A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 170
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Gün ərzində ən azı beş dəfə Allah müqabilində daya-nan və Onunla həqiqi mənada raz-niyaz edən bir şəxsin əməl və rəftarı tamamilə dəyişər, ilahi rəngə boyanar. Belə bir insanın Allah əmrlərinə tabe olmamasını və Onunla müxa-lifətə qalxmasını təsəvvür etmək mümkündürmü?! Amma qeyd etdiyimiz kimi, gərək bu ibadətlər həqiqi mənada olsun, şəxsin bəndəçilik hisslərindən qaynaqlansın və bütün ruhu və qəlbi ilə Onun dərgahına üz gətirsin.

2- NAMAZIN FƏZİLƏT VƏ ƏHƏMİYYƏTİ

Namaz dinin sütunu və Allah dərgahına yaxınlaşmaq vasitəsidir. Namaz Pərvərdigar qarşısında bəndəçilik iz-har etmək, Onun geniş rəhməti müqabilində şükr və həmd etmək, Peyğəmbərin və məsum imamların getdiyi yolu get-məkdir; habelə bəndə ilə Allah arasında yeganə rabitə vasi-təsidir. O, elə bir vasitədir ki, insan onunla Allah dərga-hından hidayət diləmək, kömək almaq və xətalardan amanda qalmaq istəyir. Namaz elə bir yoldur ki, insan onunla öz qəl-bindəki imanını əməli olaraq aşkar edir, dünyada və axi-rətdə səadətin hüdudlarına daxil olmaq üçün icazə alır.

Namazın fəzilət və əhəmiyyəti barəsində çoxlu hədis-lər nəql olunmuşdur. Əqli dəlillər və şəriət hökmləri də bu ibadətin yüksək fəzilətini təsdiq edir. Biz burada “Cə-vahirul-kəlam” kitabının yeddinci cildinin birinci sə-hifəsində qeyd olunan mətləbləri gətirməklə kifayətlə-nirik ki, onların hamısı ayə və rəvayətlərin məzmununu çat-dırır:

“Namaz çirkin, yaramaz və pis işlərin qarşısını alır, onun vasitəsilə cəhənnəm odu sönür. O hər bir təqvalı şəxsin Allah dərgahına yaxınlaşma, hər pak möminin tə-rəqqiyə yüksəlmə səbəbidir. Axar su bədəni yuduğu kimi, o da günahları paklayır. Hər gündə onu beş dəfə təkrar etmək bədəni çayda beş dəfə yumaq kimidir. Allah-taala İsaya və ümumiyyətlə bütün peyğəmbərlərə ömürlərinin sonuna qədər namaz qılmağı tövsiyə edirdi. Namaz İslamın əsası və şə-riət tərəfindən müəyyən olunan ən gözəl əməldir. Namaz in-sanların sair əməllərinin ölçüsü və meyarıdır. Namazı ka-mil surətdə yerinə yetirən hər bir şəxsin bütün işləri kamilləşər və əməllərinin hamısı qəbul olunar. Bu səbəbə görə də namaz sair əməllərlə, hətta dinlə müqayisədə çadı-rın sütunu kimi hesab olunur. Qiyamət günü bəndələrdən soruşulan ilk sual və təftiş olunacaq ilk əməl namazdır. Namaz qəbul olunsa, sair əməllərə də baxılacaq və qəbul olu-nacaq. Əks təqdirdə heç bir əməl qəbul olunmaz və ümumiy-yətlə sair əməllərə nəzər yetirilməz və rədd olunar. Buna əsasən, namazı tərk edən şəxslərin kafirlər zümrəsinə aid olunması heç də təəccüb doğurmamalıdır. Namazın tərk olunması bir növ dinə təhqirlə yanaşmaq sayılır. Həzrəti Sadiq (ə) buyurur: “Allahı tanımaqdan sonra Pərvərdigarın nə-zərində namaz qədər əhəmiyyətli və sevimli bir əməl yoxdur.”

Həzrəti Sadiq (ə) yenə buyurur: “Hər kəs gündəlik vacibi namazları qılsa və onların vaxtlarına riayət etsə, Qiyamət gü-nü Pərvərdigarına qovuşanda onun üçün Allah yanında bir əhd olacaq və onun vasitəsilə behiştə daxil olacaq.”

