A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Müəllif: Seyyid Müctəba Musəvi Lari
Naşir: Hamidun
Çap tarixi: 2000
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


 Biz təbiətin qanunları ilə tanışıq və bunun üçün də bilməliyik ki, insanın həyatı müəyyən qanun və qaydalardan asılıdır. Özümüzü təbiətdə tam azad və müstəqil hiss edir və onunla öz istədiyimiz kimi, rəftar edirik, lakin bunu başa düşmək istəmirik ki, avtomobillərin idarə olunmasında müəyyən qayda və qanunlara riayət olunduğu kimi insanın həyatı da onu idarə edəcək bə`zi qanunlara ehtiyac duyur. Lakin bu günlər sanki insanın həyatının mə’nasını yalnız yeyib-içmək, var-dövlətə yiyələnmək, cinsi ehtiyacları ödəmək, əylənmək və kino və gəzintiyə getmək təşkil edir. O, həyatdan spirtli içkilərdən istifadə etmək və siqaret tüstüsündə qərq olmaqla istədiyi kimi bəhrələnmək istəyir. "

Cəmiyyət üçün zəruri olan və hər şeydən daha çox əhəmiyyət kəsb edən şey isə nəzm-intizamdır.

Həqiqətə ağıl və məntiq gözü ilə nəzər salan şəxslər üzərlərinə düşən müxtəlif vəzifələrin öhdəsindən asanlıqla gəlir və öz həyatlarını düzgünlük və sədaqət üzərində qururlar. Əgər bu yolda uğursuzluqla üzləşərlərsə üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün çalışdıqlarına görə, hətta fəxr də edərlər.

Səadət və xoşbəxtliyi həqiqi sevinc və şadlıqda axtarmalı və ruhun asayişini tə`min etmək lazımdır.

Vicdanının fəryadına səs verən şəxslər qarşılaşdıqları çətinliklərdə özlərini ələ almağa qadir olarlar. İnsan üzərinə düşən vəzifələrin öhdəsindən gəldikdə daxilində yeni bir hissin yarandığını hiss edir. Daxili razılıq hissi bu şəxslərin ruhlarının dərinliklərindən mənşə’lənir.

ƏHDƏ VƏFANIN DƏYƏR VƏ ÜSTÜNLÜKLƏRİ VƏ VƏFASIZLIQDAN DOĞAN FƏSADLAR

İnsanın üzərinə düşən mühüm vəzifələrdən biri də bağladığı əhd-peymana əməl etməsi və ona vəfadar olmasıdır. Dinindən, məzhəbindən asılı olmayaraq hər bir insan ictimai həyatın bütün sahələrində əhdə vəfa etməyin üstünlüyünü, əhd-peymanı sındırmağın isə mənfi hal olduğunu bütün vücudu ilə hiss edir. Əhdə vəfa etməyin zəruriliyini insan fitri olaraq dərk edir. Belə ki, bu iş düzgün tərbiyə nəticəsində əməli olaraq həyata keçir və beləliklə də insanın səadət və xoşbəxtliyi tə`min olur. Şübhəsiz ki, bu hiss insanın vücudunda hələ uşaq ikən yaranır və nə qədər güclü olarsa, bir o qədər də onun gələcəyinə müsbət tə`sir göstərmiş olur. Bunun üçün də əxlaqın əsasını təşkil edən tə`lim-tərbiyyəyə xüsusi diqqət yetirilir. Məhz onun verdiyi müsbət nəticələr sayəsində insan fitrət və mə`nəviyyatına xələl gətirən bütün işlərdən uzaq olmağa çalışır.

Tərəflər arasında bağlanılan əhd-peymana rəsmi və qanuni olmasa da hörmət və ehtiramla yanaşılır. Onlara qarşı çıxmaq, sözün əsl mə`nasında şərəf, insaniyyət və comərdliyi ayaqlar altına atmaq deməkdir. Büzürgmehrin dediyi kimi: "Əhd-peymana qarşı çıxıb onu ayaqlar altına atmaq şərəf və comərdlikdən çox-çox uzaqlardadır! Haqq yoldan uzaq düşənlər bağladıqları əhd-peymanları asanlıqla pozarlar. Onlar öz ziyanverici rəftar və davranışları ilə başqalarının qəlbinə inadkarlıq və ədavət toxumu səpərlər. Bu xoşagəlməz xüsusiyyətə malik olan şəxslər daim xəcalət və rüsvayçılığa dözməyə məcbur olarlar. Bunun üçün də eyblərini ört-basdır etmək üçün bir çox hallarda bir-birinə zidd olan sözlər deyərlər. Lakin bütün bunlara baxmayaraq son nəticədə qərəz və düşmənçilikdən savayı bir şey əldə etmirlər.

