A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Maidə surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 133
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bəhsin sonunda bunu qeyd etməyi lazım bilirik ki, yuxarıdakı ayələr məntiqli araşdırmaların, insanı məlumatlandıran sualların yolunu əsla bağlamır. Əksinə, bu hökm yalnız müəyyən işlərlə əlaqədar verilən yersiz suallara aiddir ki, onların örtülü qalması daha yaxşı və bəzən vacib olur.

AYƏ 103:

﴿ مَا جَعَلَ اللّهُ مِن بَحِيرَةٍ وَلاَ سَآئِبَةٍ وَلاَ وَصِيلَةٍ وَلاَ حَامٍ وَلَـكِنَّ الَّذِينَ كَفَرُواْ يَفْتَرُونَ عَلَى اللّهِ الْكَذِبَ وَأَكْثَرُهُمْ لاَ يَعْقِلُونَ ﴾

TƏRCÜMƏ:

«Allah heç bir heyvanı(n istifadəsini) “bəhirə”, “saibə”, “vəsilə”və “ham” (adı ilə haram və qadağan) etməmişdir. (Bəhirə beş dəfə doğmuş dəvə, saibə xəstə üçün nəzr deyildiyinə görə azad olunmuş dəvə, vəsilə balası onların və bütlərin arasında müştərək olan qoyun və ham on dəfə doğmuş dəvədir ki, cahiliyyət dövründə bunlardan istifadəni haram sayırdılar.) Lakin kafirlər Allaha qarşı yalan uydururlar və onların çoxu düşünmürlər

TƏFSİR:

Bu ayədə cahil ərəblərin arasında adət halını almış yersiz bidətlərdən dördü qeyd olunur. Onlar müəyyən səbəblər üzündən heyvanların bir qisminə əlamət qoyub ətlərinin yeyilməsini qadağan edirdilər. Hətta onların südünü içməyi, yununu qırxmağı, ona minməyi belə caiz hesab etmir və əməli olaraq heyvanı istifadəsiz buraxırdılar.

Quran buyurur: Allah bu hökmlərdən heç birini rəsmi olaraq qəbul etmir; o, nə “bəhirə” qərar vermişdir, nə “saibə”, nə “vəsilə”, nə də “ham”. Bu dörd heyvanın izahında aşağıdakılar qeyd olunur:

1. “Bəhirə” o heyvanlara deyilirdi ki, beş bala doğmuş olsun və onun beşinci balası dişi (başqa rəvayətə görə erkək) olsun. Belə bir heyvanın ətini özlərinə haram edərək azad buraxır, heç vaxt onu kəsmirdilər.

2. “Saibə” on iki (başqa rəvayətə görə on üç) bala doğmuş dəvədir ki, onu azad edirdilər. Heç kəs ona minmirdi. Amma bəzən onun südünü sağaraq qonaqlara verirdilər.

3. “Vəsilə”  yeddi bala doğan, başqa bir rəvayətə görə əkiz doğan qoyunlara deyilir. Belə qoyunu kəsməyi də haram hesab edirdilər.

4. “Ham” dişi heyvanların mayalandırılmasında on dəfə istifadə olunan və hər dəfə də onun nütfəsindən heyvan doğulan erkək heyvana deyirdilər. Bir sözlə, məqsəd həqiqətdə öz sahiblərinə çoxlu xidmətlər edərək təkrar xeyirlər verən və heyvanların nəslini artıran erkək heyvanlardır. Onlar da bunun müqabilində bu heyvanlara ehtiram qoyub onlara tam azadlıq verirdilər.

Sonra buyurulur: Kafirlər və bütpərəstlər özlərinin bu kimi işlərini Allaha nisbət verərək deyirdilər ki, bu ilahi bir qanundur. Onların əksəriyyəti bu barədə əql qüvvəsini azacıq belə işə salmır və fikirləşmirdilər ki, başqalarına kor-koranə təqlid etməsinlər.

AYƏ 104:

﴿ وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْاْ إِلَى مَا أَنزَلَ اللّهُ وَإِلَى الرَّسُولِ قَالُواْ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لاَ يَعْلَمُونَ شَيْئًا وَلاَ يَهْتَدُونَ ﴾

TƏRCÜMƏ:

«Onlara “Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin” deyiləndə, “atalarımızın getdiyi yol (onların əqidə və əməlləri) bizə bəsdir!”deyərlər. Görəsən ataları hətta bir şey bilməmiş və (düz yola) hidayət olunmamış olsalar belə (bunlar yenə də kor-koranə surətdə onları təqlid edəcəklər)?»

