A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Cəmiyyətdə kişi-qadın münasibətlərinin şəri hökmləri
Müəllif: Seyyid Məhəmməd Məsud Məsumi
Naşir: Fəcri Quran
Çap tarixi: 2005
Səhifələrin sayı: 188
Çap növbəsi: Birinci
Tirajı: 5000
Geri   İrəli


Məsələ 88: Ehtiyat-vacibə görə kişilər gərək qızıl eynəkdən də istifadə etməsinlər.

İmam: "Tovzihul-məsail", məsələ: 832.

Fazil: "Tovzihul-məsail", məsələ: 840.

Məkarim: "Tovzihul-məsail", məsələ: 761.

Bəhcət, Təbrizi və Sistani: Kişi üçün qızıl eynək­dən istifadə etmək haramdır.

Bəhcət: İstifta.

Təbrizi: "Tovzihul-məsail", məsələ: 840.

Sistani: "Tovzihul-məsail", məsələ: 840; "Məkasibi-mühərrəmə", 37-ci məsələdən istifadə etməklə.

Məsələ 89: Ağ qızıl sarı qızılın hökmünə malik de­yil­dir və kişilərin ondan istifadə etməsinin işkalı yox­dur, amma əgər o elə sarı qızıldan ibarət olsa və rən­gi dəyişilmiş olsa, bu başqa.

İmam: İstifta, 1-ci cild, "namaz qılanın paltarı", 50, 51, 52 və 54-cü suallardan istifadə etməklə.

Təbrizi, Sistani və Məkarim: Qızıl istər ağ olsun, istərsə də sarı, yaxud qırmızı, kişilər üçün haramdır. Halal olan şey isə "platin" adlı digər bir filizdir. Qızılın rənginin bir-birindən fərqli olmasının səbəbi budur ki, bəzən onu mis, bəzən bürünc, bəzən də gümüşlə qarışdırırlar.

Sistani və Məkarim: İstifta.

Təbrizi: "Siratun-nəcat", 1192-ci sualdan istifadə etməklə.

Bəhcət: Əgər ona qızıl deyilirsə, caiz deyildir, la­kin platinin işkalı yoxdur. İstifta.

Xamenei: Əgər ağ qızıl elə həmin sarı qızıl olub, müəy­yən bir maddə qatılmaqla ağ rəngli olursa, ondan isti­fadə edilməsi kişilər üçün haramdır. Lakin əgər pla­tindirsə, yaxud qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə azdırsa, eybi yoxdur.

İstifta.

Fazil: Əgər ağ qızıl, qızıl ünvanına malik olarsa və həm də sarı qızılın cinsindən olarsa, kişilər üçün ondan istifadə etmək caiz deyildir.

"Camiul-məsail", 256 və 969-cu suallardan istifadə etməklə.

Məsələ 90: Qızıl suyu ilə zinət vermək qızıl ünvanı ona aid edilməzsə, işkalı yoxdur.

İmam və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.

Bəhcət: İstifta

Təbrizi: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.

Xamenei: Kişilər üçün qızıl suyu ilə zinət verməyin işkalı yoxdur, hətta ürfdə ona qızıl deyilsə də belə.

İstifta.

Sistani: "Minhacus-salihin", "namaz qılanın paltarının şərtləri", 5-ci şərtdən istifadə etməklə.

Fazil: Əgər yanız qızılın rənginə malik olarsa, ki­şi­lər üçün onunla zinətlənməyin işkalı yoxdur. Amma əgər onun üzərində qızıl qatı olarsa, caiz deyildir.

İstifta.

Məsələ 91: Əgər bir şey sarı qızıl və başqa bir filizlə qarışmış olarsa, bu halda əgər sarı qızıl onda itib aradan getmiş olsa və ona sarı qızıl adı deyilə bilməzsə, onlar sarı qızıl hökmünə malik deyil.

İmam: İstifta 2-ci cild, 13-14-cü suallardan istifadə etməklə.

Bəhcət və Sistani: İstifta

Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.

