A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 170
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالنَّصَارَى وَالصَّابِئِينَ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ وَعَمِلَ صَالِحاً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ

Buna əsasən, “onların nə gələcəkdən qorxusu, nə də keçmiş-dən qəm-qüssələri vardır.” وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

Bu ayə təqribən həmin ifadə ilə “Maidə” surəsinin 69-cu ayəsində və bir qədər fərqlə “Həcc” surəsinin 17-ci ayəsində gəl-mişdir.

“Maidə” surəsində həmin ayədən sonra gələn ayələr gös-tərir ki, yəhudilər və nəsranilər öz dinlərinin başqa din-lərdən üstün olması ilə fəxr edirdilər. Beləliklə də, be-hişti özlərinə məxsus bilirdilər.

Bəlkə bu cür iftixarlar müsəlmanların arasında da olmuşdur. Qeyd olunan ayə buyurur ki, həqiqi iman, xüsusilə saleh əməl olmadan gətirilən iman istər müsəlmanlardan, istər yəhudilərdən, istərsə də nəsranilərdən və sair din ardı-cıllarından baş verərsə, heç bir dəyərə malik deyil. Yalnız həqiqi, xalis, yaxşı və saleh əməllə yanaşı olan imanın Qiya-mət gününün ədalət məhkəməsində, Allah dərgahında dəyəri vardır. Yalnız bu proqram mükafata, xatircəmlik və əmin-amanlığa səbəb ola bilər.

Sabeinlərin kim olması barəsində Rağib öz “Müfrədat” kitabında belə yazır: Onlar Nuhun (ə) ardıcıllarından olan bir dəstə idi. Onların möminlər, yəhudi və nəsranilər cərgə-sində qeyd olunmaları göstərir ki, onlar asimani dinlərdən birinin ardıcılları olmuş, Allaha və Qiyamətə iman gətir-mişlər.

Bəzilərinin onları müşrik və ya ulduzpərəst, bəzi-lərinin isə məcus hesab etmələri əsla düzgün deyildir. Çünki, sabeinlər inanırdılar ki, ilk asimani kitablar Adəmə, ondan sonra Nuha, ondan sonra Sama, daha sonra Rama, ondan sonra İbrahimə, daha sonra Musaya və Yəhya ibni Zəkə-riyyaya nazil olunmuşdur.

Sabeinlərin kim olması barəsində əlavə nəzərlər də vardır. Biz bu qədərlə kifayətlənirik.

ƏHLİ-KİTAB KİMLƏRDİR?

Kitab əhli Quranın otuzdan çox ayəsində qeyd olunmuş-dur və əsas etibarı ilə yəhudilərə və nəsranilərə işarə edilir.

Zahirən kitab sahibi olan bütün peyğəmbərlərin ardı-cıllarını əhli kitab adlandırmaq olar. Onun ən bariz nümu-nələri yəhudilər və məsihilərdir.

Belə olan halda biz Həzrəti Rəsuli-əkrəmdən (s.ə.v.v) nəql olunan hədisi qeyd edirik. Həzrətdən soruşdular: “Allah-taala neçə kitab nazil etmişdir?” Həzrət buyurdu: “Yüz dörd kitab; on-lardan on kitabı Adəmə, əllisini Şeysə; İdrisə otuz kitab nazil etmişdir. O qələmlə yazan ilk şəxsdir. İbrahimə on kitab, həmçi-nin Tövrat, İncil, Zəbur və Furqanı nazil etmişdir.”[138]

63-64-CÜ AYƏLƏR

وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ وَاذْكُرُواْ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ (63) ثُمَّ تَوَلَّيْتُم مِّن بَعْدِ ذَلِكَ فَلَوْلاَ فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنتُم مِّنَ الْخَاسِرِينَ (64)

TƏRCÜMƏ:

63- ”Yada salın o zamanı ki, sizinlə əhd-peyman bağladıq və “Tur” dağını başınız üzərinə qaldırdıq (və dedik ki,) sizə verdi-yimiz ayə və göstərişləri qüdrətlə götürün və onun içindəkiləri yadınızda saxlayın (və ona əməl edin) ki, bəlkə təqvalı olasınız.”

64- ”Siz bu hadisədən sonra əhdinizdən üz döndərdiniz. Əgər Allahın (sizə qarşı) fəzl və rəhməti olmasaydı, hökmən ziyana uğrayanlardan olardınız.”

