A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Fatihə və Bəqərə surəsinin 82-ci ayəyə qədər təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 170
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


وَاسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلاَّ عَلَى الْخَاشِعِينَ (45) الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ (46)

TƏRCÜMƏ:

45- ”Səbr və namaz ilə (daxili istəkləri nəzarət altına alıb müqavimət göstərmək və Pərvərdigara diqqət yetirib Ondan yardım almaqla) kömək istəyin. Bu iş Allaha müti olanlardan başqaları üçün çox ağırdır.”

46- ”(Allaha müti olanlar) o kəslərdir ki, öz Rəbbləri ilə görüşəcəklərinə və Ona tərəf qayıdacaqlarına imanları vardır.”

TƏFSİR:

Bu ayə insanın öz nəfsani istəklərinə qələbə çalıb şan-şöhrət, məqam sevdasını başından çıxartması üçün buyurur: “Səbr və namaz ilə kömək istəyin və batini istəkləri nəzarət altına alıb onların qarşısında müqavimət göstər-məklə qələbə çalın. Bu iş Allahın müti olan bəndələrindən qey-rilərinə çox ağırdır.”

ÇƏTİNLİKLƏRƏ QƏLƏBƏ ÇALMAĞIN YOLU

Çətinliklərə qələbə çalıb irəliləmək üçün iki əsas şey lazımdır: Birincisi, insanın daxilində möhkəm və qüd-rətli bir dayaq, digəri isə xaricdə möhkəm bir sığınacaq. Yuxarıdakı ayələrdə bu iki əsaslı dayağa səbr və namaz kəlmə-ləri ilə işarə edilmişdir. Səbr-oruc tutmaq, çətinlik-lərə müqavimət və mətanət; namaz isə Allah ilə qurulan möh-kəm rabitə vasitəsidir.

Təfsir kitablarının birində səbr kəlməsi barəsində deyilir: O, təbii və düşünülən bir məfhumdur. Hər bir dü-şüncəli, batini pak olan şəxsə aydındır ki, insan nəfsi-nin tərbiyəsi üçün cismi məşğələlər bədənin qüdrəti dai-rəsində olmalı və onu maddi-dünyəvi istəklərdən xilas et-məlidir. Əks halda öz şəxsi şəhvətinin və təbii meylləri-nin dərin quyularında qərq olacaqdır. Buna görə də bu təbii varlığı ruhi sərhədlərin ən yüksək dərəcələrinə yüksəlt-məliyik. Yalnız bir sıra dini qayda-qanunlar və əməllər sil-siləsindən ibarət olan duaları oxumaq və namazları qılmaq-la bir yerə çatmaq olmaz. Bütün vasitələri səfərbər edərək daim çağlayan heyvani nəfsi cilovlamaq, nəzarət altına al-maq lazımdır. İnsanın öz çılğın xüsusiyyət və istəklərinə (ehtiras və qərizələrə) üstünlük qazanmasının, mənəvi qüd-rət və ixtiyara malik olmasının özü çox mühüm və geniş bir mətləbdir. Bu ilahi ayələrdə qeyd olunan nöqtələrə toxunulur və həmin mətləblər qısa şəkildə şərh edilir.

Bu şərif ayədə gələn səbr kəlməsinin mənası barədə İmam Sadiqdən (ə) belə rəvayət olunmuşdur: “Səbr-oruc tut-maq deməkdir.”[114]

Böyük və dahi təfsirçilər bu ayənin şərhində qeyd edirlər ki, Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v) müəyyən bir çətin-liklə qarşılaşan zaman namaz və orucdan kömək alardı.[115] Həzrəti Əli əleyhissəlam da bu cür edərdi.[116]

İmam Sadiq əleyhissəlamdan belə nəql olunmuşdur: “Sizlərdən hər kim dünya qəm-qüssələri ilə qarşılaşsa, dəstəmaz alıb məscidə getsin və namaz qılıb dua etsin. Çünki, Allah-ta-ala göstəriş vermişdir ki, səbr və namazdan kömək istəyin.”[117]

Bəli, namaz insanı elə bir əzəli qüdrətlə əlaqələndi-rir ki, bütün çətinliklər Onun üçün sadə və asandır. Buna görə də insan xoşagəlməz hadisələr zamanı ruhən qüvvətli və soyuqqanlı olur. Görəsən təfəkkür və təsəvvür aləmində, zəif bir insanın rəhman Allahın dərgahına yaxınlaşıb Ondan yardım alması üçün namazdan da yaxşı və təsirli bir vasitə varmı?!