Fazil: Qızıl və qızıldan başqa şeylərin qarı­şı­ğından olan hər bir şeyin geyilməsi kişilər üçün caiz deyildir.

 "Ürvə", "namaz qılanın paltarının şərtləri", 5-ci şərt.

Məsələ 92: Əgər kişi bir şeyin qızıldan olub-olma­dığında şəkk etsə, ondan istifadə etməyin onun üçün işkalı yoxdur.

İmam, Fazil və Məkarim: "Ürvə", "namaz qılanın paltarının şərtləri", məsələ: 21.

İmam: İstifta, 1-ci cild, "namaz qılanın paltarı", Sual: 54.

Xamenei və Sistani: İstifta

Bəhcət: Əgər qızıl adı verilsə, caiz deyildir.

İstifta.

Məsələ (Sual) 93: Əgər kişi öz həyat yoldaşı üçün qızıl üzük, yaxud qızıl saat alsa və yoxlamaq üçün, yaxud qoruyub saxlamaq üçün öz əlinə bağlasa, namazda və sair kimi yerlərdə hökmü nədir?

Bəhcət: Caiz deyildir və namaz batildir. İstifta.

Xamenei: Hər bir halda, əgər "qızıl şey geymişdir" deyilsə, haramdır. İstifta.

Məsələ (Sual) 94: Bir nəfər öz həyat yoldaşı üçün qızıl üzük alıb və ölçüsünü yoxlamaq üçün əlinə salır. Həmin miqdar ələ keçirmək də haramdırmı?

Xamenei: Bu məsələnin cavabı əvvəlki sualdan aydın oldu.

KİŞİNİN MƏHRƏMLƏR VƏ BAŞQA KİŞİLƏR QARŞISINDAKI GEYİMİ

Diqqət:

Bu bölmənin bütün hökmlərindən həyat yoldaşı istisna olunur.

Məsələ 95: Kişilər öz övrəteynini başqa kişilər­dən, həmçinin öz məhrəmlərindən örtməlidirlər. Onla­rın bədənlərinin başqa yerlərini örtmək vacib deyil­dir.

İmam və Fazil: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

Təbrizi və Xamenei: İstifta

Sistani: "Minhacus-salihin", "nikah", 19-cu məsələdən istifadə etməklə.

Bəhcət: Amma əgər başqalarının harama düşməyinə kö­mək olarsa, bədənin başqa yerlərini örtmək vacib olur.

İstifta.

Məkarim: Kişilər öz bədənlərini məhrəmlərinin müqa­bilində çılpaq edə bilməzlər, yalnız o miqdar istisna olunur ki, məhrəmlər qarşısında adi bir haldır və qadınlar da öz məhrəmlərinin qarşısında eynilə.

İstifta.

Məsələ (Sual) 96: Geyildiyi zaman övrəteyninin həc­mini göstərən, lakin bədənin dərisini göstərməyən şort və sair alt paltarları başqalarının müqabilində örtük üçün kifayətdirmi?

Cavab: Əgər bu işin ardınca bir fəsad gəlməzsə, işkalı yoxdur.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 44-cü məsələdən qabaqkılardan istifadə etməklə, səh.551.

Təbrizi: "Siratun-nəcat", 907-ci sualdan istifadə etməklə.

Xamenei və Fazil: İstifta

Sistani: "Minhacus-salihin", "əhkamut-təxəlli", 55-ci məsələdən qabaqkından istifadə etməklə.

İmam: İstifta

Bəhcət: Əgər fitnə-fəsada səbəb olarsa, caiz deyildir. İstifta.

Məkarim: Əgər övrəteynin həcmi kamil şəkildə görünərsə, işkalı vardır. İstifta

Məsələ 97: Başqalarını harama salmaq məqsədilə bədənin hər hansı bir yerini örtməmək haramdır.

İmam, Təbrizi, Xamenei, Sistani, Fazil: İstifta

Bəhcət: Bədənin örtülməsi vacib olan hissəsini ört­mə­mək haramdır, hətta başqaları bu işlə harama düş­məsə də belə və bədənin örtülməsi vacib olmayan yerlərdə harama kömək edilməsi fərz olunarsa, onun örtülməsi vacibdir. İstifta.

