A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Maidə surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 133
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Yəni alimlər fasid bir cəmiyyətin eybəcərliklərini islah etmək üçün ilk növbədə onların yanlış, xurafatçı əqidə və fikirlərini dəyişdirməlidirlər. Bu ayə alimlərə fasid bir düşüncə və təfəkküründəki inqilabdan başlanılmalı olan islahat yolunu göstərir.

AYƏ nin axırında Quran əsl günahkarları məzəmmət etdiyi kimi, əmr be məruf və nəhy əz münkər işini tərk edərək cəmiyyətdəki yaramaz halları müşahidə edən, onun müqabilində sükut edən alimləri də məzəmmət edərək buyurur: Onların gördükləri işlər necə də pis idi!

Beləliklə, əmr be məruf və nəhy əz münkər kimi böyük bir ilahi vəzifəni tərk edənlərin talelərinin (xüsusilə, alim olduqları surətdə) məhz həmin günahkarların taleyi ilə eyni olduğu və həqiqətdə onlarla bu günah işdə şərik sayıldıqları aydın olur. Məşhur müfəssir İbn Abbasdan nəql olunmuşdur ki, bu ayə öz vəzifələrinə aid olan bir iş qarşısında sükut edən alimləri məzəmmət edən ən şiddətli ayədir.

Aydındır ki, həmin hökm bu işlərin qarşısında sakit qalan yəhudi və məsihi alimlərinə məxsus deyil; camaatın günaha aludə olduğu, sürətlə zülm və fəsada tərəf irəliləyib bu işlərə qurşandığı zaman, sükut edib onlara əmr be məruf etməyən bütün alim rəhbərlərə şamil olur. Çünki bütün insanlar üçün Allahın hökmü eyni səviyyədədir.

Əmirəl-möminin Əli (ə) bir hədisdə («Qasiə» xütbəsində) buyurur: «Keçmiş qövmlərin məhv olmalarının səbəbi bu idi ki, onlar günahlara mürtəkib olurdular, alimləri də sükut edərək onları bu işdən çəkindirmirdi. Bu zaman ilahi bəla və cəzalar onlara nazil oldu. Siz, ey insanlar! Əmr be məruf və nəhy əz münkər işini yerinə yetirin ki, onların düçar olduqları aqibətə düçar olmayasınız.»

AYƏ 64:

﴿وَقَالَتِ الْيَهُودُ يَدُ اللّهِ مَغْلُولَةٌ غُلَّتْ أَيْدِيهِمْ وَلُعِنُواْ بِمَا قَالُواْ بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ يُنفِقُ كَيْفَ يَشَاء وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا وَأَلْقَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ كُلَّمَا أَوْقَدُواْ نَارًا لِّلْحَرْبِ أَطْفَأَهَا اللّهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا وَاللّهُ لاَ يُحِبُّ الْمُفْسِدِينَ﴾

TƏRCÜMƏ:

«Yəhudilər dedilər: “Allahın əli bağlıdır (həm şəriət mərhələsində və həm də insanlara əta və bəxşiş etməkdə! Və elə buna görə də dinin istər Tövratda, istərsə də başqasında olan hökmləri nəsx oluna bilməz. Həmçinin əta və bəxşişdə də ona görə ki, möminlərin hamısı yoxsuldurlar və Allah insanlardan borc istəyir).” Öz əlləri bağlansın və dedikləri sözün cəzası olaraq Allahın rəhmətindən uzaq düşsünlər! Əksinə, Onun hər iki (qüdrət) əli daim açıqdır və Onun kamil qüdrəti həmişə qalmaqdadır (hökm və şəriətləri nəsx edir, dost və düşmənlərə dünyada və axirətdə) istədiyi kimi əta və bəxşiş edir. Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların bir çoxunun azğınlıq və küfrünü artıracaqdır. Biz onların (yəhudilər, xristianlar və onların firqələri) arasında Qiyamət gününə qədər düşmənçilik və kin salmışıq. Nə vaxt (müsəlmanlarla) bir müharibə alovu yandırıblarsa, Allah onu söndürüb. Onlar yer üzündə fəsad yolunu gedirlər. Allah fəsad törədənləri sevmir