Hər kəs bu namazları vaxtında qılmazsa, onun vaxtına riayət etməzsə, Allahın haqqı vardır ki, istəsə onu bağış-layar və istəməsə əzaba giriftar edər. Vacib namaz iyirmi həccdən daha üstündür. Hansı ki, hər bir həcc bir otaq qə-dər qızılı Allah yolunda sədəqə verməkdən daha üstündür.

Vacib namaz min həccdən daha üstündür. Halbuki, bu həcc bütün dünya və onda olanlardan daha üstündür. Həqi-qətən Allaha itaət etmək, yer üzündə Ona xidmət etmək demək-dir və heç bir xidmət namazla müqayisə oluna bilməz. Bu sə-bəbdən də mələklər Həzrəti Zəkəriyyaya ibadət mehrabında namaz qılarkən nida etdilər. Namaz qılan şəxs namaz üçün qalxanda Haqqın rəhməti asimandan yer üzünə nazil olur, mələklər onu dövrəyə alırlar. Bir mələk nida edib deyir ki, əgər namaz qılan şəxs namazda olan savabların qədərini bilsəydi, heç vaxt ondan qafil olmazdı. Namaz barəsində ba-şqa hədislər də vardır.

O cümlədən, Həzrəti İmam Riza (ə) Məhəmməd ibni Sə-nanın yazdığı məsələlərin cavabında buyurdu: “Namazın əzə-mətinin səbəbi budur ki, o, Allahın Rəbb olmasını iqrar etmək, Onun şərikini və mislini inkar etməkdir. Namaz cəlal sahibi olan Allah müqabilində zillət və təvazökarlıqla günahları etiraf etmək, Ondan bağışlanmaq istəmək, öz Rəbbinin qarşı-sında üzünü həmin halda təzim üçün yerə qoymaq, daimi olaraq Pərvərdigarı yad etmək və Onun zikrindən qafil olmamaqdır. Al-lah qarşısında namaza durmaq günahların qarşısını alır, gü-nah və fəsad törənməsinə maneçilik törədir.”

3- İNSANLARLA RABİTƏ

Təqvalı şəxslər Pərvərdigari-aləmlə daimi rabitə ya-ratmaqdan əlavə, insanlarla da çox yaxın və sıx əlaqə saxla-yırlar. Buna görə də onların üçüncü xüsusiyyətlərini Quran belə bəyan edir: “Bizim onlara verdiyimiz bütün nemətlərdən Allah yolunda infaq edərlər.” وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ

Quran, heç də “onlar öz mal-dövlətlərindən infaq edir” deyil, “Bizim onlara ruzi verdiyimiz şeylərdən infaq edirlər”-deyə buyurur. Beləliklə bu ayə infaq məsələsini elə geniş səviyyədə götürür ki, bütün maddi və mənəvi nemət-ləri əhatə edir.

Buna əsasən, təqvalı insanlar o kəslərdir ki, təkcə mal-dövlətlərindən deyil, həm də elm, əql, fiziki qüvvə, ictimai məqam və xülasə əvəzsiz olaraq özlərinin bütün maddi-mə-nəvi imkanlarından ehsan etsinlər.

İkinci məsələ: Ehsan yaradılış dünyasında ümumi bir qanundur. Hətta hər bir varlıq öz bədən quruluşunda belə ehsan edir. Belə ki, insanın ürəyi təkcə özü üçün işləmir, həm də özünün malik olduğu şeylərdən bütün hüceyrələrə in-faq edir. Beyin, ciyər və sair orqanların hamısı öz işləri-nin nəticəsini daimi olaraq infaq edirlər. Ümumiyyətlə, ictimaiyyəti infaqsız təsəvvür etmək mümkün deyildir və on-suz həyatın heç bir mənası yoxdur.