Məkarim: Ləzzət və reybə qəsdi olmadan da müxalif cinsin müqabilində, işkallıdır. Hərçənd məhrəmlərdən olsa da belə. İstifta.

Məsələ 98: Məhrəmlərin qarşısında, ya başqa kişilərin müqabilində ləzzət və reybə məqsədilə bədəni açmaq (həyat yoldaşı istisna olunur) haramdır.

İmam, Təbrizi, Xamenei, Sistani: İstifta

Bəhcət və Məkarim: (Bundan qabaqkı məsələyə bax.)

Məsələ 99: Həkim olmaq istisna hallarından deyil­dir, buna görə də kişilər öz övrəteynini həkimlərdən də örtməlidirlər, yalnız iztirar halı istisna olunur. (Əlbəttə, həyat yoldaşı həmişə istisnadır.)

İmam, Fazil və Məkarim: "ürvə", "sətr və satir", səh.509 və 550.

Bəhcət, Təbrizi, Xamenei: İstifta

Bəhcət: "Tovzihul-məsail", 1942 və 1938-ci məsələlərdən istifadə etməklə.

Sistani: "Minhacus-salihin", "əhkamut-təxəlli", 55-ci məsələdən qabaqkılardan istifadə etməklə; "Nikah", məsələ: 20.

İzah: Kişilərin örtüyündən istisna olunanlar izti­rar (zərurət) halıdır. Buna görə də əgər bir şəxs iztirar halına düşsə, həkimin müqabilində də övrəteynini aça bilər. (Misal üçün, övrəteynini həkim üçün açmadıqda müalicə olunması mümkün olmayan xəstəliklərdə; əks halda bunlardan qeyri-hallarda (iztirar məqamı və şiddətli hərəc[8] məqamından başqa hallarda, uşaq doğumunun qarşısını almaq kimi hallar) kişilər öz övrəteynini başqalarından örtməlidirlər, hətta əgər başqası onun atası, qardaşı, oğlu, yaxud məhrəmlərindən digərləri, bacı, ana, xala və s. hər bir şəxs olsa da belə.

KİŞİNİN NAMƏHRƏM QADINDAN ÖRTÜLMƏSİ

Məsələ 100: Kişilər öz övrəteynini naməhrəmlərdən örtməlidirlər və bədənin başqa yerlərini onlardan örtmək vacib deyildir.

İmam və Fazil: "Ürvə", "sətr və satir", səh.549.

Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 19.

Bəhcət: Ehtiyat-vacibə görə, kişi gərək öz bədənini naməhrəmdən örtsün, hətta onun harama düşməsinə kömək olmasa da belə. Əgər harama düşməsinə kömək olsa, bədə­ni örtmək şübhəsiz vacibdir, eləcə də övrəti naməh­rəm­dən örtmək də vacibdir.

"Tovzihul-məsail", 1937-ci məsələ.

Xamenei: Kişilər üçün bədənin vacib miqdarda örtülməsi övrəteyni örtməkdir, belə ki, şəhvət yaratmağa və fəsada səbəb olmasın. Əgər fəsada düşmək məsələsi varsa, bədənin sair yerlərini də – baş, boyun və əllərdən başqa hər yerini – gərək örtsün.

Məkarim: Naməhrəm qadınlar baxdığı halda vacibdir ki, bədənini örtsün, yalnız adi halda açıq qalan hissələr istisna olunur. İstifta.

Məsələ 101: Kişilər ehtiyat-müstəhəbə görə adi hal­lar­da kişilərin örtdüyü yerləri naməhrəmdən örtmə­lidirlər. Xüsusilə əgər naməhrəmin ləzzət və ya reybə qəs­di­lə onlara baxdığını bilərsə.

İmam və Fazil: "Ürvə", "nikah", məsələ: 51.

