A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Bəqərə surəsinin 187-286-cı ayələrinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 170
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ الرِّبَا إِن كُنتُم مُّؤْمِنِينَ (278)

TƏRCÜMƏ:

“Ey iman gətirənlər, Allah qarşısında təqvalı olun və əgər möminsinizsə, sələm (borclarından) qalanları boşlayın.”

TƏFSİR:

Bir çox təfsirlərdə, o cümlədən, “Məcməul-bəyan”, “Əl-mizan”, “Təfsiri Məraği” və sairədə nəql olunur ki, sələm-çiliyin qadağan olunmasını göstərən ayə nazil olanda Xalid ibni Vəlid, Abbas və Osman kimi bəzi səhabələrin sələm yolu ilə camaatdan müəyyən qədər alacaqları var idi. Bu şəxs-lər camaatın onlara olan borcları ilə əlaqədar vəzifələ-rinin aydınlaşması üçün bu məsələni Rəsuli əkrəm (s)-dən soruşdular. Bu zaman yuxarıdakı ayə nazil oldu. Bu ayənin na-zil olmasından sonra Peyğəmbəri əkrəm (s) buyurdu: “Əmim Abbasın da sələm yolu ilə qalan borcları tələb etməyə haqqı yox-dur.” Daha sonra buyurdu: “Hər şeydən əvvəl, mənim qohumların sələmçilikdən əl çəkməlidirlər.”

Bu barədə söylədiyi bir xütbədə xatırlatdı: “Cahiliyyət dövründə mövcud olan bütün sələmləri ayaq altına salıram. Hər şeydən də artıq əmim Abbasın aldığı sələmi.”[59]

İNCƏ NÖQTƏLƏR:

1- İman - başqalarının haqqına göz dikməməyi və haram maldan uzaq olmağı tələb edir: إِن كُنتُم مُّؤْمِنِينَ

2- Təqvanın əlaməti - haram maldan əl çəkməkdir:

اتَّقُواْ اللّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ الرِّبَا

279-CU AYƏ

فَإِن لَّمْ تَفْعَلُواْ فَأْذَنُواْ بِحَرْبٍ مِّنَ اللّهِ وَرَسُولِهِ وَإِن تُبْتُمْ فَلَكُمْ رُؤُوسُ أَمْوَالِكُمْ لاَ تَظْلِمُونَ وَلاَ تُظْلَمُونَ (279)

TƏRCÜMƏ:

“Əgər belə etməsəniz, onda bilin ki, Allah və Onun Rəsulu sizinlə müharibə edəcək. əgər tövbə etsəniz, onda sərmayələriniz (əlavə qazanc olmadan, mayanız) özünüzə məxsusdur. (Belə edərsiniz-sə) nə zülm edərsiniz, nə də sizə zülm edilər.”

TƏFSİR:

Müqəddəs islam dinində nə sələm almağa icazə verilir, nə başqasının əməyini mənimsəməyə, nə istismara, nə də ca-maatın mal-dövlətini birtərəfli olaraq müsadirə etməyə. Bəzi sistemlər insanları mülkiyyətin bütün növlərindən məhrum edərək mal-dövləti, onun qanuni sahiblərindən alır. Bəzi sistemlərdə isə istismarın istənilən forması-na, başqasının əməyinin mənimsənilməsinə və hər növ sələmçiliyə icazə verilir.

İNCƏ NÖQTƏLƏR:

1- Sələm alan bir kimsə Allahla müharibəyə qalxmış kimidir. Belə bir müharibədə sələm yeyən şəxs bilməlidir ki, bir tərəfdə zəlil və zəif insan kimi onun özü, digər tə-rəfdə isə mütləq qüdrətə və hakimiyyətə malik olan Allah dayanır.

2- Sələm alan şəxs Allahla müharibəyə qalxdığından, islam hökuməti şəri vəzifə olaraq onunla mübarizə apar-malıdır.

3- Sərmayəsini sələm yolu ilə başqasına verən şəxsin haqqı - əlavə bir şey almadan verdiyi pullardır.