İnsanlarla rabitə yaratmaq həqiqətdə Allahla rabitə yarat-maq deməkdir. Allaha qovuşan və “mimma rəzəqnahum” ayəsinin hökmü ilə bütün ruzi və nemətlərin Allah tərəfindən gəl-məsini bilən hər bir şəxs bu nemətləri Allah yolunda infaq etməkdən əsla narahat olmur, əksinə sevinir də. Çünki, Allahın malını Onun Öz bəndələrinə paylayır.

Belə bir insan bütün maddi və mənəvi nemətlərdən bəhrələnmiş olur. Bu təfəkkür tərzi insanın ruhunu pa-xıllıq, həsəd və sair kimi rəzil xüsusiyyətlərdən paklayır, yaşamaq uğrunda mübarizə dünyasını qarşılıqlı kömək dün-yasına çevirir. Belə bir dünyada hər kəs özünü başqaları qarşısında borclu bilir, ixtiyarında olan nemətləri eh-tiyaclılara verir və günəş kimi heç bir mükafat gözlə-mədən öz nurunu başqa varlıqlara ehsan edir.

İmam Sadiq (ə) “Və mimma rəzəqnahum yunfiqun” ayəsinin təfsirində buyurur: “Bizim onlara öyrətdiyimiz elm və məri-fəti yayarlar və onu ehtiyacı olanlara öyrədərlər.[81]

Bu sözün məfhumu heç də infaqın elmi məlumatlara məxsus olması deyildir. İnfaq məsələsindən danışdıqda, əksər hallarda maddi ehsan və yaxşılıqlar nəzərdə tutuldu-ğundan İmam bu cür mənəvi infaqı qeyd etməklə, həmin məf-humun daha geniş olduğunu aşkar etmək istəyir.

Buradan aydın olur ki, sözü gedən ayədə işlədilmiş in-faq kəlməsi təkcə vacib və ya müstəhəb əməllərə aid olmayıb geniş bir məna daşıyır və bütün əvəzsiz köməklərə şamil olur.

5-Cİ AYƏ

والَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ (4) أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ (5)

TƏRCÜMƏ:

4-”(Müttəqilər) o kəslərdir ki, sənə və səndən əvvəlki peyğəm-bərlərə nazil olanlara (kitablara) iman gətirərlər və Qiyamət gününə imanları vardır.”

5- ”Məhz onlar Allah tərəfindən doğru yoldadırlar və nicat tapanlar da onlardır.”

TƏFSİR:

Təqvalıların digər bir xüsusiyyəti də bütün peyğəmbər-lərə, ilahi proqramlara iman gətirməkdir. Quran buyurur: “Onlar həmin kəslərdir ki, sənə və səndən qabaqkı peyğəmbərlərə nazil olanlara (Quran, Tövrat, İncil, Zəbur və s. kimi asimani kitablara) imanları vardır.”

Beləliklə, onlar peyğəmbərlərin dəvəti məsələsində dinin əsası baxımından heç bir ixtilaf olmadığını bi-lir, bundan əlavə, onları bu böyük dünyanın təlim-tərbiyə mərkəzində insanları təkamül yoluna istiqamətləndirmək üçün göndərilən ardıcıl tərbiyəçi və müəllimlər hesab edirlər. Onlar vəhdət və ittihad köklərinə malik olan asi-mani dinləri nifaq və təfriqə səbəbi deyil, Quran qanunla-rı əsasında insanlar arasında rabitə üçün möhkəm bir va-sitə bilirlər.

Bu cür təfəkkür tərzinə malik olan insanlar öz ruhla-rını yersiz təəssüblərdən paklaşdırır, ilahi peyğəmbər-lərin hidayət və təkamül üçün gətirdiyi bütün şeylərə iman gətirirlər. Onlar tövhid yolunun bütün rəhbər və hidayət-çilərinə hörmətlə yanaşırlar.

Əlbəttə, əvvəlki peyğəmbərlərə iman gətirmək, təkamül silsiləsinin sonuncu mərhələsi olan axırıncı Peyğəm-bərin dininə əməl etməyə və bu cür təfəkkürə malik olmağa heç də maneə törətmir. Çünki, başqa cür əməl etmək təkamül yolunda irəliyə deyil, geriyə bir addım hesab olunar.