TƏFSİR:

Əsl və ilkin qayda ata-babaların yanlış adət-ənənələri yox, İslam mədəniyyətidir. Buna əsasən sırf yenilikçilik və sırf köhnə adət-ənənələrə tabe olmaq məzəmmət olunur. Əsas məsələ elm və hidayətdir. Keçmiş nəsillərə ehtiram göstərib ədəb qaydalarına riayət etmək müsbət bir işdir. Lakin onların cəhalət və nadanlıqla dolu fikirlərinə  kor-koranə təqlid etmək ağılsızlıq əlamətidir.

AYƏ 105:

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ عَلَيْكُمْ أَنفُسَكُمْ لاَ يَضُرُّكُم مَّن ضَلَّ إِذَا اهْتَدَيْتُمْ إِلَى اللّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir

TƏFSİR:

HƏR KƏS ÖZ ƏMƏLİNİN MƏSULİYYƏTİNİ DAŞIYIR.

Bundan əvvəlki ayədə cahiliyyət dövrünün insanlarının öz azğın ata-babalarına kor-korana təqlid etməsi məsələsi irəli çəkilmişdi. Quran onlara aşkar şəkildə xəbərdarlıq edərək buyurur ki, belə təqlidçilik əql və məntiqlə uyğun deyil. Bu mövzunun ardınca təbii olaraq belə bir sual yarana bilər ki, əgər biz öz hesabımızı bu kimi ata-babalarımızdan ayırsaq, onda görəsən onların taleyi necə olacaqdır? Bundan əlavə, əgər biz belə təqlidçilikdən əl çəksək, bu cür təqlid əsasında olan camaatın əksəriyyətinin taleyi necə olacaqdır? Yuxarıdakı ayə bu kimi sualların cavabında buyurur: «Ey iman gətirənlər! Siz öz əməllərinizin məsuliyyətini daşıyırsınız. Əgər hidayət olunsanız, başqalarının yolunu azması (istər ata-babalarınız, istər dostlarınız, istərsə də sizinlə eyni vaxtda yaşayan qohumlarınız) sizə azacıq belə ziyan çatdırmaz.»

Sonra Qiyamətə, hesab-kitaba, əməllərin araşdırılmasına işarə edərək buyurur: «Sizin hamınızın qayıdış yeri Allaha tərəfdir. Sizin hər birinizin əməllərinin hesabına ayrılıqda baxılacaqdır. Allah sizi gördüyünüz işlərdən agah edəcəkdir.»

AYƏ 106:

﴿يِا أَيُّهَا الَّذِينَ آمَنُواْ شَهَادَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ حِينَ الْوَصِيَّةِ اثْنَانِ ذَوَا عَدْلٍ مِّنكُمْ أَوْ آخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِي الأَرْضِ فَأَصَابَتْكُم مُّصِيبَةُ الْمَوْتِ تَحْبِسُونَهُمَا مِن بَعْدِ الصَّلاَةِ فَيُقْسِمَانِ بِاللّهِ إِنِ ارْتَبْتُمْ لاَ نَشْتَرِي بِهِ ثَمَنًا وَلَوْ كَانَ ذَا قُرْبَى وَلاَ نَكْتُمُ شَهَادَةَ اللّهِ إِنَّا إِذًا لَّمِنَ الآثِمِينَ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, sizdən birinin ölümü çatan zaman, vəsiyyət vaxtı aranızdakı şahid, sizin özünüzdən (möminlərdən) iki adil kişi olsun. Yaxud əgər ölüm müsibəti sizə səfərdə olduğunuz zaman yetişsə (və möminlərdən şahid tapmasanız), özünüzdən olmayan iki nəfər (şahid) olsun. Əgər (şəhadət verdikləri zaman onların düz danışmalarına) şəkk etsəniz, hər ikisini namazdan sonra saxlayırsınız və onlar da Allaha and içirlər ki: biz (şahidlik etdiyimiz məsələ) qohumlarımız(la əlaqədar) olsa belə öz şəhadətimiz vasitəsilə azacıq (da olsa) bir qazanc əldə etmir və ilahi şəhadəti gizlətmirik, yoxsa mütləq günahkarlardan olarıq

