A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 170
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Beləliklə onlar Həzrəti Peyğəmbərin risalətinin haqq olmasını başa düşüb onun təlimləri qarşısında baş əyən pak qəlbli həqiqət axtaran şəxsləri səfehlikdə müttə-him edir, özlərinin şeytançılıq, iki üzlülük və nifaq xü-susiyyətlərini isə fərasətli və ağıllı olmaq hesab edirlər. Bəli, onların məntiqincə əql öz yerini səfehliklə dəyiş-mişdir. Buna görə də Quran onların cavabında buyurur:

أَلا إِنَّهُمْ هُمُ السُّفَهَاء وَلَـكِن لاَّ يَعْلَمُونَBilin ki, həqiqi səfehlər on-ların özləridir, amma bilmirlər.”

Məgər insanın öz həyat yolunu müəyyən etməyib müxtəlif dəstələr arasında vurnuxması, onlarla həmxasiyyət olmağa çalışması, şəxsiyyətini təmərküzləşdirmək yerinə riya-karlıq və iki üzlülüyü özünə peşə etməsi, eləcə də öz iste-dad və bacarıqlarını şeytançılıq, hiyləgərlik və təxribat yolunda işlətməsi, eyni zamanda özünü ağıllı hesab edənlər həqiqi səfehlər deyillərmi?

Onların üçüncü nişanələri müntəzəm olaraq dəyiş-mələri, hər gündə bir rəngə düşmələridir. Belə ki, Quran buyurur: “Onlar imanlı şəxslərlə görüşəndə “iman gətirmi-şik”-deyirlər: وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا

Münafiqlər müsəlmanlarla bir yerdə olduqda “biz si-zinləyik, sizin məktəbinizə tabeyik, can-dildən İslamı qəbul etmişik və bizim sizinlə heç bir fərqimiz yoxdur”-deyirlər, amma öz şeytansifət dostları ilə rastlaşdıqda “biz sizinləyik”-deyirlər:” وَإِذَا خَلَوْاْ إِلَى شَيَاطِينِهِمْ قَالُواْ إِنَّا مَعَكْم

Və deyirlər ki, bizim möminlərin qarşısında iman izhar etməyimiz yalnız onları məsxərə etmək üçündür.

إِنَّمَا نَحْنُ مُسْتَهْزِؤُونَ

Biz onların fikir və əməllərinə qəlbən gülür, onları məsxərə etmək istəyirik. Bizim dostumuz və sirdaşımız siz-siniz! Sonra Quran ciddi və qətiyyətli bir ahənglə buyurur: “Allah onları məsxərə edər.” اللّهُ يَسْتَهْزِىءُ بِهِم

“Allah onları öz tüğyançılıqlarında saxlayar ki, sərgərdan qalsınlar.” وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُون

Axırıncı ayə onların son dərəcə rüsvayçı və qəm-qüs-səli taleyindən söhbət açaraq bəyan edir:

أُوْلَـئِكَ الَّذِينَ اشْتَرُوُاْ الضَّلاَلَةَ بِالْهُدَى

“Onlar həmin kəslərdir ki, bu dünyanın ticarət bazarında hidayəti azğınçılıq müqabilində satmışlar.”

Məhz bu səbəbə görə “onların ticarətinin heç bir faydası olmadı, əksinə mövcud sərmayələrini də əldən verdilər.”

فَمَا رَبِحَت تِّجَارَتُهُمْ

“Və heç vaxt hidayətə nail olmadılar.” وَمَا كَانُواْ مُهْتَدِينَ .