Quran sonrakı ayələrdə Allaha müti olan bəndələri be-lə təqdim edir: “O kəslər ki, öz Rəbbləri ilə görüşəcəklərinə və Ona doğru qayıdacaqlarına inanırlar.”

الَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلاَقُو رَبِّهِمْ وَأَنَّهُمْ إِلَيْهِ رَاجِعُونَ

Əmirəl-möminin Əli əleyhissəlamdan rəvayət nəql olunub ki, “möminlərdən ibarət olan müti bəndələrin xüsusiy-yətlərindən biri onların Allah ilə görüşməyə yəqin və inamlı olmalarıdır. Bu görüş axirət aləmində baş verəcəkdir.”[118]

ALLAHLA GÖRÜŞ NƏ DEMƏKDİR?

Qurani-məciddə bir neçə dəfə işlədilmiş “liqaul-lah”, yəni Allahla görüş kəlməsi Qiyamət səhnəsində hazır olmaq mənasınadır. Aydındır ki, Allahla görüş dedikdə, bəşər fərdlərinin bir-biri ilə görüşməsi kimi hissi görüş nəzərdə tutulmur. Çünki, Allah cisim deyil, rəng, məkan və bu kimi sairə şeylərə ehtiyacı yoxdur ki, gözlə gö-rünə bilsin.

Məqsəd Qiyamətdə, Onun qüdrət nişanələrini, mükafat, cəza, nemət və ya əzablarını müşahidə etməkdir. Bir çox təfsirçilər bu mənanı təsdiq etmişlər.

Bu görüş bir növ batini və qəlbi müşahidə kimi də təfsir olunmuşdur. Çünki, insan bəzən elə bir məqama çatır ki, sanki Allahı öz qəlbinin gözü ilə müşahidə edir, onun üçün heç növ şəkk və tərəddüd yeri qalmır.

Bu halət paklıq, təqva, ibadət və nəfsin rəzil xüsu-siyyətlərdən təmizlənməsi, saflaşması yolu ilə bu dünyada da bəzi şəxslərə müyəssər olur. Belə ki, “Nəhcül-bəlağə”də buyurulur: Əli əleyhissəlamın alim dostlarından biri-Zələb Yəmani Həzrətdən soruşdu: “Öz Allahını görmüsənmi?” Həzrət buyurdu: “Mən görmədiyim Allaha sitayiş etmərəm!” O, əlavə izahat verilməsini istədikdə İmam buyurdu: “Zahiri gözlər heç vaxt Onu görə bilməz; Onu yalnız qəlblərin iman nuru ilə dərk etmək olar.”[119]

Amma bu batini müşahidə Qiyamətdə hamı üçün aşkar olacaq. Çünki, o dünyada Allahın qüdrət və əzəməti o qədər aşkar olacaqdır ki, hətta qəlbi kor olan insan üçün belə həqiqi və qəti iman hasil olacaqdır.

47-48-Cİ AYƏLƏR

يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ (47) وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلاَ يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلاَ هُمْ يُنصَرُونَ (48)

TƏRCÜMƏ:

47- ”Ey İsrail övladları, sizə əta etdiyim nemətləri yadı-nıza salın, sizi bütün aləmlərdən üstün tutduğum zamanı xa-tırlayın.”

48- ”Elə bir gündən qorxun ki, (o gündə) heç kəs başqasının yerinə cəzalandırılmaz və şəfaət qəbul olunmaz, bir kəsin yerinə başqasından heç nə qəbul olunmaz və heç kəsə kömək olunmaz.”