فَلَكُمْ رُؤُوسُ أَمْوَالِكُمْ

4- İstismar etmək və istismar boyunduruğunun altına girmək - hər ikisi məhkum olunur və buyurulur ki, nə zülm edin, nə də zülmə məruz qalın.

5- Məhrum təbəqələrin nicat tapması üçün insanların malikiyyət hüquqlarına diqqətlə riayət edin.

280-CI AYƏ

وَإِن كَانَ ذُو عُسْرَةٍ فَنَظِرَةٌ إِلَى مَيْسَرَةٍ وَأَن تَصَدَّقُواْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ (280)

TƏRCÜMƏ:

“Və əgər (bir şəxs aldığı borcu) qaytarmağa qadir olmasa, imkanlı olduğu vaxta qədər ona möhlət verin. (əgər doğrudan da borcunu qayrtarmağa imkanı olmasa, bu halda Allah xatirinə) bəxşiş etsəniz sizin üçün daha yaxşıdır - əgər (onun nəticələ-rini) bilsəniz!”

TƏFSİR:

Qeyd etmək lazımdır ki, yuxarıdakı ayədə borclu şəxsə möhlət verilməsinin tövsiyə olunmasına baxmayaraq, borclu şəxs bundan sui-istifadə etməməlidir. Belə ki, o, heç bir üzürlü səbəb olmadan borcu vaxtında qaytarmasa, günahkar sayılır. Hədisdə buyurulur: “Heç bir üzürlü səbəb olmadan öz borcunu qaytarmayan şəxs üçün oğurluq günahı, borcun qaytarıl-ması üçün möhlət verənlərə də şəhidlərin savabı yazılar.”[60]

İNCƏ NÖQTƏLƏR:

1- Sələm alınması qadağan olunmaqdan əlavə, əsl sərma-yənin (borc kimi verilən sərmayənin) geri alınmasında da qarşı tərəflə yaxşı rəftar etmək lazımdır.

2- Borcun qaytarılmasında, borclu şəxsin imkanlı ol-duğu vaxt əsas götürülür. فَنَظِرَةٌ إِلَى مَيْسَرَةٍ

3- Əlbəttə, bu hökmdən sui-istifadə edənlərin məsələ-si tamamilə ayrıdır.

4- İslam dini kasıb və məzlum kütlələrin himayəçi-sidir: وَإِن كَانَ ذُو عُسْرَةٍ

5- Yoxsul şəxslərin borcunun güzəştə gedilməsi sizin üçün daha yaxşıdır. Çünki nə vaxtsa bu vəziyyətin sizin üçün də irəli gəlməsi mümkündür.

6- Malın alınması tez unudular, amma yoxsul və imkan-sız şəxsə güzəştə gedilməsi heç vaxt unudulmaz.

7- İnsanların qəlbinin ələ almaq və Allahın razılı-ğını əldə etmək malın alınmasından qat-qat üstün bir iş-dir.

8- Şəriət qanunlarında qeyd olunur ki, üzürlü səbəbə görə borcunu qaytara bilməyən şəxsi zindana salmaq qadağan-dır. Borclu şəxsin, doğrudan da öz borcunu qaytarmaq üçün heç bir şeyi olmadığı halda islam hökumətinin vəzifəsi onun borcunu ödəməkdir.

9- Hədislərdə buyurulur: “Borc verənə, borclu şəxsə möhlət verdiyi hər bir günün əvəzində borcunun məbləğində sədəqə savabı yazılar.”[61]

281-Cİ AYƏ

وَاتَّقُواْ يَوْمًا تُرْجَعُونَ فِيهِ إِلَى اللّهِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ (281)

TƏRCÜMƏ:

“Elə bir gündən qorxun ki, o gündə Allahın hüzuruna qayta-rılacaqsınız, sonra hər kəs kəsb etdiyi şeyləri - artıq-əskik olmadan alacaqdır və onlara zülm olunmaz. (Çünki görəcəkləri hər bir şey öz əməllərinin nəticəsindən başqa bir şey deyildir.)”

