A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)
Müəllif:
Naşir:
Çap tarixi: 2088
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


__ Allahdan qorxmursanmı, mənim evimə güclə soxulursan?

Ömər oradan çəkilməyib yoldaşlarından alov istədi. Onlardan alovu alıb həzrəti-Zəhra(s.ə)-nın evinin qapısını yandırdı. Sonra qapını itələyib içəri girdikdə Fatimə(s.ə) onun qarşısında dayanıb fəryad etdi:

__ Ey atacan, ya Rəsulullah!

Ömər qılıncı qınındaca Zəhra(s.ə)-nın qabırğasına zərblə vurdu. O Xanımın naləsi asimana ucaldı:

__ Ey atacan.

Ömər qırmancı havada yellədib həzrəti-Zəhra(s.ə)-nın qoluna elə çırpdı ki, o Xanım ucadan nalə çəkdi:

__ Ey Rəsulullah, bax gör, Əbu Bəkr və Ömər səndən sonra bizimlə necə pis rəftar etdilər.

Bu zaman Əli(ə.s) sıçrayıb Ömərin yaxasından tutaraq onu yerə elə vurdu ki, burnundan qan açıldı. İstədi, birdəfəlik onun işini bitirsin, birdən Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. Dedi:

__ Ey Səhhakın oğlu, and olsun Mühəmməd(s)-i peyğəmbərliyə seçən Allaha, əgər Allahın hökmü və Rəsulullah(s)-ın vəsiyyəti olmasaydı, sən mənim evimə heç bir vəchlə daxil ola bilməzdin.

Ömər məscidə adam göndərib Əbu Bəkrdən kömək istədi. Bir dəstə Əbu Bəkrin havadarlarlarından köməyə gəlib Əli(ə.s)-nin evinə soxuldu. Əli(ə.s) ayağa qalxıb qılıncını çəkdi. Qunfuz Əli(ə.s)-nin onların üstünə qılınc çəkdiyini görüb qorxusundan Əbu Bəkrin yanına qaçdı, çünki o, həzrəti-Əli(ə.s)-nin döyüşlərdə göstərdiyi rəşadətindən xəbərdar idi. Baş vermiş hadisəni Əbu Bəkrə danışdıqda Əbu Bəkr Qunfuza dedi:

__ Əlinin evinə qayıt, əgər evdən çıxsa, onu buraya gətir. Yox, əgər çıxmasa, evi içindəki adamlarla bir yerdə od vurub yandır.

Qunfuz qayıdıb dəstəsi ilə birlikdə icazəsiz Əli(ə.s)-nin evinə soxuldu. Əli(ə.s) istədi, qılıncını götürsün, Qunfuz onu qabaqlayıb qılıncı qapdı. Bu zaman Fatimə(s.ə) Əli(ə.s)-ni himayə etmək məqsədilə qabağa gəldi. Qunfuz tazyanəni havada yellədib Fatimə(s.ə)-ni vurdu.

«Fatimə(s.ə) o zərbələrin nəticəsində (bir müddətdən sonra) dünyadan köçəndə bu tazyanələrin şiddətli izləri (qolbaq kimi) onun qolunda açıq-aşkar bilinirdi».

Sonra həzrəti-Əli(ə.s)-ni zorla Əbu Bəkrin yanına gətirdilər. Ömər əlində qılınc Əli(ə.s)-nin başı üstündə dayanmışdı. Xalid ibn Vəlid, Əbu Übeydə Cərrah, Əbu Hüzeyfənin azad olunmuş qulamı Salim, Məaz ibn Cəbəl, Müğeyrə ibn Şöbə, Əsəd ibn Həzir, Bəşir ibn Səd və başqaları əllərində qılınc Əbu Bəkrin ətrafında dövrə vurmuşdular.

Həzrəti-Zəhra(s.ə)-nın qəzəbi.

Əyyalinin yazdıqlarından:

«Əli(ə.s)-ni evdən aparandan sonra Fatimə(s.ə) çölə çıxıb Əbu Bəkrə üzünü tutaraq belə buyurdu:

__ İstəyirsiz ki, həyat yoldaşımı əlimdən alıb məni tək qoyasız? Allaha and olsun, əgər ondan əl çəkməsəniz başımı açıb atamın qəbri üstündə Allah dərgahına nalə çəkərəm.

Sonra Fatimə(s.ə) Həsən ilə Hüsey(ə.s)-nin əlindən tutub Peyğəmbər(s)-in qəbri üstünə gəldi.