TƏFSİR:

YƏHUDİLƏRİN PUÇ VƏ YANLIŞ XƏYALLARI

Bu ayələrdə Allah-taala bir daha Bəni-israilə xitab edərək onlara verdiyi nemətlərini xatırladır və buyurur: “Ey İsrail övladları, sizə verdiyim nemətləri yada salın.”

يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ

Bu nemətlər olduqca çoxdur. Hidayət və imandan başla-mış fironçuların qanlı caynağından qurtarmağa, əzəmət və istiqlallarına qayıtmağa qədər bütün nemətləri əhatə edir.

Sonra Allah-taala onları öz zəmanələrindəki insan-lardan üstün etməsinə, onlara nemət və fəzilət bəxş etmə-sinə işarə edir ki, bu da öz növbəsində müxtəlif nemətlər-dən təşkil olunmuşdur. “Mən sizi bütün aləmlərdən üstün etdim.” وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ

Bəlkə də bəziləri belə güman edir ki, “fəzzəltüküm ələl-aləmin” cümləsinin mənası, onlara bütün dövrlərdə ya-şayacaq insanlardan üstünlük bəxş edilməsidir. Amma Qur-anın sair ayələrinə diqqət yetirməklə aydın olur ki, bu yal-nız öz dövrlərindəki insanlardan üstün olmaqlarıdır. Çünki, Quranda oxuyuruq ki, كُنتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ “Ey müsəl-manlar, siz insanlar üçün yaradılan ən yaxşı ümmətsiniz.”[120]

Başqa yerdə isə Bəni-israil barəsində oxuyuruq:

وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُواْ يُسْتَضْعَفُونَ مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا

“Biz bu zəif təbəqəni yer üzünün məşriq və məğribinin va-risləri etdik.”[121]

Aydındır ki, Bəni-israil qövmü o dövrdə bütün dünyaya deyil, yalnız öz yaşadıqları məntəqənin qərb və şərqinə va-ris olmuşdular. Buna əsasən onların aləmlərdən üstün ol-ması həmin mühitdə və həmin dövrün şəxslərinə aid idi.

Sonrakı ayədə Quran yəhudilərin yanlış xəyallarının üstünə xətt çəkir. Çünki, onlar belə təsəvvür edirdilər ki, ilahi peyğəmbərlər olan ata-babaları onlara şəfaət edəcək, yaxud öz günahları üçün cərimə ödəyəcək, yaxud da bu dünyada rüşvət verdikləri kimi, axirətdə də müəyyən bir şey ver-məklə hər şeyi öz xeyirlərinə həll edəcəklər. Quran buyu-rur: “Elə bir gündən qorxun ki, (onda) heç kəsə başqasının yerinə cəza verilməyəcək.” وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً

“Nə də (Pərvərdigarın izni olmadan) bir şəxsin vasitəçiliyi (şəfaəti) qəbul olunmayacaq” وَلاَ يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ

“Və o gündə bir kəsin verdiyi əvəz də qəbul olunmayacaq.”

وَلاَ يُؤْخَذُ مِنْهَا عَدْلٌ

“Və heç bir kəsə kömək olunmayacaq.” وَلاَ هُمْ يُنصَرُونَ

O günün hökm edəni, mühakimə yürüdəni o kəsdir ki, pak əməllərdən başqa bir şeyi qəbul etməz. Belə ki, “Şüəra” surəsinin 88-89-cu ayələrində buyurulur:

يَوْمَ لاَ يَنفَعُ مَالٌ وَلاَ بَنُونَ إِلاَّ مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

“O gündə mal-dövlət və övladların Allahın sağlam ruh və pak qəlb əta etdiyi şəxslərdən başqasına heç bir faydası olmaz.”

Yuxarıdakı ayədə bu dünyada mövcud olan bir qayda göstə-rilir. Bu dünyada müqəssir və günahkar şəxslərə veriləcək cəzaları yüngülləşdirmək və onlara nicat vermək üçün müx-təlif yollar mövcuddur: Bəzən bir nəfər başqasının cəri-məsini ödəyir. Əgər bu yolla məqsəd hasil olmasa, digər şəxslərin vasitəçiliyindən istifadə edir. Əgər bu yol da mümkün olmasa, çalışırlar ki, özləri cərimə verməklə azad olsunlar və ya dostları onun cəzalandırılmasına mane olsunlar.