TƏFSİR:

Tarix sübut edir ki, yəhudilər müəyyən bir dövrdə son dərəcə qüdrətdə yaşayır, həmin dövrün abad dünyasının mühüm bir nahiyəsinə hökmranlıq edirdilər. Buna nümunə olaraq Süleyman (ə) və Davudun (ə) dövranını göstərmək olar. Sonrakı əsrlərdə də onların qüdrəti müəyyən qədər davam etdi. Lakin İslamın zahir olması ilə onların qüdrət günəşləri, xüsusilə, Hicaz məntəqəsində qürub etdi. Peyğəmbəri-Əkrəmin (s) yəhudi qövmləri ilə, o cümlədən, Bəni-Qüreyzə, Bəni-Nəzir və Xeybər yəhudiləri ilə apardığı mübarizələr onların həddindən artıq zəifləmələrinə səbəb oldu. Bu zaman onlar özlərinin əvvəlki qüdrət və mövqelərini nəzərə alaraq istehza üzündən deyirdilər: «Allahın əli bağlanıb, bizə heç nə əta etmir!» Başqaları da onlarla razılaşdıqlarına görə Quran bu sözləri onların hamısına aid edərək buyurur: Yəhudilər dedilər: “Allahın əlləri zəncirə çəkilib.”

Allah onların cavabında bu yersiz əqidəni məzəmmət edərək buyurur: Onların öz əlləri zəncirə bağlansın! Bu yaramaz sözə görə Allahın rəhmətindən uzaq olsunlar! Sonra bu yersiz əqidənin batil olmasını göstərmək üçün buyurur: «Allahın hər iki (qüdrət) əli açıqdır. İstədiyi hər kəsə istədiyi kimi bağışlayar. Onun işində nə bir məcburiyyət var, nə də tarixin məcburi təbii amillərinə məhkum olunur. Onun iradəsi hər şeyin fövqündə dayanır və hər şeydə nüfuzludur.

Sonra buyurulur: Hətta onların yanlış əqidə və sözlərini ifşa edən bu ayələr onlarda müsbət təsir qoysa və azğın yoldan qayıtsalar belə, onların çoxu inadkarlıq yolunu tutar, bu ayələr onların küfr və inadkarlıqlarını daha da artırar.

Onların küfr və tüğyançılıq yolunda bu qədər israr və inadkarlıq etmələri, yersiz əqidələri və sözləri müqabilində Allah-təala onlar üçün ağır cəzalar qərar vermişdir: Biz Qiyamət gününə qədər onların arasına düşmənçilik və ədavət saldıq.

AYƏ nin sonunda yəhudilərin müsəlmanlar arasında müharibə odu şölələndirmək üçün göstərdikləri səylərə, bunun müqabilində də Allah-təalanın müsəlmanların fitnədən qurtuluşları üçün göstərdiyi mərhəmətə işarə edərək buyurur: Onlar hər zaman müharibə odu şölələndirsələr, Allah onu söndürər və sizi ondan hifz edər. Bu da həqiqətdə Peyğəmbəri-Əkrəmin (s) həyatının möcüzəli hadisələrindən biridir.

Quran əlavə edib buyurur: Onlar yer üzündə fitnə-fəsad toxumu səpmək üçün səy edir və bu işdə davamlılıq göstərirlər, halbuki Allah-təala fəsad əhlini sevmir.