1- MÜNAFİQLİYİN YARANMASI VƏ ONUN KÖKLƏRİ

Hər hansı bir cəmiyyətdə müsbət inqilabi hərəkat başlayanda qarətçi, zalım və quldur sifət insanların məna-feyləri təhlükə altına düşür. Onlar ilk növbədə məsxərə, istehza kimi mənfi təbliğatlarla, sonra isə hərbi, siyasi, iqtisadi təzyiqlərlə ictimaiyyətdə böhran yaratmağa və bu-nunla da həmin hərəkatı boğmağa çalışırlar. Amma təxri-bat yönlü fəaliyyətlər nəticəsiz qaldıqdan və hərəkat qalib gəldikdən sonra müxaliflərdən bir qrupu öz mübarizə tak-tikalarını dəyişərək zahirdə təslim olur, həqiqətdə isə həmin hərəkat əleyhinə məxfi mübarizə aparan müxalif dəstələr təşkil etməyə başlayırlar.

Torpağın altında çəkilmiş gizli yol mənasını da-şıyan münafiq “nəfəqə” kökündən alınmışdır ki, təhlü-kəli vəziyyətlərdə oradan gizlənmək və ya gözdən yayınmaq məq-sədilə istifadə olunur. Bunlar iki üzlü olduqlarına görə münafiq adlandırılmışlar. Onlar hər bir cəmiyyətin ən təhlükəli ünsürləridir. Çünki, onların tutduqları əks mövqe aydın olmadığına görə camaat onları tanıyıb özlə-rindən uzaqlaşdırmağa qadir deyillər. Münafiqlər ümumi halda xalqın, xüsusilə də pak və haqq yolu gedən insanların arasına nüfuz edir və bəzi vaxtlarda çox yüksək mövqelər də əldə edə bilirlər.

İslam dini də belə bir tarixi mərhələdə həmin dəstə ilə qarşılaşdı. Yəni Peyğəmbəri-əkrəm (s.ə.v.v) Məkkədə olarkən müsəlmanlar hökumət təşkil etməmişdilər və tə-biidir ki, onlara qarşı yalnız aşkar mübarizə tədbiri mövcud idi. Amma Peyğəmbərin Mədinəyə gəlişindən sonra İslam hökumətinin bünövrəsi qoyuldu və “Bədr” mühari-bəsindəki qələbədən sonra bu məsələ daha da aşkar oldu. Ar-tıq bundan sonra rəsmi olaraq inkişaf etmək üçün zəminəsi olan kiçik bir hökumət təşkil olundu və bununla da Mədinə zadəganlarının, xüsusilə o zamanda ərəblərin yüksək rəğbə-tini qazanmış yəhudi feodallarının mənafeləri təhlükə ilə qarşılaşdı. O zaman yəhudilər kitab əhli olduqla-rına, elmi və iqtisadi cəhətdən inkişaf etdiklərinə görə möhtərəm sayılırdılar. Peyğəmbəri-əkrəmdən qabaq onun zü-hurunu xəbər verənlər də məhz onlar idi.

Həmin dövrdə Mədinədə xalq üzərində ağalığa can atan, rəislik və rəhbərlik iddiasında olanlar da var idi. Amma Rəsuli-əkrəmin o şəhərə hicrət etməsi ilə onların fikir-ləri, tökdüyü planlar alt-üst oldu. İstismarçılar, inadkar rəhbərlər və qarətçilər xalqın kütləvi şəkildə Peyğəmbərə iman gətirməsini gördükdə bir müddət müqavimət göstərdilər və daha sonra müsəlmançılığı qəbul etməkdən başqa çıxış yo-lu olmadığını anladılar. Onlar başa düşdülər ki, aşkar müxalifətə qalxmaq və müsəlmanların qarşısında əks cəbhə ya-ratmaq iqtisadi çətinliklərdən əlavə, onların təmamilə məhv olmasına da səbəb ola bilər. Xüsusilə, ərəblərin qüdrəti onla-rın qəbiləsində idi və qəbilələr də əksər hallarda onlardan ayrılmışdılar.

Buna əsasən, üçüncü yolu seçdilər; Yəni zahirdə müsəl-man olaraq İslamı qəbul etdilər, amma batində onu məhv et-mək planlarını icra etməyə başladılar.