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

Bu və bundan sonra gələn iki ayənin şəni-nüzulu barəsində qeyd olunur ki, müsəlmanlardan İbn Əbi Mariyə adlı bir nəfər ərəb məsihilərindən iki nəfərlə – Nəmin və Ədi ilə (onlar iki qardaş idilər) birlikdə ticarət məqsədi ilə Mədinədən çıxdılar. Yol əsnasında müsəlman İbn Əbu Mariyə xəstələndi. Vəsiyyətnamə yazıb onu öz səfər vəsaitləri arasında gizlətdi. Mal-dövlətini məsihi səfər yoldaşlarına tapşırdı. Onlara dedi ki, bunları onun evinə çatdırsınlar. O bu sözləri dedikdən sonra dünyadan getdi. Səfər yoldaşları onun yüklərini açıb qiymətli əşyaları götürdülər, yerdə qalanlarını isə vərəsələrə qaytardılar.

Vərəsələr vəsaitləri açdıqda gördülər ki, İbn Əbu Mariyənin özü ilə apardığı mal-dövlətin bir qismi yoxdur. Gözləri vəsiyyətnaməyə sataşdıqda gördülər ki, oğurlanmış mal-dövlətin hamısının adı orada qeyd olunub. Bu mətləbi o iki məsihiyə dedilər. Amma onlar inkar edərək «o bizə nə vermişdisə, hamısını sizə təhvil verdik» deyə cavab verdilər. Çarəsiz qalıb Peyğəmbərə (s) şikayət etdilər. Yuxarıdakı ayə nazil olaraq bu məsələnin hökmünü bəyan etdi.

TƏFSİR:

İslam dininin təkid etdiyi ən mühüm məsələlərdən biri camaatın hüquq və mal-dövlətinin qorunması, itctimai ədalətin bərqərar edilməsidir. Əvvəlcə mərhumun mal-dövlətindən vərəsənin, yetimlərin və digər şəxslərin haqqı aradan getməsin deyə, möminlərə belə göstəriş verir: «Ey iman gətirənlər! Sizlərdən hər hansı birinin əcəli çatdıqda vəsiyyət edərkən iki adil müsəlman şəxsi şahid tutmalı, öz mal-dövlətini əmanət adı altında vərəsəyə çatdırsınlar deyə, onlara təhvil verməlidir.»

Əlbəttə, buradakı şəhadət vəsiyyətlə yanaşıdır, yəni bu iki nəfər həm vəsi, həm də şahiddirlər. Sonra əlavə olaraq buyurulur: «Əgər səfərdə olsanız və ölüm müsibəti gəlib çatsa, müsəlmanlardan hətta bir nəfər belə şahid tapılmasa, onda bu məqsədlə qeyri-müsəlmanlardan iki nəfəri şahid seçin.» Qeyri-müsəlman dedikdə məqsəd kitab əhli, yəni yəhudi və məsihidir. Çünki İslam dini müşriklərə və bütpərəstlərə heç bir halda əhəmiyyət verməmişdir.

Sonra göstəriş verilir ki, əgər şəhadət verən zaman onların danışığında şəkk etsəniz, onları namazdan sonra saxlayıb Allaha and içdirin. Onlar and içərək şəhadət versinlər ki, haqqı başqa bir şeyə (maddi mənfəətə) dəyişməyə razı deyillər və öz qohum-əqrəbaları barədə olsa belə, nahaq yerə şahidlik etməyəcəklər. İlahi şəhadəti heç vaxt gizlətməzlər. Əks halda günahkarlardan olarlar.

AYƏ 107:

﴿فَإِنْ عُثِرَ عَلَى أَنَّهُمَا اسْتَحَقَّا إِثْمًا فَآخَرَانِ يِقُومَانُ مَقَامَهُمَا مِنَ الَّذِينَ اسْتَحَقَّ عَلَيْهِمُ الأَوْلَيَانِ فَيُقْسِمَانِ بِاللّهِ لَشَهَادَتُنَا أَحَقُّ مِن شَهَادَتِهِمَا وَمَا اعْتَدَيْنَا إِنَّا إِذًا لَّمِنَ الظَّالِمِينَ﴾

TƏRCÜMƏ:

«Beləliklə, əgər (yalan danışmaqla) o ikisinin (həmin iki şahidin) günaha batmaları məlum olsa, zülm və xəyanətə məruz qalan kəslərdən və ölənə yaxın olanlardan (yəni iddiaçı olmalarına baxmayaraq ölənin varislərindən olan) digər iki şahid onların yerinə keçir və Allaha and içirlər ki: bizim şahidliyimiz o ikisinin şahidliyindən daha düzgündür və biz (haqq barəsində) həddi aşmamışıq, əks halda zalımlardan olarıq

TƏFSİR:

Aydındır ki, mərhumun qəyyumlarının and içib şahidlik etmələri əvvəlcədən onun mal-dövləti barədə (səfər və qeyri-səfər hallarında) əldə etdikləri məlumatlar əsasında olmalıdır. Buna əsasən, sizin bu barədə axtarış aparmağa haqqınız yoxdur. Lakin məlumat əldə edilsə, vəzifə dəyişiləcəkdir. (Rağibin «Müfrədat»da dediyinə əsasən, axtarış aparmadan olan agahlığa «usr» deyilir.)

AYƏ 108:

﴿ ذَلِكَ أَدْنَى أَن يَأْتُواْ بِالشَّهَادَةِ عَلَى وَجْهِهَا أَوْ يَخَافُواْ أَن تُرَدَّ أَيْمَانٌ بَعْدَ أَيْمَانِهِمْ وَاتَّقُوا اللّهَ وَاسْمَعُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ ﴾

TƏRCÜMƏ:

«Bu (üsul, yəni şəkk yaranan kimi şahidlərə and içdirilməsi və onun yalançı olması fərz olunduqda iddiaçının and içməsi) onların şəhadəti düzgün yerinə yetirmələrinə və ya onların andlarından sonra başqa andların (iddiaçılara) qaytarılmasından (və nəticədə rüsvay olmaqdan) qorxmalarına daha yaxındır. Allahdan qorxun və (Onun əmrlərini) eşidin. Allah itaətsiz camaatı hidayət etmir

TƏFSİR:

Bu ayədə şəhadət vermək və şahid tutmaq məsələlərində həddindən artıq ciddi və tələbkar olmağın fəlsəfəsi bəyan edilir ki, bu da əvvəlki iki ayədə irəli çəkilmişdir. Namazdan sonra camaatın hüzurunda and içmək şəhadətlərin yalan deyil, həqiqi olmasına səbəb olur. Çünki, onların şəhadətləri qəbul olunmadığı təqdirdə şəhadət və andlarının etibarsız olduğuna görə cəmiyyətdəki abır-heysiyyətlərinin aradan getməsi mümkündür.

AYƏ 109:

﴿ يَوْمَ يَجْمَعُ اللّهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا أُجِبْتُمْ قَالُواْ لاَ عِلْمَ لَنَا إِنَّكَ أَنتَ عَلاَّمُ الْغُيُوبِ ﴾

TƏRCÜMƏ:

«(Yada sal) o gün(ü) ki, Allah bütün peyğəmbərləri bir yerə toplayaraq deyəcək: “(Dəvətiniz müqabilində) sizə nə cavab verildi?” Deyəcəklər: “Bizim heç bir elmimiz yoxdur (Sənin elmin müqabilində bizim elmimiz heçdir; yaxud onların işlərinin batinini bilmirik və ya bizdən sonra etdiklərindən xəbərimiz yoxdur). Həqiqətən gizlinləri kamil surətdə bilən Sənsən.”»

TƏFSİR:

Bu ayə həqiqətdə əvvəlki ayələri bir növ təkmilləşdirir. Çünki keçən ayələrdə haqq və batil şəhadətlərlə əlaqədar təqvalı olub Allahın fərmanları ilə müxalifətçilik etməkdən çəkindirilirdi. Bu ayədə isə buyurulur: Elə bir gündən qorxun ki, o gündə Allah bütün peyğəmbərləri bir yerə yığaraq onlardan ilahi məmuriyyət və vəzifələri barəsində soruşar və buyurar ki, «camaat sizin dəvətiniz qarşısında necə cavab verdi?» Onlar bir şey bildiklərini inkar edərək bütün həqiqətləri Allahın elminə həvalə edərək deyərlər: «Pərvərdigara, bizim heç bir elmimiz yoxdur, Sən bütün qeyblərdən və gizli şeylərdən xəbərdarsan.» Beləliklə, bizə xatırladılır ki, bütün qeyb elmlərini bilən Allah qarşısında duracaq və belə bir məhkəmədə hazır ediləcəksiniz, buna görə də şəhadət verərkən haqq-ədalətə hökmən riayət edin.