AYƏ 65:

﴿ وَلَوْ أَنَّ أَهْلَ الْكِتَابِ آمَنُواْ وَاتَّقَوْاْ لَكَفَّرْنَا عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلأدْخَلْنَاهُمْ جَنَّاتِ النَّعِيمِ ﴾

TƏRCÜMƏ:

«Əgər kitab əhli (İslama) iman gətirsəydi və təqvalı olsaydılar, şübhəsiz, onların günahlarını təmizləyər və onları neməti bol olan Cənnətlərə daxil edərdik

TƏFSİR:

Kitab əhlinin tutduğu azğın yol və məkrli tədbirlərin tənqid olunması ardınca bu və bundan sonrakı ayədə Quran tərbiyə üslublarının tələbinə görə kitab əhlindən olan yolunu azanları düz yola qaytarmaq, onların yaramaz işlərindən razı olmayan azsaylı bir dəstənin əməyini və əməllərini dəyərləndirmək üçün əvvəlcə buyurur: Əgər kitab əhli iman gətirib təqvalı olsa, onların keçmiş günahlarını örtər və onlara güzəştə gedərik. Təkcə onların günahlarını bağışlamarıq, üstəlik, müxtəlif nemətlərin mövcud olduğu behişt bağlarına daxil edərik.

Bu söz mənəvi və axirət nemətləri ilə əlaqədardır.

AYƏ 66:

﴿وَلَوْ أَنَّهُمْ أَقَامُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيهِم مِّن رَّبِّهِمْ لأكَلُواْ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِم مِّنْهُمْ أُمَّةٌ مُّقْتَصِدَةٌ وَكَثِيرٌ مِّنْهُمْ سَاء مَا يَعْمَلُونَ﴾

TƏRCÜMƏ:

«Əgər onlar (əsl) Tövrata və İncilə və onlara nazil olana əməl etsəydilər, şübhəsiz (həm) başlarının üstündən və (həm də) ayaqlarının altından ruzi yeyərdilər (göyün və yerin bərəkətlərindən faydalanardılar)

TƏFSİR:

Əgər sair səmavi kitab ardıcılları Quranın qarşısında təslim olsaydılar və bu cür təslimçiliyi Bəni-İsrailin ərəblər qarşısında təslim olmaları hesab etməsəydilər, həmçinin peyğəmbərlərin təlimlərinin əsaslarının eyni olduğunu bilsəydilər, Tövrat və İncildən sonra nazil olanları əvvəlki göstərişlərin batil olması deyil, sadəcə olaraq daha yüksək səviyyəli bir mərhələyə daxil olmaq kimi qiymətləndirsəydilər, bu halda, Qiyamətdə axirət nemətlərindən bəhrələnməkdən əlavə, elə bu dünyada da onlara müxtəlif nemətlər nazil olardı.

Əvvəlki ayədə ruhi-mənəvi və axirət səadətində imanın rolu irəli çəkilirdi. Burada isə onun dünyəvi səadət və iqtisadi cəhətdən firavanlıqla əlaqədar rolu bəyan edilir.

Əvvəlki ayədə yəhudilərin «Allahın əlinin bağlı olması» ilə əlaqədar batil əqidələrindən söhbət gedirdi. Burada isə göstərilir: «Siz səmavi kitablara iman gətirdiyiniz halda mühakimə yürüdün və Allahın əlinin bağlı olub-olmadığını görün. Əgər sizin əzəmətiniz zillətə və xarlığa çevrilirsə, bu, Allahın (nəuzu billah) paxıllığına görə yox, sizin səmavi göstərişlərə etinasızlıq etdiyinizə görə verilən cəzadır.»

AYƏ 67:

﴿ يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ يَعْصِمُكَ مِنَ النَّاسِ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ ﴾

TƏRCÜMƏ:

«Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz

TƏFSİR:

CANİŞİN TƏYİN EDİLMƏSİ RİSALƏTİN SON NÖQTƏSİDİR.