TƏFSİR:

Qurani-məcid ilahi göstəriş və hökmlərin xüsusiy-yətlərini bəyan etdikdən sonra əksər hallarda mövzunun yeku-nunda, əvvəldəki göstəriş və hökmlər insanların ruhuna, qəlbinə tam nüfuz etsin deyə, əvvəldə qeyd olunanlara bir da-ha təkid etmək üçün hərtərəfli, külli və ümumi bir mə-sələni xatırladır. Buna görə də bu ayədə insanlara qiyamət gününü, eləcə də bu gündə bəd əməl sahiblərinə, əməllərinə görə veriləcək cəzanı xatırladaraq onlara diqqətli olma-larını və qarşıda çətin bir günün olmasını xatırladır. Belə bir gündə insanın bütün əməlləri - azacıq da olsa əs-gildilmədən onlara veriləcək, varlıq aləmində ehtiyat sax-lanılanların hamısı bir yerdə ona qaytarılacaqdır. Məhz belə bir şəraitdə insan öz pis əməllərinin acınacaqlı nəticələrindən vəhşət hissi keçirib bilər ki, bunlar onun öz əməlləridir və kimsə ona zülm etməmişdir. O anlayar ki, ona zülm edən məhz onun özü olmuşdur:

Bunu da qeyd etmək lazımdır ki, sələmçilik əxlaqi ba-xımdan borc alan şəxslərin ruhiyyəsində son dərəcə ağır və mənfi izlər qoyur, millətlər arasında və ictimaiyyətdə qar-şılıqlı həmkarlıq hisslərini sarsıdır. İslami mənbə-lərdə sələmin haram edilməsi ilə bağlı olan bir çox hədis-lər mövcuddur. Məsələn, İmam Sadiq (ə) buyurur: “Allah taala sələmi ona görə haram etmişdir ki, camaat yaxşı və xeyir iş-lərdən əl çəkməsin.”[62]

Mərhum əllamə Təbatəbai özünün məşhur “Əl-mizan” adlı təfsirində belə yazır: “Əddürrül-mənsur” təfsirində nəql olunub ki, bu ayə Qurani-kərimdə Peyğəmbər (s)-ə nazil olan sonunucu ayədir.

282-Cİ AYƏ

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَى أَجَلٍ مُّسَمًّى فَاكْتُبُوهُ وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ وَلاَ يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللّهُ فَلْيَكْتُبْ وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ يَبْخَسْ مِنْهُ شَيْئًا فَإن كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لاَ يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ بِالْعَدْلِ وَاسْتَشْهِدُواْ شَهِيدَيْنِ من رِّجَالِكُمْ فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ مِمَّن تَرْضَوْنَ مِنَ الشُّهَدَاء أَن تَضِلَّ إْحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الأُخْرَى وَلاَ يَأْبَ الشُّهَدَاء إِذَا مَا دُعُواْ وَلاَ تَسْأَمُوْاْ أَن تَكْتُبُوْهُ صَغِيرًا أَو كَبِيرًا إِلَى أَجَلِهِ ذَلِكُمْ أَقْسَطُ عِندَ اللّهِ وَأَقْومُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلاَّ تَرْتَابُواْ إِلاَّ أَن تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلاَّ تَكْتُبُوهَا وَأَشْهِدُوْاْ إِذَا تَبَايَعْتُمْ وَلاَ يُضَآرَّ كَاتِبٌ وَلاَ شَهِيدٌ وَإِن تَفْعَلُواْ فَإِنَّهُ فُسُوقٌ بِكُمْ وَاتَّقُواْ اللّهَ وَيُعَلِّمُكُمُ اللّهُ وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (282)

TƏRCÜMƏ:

“Ey iman gətirənlər! Bir-birinizə (uzunmüddətli borc və ya alver üçün) müddətli borc verərkən onu yazın. Gərək bir katib (borc sənədini) ədalət əsasında yazsın. Bir kimsənin yazmağa im-kanı olarsa, gərək - Allahın ona təlim verdiyi kimi - yazmaqdan imtina etməsin və gərək (bu ilahi nemət xatirinə) yazsın. Üzə-rində haqq olan kəs gərək imla etsin və öz Pərvərdigarı olan Al-lahdan qorxsun və heç bir şeyi əskiltməsin. Üzərində haqq olan kəs səfeh, yaxud (əql baxımından) zəif və ya (lal olmasına görə) imla etməyə qadir olmasa, onun qəyyumu (onun yerinə) ədalətə riayət et-mək şərti ilə (borcun müddət və miqdarını) imla etsin. Və öz kişilərinizdən iki (adil) şəxsi (bu haqqa) şahid tutun. əgər iki nəfər kişi tapılmazsa, xatircəm və razı olduğunuz iki qa-dın və bir kişini seçin. (Bu iki qadın da birlikdə şahid tu-tulmalıdır) ki, onlardan biri qafil olub unutsa, digəri onun yadına salsın. Şahidlər (şahidlik üçün) dəvət edilərkən boyun qaçırmamalıdırlar. (Borcu) yazarkən onun məbləğinin az və ya çox olmasından usanmayın (hər nə olsa, onu da yazın). Bu, Allahın ya-nında ədalətə daha yaxın, şahidlik üçün daha münasib və şəkk-şübhənin, tərəddüdün qarşısının alınması üçünyaxşıdır. La-kin nəqdi yolla aranızda dövr etdirdiyiniz ticarət və alver olar-sa, onda sizin üçün onu yazmamağın heç bir günahı yoxdur. Və (nəq-di) alver etdiyiniz zaman (yenə də) şahid tutun. Şahidə və yazana (haqqı dediklərinə görə) heç bir ziyan dəyməməlidir (və təzyiqə mə-ruz qalmamalıdır). əgər belə etsəniz, Allahın əmr və fərmanın-dan çıxmış olursunuz. Allah qarşısında təqvalı olun. və Allah sizə elm öyrədər; Allah hər bir şeyə alimdir.”

TƏFSİR:

QURANIN ƏN UZUN AYƏSİ

Keçən ayələrdə Allah yolunda infaq etməkdən və sələm-çilikdən söhbət gedirdi. Quranın ən uzun ayəsi olan bu ayədə isə ticarət və iqtisadi məsələlərlə əlaqədar olan bir neçə dəqiq hökm və göstəriş bəyan olunur ki, sərmayələr mümkün qədər inkişaf edib təbii dövriyyəyə buraxılsın, cəmiyyətdə ağır vəziyyətlər, ciddi ziddiyyətlər və çəkişmələr baş alıb getməsin.

Bu ayədə alver və ticarətlə əlaqədar olaraq 19 göstəriş aşağıdakı ardıcıllıqla bəyan edilir:

1- Əvvəlcə buyurulur: “Ey iman gətirənlər, bir-birinizə (müddətli ödənc və ya alver məqsədi ilə) borc verdiyiniz zaman onu yazın.” يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا تَدَايَنتُم بِدَيْنٍ إِلَى أَجَلٍ مُّسَمًّى فَاكْتُبُوه

Bu təbirdən həm qısa və uzunmüddətli borc verilmə-sinin, həm də onlar üçün müddət təyin edilməsinin qanuni bir iş olması aydınlaşır. Bu hökm adi borcdan əlavə, həm də müamilələrdə olan sələf, nisyə, və s. kimi bütün borclara şamil olur.

2 və 3- Sonra borc verənlərin və ya alanların daha artıq əmin olmaları, eləcə də müqavilələrin ehtimali müdaxilə-lərdən salamat qalması üçün buyurulur: “Gərək bir katib əda-lət əsasında (borc sənədini) yazsın.” وَلْيَكْتُب بَّيْنَكُمْ كَاتِبٌ بِالْعَدْلِ

Deməli, borc sənədi və ya qəbz üçüncü bir şəxsin vasi-təsi ilə tənzim olunmalı və o şəxs də ədalətli olmalıdır.

