A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Amerika niyə məhv olacaq
Müəllif: Oleq Platonov
Naşir: Şəhriyar
Çap tarixi: 2003
Səhifələrin sayı: 126
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri  


5 milyonadək üzvü olan daha kütləvi iblissevərlər təşkilatı mərkəzi İngiltərədə yerləşən beynəlxalq druidlər (kelt ayini) cəmiyyətidir. O, mason prinsipi ilə qurulub və ali loja tərəfindən idarə edilir.

Fransadakı yaşıl orden də beynəlxalq druyidlər cəmiyyətinə yaxındır. Onun üzvləri özlərini «kelt ayini» lütsferçiləri adlandırır və rəmz kimi başında tac, əlində gürz olan buynuzlu keçi şəklindən istifadə edirlər.

İblissevərlər gənclərə xüsusi diqqət yetirirlər. Onların rəhbərləri bu və ya digər namizədə uzun müddət diqqət yetirir, sonra isə sekta üzvü olduqlarını bildirmədən həmin adamla tanış olurlar.

Vaxtı ilə rozenkreyserlər etdikləri kimi, iblissevərlər də gənclərə qeyri-adi güc, şəhvani həzz, sərvət və şöhrət və᾽d edirlər.

«Yeniyetmə ilə təmas yaradandan bir qədər sonra iblissevərlər onu görüşə dəvət edir, havayı narkotik və seksual əyləncələr və᾽d edirlər. Daha sonra onun biabırçı vəziyyətdə (məsələn, narkotik maddə qəbul etmiş halda) fotoşəklini çəkir və ondan şantaj üçün istifadə edirlər. Bu cür şənliklər «heve metal» musiqisi sədaları altında keçir. Narkotik uyuma vəziyyətində bu musiqi birbaşa şüura tə᾽sir edir və nəticədə insan sanki özünü mahnının sözləri və musiqisi ilə eyniləşdirir, onları dərindən qavrayır.»85

C. Brennan iblissevərlərə qoşulan Suzanna adlı 18 yaşlı qızın tarixçəsini danışır: «İki il ərzində bu qız iblissevərlər toplantısında fahişə olmuşdu. Suzanna danışırdı ki, o qrupun üzvü olan kişilərlə cinsi əlaqəyə girirdi, bə᾽zən onlardan bir neçəsi qısa fasilərlə onunla yaxınlıq edirdi. Bu, iblis şərəfinə ayinin tərkib hissəsi idi.

Bu kultda iştiraka onu nə vadar etdiyini soruşduqda Suzanna cavab verdi ki, çoxlu problemləri və ailədə fikir ayrılıqları vardı. Atası ilə tez-tez mübahisə edirdi, evlərində nəinki qarşılıqlı məhəbbət, heç anlaşma və sakitlik də yox idi. Əksinə, hamı bir-birinə düşmən kəsilmişdi. Qız dərin mə᾽nəvi böhrana düşmüşdü, özünün heç kim tərəfindən sevilməyən və heç kimə lazım olmayan artıq bir adam hiss edirdi.

Elə bu zaman onun qayğısına qalan bir gənclə rastlaşır. Qız ona aşiq olur, onu fırtına zamanı sığına biləcəyi sakit bir guşə timsalında görür. Gənci yanında saxlamaq üçün Suzanna hər şeyə hazır idi. Buna görə də onun satanizmə aludə olduğunu eşidəndə e᾽tiraz etmədən ardınca gedir. Qıza elə gəlir ki, sevgisini sübut edə və aralarındakı ittifaqı möhkəmləndirə biləcək.

İblis kultu qız üçün ailəsini də əvəz edir. Qrupun digər üzvləri ilə təmasda olarkən ən çox zərurət duyduğu bir şeyi ‒ özünə qarşı diqqət qazanır. Lakin digər tərəfdən qrupun üzvləri də ondan özlərinə lazım olanı ‒ onun bədənini tələb edirdilər. Nəticədə qız fahişə oldu».86

Satanizm Amerika gənclərinin həyatında özünə möhkəm yer tutub. ABŞ məhkəmələrində satanizm və ayini qətllərlə bağlı işlərə mütəmadi olaraq baxılır və bunlarda əsas müttəhimlər gənc iblissevərlər olur. 80-cı illərdə baş verən bir neçə hadisəni nümunə gətirək.