Əhd-peymanın pozulması hər şeydən əvvəl ictimaiyyəti ciddi təhlükə ilə üzləşdirir. Onun adi hal alıb geniş yayılması nəticəsində ictimaiyyət zəifləyir və tədriclə süquta doğru gedir.

Belə bir şəraitdə cəmiyyət üzvləri arasında bərqərar olan əlaqələr getdikcə zəifləyir və cəmiyyət tənəzzülə doğru hərəkət etməyə başlayır. Son nəticədə isə ictimai əlaqələrə bir dəfəlik son qoyulmuş olur. Şübhəsiz ki, e`timadsızlıq və hərc-mərcliyin hökm sürdüyü bir cəmiyyətdə həyat öz normal axarından çıxar və hətta yaxın dostlar arasında belə qarşılıqlı e`timad görmək olmaz.

Əxlaq və mə`nəvi dəyərlərin zəiflədiyi hal-hazırkı dövrdə yalan və əhdə vəfasızlıq geniş şəkildə yayılmış və riyakarlıq bir çoxlarının ruhiyyəsinə yol tapa bilmişdir.

Cəmiyyətdə elələrini də görmək ki, olar nəinki verdikləri və`dəyə əməl etmirlər, hətta hiylə və fırıldaqçılığını özü üçün bir növ zirəklik və irəliləyiş vasitəsi hesab edərək - heç nədən çəkinmədən - başqalarının qarşısında öyünür və bundan xüsusi zövq alırlar.

Əhdə vəfa ictimai həyatda səadət və xoşbəxtliyə səbəb olan ən başlıca amillərdən biridir. Həyatın bütün sahələrinə öz tə`sirini göstərən bu amil inkişaf və tərəqqiyə səbəb olaraq hər zaman müsbət nəticələr verir.

Həccac ibni Yusifin xilafət dövründə xəvaricdən*[90] olan bir dəstə şəxs onun hüzuruna gətirilir. Həccac onların hər biri barədə ayrıca hökm verir. Növbə axırıncı şəxsə çatdıqda azan səsi eşidilir. Həccac namaza gedir və həmin şəxsi öz adamlarından birinə tapşırıb deyir: "Bu gün onu öz yanında saxla və sabah cəzalandırmaq üçün yanıma gətir. "

Onlar saraydan çıxırlar və müttəhim yolda özünün xəvaricdən olmadığını və bu töhmətdən pak olduğunu bildirir. Sonra deyir: "Mən Allahın lütf və mərhəmətinə böyük ümid bəsləyirəm, çünki bilirəm ki, heç bir təqsirim olmadan Həccacın toruna düşmüşəm. Səndən xahişim budur ki, vəsiyyət etmək üçün bu gecə mənə ailəmlə birlikdə olmağa icazə verəsən. Söz verirəm ki, səhər tezdən gəlib özümü təhvil verəcəyəm. " Mühafizəçi bir söz demir, nəhayət onun yalvarışlarının qarşısında təslim olur və icazə verir. Lakin həmin an bütün vücudunu iztirab və nigarançılıq hissi büryür. Peşman olub öz-özünə deyir: "Vay halıma, əsirin xahişini yerinə yetirməklə özümü Həccacın qəzəbi qarşısında üz-üzə qoydum. "

Həmin gün bütün gecəni iztirab və nigarançılıq hissi ilə başa vurur. Lakin səhər tezdən əsiri qapı ağzında görüb heyrətə gəlir. O öz təccübünü gizlədə bilməyib ondan soruşur. "Nə üçün dediyin vaxt özünü təhvil verdin?" Əsir cavabında deyir: "Kim Allahı qüdrətli və əzəmətli bir varlıq olaraq tanıyarsa, Onu bağladığı əhd-peymana şahid tutar və bunun üçün də hər zaman əhdinə vəfa edər. "