Məad və Qiyamətə iman gətirmək isə, təqvalılar üçün zikr olunan sonuncu sifətdir. Onlar axirət aləminə iman gətirərlər: وَبِالآخِرَةِ هُمْ يُوقِنُونَ

Onlar qətiyyətlə inanırlar ki, insan heç də əbəs və hə-dəfsiz olaraq yaradılmamışdır. Bütün məxluqat kimi, onun yaradılışı da müəyyən məqsəd dayışır və onun üçün müəyyən hərəkət yolu təyin edilmişdir. Bu yol ölümlə sona yetmir, çünki, əgər ölməklə hər şey bitsəydi, şübhəsiz, bu dünyanın müvəqqəti həyatında bu qədər zəhmət və çarpışma qoparmaq çox gülünc və mənasız olardı.

Təqvalı şəxs etiraf edir ki, Pərvərdigari-aləmin müqlət ədaləti hamının intizarını çəkir və bizim bu dün-yadakı əməllərimiz dəqiq şəkildə sorğu-suala çəkiləcək.

Təqvalı şəxslər bu əqidə vasitəsi ilə ruhi aramlıq ta-pır, bu məsuliyyətli vəzifələri yerinə yetirmək yolunda qar-şılaşdıqları çətinliklərdən əsla yorulmur və üstəlik onu rəğbətlə qarşılayır da. O, xoşagəlməz hadisələr qarşısın-da sarsılmaz bir dağ kimi dayanır. Ədalətsizliklər qarşı-sında təslim olmur və gördüyü yaxşı və ya pis əməllərin heç birinin əvəzsiz qalmayacağına, öldükdən sonra hər növ zülm-dən uzaq olan daha geniş bir aləmə nəql olunaraq Pərəvr-digari-aləmin sonsuz rəhmətinə qovuşacağına əmindir.

Axirətə iman gətirmək maddi aləm sərhədlərini aşıb, daha ali və yüksək mühitə daxil olmaq deməkdir. Belə ki, bu dünya həmin aləm üçün əkin sahəsi, daha artıq hazırlıq üçün sınaq meydanı hesab olunur. Bu dünya həyatı heç də son hədəf deyildir, əksinə təqdimat mərasimi rolunu oynayır və başqa bir dünya üçün quruculuq dövrü sayılır.

Bu dünya həyatı insanın ana bətnindəki rüşeym dövra-nına bənzəyir. Bu dövr insan yaradılışı üçün son hədəf və məqsəd deyil, əksinə başqa bir həyat üçün təkamül dövranı-dır. Amma əgər bu rüşeym burada lazımınca inkişaf edib bütün eyblərdən amanda qalmazsa, ondan sonrakı həyatda xoş-bəxt və səadətli olmayacaq.

Axirət aləminə iman insanların mənəvi tərbiyəsində dərin rol oynayır, onlara şəhamət, şücaət bağışlayır. Çün-ki, insan onun əsasında bu dünya iftixarının yüksək mərtə-bəsi olan müqəddəs hədəflər yolunda şəhadət məqamına yük-səlir. İmanlı şəxs üçün ən sevimli hədəf sayılan şəhadət əbədi bir həyatın başlanğıcıdır. Qiyamətə iman insanı gü-nahdan saxlayır. Başqa sözlə desək, bizim günahlarımız Al-laha və Qiyamət gününə imanla tərs mütənasibdir. Nə qədər iman artarsa, günah da bir o qədər azalar. “Sad” surəsinin 26-cı ayəsində Allah-taala Davuda (ə) buyurur:

وَلا تَتَّبِعِ الْهَوَى فَيُضِلَّكَ عَن سَبِيلِ اللَّهِ إِنَّ الَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ اللَّهِ لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ

“Heç vaxt nəfsani istəklərə tabe olma, yoxsa səni ilahi yol-dan sapdırar.”

Həqiqətən Allah yolundan azanlar üçün dərdli və şid-dətli əzab hazırlanmışdır. Çünki, onlar Qiyamət gününü unutmuşlar. Bəli, Qiyamət gününün unudulması müxtəlif növ tüğyanların, zülm və günahların mənşəyi sayılır və on-lar üçün şiddətli əzab nəzərdə tutulub.