TƏFSİR:

Allah ayələrini qüvvətlə tutun!

Bu ayələrdə Bəni-israildən Tövratın göstərişlərinə əməl etmək üçün əhd-peyman alınması və sonra onların bu əhd-peymanı pozmalarına işarə edilmişdir.

Əvvəldə buyurulur: “Yada salın o zamanı ki, Biz sizinlə əhd-peyman bağladıq” وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ

“Və Tur dağını sizin başınız üstündə qərar verdik.”

وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ

“Və dedik ki, sizə verilən ilahi ayələri qüdrət və qüvvə ilə götürün.” خُذُواْ مَا آتَيْنَاكُم بِقُوَّةٍ

“Və onda olanları dəqiq şəkildə yadda saxlayın (və ona əməl edin) ki, bəlkə təqvalı olasınız.” وَاذْكُرُواْ مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

“Amma siz öz əhd-peymanınızı unutdunuz və bu hadisədən sonra üz çevirdiniz.” ثُمَّ تَوَلَّيْتُم مِّن بَعْدِ ذَلِكَ فَلَوْلاَ فَضْلُ اللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَكُنتُم مِّنَ الْخَاسِرِينَ

“Əgər Allahın (sizə qarşı) fəzl və rəhməti olmasaydı, hök-mən ziyana uğrayanlardan olardınız.”

Burada əhd-peyman dedikdə, həmin surənin 40-cı ayəsin-də, habelə, 83 və 84-cü ayələrində nəzərdə tutulanlardır. Yəni bu əhd-peymandan məqsəd, Allahı yeganə bilmək, ata-anaya, qohum-əqrəbaya, yetimlərə və fəqirlərə kömək və yax-şılıq etmək, gözəl danışmaq, namaz qılıb, zəkat vermək və Tövratda bəyan olunduğu kimi, qan tökməkdən uzaq olmaqdır.

“Maidə” surəsinin 12-ci ayəsindən məlum olur ki, Allah-taala yəhudilərdən əhd-peyman aldı ki, bütün ilahi peyğəmbərlərə iman gətirsinlər, onlara arxa dursunlar və Allah yolunda sədəqə verib peyğəmbərlərə yardım etsinlər.

Həmin ayədə də onlara zəmanət verir ki, əgər bu əhd-peymana əməl etsəniz behişt əhli olarsınız.

DAĞ BƏNİ-İSRAİLİN BAŞI ÜSTÜNDƏ NECƏ QƏRAR TUTUR?

Böyük İslam təfsirçisi mərhum Təbərsi, ibni Zeyddən belə nəql edir: Musa (ə) Tur dağından qayıdanda və Tövratı gətirdikdə, öz tayfasına dedi: “Sizə bir asimani kitab gə-tirmişəm. O, dini göstərişləri, halal-haramı bəyan edir. Elə göstərişlərdir ki, Allah-taala onu sizin üçün əməl qanunu qərar vermişdir. Onu götürün və hökmlərə əməl edin.”

Yəhudilər Həzrəti Musanın onlar üçün çətin vəzifə-lər gətirdiyini bəhanə edərək inadkarlıq və üsyankarlıq yolunu tutdular. Allah da mələklərə əmr etdi ki, Tur dağı-nın böyük bir parçasını qoparıb onların başı üstündə saxlasınlar.

Bu zaman Musa (ə) elan etdi ki, əgər əhd-peyman bağlayıb Allahın göstərişlərinə əməl etsəniz və öz inadkarlığı-nızdan əl çəkib tövbə etsəniz, bu əzab və cəza sizdən dəf ediləcəkdir; əks halda hamılıqla həlak olacaqsınız. Onlar təslim olub Tövratı qəbul etdilər və Allah qarşısında səc-dəyə düşdülər, halbuki hər an o dağın onların üstünə düş-mək ehtimalı var idi. Yalnız bu əməldən tövbə etmək nəticə-sində ilahi əzab onlardan götürüldü.[139]

Dağın Bəni-israilin başı üstündə necə qərar tutması barəsində bəzi təfsirçilər yazırlar ki, Allah-taalanın əmri əsasında Tur dağı yerindən qoparaq onların başı üzə-rində qərar tutdu. Quranda gələn yuxarıdakı hadisə yəhudi-lər üçün tamamilə məlum bir məsələ idi. Onlar bu hadisə-ni Tövratın 1-ci surəsinin 2-ci ayəsində oxumuşdular. Orada deyilirdi: “Mən dağdan Sizin başınız üzərində tavan qərar verirəm.”