Ümumiyyətlə, demək olar ki, hər hansı bir cəmiyyətdə mü-nafiqliyin büruz etməsinin iki mühüm amili vardır: Müəyyən bir ideologiya və ya qüdrətin tam qələbəsi və nəticədə xalq üzə-rində hakimiyyət, digəri isə ağır, xoşagəlməz hadisələrlə qarşılaşmaq üçün kifayət qədər mərd-mərdanəliyin olmaması və şəxsiyyətsizlik.

2-CƏMİYYƏTDƏ MÜNAFİQLƏRİN TANINMA ZƏRURİYYƏTİ

Şübhə yoxdur ki, münafiq və nifaq anlamı təkcə Pey-ğəmbərin dövrünə məxsus deyildir və bu mənfi amil hər bir cəmiyyətdə mövcuddur. Amma Quranın bəyan etdiyi şəkildə, əvvəlcədən hesablanmış meyarlar əsasında onları tanımaq lazımdır ki, təhlükə yaradıb ziyan vura bilməsinlər. Keçən ayələrdə, “Münafiqin” surəsində və ümumiyyətlə islami mən-bələrdə onları tanımaq üçün müxtəlif əlamətlər qeyd olun-muşdur. O cümlədən:

1. Yersiz hay-küylər, böhtan və töhmət, böyük iddialar, əsassız söz-söhbətlər, özgələrə nümayiş etdirmək məqsədilə icra olunan az və bir-birilə uyğun gəlməyən əməl;

2. Düşdükləri hər hansı mühitə uyğunlaşma, qarşı-laşdıqları dəstə və cəmiyyətlərin zövqünə uyğun danışmaq; Məsələn, möminlərlə birlikdə olduqda “biz sizə iman gətir-mişik”, münafiqlərlə rastlaşdıqda isə “biz sizinləyik”-de-mələri;

3. Ümumxalq mənafeyinə uyğun olan işlərə qol qoymamaq və əvvəlcədən məkrlə tərtib edilmiş proqramlar üzrə giz-li təşkilatlar yaratmaq;

4. Hiyləgərlik, məkr, yalançılıq, fırıldaq, saxtakar-lıq, vəfasızlıq, yaltaqlıq və xəyanətkarlıq;

5. Özünü hamıdan üstün sanmaq, camaatı qanmaz, səfeh kimi qələmə vermək, özünü isə ağıllı və fərasətli hesab et-mək;

6. Riyakarlıq və ikiüzlülük.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, zahirlə batin arasındakı təzad münafiqlərin ən bariz sifətlərindəndir. Münafiqlərin fərdi işlərində və ictimai münasibət-lərdəki danışıq və rəftarlarında olan uyğunsuzluq onların daha tez ifşa olunmalarına kömək edir.

Quran qeyd olunan ayələrdə gözəl bir ifadə ilə buyurur:

“Onların qəlbləri xəstədir.” فِي قُلُوبِهِم مَّرَض

Görəsən, zahir və batinin bir-biri ilə uyğun gəlməmə-sindən də qorxunc xəstəlik vardırmı? Özünü hamıdan üstün sanmaq, yaxud çətinliklərlə qarşılaşan zaman xəyanət və na-mərdliyi yeganə çıxış yolu seçməkdən də ağır dərd olarmı?

Məlum məsələdir ki, mənəvi xəstəliklər nə qədər giz-lin olsa belə, onları tamamilə gizlətmək mümkün deyildir. Onun əlamətləri insanın sifətində və bütün bədən üzvlə-rində aşkar olur. Münafiqlik və nifaq da bu xəstəliklər-dəndir və o, insanların simasında olan müxtəlif nişanə-lərlə sezilə bilir.