Burada yalnız Peyğəmbərə (s) xitab olunur və yalnız onun vəzifəsi bəyan edilir. Bu ayə «ey Peyğəmbər» xitabı ilə başlanır və aşkar şəkildə təkidlə o Həzrətə (s) göstəriş verilir ki, Pərvərdigarı tərəfindən nazil olanları camaata çatdırsın.

Sonra daha artıq təkid üçün ona xəbərdarlıq edilir ki, əgər bu işdən imtina etsə, (halbuki o, heç vaxt imtina etməzdi) Allahın risalətini təbliğ etməmiş olur.

Sonra bu xüsusi hadisədən iztirab və nigaranlıq keçirən Peyğəmbərə (s) toxtaqlıq verərək buyurur: Bu vəzifənin yerinə yetirilməsində camaatdan qorxma. Çünki Allah səni onların şərindən qoruyacaqdır.

AYƏ nin sonunda bu məxsus vəzifənin ilahi bir hökm olduğunu inkar edənlərə, onun qarşısında küfr və inadkarlıq göstərənlərə cəza və təhdid olaraq buyurulur: Allah inadkar kafirləri hidayət etməz.

Doğrusu, görəsən, Peyğəmbərin (s) mübarək ömrünün axır aylarında baş verən bu mühüm məsələ nədən ibarət ola bilərdi ki, onun yerinə yetrilməməsi bütünlükdə risalətin təbliğ olunmaması ilə bərabər olsun?

Həm sünni, həm də şiələrin müxtəlif mötəbər kitablarında mövcud olan bir çox hədislər yuxarıdakı ayənin Peyğəmbərin (s) özündən sonra canişin təyin etməsi, İslamın və müsəlmanların gələcək müqəddəratının həll olunması ilə əlaqədar Qədir-Xumda nazil olmasını aşkar şəkildə göstərir. O cümlədən:

SÜNNİ KİTABLARINDAN:

1. «Əs-Sünən» (İbn Macə), 1-ci cild, səh. 55.

2. «Əl-Fəzail» (Əhməd İbn Hənbəl).

3. «Əl-Xəsais» (Nəsai), səh.21.

4. «Əl-kuna vəl-əsma» (Dulabi). 2-ci cild, səh. 61.

5. «Muşkilul-asar» (Təhavi), 2-ci cild, səh. 307.

6. «Əl-iqdul-Fərid», 3-cü cild, səh. 94.

7. «Əl-istiyab», 2-ci cild, səh. 460.

8. «Tarixi Bəğdad», 7-ci cild, səh. 377.

9-«Müstədrək» (Hakim Nişapuri), cild, səh. 10.

10-«Tarixi Dəməşq», 3-cü cild, səh. 166.

11. «Təfsir» (Hafiz İbn Kəsir), 2-ci cild, səh. 14.

ŞİƏLƏRİN XÜSUSİ KİTABLARINDAN:

1. «Ət-Təraib» (İbn Tavus), səh. 140.

2. «Mənaqib» (İbn Şəhraşub), 2-ci cild, səh. 228.

3. «Kitab» (Səlim İbn Qeys), səh. 111.

4. «İkmalud-din» (Şeyx Səduq), 1-ci cild, səh. 274, 25-ci hədis.

5. «Ehticac» (Təbərsi), 1-ci cild, səh. 210.

6. «Biharul-Ənvar», 37-ci cild, səh. 181, 68-ci hədis.

7. «İqbalul-iqbal», səh. 663.

8. «Rovzətul-Vaizin», 1-ci cild, səh. 89.

9. «Əl-Yəqin», səh. 343.

10. «Əl-ədədul-həviyyə», səh. 169.

11. «Ət-təhsin», səh. 578.

12. «Əs-siratul-mustəqim», 1-ci cild, səh. 301.

13. «Əl-Ğədir» (Əllamə Əmini).

14. «Əbəqatul-ənvar» (Əllamə Mirhamid Hüseyn Əl-Kəhvi).

15. «Ehqaqul-həqq», (Qazi Nurullah Tüstəri) və onlarla digər kitab.

