A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Amerika niyə məhv olacaq
Müəllif: Oleq Platonov
Naşir: Şəhriyar
Çap tarixi: 2003
Səhifələrin sayı: 126
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


ABŞ və digər Qərb ölkələrinin iqtisadi tüfeyliliyinin kifayət qədər iri mənbələrindən biri də narkobiznesdir. Yəhudi-mason sivilizasiyasına məxsus olan ölkələrdə hər il narkotik maddələr alverindən əldə edilən 300 milyard dollar çirkli pul təmizlənir və bunun 90 faizi həmin ölkənin sənayesinə qoyulur.50

Belə nəhəng məbləğlərlə işləmək adi bankların imkanları hüdudlarından kənarda olduğundan, bu işi, adətən ən adi yəhudi bankerləri, BVF və DM əməkdaşları həyata keçirirlər.

Yəhudi-mason sivilizasiyası elitasının narkotik alverində şəxsi marağı ona qarşı qərb ölkələrində aparılan mübarizənin səmərəsizliyi ilə ifadə olunur. Narkotiklər üzrə beynəlxalq geopolitik mərkəzin direktoru Alen Labrussun qeyd etdiyi kimi: Hər dəfə narkotiklərlə mübarizə qərb ölkələrinin iqtisadi və geostrateji maraqları ilə toqquşduqda, həmin ölkələrin hökumətlərinin «ağ ölüm» alverçilərinə e᾽lan etdikləri amansız müharibə arxa plana keçir.51

Yəhudi bankerləri Latın Amerikası, Asiya, ilk növbədə Kolumbiya və Birmada narkobiznes əməliyyatlarını maliyyələşdirirlər.

Nikaraquada vətəndaş müharibəsi zamanı ABŞ hökuməti bu ölkədə narkotik istehsalı və satışı sistemi yaratdı. Kontraslara kömək üçün MKİ və Amerikanın məhşur «dostu» polkovnik Norib nəinki narkotik alverini örtbasdır edir, ütstəlik onların Kolumbiyadan ABŞ-a daşınmasını da təşkil edirdi.

Əfqanıstanda müharibə zamanı MKİ Pakistanın xüsusi xidmətlərindən Əfqan qiyamçılarını silahla təmin etmək üçün istifadə edirdi. Əks istiqamətə isə MKİ əməkdaşları atrıq opium daşıyırdılar və bu opiyum Pakistandakı 200 gizli labarotoriyada heroinə çevrilirdi. Beləliklə, Amerika hökumətinin köməyi ilə 1980-1994-cü illərdə Əfqanıstanda opiyum istehsalı 200 tondan 3000 tonadək, yəni 15 dəfə artdı.52

BƏŞƏRİYYƏTİN VÜCUDUNA YAPIŞMIŞ ZƏLİ

Amerikanın qüdrəti başqa ölkələrin müflisləşməsi hesabına çiçəklənir. Digər ölkələrdəki 100 milyonlarla insan üçün məhvedici olmaq baxımından, ABŞ-ın tərəqqisi faşist almaniyasının iqtisadi inkişafı ilə tutuşdurula bilər. O vaxt istila etdiyi ölkələrin ehtiyatlarını təmərküzləşdirmək hesabına Almaniya nəhəng vəsait toplamağa və görünməmiş nəticələr əldə etməyə nail olmuşdu. Amerika iqtisadi sistemi bəşəriyyətin bədəninə daraşan zəli kimidir ‒ bəşəriyyət üçün nə qədər pisdirisə, onun üçün bir o qədər yaxşıdır.

Sənaye fəaliyyəti nəticəsində atmosferin karbon oksidi (dəm qazı) ilə çirkləndirilməsinin üçdə bir hissəsi ABŞ-ın payına düşür. Amerika TMŞ-nin xaricdəki fəaliyyəti də nəzərə alındıqda, bu ölkənin təbiətə vurduğu ziyan ümumi ziyanın 40 faizini təşkil edəcək, başqa sözlə, onun dünya gəliri sistemindəki payına təxminən bərabər olacaq.

