o paltara deyilir ki, onun geyilməsi rənginə, yaxud tikiliş qaydasına, yaxud köhnəlməsinə, yaxud başqa səbəblərə görə şəxs üçün münasib olmasın. Belə ki, əgər onu camaatın qarşısında geyərsə, onların diqqətini özlərinə cəlb edər və barmaqla göstərilər. "Əcvibətül-İstiftaat", cild, 2, sual 282.

Məkarim: Şöhrət libası dedikdə məqsəd o paltardır ki, riyakarlıq məqsədinə malik olsun və onun vasitəsilə misal üçünk özünün zahidlik, tərki-dünyalığını göstər­mək istəsin, parça, yaxud rəng, yaxud tikiliş baxımından olsa belə. Amma əgər doğrudan da onun məqsədi sadə geyinmək olsa, riyakarlıq məqsədi olmasa, nəinki onun geyilməsi caizdir, üstəlik çox yaxşı bir əməldir.

"Tovzihul-məsail", məsələ 770; "Ürvə", namaz qılanın paltarının şərtləri, məsələ 42.

* NƏTİCƏDƏ: Əvvəla, hər şeyə geyilmə aid edilə bilirsə, bu hökmə şamil olur. Buna görə də şöhrət libası adı verilə bilən ayaqqabı, papaq, köynək, yubka, baş örtüyü, məqnə, corab, şalvar, manto və sair kimi şeylərin hamısı bu hökmə şamildir.



Geri   İrəli
Go to TOP