AYƏ nin axırında bir daha xatırladılır ki, həqiqi elm yalnız Allaha məxsusdur. Hər kəsin elmi varsa, mənşəyi yalnız Odur. Eləcə də bütün qeyb elmini yalnız O bilir və qeyb elmini istədiyi şəxslərə verir.

AYƏ 110:

﴿إِذْ قَالَ اللّهُ يَا عِيسى ابْنَ مَرْيَمَ اذْكُرْ نِعْمَتِي عَلَيْكَ وَعَلَى وَالِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ الْقُدُسِ تُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلاً وَإِذْ عَلَّمْتُكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالإِنجِيلَ وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي وَتُبْرِىءُ الأَكْمَهَ وَالأَبْرَصَ بِإِذْنِي وَإِذْ تُخْرِجُ الْمَوتَى بِإِذْنِي وَإِذْ كَفَفْتُ بَنِي إِسْرَائِيلَ عَنكَ إِذْ جِئْتَهُمْ بِالْبَيِّنَاتِ فَقَالَ الَّذِينَ كَفَرُواْ مِنْهُمْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ﴾

TƏRCÜMƏ:

«(Yada sal) o zaman(ı) ki, Allah dedi: Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş olurdu; Mənim iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin; o zaman ki, Mənim iznimlə ölüləri (qəbirdən diri) çıxarırdın; o zaman ki, İsrail övladları üçün (peyğəmbərliyə dair) aydın dəlillər gətirdiyin vaxt, onların (şərrinin sənə dəyməsinin) qarşısını aldım, beləliklə, onlardan kafir olanlar dedilər: Bu (möcüzələr), aşkar cadudan başqa bir şey deyildir!»

TƏFSİR:

Bu ayədən başlayaraq surənin axırıncı ayələrinə qədər söhbət Həzrət İsadan (ə) gedir.

Bu ayədə müxtəlif ilahi nemətlər, onların da hamısından öncə Həzrət Məsihin (ə) Ruhul-qüdslə qüvvətləndirilməsi xatırladılır. Bəlkə də «həzrət İsanın (ə) anasına əta olunan nemət» deyildikdə, məqsəd Həzrət İsaya (ə) verilən müjdə və mələklərin Məryəmlə danışmasıdır.[54] Buna əsasən, peyğəmbərlər də Allahın nemətlərini unutmamalıdırlar. Allahın Öz övliyalarına mərhəməti haqq yolçuları üçün bir növ təskinlikdir.

Bunu da qeyd edək ki, bu ayədə aşağıda bəyan olunan bəzi mühüm incəliklər gizlənmişdir:

1. Qadın elə bir yüksək mənəvi məqama çata bilər ki, peyğəmbərlərlə yanaşı qeyd olunsun.

2. Həzrət İsa (ə) beşikdə ikən danışmaqla həm özünün nübüvvətini, həm də anasının ismət məqamını və iffətini sübut etdi.

3. Peyğəmbərlər həm elm, həm də görüş sahibi olmalı, keçmişdəkilərin sözlərini bilməli, həm də yeni (müasir) kəlamlara malik olmalıdır.

4. Məsihi nəfəsi cansız təbiətə ruh verir, bununla belə, Bəni-İsrailin daşlaşmış qəlblərini dirildə bilmir.

5. Allah-təala peyğəmbərlərə ölüləri diriltmək və şəfa vermək kimi xariqüladə qüvvə verirsə, deməli camaatın onlara təvəssül edərək kömək diləmələri də caizdir. (Təvəssülü inkar edənlərə deyirik: Ola bilərmi ki, Allah bir şəxsə müəyyən qüdrət versin, amma camaatın ona diqqət yetirməsini qadağan etsin?)