1990-cı ildə Avropa parlamenti Honduras və Qvatemala gecəqondularında uşaqları pulla satın aldığına və onların bədən orqanlarından köçürmələr üçün istifadə etdiyinə görə ABŞ-ı qınayan qətnamə qəbul etdi. Lakin təəccüblənmək əbəsdir. Bir çox amerikalının dəstəklədiyi patoloji (zooloji) xudpəsəndlik və fərdiyyətçilik şəxsən onların rifahına xidmət edən istənilən cinayətə bəraət qazandırır.

Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq zorakılığın ən ifrat formalarına, ilk növbədə hərbi zorakılığa əl atır. İkinci dünya müharibəsindən sonrakı onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət törədib ki, bunlara görə Amerika sistemi Nürnberq prosesinə, onun administrasiyası isə hitlerçi canilərin taleyinə layiqdir.

1948-1953-cü illər ‒ Filippində hərbi əməliyyatlar. Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. Minlərlə filippinlinin qətli.

1951-1953-cü illər ‒ 1 milyona yaxın Amerika əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlə koreyalının həlak olması.

1964-1973-cü illər ‒ Vyetanama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. Hitlerin nümunəsilə bütöv kəndlər məhv edilir, sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. Qadınların və uşaqların kütləvi qırğını.

1964-cü il ‒ Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.

1964-1973-cü illər ‒ 50000 ABŞ əsgərinin Laos respublikasına qarşı cəza əməliyyatlarında iştrakı. Yenə minlərlə qurban.

1982-1983-cü il ‒ 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.

1986-cı il ‒ Liviyaya xaincəsinə basqın. Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.

1989-cu il ‒ Panamaya silahlı basqın. Minlərlə panamalı həlak oldu.

1991-ci il ‒ İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450000 hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə. 150 minədək dinc sakinin öldürülməsi. İraq əhalisini qorxutmaq məqsədilə dinc obyektlərin bilərəkdən bombardman edilməsi.

1992-1993-cü illər ‒ Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli.

Lakin iş təkcə açıq silahlı müdaxilərlə bitmir. Onilliklər boyu ABŞ Salvador, Kuba, Qvatemala, Əfqanıstan, İran əleyhinə e᾽lan olunmamış müharibələr aparmış, əldəqayırma amerikapərəst hökumətləri dəstəkləmək, yaxud bölgədə Amerikanın hökmranlığını qəbul etməyən qanuni hökumətləri yıxmağa can atan qiyamçılara yardım göstərmək üçün nəhəng xərclər çəkmişdir.

1948-1996-cı illər arasında Amerika hərbiçilərinin və terrorizminin qurbanlarının ümumi sayı 1 milyon nəfərdən çoxdur və burada hələ yaralılar və evsiz-eşiksiz qalanlar daxil deyildir. SSRİ dağılandan sonra ABŞ artıq öz təcavüzkar iddialarını həyata keçirmək yolunda heç bir ciddi maneə ilə üzləşmir. Terrorçu güc strukturlarının yaradılmasına dəhşətli bir meyl yaranmaqdadır. Bütün dünyanı xərçəng xəstəliyi kimi bürüyən belə təşkilatların tə᾽sirini bir çox ölkələr, ilk növbədə, İraq və Balkan dövlətləri hiss etməkdədir. ABŞ BMT-ni öz terrorçu fəaliyyətinin alətinə çevirməkdədir.

Öz fikrini bürurzə verməkdə və bəyan etməkdə Amerika cəmiyyəti qədər qeyri-müstəqil ikinci bir cəmiyyət yoxdur. Amerikanı «pərdə arxasında» məharətlə yaradılan bütlər idarə edir. Sosioloji sorğuların nəticələrinə görə, amerikalıların 80 faizinin şəxsi rə᾽yi yoxdur və onlar «pərdə arxası» nöqteyi-nəzərləri təkrarlayırlar.

Amerika cəmiyyəti planetdə demək olar ki, ən totalitar cəmiyyətdir. Amerikalıların böyük əksəriyyəti ictimai baxımdan mühüm olan bir çox predmetlərlə bağlı eyni fikirdədir. Seçim olmayan seçkilər ali vəzifəyə amerikalılara başqalarının hesabına daha da çox pul və əmtəə söz verən kovboy, yaxud pleyboy görünüşlü birinin yüksəldilməsi üçün keçirilir. Amerika prezidentləri manekenlər sırasından başqa bir şey deyil.