Gənc amerikalı iblissevərlərdən ibarət qrup 15 nəfəri iblisə qurban verərək qətlə yetirir. Şahidlərin sözlərinə görə, meyitlər o dərəcədə dəhşətli vəziyyətdə idi ki, insanların başına gətirilənləri görərkən polis işçilərindən çoxunun halı pis oldu.87

Lonq-Aylenddən olan iki gənc‒17 yaşlı Rikki Kasso və 18 yaşlı Cimmi Troyano 17 yaşlı Harrini ayin zamanı qətlə yetirirlər. Bundan başqa, Rikki qəbirlərin açılmasında, «cəhənnəmin sahibinə» məktubların tərtibində iştirak edirdi. Onun həyatında əsas yeri narkotiklər tuturdu. Bu gənclərin dostlarının əksəriyyəti iblisi çağırmaqla bağlı olan ayinlərlə maraqlanırdı.88

Floridada 19 yaşlı Conatan Kantero öz anası Patrisiya Annanı qətlə yetirdiyi üçün ömürlük həbs cəzasına məhkum edilmişdir. Anasının boğazını kəsən Conatan, bunu iblisin şərəfinə dualarla müşayət etmiş və üstəlik, qadının sol qolunu da demək olar ki, kəsib atmışdı. Conatan mə᾽lumatları okkultizm barədə kitablardan əldə edirdi və qətl zamanı oxuduğu dualar da elə oradan götürülmüşdü: «Tanrım iblis, bilirsən ki, mən bu qadını ‒ məni doğan bu varlığı məhv etdim. Onun mənim şüurum üzərində hökmranlığına son qoydum. O, mənimlə əlaqəsini tamam itirmiş və daha aşağı səviyyədə yerləşən bir ilana çevrilmişdir.»89

1986-cı ildə Oklaxoma məhkəməsi 17 yaşlı Son Sellersi üç qətlə ‒ anasını, ögey atasını və mağazadakı satıcını öldürdüyünə görə mühakimə etdi. Sellers özünün məktəbdəki şkafında «iblisanə bibliya» saxlayırdı. «Zülmət kitabı» adlandırdığı gündəliyində o yazırdı: «Yer və kainat hökmdarı iblis naminə zülmət qüvvələrinə öz güclərini mənə vermələrini əmr edirəm». İstintaq iblisanə tə᾽limin müxtəlif vasitələrini də aşkar etdi ‒ «Zülmət kitabı», «iblislə qanla möhürlənmiş müqavilə», «Susma kodu», «Tərsinə çevrilmiş pentaqram şəkli», «Ağır rok» üslubunda musiqi, həmçinin dəhşət filmləri.90

Gənclərin böyük bir hissəsi üçün satanizmlə ilk tanışlıq helloin bayramıdır. Bu, ölüm hökmdarı iblisə qədim bütpərəst sitayiş mərasimidir. Bu bayram zamanı demək olar ki, bütün əhali ölüləri təqlid edir və bunun üçün ölü qiyafəsinə girərək dilənir. «Pislik yaxud hədiyyə» mərasimi zamanı amerikalılar ölülərin ruhlarına iblislə bağlı bəxşişlər verirlər. Təsadüfü deyil ki, Amerikadakı iblis kilsəsi bu günü özünün bayramı e᾽lan etmişdir. Onların fikrincə bu bayramdan iblisin varlığına şəhadət kimi istifadə olunmalıdır.91