Həzrəti-Əli(ə.s) məsələdən agah olduqda Salmana belə tapşırdı:

__ Get Mühəmməd(s)-in qızı Fatimə(s.ə)-ni tap, geri qaytar. Sanki Mədinənin lərzəyə gəlib batdığını hiss edirəm. Allaha and olsun, əgər Fatimə(s.ə) saçını dağıdıb Peyğəmbər(s)-in qəbri üstündə Allah dərgahına nalə çəksə, daha Mədinə əhlinə bir an belə möhlət verilməyəcəkdir. Yer onların hamısını öz kamına çəkəcəkdir».

Salman tələsik Fatimə(s.ə)-nin yanına gəlib ərz etdi: «Ey Mühəmmədin(s) qızı, Allah atanı bəşərin rəhmət qayəsi tək göndərmişdi. Evə qayıt və nifrin (qarğış) etmə».

Fatimə(s.ə) buyurdu:

-Salman, onlar istəyirlər ki, Əli(ə.s)-ni aradan götürsünlər. Daha səbrim tükənib. Qoy gedim atamın qəbri üstə saçımı dağıdım, Allahımın dərgahına nalə çəkim.

Salman:

__ Mən qorxuram ki, bu zaman yer lərzəyə gəlib Mədinə əhlini udar. Əli(ə.s) məni sizin yanınıza göndərdi ki, nifrin etməkdən əl çəkib evə qayıdasınız.

Həzrəti-Zəhra:

__ O zaman mən o Cənaba itaət edib evə qayıdaram və səbir edərəm».

Əllamə Təbərsi «Ehticac» adlı kitabında İmam Sadiq(ə.s)-dən belə nəql edir:

«Əli(ə.s)-ni evdən aparanda bütün Bəni-Haşim xanımları evdən çıxıb həzrəti-Mühəmməd(s)-in qəbri üstünə gəldilər. Həzrəti-Zəhra(s.ə) ucadan səsləndi: «Əmim oğlunu buraxın! And olsun Mühəmməd(s)-i haqq göndərən Allaha! Əgər onu buraxmasanız, saçımı dağıdıb Peyğəmbər(s)-in köynəyini başıma tutaram və Allah dərgahına nalə çəkərəm. Saleh peyğəmbərin dəvəsi[51] Allah dərgahında mənim övladlarımdan əziz deyildir».

Salman deyir ki, Fatimə(s.ə)-nin yaxınlığında dayanmışdım. Allaha and olsun, Peyğəmbər(s) məscidinin divarlarının yerdən necə aralandığını gördüm, belə ki o aralıqdan bir şəxs asanlıqla sivişib keçə bilərdi. Yaxına gəlib dedim:

__ Ey alicənab xanım, ey mənim sərvərim! Allah Atanı bəşərin mərhəmət qayəsi qərar verdi. Siz camaatın əzaba düçar olmasına səbəb olmayın.

Fatimə(s.ə) evə qayıtdı. Məscidin yarığı birləşdi, divarların dibindən toz qalxıb burnumuza doldu».

Böyük ravi və alim Şeyx Kuleyni İmam Baqir(ə.s) və İmam Sadiq(ə.s)-dən nəql edir ki, işin bu dərəcəyə yetişdiyini görən həzrəti-Fatimə(s.ə) Ömərin libasından çəkib buyurdu:

__ Allaha and olsun, ey Xəttabın oğlu, əgər arada günahsız bəndələr də bəlaya düçar olmasaydı, yaxşı bilirsən ki, and içib Allaha pənah aparardım və tezliklə də Allah istədiyimi müstəcab edərdi.

Həmçinin rəvayət olunur ki, Əli(ə.s)-ni evdən aparanda Fatimə(s.ə) Peyğəmbər(s)-in köynəyini başına tutmuşdu. O, Həsən(ə.s) və Hüsey(ə.s)-nin əlindən tutub Əbu Bəkrin yanına gəlib buyurdu:

__ Mən sənə neyləmişəm? İstəyirsən, əmim oğlunu öldürüb uşaqlarını başsız qoyasan? Allaha and olsun, əgər pis olmasaydı, saçımı açıb, Allah dərgahında şivən edərdim.

Əbu Bəkrin tərəfdarlarından bir nəfər ondan soruşdu:

__ Nə qərara gəlirsən? Camaatın məhv olmağınımı istəyirsən?

Onlar Əli(ə.s)-ni buraxdılar. Əli(ə.s) həzrəti-Zəhra(s.ə)-nın əlindən tutub evə apardı.

Başqa bir rəvayətdə İmam Baqir(ə.s)-dən nəql olunur: «Allaha and olsun, əgər Fatimə(s.ə) saçını yolsaydı, hamı məhv olardı».

İbn Əbil Hədidin qeydlərində Əli(ə.s)-dən beyətin alınması.