Mühafizəçi əsiri özü ilə birlikdə Həccacın yanına gətirib əhvalatı olduğu kimi ona danışı. Xəlifə daşürəkli və zülmkar şəxs olmasına baxmayaraq, əsirin iman və vəfadarlığının tə`siri altına düşür və onu azad etmək qərarına gəlir. Üzünü mühafizəçiyə tutub soruşur: "İstəyirsən onu sənə bağışlayım?" Mühafizəçi deyir: "Əgər bu işi görmüş olsanız, mənə böyük minnət qoymuş olarsınız. " Beləliklə, Həccac əsiri mühafizəçiyə bağışlayır, o da onu saraydan çıxarıb azad edir.

Əgər adi bir şirkət və ya müəssisə bağladığı saziş və ya müqaviləyə e`tinasız yanaşarsa, təbii ki, bu onun e`tibarını sual altına aparar və zərər ilə nəticələnər. Belə bir istiqamətdə hərəkət edən müəssisələr istər-istəməz özünü böyük uçurum qarşısında qoymuş olur.

Bu bir həqiqətdir ki, qarşılıqlı e`timaddan savayı, ikinci bir şey onun tam sabitlik və əmin-amanlığını tə`min edə bilmir. İnsanlar hamılıqla bir-birlərinə inanıb e`timad etdikdə, cəmiyyətdə səadət və xoşbəxtlik üçün qarşılıqlı e`timad əhval-ruhiyyəsi yaranmağa başlayır. Hər kəs ki, dediyi sözə rəsmi yazılı sənəd qədər əhəmiyyət verib ömrünün sonunadək verdiyi hər bir sözün üzərində durarar və bunu üzərinə düşən vəzifə hesab edərsə, bir çox qalmaqal və narazılıqlara son qoyub həyatın dəyərini çox-çox ucalara qaldırmış olar.

Bağlanılan əhd-peymanlar üçün lazımi olan ən başlıca şərtlərdən biri insanın öz bacarıq və imkanlarını nəzərə almasıdır. O, öz bacarığından xaric olan hər hansı bir saziş və ya əhd-peymandan mümkün qədər uzaq olmağa çalışmalıdır. Çünki, bacarıqsızlıq nəticəsində insan üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir və bu da onların kəskin şəkildə tənqid olunmalarına gətirib çıxarır.

İSLAM ƏHD-PEYMANIN POZULMASINI QADAĞAN EDİR

İnsan yaşadığı mühitdə həqiqi insaniyyət simasını özündə əks etdirmək üçün məntiqi və əqli bir həyat tərzi sürməlidir. İnsanların müvəffəqiyyətinə səbəb olan ən başlıca amillərdən biri də onların birlik və həmrə’yliyə nail olmalarıdır. Bunun üçün də hər bir cəmiyyət üzvü rəftar və davranışlarını düzgünlük əsasında qurmalı və bir-birlərindən uzaq düşmələrinə yol verməməlidirlər. Bağlanılan əhd-peymanlar iman və əxlaqi dəyərlər üzərində olduqda, hər bir rəsmi sənəddən daha çox e`tibar kəsb etməyə başlayır.

Əhd-peymanların pozulmasını məzəmmət dən müqəddəs İslam dini öz tərəfdarlarına icazə verməmişdir ki, hətta napak insanlarla bağlanılan əhd-peyman belə sındırılsın.

İmam Sadiq (ə) bu haqda buyurur:

"Allah-taala üç şeydən boyun qaçırmağı heç kimə icazə verməmişdir. Tapşırılan əmanəti öz sahibinə çatdırmağı əmanət sahibi istər xeyirxah insan olsun, istərsə də günahkar, əhdə vəfa etməyi qarşı tərəf istər saleh olsun, istərsə də yox, valideynlərə gülər üz göstərməyi istər yaxşı insanlar olsunlar istərsə də pis.