QƏDİR-XUM HADİSƏSİNİN XÜLASƏSİ

Peyğəmbərin (s) ömrünün son ilində “Həccətul-vida” (Vida Həcci) mərasimi son dərəcə əzəmətlə və elə o Həzrətin (s) hüzurunda sona çatdı. Bu səfərdə təkcə Mədinə əhalisi deyil, Ərəbistan yarımadasının müxtəlif nahiyələrindən gələn müsəlmanlar da belə bir böyük tarixi iftixara nail olmaq üçün Peyğəmbərlə (s) birlikdə gəlmişdilər. Hicaz günəşi öz yandırıcı şüalarını dağlara, dərələrə salırdı. Amma bu mənəvi və misilsiz səfərin şirinliyi hər cür çətinliyi asan etmişdi.

Hicrətin 10-cu ili, cümə axşamı günü idi. Qurban bayramından düz səkkiz gün keçirdi. Gözlənilmədən Peyğəmbərin (s) tərəfindən dayanmaq əmri verildi. Müəzzin «Əllahu-əkbər» deyərək camaatı zöhr namazına dəvət etdi. Hamı sürətlə bir yerə yığıldı. Amma hava o qədər isti idi ki, bəziləri öz əbalarının bir hissəsini ayaqlarının altına, digər hissəsini isə başlarına çəkməyə məcbur olmuşdu.

Zöhr namazı qurtardı. Müsəlmanlar qərara almışdılar ki, dərhal özləri ilə gətirdikləri kiçik xeymələri qurub oraya sığınsınlar. Lakin Peyğəmbər (s) onlara xəbər verib buyurdu ki, yeni bir ilahi xəbəri eşitmək üçün hamı özünü hazırlasın. O xəbər Peyğəmbərin (s) müfəssəl bir xütbəsində bəyan olundu. O Həzrətdən (s) uzaqda olanlar, yaxud onun gözəl simasını camaat arasında görə bilməyənlərin bu sözü eşitməsi üçün dəvələrin palanlarından bir minbər düzəldildi və Peyğəmbər (s) onun üzərinə çıxdı. Əvvəlcə Allaha həmd-səna etdi, özünü Allaha tapşırdı. Sonra camaata xitab edərək buyurdu:

−Mən yaxın zamanlarda Allahın dəvətinə cavab verərək sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz də məsuliyyət daşıyırsınız. Siz mənim barəmdə necə şəhadət verirsiniz?

Hamı bir səslə dedi:

−Biz şəhadət veririk ki, sən risalət vəzifəni lazımınca təbliğ etdin və xeyir işlər gördün, bizim hidayət olunmağımız üçün son dərəcə çalışdın. Allah sənə xeyir versin!

Sonra buyurdu:

−Siz Allahın yeganəliyinə, mənim risalətimə, Qiyamət gününün haqq olmasına və o gündə ölülərin dirildilməsinə şəhadət verirsinizmi?

Hamılıqla dedilər:

−Əlbəttə! Şəhadət veririk.

Sonra dedi:

−Pərvərdigara, Özün şahid ol!

Daha sonra buyurdu:

−Ey insanlar! Mənim səsimi eşidirsinizmi?

Dedilər:

−Bəli.

Bunun ardınca sükut bütün səhranı bürüdü. Küləyin zümzüməsindən başqa bir səs eşidilmirdi. Peyğəmbər (s) buyurdu:

−...İndi baxın görün sizin aranızda əmanət qoyduğum bu iki şeylə necə rəftar edəcəksiniz!

Camaatın arasından bir nəfər dedi:

−Ya Rəsuləllah, bu iki ağır əmanət nədir?