Nifaq xüsusi bir məfhum kimi imansız şəxslərin mənfur sifəti mənasını daşıyır ki, onlar zahirdə müsəl-manların cərgəsindədirlər, amma batində isə qəlbləri küfrlə dolmuşdur. Bunlar təkcə İslam üçün deyil, bütün sağlam din və məktəblərin tərəqqisi üçün də ən təhlükəli ünsürlərdir. Münafiqlər, müsəlmanların cərgələrinə nü-fuz edərək mümkün olan fürsətlərdə maneələr törədirlər. Məhz bu səbəbdən də onlar Quranın bir çox ayələrində aman-sız düşmən kimi göstərilərək kəskin hücuma və tənqid atə-şinə tutulmuşlar. Hətta ilahi kitabın tam bir surəsi (“Münafiqun” surəsi) onların barəsində nazil olmuş, Əhli-beyt əleyhimussalamdan nəql olunan hədislərdə də nif-rət və qəzəb hədəfinə çevrilmişlər. İmam Sadiq (ə) müna-fiqlərin sifətlərini təqdim edərkən Həzrət Peyğəmbərdən (s.ə.v.v) belə nəql edir: “Üç xüsusiyyət hər kimdə olsa münafiq-dir, hətta oruc tutub, namaz qılsa və müsəlman olduğunu güman etsə də belə: Birincisi, əmanətə xəyanət, ikincisi yalan danış-maq, üçüncüsü isə vəfa etməmək və verdiyi əhdə xilaf çıxmaqdır.”[82]

Burada diqqətinizi Həzrəti Əmirəl-möminin Əli əley-hissalamın münafiqlər barəsində buyurduğu kəlama cəlb edirik. Həzrət buyurur: “Ey Allah bəndələri! Sizi təqva və pəh-rizkarlığa dəvət edir, münafiqlikdən çəkindirirəm. Çünki, onlar özləri azğındırlar və digərlərini də yoldan azdırırlar. On-lar səhv yolla gedənlər, başqalarını da xətaya vadar edənlərdir. Müxtəlif qiyafə və dillərlə özlərini nümayiş etdirirlər. Sizi aldatmaq və məğlub etməkdə mümkün olan hər bir vasitədən is-tifadə edir, hər bir pusquda sizi güdürlər. Batinləri pis, zahir-ləri gözəl və aldadıcı olduğu halda, camaatı həqiqi yoldan azdır-maq üçün məxfi şəkildə çalışırlar. Azğın yollarla hərəkət edirlər, danışıqları zahirdə şəfa verən, əməlləri isə əlacsız xəstəlikdir. Camaatın asayiş və rifahda yaşamasına paxıllıq edər və (əgər bir kəsə) bəla üz versə, sevinib, şad olarlar. Ümidvar insanları məyus edər və hər bir şeyi rəqabətlə qarşılayarlar. Hər bir qəlbə yol tapar və hər bir müsibətdə yalançı göz yaşları axıdarlar. Mədh və tərifi sanki bir-birinə borc verər və hər bir şeydən qazanc və əvəz güdərlər. Bir şeyi istəyəndə (həyasızlıq və) israr edərlər. Kimsəni danlayanda aradan pərdəni götürərlər.”

Bu barədə bəzi ayələrin təfsirində bir daha danışa-cağıq.[83]


17-20-Cİ AYƏLƏR

مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَاراً فَلَمَّا أَضَاءتْ مَا حَوْلَهُ ذَهَبَ اللّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لاَّ يُبْصِرُونَ (17) صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَرْجِعُونَ (18) أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاء فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصْابِعَهُمْ فِي آذَانِهِم مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ واللّهُ مُحِيطٌ بِالْكافِرِينَ (19) يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُواْ وَلَوْ شَاء اللّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّه عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (20)

TƏRCÜMƏ

17- ”Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yan-dıran şəxslərə bənzəyər. Od, ətrafındakıları işıqlandırdığı zaman Allah onların işığını keçirər və özlərini zülmət içəri-sində elə vəziyyətdə qoyar ki, heç nə görməzlər.”

18- ”Onlar (haqq kəlmələrə qulaq asmaqda) kar, (haqq sözü de-məkdə) lal və (ilahi ayə və nişanələri görməkdə) kordular. Və on-lar buna görə də (öz küfrlərindən) əl çəkib geri dönmürlər.”