Bəhcət: Ehtiyat-vacibə görə kişi gərək öz bədənini naməhrəmdən örtsün, hətta onun harama düşməsinə kömək olmasa da. Əgər harama düşməyə kömək edərsə, bədəni örtmək şübhəsiz vacibdir. Əgər başqalarını harama salmaq qəsdi olmazsa, lakin yəqin şəkildə bilsə ki, baş­qası harama düşəcəkdir, onun caiz olması işkallıdır.

"Tovzihul-məsail", məsələ: 1937 və İstifta.

Xamenei: Əgər kişi naməhrəmin onun bədəninə baxdığını bilsə, ehtiyat-vacibə görə öz bədənini – baş, boyun və əlləri istisna olmaqla örtməlidir. İstifta.

Məkarim: (Ehtiyat-vacib) budur ki, kişi adətən kişilər arasında adi qaydaya görə örtülən yerləri yad qadının ona baxdığını bildiyi halda örtsün. İstifta.

* NƏTİCƏDƏ: Kişi biləkdən yuxarını, sinəni və öz ayaqlarını, eləcə də kişilərin adətən örtdükləri yeri, ona baxan naməhrəm qadından örtməlidir, başqa yerləri, məsələn baş, üz, əllər və s. kimi örtmək lazım deyildir.

Məsələ 102: Bədənin hər hansı bir yerini naməhrəmi harama salmaq məqsədilə açıq qoymaq haramdır.

İmam, Xamenei, Sistani və Məkarim: İstifta

Bəhcət və Fazil: Əgər bu iş haram işə kömək sayılarsa, onları örtmək qəti şəkildə vacibdir.

Bəhcət: "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.

Fazil: İstifta.

* NƏTİCƏDƏ: Əgər bir kişi özünün biləyini, sinəsini, yaxud bədənini naməhrəmin ona baxması məqsədilə açsa, yaxud bədənini göstərən nazik köynək geyərək məqsədi də onun bədənə baxması olarsa, bu iş haramdır, bu işdən ictinab etmək lazımdır. Amma əgər, misal üçün, qolu qısa paltar geyərsə və başqalarını harama salmaq məqsədilə olmazsa, hətta başqalarının bu işlə harama düşəcəyini bilsə də belə, ehtiyat-müstəhəbbə görə gərək belə paltar geyməsin.

Məsələ (Sual) 103: Naməhrəm qadınlar kişilərə iynə vura bilərmi, yaxud qan təzyiqini ölçə bilərmi və ya radioloji şəkillər götürə bilərmi?

Cavab: Əgər kişinin bədəninə haram olan toxunma, yaxud baxışa səbəb olarsa, caiz deyildir, yalnız iztirar məqamı istisna olunur.

İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", 47 və 31-ci məsələlərdən istifadə etməklə.

İmam: "Tovzihul-məsail", məsələ: 2433 və İstifta

Xamenei: İstifta

Sistani: "Minhacus-salihin", "nikah", 19, 20 və 21-ci məsələlərdən istifadə etməklə.

Bəhcət: Naməhrəm kişinin bədəninə baxmaq, əgər ha­ram işə kömək olmazsa, ehtiyat-vacibə görə caiz deyildir və əgər haram işə kömək olarsa, şübhəsiz haramdır. Hər bir halda, naməhrəmin bədəninə toxunmaq zərurət halından başqa hallarda caiz deyildir.

"Tovzihul-məsail", 1933 və 1937-ci məsələlər.

Məsələ (Sual) 104: Kişilər naməhrəmlərin ona baxdığını bilə-bilə bədənlərinin kişilərin adətən örtdükləri çox hissəsini aça bilərmi? Məsələn: Mayka ilə evdə ola bilərmi, halbuki naməhrəmin ona baxdığını bilir, yaxud xalça-palaz, yaxud maşın və s. kimi şeyləri yumaq üçün öz şalvarlarının balağını yuxarı çəkirlər, yaxud naməhrəmin gözü önündə üzürlər?

Cavab: Əgər naməhrəmi harama salmaq məqsədi ilə olarsa, haramdır, bundan qeyri-hallarda yaxşı olar ki, tərk olunsun, xüsusilə əgər baxanlar cavan olarsa.