Onların şəxsiyyətlərinin səciyyəvi əlaməti isə hər hansı mənliyin, mə᾽nəviyyatın olması, stereotip təbəssümlər, jestlər və sözlərdir. Gözə görünməz «pərdə arxası»nın idarə etdiyi maneken ‒ avtomatlar dünyası xristian mədəniyyəti zirvəsindən miskin və zəifdir. Amerika prezidentlərinin, məsələn, Niksonun yaxud Reyqanın xatirələrini oxumaq kifayətdir. Orada bayağı ifadələrdən və məhdud xudbinlikdən savayı bir şey tapmayacaqsınız. Belə cızma-qaralardan sonra Brejnevin qondarma xatirələri də şedevr tə᾽siri bağışlaya bilər.

Amerika partiya qurultaylarından reportajları görəndə, nə üçün isə, dərhal nasistlərin toplantıları yada düşür. Cuşa gəlmiş kütlə əldəqayırma prezidentə, yaxud Fürerə - insani insanlar baxımından tamamilə puç bir şəxsə qarşı qondarma hisslərinin tə᾽siri altında bağırır, əl çalır.

İnsanları bütün azadlıqlardan məhrum etməyin, onu totalitar sistemin vintciyinə çevirməyin iki yolu var. Birincisi insanları bir sıraya düzmək, onları addımlamağa və lazım olan sözləri deməməyə məcbur etmək. Hitler bu yolu seçmişdi.

İkincisi ‒ insanı uşaqlıqdan birtərəfli şəxsiyyətlə, müt᾽i bir avtomata çevirmək. Körpə yaşlarından onu seçim iradəsindən məhrum etmək, şüurunda həyatın bütün xırdalıqları və məqsədinə dair ümumi stereotip təsəvvürlər yerləşdirmək. Bu halda insanı heç sıraya yerləşdirməyə də ehtiyac yoxdur, çünki o, şüuruna yeridilən kumirlərin göstərdiyi istiqamətdə addımlayacaq. Amerika bu ikinci yola üstünlük verdi.

Amerikalı gənclərə diqqət yetirin. Bir televiziya reportajını xatırlayıram. İraqda yaşayış binalarını bombalayan, minlərlə adamı məhv edən təyyarəçilərin qayıdışı göstərilirdi. Onlar yaxşı əhval-ruhiyyədədir, kefləri kökdür, sevincdən bir-birini dümsükləyirlər, sanki beysbol oyunundan qayıdırlar. Bu ruhi durumun özü elə məhz faşizmdir. Mə᾽lum olduğu kimi insani seçim iradəsi olmadan demokratiya və azadlıqdan danışmaq mümkünsüzdür. Demokratiya seçim tələb edir. Məgər uşaqlıqdan bir nöqteyi-nəzərə əsaslandırılaraq tərbiyələndirilən adam seçim etməyə qadirdirmi? Mə᾽nəvi, siyasi və ictimai seçim başqa xalqların qarətinə əsaslanan əmtəə və xidmətlər seçimlə əvəzlənir.

QÜDRƏTLİ MASON SUPERDÖVLƏTİ

20-ci əsrin ortaları üçün yalnız ABŞ-da mason loja və təşkilatlarının üzvlərinin ümumi sayı, təxminən 50 milyon nəfər idi.53 «Rotari», «Layons», «Küvenis», «Elk» və i.a. tipli mason loja və klubları ABŞ-ın hər bir şəhər və qəsəbəsində təşəkkül tapmışdı. Ən kiçik yaşayış məntəqələrində də mason təşkilatlarının ilkin özəkləri qurulmuşdu. 1996-cı ildə Arizona ştatının səhra bölgələrində yerləşən böyük Kanonda ekskursiyada olarkən bir qəsəbədən keçdik. Qəsəbənin girişində burada mason təşkilatlarının fəaliyyət göstərməsindən xəbər verən işarəni gördükdə heyrətə gəldim. Belə işarələr Amerikadakı hər bir şəhər və ya kəndin girişində qoyulub. Bə᾽zi yerlərdə, xüsusən də kiçik şəhərlərdə mason loja və templların (mason mə᾽bədləri) nəzarətçiləri mənə içəri girməyə, hətta fotoşəkil çəkməyə də icazə verirdilər.