Bu, dünyada insanların cəzadan qurtarmaq üçün mümkün olan yollarıdır. Amma Qurani-kərim buyurur: Qiyamət gü-nündəki cəza qayda-qanunları bu dünyadakılardan tamamilə fərqlənir. Bu dünyadakı işlərdən heç birinin Qiyamətdə faydası olmayacaq. Nicat yolu yalnız iman və təqvaya üz tutmaq, Allahın lütfündən imdad diləməkdir.

Pərvərdigara, ey bizim yaradanımız! Sənin ilahi dər-gahından acizanə rəhmət diləyirik!

QURAN VƏ HƏDİSLƏRDƏ ŞƏFAƏT

Şəfaət kəlməsi ilə həmcins olan sözlər Qurani-kə-rimdə otuz dəfə müxtəlif surətlərdə (müsbət və ya mənfi formada) işlənmişdir. Bu da həmin məsələnin əhəmiyyəti-ni çatdırır.

Şübhə yoxdur ki, Allah-taalanın cəza tədbirləri is-tər bu dünyada, istərsə də axirətdə intiqam məqsədi daşı-mır. Həqiqətdə, bunların hamısı qanunların icrasına zə-manət, nəticəsi isə insanların inkişaf edib təkamülə çat-ması üçündür. Buna əsasən qanunların icrasını zəiflədən hər bir şeydən uzaqlaşmaq lazımdır ki, insanlar günah işlərə cürət etməsinlər.

Digər tərəfdən də Allah dərgahına qayıtmaq və nəfsi islah etmək yolu olan tövbə qapısı günahkarların üzünə ta-mamilə bağlanmamalıdır, əksinə onlara imkan verilməli-dir ki, özlərini islah edib Allaha tərəf qayıtsınlar, təq-valı və pak olsunlar. Buna əsasən peyğəmbərlər, Allah dost-ları, övliyalar və saleh şəxslər Qiyamət günündə Allah ilə öz iman rabitələrini tamamilə kəsməyən, öz Pərvərdigarı və peyğəmbərləri ilə olan mənəvi rabitələrini qoruyub sax-layan şəxslərə şəfaət edəcəklər.

Başqa sözlə desək, şəfaət həqiqətdə mötədil şəxslə-rin, eləcə də günahkarların günahdan itaətə, bəndəçiliyə doğru qayıdış vasitəsidir.

Quranda şəfaət barəsində çoxlu ayələr vardır. Şəfaət ayələrindən düzgün nəticə almaq üçün bu ayələrin hamısını araşdırmalı, məcmuə halında mülahizə etməli və sonra bütün ayələrin məna və məqsədlərini özündə cəmləşdirən ayəyə istinad etməliyik. Bir şəxsin şəfaətə dəlalət edən ayə-lər arasında öz müddəasının isbatı üçün yalnız bir ayəni gətirib sair ayələri nəzərə almaması çox yanlış bir üslub-dur. Şəfaət, yaxud sair əqli məsələlərdə mövcud olan yanlış fikirlər məhz bu cür nöqsanlı və yarımçıq araşdırmalar nəticəsində yaranmışdır. Əgər müəyyən bir ayəni əsas tutub, həmin ayəni təfsir edən və ya onun mənasını tamamlayan başqa ayələri kənara qoysaq, hökmən həqiqətdən uzaqlaşarıq.

Buna əsasən əvvəla, Qiyamət günündə şəfaət məsələsi la-büddür, çünki, Quran buyurur: فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَافِعِينَ

“Şəfaət (və vasitəçilik) edənlərin şəfaəti onlara (kafir-lərə) fayda verməz.”