4- “Yazmağı bacaran və bu işə imkanı olan şəxs yazmaqdan im-tina etməməli, Allahın ona öyrətdiyi kimi yazmalıdır.”

وَلاَ يَأْبَ كَاتِبٌ أَنْ يَكْتُبَ كَمَا عَلَّمَهُ اللّهُ فَلْيَكْتُبْ

Yəni belə bir şəxs Allahın ona verdiyi bu nemətin şükrünü yerinə yetirsin deyə, müqaviləni yazmaqdan imtina etməməli, üstəlik bu mühüm işdə müqavilə bağlayan tərəf-lərə kömək etməlidir.

5- “Hər bir şəxs üzərində olan haqqı imla etməlidir.”

وَلْيُمْلِلِ الَّذِي عَلَيْهِ الْحَقُّ

6- “Borclu şəxs Allah qarşısında təqvalı olmalı və bu yol-da heç nəyi əsirgəməməlidir.” وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ يَبْخَسْ مِنْهُ شَيْئًا

7- “Əgər haqqın öhdəsinə olduğu şəxs (borclu şəxs) səfeh, ya-xud (əqli cəhətdən) zəif (dəli) olsa, yaxud da (lal olduğuna görə) imla deyə bilməsə, onun qəyyumu bu işi görməlidir.”

فَإن كَانَ الَّذِي عَلَيْهِ الْحَقُّ سَفِيهًا أَوْ ضَعِيفًا أَوْ لاَ يَسْتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلْيُمْلِلْ وَلِيُّهُ

Buna əsasən, üç dəstəyə onların qəyyumları imla etməli-dir:

a) Səfeh olub öz zərər və ya mənfəətini ayırd edə bil-məyənlər və öz maliyyə işlərini tənzim etməyi bacarmayan-lar, (hətta dəli olmasalar belə);

b) Dəli və ya əqli cəhətdən zəif olanlar, azyaşlı uşaq-lar, əqli cəhətdən özünü idarə edə bilməyən və huşsuz qoca-lar;

v) Lal şəxslər və ya lal olmasalar da, müəyyən səbəblərə görə imla deməyə imkanı olmayanlar.

Bu cümləyə diqqət etdikdə digər bir hökm də aydın olur: Səfehlər və əqli cəhətdən zəif olanlar müstəqil olaraq öz pul və mallarını işlətmək haqqından məhrumdurlar və on-ların qəyyumları bu kimi işlərdə dəxalət edə bilərlər.

8- Qəyyum da öz öhdəsinə götürdüyü şəxslərin borcları-nı etiraf edib imla deməkdə ədalətə riayət etməlidir: بِالْعَدْلِ

9- Sonra əlavə edilir: “Bundan əlavə iki şahid də tutun”

وَاسْتَشْهِدُواْ شَهِيدَيْنِ

10 və 11- Bu iki şahid “sizin kişilərinizdən” olmalı-dır, yəni həm həddi-büluğa çatmış, həm də müsəlman olma-lıdır: من رِّجَالِكُمْ

12- İki kişi tapılmadıqda, bir kişi və iki qadın da kifayətdir: فَإِن لَّمْ يَكُونَا رَجُلَيْنِ فَرَجُلٌ وَامْرَأَتَانِ

13- Şahidlər sizin əmin və razı olduğunuz şəxslərdən olmalıdır: مِمَّن تَرْضَوْنَ مِنَ الشُّهَدَاء

14- Şahidlər iki kişidən ibarət olduqda onların hər biri ayrılıqda şəhadət verə bilər. Amma bir kişi və iki qadın olduqda, o iki qadın birlikdə şəhadət verməlidir ki, “əgər biri qafil olub unutsa digəri ona xatırlatsın.”