Məşhur sünni alimi İbn Əbil Hədid Cövhərinin «Əssəqifə» kitabında belə yazılır:

«Əbu Bəkr Ömərdən soruşdu:

__ Xalid ibn Valid hanı?

Ömər Xalidi çağırtdırdı. Əbu Bəkr Ömərlə Xalidə dedi:

__ Gedin Əli(ə.s) ilə Zübeyri buraya gətirin.

Ömərlə Xalid həzrəti-Zəhra(s.ə)-nın evinə gəldilər. Xalid qapıda dayandı. Ömər evə keçib Zübeyrdən soruşdu:

__ Əlindəki qılınc nədir?

Zübeyr:

__ Bu qılıncı əlimdə tutmuşam ki, Əli(ə.s)-yə beyət edim.

Səhabədən bir neçəsi, o cümlədən Miqdad və Bəni- Haşimin hamısı evdə idi. Ömər qılıncı Zübeyrin əlindən qapıb evdə olan daşın üstünə zərb ilə vuraraq sındırdı. Sonra Zübeyrin əlindən tutub çölə çıxartdı. O, Xalidə dedi:

__ Zübeyrdə gözün olsun.

Xalid Zübeyri saxladı.

Sonra Ömər Əli(ə.s)-nin evinə daxil olub ona dedi:

__ Qalx, beyət et![52]

Əli(ə.s) beyətdən imtina etdi. Ömər Əli(ə.s)-nin əlini tutub dedi:

__ Ayağa qalx!

O Cənab(ə.s) itaət etmədi. Nəhayət, Ömər O(ə.s)-nu güc tətbiq edərək çölə çıxarıb Xalidə tapşırdı. Xalidin yanında çox adam var idi. Ömər öz yoldaşları ilə birlikdə Əli(ə.s) ilə Zübeyri zorla məscidə apardı. Camaat hər tərəfdən axışıb tamaşa edirdi, belə ki Mədinənin küçələri adamlarla dolmuşdu.

Fatimə(s.ə) Ömərin bu hərəkətini görəndə fəryad edib camaatın arasına gəldi. Bəni-Haşimdən və başqa qəbilələrdən qadınlar onu əhatəyə aldılar. Fatimə(s.ə) ucadan dedi:

__ Əbu Bəkr, nə tez Peyğəmbər(s)-in Əhli-beytinə hücum etməyə cəsarət etdin!? Allaha and olsun, mən daha ölənə kimi Ömərlə kəlmə də kəsməyəcəm».

Ravi yazır: «Elə ki Əli(ə.s) və Zübeyr beyət etdi, fitnələr yatdı. Əbu Bəkr Fatimə(s.ə)-nin yanına gedib Ömərin bağışlanmasını xahiş etdi».

İbn Əbil Hədid (yuxarıdakı rəvayəti nəql edib öz fikrini bildirərək) qeyd edir: «Mənim fikrimcə, Fatimə(s.ə)-nin son nəfəsinə qədər Əbu Bəkr və Öməri dindirmədiyi bir həqiqətdir. Xanım(s.ə) onlardan incik getdi. Vəsiyyət etdi ki, onlar onun cənazəsinə namaz qılmaqda iştirak etməsinlər. Bu hadisə bizim səhabələrin nəzərincə, kiçik günahlardan sayılıb bağışlanılması mümkün olan şeylərdir. Əlbəttə, yaxşı olardı ki, Əbu Bəkr və Ömər Fatimə(s.ə)-yə ehtiram edib onun yüksək məqamına hörmət edəydilər. Lakin onlar ixtilaf və təfriqədən qorxub məsləhət bildikləri işi yerinə yetirmişlər. Onlar dində möhkəm yəqinliklə böyük məqam sahibləridirlər. Əgər belə hadisələr də sübuta yetirilmiş olsa, bu böyük günahlardan sayılmır. Əksinə, kiçik günahlardan sayılaraq təvəlla və təbərra (dostluq və düşmənçilik) meyarı olmamışdır». (İbn Əbil Hədid. «Şərhi Nəhcül-bəlağə» VI c, səh.50) İbn Əbil Hədidin bu mühakiməsi düzgündürmü? Belə əməlləri kiçik günahlardan hesab etmək olarmı? Özünüz mühakimə edin.

Peyğəmbər(s)-in gözünün nuru, hər iki dünya qadınlarının xanımı həzrəti-Fatimə(s.ə)-yə qarşı güc tətbiq edilməsi.