Qur`ani-Kərim iman sahibləri haqda buyurur:

“O mö`minlər ki, öz əmanətlərini və əhdlərini qoruyub saxlayarlar [onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər]”[91]

Başqa bir ayədə isə buyurulur:

“Əhdə vəfa edin. Çünki [insan] əhd barəsində qiyamət günü sual-cavab olunacaqdır.”[92]

Peyğəmbər (s), əhd-peymanın pozulmasının nifaq və qarşıdurmaya səbəb olduğunu bildirərək buyurur:

"Dörd xüsusiyyətə yiyələnən şəxslər münafiq və ikiüzlü olarlar , onlardan biri də bağlanılan əhd-peymana qarşı çıxıb onu pozmaqdır. "[93]

Əli (ə), Malik Əştərə etdiyi tövsiyələrdən birində buyurur: "Xeyirxah iş gördükdə heç vaxt camaata minnət qoyma və gördüyün işi böyük hesab etmə, verdiyin və`də qarşı da çıxma. Çünki, minnət xeyirxahlığı məhv edib aradan aparır, görülən işləri böyük hesab edib öyünmək həqiqət nurunu söndürür, əhd-peymana qarşı çıxmaq isə Allahın və camaatın qəzəbinə səbəb olur.

Peyğəmbərdən (s) nəql olmuş başqa bir hədisdə deyilir:

"Əhdə vəfa və düzlük bir-birləri ilə sıx əlaqəli və ayrılmazdırlar. Hələ bu vaxta qədər əhdə vəfadan möhkəm və e`tibarlı bir şey görmədim. "[94]

Uşaqların tə`lim-tərbiyəsinə xüsusi diqqət yetirən müqəddəs İslam dini valideynlərin öz övladlarının müqabilində üzərlərinə düşən əxlaqi vəzifələri çox gözəl tərzdə açıqlayır. Əxlaqi dəyərlərə yiyələnməyən və verdikləri sözün üzərində durmayan valideynlər öz övladlarını gözəl əxlaqi xüsusiyyətlərlə tərbiyə edə bilməzlər. Çünki görülən işlərin qoyduğu tə`sir adətən xəbərdarlıq və deyilən sözlərdən daha güclü olur. Peyğəmbər (s), uşaqlara və`də verib ona əməl etməyən valideynlərə ciddi xəbərdarlıq edərək buyurur:

"İnsan verdiyi və`də əməl etməli və ondan boyun qaçırmamalıdır. "

Doktor Alend deyir:

"Günbəgün oğurluğa qurşanan on altı yaşlı oğlan uşağının müalicəsi mənə tapşırıldı. Mə`lum oldu ki, yeddi, ya səkkiz yaşı olduqda atası onu oyuncaqlarından birini dövlətli bir zadəganın qızına verməyə vadar edir. Həmin bu oyuncağı isə o bir neçə ay intizarında olduqdan sonra mükafat olaraq əldə edə bilmişdi. Atası onu oyuncağı başqasına verməyə vadar edərkən söz verir ki, əvəzində onun üçün başqa bir oyuncaq alsın. Lakin səhlənkarlıq üzündən oyuncaq almağı unudub verdiyi və`də əməl etmir.

Uşaq ümidini itirib günlərin birində anasının çantasından bir konfet oğurlayır. Mənə təhvil verildiyi gün isə qapı-pəncərəni qırıb oğurluq etmişdi. Onu düz yola gətirmək bir o qədər də çətin deyildi və mən onu islah edib düz yola gətirməyə nail oldum. Onun oğurluğa qurşanmasına səbəb bir sıra psixoloji səhvlərə yol verən valideynləri olmuşdu. Əgər bu beləcə davam etsəydi, bəlkə də uşaq böyüdükdə böyük cinayətkara çevriləcəkdi.”

Əli (ə), dost və yoldaşlarla necə davranmaq lazım olduğu haqda buyurur:

"Dostluğa seçdiyiniz şəxslərə qarşı səmimi və vəfadar olun. "[95]

O kəslər dostluğa layiqdirlər ki, gözəl əxlaqi xüsusiyyətlərə yiyələnmiş olsunlar və insan onlarla sevinc və kədərini bölüşdürə bilsin.