أَن تَضِلَّ إْحْدَاهُمَا فَتُذَكِّرَ إِحْدَاهُمَا الأُخْرَى

Çünki qadınlar güclü atifəyə malik olduğundan, tez tə-sir altına düşə bilər, şəhadət verərkən unutqanlıq və ya digər müəyyən səbələr üzündən haqqa şəhadət verməyə bilər-lər.

15- Bu məsələyə aid olan hökmlərdən biri də budur ki, “hərgah şahidləri (şəhadət vermək üçün) çağırsalar, gərək bu işdən imtina etməsinlər.” وَلاَ يَأْبَ الشُّهَدَاء إِذَا مَا دُعُواْ

Deməli, şahidlik üçün dəvət olunduqda bu işi qəbul etmək vacibdir.

16- Verilən borclar miqdarının az və ya çox olmasından asılı olmayaraq yazılmalıdır. Çünki islam dininin mü-əyyən etdiyi sağlam iqtisadi əlaqələr tələb edir ki, miqdarı az olan borcların da müqavilə sənədləri yazılsın. Buna görə də sonrakı cümlədə buyurulur: “Müddətli olan az və çox borc-ları yazmaqdan usanmayın.” وَلاَ تَسْأَمُوْاْ أَن تَكْتُبُوْهُ صَغِيرًا أَو كَبِيرًا إِلَى أَجَلِهِ

Sonra buyurulur: “Bu, Allah yanında ədalətə daha yaxın, şəhadət üçün daha münasib və şəkk-şübhənin qarşısını almaq üçün daha münasibdir.” ذَلِكُمْ أَقْسَطُ عِندَ اللّهِ وَأَقْومُ لِلشَّهَادَةِ وَأَدْنَى أَلاَّ تَرْتَابُواْ

Bu cümlə alverlə əlaqədar olan sənədlərin yazılma-sında yuxarıdakı hökmün bir növ səbəbini bəyan edir və gös-tərir ki, tənzim olunmuş sənədlərdən məhkəmədə etibarlı bir dəlil kimi istifadə edilə bilər.

17- Sonra bu hökmdən bir hal istisna olunaraq buyuru-lur: “Amma əgər nəqdi alver olsa və (malı və onun pulunu) bir-bi-rinizə təhvil versəniz, onda sizin üçün onu yazmamağın heç bir günahı yoxdur.”

إِلاَّ أَن تَكُونَ تِجَارَةً حَاضِرَةً تُدِيرُونَهَا بَيْنَكُمْ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَلاَّ تَكْتُبُوهَا

18- Nəqdi alış-verişdə sənədin tənzim olunması və ya yazılmasının vacib olmamasına baxmayaraq, onun üçün də şahid tutulması daha yaxşıdır. Çünki bu yolla gələcəkdə ehtimal üzrə yarana biləcək ixtilafların qarşısı alı-nır: “Nəqdi (alver) edəndə şahid tutun: وَأَشْهِدُوْاْ إِذَا تَبَايَعْتُمْ

19- Bu ayədə bəyan olunan axırıncı hökmdə buyurulur: “Sənədi yazanlar və şahidlər heç vaxt (haqq-ədaləti bərqərar etmək yolunda) əzab-əziyyətə və zərərə düçar olmamalıdırlar.”

وَلاَ يُضَآرَّ كَاتِبٌ وَلاَ شَهِيدٌ

“Əgər belə bir iş etsələr, Allahın fərmanından çıxmış olurlar.” فَإِنَّهُ فُسُوقٌ بِكُمْ

Bu hökmlərin hamısı bəyan olunduqdan sonra ayənin so-nunda bəndələr təqvaya, pəhrizkarlığa, Allahın əmr və fər-manlarına itaət etməyə dəvət edilir: وَاتَّقُواْ اللّهَ

Daha sonra xatırladılır ki, “Allah sizin həyat və məi-şətinizdə ehtiyaclı olduğunuz maddi və mənəvi şeyləri sizə öyrə-dir.” وَيُعَلِّمُكُمُ اللّهُ

Yuxarıdakı iki cümlənin bir-birinin yanında gəlməsi bu məsələni çatdırır ki, təqva, pəhrizkarlıq və Allaha pə-rəstiş etmək insanların mərifət, dünyagörüş, elm və bi-liyinin artmasında dərin təsirlərə malikdir. Çünki:“O, bəndələrin xeyrinə və ya ziyanına olan şeylərdən tam agahdır, on-ların məsləhətinə olanları onlar üçün müqərrər edir.”

وَاللّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

283-CÜ AYƏ

وَإِن كُنتُمْ عَلَى سَفَرٍ وَلَمْ تَجِدُواْ كَاتِبًا فَرِهَانٌ مَّقْبُوضَةٌ فَإِنْ أَمِنَ بَعْضُكُم بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ وَلاَ تَكْتُمُواْ الشَّهَادَةَ وَمَن يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ وَاللّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ (283)

TƏRCÜMƏ:

“Əgər səfərdə olub (müqaviləni yazmaq üçün) katib tapma-sanız, girov saxlayın (borc verən şəxsin ixtiyarına bir şey ve-rin). əgər bir-birinizdən (tam) xatircəm olsanız, (girov almaq lazım deyil və) xatircəm sayılan (və girov qoymadan başqasından bir şey alan) şəxs əmanəti (və öz borcunu vaxtlı-vaxtında) qay-tarsın, öz Pərvərdigarı olan Allah qarşısında təqvalı olsun. Və şəhadəti gizlətməyin, hər kəs onu gizlətsə, onun qəlbi günah-kardır və Allah, sizin etdiyiniz əməllərdən agahdır.”

TƏFSİR:

KEÇƏN MƏSƏLƏLƏRİN TƏKMİLLƏŞDİRİLMƏSİ

Bu ayə ticarət məsələləri ilə əlaqədar sənədin tənzim olunmasında bir neçə hökmü bəyan etməklə əvvəldəki ayəni təkmilləşdirir. Onlar aşağıdakılardan ibarətdir:

1- Səfərdə olan zaman sizin üçün alver sənədini tən-zim edib müqaviləni yazmaq üçün katib tapılmadıqda girov alın: وَإِن كُنتُمْ عَلَى سَفَرٍ وَلَمْ تَجِدُواْ كَاتِبًا فَرِهَانٌ مَّقْبُوضَةٌ

Əlbəttə, səfərdə olmadığınız vaxtlarda da sənədin tən-zim olunması üçün bir kəsi tapmasanız, girov qoymağın eybi yoxdur.

2- Girov qoyulan şeylər ehtimal üzrə təhvil alınması mümkün olan şeylərdən olmalı və borc verən şəxsin ixtiya-rına verilməlidir ki, tam xatircəmlik olsun. Buna görə də فَرِهَانٌ مَّقْبُوضَةٌ “götürülən girov” deyə buyurulur.

3- Sonra yuxarıdakı hökmdən bir hal istisna olunaraq buyurulur: “Əgər sizlərdən biri digərinə etibar etsə, (sənəd yaz-madan, girov qoymadan onunla razılaşaraq əmanəti ona həvalə edə bilər) bu zaman gərək əmanətdar sayılan şəxs əmanəti (və öz bor-cunu vaxtında) qaytarsın və onun Pərvərdigarı olan Allahdan qorxsun.” فَإِنْ أَمِنَ بَعْضُكُم بَعْضًا فَلْيُؤَدِّ الَّذِي اؤْتُمِنَ أَمَانَتَهُ وَلْيَتَّقِ اللّهَ رَبَّهُ

Diqqət yetirmək lazımdır ki, şəxsin verdiyi borc əma-nət kimi qeyd edilmişdir ki, buna da xəyanət edilməsi ba-ğışlanmayan (kəbirə) günahlardandır.

4- Sonra bütün insanlara xitab edərək şəhadət barə-sində ümumi bir hökmü bəyan edib buyurur: “Şəhadəti giz-lətməyin, hər kəs onu gizlətsə, qəlbi günahkardır.”