6. Bəni-İsrailin həzrət İsaya (ə) olan sui-qəsdləri Allah tərəfindən dəf edilir.

AYƏ 111:

﴿ وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آمِنُواْ بِي وَبِرَسُولِي قَالُوَاْ آمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ ﴾

TƏRCÜMƏ:

«Həvarilərə (İsanın vəzirlərinə və xas səhabələrinə) “Mənə və Mənim peyğəmbərimə iman gətirin” deyə vəhy göndərən zaman onlar “iman gətirdik, şahid ol ki, biz Sənin əmrinə təslim olanlarıq” dedilər

TƏFSİR:

Həvarilərə vəhy olunması dedikdə məqsəd ya onların qəlblərinə ilham olunmasıdır, ya da Həzrət İsanın (ə)  vasitəsilə verilən vəhy xəbəridir. Buna görə də Allah-təala bəzən ruhi hazırlığı olan qəlblərə müəyyən şeyləri ilham edir. İnsanlara edilən ilahi ilhamlar peyğəmbərlərin ilhamlarının qüvvətləndirilməsi istiqamətindədir, nəinki onlarla eyni səviyyədədir. Buna əsasən, Allaha iman gətirmək onun peyğəmbərinə iman gətirməyin ayrılmaz hissəsidir.

AYƏ 112-113:

﴿ إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء قَالَ اتَّقُواْ اللّهَ إِن كُنتُم مُّؤْمِنِينَ. قَالُواْ نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ ﴾

TƏRCÜMƏ:

112. «(Və yada sal) o zaman(ı) ki, həvarilər dedilər: “Ey Məryəm oğlu İsa, sənin Rəbbin bizə göydən «maidə» (tabaq, yaxud yeməklə dolu bir süfrə) göndərə bilərmi (zamanın məsləhəti bunu tələb edirmi)?” Dedi: “Əgər möminsinizsə, Allahdan qorxun.” (Olmaya mənim peyğəmbərliyimdə şəkkiniz var və bu səbəbdən möcüzə istəyirsiniz?!)»

113. «Dedilər: “İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq.”»

TƏFSİR:

112. Bu şərif ayə asimani süfrə nazil olması kimi məşhur hadisəyə işarədir. Burada buyurulur ki, Həzrəti İsanın (ə) xüsusi dostları ona dedilər: “Sənin Pərvərdigarın bizim üçün asimandan yemək göndərə bilərmi?”

Həzrət İsa (ə) bu qədər ayə və nişanələrin qeyd olunmasından sonra bir növ şəkk-şübhə sezilən bu istəkdən nigaran oldu və onlara xəbərdarlıq edərək buyurdu: “Əgər imanınız varsa Allah qarşısında təqvalı olun.”

113. Lakin onlar İsaya (ə) dərhal xəbər verdilər ki, onların bu təklifi verməkdə düzgün olmayan bir hədəfləri yoxdur. Əsas məqsədləri inadkarlıq deyil. Əksinə, bu süfrədən yemək istəyirlər ki, (asimani yeməklərdən qidalanma nəticəsində ruhiyyələrində yaranacaq nuraniyyətdən əlavə), qəlbləri xatircəmlik tapsın, bu böyük möcüzəni müşahidə etməklə “eynul-yəqin” həddinə çatsınlar və bilsinlər ki, İsanın (ə) dedikləri onlara doğrudur. Həmçinin bu işə şahidlik edə bilsinlər.

İNCƏ MƏTLƏBLƏR

1. «Maidə» surəsinin belə adlandırılması məhz səmavi süfrə istənilməsinə görədir.

2. Maidə həm yemək, həm də yeməyin qoyulduğu süfrə mənasındadır.

AYƏ 114:

﴿ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنزِلْ عَلَيْنَا مَآئِدَةً مِّنَ السَّمَاء تَكُونُ لَنَا عِيداً لِّأَوَّلِنَا وَآخِرِنَا وَآيَةً مِّنكَ وَارْزُقْنَا وَأَنتَ خَيْرُ الرَّازِقِينَ ﴾

TƏRCÜMƏ:

«Məryəm oğlu İsa dedi: “İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan.”»

TƏFSİR:

Qeyd olunmalıdır ki, Qurandakı dualar hər yerdə «Rəbbəna» kəlməsi ilə başlanır, lakin bu ayədə «Əllahummə Rəbbəna» kimi iki kəlmədən təşkil olunmuşdur. Bəlkə də bu, hadisənin əhəmiyyətinə və onun nəticələrinin mühüm olduğuna görədir.

Hacətin Allah övliyalarından dilənməsi, onlara təvəssül etmək və onlardan bir şey istəmək caizdir.

Peyğəmbərlər  tarixdəki bütün insanlar və bəşər nəsilləri üçün gəlmişlər.