Axırıncı ayə yuxarıda sadalanan beş sifəti özündə cəm edən möminlərin gözəl aqibətindən söz açır:

“Onlar Pərvərdigarları tərəfindən olan hidayət yolu üzə-rindədirlər.” أُوْلَـئِكَ عَلَى هُدًى مِّن رَّبِّهِمْ

“Və onlar nicat tapanlardır.” وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

Həqiqətdə onların hidayətinə, həmçinin nicat tapma-larına Allah tərəfindən zəmanət verilmişdir. Başqa söz-lə desək, yeganə nicat və qurtuluş yolu bu dəstəyə məxsusdur ki, onlar sadalanan beş sifəti kəsb etməklə ilahi hidayətə na-il olurlar.

6-7-Cİ AYƏLƏR

إِنَّ الَّذِينَ كَفَرُواْ سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لاَ يُؤْمِنُونَ (6) خَتَمَ اللّهُ عَلَى قُلُوبِهمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عظِيمٌ (7)

TƏRCÜMƏ:

6- ”Həqiqətən kafirləri ilahi əzabdan qorxutsan da, qorxutma-san da, onlar üçün birdir - iman gətirməyəcəklər.”

7- ”Allah onların qəlblərinə və qulaqlarına möhür vurmuş, gözlərinə pərdə salmışdır və böyük əzab onları gözləyir.”

TƏFSİR:

İKİNCİ QRUP: İNADKAR KAFİRLƏR

Bu dəstə təqvalı və müttəqi şəxslərin müqabilində daya-nır. Onların sifətləri qeyd olunan iki ayədə qısa şəkildə bəyan olunmuşdur.

İlk ayə buyurur: “Kafir olanları (və öz küfr və imansızlıq-larında inadkar olanları) ilahi əzabdan qorxutsan da, qorxut-masan da heç bir fərqi yoxdur, onlar iman gətirməyəcəklər.”

Birinci qrup, haqqı əldə etdikdən sonra onu hər bir cəhətdən qəbul edib, tabe olmağa tam hazır idilər.

Amma bu dəstə öz azğınlıqlarında o qədər inadkardır-lar ki, hətta haqq onlar üçün aşkar olsa belə, onu qəbul et-məyə hazır deyillər. Müttəqilərin və təqvalıların yol gös-tərəni olan Quran kafirlər üçün heç bir təsirə malik deyil. Desən də, deməsən də, nəsihət etsən də, etməsən də, müj-də versən də verməsən də heç bir faydası yoxdur. Ümumiyyətlə onların vücudunda haqqa tabe olub, haqq qarşısında təslim olmaq üçün heç bir ruhi hazırlıq yoxdur.

İkinci ayə bu qrupun inad və təəssübünün səbəbini bəyan edərək buyurur ki, onlar küfr və inad bataqlığında elə qərq olmuşlar ki, haqla batili ayırd etmə qüvvəsini əldən ver-mişlər. Allah onların qəlblərini, qulaqlarını möhür-ləyib, gözlərinə pərdə salmışdır. Bu səbəbə görə də bu iş-lərin nəticəsi olaraq böyük bir əzab onların intizarını çəkir: ولهم عذاب عظيم .

Beləliklə, təqvalıların ilahi ayələri gördüyü gözlər, haqq sözləri eşitdiyi qulaqlar, həqiqətləri dərk edən qəlb-lər, bu ikinci qrupda artıq işləmir. Onların əqli, gözü və qulaqları vardır, amma dərk etməyə, görməyə və eşitməyə qüd-rətləri yoxdur! Çünki, onların çirkin, nalayiq əməlləri, inadkarlıqları, bu hiss üzvləri qarşısında bir pərdəyə çevrilmişdir.