Peyğəmbər (s) dərhal buyurdu: “Siqli-əkbər” olan birincisi Allahın kitabıdır ki, onun bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdədir. Ona sarılmaqdan əl çəkməyin ki, yolunuzu azmayasınız. Mənim qoyduğum ikinci əmanət isə mənim ailəmdir. Lətif və Xəbir olan Allah mənə xəbər vermişdir ki, bu iki əmanət Cənnətdə mənim yanıma gəlib çatana qədər heç vaxt bir-birindən ayrılmayacaqdır. Bu ikisindən qabağa keçməyin, əks halda həlak olarsınız. Ondan geri də qalmayın ki, yenə də həlak olarsınız.

Sonra camaat gördü ki, Peyğəmbər (s) nə isə axtarırmış kimi, öz ətrafına nəzər salır. Gözü Əliyə (ə) sataşdıqda əyildi və onun əlindən tutub qaldırdı. O qədər qaldırdı ki, hər ikisinin qoltuğunun altındakı ağlıq göründü. Camaatın hamısı onu görüb tanıdı və bildilər ki, o İslamın məğlubedilməz sərkərdəsi – Əlidir (ə). Burada Peyğəmbərin (s) səsi daha da aydınlaşdı və daha uca səslə buyurdu:

−Müsəlmanlara, onların özlərindən artıq ixtiyar sahibi olan kimdir?

Dedilər:

−Allah və Onun Peyğəmbəri daha yaxşı bilir!

Peyğəmbər (s) buyurdu:

−Allah mənim mövlam və rəhbərimdir. Mən də möminlərin mövlası və rəhbəriyəm. Onlara, onların özlərindən artıq ixtiyar sahibiyəm (yəni mənim iradəm onların iradələrindən öndədir). Sonra buyurdu: «Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlası və rəhbəridir.»

Bu cümləni üç dəfə təkrar etdi. Bəzi rəvayətlərdə isə dörd dəfə təkrar etdiyi qeyd olunur.

Bunun ardınca üzünü asimana tutub belə dua etdi: «Pərvərdigara! Əlini sevənləri sev. Əli ilə düşmən olanlarla Sən də düşmən ol. Ona kömək edənlərə kömək et, ona kömək etməyi tərk edənləri Öz köməyindən məhrum et. Haqqı həmişə onunla et və onu haqdan ayırma.»

Sonra camaata buyurdu:

−Agah olun! Burada hazır olanların vəzifəsi bu xəbəri burada olmayanlara çatdırmaqdır.

Peyğəmbərin (s) xütbəsi sona çatdı. O həzrətin (s) və camaatın üzündən və başlarından qan-tər axırdı. Oradakıların sıraları pozulmamış Allah bu ayəni Peyğəmbərə (s) nazil etdi: «Bu gün sizin dininizi kamil etdim. Öz nemətimi sizə tamamladım. Sizin üçün bir din olaraq İslamı bəyəndim.» Peyğəmbər (s) buyurdu: −Allah böyükdür, Allah böyükdür! Həmin Allah ki, Öz dinini kamil etdi, nemətini bizə tamamladı. Mənim risalət və nübüvvətimdən, Əlinin məndən sonrakı vilayət və rəhbərliyindən razı oldu.»

Camaat arasında qəribə bir sevinc yaranmışdı. Hər biri gəlib bu ilahi məqama seçilməsi münasibəti ilə Əlini (ə) təbrik edirdi. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr, Ömər və s.-nin adı tarixdə qeyd olunmuşdur. Onlar camaatın arasından çıxıb belə dedilər: «Mübarək olsun, mübarək olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün mömin kişi və qadınların mövla və rəhbəri oldun!»

Bu sünni və şiə alimlərinin kitablarında müfəssəl şəkildə qeyd olunan Qədir-Xum hadisəsinin xülasəsi idi.

İNCƏ MƏTLƏBLƏR

1. Əhli-beytin (ə) rəvayətlərinə istinad edən bütün şiə alimləri, eləcə də sünni təfsirçilərinin bəziləri, o cümlədən, Fəxri Razi, eləcə də «Əl-Mənar» kitabının müəllifi demişlər ki, bu ayə Əli ibn Əbu Talibin (ə) vilayəti ilə əlaqədər olaraq Qədir-Xumda nazil olmuşdur.