Peyğəmbər (s) buyurur:

"Ən xoşbəxt insan o kəsdir ki, yüksək ruhiyyə və mə`nəviyyata yiyələnən şəxslərlə ünsiyyətdə olsun. Ünsiyyətdə olduğu şəxslərə qarşı haqsızlıq etməyən kəslər yalan danışmaz və bağladıqları əhd-peymanlara qarşı çıxmazlar. Comərd və son dərəcə insaflı olan bu şəxslər heç vaxt haqq-ədalətdən uzaq düşməzlər. Yaxşı olar ki, insan bu kimi şəxslərlə ünsiyyətdə olsun. "

Samuel Smaylz deyir:

"Əgər yüksək əhval-ruhiyyəyə və gözəl əxlaqa malik olan şəxslərlə yaşayarsınızsa, vücudunuzda ruhunuzu və əxlaqınızı yüksəklərə ucaldan sirli bir qüvvə hiss edəcəksiniz. Sizdən daha təcrübəli, daha şüurlu və daha bacarıqlı şəxslərlə dostluq etməyiniz sizin üçün böyük bir tapıntıdır. Çünki, onlarla ünsiyyətdə olmaq insana yeni ruhiyyə bəxş edir. Həyat dərsi aldığımız bu şəxslər başqaları barədə yiyələndiyimiz yalnış fikirləri islah edərlər. Əgər əxlaq və mə`nəviyyat baxımından bizdən güclü olarlarsa, ünsiyyətdə olduqda onlardan mə`nəvi dayaq alıb öz ruhiyyəmizi də gücləndirmiş olarıq. Beləliklə, onlar hədəf və məqsədlərimizi ucaldıb bizə başqalarına da kömək etməyə yardım edirlər. Xeyirxah insanlarla ünsiyyətdə olmaq yaxşılıqlardan və xeyirxahlıqlardan meydana gəlir. Çünki, gözəl əxlaq daim nur tək ətrafındakılara işıq saçar. "

Yuxarıda qeyd olunanları nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, hər bir insan üzərinə düşən vəzifənin öhdəsindən məs`uliyyətlə gəlməli və bağladığları əhd-peymanlara sadiq qalmalıdır.

ON DÖRDÜNCÜ FƏSİL

XƏYANƏT

1-Ümumi e`timadla, üzərimizə düşən vəzifələr arasında olan əlaqələr.

2-Xəyanət və onun qoyduğu mənfi tə`sirlər.

3-İslam xain insanları məhkum edir.

Ümumi e`timad, sağlam və möhkəm bir cəmiyyət deməkdir. O cəmiyyəti xoşbəxt hesab etmək olar ki, cəmiyyət üzvləri arasında qarşılıqlı e`timad hissi hökm sürmüş olsun. Lakin cəmiyyət üzvləri üzərlərinə düşən vəzifələrin nədən ibarət olduğunu bilmədikdə və başqalarının hüququna xəyanət etdikdə, həyat öz axarından çıxıb tənəzzülə uğrayır.

Həyatın müxtəlif sahələrində hər bir cəmiyyət üzvünün üzərinə müəyyən vəzifələr düşür. Qarşılıqlı e`timad hissinin həyatda öz əksini tapması üçün hər bir insan ağıl, fitrət və dinin onun üzərinə qoyduğu vəzifələri lazımi qaydada yerinə yetirməlidir. Bu vəzifələri ixtisara salmaq və ya yerinə yetirməmək olmaz. Üzərə düşən vəzifələrin öhdəsindən gəlməmək və onlara əhəmiyyət verməmək insanı ilk növbədə Allahın, sonra isə ictimaiyyətin qarşısında borclu və vəzifəli edir. İnsan istər-istəməz ictimai əlaqələr qurmağa və müştərək həyat tərzi sürməyə ehtiyac duyur. Qarşılıqlı əlaqələrdə də hüquqi məsələlər meydana gəldiyi üçün nəzm-intizama riayət etmək üçün o bir sıra qanun və nizamnamələrə tabe olmağa məcbur olur. Beləliklə, insan belə bir həmrə’ylik və həmkarlıq nəticəsində bir sıra çətinliklərini aradan qaldırmış olur. Üzərə düşən vəzifələrin öhdəsindən gəlmək nə qədər çətin olsa da, bəşər daim səbirsizliklə səadət və asayişə nail olmağa cana atır. Bu istək onun təbii və fitri xislətlərindən irəli gəlir. Lakin unutmamalıyıq ki, xoşbəxtliyə yalnız üzərə düşən vəzifələrin öhdəsindən gəldikdən sonra nail olmaq olar.