Deməli, bir sıra ayələr əsasında şəfaətin gerçəkli-yini bəyan edən müxtəlif bəhslərin hamısı, həmçinin Həz-rəti Rəsuli-əkrəmin (s.ə.v.v) hədislərindən hasil olan əlavə arxayınlıq, şübhəsiz insana təbii və məntiqi bir nəticə almağa imkan verir. O da, Qiyamətdə şəfaət məsələsinin in-kar olunmaz bir həqiqət olmasıdır. Yəni şəfaət Allah-taalanın mömin bəndələrinə qarşı lütf və mərhəməti ki-mi təbii və məntiqi bir amil surətində qəbul olunur.

İkincisi, aydın məsələdir ki, Quran çoxlu ayələrdə (on-ların bəziləri qeyd olunmuşdur) xüsusi şərtlər daxilində Qiyamət günündə şəfaətin təsirini qüvvətləndirir. Həqi-qətdə Pərvərdigari-aləmin seçdiyi şəxslər şəfaət etmək haqqına malik olacaqlar.

Üçüncüsü, Qiyamətdə bir sıra insanlar labüd olaraq mü-əyyən şərtlər daxilində şəfaət edəcəklər. Allah-taala on-lara şəfaət etmək vədəsi vermişdir.

يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا

“Qiyamətdə Allahın izn verdiyi və sözlərindən razı olduğu şəxslərdən başqa bir kəsin başqa şəxs üçün etdiyi şəfaət qəbul olunmaz.”

Başqa bir ayə: وَلَا تَنفَعُ الشَّفَاعَةُ عِندَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ...

“Allahın izn verdiyi şəxslərdən başqa Allah dərgahında heç kəsin vasitəçiliyinin faydası olmaz.”[122]

Yaxud: وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِن دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَن شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ

“Allahdan başqa çağırılanlar heç vaxt şəfaətə malik olmazlar; amma haqq şəhadət verənlər və səmimi qəlbdən ona alim olanlardan başqa.”

Şəfaəti göstərən sair ayələr isə bunlardır: “Şüəra” surəsi, ayə-100; “Bəqərə” surəsi, ayə-123; “Müddəssir” surəsi, ayə-48; “Ənbiya” surəsi, ayə-28; “Məryəm” surəsi, ayə-87.

İslami rəvayətlərdə, habelə sünnü və şiələrin mötə-bər kitablarında da yuxarıdakı ayələrin məzmununu bəyan edən və şəfaətçilərin Qiyamətdə şəfaət edəcəklərini sübut edən çoxlu təbirlər mövcuddur. O cümlədən, “Biharül-ən-var”, “Məcməül-bəyan”, “Təfsiri əlmizan”, “Əl-bürhan fi təfsiril-Quran”, “Təfsiri tibyan”, “Əl-xisal” (Şeyx Səduq), “Üsuli-kafi”, “Sünəni ibni Macə”, “Müsnədi Əhməd”, “Mü-vəttəəi Malik”, “Sünəni Termezi”, “Sünəni Darəmi”, “Səhi-hi-Mülsüm”, “Səhihi-Buxari” və sair. İndi isə nümunə ola-raq bir neçə hədisi diqqətinizə çatdırırıq:

1- Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurmuşdur: “Mən (Qiya-mətdə) mən ilk şəfaət edən, habelə Allah dərgahında şəfaəti ilkin qəbul olunan şəxsəm.”[123]

2- Həzrəti Əli əleyhissəlam bir hədisdə buyurur: “Biz şəfaət edəcəyik və bizim dostlarımız da şəfaət edəcəklər”[124]

3- Rəsuli-əkrəm (s.ə.v.v) buyurur: “Böyük Allah mənə beş mə-ziyyət əta etmişdir ki, onlardan biri şəfaətdir. Mən onu öz ümmətim üçün (Qiyamətə) saxlamışam. Şəfaət müşrik olma-yan (Allaha şərik qoşmayan) şəxslər üçündür.”[125]

4- Həmçinin Həzrət buyurur: “Qiyamət günü mənim şəfa-ətimlə hamıdan artıq o kəslər xoşbəxt olacaq ki, qəlbən, ixlas ilə Allaha iman gətirmiş olsunlar.”[126]