Əllamə Məclisi «Biharül-ənvar» kitabında Süleym ibn Qeys Hilali Kufiyə, Əban ibn Əyyam Süleymə əsaslanaraq belə bir faktı qeyd edirlər: «Peyğəmbər(s) vəfat edəndə hələ cənazəsini dəfn etməmiş müsəlmanlar Rəsuli-əkrəm(s) ilə bağladıqları əhd-peymanı pozub mürtəd oldular və Rəsulillah(s) tərəfindən təyin olunmuş yolun əksinə getdilər.

Əli(ə.s) Peyğəmbər(s)-in cənazəsini qüsl edib, kəfənə tutub, namaz qılıb, dəfn etdikdən sonra evə qayıdıb Peyğəmbər(s)-in vəsiyyətinə əməl edərək «Quran»ı tərtib edib tənzimləməklə məşğul oııldu. Bu kimi işlər onu baş vermiş hadisələrdən kənarda saxladı. O zaman Ömər Əbu Bəkrə demişdi:

__ Hamı sənə beyət edibdir. Təkcə bu kişi __ Əli(ə.s) və Əhli-beytindən başqa. Bir nəfər göndər ki, gəlib beyət etsin.

Əbu Bəkr Ömərin Qunfuz adlı əmisi oğlunu həzrəti-Əli(ə.s)-nin dalınca göndərib ona tapşırdı:

__ Get Əli(ə.s)-yə de ki, Peyğəmbər(s)-in canişininin dəvətini qəbul elə.

Qunfuz bir neçə dəfə Əli(ə.s)-nin yanına gəlib Əbu Bəkrin sözünü ona yetirdi. Lakin Əli(ə.s) beyətdən imtina etdi.

Axırda Ömər hirslənib ayağa qalxdı. Xalid ibn Vəlidi və Qunfuzu çağırıb onlara tapşırıq verdi ki, odun yığsınlar. Onlar özləri ilə odun götürüb Ömərlə birlikdə Fatimə(s.ə)-nin evinə yollandılar.

Fatimə(s.ə) qapının arxasında dayanmışdı. Hələ Peyğəmbər(s)-in matəm şalını başından açmamışdı. O, Rəsulillah(s)-ın ayrılığından zəifləyib taqətdən düşmüşdü. Ömər qapıya yaxınlaşıb qapını döyərək ucadan qışqırdı:

__ Ey Əbu Talibin oğlu, qapını aç.

Fatimə(s.ə):

__ Ömər! Niyə biz matəmdə ola-ola bizdən əl çəkmirsən?

Ömər:

__ Qapını aç. Yoxsa evə od vurub yandıraram.

Fatimə(s.ə):

__ Ömər, Allahdan qorxmursanmı? İcazəsiz mənim evimə daxil olub hücum çəkirsən?

Ömər öz fikrindən dönməyib qapıya od vurdu. Yarı yanmış qapını itələyib içəri daxil olanda Fatimə(s.ə) onunla qarşı-qarşıya gəlib fəryad etdi:

__ Ata can, ey Allahın Rəsulu!

Ömər qılıncı qınındaca qaldırıb həzrəti-Zəhra(s.ə)-nın qabırğa nahiyəsinə endirdi. O Xanımın naləsi göyə ucaldı. Ömər qırmancını havada yellədib həzrəti-Zəhra(s.ə)-nın qoluna çırpdı. Fatimə (s.ə) fəryad etdi:

__ Ey atacan!

Bu zaman Əli(ə.s) cəld gəlib Ömərin yaxasından tutub yerə vurdu. Ömərin burnundan qan açıldı. Həzrəti- Əli(ə.s) xəncəri çəkib onu öldürmək istəyəndə Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. Peyğəmbər(s) ona hər şeyə dözüb səbirli olmağı vəsiyyət etmişdi. Əli(ə.s) dedi:

__Yaxşı bilirsən ki, əgər həzrəti-Mühəmməd(s)-in vəsiyyəti olmasaydı, sən mənim evimə icazəsiz daxil ola bilməzdin.

Ömər fəryad edib köməyə çağırırdı. Bir neçə nəfər onun köməyinə gəlib Əli(ə.s)-nin evinə doluşdu. O Həzrəti çəkə-çəkə məscidə tərəf beyət etməyə apardılar. Fatimə(s.ə) də qapının kənarında dayanıb baxırdı. Qunfuz qırmancı ilə fatimə(s.ə)-ni vurdu. Həzrəti-Fatimə(s.ə) vəfat edəndə qırmancın izləri onun qolunda hələ də qalmışdı. Sonra Qunfuz qapını itələyib açanda qapını Fatimə(s.ə)-nin böyrünə elə vurmuşdu ki, o Xanımın qabırğasının biri sınmışdı və bətnində olan uşağı məhv olmuşdu. Bu hadisədən sonra həzrəti-Zəhra(s.ə) yatağa düşüb aldığı həmin zədələrdən də şəhadətə yetişdi.