65-66-CI AYƏLƏR

وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَواْ مِنكُمْ فِي السَّبْتِ فَقُلْنَا لَهُمْ كُونُواْ قِرَدَةً خَاسِئِينَ (65) فَجَعَلْنَاهَا نَكَالاً لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ (66)

TƏRCÜMƏ:

65- ”Hökmən, şənbə günündə sizin içərinizdən üsyankarlıq və günah edən şəxslərin halını bildiniz. Biz onlara: “Zəlil və qovul-muş meymunlar şəklinə düşün!”-dedik.”

66- ”Biz bu hadisəni o dövrün camaatına, habelə onlardan sonra gələnlər üçün ibrət, cəzalandırma, müttəqilərdən ötrü nəsihət olsun deyə, etdik.”

TƏFSİR:

ŞƏNBƏ GÜNÜNÜN ÜSYANKARLARI

Bu iki ayə də əvvəlki ayələr kimi yəhudilərin üsyan-karlıq və itaətsizlik ruhiyyəsinə, onların maddi məsələ-lərə həddindən artıq maraqlı olmalarına işarə edir. Əv-vəldə buyurur: “Hökmən şənbə günləri (aranızda olan) günah və üsyankarlıq edən kəslərin halını bildiniz.”

وَلَقَدْ عَلِمْتُمُ الَّذِينَ اعْتَدَواْ مِنكُمْ فِي السَّبْتِ

“(Həmçinin bunu da bildiniz ki,) biz onlara dedik: Qovul-muş meymunlar şəklinə düşün.” فَقُلْنَا لَهُمْ كُونُواْ قِرَدَةً خَاسِئِينَ

Bəziləri belə təsəvvür edə bilər ki, yəhudilərin ha-zırkı vəziyyəti və onların zahiri tərəqqiləri, ikinci dünya müharibəsindən, yaxud Beytul-müqəddəsi işğal etdikdən son-rakı mövqeləri bu məsələ ilə uyğun deyildir; amma doğrusu budur ki, onların hamısı əksər millətlər tərəfindən nif-rətlə qarşılanır və heç vaxt həqiqi asayişləri yoxdur. Yəhu-di kəlməsi xəsis, paxıl mənasında atalar sözünə çevril-mişdir. Bu onların ideoloji puçluğu və başqalarına nif-rət etməsinə görədir ki, bir çox hallarda, o cümlədən Fə-ləstin, Livan və sair bir kimi məsələlərdə özünü aşkar şə-kildə göstərməkdədir.

“Biz bu cəzalandırmanı o dövrün camaatına və ondan sonra gələn xalqlara ibrət, həmçinin pəhrizkar və təqvalı şəxslər üçün öyüd-nəsihət və moizə qərar verdik.”

فَجَعَلْنَاهَا نَكَالاً لِّمَا بَيْنَ يَدَيْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ

İmam Baqir və İmam Sadiq (ə) bu ayənin mənası barə-sində buyurmuşlar: “Ma bəynə yədəyha” kəlməsi o dövrün insanla-rına, “ma xəlfəha” isə biz müsəlmanlara aid olur.” Yəni bu ibrət dərsi heç də Bəni-israilə məxsus olmayıb, bütün insanlara şa-mildir.[140]

HƏZRƏTİ MUSANIN İLAHİ MÖCÜZƏSİ

Hər hansı bir Peyğəmbər (s.ə.v.v) özünü Allah tərəfindən göndərilən bir şəxs, mötəbər və həqiqi rəsul kimi öz millə-tinə tanıtdırmaq istəsəydi, öz iddiasını Allah tərəfindən ona verilən möcüzə vasitəsi ilə isbat etməli idi. Burada qeyd etmək lazımdır ki, ilahi, xariqul-adə, heyrətamiz və fövqəl-təbii hadisələr (Quranın təbiri ilə) möcüzə surətində Musaya (ə) verilmişdi ki, onun Peyğəmbərçiliyinin sübutu olsun. Bu möcüzələrdən hər biri öz yerində araşdırılacaq. Onlar aşağıdakılardan ibarətdir:

1- Həzrəti Musanın əsasının böyük əjdaha surətinə düşməsi;[141]

2- Musa əleyhissəlamın əlinin nurani olması;[142]