Şübhəsiz, insan azğınlığın bu mərhələsinə çatma-yıbsa, düzgün yolda olmasa da belə hidayət olunmağa qabildir. Amma ayırd etmə qüvvəsini çirkin əməllər səbəbilə əldən verdiyi təqdirdə daha nicat və qurtuluş yolu onun üçün bağ-lanır. Çünki, onlar artıq mərifət vasitələrini itirmiş-lər. Təbiidir ki, bu halda böyük əzab onların intizarında olacaq. Məsələn, əgər bir şagird dərs oxumazsa nəticədə sa-vadsızlıq və cəhalət kimi əzaba düçar olacaq, ona sənəd ve-rilməyəcək. Mühüm məsələ budur ki, insan özünü gözləsin, nəzarət altında saxlasın. Əgər Allah eləməmiş, ondan bir günah baş verərsə dərhal tövbə etsin və saleh əməl vasi-təsilə günahını yusun. İmkan yaratmamalıyıq ki, günah bu sadəliklə qəlbimizə daxil olub orada sabitləşsin və nəha-yətdə onun möhürlənməsi ilə nəticələnsin.

İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: “Hər bir bəndənin qəlbində ağ bir nöqtə vardır. Əgər bəndə günah iş görərsə, o ağ nöqtədə bir qaraltı və ləkə əmələ gələr. Əgər tövbə etsə, qaraltı dərhal aradan gedər. Amma günah işi davam etdirərsə, o qaraltı genişlənərək ağ hissəni tamamilə örtər. Artıq bundan sonra belə bir qəlbin sahibi heç vaxt xeyir, səadət və qurtuluş yoluna qayıtmaz. Bu da məhz Allah-taalanın buyur-duğu: كَلَّا بَلْ رَانَ عَلَى قُلُوبِهِم مَّا كَانُوا يَكْسِبُون kəlamının mənasıdır.

KÜFRÜN MƏNASI NƏDİR?

Küfr lüğətdə gizlətmək, məxfi saxlamaq, şəriətdə isə Allahın üluhiyyətini, peyğəmbərlərin nübüvvətini, məadı, habelə dinin zəruri məsələlərini inkar etməyə deyilir. Di-nin zəruri məsələlərindən hətta birini inkar edən şəxs, bütün müsəlmanların nəzərində İslamdan çıxaraq kafir-lər cərgəsində qoşulur.

Ümumiyyətlə, küfr murdar bir ağacdır ki, onun kökləri batil etiqad, gövdəsi rəzil əxlaqlar, qol-budağı günah və pis əməllər, meyvəsi isə dünyada zillət və axirətdə əzabdır. Bunun da müqabilində iman pak bir ağacdır ki, kökü haqqa etiqad, gövdəsi bəyənilən əxlaq, qol-qanadı saleh və gözəl əməllər, meyvəsi isə dünya və axirət xoşbəxtliyidir ki, bu da əbədi qurtuluşdan ibarətdir.

“İbrahim” surəsinin 25-26-cı ayələrində buyurulur:

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ اللّهُ مَثَلاً كَلِمَةً طَيِّبَةً كَشَجَرةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِي السَّمَاء تُؤْتِي أُكُلَهَا كُلَّ حِينٍ بِإِذْنِ رَبِّهَا وَيَضْرِبُ اللّهُ الأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُون وَمَثلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ اجْتُثَّتْ مِن فَوْقِ الأَرْضِ مَا لَهَا مِن قَرَارٍ

“Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi?! Allah pak-pakizə kəlamı imana məsəl vurur: O, kökü yerdə sabit, qol-budağı isə fəzaya, asimana çəkilən gözəl bir ağac kimidir. Pər-vərdigarın izni ilə öz meyvəsini hər vaxt verir. Allah camaat üçün belə məsəllər çəkir ki, bəlkə düşünüb ibrət alalar. Küfrün xəbis kəlməsinin məsəli isə kökü yerdən ayrılan xəbis (iyrənc) ağaca bənzəyir. Belə bir ağac üçün sabitlik və qərar yoxdur.”