Qunfuza təşəkkür.

Müəllif yazırr: «Süleym ibn Qeysdən nəql olunmuşdur ki, Ömər ibn Xəttab bütün işçilərin maaşının yarısını (büdcənin azaldığına görə) cərimə olaraq onlardan tutdu. Lakin Qunfuzun maaşını bütövlükdə ödədi. Süleym deyir ki, Peyğəmbər(s) məscidinə gedib gördüm ki, bir dəstə adam məscidin bir küncündə oturub söhbət edir. Onların hamısı Bəni-Haşimdən idi. Təkcə Salman, Əbuzər, Miqdad, Məhəmməd ibn Əbu Bəkr, Ömər ibn Əbi Səimə və Qeys ibn Səd ibn Übadədən başqa. Bu yığıncaqda Abbas (Peyğəmbərin əmisi) Əli(ə.s)-dən soruşdu:

__ Niyə Ömər başqa işçilər kimi Qunfuzun pulundan tutmadı?

Həzrəti-Əli(ə.s) ətrafına baxıb gözlərindən yaş axıdaraq buyurdu:

__ Qunfuzun pulunu kəsmədi ki, ona bu yolla öz təşəkkürünü bildirsin. Çünki onun Fatimə(s.ə)-yə vurduğu qamçının izləri həzrəti-Zəhra(s.ə) vəfat edənə qədər onun qolunda qolbaq kimi qaralmışdı».

İmam Həsə(ə.s)-nin Müğeyrə ibn Şöbəyə söylədikləri.

Süleym ibn Qeys qeyd edir ki, İmam Həsən Müctəba(ə.s) öz ehticacında Müaviyə və tərəfdarları ilə geniş söhbət edərkən həzrəti-Əli(ə.s)-yə nalayiq töhmətlər vuran Müğeyrə ibn Şöbəyə buyurmuşdu:

«Sən Allahın düşməni, «Quran»ın ziddinə gedən və Peyğəmbər(s)-i təkzib edən bir şəxssən. Sən Peyğəmbər(s) qızına əl qaldırdın. Onu yaralayıb bətnindəki uşağının məhv olmasına səbəb oldun. Cəsarətlə Peyğəmbər(s)-in ziddinə gedib o Həzrətin Fatimə(s.ə)-nin şəninə buyurduğu kəlamı alçaq tutdun: «Sən behişt qadınlarının xanımısan».

Ey Müğeyrə, Allah sənin cəzanı versin, yalan sözlərinin günahının ağırlığını boynuna qoysun[53]».

Feyz Kaşaninin yazılarında Əli(ə.s)-nin beyət etməsi.

İslam dünyasının məşhur filosoflarından sayılan Feyz Kaşani «Elmül-yəqin» kitabında həzrəti-Əli(ə.s)-nin evinə hücum olunması barədə «İntibahi Niranül-əhzan» kitabına əsaslanaraq belə qeyd edir:

«Ömər azad olunmuş qullardan və münafiqlərdən bir neçəsini yığaraq Əli(ə.s)-nin evinə yollandı. Onlar qapını bağlı görüb ucadan səsləndilər:

__ Əli, çölə çıx! Peyğəmbər(s)-in canişini səni öz hüzuruna tələb edir.

Həzrəti-Əli(ə.s) qapını açmadı. Onlar evi yandırmaq üçün qapının ağzına odun qaladılar. Ömər yenə qışqırıb dedi:

__ Allaha and olsun, əgər qapını açmasa, evə od vuracağam.

Fatimə(s.ə) onların evi yandıracağını başa düşüb qapını açdı. Onlar Fatimə(s.ə)-yə örtünmək üçün imkan vermədən qapını itələdilər. O Xanım(s.ə) naməhrəmlərin gözü qarşısında qalmamaq üçün qapının arxasına keçdi. Ömər qapını itələdi. Fatimə(s.ə) qapı ilə divar arasında qalıb bərk sıxıldı. Bu zaman Ömər və yoldaşları evə soxuldudar. Həzrəti-Əli(ə.s) yerdə oturmuşdu. Onlar Əli(ə.s)-ni dövrəyə alıb yaxasından və qollarından tutaraq zorla məscidə tərəf apardılar.