19- ”Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş şəxslərə bən-zəyir ki, ildırımın (qorxunc) səsindən ölmək qorxusu ilə barmaq-larını qulaqlarına tıxarlar. Halbuki, Allah kafirlərin bütün işlərini biləndir.”

20- ”(Gözləri qamaşdıran) ildırım işığı az qalır ki, on-ların gözlərini kor etsin. Şimşəyin onlara işıq saldığı za-man onun işığında bir neçə addım yol gedirlər, amma od söndükdə (və qaranlıq üzlərinə çökdükdə) dayanırlar. Əgər Allah istəsə, on-ların qulaqlarını və gözlərini məhv edib aradan aparar. Həqiqə-tən Allah hər şeyə qadirdir.”

TƏFSİR:

MÜNAFİQLƏRİN HALINI TƏCƏSSÜM ETDİRMƏK ÜÇÜN İKİ MARAQLI MİSAL

Qurani-məcid münafiqlərin xüsusiyyətlərini aydınlaş-dırdıqdan sonra, onların vəziyyətlərini təcəssüm etdirmək üçün iki gözəl misalı bəyan edir:

Birinci misalda buyurur: “Onların (münafiqlərin) halı qaranlıq gecədə od yandıran şəxslərin halına bənzər. Od ətrafın-dakıları işıqlandırdığı zaman Allah onların işığını söndürər və özlərini zülmət içərisində elə vəziyyətdə qoyar ki, heç nə görməz-lər.” مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَاراً

Amma bu odun şölələri onların ətrafını işıqlan-dıran zaman Allah-taala onları söndürər və zülmətdə bura-xar. Belə ki, heç nəyi görməzlər:

فَلَمَّا أَضَاءتْ مَا حَوْلَهُ ذَهَبَ اللّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لاَّ يُبْصِرُونَ

Onlar elə fikirləşirlər ki, bu kiçik od və onun nuru sayəsində zülmətə qalib gələ bilərlər. Amma gözlənilmədən güclü külək əsir və ya şiddətli yağış yağır və yaxud da yana-caqları tükəndiyi üçün od sönür və onlar bir daha vəhşətli qaranlıqlarda sərgərdan qalırlar.

Ayə əlavə edib buyurur ki, onlar kar, kor və laldırlar. Çünki, həqiqəti dərk etmək üçün lazım olan əsas vasitələr-dən məhrum olmuşlar və öz çirkin əməllərindən əl çəkmir-lər; صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لاَ يَرْجِعُون

Allah-taala bu şərif ayədə münafiqlərin və kafirlə-rin halını bəyan etməklə Öz rəsuluna buyurur ki, onlar öz mənəvi və insani hisslərini tamamilə əldən vermişlər. Onlar fitrətlərində qoyulan aşkar olunmalı və inkişaf etdirilməli istedadları öz əlləri ilə məhv etmiş və o ilahi nemətlərdən tamamilə məhrum olmuşlar. Nəticədə onların gözləri, qulaqları və dilləri işləmir və artıq bu üzvlər öz təbii funksiyasını itirmişdir.

İkinci misalda onların həyat səhnələri başqa cür canlandırılır: Qaranlıq və qorxunc bir gecədir. Belə bir qorxulu gecədə şiddətli yağış yağır, üfüqlərdən ildırım saçır, ildırımın dəhşətli gurultusu az qalır ki, onların qulaqlarını batırsın. Ucu-bucağı görünməyən qaranlıq və qorxunc bir səhranın ortasında sərgərdan qalan insanın bə-dənini güclü yağış isladır. Belə bir vəhşətli çöldə pənah aparmaq üçün heç bir sığınacaq yeri yoxdur və gecənin zül-mətli qaranlığı yol getməyə imkan vermir.