İmam və Fazil: "Ürvə", "nikah", 51-ci məsələdən istifadə etməklə.

Bəhcət: Əgər öz ardınca haram gətirərsə, bu iş caiz deyildir. Əgər haram iş gətirməzsə, ehtiyat-vacibə görə kişi gərək öz bədənini naməhrəmdən örtsün. "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.

Xamenei: Əgər fəsada səbəb olarsa, yaxud şəhvəti təhrik edərsə, bu iş caiz deyil. İstifta.

Sistani: Əgər məqsədi naməhrəmin onun bədəninə baxması olarsa, yaxud bu kimi yerlərin açıq qoyulması əsas etibarı ilə fitnə yaradarsa, caiz deyildir. İstifta.

Məkarim: Bu halda da ehtiyat-vacib, tərk etməkdir. İstifta.

KİŞİLƏRİN UŞAQLARDAN ÖRTÜNMƏSİ

Uşaqlar ya müməyyizdir, ya yox.

Məsələ 105: Əgər uşaqlar müməyyiz olmazsa, istər oğlan, istərsə də qız, onlardan örtünmək vacib deyil, hətta övrəteyni belə.

İmam, Fazil və Məkarim: "Ürvə", "nikah", məsələ: 35.

Bəhcət, Təbrizi: İstifta

Sistani: "Minhacus-salihin", "nikah", məsələ: 25.

Əgər müməyiz olarsa:

Məsələ 106: Kişi gərək öz övrəteynini müməyyiz uşaqlardan örtsün, istər oğlan olsun, istərsə də qız, istər məhrəm olsun, istərsə də naməhrəm.

İmam, Fazil, Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

Sistani: "Minhacus-salihin", "əhkamut-təxəlli", 55-ci məsələdən əvvəl.

Bəhcət: Ehtiyat-vacibə görə kişi gərək öz bədənini doqquz yaşı tamam olmayan, amma yaxşı və pisi seçən qız uşağından örtsün, hətta ləzzət qəsdi olmasa da; və vacibdir ki, öz övrəteynini ondan örtsün.

"Tovzihul-məsail", məsələ: 1937 və İstifta.

* Kişilər hamamlarda, yaxud başqa yerlərdə öz övrəteynlərini müməyyiz uşaqlarından örtsün.

QADININ ÖRPƏYİNİN HÖKMLƏRİ

Qadının naməhrəmdən örtünməsi

Məsələ 107: Qadına vacibdir ki, özünün bütün bədənini – üzü və əlləri istisna olmaqla – naməhrəmdən örtsün. Bu şərtlə ki:

1-Onların üzü və əlləri zinətlənməmiş olsun.

2-Bir kəs ləzzət və reybə qəsdi ilə onların əllərinə və üzünə baxmasın.

İmam Xomeyni: "Ürvə", "sətr və satir", 4-5-ci məsələlərdən istifadə etməklə.

İmam: İstifta, "Əhkamu banovan" kitabından, 6-cı sual, səh.11 və İstifta.

Bəhcət: Qadın gərək bədənini və tüklərini naməhrəm kişidən örtsün, hətta harama düşməyə kömək və ləzzət qəsdi olmasa da belə. "Tovzihul-məsail", məsələ: 1937.

Təbrizi: Qadın gərək bütün bədənini – üzü və əlləri istisna olmaqla naməhrəmdən örtsün və üzündə və əllə­rindəki zinət belə olsa ki, misal üçün üzük taxdığı, üzünü islah etdiyi və hətta qoca qadınlarda da adət olan sürmə çəkdiyi halda olsa, onları örtmək qadına vacib deyildir. Bundan qeyri hallarda öz zinətini naməhrəmdən örtməlidir. Baxmayaraq ki, ehtiyat-müstəhəb özünün üzünü və əllərini naməhrəmdən örtməkdir, hətta zinəti olmasa da belə.

"Siratun-nəcat", 1484, 1986, 882, 883, 884, 885, 886-cı suallardan və İstiftadan istifadə etməklə.