İblisanə sektaların əksəriyyətində rok-musiqi (xüsusilə ağır rok) iblisə ibadət onu səsləmə ayininin özünəməxsus girişi rolunu oynayır. Qərbdəki kütləvi mədəniyyətin əsas tərkib hissələrindən birinə çevrilən rok musiqisi yəhudi rəhbərlərin başçılığı altında xristian şüurunun dağıdılmasının qüdrətli alətinə çevrildi.92 Mən artıq qeyd etmişdim ki, rokun banisi E. Presle yəhudi olması ilə fəxr edir və xristianlığın dağıdılmasındakı xüsusi missiyası onu sevindirirdi. Onun konsertlərini görən xristianların fikrincə narkoman və sodomit presle iblissevərlərin parlaq tipi idi. Satanizm tədqiqatçısı Con Todd qeyd edir ki: «İblisə həsr olunmuş musiqi vallarının (rok musiqi) hamısı eyni prinsip əsasında qurulub. Cinsi münasibətlər zamanı edilən hərəkətlərə müvafiq şəkildə inkişaf edən ritmi hissəsindən istifadə edilir. İnsana qəflətən elə gəlir ki, o, dəli olub və sonda bu, isterikaya gətirib çıxarır... Gənclər müəyyən müddət bu səslərin tə᾽sirinə mə᾽ruz qaldıqda onlarda depressiya, qıcıqlanma, təcavüzkarlıq hissləri baş qaldırır. Mahnıların mətnlərini araşdırmaq üçün özlərində səbr tapanlar tezliklə belə bir qənaətə gəlirlər ki, bu mətnlər, bir qayda olaraq, yeknəsəqdir. Onlarda valideynlərə, cəmiyyətə, bütün varlığa qarşı müqavimət təbliğ edilir. Anarxiya yaratmaq üçün zəruri şərait insanın bütün şəhvani hisslərini azad etməkdir ki, bu da öz növbəsində satanizmin bütün dünyada hökmranlığına yardımçı olur.»93

Bə᾽zi mahnılarında rok müğənnilər açıqca iblisə sitayiş edirlər. Belə ki, Con Lennon ona müraciətlə deyirdi: «İnsanları elə indi, dərhal azad et, bunu yerinə yetir, bizim əlimiz havada qalıb... Biz sənə dualar bağırmaq istəyirik: İnsanları azad et... 666-dır sənin adın.»94

Müasir dünyada iblisanə ‒ misdiq ədəbiyyat artıq yuxarıda sadaladığım Krouli, yaxud Lavey kimi yazıçıların əsərləri ilə məhdudlaşmır. Onlardan başqa külli miqdarda daha zərif, daha çox ziyalılalar tərəfindən istifadə edilən iblisanə kitablar da var. Onların müəlliflərinin ad çeşidi də çox zəngindir: K. Kastanyeda, H. Mayrinq, Umberto Eko, Kristofer Faulerdən başlamış, Stiven Kinq, Artur Klark və hətta rus yazıçısı Dannil Andreyevə qədər.

70-ci illərdə dünya satanizm hindli cadugər don Xuanın şagirdlərinin əsərləri ilə də zənginləşdi. Karlos Kastanyed, Florində Donner, Tayşi Abelyarın kitabları vasitəsilə, narkotik bitkilərdən magik ayinlərdən istifadə etməklə don Xuanın davamçıları ruhlar dünyası ilə əlaqəyə girirdilər. Əksər hallarda bu, narkotik seanslar olurdu ki, cadugar-şarlatanlar onlara dini don geydirirdilər. Qərbdə məşhur olan bir çox musiqiçi, rəssam, şair ruhlular dünyasından geri qayıda bilmədi. «Misdiq ayinə aludə olmaqla, onlar narkotikdən həlak oldular. Karlos Kastanyedanın o dünya qüvvələrinə cəlb etdiyi və özlərinə qəsd edən minlərlə adamın taleyi isə bizim üçün həmişəlik qaranlıq qalacaqdır.»95

Yalnız ABŞ-da bu iblissevərlərin əsərləri milyonlarla tirajla çap olunub. Bu nəşrlərin bir hissəsini ABŞ hökuməti maliyyələşdirib.

İblissevrlər hərəkatı demək olar ki, həmişə prezident-masonlar tərəfindən gizli şəkildə dəstəklənib. Lakin prezident Reyqandan başlayaraq, bu dəstək aşkar şəkil almağa başladı. 1987-ci ildə Reyqan «müasir Amerika həyatında satanizmin mühüm rolunu»96 kütlə qarşısında e᾽tiraf etdi və seçicilərin bu hissəsinin mənafelərinin nəzərə alınmasının zəruriliyini vurğuladı.