3- Dəryanın yarılması;[143]

4- Daşın içərisindən su qaynaması;[144]

5- Asimandan mənn və səlvanın nazil olması;[145]

6- Buludun Bəni-israil tayfasının üzərinə kölgə salması;[146]

7- Ölülərin dirildilməsi;[147]

8- Dağın Bəni-israil tayfasının başı üzərində göydən asılı vəziyyətdə qalması;[148]

9- Zalımların məsx olunaraq meymun şəklinə düşməsi.[149]

67-74-CÜ AYƏLƏR

وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُواْ بَقَرَةً قَالُواْ أَتَتَّخِذُنَا هُزُواً قَالَ أَعُوذُ بِاللّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ (67) قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ فَارِضٌ وَلاَ بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ فَافْعَلُواْ مَا تُؤْمَرونَ (68) قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا قَالَ إِنَّهُ يَقُولُ إِنّهَا بَقَرَةٌ صَفْرَاء فَاقِـعٌ لَّوْنُهَا تَسُرُّ النَّاظِرِينَ (69) قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ إِنَّ البَقَرَ تَشَابَهَ عَلَيْنَا وَإِنَّآ إِن شَاء اللَّهُ لَمُهْتَدُونَ (70) قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ ذَلُولٌ تُثِيرُ الأَرْضَ وَلاَ تَسْقِي الْحَرْثَ مُسَلَّمَةٌ لاَّ شِيَةَ فِيهَا قَالُواْ الآنَ جِئْتَ بِالْحَقِّ فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفْعَلُونَ (71) وَإِذْ قَتَلْتُمْ نَفْساً فَادَّارَأْتُمْ فِيهَا وَاللّهُ مُخْرِجٌ مَّا كُنتُمْ تَكْتُمُونَ (72) فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا كَذَلِكَ يُحْيِي اللّهُ الْمَوْتَى وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ (73) ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الأَنْهَارُ وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاء وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللّهِ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا

تَعْمَلُونَ (74)

TƏRCÜMƏ:

67- ”(Yada salın) o zamanı ki, Musa öz tayfasına dedi: “Al-lah sizə əmr edir ki, bir inəyi kəsəsiniz (və onun bir hissəsini qa-tili naməlum olan bir şəxsin bədəninə vurasınız ki, dirilsin və öz qatilini tanıtdırsın, həyəcanlar və çəkişmələr sakit-ləşsin). Dedilər: Bizi məsxərəyəmi qoyursan? (Musa) dedi: Allah məni cahillərdən olmaqdan saxlasın!”

68- ”Dedilər: (belə isə) öz Allahından istə ki, bizim üçün bunun necə bir inək olduğunu bildirsin. Musa: “Allah buyurur ki, o, nə çox qoca və nə də çox cavan deyil, orta səviyyəli bir inəkdir. Sizə nə əmr olunubsa (dayanmadan) yerinə yetirin”-dedi.

69- ”Dedilər: Öz Pərvərdigarından istə ki, bizim üçün onun nə rəngdə olduğunu müəyyən etsin.” Musa “Allah buyurur ki, onun bədəni heç bir qarışığı olmayan tünd sarı rəngdədir, gö-rənlərə şadlıq bəxş edir”-dedi.”

70- ”Dedilər: ”Öz Allahından istə, bizim üçün onun nə cür inək olduğunu müəyyən etsin, çünki, inəklərimiz bir-birinə bənzəyir. Əgər Allah istəsə, biz hidayət olunarıq.”

71- ”(Musa) dedi: Allah buyurur ki, o, yer əkmək üçün ram edilməmiş, əkini suvarmaq üçün istifadə edilməmiş bir inək olsun. Onda heç bir eyb, rəngində isə heç bir qarışıq yoxdur.” De-dilər: “İndi bu mətləbi lazımınca yerinə yetirdin.” Sonra (belə bir inəyi tapdılar və) onun başını kəsdilər, amma az qalırdı ki, bu işi yerinə yetirməsinlər.”

72- ”Və (yada salın) o zamanı ki, bir nəfəri qətlə yetirdi-niz, sonra onun (qatilinin) barəsində dava-dalaş etdiniz. Allah sizin gizlətdiklərinizi aşkara çıxarandır.”

73- ”Sonra: O inəyin ətinin bir hissəsini öldürülənin bə-dəninə vurun (ki, dirilsin və öz qatilini göstərsin) - dedik. Al-lah ölüləri də bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə dərk edəsiniz.”