Fatimə(s.ə) özünü yetirib onlarla Əli(ə.s)-nin arasında dayanaraq buyurdu:

__ Allaha and olsun, qoymaram, əmim oğlunu zülmlə məscidə tərəf aparasanız. Vay olsun sizə, nə tez Allaha və Rəsuluna xəyanət edib Əhli-beytinə zülm etdiniz. Halbuki Peyğəmbər(s) bizə itaət etməyi və bizimlə dost olmağı sizə tapşıraraq tövsiyə etmişdi ki, bütün işlərinizdə bizdən yapışasınız. Allah da Müqəddəs kitablarda buyurdu:

«Ey Peyğəmbər, xalqa de ki, Əhli-Beytimə məhəbbət göstərməkdən başqa sizdən Peyğəmbərliyimə görə heç nə istəmirəm.»

(«Şura» surəsi, 23)

Ravi yazır: «Fatimə(s.ə)-nin bu sözü insanların çoxunun dağılışmasına səbəb olmuşdu.

Ömər bir nəfərlə orada qalıb əmisi oğluna belə göstəriş verdi: «Əgər Fatimə(s.ə) müqavimət göstərsə, ona öz gücünü göstərməkdən çəkinmə».

Qunfuz qırmancla Fatimə(s.ə)-nin böyrünə və kürəyinə elə vurmuşdu ki, qırmancın izləri bədənində qalmışdı. Həmin bu zərbələr də Peyğəmbər(s)-in «Möhsün» adlandırdığı Fatimə(s.ə)-nin bətnindəki uşağın siqt olmasına səbəb olmuşdu. Onlar əmirəl-möminin Əli(ə.s)-ni çəkə-çəkə məscidə tərəf Əbu Bəkrin qarşısına gətirdilər. Həmin anda Fatimə(s.ə) hövlank məscidə, daxil olaraq Əli(ə.s)-ni onların əlindən almaq istədi. Lakin bacarmadı. Oradan atasının qəbri üstünə gedib ürək yanğısı, ah-nalə ilə ağlayaraq belə buyurdu: «Atacan, canım kədər və qüssə içində bədənimdə məhbus olubdur. Kaş bu qüssə və kədərlə birgə bədənimdən çıxaydı.

Atacan, əfsuslar olsun sənin ayrılığına, əfsuslar olsun nəvələrin Həsən və Hüseyn(ə.s)-in atası, sənin Həbibin, əmirəl-möminin Əli(ə.s)- nin ayrılığına ki, onu uşaqlıqda tərbiyə etdin. Böyüyəndə onu qardaşın kimi çağırdın. O, sənin ən yaxın dostun və ən sevimli səhabən idi. O, hamıdan əvvəl islamı qəbul edib sənə tərəf gəldi, ey məxluqatın Əşrəfi!

İndi onu dəvəni aparan təki əsir aparırlar».

Sonra ürəkyandırıcı nalə çəkib dedi: «Mühəmməd, ey dost, ey Əbəlqasim, ey Əhməd. Əfsuslar olsun, dostların azlığına. Əfsuslar olsun bu müsibətli, qəmli, acı ruzigara.»

Fatimə(s.ə) bu sözləri deyib huşunu itirərək yerə yıxıldı. Camaat onun bu vəziyyətindən təsirlənib ucadan nalə çəkərək ağladı. Peyğəmbər (s) məscidini başdan-başa matəm bürümüşdü.

Sonra Əli(ə.s)-ni Əbu Bəkrin qarşısında dayandıraraq ona dedilər: «Əlini uzadıb beyət et!» Həzrəti-Əli(ə.s) byurdu: «Allaha and olsun, beyət etmərəm, çünki mənim beyətim sizin boynunuzdadır. (Siz mənimlə Qədir-Xumda beyət etdiniz. Ona vəfadarlıq edin.)»

Əbu Bəkrin Əli(ə.s)-nin əlinə əıııl verməsi.

Ədiyy ibn Hatəm (Peyğəmbər(s) və Əli(ə.s)-nin dostlarındandır) deyir: «Əli(ə.s) üçün ürəyim elə yandı ki, heç kim üçün elə yanmamışdı və yanmayacaq. Əli(ə.s)-nin yaxasından və qollarından tutub məscidə tərəf çəkə-çəkə apararaq deyirdilər:

__ Əbu Bəkrə beyət et!

O buyurdu:

__ Əgər beyət etməsəm, nə olar?

Cavab verdilər ki, boynunu vurarıq. Əli(ə.s) üzünü göyə tutub dedi: «İlahi, şahid ol ki, bunlar məni öldürməyə gəliblər, halbuki mən Allahın bəndəsi və Peyğəmbər(s)-in qardaşıyam».