Reyqan hökuməti iblissevərlərin hüquqlarını genişləndirən bir sıra qərarlar da qəbul etdi:

‒dövlət qulluğuna, o cümlədən dövlət vəzifələrinə qəbul zamanı iblissevərlərin hüquqlarının pozulmasına yol verməmək;

‒«Amerikanın aparıcı görücülərini, okkultuçularını və nekromanlarını prezident və hökumət orqanlarına məsləhətlər vermək işinə cəlb etmək;

‒dövlət material və sənədlərində iblissevərlərin hisslərini təhqir edəcək söz və ifadələrdən istifadəyə yol verməmək.97

Amerika mətbutatı Reyqanın iblissevərlərə münasibətdə yeni siyasətini onun cəmiyyətə tə᾽sirini artırmaqla bağlı praqmatik addımı kimi dəyərləndirdi. Reyqan hökumətinin bə᾽zi üzvləri üçün onun bu qərarı əsil bayrama çevrildi. Deyilənə görə, «Helloyin» zamanı onlardan dördü sevincdən sərxoşluq dərəcəsinə qədər içmiş və soyunaraq, birbaşa stolun üstündə rəqs etmişdir.98

Reyqandan sonra bütün prezidentlər müxtəlif ixtisaslı okkultuçuları rəsmi olaraq dövləti məsələlərlə bağlı məsləhətləşmələrə də᾽vət edirdilər.

Ən yeni iblisanə meyillər təkcə hökuməti deyil, ən iri şirkətləri də ehtiva etdi. Belə ki, 1 mart 1990-cı ildə televiziya aparıcısı Filo Donahyunun teleşolarından birində «prokter en Gembl» şirkətinin rəhbərləri çıxış etdilər. Onlar tamaşaçılara iblis kilsəsinin davamçıları olmaları və gəlirlərinin bir hissəsini ona yardıma ayırırmaları barədə mə᾽lumat verdilər.

Donahyunun «Bu e᾽tirafla öz biznesinizə zərər vura biləcəyinizdən qorxmursunuzmu?» sualına isə bu iblissevərlər belə cavab verdilər: «ABŞ-da bizə ziyan vura biləcək qədər xristian yoxdur». Tamamilə aşkardır ki, şirkət rəhbərlərində ABŞ əhalisinin böyük hissəsində satanizmə bu və ya digər şəkildə rəğbət olması barədə əminlik var.

Bundan sonra ABŞ-da iblissevərlər şirkətinin məhsullarının baykotu üçün e᾽tiraz və imza toplamaq kompaniyası başladı. Lakin hökumət dərhal iblissevərlərin şərəfini tutaraq imza toplayanlara dini azlıqlar haqqında qanunu pozduqlarını izah etdi.99

SÖZARDI

Yaxın onilliklər ərzində ABŞ-ın vahid ərazi və birgə əhalisi olan dövlət kimi varlığı başa çatacaq. Əgər bu proses öz axarı ilə gedərsə, Amerikanın dağılması planetimiz üçün də faciəvi olacaq. Nüvə silahı və bəşəriyyətə qarşı iblisanə nifrətlə zəngin olan ABŞ bütün dünyanı da uçruma sürükləyə bilər. Ona görə də bəşəriyyət əks hərəkət başlamalı, bu faciəvi prosesin ‒ ABŞ-ın gələcəkdəki parçalanmasını bütün ‒ milli, irqi, maliyyə, iqtisadi, ekoloji və beynəlxalq xətləri üzrə tənzimlənməsi prosesinə rəvac verməlidirlər. İstənilən ictimai-siyasi fenomen kimi ABŞ-ın dağılması prosesi də çoxvariantlı ehtimali səciyyə daşıyır. Deməli, onu bir neçə ssenari üzrə proqnozlaşdırmaq və tənzimləmək mümkündür. Məsələ yalnız bizim seçəcəyimiz alətlərin toplusundan və səmərələliyindən asılıdır. Tənzimləmə şər imperiyasının zəif nöqtələrinə tə᾽sir vasitəsilə həyata keçiriləcək.