Quran qısa bir ifadə ilə sərgərdan qalmış müsafirin halını bəyan edir. “Yaxud (o münafiqlər) qaranlıqlarda səmadan göy gurultusu və şimşəklə yanaşı şiddətlə yağan yağışa düşmüş şəxs-lərə bənzəyir ki, ildırımın (qorxunc) səsindən ölmək qorxusu ilə bar-maqlarını qulaqlarına tıxarlar. Halbuki, Allah kafirlərin bütün işlərini biləndir. أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاء فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ

Sonra əlavə edib buyurur ki, onlar ölümün qorxusundan barmaqlarını qulaqlarına tıxarlar ki, ildırımın vahiməli gurultusunu eşitməsinlər. يَجْعَلُونَ أَصْابِعَهُمْ فِي آذَانِهِم مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ

Ayənin sonunda buyurulur: “Allah kafirlərə tam əhatəlidir və hər yerə getsələr, Onun qüdrət dairəsindədirlər.” واللّهُ مُحِيطٌ بِالْكافِرِينَ

Asimanda ardı-arası kəsilməyən ildırım və şimşək çaxır: “İldırımın nuru o qədər göz qamaşdırıcıdır ki, az qa-lır onların gözlərini kor etsin.” يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ

Hər vaxt ildırım çaxsa və qaranlıq səhra işıqlansa onun işığında bir neçə addım atırlar, amma dərhal zülmət onlara hakim kəsilir, öz yerlərində dayanırlar:

كُلَّمَا أَضَاء لَهُم مَّشَوْاْ فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُواْ

Hər an onların gözü önündə təhlükə canlanır, çünki, səhranın ortasında ildırımın təhlükəsinin qarşısını almaq üçün nə bir dağ, nə də bir ağac yoxdur. Onlar hər an il-dırımın hədəfinə çevrilib külə dönə bilərlər. Hətta ildı-rım gurultusunun onların qulaqlarını batırması və gözqa-maşdırıcı işığın gözlərini kor etməsi mümkündür. Bəli, əgər Allah-taala istəsə, onların gözlərini və qulaqlarını məhv edib aradan aparar. Çünki, Allah hər şeyə qadirdir:

وَلَوْ شَاء اللّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ إِنَّ اللَّه عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Peyğəmbəri-əkrəmin (s.ə.v.v) dövranında İslamın çox sürətlə yayılıb inkişaf etməsi və onların batini sirlə-rini aşkar edən Quran ayələri sanki, asimandakı ildırım kimi kafir və ya münafiqlərin gözlərini qamaşdırır və onları öz hədəfinə çevirirdi. Kafirlər hər an bir ayənin nazil olub onların daxili sirlərindən digər bir qismini aşkar etməsini və nəticədə onları rüsvay etməsini ehtimal verirdilər. Qurani-Kərimin “Tövbə” surəsinin 64-cü ayə-sində buyurulur:

يَحْذَرُ الْمُنَافِقُونَ أَن تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِي قُلُوبِهِم قُلِ اسْتَهْزِؤُواْ إِنَّ اللّهَ مُخْرِجٌ مَّا تَحْذَرُونَ.

“Münafiqlər qorxurdular ki, onların əleyhinə hər hansı bir surə nazil olsun və onların ürəklərində olan gizli sirləri ifşa etsin. De: Necə istəyirsinizsə, elə də istehza edin. Allah sizin qorxduğunuz şeyləri aşkar edəndir.”

Münafiqlər həmçinin qorxurdular ki, onların sirlə-rinin aşkar olması ilə yanaşı, Allah tərəfindən müsəl-manlar üçün xainlərə, daxili düşmənlərə qarşı vuruş hökmü verilsin və qüdrətli müsəlman qoşunu onlara həmlə etsin. Belə ki, Quran buyurur:

لَئِن لَّمْ يَنتَهِ الْمُنَافِقُونَ وَالَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ وَالْمُرْجِفُونَ فِي الْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَا إِلَّا قَلِيلًا مَلْعُونِينَ أَيْنَمَا ثُقِفُوا أُخِذُوا وَقُتِّلُوا تَقْتِيلًا