74- ”Bütün bunlardan sonra qəlbləriniz daş kimi bərkidi, yaxud daşdan da bərk (qatı) oldu. Çünki, bəzi daşlar yarılır və onlardan bulaqlar qaynayır və bəziləri yarılır, ondan su süzülməyə başlayır, bəziləri Allahın qorxusundan (dağın başından) aşağı düşür (amma sizin qəlbləriniz Allahdan qorxmur, sizin nə elmi-niz, nə də insani duyğularınız vardır). Allah sizin əməlləriniz-dən heç də qafil deyildir!”

TƏFSİR:

BƏNİ-İSRAİLİN İNƏK MƏSƏLƏSİ

Bu ayə “Bəqərə” surəsində Bəni-israil barəsində olan sair ayələrdən fərqli olaraq, bəhs olunan hadisəni geniş şəkildə gətirmişdir. Bəlkə də bunun səbəbi həmin hadi-sənin Quranda yalnız bir dəfə qeyd olunmasıdır. Bundan əla-və onda geniş şərhə ehtiyacı olan çoxlu ibrətamiz dərslər vardır. Bəni-israilin bu hadisənin hər bir mərhələsində bəhanə axtarması, onların iman dərəcəsinin Musaya (ə) ay-dınlaşması və Qiyamətin baş verməsi üçün ən canlı şa-hidlərin müşahidə olunması həmin dərslərdəndir.

Quran və təfsirlərdən məlum olduğu kimi, hadisə belə baş vermişdi: Bəni-israildən bir nəfər müəmmalı şəkil-də öldürülür, amma qatili heç bir vəchlə müəyyən etmək mümkün olmur. Bəni-israil qəbilələri arasında çəkişmə başlanır. Onlardan hər biri bu məsələni başqa qəbilənin boynuna atır və özünə bəraət qazandırır. Bu çəkişmələrə son qoymaq üçün Musanın (ə) yanına gedirlər və məsələnin həll edilməsini ondan xahiş edirlər. Bu hadisəni adi yolla həll etmək mümkün olmadığından, digər tərəfdən də çəkişmənin Bəni-israil arasında böyük bir fitnəyə səbəb olacağından qorxan Musa (ə) Pərvərdigarın lütfündən im-dad diləyərək möcüzəli şəkildə bu müşkülü həll edir.

Əvvəldə buyurulur: “Yada salın o zamanı ki, Musa öz tayfasına dedi: Gərək bir inəyin başını kəsəsiniz.”

وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُواْ بَقَرَةً

“Onlar təəccüblə dedilər: Bizi məsxərə edirsənmi?”

قَالُواْ أَتَتَّخِذُنَا هُزُواً

Musa onların cavabında dedi: “Cahillərdən olmaqdan Al-laha pənah aparıram.” قَالَ أَعُوذُ بِاللّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ

İstehza və məsxərə etmək nadan və cahil insanların işi-dir və Allahın Peyğəmbəri heç vaxt belə işlər görməz. İsteh-zanın yersiz olduğunu görərək bir daha əmin olduqdan sonra məsələnin ciddiləşdiyini gördükdə dedilər: “Əgər belədirsə, öz Allahından istə ki, hansı inəyi kəsməyi bildirsin.”

قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ

Onların istəklərində təkrar olunan “öz Allahından istə” cümləsi bir növ mərifətsizlik və istehzadır. Belə çıxır ki, Musanın Allahını öz Allahlarından ayrı bi-lirdilər!

“Musa onların cavabında dedi: Allah buyurur ki, çox qocalıb əldən düşməyən və çox da cavan olmayan orta səviyyədə dişi bir inək kəsməlisiniz.” قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ فَارِضٌ وَلاَ بِكْرٌ عَوَانٌ بَيْنَ ذَلِكَ

Həzrəti Musa bu məsələnin daha da uzadılmaması və Allahın fərmanının müxtəlif bəhanələrlə təxirə salın-maması üçün sözünün axırında buyurdu: “Sizə əmr olunanları yerinə yetirin.” فَافْعَلُواْ مَا تُؤْمَرونَ

Amma onlar yenidən sözü uzadaraq, inadkarlıqla dedilər: “Öz Allahından istə ki, o inəyin hansı rəngdə olduğunu bizə anlat-sın.” قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوْنُهَا

Həzrəti Musa buyurdu: “Allah buyurur ki, başdan ayağa sarı rəngdə olan bir inəyi kəsin, belə ki, o inək görənləri sevindirir.” قَالَ إِنَّهُ يَقُولُ إِنّهَا بَقَرَةٌ صَفْرَاء فَاقِـعٌ لَّوْنُهَا تَسُرُّ النَّاظِرِينَ

Bir sözlə, demək lazımdır ki, bu inək tamamilə xoşa gələn rəngdə və parlaq olmalıdır. O qədər gözəl olmalıdır ki, görənləri heyrətə salsın. Təəccüblü məsələ budur ki, bununla da kifayətlənmədilər; hər dəfə bəhanə axtararaq öz işlərini daha da çətinləşdirdilər. İmam Rizadan (ə) nəql olunan bir rəvayətdə buyurulur: “Onlar hər hansı dişi inəyi seçsəydilər də kifayət edərdi. Amma onlar özləri məsələyə ciddi yanaşırdılar. Onlar nə qədər ciddiləşirdisə, Allah-taala da onların israrları səbəbi ilə həmin o inəyin incə xüsusiyyətlə-rini bəyan edirdi. Beləliklə onların nalayiq, yaramaz rəftar-larına dözən Musa (ə) layiqli və zahid bir şəxsə məxsus olan bir inəyi almağı əmr etdi. Onlar bu xüsusiyyətlərə malik olan yeganə bir inək üçün çoxlu miqdarda pul verməyə məcbur oldular. Buna görə də az qalırdı ki, o inəyi alıb kəsməsinlər.

Yenə dedilər: “Öz Pərvərdigarından istə, görək (iş görmə nəzərindən) o inək necə olmalıdır?” قَالُواْ ادْعُ لَنَا رَبَّكَ يُبَيِّن لّنَا مَا هِيَ

“Çünki, bu inək bizim üçün müəmmalıdır.” إِنَّ البَقَرَ تَشَابَهَ عَلَيْنَا

“Əgər Allah istəsə biz hidayət olunarıq.” وَإِنَّآ إِن شَاء اللَّهُ لَمُهْتَدُونَ

“Musa yenidən buyurdu: “Allah buyurur ki, o, belə bir inək ol-malıdır ki, əkin əkmək üçün ram edilməmiş və əkin üçün su çək-məmiş olsun.” قَالَ إِنَّهُ يَقُولُ إِنَّهَا بَقَرَةٌ لاَّ ذَلُولٌ تُثِيرُ الأَرْضَ وَلاَ تَسْقِي الْحَرْثَ

“Və bütün eyb və nöqsanlardan uzaq olmalıdır, hətta onun rəngində heç bir qarışıq olmamalıdır.” مُسَلَّمَةٌ لاَّ شِيَةَ فِيهَا

Sanki bura çatanda daha artıq suala yer qalmadığından de-dilər: “İndi (mətləbi) lazımınca bizə bəyan etdin.”

قَالُواْ الآنَ جِئْتَ بِالْحَقِّ

Sonra nəyin bahasına olursa olsun, o inəyi gətirdilər və başını kəsdilər. Amma bu işi görməyə heç də razı deyil-dilər. فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفْعَلُونَ

Quran bu hadisənin incəliklərini qeyd etdikdən sonra həmin mətləbi xülasə şəkildə buyurur: “Yada salın o zamanı ki, bir nəfəri öldürdünüz, sonra onun qatili barəsində çəkişməyə başladınız.” وَإِذْ قَتَلْتُمْ نَفْساً فَادَّارَأْتُمْ فِيهَا وَاللّهُ مُخْرِجٌ مَّا كُنتُمْ تَكْتُمُونَ

“Sonra dedik ki, o inəyin ətinin bir hissəsini öldürülənin bədə-ninə vurun ki, dirilsin və öz qatilini tanıtdırsın.” فَقُلْنَا اضْرِبُوهُ بِبَعْضِهَا

“Bəli, Allah ölüləri də məhz bu cür dirildir.” كَذَلِكَ يُحْيِي اللّهُ الْمَوْتَى

“Və Öz ayələrini sizə bu cür bəyan edir ki, dərindən fikir-ləşəsiniz.” وَيُرِيكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَعْقِلُونَ

Sözü gedən ayələrin sonunda Bəni-israilin qəlbləri-nin daşa dönməsinə işarə edərək buyurur: “Bütün bu hadi-sələrdən sonra, o böyük ayə və möcüzələri görüb bunların müqabi-lində təslim olmadıqdan sonra, onların qəlbi daş kimi oldu, ya-xud daşdan da bərk oldu.”