Dünya dövlətləri və xalqları bütün mümkün yollarla ABŞ-a müqavimət infrakstrukturu yaratmalıdır. Bunu, ilk növbədə, Birləşmiş ştatların dağıdıldması üçün işləyən, bu prosesin uzun müddətli strateqiyasını işləyib hazırlayan, kütləvi informasiya vasitələrində aramsız və hərtərəfli təbliğ edən xüsusi mərkəzlər yaradılması vasitəsilə həyata keçirmək lazımdır.

Amerikanın tanrı əleyhinə, tüfeyli və totalitar xarakterli, onun mə᾽nəvi dəyərlərinin kasadlığını, amerikalıların əksəriyyətinin mə᾽nəvi-əxlaqi miskinliyini daim əyani nümunələr əsasında nümayiş etdirmək zəruridir.

MİLLİ PARÇALANMA

Milli parçalanma xəttini çəkərkən, ilk növbədə ABŞ-ın ayrı-ayrı ərazilərində, xüsusən də hindu rezervasiyalarında, alyaskada və havay adalarında həmçinin Texas, Nyu-meksika, Florida və digər cənub ştatlarında milli və dini müqavimət qüvvələrinin hər tərəfli dəstəkləmək və fəallaşdırmaq, həmin qüvvələrin müstəqil qurumlar yaratmağa istiqamətləndirmək lazımdır. ABŞ tərəfindən qeyri-qanuni istila olmuş şimal ərazilərinin Meksikanın tərkibinə qaytarılması üçün meksikalılardan qiyamçı dəstələrin yaradılması və onların dəstəklənməsi də qanuni və ədalətli addımdır. Amerikadakı milli azlıqların ağır maddi və mə᾽nəvi durumu dünya ictimaiyyətinin daim diqqət mərkəzində olmalı, hətta lazım gələrsə, ABŞ-ın əsarətdə olan xalqları haqqında xüsusi memorandum yaradılmasına, həmçinin ABŞ-a qarşı iqtisadi, siyasi və digər sanksiyaların tətbiqinə əl atılmalıdır.

İRQİ PARÇALANMA qara qulların xəlifələri ilə ağdərililər arasındakı dönməz ziddiyyətlərə əsaslanır. Qara dərililər indi də irqi ayrı-seçkiliyə mə᾽ruz qalırlar ki, bu da özünün həyatın bütün sahələrində, ilk növbədə mədəniyyətdə və əməyin ödənişində göstərir. Zənci hərəkatlarına onların ədalət uğrunda mübarizələrində yardımçı olmaq, həmçinin zəncilərin çoxluq təşkil etdikləri yerlərdə zənci özünüidarələrinin yaradılması üçün sə᾽yləri dəstəkləmək, gələcəkdə bu qurumların, tədricən müvafiq ştatlar hüdudlarında müstəqilləşməsini nəzərdə tutmaq lazımdır.

MALİYYƏ PARÇALANMASININ qaçılmazlığını Amerikanın pul və qiymət siyasətinin yuxarıda sadaladığımız xüsusiyyətləri şərtləndirir. Çox güman ki, bu parçalanma kortəbii baş verəcək, lakin onun tənzimlənməsi də mümkündür. Bunun üçün, birincisi, dollardan «qaçmaq» yolu ilə onun qondarma dəyərinin dağıdılmasına dəstək vermək lazımdır. Məqsədə nail olmaq üçün «çətin» anda bazara çoxlu dollar çıxarmaq, sonra isə onunla əməliyyatlardan imtina etmək, səciyyəvi zəncirvari reaksiya xüsusiyyətinə malik birja təlatümü yaratmaq lazımdır. İkincisi, yanacaq və xammalın dünya qiymətlərinin islahına can atmaq, bunun üçün sona məhsuldan əldə edilməsi nəzərdə tutulan gəlirdən tutulmalı olan vergilərin həmin qiymətlərə daxil edilməsinə can atmaq zəruridir. Üçüncüsü, transmilli korporasiyaların əməliyyatlarına hər tərəfli maliyyə nəzarəti təşkil etmək, onların üzərinə daxili hesablaşmalar zamanı dünya qiymətlərindən istifadə etmək təəhhüdünü qanunvericilik qaydasında qoymaq, o cümlədən, keyfiyyətini nəzərə alaraq, işçi qüvvəsinin dəyərini də bura daxil etmək lazımdır.