Loja və templlarda pəncərə olmur, toplantıların əksəriyyəti alaqaranlıqlarda keçirilir. Otaqlardan və iclas zallarından keçərkən özümü narahat, səksəkəli hiss edirəm ‒ divarlarda və qapılarda kabalistik işarələr var, mason bayraqları, üzərində iblis nişanı və David ulduzu çəkilmiş bayraqlar asılıb. Ali mənsəblilərin toplantılarının keçirildiyi zalda bahalı mebel, qızıl aypara çəkilmiş çərçivələrə salınmış rəsm əsərləri, xalçalar var. Hər bir templda geyinib-soyunma otağı var. Burada masonlar dərəcələrinə müvafiq paltarlar geyirlər. Ayinlərdən qabaq onlardan bir çoxunun saçını xüsusi olaraq darayır, onları qrimləyirlər. Bu məqsədlər üçün bərbərxana və qrim otaqları var. Hər bir mason lojasında aqala (masonların birgə yemək mərasimi) üçün xüsusi yer var.

Masonlar və onlara yaxın olan təşkilatların üzvləri bütün hakimiyyət strukturlarından, ştat və federal strukturlarınadək, həmçinin təhsil, mədəniyyət, ədəbiyyat və əlbəttə ki, jurnalistikada. Amerikada kafedra qazanmaq istəyən hər bir kəs mütləq mason loja və ya kulubuna daxil olur. Bir dəfə Kaliforniyada rus mənşəli nüfuzlu amerikalı bank qulluqçusu ilə tanış oldum. Bir şüşə viski içməklə keçən görüşümüzün sonunda o mənə mason olduğunu e᾽tiraf etdi və sanki bu cinayətinə bəraət qazandırmaq üçün dedi: «Lojaya üzv olmasaydım, bütün ömrüm boyu kiçik bir qulluqçu olaraq qalacaqdım.»

Lakin Amerikada tanış olduğum masonların heç də hamısı bu cinayətkar təşkilatın üzvü olduqlarından xəcalət çəkmirdilər. Onların əksəriyyəti özlərini «müstəsna», «böyük sirlərdən xəbərdar» adamlar sayır və xüsusilə bir əda ilə davranırdı. Los-ancelsdən olan bir mason rozenkreyslərə aidliyilə fəxr edir və heç nədən çəkinmədən iblisanə ədəbiyyatın təbliği ilə məşğul olurdu.

Yeri gəlmişkən, yeni üzvlər cəlb etmək işilə məhz rozenkreyserlər xüsusilə fəal məşğul olurlar. Onların loja və cəmiyyətləri bir çox şəhərdə fəaliyyət göstərir, Son-xose (Kaliforniya) şəhərində isə rozenkreyserlər parkı adlandırılan beynəlxalq mərkəzləri yerləşib. Burada oradan başçılarının (imperatorlar) dəfn olunduğu məzarlıq, templ, mason universiteti, inzibati bina, kitabxana, muzey və rəsədxana da var.

Mən həmin parkda iki dəfə olmuşam. Parkın özünün, muzeyin və rəsədxananın ərazisinə istənilən şəxs daxil ola bilər. Parka çox gözəl qulluq edilir, bə᾽zi yerlərə Misir allahlarının və ilahələrinin təsvirləri yerləşdirilib. Muzeyin kompozisiyası Misirin qədimliyi və kahinlərin müdrikliyini özünəməxsus kultu üzərində qurulub. Hər şey rozenkreyserlər muzeyinin təşkilatçılarının özlərini qədim sələflərinin müdrikliyinin və biliklərinin varisi və daşıyıcıları kimi qələmə verməyə can atdıqlarından xəbər verir. Ekstozisiya səliqə ilə seçilib, burada maraqlı orjinallar da var və bütün bunlar şübhəsiz, çox tə᾽sirlidir. Muzeydən çıxarkən arzu edən hər bir şəxs xüsusi vərəqlər götürə (onlar qapının ağzında qoyulur) və rozenkreyserlərin muzeysevərlər cəmiyyətinə üzv ola bilər. Bu cəmiyyətin bir neçə iclasında iştirak etdikdən sonra bə᾽zilərinə ordenin işi ilə daha yaxından tanış olmaq təklif edilir. Beləcə, cinayətkar cəmiyyətə tədricən yeni-yeni üzvlər cəlb olunur.