Onlar yenə Əli(ə.s)-yə dedilər:

__ Beyət etmək üçün əlini uzat.

O Cənab itaət etmədi. Onlar güclə onun əlini tutub çəkdilər. Həzrəti-Əli(ə.s) barmaqlarını yumdu. Yanındakılar nə qədər etdilərsə, onun yumruğunu aça bilmədilər. Nəhayət, Əbu Bəkrin əlini qabağa çəkib Əli(ə.s)-nin yumulmuş əlinə (yumruğuna) sürtdülər. O halda isə həzrəti-Əli(ə.s) üzünü Peyğəmbər(s)-in qəbrinə tutaraq deyirdi:

«Ey anam oğlu, camaat məni zəiflədib, az qaldı ki, öldürsün.»[54](«Əraf» surəsi, 150.)

Ravi yazır:

Əli(ə.s) üzünü Əbu Bəkrə tutub bu şeri dedi:

«Əgər sən şura yolu ilə xalqın rəhbəri olmusansa, bu necə şuradır ki, onun (mənim kimi) məşvərətçiləri orada olmamışlar. Yox, əgər qohumluğu dəlil gətirirsənsə, başqaları Peyğəmbər(s)-ə səndən daha yaxındır».[55]

O Həzrət təkrar-təkrar buyururdu: «Əcəba, xilafət səhabəlik və qohumluqlamı sabit olur?»[56]

Evin yandırılması hadisəsi Ömərin öz dilindən.

Ömər ibn Xəttab Müaviyəyə[57] məktubunda (beyət və qapının yandırılması barədə) belə yazmışdı: «Qabaqcadan öz adamlarımızla Əli(ə.s)-nin evinə getdim. Fizzə (həzrəti-Fatimə(s.ə)-nin kənizi) çölə çıxdı. Ona dedim:

__ Əli(ə.s)-yə de ki, çölə çıxıb Əbu Bəkrə beyət etsin. Çünki bütün müsəlmanlar ona beyət etmişlər.

Fizzə:

__ Əmirəl-möminin Əli(ə.s) «Quran»ı tərtib etməklə məşğuldur.

Dedim ki, bu sözləri bir yana qoy, Əli(ə.s)-yə de ki, çölə çıxsın, yoxsa evə daxil olub onu zorla apararıq. Bu zaman Fatimə(s.ə) çölə çıxıb qapının qarşısında dayanıb dedi:

__ Ey yolunu azmış yalançılar, nə deyirsiniz, bizdən nə istəyirsiniz?

Dedim:

__ Niyə əmin oğlu cavab verməyə səni göndərib, amma özü pərdə arxasında oturub gizlənib?!

Fatimə(s.ə):

__ Ey Ömər, sənin bu tüğyanın və meydan oxumağın məni evdən çıxararaq höccəti sənə və sənin kimi hər bir yolunu azmışa tamam etdi.

Dedim:

__ Boş-boş sözləri bir kənara qoy. Əli(ə.s)-yə de ki, çölə çıxsın.

Dedi:

__ Yəni dostluq və kəramət sənə layiq deyil. Məni şeytan qoşunu iləmi qorxudursan, ey Ömər? Bil ki, hizbi-şeytan zəif və qüvvətsizdir.

Dedim:

__Ya Əli(ə.s) evdən çölə çıxmalı, ya da məscidə gedib beyət etməlidir, yoxsa evə adamları qarışıq od vuracağam.

Sonra Qunfuzun qırmancı ilə Fatimə(s.ə)-ni vurdum. Xalid ibn Vəlidə tapşırdım: «Adamlarına de, odun yığsınlar».

Daha sonra Fatimə(s.ə)-ni hədələdim:

__ Evi yandıraram.

Fatimə(s.ə): «Ey Allahın düşməni, ey Peyğəmbər(s)-in düşməni, ey Ə|mirəl-mömininin düşməni!» __ deyib əllərini irəli uzatdı ki, mən içəri keçməyim. Mən onu vurub qapını möhkəm itələdim. Qırmancı qapını buraxmaq üçün əllərinə o ki var çəkdim. Ağrının şiddətindən nalə çəkib ağladı. Naləsi elə ürəkyandırıcı idi ki, az qala ürəyim yumşalıb oradan qayıdacaqdım, lakin yadıma Əli(ə.s)-nin Qureyş böyüklərinin (müşriklərinin) qanını tökməsi düşdü. Ürəyimdə ona qarşı bəslədiyim kin, düşmənçilik yenidən baş qaldırdı. Qapını təpiklə möhkəm vurdum. Fatimə(s.ə) qapını açılmasın deyə möhkəm sıxmışdı. Lakin mən qapıya təpiklə vuranda Fatimə(s.ə)-nin naləsini eşitdim. Elə bildim, Mədinə lərzəyə gəlib alt-üst oldu. Fatimə(s.ə) o halda ikən deyirdi: «Ay atacan, ya Rəsululah, sənin sevimli qızınla belə rəftar edirlər. Ah, ey Fizzə gəl məni götür. Allaha and olsun, bətnimdə olan körpəm öldürüldü!»