İQTİSADİ PARÇALANMA istehlak yarışı ilə bəşəriyyətin real imkanları arasında artmaqda olan uyğunsuzluqdan irəli gəlir. Dağdan üzü aşağı buraxılan tormuzsuz avtomobil kimi, ABŞ iqtisadiyyatı da artıq dayana bilmir, çünki özünüməhdudlaşdırma mexanizminə malik deyil. Ekstensif inkişaf imkanları artıq tükənmişdir. Ən müasir texnologiyalar da istehlak yarışı nəticəsində ehtiyatların kasadlaşmasından bütövlükdə geri qalır. Odur ki, öz istehlak iqtisadiyyatını doyuzdurmaq üçün ABŞ başqalarının payına daha çox şərik çıxmalıdır ki, hazırkı şəraitdə bu, xeyli çətinləşmişdir.

Uzun on illiklər boyu daha çox başqa dövlətlərin iqtisadi talanına istiqamətlənərək, dünya qiymətləri və dolların qondarma qiyməti ilə fırıldaqçılıq edərək ABŞ yüksək texnologiyalar sahəsində də lider mövqeyini ardıcıl olaraq əldən verirdi. Əgər 70-ci illərin əvvəllərində dünyada yüksək texnologiyalar ixracının 30%-i ABŞ-ın payına düşürdüsə, 80-cı illərdə bu pay 21%-ə düşdü, 90-cı illərin axırında isə 5-10 %-dən artıq olmayacaq. Yüksək texnologiyalar sayəsində liderlik rolu Yaponiyanın və Asiyanın bir sıra milli dövlətlərinin əlinə keçir.

İqtisadi imkanları ilə daim artan istehlak tələbatı arasındakı kəskin uyğunsuzluq üzündən 90-cı illərin ikinci yarısı 2000-ci illərin əvvəllərində ABŞ uzun sürən iqtisadi böhran dövrünə qədəm qoyacaq.

EKOLOJİ PARÇALANMA iqtisadi parçalanma ilə oxşardır. O, təbiətin təbii imkanları ilə ABŞ-ın istehlakçı iqtisadiyyatının ona tə᾽siri ᾽arasındakı tarazlığın kəskin şəkildə pozulmasından doğur. Dünya birliyi ABŞ-ın üzərinə yer planetinə vurduğu ziyana bərabər bir vergi qoymalıdır.

BEYNƏLXALQ PARÇALANMA ABŞ-ın digər ölkələrlə münasibətdə təcavüzkar-istehlakçı siyasətinin nəticəsidir və həmin ölkələrin bir çox sakinləri də Amerikanın tüfeyli səciyyəsini dərk etməkdədir. ABŞ ilə digər ölkələrin mütləq əksəriyyəti arasında ziddiyyətlər dərinləşməkdədir və Amerikanın öz daxili quruluşu bunları aradan qaldırmağa imkan vermir. Bir çox ölkələrdə keçirilən sorğulardan göründüyü kimi, bəşəriyyətin böyük hissəsi Amerikaya və amerikalılara nifrət edir, bu ölkənin məhvini, ləğvini ədalətli həll kimi qəbul edir.

Amerika özünün qanunauyğun sonuna doğru irəliləməkdədir və bu özünü ilk növbədə, ən᾽ənəvi Amerika dəyərlərinin süqutunda göstərir.