2. Ayənin xitab növü və bəyan üslubu onu ondan əvvəlki və sonrakı ayələrdən seçib ayırır. Quranın bütünlüyündə yalnız bu ayədə Peyğəmbər (s), ona verilən xəbəri gizlədəcəyi təqdirdə təhdid olunur və buyurulur ki, əgər bunu deməsə, iyirmi üç illik risalət dövründə çəkdiyi zəhmətlər hədər gedəcək. Deməli, bu mühüm xəbərdarlığın nədən ibarət olduğunu araşdırmaq lazımdır.

3. Bu xəbər əhəmiyyət baxımından risalət və nübüvvət dövründəki bütün xəbərlərlə bərabərdir və o, Əli ibn Əbu Talibin (ə) vilayət, imamət və rəhbərlik məsələsidir ki, bu da Allah tərəfindən təyin olunur. Pərvərdigara, bizi və bizim övladlarımızı Əlinin (ə) və onun məsum övladlarının (ə) ardıcıllarından qərar ver və Qiyamətdə bizi onlarla birlikdə dirilt!

AYƏ 68:

﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ لَسْتُمْ عَلَى شَيْءٍ حَتَّىَ تُقِيمُواْ التَّوْرَاةَ وَالإِنجِيلَ وَمَا أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَيَزِيدَنَّ كَثِيرًا مِّنْهُم مَّا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ طُغْيَانًا وَكُفْرًا فَلاَ تَأْسَ عَلَى الْقَوْمِ الْكَافِرِينَ﴾

TƏRCÜMƏ:

«De: “Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.” Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə

TƏFSİR:

Bütün səmavi kitablara iman gətirmək vacibdir və sadəcə iman iddiası etmək kifayət deyildir. Əməli olan tədbirlər icra etmək lazımdır. Buna görə də dini göstərişlərə əməl etməyənin dini yoxdur.

Ayrı-ayrı insanların şəxsiyyət və dəyərinin meyarı onların dini qayda-qanunlara necə əməl etmələrinə bağlıdır. Bəzilərinin küfr və inadkarlığı hər hansı bir nizama və məktəbə zərər vurmaz, əksinə, onun zərəri məhz şəxsin özünə çatar və Allah dinin himayəçisidir.

Əlbəttə, məlum olduğu kimi, bu ayə təkcə yəhud qövmünə məxsus deyildir, əgər müsəlmanlar da sadəcə İslamı qəbul etmələrini iddia etməklə qənaətlənərək peyğəmbərlərin dini təlimlərinə, xüsusilə öz səmavi kitablarına əməl etməsələr, nə Allah dərgahında, nə fərdi və nə də ictimai həyatlarında heç bir yüksək dəyər və mövqeyə malik olmayacaq, həmişə zəlil olaraq məğlubiyyətə uğrayacaqlar.

AYƏ 69:

﴿ إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالصَّابِؤُونَ وَالنَّصَارَى مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وعَمِلَ صَالِحًا فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar

TƏFSİR:

Bu ayə öz dövrlərində müxtəlif din ardıcıllarının iman və əməlləri ilə əlaqədardır. Yeni din gəldikdən sonra onlar yeni ilahi şəriətə iman gətirməlidirlər. Əks halda, sonrakı peyğəmbərlərin besəti əbəs bir iş olardı. Yəhudilər, məsihilər və başqaları da müsəlmanlar kimi İslama iman gətirib yaxşı əməl yerinə yetirsələr, Qiyamətdə onların heç bir qəm-qüssəsi və qorxusu olmayacaqdır.

Bütün səmavi dinlərdə səadətin meyarı sadəcə iddialar və şüarlar deyil, iman və saleh əməldir. Elə buna görə də iman heç vaxt əməldən ayrı ola bilməz və dünya-axirət əmin-amanlığı da məhz bunların sayəsindədir.