Rozenkreyserlərin rəsədxanasında seyrçilər astrologiya və okkultizmə dair ilkin biliklərlə tanış olurlar. Burada da onlarda rozenkreyserlərin qüdrətli, sehirli biliklərə malik olmaları və onların köməyi ilə təbiəti və insanları idarə etməyə qadir olmaları barədə rə᾽y yaradılır. Rozenkreyserlərin kitabxanalarında ifşa edilmiş fırıldaqçıların ‒ Kaliostro və Sen-jermenin portretləri asılıb. Rozenkreyserlər hələ də onlara ehtiram göstərməkdədirlər. Kitabxanada qədim dövrlərdən günümüzədək çap olunmuş, demək olar ki, bütün okkult, kabbalist və digər iblisanə-mistik ədəbiyyat toplanıb.

Hazırda ABŞ rozenkreyser imperiyasının 60 min üzvü olan 100 lojası var. Bundan başqa, onların 26 xarici şö᾽bəsi də mövcuddur. Rozenkreyserlər hər il yalnız reklama və poçt xidmətlərinə 1 milyon dollar (80-cı illərin əvvəlinə olan mə᾽lumata görə) xərcləyirlər. 1929-cu ildə ABŞ torpağında məskunlaşmış rozenkreyserlərin ilk imperatoru Spenser Lüis oldu. Onun vəfatından sonra ordendə hakimiyyət oğlu Ralf Lüisin əlinə keçdi. Ralf Lüis «ali mütləq hökmdar, şimali və cənubi Amerika, Britaniya birliyi və imperiyası, Fransa, İsveçrə, İsveç və Afrika imperatoru» titulunu qəbul etdi. 1987-ci ildə vəfat etmiş R. Luisdən sonra rozenkreyserlərin yeni imperatoru Geri Stuart oldu.

Masonlar ABŞ ilə fəxr edir, onu öz ölkələri ‒ «mason dövləti», «qüdrətli supermason dövləti» sayırlar. Mason Henri Ford yazırdı: «Masonluq birləşmiş ştatların ən yaxşı dayaq nöqtəsidir (tarazlaşdırma mexanizmi). Masonlar öz uşaqlarına nə öyrətmək lazım gəldiyini bilirlər.»54 Belə bir iftixar hissi üçün onların tam əsasları var. Yalnız Vaşinqtonda 500 min mason lojası və onlara yaxın təşkilatların üzvləri yaşayır. Elə buradaca bir çox mason və satanist təşkilatların mərkəzi qərargahları yerləşir.

1960-cı ildə mason lojaları və onlara yaxın olan təşkilatların üzvlərinin sayı (1000 nəfərlə)55

ABŞ-da cəmi Vaşinqtaonda

Mason lojaları----------3800----------------------150

Rotari klublar------------489------------------------73

Bnay-Brit----------------------400-----------------------57

Küvenis-------------------------258------------------------5

Layons---------------------------605-----------------------88

Elki-----------------------------1250----------------------35

Kolumb cəngavərləri-------1127-------------------50

Muzalar--------------------------1020-------------------10

İqlz---------------------------------850---------------------3

Old Fellouz---------------------609--------------------22

Pifiya cəngavərləri--------250--------------------80

Yəhudilər bütün mason loja və təşkilatlarının üzvüdür. Bununla yanaşı, onların bir sıra yəhudi mason qardaşlıqları da var ki, ora yəhudi olmayanlar buraxılmır, toplantılar isə xüsusi qapalılıq şəraitində keçirilir. Artıq 30-cu illərdə yalnız ABŞ-da 15 belə «qardaşlıq» yaranmışdı, onların 2451 lojası, yaxud filialında 574163 nəfər vardı. Üzvlərdən başqa, 160000 nəfər də «sionizm zəvvarları»‒milli yəhudi təşkilatı sıralarında birləşmişdi.56


Əlbəttə, yəhudi masonluğunun özəyi «Bnay-Brit» ordenidir‒yəhudi xalqının «vicdanı, əqli, zəkası». 60-cı illərdə bu orden 400 minə yaxın amerikalı yəhudini birləşdirdi ki, bunlardan da 57 mini Vaşinqtonda yaşayır, hökumətdə və biznesdə məs᾽ul vəzifələrdə işləyirlər.