5- Peyğəmbəri-əkrəm (s.ə.v.v) bir hədisin məzmununda bu-yurur: “Hər müsəlman mənim şəfaətimdən bəhrələnəcək.”[127]

6- Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v) buyurur: “Qiyamət günü şəfaət edənlər beşdir: Quran, rəhm, əmanət, Peyğəmbər (s.ə.v.v) və Peyğəmbərin Əhli-beyti.”[128]

7- İmam Sadiq əleyhissəlam buyurur: “Qiyamət günü məx-luqat arasında elə bir kəs yoxdur ki, Həzrəti Məhəmmədin (s.ə.v.v) şəfaətinə ehtiyaclı olmasın.”

Bu hədisə əsasən bütün insanlar Qiyamət günü Peyğəmbə-rin şəfaətinə möhtacdır.

8- ”Kafi” kitabında İmam Sadiq əleyhissəlamdan belə nəql olunmuşdur: “Hər kəs Allah dərgahında şəfaət edənlərin şəfaətinin onun üçün faydalı olmasını istəyirsə, gərək Alla-hın razılığını qazansın.”[129]

Mütəal Allahdan istəyirik ki, bizim hamımıza itaət və bəndəçilik müvəffəqiyyəti mərhəmət etsin, bizi hər növ xəta və yanlış yol getməkdən uzaq saxlasın və Qiyamətdə Peyğəmbər (s.ə.v.v) və onun Əhli-beytinin şəfaətindən məhrum etməsin. Amin!

49-CU AYƏ

وَإِذْ نَجَّيْنَاكُم مِّنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوَءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءكُمْ وَيَسْتَحْيُونَ نِسَاءكُمْ وَفِي ذَلِكُم بَلاء مِّن رَّبِّكُمْ عَظِيمٌ (49)

TƏRCÜMƏ:

49- ”Və (həmçinin, o zamanı yada salın ki,) Firon əhli sizə ən ağır tərzdə əzab-əziyyət verdikləri, sizin oğlanlarınızın başını kəsib, qadınlarınızı (kənizlik üçün) diri saxladıqları vaxt sizi fironçuların zülmündən xilas etdik. Və bu, sizdən öt-rü Rəbbiniz tərəfindən ağır bir imtahan idi.”

TƏFSİR:

Quran bu ayədə Bəni-israil qövmünə əta olunan nemətlə-rin digərinə işarə edir. Bu nemət Allahın ən böyük ne-mətlərindən biri, yəni zalım fironçuların zülmündən xi-las olmalarıdır. Allah-taala bu neməti onlara xatırlada-raq buyurur:

“Yada salın o zamanı ki, sizi fironçuların əlindən (zül-mündən) xilas etdik. وَإِذْ نَجَّيْنَاكُم مِّنْ آلِ فِرْعَوْن

(O kəslərdən xilas etdik ki,) onlar sizə əzab-əziyyət verir-dilər.” يَسُومُونَكُمْ سُوَءَ الْعَذَابِ

“Oğlanlarınızın başını kəsir, qadınlarınızı isə (kəniz-lik və xidmətçilik üçün) diri saxlayırdılar”

يُذَبِّحُونَ أَبْنَاءكُمْ وَيَسْتَحْيُونَ نِسَاءكُمْ

“Bu hadisədə Allah tərəfindən sizin üçün ağır bir imta-han var idi.” وَفِي ذَلِكُم بَلاء مِّن رَّبِّكُمْ عَظِيمٌ

Quran, xüsusilə fironçuların Bəni-israilə qarşı rəva gördükləri zülmü, əzab-əziyyəti təcəssüm etdirmək üçün “yəsumunəküm” təbirindən istifadə etmişdir. Bu, əzab və işgəncənin davam etməsini göstərir. Belə ki, onlar öz gözləri ilə günahsız oğlanlarının başlarının kəsilib qızlarının kəniz aparıldığını müşahidə edirdilər. Onlar özlərinin bu cür acınacaqlı keçmişlərindən daim ruhi əzab çəkmişlər. Qibti ölkəsində olan qullar və xid-mətçilər Fironun dəstəsindən hesab olunurdu. Mühüm məsələ budur ki, Quran bu hadisəni Allah tərəfindən Bəni-israil üçün olan ağır və kəskin bir imtahan kimi təqdim edir. Bəla sözünün mənalarından biri imtahandır. Həqiqə-tən bu cür ağır hadisələrə dözmək çətin bir imtahan idi.