وَلاَ تَكْتُمُواْ الشَّهَادَةَ وَمَن يَكْتُمْهَا فَإِنَّهُ آثِمٌ قَلْبُهُ

Deməli, başqalarının hüquqlarından agah olanların vəzifəsi budur ki, şəhadət vermək üçün çağırılan zaman onu gizlətməsin.

Şəhadətin gizlədilməsi və şahidlik etməkdən imtina etmək insanın qəlbi (ruhu) ilə əlaqədar olan işlərdən ol-duğu üçün, onu “qəlbin günahı” adlandırır: “Hər kəs belə bir iş görərsə, onun qəlbi günahkardır.”

Ayənin axırında əmanətin qorunması, başqalarının hüquqlarına riayət edilməsi və şəhadətin gizlədilməməsi üçün xəbərdarlıq edilir və daha artıq təkidlə belə buyuru-lur: “Allah sizin etdiyiniz işlərdən agahdır.” وَاللّهُ بِمَا تَعْمَلُونَ

Mümkündür ki, camaat kimin şahidlik etməyə qadir olub-olmadığını, eləcə də sənəd və girov mövcud olmayan yer-lərdə kimin borc verib-vermədiyini dəqiq şəkildə müəy-yənləşdirə bilməsinlər. Lakin Allah onların hamısını bilir və hər bir kəsə, onun öz əməllərinə uyğun olaraq cəza və ya mükafat verəcəkdir.

284-CÜ AYƏ

لِّلَّهِ ما فِي السَّمَاواتِ وَمَا فِي الأَرْضِ وَإِن تُبْدُواْ مَا فِي أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللّهُ فَيَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (284)

TƏRCÜMƏ:

“Göylərdə və yerdə olanlar Allaha məxsusdur. (Belə isə) qəlbi-nizdə olanları aşkar da etsəniz, gizli də saxlasanız, Allah siz-dən, onların əsasında haqq-hesab çəkəcəkdir, sonra hər kəsi istəsə (ləyaqəti olan surətdə) bağışlayacaq, hər kəsi də istəsə (layiq ol-duğu surətdə) cəzalandıracaqdır. Allah hər bir şeyə qadirdir.”

TƏFSİR:

Bu ayə əvvəldəki ayənin sonunda qeyd olunanları təkmil-ləşdirir və buyurur: “Göylərdə və yerdə olanlar Allaha məxsus-dur. (Buna görə də) əgər qəlbinizdə olanları aşkar etsəniz və ya gizlətsəniz, Allah sizinlə, onların əsasında mühasibə edəcək-dir.”

لِّلَّهِ ما فِي السَّمَاواتِ وَمَا فِي الأَرْضِ وَإِن تُبْدُواْ مَا فِي أَنفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُم بِهِ اللّهُ

“Sonra hər kəsi istəsə (və o da ləyaqətli olsa) bağışlayacaq və hər kəsi istəsə (əzaba layiq olduğu surətdə) cəzalandıracaqdır.”

فَيَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء

Yəni belə təsəvvür edilməməlidir ki, şəhadətin və qəlblə əlaqədar olan sair günahların gizlədilməsi asiman-ların, yerin və bir sözlə bütün varlıq aləminin mütləq haki-mi olan Allaha məxfi qalır. Xeyr, heç bir şey Onun üçün gizli deyildir. Ayənin axırında buyurulur: “Allah hər bir şeyə qadirdir.” وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

O, həm bu dünyada baş verən işlərdən tam agahdır, həm də bəndələrin ləyaqət və çıxarını ayırd etməyə, müqəssirlə-ri və günahkarları cəzalandırmağa qadirdir.

285-Cİ AYƏ

آمَنَ الرَّسُولُ بِمَا أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللّهِ وَمَلآئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّن رُّسُلِهِ وَقَالُواْ سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ (285)

TƏRCÜMƏ:



Geri   İrəli
Go to TOP