Xamenei: Qadınlara vacibdir ki, bütün bədənlərini – üzü və əlləri istisna olmaqla naməhrəmdən örtsünlər, bu şərtlə ki, üzündə və əllərində zinət olmasın. İstifta

Fazil: Qadın gərək üzü və əlləri istisna olmaqla bütün bədənini naməhrəmdən örtsün. Bu şərtlə ki, üzündə və əllərində də zinət olmasın. Həmçinin qadınların məqsədi naməhrəm kişilərin onlara baxmağı olmasa, hətta naməhrəm onun üzünə və əllərinə ləzzət qəsdilə baxsa belə, üzü və əlləri örtmək vacib deyil.

"Camiul-məsail", 2-ci cild, Sual: 1066 və 1070; "Tovzihul-məsail", məsələ: 2503.

Sistani: Qadın gərək saçlarını və bədənini naməh­rəm kişilərdən örtsün, üzü və əllərindən başqa. Əgər üzünü və əllərini örtmədiyi təqdirdə harama düşə­cə­yin­dən qorxursa, yaxud kişini haram baxışa salmaq üçün ört­məmək qəsdi olarsa, bu iki halda örtməməsi caiz deyil­dir.

"Tovzihul-məsail", məsələ: 2944.

Məkarim: Adi yüngül zinətlərin işkalı yoxdur.

İstifta.

Məsələ 108: Qadınlar gərək ehtiyat-vacibə görə öz əllə­ri­ni və üzlərini adi miqdardan artıq elmi müqəd­di­mə ünvanı ilə örtsünlər. (Üz dəstəmazda yuyulması vacib olan miqdar, əllər də biləkdən barmaqların ucuna qədər­dir.)

İmam, Fazil: "Ürvə", "sətr və satir", səh.551 və İstifta

Təbrizi: Ehtiyat-müstəhəbbə əsasən, yaxşı olar ki, qadın öz üzünü də naməhrəmdən örtsün.

"Siratun-nəcat", 1985-ci sualdan istifadə etməklə.

Məkarim: Üz və əllərdən başqa hər yeri örtməsi kifayətdir. İstifta.

Məsələ (Sual) 109: Ayağın altı, ayağın üstü, ayağın üstündəki çıxıntı və dabanı naməhrəm kişilərə açıb göstərmək şərən caizdirmi?

Cavab: Caiz deyildir.

İmam, Fazil: "Ürvə", "sətr və satir", 1 və 5-ci məsələlərdən istifadə etməklə.

İmam: "Əhkami izdivac"" kitabından; İstifta, səh.185.

Təbrizi və Xamenei: İstifta

Bəhcət: "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.

Sistani: "Tovzihul-məsail", 2444-cü məsələdən istifadə etməklə; "Minhacus-salihin", "nikah", məsələ: 18.

Fazil: "Tovzihul-məsail", 2503-cü məsələdən istifadə etməklə.

Məkarim: Yaxşı olar ki, bu hissələri də örtsün, lakin vacib deyildir. İstifta.

* NƏTİCƏDƏ: Qadınlar corabsız ayaqlarla naməh­rəmlərin qarşısında gediş-gəliş edə bilməz, yaxud bu vəziyyətdə al-ver məqsədilə evə yaxın olan dükanlara gedə bilməz, yaxud əgər evdə naməhrəm adam olsa, corabsız onların qarşısına gələ bilməzlər, baxmayaraq ki, naməhrəm onun ərinin qardaşı, bacısının əri, yaxud hər hansı bir başqa naməhrəm olsa belə.

Məsələ 110: Çənənin altının, boğazın, qulağın, sinə­nin və biləyə qədər qolun yuxarı tərəfdən açıq olması qadın­lar üçün caiz deyildir və bu yerləri də naməhrəmdən ört­məlidirlər.