Mən başa düşdüm ki, Fatimə(s.ə) hamiləliyin şiddətli ağrısından divara(qapının arxasına) söykənmişdir. Qapını möhkəm itələdim. Qapı açıldı. Evə daxil olanda Fatimə(s.ə) o halətdə mənimlə üz-üzə dayandı. Lakin bərk qəzəbləndiyimdən elə bil, gözümün qarşısına pərdə çəkilmişdi. Niqabın üstündən ona elə sillə vurdum ki, yerə yıxıldı.[58]

Fatimə(s.ə)-nin dilindən...

«İrşadül-qülub» kitabında belə qeyd edilmişdir:

Fatimə(s.ə)-nin dilindən: «Bizim evi yandırmaq üçün qapımıza xeyli odun yığdılar. Mən qapının arxasında dayanıb o zalım tayfanı Allaha və Peyğəmbər(s)-ə and verirdim ki, bizdən əl çəksinlər. Ömər və Əbu Bəkrin azad olmuş qulu Qunfuzun vurduğu qırmancın izləri qollarımda qolbaq kimi qaraldı. Bu zaman qapıya təpik vurub qapını mənə tərəf itələdi. Hamilə halında üzü üstə yerə düşdüm. Alovun dilləri şölələnib üzümü yandırdı. O, əli ilə məni vururdu. Bu zaman qulağımdakı sırğam qırılıb yerə düşdü. Günahsız Möhsinim siqt olub öldürüldü».

Merac gecəsində Zəhra(s.ə)-nın məzlumiyyəti barədə Peyğəmbər(s)-ə verilən xəbər.

Allah-təalanın Peyğəmbər(s)-ə merac gecəsində verdiyi xəbərlərdən biri də budur: «Ya Əhməd, qızın Fatiməyə zülm edərlər. Onu hüququndan məhrum edib, onun üçün təyin etdiyin haqqı qəsb edərlər. İcazəsiz evinə daxil olub onu narahat edərlər. Heç kim onu müdafiə etməz. Ona vurulan zərbələr nəticəsində bətnindəki körpə siqt olunub öldürülər».

Peyğəmbər(s) buyurdu:

«Biz Allah tərəfindən gəlmişik və Allaha tərəf də qayıdacağıq. İlahi, mən bunu (sənin yolunda olduğundan) qəbul edərək sənin fərmanına təslim oluram və sənin dərgahından səbir və dözüm istəyirəm».

Fatimə(s.ə)-ni incidən şəxslərin əzabı.

Qiyamət günü mühakimə edilib haqqında hökm veriləcək ilk şəxs Əli(ə.s)-nin övladı Möhsin(ə.s)-in qatilləri olacaqdır. Onun qatilləri və Qunfuz barədə hökm olunacaq. Onları məhşər ayağına çəkib yanar qırmanclarla vuracaqlar. Əgər o qırmanclardan biri bütün dəryalara düşsə, dəryalar qaynayar. Əgər o qırmancı dünyanın bütün dağlarına vursalar, dağlar yanıb kül olar.

Müfəzzəl ibn Ömər İmam Sadiq(ə.s)-dən belə nəql edir ki, qiyamət günü həzrəti-Xədicə(s.ə) və Əli(ə.s)-nin anası Fatimə binti Əsəd(s.ə) Möhsini götürüb nalə çəkərək ağlayarlar. Anası Fatimə(s.ə) («Quran»ın bu ayələrini) oxuyar:

«Bu, sizə vədə verilən gündür». («Ənbiya», 104)

«Həmin gündür ki, hər bir şəxs xeyr əməlinin bəhrəsini görər və pis əməllərindən uzaq düşməyi istəyər.» («Ali=İmran», 30)

Bu vaxt İmam Sadiq(ə.s) elə ağladı ki, göz yaşları mübarək saqqalını islatdı. Sonra byurdu: «Aydın olmasın o göz ki, bu müsibəti eşidəndə ağlamaya».

Qiyamətdə Əli(ə.s)-nin xəzinəsi

Peyğəmbər(s) Əli(ə.s)-yə buyurmuşdu:

«Sən behiştdə xəzinə sahibisən, sən behiştin iki budağının sahibisən.» («behiştin iki budağı» deməkdə məqsədi behiştin bəzəyi olan Həsən və Hüseyn(ə.s)-dir)



Geri   İrəli
Go to TOP