Necə deyərlər, "xoşbəxtlik, yerinə yetirilən vəzifələrin mükafatıdır. " Hər bir insanı başqalarının üzərinə düşən məs`uliyyətlərdə şərik hesab etmək olar. Çünki, hər hansı bir şəxsin öz üzərinə düşən vəzifə və məs`uliyyətlərdən boyun qaçırması istər-istəməz başqalarının da tərzi-təfəkkürünə, rəftar və davranışlarına mənfi tə`sir göstərmiş olur.

İctimaiyyətin səadət və xoşbəxtliyi fərdin xoşbəxtliyindən daha çox əhəmiyyət kəsb edir. Cəmiyyət üzvlərinin səadət və xoşbəxtliyinin əsasını təşkil edən də məhz ictimaiyyətin xoşbəxtliyidir. Başqalarının hüququna təcavüz daim ictimaiyyətin ədalət ruhu ilə müxalif olmuş və ümumi asayişin pozulmasına səbəb olmuşdur. Həyata, azadlığa və başqalarının şəxsiyyətinə hörmət hər bir insanın üzərinə düşən ən başlıca vəzifələrdən birini təşkil edir. Ruhu məs`uliyyət hissi ilə ünsiyyətdə olan və özlərini cəmiyyət qarşısında borclu hesab edən şəxslər hamının e`timadını qazanmaqla yanaşı, həyat müsabiqəsində daim qələbə çalırlar. Onlar başqalarının da rifah və xoşbəxtliklərini artırıb, onların inkişaf və tərəqqisində böyük rol oynayırlar.

Samuel Smaylz deyir:

"İnsanın üzərinə düşən vəzifələr, borc kimi əhəmiyyətli və mühümdür. E`timadsızlıq və əxlaqi böhrandan yaxa qurtarmaq istəyən şəxslər üzərlərinə düşən bu borcu ödəməlidirlər. Buna isə yalnız mütəmadi və ardı-arası kəsilməyən sə’y və ciddi addımlarla nail olmaq olar.

Dünyaya qədəm qoyduğu ilk gündən onu tərk edəcəyi son anadək insanın ən başlıca vəzifəsi üzərinə düşən məs`uliyyət və vəzifələrin öhdəsindən gəlməsidir. Güc və qüdrət olduğu hər bir yerdə məs`uliyyət və vəzifə də vardır.

Çünki, insan həm özünə, həm də başqalarına xeyir verən bir varlıqdır. Onun hər şeyə üstün gələn məs`uliyyət hissini yalnız əqidə təsəvvür etmək olmaz. Bu insanın həyatını idarə edən bir növ qanun və nizamnamədir. Onun əlamətləri isə insanın rəftar və davranışlarında özünü büruzə verir. Məs`uliyyət hissini bütün millətlər üçün ən böyük ne`mət hesab etmək və bu gözəl xüsusiyyətə malik olan bir millətin işıqlı gələcəyinə ümid bəsləmək olar. Belə bir ruhiyyədən məhrum olmuş və güzəranını eyş-işrət içində keçirən millətin halına isə oturub ağlamalı və acınacaqlı aqibətinə heyfslənmək lazımdır. Çünki, təbiət qanununa əsasən, belə bir cəmiyyət gec, ya tez məhv olub aradan gedəcəkdir.

XƏYANƏT VƏ ONUN QOYDUĞU MƏNFİ TƏ`SİRLƏR

Fitnə-fəsadın müxtəlif amillər üzündən ictimaiyyətə mənfi tə`sir göstərdiyini heç cür inkar edə bilmərik. Lakin bir qədər dərindən diqqət yetirdikdə görürük ki, bütün bu bədbəxtçiliklərə səbəb olan ən başlıca amillərdən biri də məhz "xəyanət"dir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, xəyanət təfəkkür tərzinə və həyatın bir çox sahələrinə yol taparaq ictimaiyyəti ciddi təhlükə ilə üzləşdirir.