Quran nəzərindən bayram mərasimi və şadlıq keçirmək düzgün bir işdir. Allah övliyalarının miladları, Rəsuli-Əkrəmin (s) besəti kimi mühüm hadisələr səmavi süfrənin nazil olmasından heç də geri qalmır və bunlar Allahın qüdrət nişanəsi olduğuna görə onlardan həmişə ibrət dərsi alınmalıdır.

AYƏ 115:

﴿ قَالَ اللّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيْكُمْ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّي أُعَذِّبُهُ عَذَابًا لاَّ أُعَذِّبُهُ أَحَدًا مِّنَ الْعَالَمِينَ ﴾

TƏRCÜMƏ:

«Allah buyurdu: “Həqiqətən, Mən onu sizə nazil edəcəyəm. Beləliklə, əgər bundan sonra kimsə kafir olsa, şübhəsiz, Mən ona aləmdə hələ heç kimə vermədiyim bir əzab verəcəyəm.”»

TƏFSİR:

Bu ayə camaata xəbərdarlıq etmək baxımından nazil olan ən təhdidli ayədir. Aydındır ki, daha çox və mühüm nəzərə çarpan məsələ (səmavi süfrə) çoxlu təəhhüdlərə, iltizamlara da malik olmalıdır. Uca zirvənin xətərli dərələri də vardır.

Bunu da bilməliyik ki, rəvayətlərə əsasən, Həzrət İsanın (ə) dostlarına səmavi süfrə nazil olubsa, Peyğəmbər (s) üçün də Həzrət Zəhranın (ə.s) yaranmasının mənşəyi olan behişt meyvələri nazil olmuşdu.

AYƏ 116:

﴿وَإِذْ قَالَ اللّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنتَ قُلتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَـهَيْنِ مِن دُونِ اللّهِ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ إِن كُنتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ تَعْلَمُ مَا فِي نَفْسِي وَلاَ أَعْلَمُ مَا فِي نَفْسِكَ إِنَّكَ أَنتَ عَلاَّمُ الْغُيُوبِ﴾

TƏRCÜMƏ:

«Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: “Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni və mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?” Dedi: “(Ey Rəbbim,) Sən (hər bir eyb və nöqsandan) paksan, mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!”»

TƏFSİR:

HƏZRƏT MƏSİHİN ŞİRKDƏN VƏ ŞİRK ARDICILLARINDAN BEZARLIĞI

Bu və bundan sonrakı iki ayə Qiyamət günündə Allahın Həzrət Məsihlə (ə) aparacağı söhbətləri bəyan edərək buyurur: Qiyamət günü Allah-təala İsaya deyər: Sən camaata demisənmi ki, məni və anamı Allahdan başqa bir məbud qərar verərək ona sitayiş edin?

Həzrət İsa (ə) bu suala tam ehtiramla cavab verərək bir neçə cümlədə deyər:

1. Əvvəlcə Allahı, Onun üçün hər hansı oxşar və şərik olmaqdan pak və münəzzəh hesab edərək deyər: Pərvərdigara, Sən hər növ şirkdən pak və münəzzəhsən!

2. Necə ola bilər ki, mən özümə layiq olmayan bir şey deyim?

Həqiqətdə təkcə bu sözü deməsini inkar etməz, üstəlik deyər ki, ümumiyyətlə, onun belə bir şeyə səlahiyyəti çatmır, onun məqam və mövqeyinin bu kimi sözlərlə heç bir uyğunluğu yoxdur.

3. Daha sonra Pərvərdigarın sonsuz elminə işarə edərək deyər: «Mənim şahidim budur ki, əgər belə bir şey demiş olsaydım, Sən hökmən bilərdin. Çünki Sən mənim ruhumda və qəlbimdə olanlardan agahsan. Halbuki mən Sənin zatından xəbərsizəm. Çünki Sən qeybləri bilənsən, gizli sirlərin hamısından agahsan.»

AYƏ 117-118:

﴿مَا قُلْتُ لَهُمْ إِلاَّ مَا أَمَرْتَنِي بِهِ أَنِ اعْبُدُواْ اللّهَ رَبِّي وَرَبَّكُمْ وَكُنتُ عَلَيْهِمْ شَهِيدًا مَّا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِي كُنتَ أَنتَ الرَّقِيبَ عَلَيْهِمْ وَأَنتَ عَلَى كُلِّ شَيْءٍ شَهِيد. إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ ٌ﴾

TƏRCÜMƏ:



Geri   İrəli
Go to TOP