İmam, Bəhcət, Təbrizi, Xamenei, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Sistani: Çənənin alt tərəfinin adətən məqnə, yaxud ru­səri (yaylıq) örtdükləri zaman adətən açıq qalan miq­dar­dan əlavə hissələri, eləcə də boyunun, qulağın, sinənin və əllərin biləkdən yuxarı hissəsnin görünməsi qadınlar üçün caiz deyil. İstifta

Diqqət:

Qadınlar aşağıdakı məsələlərə diqqət yetirməlidirlər:

Evdə, yaxud naməhrəmin olduğu başqa məkanlarda əgər qısa qollu paltar geymiş olsalar (hətta çadra ilə örtülmüş olsa da), yaxud əgər qolu uzun olan paltarı olsa və bir şeyi yuxarıdan götürdükdə, yaxud bir şeyi naməhrəmin əlindən aldıqda, yaxud meyvə və sair kimi şeyləri naməhrəm adamlara təklif etdikdə, yaxud naməhrəm qarşısında yemək yeyərkən, yaxud dükanlardan mal alarkən, yaxud böyük və ya ağır yükü daşıyarkən bütün bu kimi hallarda onların paltarının qolunun arxaya getməsi, yaxud qollarının və ya çadranın arxaya getməsi nəticəsində bədəninin bəzi hissələri açıla bilər və buna görə əziz qadınlar bu kimi hallara tamamilə diqqət yetirməlidirlər.

Məsələ 111: Qadınlar üçün İslam hicabının həddi-hüdudu nədir? Bu məqsədlə uzun və azad paltar, şalvar geymək və başa örtük örtmək kifayətdirmi? Ümumiyyətlə qadınların ayrı-ayrı şəxslər qarşısında paltar və örtüklərinin keyfiyyətinə necə riayət edilməlidir?

Cavab: Vacibdir ki, qadının bütün bədəni, üzünün surəti və biləyə qədər əlləri istisna olmaqla naməhrəmdən örtülsün, qeyd edilən paltar əgər vacib miqdarı örtərsə, eybi yoxdur, lakin çadra örtmək daha yaxşıdır, naməhrəmin diqqətini cəlb edən libaslar geyməkdən də ictinab olunmalıdır.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən əvvəl və 3-cü məsələdən istifadə etməklə.

İmam: " "Əhkami izdivac"" kitabının İstiftası, səh.194.

Bəhcət, Təbrizi, Xamenei, Sistani: İstifta

Fazil: "Camiul-məsail", 1-ci cild, səh.1701.

Məsələ (Sual) 112: Naməhrəmin qarşısında bədənin həcmi­ni və onun çıxıntılarını göstərən manto və şal­var geymək caizdirmi?

Cavab: Hicab və örtük baxımından kifayətdir, lakin əgər bədənin həcmi, yaxud onun çıxıntıları reybə və fəsa­da səbəb olarsa, onda örtülməlidir.

İmam: "Ürvə", "sətr və satir", 4-cü məsələdən qabaq.

Bəhcət: İstifta

Sistani: "Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə.

Təbrizi: Qadına vacibdir ki, əlləri və üzləri istis­na olmaqla, öz bədənini naməhrəmdən örtsün, zinət hesab olunan bir paltar geysə, gərək o paltarı da naməhrəmdən örtsün. İstifta.

Xamenei: Bədənin çıxıntılarının üstünü örtmək lazımdır.

Fazil: Əgər təhrikedici olmasa və öz ardınca fəsada səbəb olmasa, zinət olmadığı təqdirdə eybi yoxdur.

"Camiul-məsail", 1-ci cild, 1708-ci sual və İstifta.

Məkarim: Adi mantoların işkalı yoxdur, baxmayaraq çadra daha yaxşı hicabdır. İstifta.

Sistani: Hicab və sətr (örtük) baxımından kifayət­dir, lakin bədənin həcm və çıxıntılarının görünməsi adətən reybə və fəsada səbəb olacağı təqdirdə olarsa, gərək örtsün.

"Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə və İstifta.

Məsələ 113: Qadınlar öz paltarlarının qollarını iynə vurdurmaq, qan təzyiqini ölçmək, nəbzini tutmaq və s. kimi işlər üçün naməhrəm qarşısında yuxarı qaldıra bilməzlər, yalnız iztirar və zərurət məqamı istisna olunur.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 1-ci məsələdən qabaq.