“Əgər münafiqlər, qəlblərində xəstəlik olanlar və Mədinədə qəsdən yalançı şayiələr yayanlar (müsəlmanların arasında qorxu, vəhşət və süstlük yaradanlar) öz əməllərindən əl çəkməsələr, Biz hökmən səni onların üstünə qaldıracağıq; sonra sizinlə ancaq az bir müddət orada qonşu ola bilərlər. Və onlar orada (Mədinədə) lənətlənmiş şəxslər surətində yaşaya bilərlər. Hər yerdə ta-pılsalar, onları tutub öldürün!”[84]

Əvvəldə işarə edildiyi kimi, islami mənbələrdə mü-nafiqlər barəsində çoxlu hədislər gəlmişdir. O cümlədən İmam Sadiq (ə) öz atasından, o da Rəsuli-əkrəmdən belə nəql edir: “Peyğəmbər (s.ə.v.v) buyurdu: Ey Əli! Möminin üç əlaməti vardır: Namaz qılar, oruc tutar, zəkat verər. Münafiqin də üç əlaməti var: Yalan danışar, vədə verəndə əməl etməz və əmanətə xəyanət edər.”[85]

Əbdullah ibni Ömər Həzrəti Rəsuli-əkrəmdən (s.ə.v.v) rəvayət edir ki, dörd xüsusiyyət münafiqliyin əlamətidir: Yalan danışmaq, əhdinə vəfa etməmək, düşmənçilikdə namərdlik və əmanətə xəyanət.”[86]

21-22-Cİ AYƏLƏR

يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ (21) الَّذِي جَعَلَ لَكُمُ الأَرْضَ فِرَاشاً وَالسَّمَاء بِنَاء وَأَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقاً لَّكُمْ فَلاَ تَجْعَلُواْ لِلّهِ أَندَاداً وَأَنتُمْ تَعْلَمُونَ (22)

TƏRCÜMƏ:

Bu ayələrdə Həzrəti Haqq-taala bütün insanlara xitab edir və onları Pərvərdigar qarşısında ibadət və bəndəçi-liyə əmr edib buyurur:

21- Ey insanlar! Sizi və sizdən əvvəlcə olanları xəlq edən Al-laha ibadət və bəndəçilik edin. Bəlkə (ibadət və bəndəçilik yolu ilə) pəhrizkar, təqvalı olasınız.”

22- “O kəsə ibadət edin ki, yeri sizin üçün döşənəcək və asi-manları (atmosfer təbəqəsini) başınızın üzərində bir tavan kimi qərar verdi və asimandan yağış göndərib onun vasitəsilə si-zin üçün ruzi olaraq meyvələr yetişdirdi. Buna əsasən, Allah üçün şərik qoşmayın, halbuki, bilirsiniz (ki, sizin qoşduğunuz şə-rik və bütlərdən heç biri nə sizi yaratmış, nə də sizə ruzi ve-rir).”

TƏFSİR:

ALLAHA PƏRƏSTİŞ EDİN!

Allah-taala keçən ayələrdə təqvalı şəxslərin, kafir və münafiqlərin kimliyini bəyan edərək buyurdu ki, təqva sa-hibləri ilahi hidayətdən bəhrələnənlər və Quranın yol göstərib istiqamətləndirdiyi insanlardır. Halbuki, ka-firlərin qəlbinə cəhalət və nadanlıq möhürü vurulmuş, öz əməlləri səbəbi ilə gözlərinə qəflət pərdəsi asılmışdır və haqqı batildən ayırd etmək hissindən məhrum olmuşlar.