Xəyanət, cəmiyyət üzvləri arasında olan dostluq və səmimiyyətə son qoyub onu özü ilə uçuruma doğru sürükləyir. Şəhvət hissi insanın vücudunda tüğyan etdikdə özünə orada yer edir və insan bu kimi hallarda ağıl və şüuruna arxalanmaq əvəzinə şeytani vəsvəsələrə uyub nadanlığa boyun əyməli olur. Hər bir insan yaşadığı mühitdə hər şeydən əvvəl başqalarının e`timadını qazanmağa ehtiyac duyur. Hər hansı bir tacir və sənətkar xəyanətkar yollarla gəlir əldə edib, bir müddət öz çirkin işlərinin üstünü örtə bilər. Lakin bir gün həqiqətin üzəri açılar və ən qiymətli sərmayə olan e`tibar itər və bununla da onların şəxsiyyət və mə`nəviyyatına ağır zərbə vurulmuş olar.

Xain insanlar daim iztirab və nigarançılıq hissi keçirərlər. Hər şeyə qarşı bədbin olar və mənfi münasibət bəsləyərlər. Bütün bunların səbəblərini isə onlar öz vücudlarında axtarmalıdırlar.

Ümumi asayiş, əmin-amanlığın bərqərar olunmasından asılıdır və bu, heç kimdə şübhə doğurmu. Xəyanət nəticəsində cəmiyyətdə hökm sürən iztirab və nigarançılıq haqq-ədaləti ayaqlar altına atır və bu bəlaya düçar olan hər bir millətin məhvinə səbəb olur. Bəli, əmin-amanlıq olmadığı bir yerdə nə azadlıqdan, nə dostluqdan, nə də qardaşlıq və səmimiyyətdən söz açmaq olar.

Xəyanət heç bir məhdudiyyət bilmədən insanın gördüyü bütün işlərə şamil olur. Deyilən hər bir sözü, görülən hər bir işi araşdırdıqda görürük ki, onların hər birinin müəyyən həddi-hüdudu vardır və insan müəyyən olunmuş bu həddi aşdıqda xəyanət və haqsızlıq yoluna qədəm qoymuş olur.

Dahi şəxslərdən biri övladına nəsihət edərək deyir:

"Övladım, sən yoxsul ol, qoy başqaları gözlərinin qarşısında hiylə və xəyanətlə var-dövlət sahibi olsunlar. Vəzifə və şan-şöhrətsiz yaşa, qoy başqaları biclik işlədərək şan-şöhrət və vəzifə sahibi olsunlar. Ehtiyac içində yaşasan da qoy başqaları yaltaqlıqla öz məqsədlərinə çatsınlar.

Başqaları böyük adamlarla ünsiyyətdə olmağa can atsalar da sən bu işdən uzaq ol, öz üzərinə iman və təqva əbasını sal. Başının ağarıb, ad-sanına zərrə qədər də olsun ləkə düşmədiyi zaman Allaha şükür et və arxayınlıqla ölümə təslim ol!"

Sərmayəsi e`timad, inam olan comərd insanlar daim şərəfli həyat sürər və onlara həvalə olunan əmanətlərə vəfadar olarlar. Həyatlarını əldə etdiyi təcrübələr əsasında quran bu şəxslər ömürlərini-günlərini beləcə keçirər və qədəm-qədəm irəliyə addımlayarlar.

İSLAM XAİN İNSANLARI MƏHKUM EDİR

Allah-taala, insanlar üçün bir sıra qanunlar müəyyən etmiş və əmanətə xəyanəi qadağan etmişdir. “Ənfal” surəsinin 27-ci ayəsində deyilir:

“Ey iman gətirənlər! Bilə-bilə Allaha, Onun peyğəmbərinə və aranızdakı əmanətlərə xəyanət etməyin.”

“Nisa” surəsinin 58-ci ayəsində də deyilir: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir.”

Əli (ə) buyurur:

"Ən böyük xəyanət dostlara xəyanət və onlarla bağlanılan əhd-peymanları pozmaqdır."[96]

Başqa bir yerdə buyurur:

"İnsanların ən pisi o kəsdir ki, əmanətə imanı olmasın və xəyanətdən çəkinməsin."

"Xəyanətdən uzaq olun, çünki xəyanət ən pis günahlardandır və xain insanlar etdikləri xəyanətlərə görə cəhənnəm odunda yanarlar. "

İmam Sadiq (ə) davamçılarına etdiyi tövsiyələrindən birində buyurur:

"İstər əməli saleh olasınız, istərsə də günahkar, sizə iki şeyi tövsiyə edirəm; düz danışmağı və əmanətə vəfadar olmağınızı. "[97]

İslam özünün yüksək mə`nəvi proqramları ilə bütün insanları üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün xoşbəxt və səadətlə dolu həyata də`vət etmiş və əmanətə vəfadar olmağa tövsiyə etmişdir.