ثُمَّ قَسَتْ قُلُوبُكُم مِّن بَعْدِ ذَلِكَ فَهِيَ كَالْحِجَارَةِ أَوْ أَشَدُّ قَسْوَةً

“Çünki, daşlardan bəziləri yarılır və onlardan arxlar ax-mağa başlayır.” وَإِنَّ مِنَ الْحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنْهُ الأَنْهَارُ

“Yaxud (heç olmasa) onlar parçalanır və su damlaları ondan sızır.” وَإِنَّ مِنْهَا لَمَا يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْمَاء

“Bəzən onlardan bir parçası (dağın zirvəsindən) Allahın xovfundan sürüşüb düşür.” وَإِنَّ مِنْهَا لَمَا يَهْبِطُ مِنْ خَشْيَةِ اللّهِ

“Amma, sizin qəlbləriniz bu daşlardan da bərkdir. Nə ondan incə duyğular çeşməsi qaynayır, nə də məhəbbət qətrələri damır; Allah qorxusu yoxdur.”

Axırıncı cümlədə buyurulur: “Allah-taala gördüyünüz işlərdən heç də qafil deyil.” وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

Bu, Bəni-israil xalqına, habelə öz xəta və günah işlə-rini davam etdirən bütün insanlar üçün qısa şəkildə təh-qiqdən ibarətdir.

75-77-Cİ AYƏLƏR

أَفَتَطْمَعُونَ أَن يُؤْمِنُواْ لَكُمْ وَقَدْ كَانَ فَرِيقٌ مِّنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللّهِ ثُمَّ يُحَرِّفُونَهُ مِن بَعْدِ مَا عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ (75) وَإِذَا لَقُواْ الَّذِينَ آمَنُواْ قَالُواْ آمَنَّا وَإِذَا خَلاَ بَعْضُهُمْ إِلَىَ بَعْضٍ قَالُواْ أَتُحَدِّثُونَهُم بِمَا فَتَحَ اللّهُ عَلَيْكُمْ لِيُحَآجُّوكُم بِهِ عِندَ رَبِّكُمْ أَفَلاَ تَعْقِلُونَ (76) أَوَلاَ يَعْلَمُونَ أَنَّ اللّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ (77)

TƏRCÜMƏ:

75- ”İndi onların (yəhudilərin) sizin dininizə iman gəti-rəcəklərini ümid edirsiniz?! Halbuki, onların bir dəstəsi Al-


lah kəlamını dinləyib dərk etdikdən sonra onu bilə-bilə təhrif edirlər.”

76- ”Möminlərlə görüşəndə “iman gətirmişik”-deyirlər. Amma bir-birləri ilə xəlvətdə olanda deyirlər: Nə üçün Allahın (İslam Peyğəmbəri barəsində) buyurduğu mətləbləri müsəlmanlara deyirsiniz ki, (onlar da Qiyamət günündə) Allah dərgahında ona əsas-lanıb sizin əleyhinizə istidlal etsinlər?!”

77- ”Məgər onlar bilmirlər ki, Allah-taala onların ba-tində gizlətdiklərini və aşkara çıxardıqlarını bilir?!”

AYƏLƏRİN NAZİL OLMA SƏBƏBİ

Təfsirçilərdən bəziləri sonuncu iki ayənin nazil ol-ma səbəbi barəsində İmam Baqirdən (ə) belə rəvayət etmiş-lər: “Haqq ilə düşmənçilik etməyən bir dəstə yəhudi, müsəl-manlara Tövratda İslam Peyğəmbərinin xüsusiyyətləri barəsində olanları xəbər verirdilər. Yəhudi başçıları bundan xəbər tut-duqdan sonra onları bu işdən çəkindirib dedilər: Siz Məhəm-mədin Tövratda gələn xüsusiyyətlərini onlara deməyin. Qoyun, Al-lah dərgahında sizin əleyhinizə dəlilləri olmasın. Yuxarıdakı ayələr nazil olaraq onlara cavab verdi.[150]

TƏFSİR:

YeRSİZ TƏVƏQQÖ



Geri   İrəli
Go to TOP