Münafiqlər isə qəlbləri ruhi xəstəliklərə mübtəla olan şəxslərdir ki, yaramaz və üzdəniraq əməllərə qurşan-dıqları üçün Allah-taala onların xəstəliklərini daha da şiddətləndirər. Amma yuxarıda qeyd etdiyimiz axırıncı ayə-lərdə bu aşkar müqayisədən sonra birinci dəstəyə qoşul-maqla əldə olunan səadət və nicat yolunu aydın edərək buyurur: “Ey insanlar! Elə bir Allaha pərəstiş edin ki, həm sizi, həm də sizdən əvvəlkiləri yaratmışdır. Bəlkə pəhrizkar olasınız”:

يَا أَيُّهَا النَّاسُ اعْبُدُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ وَالَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

İBADƏT VƏ ÜBUDİYYƏTİN MƏNASI

Übudiyyət lüğətdə kiçik bir qüvvənin böyük qüdrət qar-şısında acizlik izhar edib ona tabe olması deməkdir. İba-dət isə yüksək fəzilətin, ehsan və böyüklüyün ən uca mərtəbə-sində olan bir varlığın qarşısında nəhayət dərəcədə ki-çilmək deməkdir. Bu cəhətdən də Allah-taala buyurur:

أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ “Ondan (Allahdan) başqasına ibadət etməyin!”[87]

Azacıq düşüncə və şüuru olan hər bir şəxs öz fik-rini işə salıb özünü və Allahını tanımalıdır.

Məşhur bir hədisdə buyurulur:“Hər kəs özünü tanısa, Allahını da tanıyar.” Deyərlər ki, insanın özünü tanıması Allahı tanımaq üçün bir açardır. Əgər bir insan özünü bən-də, Allahını isə ilahi varlıq kimi tanısa başa düşər ki, öz acizliyini və bəndəçiliyini elə bir qüdrətin qarşısında izhar etməlidir ki, onun canı həmin varlığın əlindədir və daimi olaraq ona vücud bəxş edir. Ani olaraq feyz mənbəsindən vücud bəxş eddilməsi kəsilsə, dərhal məhv olar.

Burada bir neçə məsələyə diqqət yetirmək lazımdır. O cümlədən:

Birincisi, “ya əyyuhənnas” müraciət forması; Belə ki, Quranda bu kəlmə 20 dəfə təkrar olunmuşdur. Ümumi və hər-tərəfli bir xitab olan bu ifadə göstərir ki, Quran heç bir irqə, qəbiləyə, tayfaya və xüsusi bir təbəqəyə məxsus deyil və hamı bu risalətdə ümumi şəkildə iştirak etməlidir. Bu ilahi kitab hamını yeganə Allaha pərəstiş edib hər növ şirk, inhiraf qarşısında mübarizə aparmağa və tövhid xəttinə dəvət olunmağa səsləmişdir.

İkincisi, insanlarda şükr etmək hissini oyatmaq və onları Pərvərdigara ibadət etməyə sövq etmək ən böyük ne-mətlərdən sayılır. Bütün insanların fitrət və zatında qoyu-lan bu nemət Allahın qüdrət, elm və hikmətinin, eləcə də Onun ümumi və xüsusi rəhmətinin nişanəsidir. Çünki, var-lıq aləminin seçilmiş gülü olan insanın xilqətində Al-lahın sonsuz qüdrət və elm nişanələri, Onun misilsiz ne-mətləri tamamilə gözə dəyir.

Allah qarşısında əyilməməyin, Ona sitayiş etməməyin əsas səbəbi onların özlərini unutmaları və qabaqkı insan-lar barəsində təfəkkür etməmələridir. Onlar ecazkar və son dərəcə dəqiq hesablamalar üzrə yaradılmış möcüzəli bir varlığın yaranışını təbiət adlı şüursuz, kar və kor bir aləmə aid etməklə özlərini çox gülünc vəziyyətə qoyur-lar. İnsanın ruh və cismini əhatə edən bu nemətləri müt-ləq elm və qüdrətə malik olan Pərvərdigardan başqa heç kəs yarada bilməz.

Bu nemətlərin xatırladılması Allahı tanımaq üçün bir dəlil və Onun nemətləri qarşısında şükr və sitayiş üçün bir növ mühərrikdir.

Üçüncüsü, bu sitayişin nəticəsi təqva və pəhrizkarlıq-dır. لَعَلَّكُمْ تَتَّقُونَ



Geri   İrəli
Go to TOP