Yəhudilərin başçılığı altında 500000 paytaxt masonu ABŞ-ın bütün siyasətini müəyyənləşdirir. Yəhudi-mason elitasının hakimiyyətinin nə qədər mütləq olduğuna belə bir fakt da dəlalət edir ki, siyasətlə məşğul olmaq fikrinə hər hansı bir amerikalı ilk növbədə mason lojasına üzv yazılır, həm də eyni zamanda bir neçə mason loja və təşkilatlarına üzv olur.

Siyasətçi nə qədər yüksək zirvə fəth edirsə, lojalarda bir o qədər çox və müxtəlif mason dərəcələri əldə edir. ABŞ və Rusiyanın mason kitabxana və arxivlərində işləyərkən məşhur masonların siyasi karyeraları barədə çoxlu material toplamağa nail olmuşdu. Lakin ən böyük təəssüratım ABŞ prezidenti H. Trumenin (1884-1972) mason karyerası ilə bağlıdır. Dünya tarixində ən dəhşətli zalımlardan biri olan bu adam iki yapon şəhərinə ‒ Naqasaki və Xirosimaya atom bombaları atılması əmrini vermiş, nəticədə 200 yüz min dinc əhali qırılmışdır.

Trumenin mason karyerası 1909-cu ildən ‒450 №-li Belton lojaya (Missuri ştatatı) üzv olmasından başlamışdır. 1917-ci ildə Trumen artıq «usta» idi, ABŞ prezidenti olmaq ərəfəsində isə ən yüksək dərəcəyə (330) yüksəlmişdi.57

Bir neçə ayin lojasının üzvü olmuş bu adamın masonluq tarixçəsi aşağıdakı kimidir:

Simvolik masonluq

Belton loja № 450 (Missuri ştatı)

Yanvar‒1909‒şagird

1 Mart‒1909‒usta köməkçisi

18 Mart‒1909‒usta mason

Qrendvyu loja № 615 (Missuri)

1911‒loja administratoru

1911-1917‒müqəddəs-usta

1917-1925‒loja katibi, usta-edalt

Böyük Missuri lojası

1925-30‒Ali Ustanın bölgə müavini, bölgə lektoru

1940-41‒Ali Usta

Missuri elmi lojası

1941‒fəxri usta (Böyük Missuri lojasında Ali Usta olmaqla yanaşı)

York ayini

Orienti çarter lojası № 102

Noyabr 1919‒Kral arkası masonu

Şekina Kaunsil № 24

Dekabr 1919‒Kral xüsusi ustası

Fələstin komandanlığı lojası №17

Şotland ayini

Kanzas Siti vadisinin şərqi lojası (Missuri)

Mükəmməllik lojası (1912)

Rozenkreyser (27 mart 1917)

Kadoş cəngavərlər Şurasının üzvü (29 mart 1917)

Konsistoriya üzvü 320 (3№ mart 1917)

Möhtərəm 330 (29 oktyabr 1945)

Eyni zamanda Trumen Şrayperlər ordeninin üzvü olmuş, həmçinin bir çox digər Amerika mason ordenlərinə fəxri üzv seçilmişdir.

Trumen ən yaxşı mason mə᾽ruzəçilərindən biri sayılırdı. 1941-ci ilin fevralında o, radio ilə «Corc Vaşinqton: İnsan və mason» mövzusunda çıxış etdi. Mə᾽ruzənin əsas mahiyyəti ‒ «Vaşinqton ABŞ-ın mason prinsipləri əsasında quran dahi mason idi».

Yaponiyanın vəhşicəsinə bombardmanı və Rusiyaya «soyuq müharibə» edilməsi barədə qərarları Trumen 330 mason şurasında müzakirədən sonra qəbul etdi.

Bir mason kimi, Trumen üçün bu cinayətkar, bəşəriyyət əleyhinə yönəldilmiş addımlar ayini ‒ iblisanə səciyyə daşıyırdı. Bunlara hazırlıq və həyata keçirməsinə başlanılması xüsusi mason ayini ilə müşayiət olunurdu.