Harris institutunun ABŞ-da apardığı sosioloji sorğu göstərdi ki, amerikalıların yalnız 17 %-i daha yüksək həyat səviyyəsi əldə edilməsinə can atmağa hazırdır, halbuki onların 70%-i ixtiyarlarında yalnız ən əsas əmtəələr və xidmətlər qalmaq şərti ilə həyatı daha yaxşı qurmağı öyrənməyə razıdırlar. Rə᾽yi soruşulanların cəmi 22%-i daha səmərəli texniki sistemlərin yaradılmasına tərəfdar olmuş, əksəriyyət (66%) daha humanist həyat tərzi yaradılmasını üstün tutmuşdur. Bütün bunlar bir daha təsdiq edir ki, ən anti-humanist sistem də insanın daxilindəki insaniyyət hissini məhv etməyə qadir deyil. Anti-humanist sistemlər quran Çingiz xan və Hitler insanın ilahi təbiətilə ziddiyyətə girdikləri üçün məhvləri labüd idi. Amerika da elə bu səbəbdən məhvə məhkumdur və mütləq məhv olacaq.

QEYDLƏR

1. Zonbart V. Yəhudilər və təsərrüfat həyatı. 1 hissə, SPb., 1911, s. 39

2.

3.

4.

5. Yenə orada, s. 6

6. Yenə orada

7. Yenə orada, s. 13

8. Yenə orada, s. 14; Sonralar Nyuport Nyu-yorkun ərazisinə qatıldı.

9. Yenə orada

10. Yenə orada, s. 8, 13.

11. Burada nə irəlidə (ayrıca qeyd olunan hallardan başqa) ABŞ-da hindu soyqırımına dair faktlar məşhur alim M. Stinqlin «Tomoqavksız hindular» əsərindən verilir. M.,1984.

12. Zombart V, Gös. əsəri, s. 45.

13. Olduğum mason lojalarında rəsm əsərlərini və portretləri şəxsən görmüşəm.

14. Moromarko M. Gös. əsəri, s. 105-106; Çernilovski E. M. Dövlət və hüququn ümumi tarixi. M., 1973, s. 257.

15.

16. Çernilovski E.M. Gös. əsəri, s. 264.

17.

18.

19. Yenə orada

20. Moromarko M. Gös. əsəri, s. 166.

21. Moromarko M. Gös. əsəri, s. 14.

22. Yenə orada, s. 19.

25.

26. Kalaiç D. Dolların rəmzləri haqqında, Literaturnaya Rossiya, 8/ 1/ 1993.

27. Təsadüfü deyil ki, A.Kestler xəzərlər haqqında öz əsərini «13-cü nəsil» adlandırıb /bax:

28. Bir çox ölkələrdə, məsələn Fransada yalnız «azad daş yonanlar» arasında yayılan «Akasiya» adlı mason jurnalı çap edilir.

29. Sitat: Devis D. Kapitalizm və onun mədəniyyəti. M., 1949, s. 378.

30. Devis D. Gös. əsəri, s. 382-383.

31.

32. Zombart V. Gös. əsəri, s. 44-45

33. Yenə orada, s. 41

34. Onlar hamısı mason lojalarına mənsubdur.

35. Sitat: Eperson R. Gözə görünməz əl. SPb., 1996, s. 241.

36. Bu yaxınlarda öz mə᾽şuqlarından biri tərəfindən öldürülən məşhur modelyer-sodomit (uşaqbaz) C.Versaçelin e᾽tirafına görə: «Maneken və fotomodel qadınların əksəriyyəti gəlir mənbəyinə görə varlı adamlar üçün adi fahişələrdir.» ( 1995, №3)

37. Nyu-york tayms. Həftəlik icma (rus dilində). 28 sentiyabr-11 noyabr 1993.

38.

39. Pravoslav rahib Serafim (Rouz) bu barədə çoxdan danışırdı. Onun üçün «disney istibdadi» bayağılıq, insanı həqiqətə aparan yoldan təcrid edən maniə idi. Amerika ailəni müdafiə assosiasiyası ABŞ xristianlarını «Uolt Disney» şirkətini baykota səslədi. Şirkətin assosiasiya tərəfindən tərtib olunmuş «nailiyyətləri» siyahısına aşağıdakılar daxil idi: dinin alçaldılması, təhqiri-4 dəfə, pornoqrafiya-3 dəfə, digər «nailiyyətlər» - narkomaniya, uşaqbazlıq, söyüşçüllük-hərəsi bir dəfə. Şirkətin prezidenti mason Ayznerə baykot e᾽lan edən yüz minlərlə açıqca göndərilmişdir/A.