Bəhcət: "Tovzihul-məsail", 1937-ci məsələdən istifadə etməklə.

Təbrizi: "Siratun-nəcat", 1485, 882, 883, 884, 885, 886-cı suallardan istifadə etməklə.

Sistani: "Minhacus-salihin", "nikah", 18 ı 20-ci məsələlərdən istifadə etməklə.

Fazil: "Camiul-məsail", 1-ci cild, 2091-ci sualdan istifadə etməklə.

Xamenei: İstifta

Məsələ (Sual) 114: Bir qadın deyir: Mən xəstəliyimə görə hər gün iynə vurdurmalıyam, evimizin yaxınlı­ğın­dakı poliklinikada iynə vuran bir kişi vardır. Əlbət­tə, nisbətən uzaq bir poliklinikada qadın iynə vuranı da vardır, lakin evdən uzaq olduğuna görə maşınla getməyə məcburam. Yaxınlıqdakı kişi iynə vurana iynə vurdura bilərəmmi?

Cavab: Yalnız zərurət halında caizdir, bundan başqa hallarda isə caiz deyildir.

İmam, Bəhcət, Tbrizi, Xamenei, Sistani, Fazil və Məkarim: Əvvəlki məsələnin mənbələrindən istifadə etməklə.

Məsələ (Sual) 115: Qadınlar, qadın həkiminin olub-olmaması barəsində təhqiqat aparmadan naməhrəm kişi həkiminin yanına gedə bilərlərmi? Əlbəttə, qadının bədəninə toxunmağı, yaxud baxmağı lazım tutursa!

Cavab: Caiz deyildir.

İmam, Sistani, Məkarim: İstifta

Fazil: "Camiul-məsail", 1-ci cild, 2078-2079-cu məsələlərdən istifadə etməklə.

Bəhcət: Zərurət halında olarsa, eybi yoxdur. İstifta.

Məsələ (Sual) 116: Bizim şəhərimizdə həm qadın hə­ki­mi, həm də kişi həkimi vardır, lakin kişi həkimi da­ha məharətlidir. Qadınlar kişi həkiminin yanına gedə bi­lər­mi?

Cavab: Əgər qadın həkimi müalicə edə bilmirsə, eybi yoxdur.

İmam, Bəhcət, Xamenei, Məkarim: İstifta

Fazil: "Camiul-məsail", 1-ci cild, 2087, 2088 və 2089-cu suallardan istifadə etməklə.

Təbrizi: Əgər kişi həkimi ona müraciət edilən işlərdə daha artıq məharətə malikdirsə, ona müraciət etməyin eybi yoxdur. İstifta.

Sistani: Əgər kişi həkimi müalicə etmək üçün daha yaxşı olarsa, eybi yoxdur.

"Minhacus-salihin", "nikah", 21-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", 2450-ci məsələ.

Məsələ 117: Ayağın dərisini göstərən nazik corablar örpək hökmündə deyil və qadınlar gərək bu cür corabları naməhrəm müqabilində geyməkdən çəkinsinlər, əksinə elə corablardan istifadə etməlidirlər ki, bədənin dərisi görünməsin.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən qabaqdan istifadə etməklə, səh.550.

İmam, Bəhcət, Xamenei: İstifta

Təbrizi: "Siratun-nəcat", 907-ci sualdan istifadə etməklə.

Sistani: "Minhacus-salihin", "nikah", 18-ci məsələdən istifadə etməklə; "Tovzihul-məsail", məsələ 2444.

Məsələ 118: Bəzi qadınlar şalvar geyir, lakin corablarını öz şalvarlarının üzərinə elə çəkirlər ki, qadının bədəninin həcmi aşkar olunur. Bu cür corabları geyməyin hökmü nədir?

Cavab: İşkalı yoxdur.

İmam, Fazil və Məkarim: "Ürvə", "sətr və satir", 4-cü məsələdən əvvəllərdən istifadə etməklə.



Geri   İrəli
Go to TOP