Ali lojada 1946-cı ilin yanvarındakı müzakirədən sonra Ali Usta (həmçinin Tampliyer, rozenkreyser və kadoş cəngavərləri) və ABŞ prezidenti Trumen fevralın 22-də «mason müqəddəslərini» ziyarət etmək üçün C. Vaşinqton adına mason milli memorialına gəlir və burada təntənəli şəkildə and içir ki, ABŞ-ı mason prinsipləri əsasında idarə edəcək, daxili və xarici siyasəti onlara əsaslanaraq həyata keçirəcək. Mart ayında Trumenin də᾽vəti ilə onun doğma şəhəri Fultona (Missuri ştatı) digər bir yüksək mənsəbli mason ‒ U. Çörçill qonaq gəlir. Birgə iclasdan və Missuri böyük lojasında ayindən sonra hər iki mason yerli unverisiteti ziyarət etdilər və U. Çörçill burada məşhur nitqini söylədi. Həmin nitqdə o, Qərbin yəhudi-mason dairələrini Rusiyaya qarşı xaç yürüşünə səslədi.59

İki ildən sonra yəhudi-mason dünyasının Rusiyaya qarşı soyuq müharibəsinin nəticələrinə sanki yekun vuran Trumen Biç Qrof № 694 lojasının toplantısında çıxış etdi. Mason-prezident bir daha vurğuladı ki: «Mən öz dövlət fəaliyyətimi masonluq prinsipləri əsasında qururam. Hesab edirəm ki, bu idarəetmə prinsipləri bütün dünyaya yayılmalı, bütün sivilizasiya onlara əsaslanaraq qurulmalıdır». Elə həmin iclasda Trumen bəyan etdi ki, ən yüksək mülki vəzifələrə yiyələnsə də, onun üçün ən önəmlisi Ali Usta rütbəsidir. «Mən onu hər şeydən üstün tuturam, çünki masonların Ali Ustası olmaq sadəcə yaxşı dövlət xadimi olmaqdan üstündür. Çünki bu rütbə nəcib prinsiplərə əsaslanaraq bütün dünyaya mason maarifi aşılayır.»60 Şahidlər danışırlar ki, Yaponiyanın masonvari maarifləndirilməsindən ‒ Naqasaki və Xirosimaya atom bombaları atıldıqdan sonra ali usta Trumen şən, xoş bir əhval-ruhiyyədə idi və əməkdaşları ilə aramsız zarafat edirdi.

Masonları öz hakimiyyətinin əsas dayağı sayan Trumen ABŞ prezidenti olarkən onların qarşısında tez-tez çıxış edirdi. Belə ki, 1949-cu ilin iyununda o, şraynerlərin Çikaqodakı İmperiya toplantısında iştirak və onların nümayişində çıxış etdi, sentyabrda isə mason lojaları ustalarının Ümumamerika toplantısına qatıldı (2 min iştirakçı) və orada da nitq söylədi.

Trumenin formalaşdırdığı hökumət yalnız masonlar və yəhudilərdən ibarət idi ki, əksər hallarda bu elə eyniyyət təşkil edirdi. Daim prezident ilə yanaşı olan əsas siyasi fiqur yəhudi, Trumen kimi 330 mason Bernard Baruh idi. O, Trumenin yanında «dünya pərdəarxasının» komissarı rolunu oynayırdı. Onun iştirakı olmadan heç bir siyasi qərar qəbul edilmirdi. Dövlət katibi C. Marşall və general Omar Bredli kimi yüksək səviyyəli siyasi fiqurlar da Baruhu öz şefləri sayırdılar.

Amerikanın dövlət işlərini mason lojalarında həll etmək ən᾽ənəsi Trumendən sonra da qalmaqda idi. Eyzenhauer, Kennede və Nikson istisna edilməklə bütün ABŞ prezidentləri mason olmuşlar. Onlardan Conson, Fort, Reyqan və Buş ən fəalları sayılıb.

Amerika mətbuatında dəfələrlə belə bir mülahizə səsləndirilib ki, Kennedin öldürülməsi Conson «qardaş»a hakimiyyətdə yer etmək üçün mason lojaları tərəfindən təşkil olunub. Kennedinin qətlinin araşdırılması üçün prezident Consonun təşkil etdiyi komissiya yalnız masonlardan ibarət idi. Ona Kaliforniya ali lojasının Ali Ustası Erl Uorren, senator Riçard Rassel (Vinder lojası №33) və nümayəndələr palatasının üzvü, gələcək prezident Cerald Fort başçılıq edirdilər. Mə᾽lum olduğu kimi bu komissiya prezident Kennedin öldürülməsi barədə həqiqətləri gizlətmək üçün əlindən gələni etdi.