40.

41.

42. Sonradan yəhudi D. Rabin İsrailə köçdü və orada çox hörmətli, nifuzlu bir adam oldu.

43. Sitat: Provaslov Rusiya, 1977, №20, s. 6.

44. Gizli biliklə tovlama, M., 1997, s.47.

45.

46. Literaturnaya Rossiya, 8/1/1993

47. Finansovıye izvestiya, 8/10/1996

48. İzvestiya, 14/04/1993

49. Sitat: Mokşanski V.M. Yəhudi məsələsinin mahiyyəti. Buenas-Ayres, 1957, s. 40.

50. İzvestiya, 5/1/1994

51. Yenə orada; Qərb hökumətləri və yəhudi bankirlərinin narkotik alveri « » kitabında ətraflı təsvir edilib.

52. Yenə orada

53.

54. (Amerikalı sənayeçi Henri Ford yəhudi zorakılığına qarşı məşhur mübariz, «Beynəlxalq yəhudilik» kitabının naşiri idi. Lakin həyatına edilən bir neçə qəsddən və müflis olmaq təhlükəsi ilə qarşılaşdıqdan sonra o öz baxışlarından imtina etdi və fəal masona çevrildi).

55.

56.

57. (kitab masonlar arasında istifadə üçün nəzərdə tutulub, açıq mətbuatda çap edilməməlidir; onunla Tüson (Arizona) şəhərinin mason lojasının kitabxasında tanış olmuşam).

58. Yenə orada, s. 241-242

59. Yenə orada, s. 136-147

60. Yenə orada, s. 146-147

61.

62.

63.

64.

65.

66.

67. Novoye russkoye slovo (Nyu-york), 20/04/1989.

68.

69.

70. Burada və irəlidə çap olunmuş sorğu nəticələri göstərilir.

71. «Əhdi-cədid»ə görə, mənşəy e᾽tibarı ilə iudaizm həmişə satanizm, iblisə sitayişin bütün təzahürlərinin ən əsas mənbəyi. Təsadüfü deyil ki, bütün iblissevərlər cəmiyyətləri yəhudi kabbalasından öz mərasimlərində istifadə edirlər.

72. Steffon Ceffri. Satanizm və yeni bütpərəstlik. M.,1997, s. 81

73. Yenə orada

74.

75. Steffon C. Gös. əsəri, s. 80-81

76. Yenə orada, s. 98-99

77.

78.

79.

80.

81. Steffon C. Gös. əsəri, s. 86-90

82. 70-ci illərin sonu 80-cı illərin əvvəllərində Lavey Sanfransiskoya, oradan da İsrailə köçdü və indi də oradadır. Laveyin ABŞ-da yaşayan qızı isə satanizmin əsas kahinidir.

83. İblissevərlərin müxtəlif qruplarında bayramların keçirilmə tarixi fərqli ola bilər. Lakin oktyabrın 29-u ilə noyabrın 2-si arasında onların demək olar ki, hər birində hər hansı bir bayram mərasimi keçirilir. İosif Brenna özünün «Zülmət səltənəti» kitabında iblisanə bayramları sadalayır. Bunlardan ən önəmli sayılanları ‒ müqəddəs Valpurki, müqəddəs Vinebald, müqəddəs Eyhard günləri, «iblis» və «şeytan» şənlikləri, yaz və payız gecə-gündüz bərabərlikləri, yay və qış günəş qarşı durmaları, həmçinin hər il aprelin 26-a keçirilən «baş» bayram ‒ V...

84.

85. Steffon C. Gös. əsəri, s. 95

86.

87.

88.

89.

90.

91. Pravoslav Rusiya, 1992 №18, s. 14

92. Bu barədə daha ətraflı bax:

93. Todd Con. İblisin buxovunda. Kuban. 1993, №9-10, s. 60

94. Sitat: Todd C. Gös. əsəri, s. 60.

95. «Gizli bilik»lə tovlama. M., 1997.

96.

97. Yenə orada

98. Yenə orada



Geri  
Go to TOP