Belə bir ehtimal da vermək olar ki, bəla, cəzalan-dırılmaq mənasında olsun. Çünki, Bəni-israil ondan əvvəl-ki dövrlərdə böyük qüdrət və bol nemət sahibi idi, amma nankorluqla küfr-nemət etdilər, Allah da onları cəzalan-dırdı.

Amma Bəni-israilin fironçuların zülmündən xilas olunduğu zaman mühüm və tarixi bir gündür ki, Quran onu təkrar-təkrar buyurmuşdur.

QIZLARIN HƏMİN ZAMANDA VƏ MÜASİR DÖVRDƏKİ KÖLƏ VƏZİYYƏTİ

Bəni-israil tarixində bu qövmün Misirdə əsir olma-ları ağır imtahanlardan biri idi. Hətta belə nəticə alınır ki, Quran Bəni-israil qızlarının diri saxlanı-lıb oğlanlarının başının kəsilməsini ağır bir əzab adlandırır. Buna əsasən onların bu ağır işgəncələrdən ni-cat tapıb azad olunması həqiqətdə böyük ilahi nemətlərdən biri sayılır.

Sanki Quran bu hadisə ilə bizə xatırladır ki, insan-lar nəyin bahasına olursa olsun, öz azadlıqlarını əldə et-məli, onu qoruyub saxlamaq üçünsə əllərindən gələni əsirgə-məməlidirlər.

Belə ki, Həzrəti Əli əleyhissəlam bu məsələni öz kəlamlarında buyurur: “Diri olub kiminsə əlinin altında (zillətdə) olmağınız ölümdür, azadlıq yolundakı ölümünüz isə həyatdır.”[130]

Amma müasir dünyanın keçmişlə fərqi bundadır ki, o zamanda Firon zülm ilə öz müxaliflərindən olan kişi və oğlanları öldürür, qızlarını isə azad qoyurdu. Amma bu günkü dünyada müxtəlif bəhanələrlə kişilik ruhu öldü-rülmüş, qızlar əxlaqsız, şəhvət əsiri olmuşlar. Bu dünya-nın fironları nə kişiyə rəhm edir, nə qadına, nə oğlana, nə qıza, nə böyüyə, nə kiçiyə və nə də südəmər körpəyə. Buna gö-rə də həm İslam və həm də qeyri-İslam ölkələrində biolo-ji, kimyəvi bombalarla, kütləvi qırğın silahları ilə qətlə yetirilənləri müşahidə edirik. Belə ki, onların mənfur əməlləri heç də fironçulardan geri qalmır. Amma nə üçün Firon Bəni-israil tayfasının oğlanlarını öldürüb qızla-rını isə diri saxlamaq qərarına gəlmişdi? Təfsirçi-lərdən bəzisi bu cinayətin mənşəyini Fironun yuxusu hesab edirlər. Daha düzgün cavab “Qəsəs” surəsinin 4-cü ayəsində gələcəkdir. Orada biləcəksiniz ki, Bəni-israil oğlanla-rının öldürülməsi təkcə yuxu səbəbi ilə deyil, həm də fir-onçuların Bəni-israilin güclənməsi və hakimiyyəti ələ al-ması məsələsindən vəhşəti idi.

50-Cİ AYƏ

وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ فَأَنجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ (50)

TƏRCÜMƏ:

50- ”(Və yada salın) o zamanı ki, sizdən ötrü dəryanı yarıb sizə nicat verdik, fironçuları isə siz baxa-baxa qərq etdik.”