İmam Səccad (ə)-dan nəql olmuş hədislərdən birində deyilir: "Əmanətə vəfadar olmağınızı tövsiyə edirəm. And olsun Məhəmməd (s)-i peyğəmbərliyə göndərən Allaha! Əgər atam Hüseyn ibni Əli (ə)-ın qatili onu şəhid etdiyi qılıncı əmanət olaraq mənə versəydi, heç vaxt ona xəyanət etməzdim. "

Xain insanlar İslamın nöqteyi-nəzərində o qədər məhkum olunur ki, birisi camaatın malına əl atdıqda şər`i qanunlara əsasən oğurluq üstündə əlinin kəsilməsini və ya ümumi asayişi pozduqları üçün müvafiq qanunlar əsasında cəzalandırılmasını əmr etmişdir. Bütün bunlardan isə ən başlıca məqsəd məs`uliyyət hissinin yaranması və sağlam əhval-ruhiyyəli bir cəmiyyətin meydana gəlməsidir. Görülən hər bir nalayiq və xoşagəlməz işlər insanın şəxsiyyət və mə`nəviyyatına ağır zərbə vurmaqla yanaşı, bu bəlaya düçar olan şəxslər elə bu dünyada onun ağır nəticələri ilə üzləşirlər.

Peyğəmbər (s) buyurur:

"Xoşagəlməz işlər görən şəxslər elə bu dünyada onun əvəzini görərlər. "[98]

Roskeyn deyir:

"Buraxdığım hər bir səhv iş mənə qarşı çıxaraq şüur və düşüncəmə güc gəlir və məni səadət və xoşbəxtlikdən məhrum edir. Nə vaxtlarsa gördüyüm xeyirxah işlər isə əksinə olaraq hər zaman mənimlə olub, hədəf və məqsədlərimə çatmağa yaxından mənə kömək edir.

Mexanika qanununda irəli sürülən "əks və əksül-əməlin bərabərlik qanunu" əxlaq elmində də öz həqiqi yerini tapır. Belə ki, insan xeyirxah işlər gördükdə onun layiqli mükafatını, xoşagəlməz işlər gördükdə də müvafiq cəzasını almış olur. Bir sözlə, görülən hər bir işin müvafiq əksül-əməli vardır və həmin tə’sirləri də həmin şəxslərə tabe olan və onların yoluna davam edənlərdə də icad edir."

Əli (ə) buyurur:

"Düzlük və əmanətə vəfadar olmaq imanın əlamətlərindəndir. "[99]

Başqa bir hədisdə buyurur:

"Xəyanət, dinsizliyə və təqvanın az olmasına dəlalət edir. "[100]

İman, ruha nüfuz edə biləcək ən başlıca amil və onun ən gözəl qoruyucusudur. O, özünün heyrətedici qüdrəti ilə insanın gördüyü bütün işləri nəzarət altına alaraq fərdi və ictimai məs`uliyyətləri onun vücudunda yenidən canlandırır və eyni zamanda ictimai pozğuntuluqların qarşısını alır. İman, ictimaiyyəti düzlüyə sövq edib xəyanət, nadanlıq və fitnə-fəsadın qarşısında böyük bir maneə yaradır. Bunun üçün də valideynin üzərinə düşən ən başlıca vəzifə övladının səadət və xoşbəxtliyini tə`min edib bunun üçün lazımi addımlar atmasıdır. Buna nail olmaq üçün də ilk növbədə onların qəlblərində Allaha qarşı eşq yaratmalı və ən gözəl əxlaqi xüsusiyyətlərə yiyələnməyə kömək etməlidirlər.

İmam Səccad (ə) buyurur:

"Övladlarınızın üzərində böyük məs`uliyyət daşıyırsınız. Onları ən gözəl əxalqi xüsusiyyətlərlə tərbiyə etməli, aləmləri yaradan o böyük Allaha doğru istiqamətləndirməli və Ona tabe olmağa kömək etməlisiniz. "[101]

Jilbert Ruben deyir:



Geri   İrəli
Go to TOP