Əlamətdar haldır ki, «Uotergeyt» işinin araşdırılmasına qeyri-mason prezident Niksonun hakimiyyətdən uzaqlaşdırılması prosesinə də mason senator Samuel Ervin (Katavba lojası №17) başçılıq edirdi. Nəticədə ABŞ-ın yeni prezidenti fəal mason Cerald Ford oldu.

Amerika masonları öz hakimiyyətlərini təkcə ABŞ və yer üzündə deyil, hətta kosmosda da bərqərar etməyə can atırlar. Amerika kosmonavtlarının böyük hissəsi də masondur.

Texasın ali lojasında, Dallas şəhərindəki tempildə mən Amerika kosmonavtlarının ayda mason rituallarını icra etmələrini təsvir edən rəsm əsəri görmüşəm.

Amerika kosmonavtı mason Edvin Oldrin ayda üzərində satanist cəngavər ‒ tampliyerlər ordeninin təsviri olan bayraq qoyub gəlmişdir. Bundan başqa o, ayın səthinə iki qızıl halqa qoymuş və onların tə᾽yinatını açıqlamaqdan imtina etmişdir. Sonralar jurnalistlər öyrənmişlər ki, satanistlər bu halqaları ayda ruhlarla (iblislərlə) okkut əlaqə yaratmaq vasitəsi sayırdılar. Mason rituallarının keçirilməsinə ABŞ kosmik araşdırmalar mərkəzinin (NASA) direktoru, mason iyerarxiyasında ali rütbənin sahibi ‒ Şotlant ayini ordeninin baş katibi S. F. Kleynknext «xeyr-dua» vermişdi.61

Yəhudilərlə yanaşı masonlar da xristianlara qarşı mübarizənin əsas təşəbbüskarlarından idi. Onlar ABŞ idarə və məktəblərində xristian rəmzlərinə qarşı mübarizəyə başçılıq etdilər. Amerikada xristianlara dövlət torpaqlarında xaç işarəsi və Xilaskarın çarmıxının rəmzini yerləşdirmək qadağan edilmiş, əvvəllər qoyulan xaçlar çıxarılmışdır. Dövlət məktəb və universitetlərinin tədris auditoriyalarında İsanın təsvirinin yerləşdirilməsinə yol verilmir. 1994-cü ildə yəhudilər və masonların tələbi ilə Finks şəhərindəki (Arizona ştatı) kiçik universitet kilsəsinin üzərində qurulan xaç çıxarıldı. Bu küfr hərəkəti izləyən xristianlar hiddətlənsələr də əllərindən heç nə gəlmirdi. Buna bənzər hadisə 1997-ci ildə San-fransiskoda (Kaliforniya)da baş vermişdi və nəticələri də eyni idi.

Amerika masonları müqəddəs kitabın (İncil) yenidən «yazılmasına» ilk səs verənlərdən oldular. Mason lojalarından olan kafirlər «Əhdi cədidi» qısaltdılar, oradan yəhudilər üçün «naqolay» və iblisə qarşı yönələn bütün hissələri çıxardılar. Cildində mason sirkulu və David ulduzunun təsviri olan «yeni incil» hazırda mason kitab mağazalarında satışdadır.

Həqiqi, provoslav xristianların azsaylı icmaları müasir Amerikada bütpərəst Romadakı xristianların həyatını yaşayırlar ‒ tə᾽qib və təhqirlərə mə᾽ruz qalırlar. Onlar ABŞ-ı başdan ayağa bürüyən kütləvi pozğunluq, satanizm, sodomitliyə qarşı e᾽tiraz edə bilmirdilər. Amerikanın yəhudi-mason qanunları satanist və sodomitlərin hüquqlarını qoruyur. Onlara qarşı e᾽tiraz edən hər bir adam hüquq pozuntusuna yol vermiş olur və bu səbəbdən də Amerika qanunlarına əsasən həbs edilməlidir.

Amerikanın provaslav xristianları bu ölkənin gələcəyi ilə bağlı ümidlərindən çoxdan əllərini üzüblər və müt᾽i şəkildə dünyanın axırını gözləyirlər. Onların bu barədə təsəvvürləri «yeni dünya nizamı» və nişanı olan «sahibbəzzamanla» bağlıdır. (M.Qorbaçov).



Geri   İrəli
Go to TOP