8-16-CI AYƏLƏR

وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللّهِ وَبِالْيَوْمِ الآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ (8) يُخَادِعُونَ اللّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلاَّ أَنفُسَهُم وَمَا يَشْعُرُونَ (9) فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللّهُ مَرَضاً وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ (10) وَإِذَا قِيلَ لَهُمْ لاَ تُفْسِدُواْ فِي الأَرْضِ قَالُواْ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ (11) أَلا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَـكِن لاَّ يَشْعُرُونَ (12) وَإِذَا قِيلَ لَهُمْ آمِنُواْ كَمَا آمَنَ النَّاسُ قَالُواْ أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاء أَلا إِنَّهُمْ هُمُ السُّفَهَاء وَلَـكِن لاَّ يَعْلَمُونَ (13) وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ إِلَى شَيَاطِينِهِمْ قَالُواْ إِنَّا مَعَكْمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِؤُونَ (14) اللّهُ يَسْتَهْزِىءُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ (15) أُوْلَـئِكَ الَّذِينَ اشْتَرُوُاْ الضَّلاَلَةَ بِالْهُدَى فَمَا رَبِحَت تِّجَارَتُهُمْ وَمَا كَانُواْ مُهْتَدِينَ (16)

TƏRCÜMƏ:

8- “Camaatdan bəziləri: “Allaha və Qiyamət gününə iman gətirmişik” - deyirlər, halbuki iman gətirməmişlər.”

9- “Allahı və möminləri aldatmaq istəyirlər, (amma) özlə-rindən başqa kimsəni adlatmırlar, ancaq bunu da bilmirlər.”

10- “Onların qəlblərində bir növ mərəz, xəstəlik vardır; Allah onların xəstəliklərini artırar. Dedikləri yalanlar hesa-bına dərdli, şiddətli əzaba düçar olacaqlar.”

11- “Onlara: “yer üzündə fəsad törətməyin”-deyəndə, “biz yal-nız islahat işi aparırıq”-deyə cavab verirlər.”

12- “Agah olun ki, onların özləri fəsad törədənlərdir, am-ma (bunu) bilmirlər.”

13- “Onlara: “başqaları iman gətirdiyi kimi, siz də iman gətirin!”-deyildiyi zaman, “biz də səfehlər kimi iman gətirək-mi?”-deyirlər. Bilin ki, onların özləri səfehdirlər, amma bil-mirlər.”

14- “Onlar mömin şəxslərlə görüşəndə: “biz də iman gə-tirmişik”-deyirlər, amma şeytanları ilə xəlvət edəndə: “biz sizinləyik, (ancaq onları) istehza edirik”-deyirlər.”

15- “Allah onlara istehza edər və onları tüğyançılıq-larında saxlayar ki, heyran və sərgərdan halda qalsınlar.”

16- “”Onlar həmin kəslərdir ki, hidayəti azğınlıq müqa-bilində dəyişmişlər. (Bu) ticarətin onlar üçün heç bir faydası yoxdur və onlar hidayət tapmamışlar.”

TƏFSİR:

ÜÇÜNCÜ DƏSTƏ: MÜNAFİQLƏR

Yuxarıdakı ayələr qısa olmasına baxmayaraq, münafiq-lər barəsində dolğun mənalı şərh verərək onların ruhi xüsusiyyətlərini və əməllərini bəyan edir.

İZAH:

İslam dini tarixin xüsusi bir dövründə bir tərəfdən mərdanəliklə iman gətirməyən, digər tərəfdən də aşkar şə-kildə müxalifət etməyə qüdrət və cürətləri çatmayan bir qrupla qarşılaşmışdı

Quranın “münafiqlər” adlandırdığı həmin dəstə riya-kar və iki üzlü şəxslərdən ibarət idi. Onlar həqiqi müsəl-man cərgələrinə soxulmuş üzdəniraq ünsürlər olub İslam və müsəlmanlar üçün böyük bir təhlükə sayılırdılar. Za-hirdə İslamı qəbul etdiklərinə görə onları tanımaq əksər hallarda çətin idi. Amma Quran onlar üçün dəqiq və canlı əlamətlər bəyan edərək onların batini əqidə və təfəkkür tərzini ayırd edir, müsəlmanlar üçün bütün dövrlərə xarak-terik olan nümunələr göstərir. İlk ayə münafiqliyi belə təfsir edir: وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللّهِ وَبِالْيَوْمِ الآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ

“Camaatdan bəziləri var ki, “Allaha və Qiyamət gününə iman gətirmişik” - deyirlər, halbuki, imanları yoxdur.”