TƏFSİR:

FİRONÇULARIN CAYNAĞINDAN QURTULUŞ

Keçən ayələrdə Bəni-israilin Fironun caynağından xi-las olması qısa şəkildə qeyd olundu. Qeyd olunan bu ayə isə həqiqətdə bu xilaskarlığın keyfiyyəti barəsindədir. Bu, Pərvərdigari-aləmin Bəni-israilə əta etdiyi başqa nemət-lərdən biridir.

Ayə buyurur: “Yada salın o zamanı ki, dəryanı sizin üçün yardıq.” وَإِذْ فَرَقْنَا بِكُمُ الْبَحْرَ

“Və sizə nicat verdik, fironçuları isə qərq etdik, halbuki siz baxırdınız.” فَأَنجَيْنَاكُمْ وَأَغْرَقْنَا آلَ فِرْعَوْنَ وَأَنتُمْ تَنظُرُونَ

Fironçuların qərq olması və Bəni-israilin nicat tapması hadisəsi müxtəlif surələrdə gəlmişdir. O cümlə-dən “Əraf” surəsinin 136-cı, “Ənfal” surəsinin 54-cü, “İs-ra” surəsinin 103-cü, “Şüəra” surəsinin 63-64-cü, “Zuxruf” surəsinin 55-ci, “Duxan” surəsinin 17 və 24-cü ayələrini qeyd etmək olar.

Bu surələrdə həmin hadisənin təqribən bütün incəlik-ləri qeyd olunmuşdur. Amma bəhs etdiyimiz ayədə yalnız Al-lahın Bəni-israilə olan nemət və lütfünə işarə olunur ki, onları İslamı - bu xilaskar ayini qəbul etməyə təşviq edir.

Qeyd olunan surələrdə bu hadisələr geniş şəkildə bəyan olunmuşdur: Musa əleyhissalam Firon və firon-çuları haqq yola dəvət edib, müxtəlif möcüzələr göstərdisə də, faydası olmadı və onlar bu çağırışları qəbul etmə-dilər. Bundan sonra ona əmr olundu ki, gecə yarısı Bəni-israillə birlikdə Misirdən köçsünlər. Amma Nil çayına çatanda gözlənilmədən Fironun öz qoşunu ilə onları təqib etdiyini gördülər. Bu zaman iztirab və vəhşət Bəni-israil tayfasına hakim kəsildi. Onların qarşılarında dərya, arxalarında isə irəliləməkdə olan Fironun güclü qoşunu dayanırdı və Bəni-israilin heç bir çıxış yolu yox idi. Burada Musaya əmr olunur ki, öz əsasını dəryaya vursun. O Həzrət əsanı dəryaya vurduqdan sonra onun daxilindən müx-təlif yollar açılır və Bəni-israil sağ-salamat dəryadan keçirlər. Digər tərəfdən isə hələ də onları təqib etməkdə olan düşmən qoşunları hamılıqla dəryanın ortasına ça-tırlar, bu zaman su qovuşur və hamısı həlak olur. Firon-çuların cəsədləri suyun üzünə qalxır, Bəni-israil tayfası öz gözləri ilə düşmənlərinin necə həlak olduqlarını görürlər.


Bu iztirab və vəhşət haləti diqqət mərkəzində olan mə-sələdir ki, onlar bu vəziyyəti sonrakı əmin-amanlıqla müqa-yisə edib Allaha şükür etməlidirlər.

Allah yəhudilərə demək istəyir ki, Mən sizə qarşı lütf və mərhəmət göstərdim, sizi iztirab və vəhşətdən xi-las etdim. Bu halda nə üçün Mənim göndərdiyim Peyğəmbərin göstərişləri ilə müxalifət edirsiniz?

Bu ayə insanlara belə bir dərs verir ki, əgər həyatda yalnız Allaha arxalansalar, Onun tükənməz və mütləq qüdrə-tinə etimad etsələr və düzgün yolda irəliləməkdə səy etmək-dən yorulmasalar ağır və həyəcanlı anlarda Allah onlara kömək edəcəkdir.

51-54-CÜ AYƏLƏR



Geri   İrəli
Go to TOP