Onlar bu əməli bir növ zirənglik və taktika hesab edir, bununla da “Allahı və möminləri aldatmaq istəyirlər”: يُخَادِعُونَ اللّهَ وَالَّذِينَ آمَنُوا “Halbuki yalnız özlərini aldadırlar. Amma bunu dərk eləmirlər”: وَمَا يَخْدَعُونَ إِلاَّ أَنفُسَهُم وَمَا يَشْعُرُونَ

Onlar düzgün yoldan, “sirati-müstəqim”dən azğınlığa düçar olaraq ömürlərini azğınlıq yolunda keçirirlər. Bü-tün qüvvə və imkanlarını puç və mənasız işlərə sərf edə-rək nakamlıq, məğlubiyyət, bədnamlıq və ilahi əzabdan başqa bir şey əldə etmirlər.

Quran sonrakı ayədə bu həqiqəti açıqlayıb buyurur ki, nifaq həqiqətdə bir növ ruhi xəstəlikdir. Sağlam insanın yalnız bir sifəti vardır və onun cismi ilə ruhu arasında tam bir uyğunluq hakimdir. Çünki, cism və ruhun, zahir və batinin hamısı bir-birinin təkmil edicisidir. Əgər mö-mindirsə bütün vücudu iman şövqü ilə şölələnir. Əgər yolunu azanlardandırsa, yenə də zahiri və batini inhiraf və ağzınlığı göstərir. Cism və ruhun ikili xüsusiyyətə malik olması bir növ təzad, uyğunsuzluq və pərakəndəlikdir ki, in-sanın vücuduna hakim kəsilir.

Ayə buyurur: فِي قُلُوبِهِم مَّرَضٌ “Onların qəlblərində xəstəlik vardır.”

Amma yaradılış sistemində belə bir qanunauyğunluq vardır ki, hər kəs bir yolda qərar tutsa və onu getmək üçün lazım olan vasitələri hazırlasa, həmin yolla da irəliləyə-cəkdir. Başqa sözlə desək, insanın müəyyən bir yoldakı əməl və fikir möhkəmliyi onu daha da davamlı və mətin edir. Quran əlavə edib buyurur:“Allah onların xəstəliklərini ar-tırar.” فَزَادَهُمُ اللّهُ مَرَضاً

Münafiqlərin əsil sərmayəsi yalan olduğuna və həyatla-rında görünən ziddiyyətləri o yalanlarla ört-basdır etdik-lərinə görə, ayə axırda buyurur: وَلَهُم عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ

“Onlar üçün dərdli əzab vardır, çünki, yalan danışırlar.”

Sonra Quran onların xüsusiyyətlərinə işarə edib bu-yurur: Onların ilk məqsədləri islahat işi aparmaqdır, halbuki, həqiqi fəsad törədənlərdirlər. Onlara “yer üzündə fəsad etməyin” - dedikdə, deyirlər ki, “biz yalnız islahat işi aparırıq.”

وَإِذَا قِيلَ لَهُمْ لاَ تُفْسِدُواْ فِي الأَرْضِ قَالُواْ إِنَّمَا نَحْنُ مُصْلِحُونَ

Deyirlər ki, bizim həyatımızın bütün sahələrində islahatdan başqa heç bir proqramımız yoxdur və olmayacaq-dır! Quran sonrakı ayədə buyurur: “Bilin ki, bunlar fəsad tö-rədənlərdir və onların fəsaddan başqa proqramları yoxdur, amma özləri dərk etmirlər.” أَلا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَـكِن لاَّ يَشْعُرُونَ

Onlar, öz təxribatçılıq niyyətlərində davamlı olma-ları və bu çirkin və rüsvayçı işlərə alışmaları səbəbi ilə tədricən güman edirlər ki, bu proqramlar faydalı, quru-cu və islahatçıdır.

Əvvəldə qeyd etdiyimiz kimi, əgər günah həddi aşarsa, yaxşını pisdən ayırd etmək hissi insandan alınır və onun üçün həqiqətləri tərsinə cilvələndirir, napaklığı və alu-dəliyi onun ikinci təbiətinə çevirir.



Geri   İrəli
Go to TOP