“SABEİN”DEDİKDƏ KİMLƏR NƏZƏRDƏ TUTULUR?

Bəziləri demişlər ki, onlar dinlərini yəhudi və məsihilərdən əxz etmiş bir firqədir. Bəziləri də inanırlar ki, onlar Nuh peyğəmbərə (ə) inanan, ondan sonrakı peyğəmbərləri inkar edən bir dəstədir. Amma imam Rzanın (ə) buyurduğuna əsasən sabeinlər əvvəlcə ulduza pərəstiş edirmişlər. Daha sonra tövbə edərək Allaha və Qiyamət gününə iman gətirib saleh əməl yerinə yetirmişlər.[39]

AYƏ 70:

﴿ لَقَدْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَأَرْسَلْنَا إِلَيْهِمْ رُسُلاً كُلَّمَا جَاءهُمْ رَسُولٌ بِمَا لاَ تَهْوَى أَنْفُسُهُمْ فَرِيقًا كَذَّبُواْ وَفَرِيقًا يَقْتُلُونَ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən, Biz İsrail övladlarından (tovhid və peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq və onlara peyğəmbərlər göndərdik. Nə vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər

TƏFSİR:

Həm «Bəqərə» surəsində, həm də hazırda təfsir etdiyimiz surənin əvvəllərində Allahın Bəni-İsraildən aldığı təkidli əhd-peymanlara işarə olunur. Bu ayədə isə həmin əhd-peyman bir daha xatırladılaraq buyurulur: Biz (nazil etdiyimizə əməl etməklə əlaqədar) Bəni-İsraildən əhd-peyman aldıq, onların hidayət olunması üçün müxtəlif peyğəmbərlər göndərdik ki, bu əhd-peymana vəfadar qalmağı onlardan tələb etsinlər.

Sonra əlavə edilir: Onlar nəinki bu əhd-peymana əməl etmədilər, üstəlik hər vaxt peyğəmbərlər onların istəklərinin, nəfs istəklərinin əleyhinə olan bir hökm gətirsəydi (onunla ən ciddi və şiddətli şəkildə mübarizə aparırdılar), onlardan bir qrupunu təkzib etdilər, digər qrupunun isə təkzib etmək yolu ilə nüfuzlarının qarşısını ala bilmədiklərinə görə qətlə yetirirdilər.

AYƏ 71:

﴿ وَحَسِبُواْ أَلاَّ تَكُونَ فِتْنَةٌ فَعَمُواْ وَصَمُّواْ ثُمَّ تَابَ اللّهُ عَلَيْهِمْ ثُمَّ عَمُواْ وَصَمُّواْ كَثِيرٌ مِّنْهُمْ وَاللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:

«Onlar (onlar üçün) imtahan və əzab olmayacağını güman etdilər. Beləliklə kor və kar oldular. Həmin vaxt Allah onlara nəzər saldı və tövbələrini qəbul etdi. Yenə onların çoxu kor və kar oldular. Allah onların etdiklərini görəndir

TƏFSİR:

Bu ayədə onların saysız-hesabsız tüğyançılıqları və cinayətləri müqabilində yersiz qürurlarına işarə olaraq buyurulur: Bununla belə, onlar güman edirdilər ki, bəla və cəzalar onları tutmayacaqdır.

Başqa ayələrdə də aşkar bəyan olunduğu kimi, yəhudilər özlərini ən yüksək irq, hətta Allahın övladları təsəvvür edirdilər! Bu təhlükəli qürurun, özlərini hamıdan üstün saymağın nəticəsində onların gözlərinə və qulaqlarına pərdə salındı. Çünki «onlar Allahın ayələrini görməkdə kor, haqq kəlmələrini eşitməkdə kar idilər.»

Amma əməllərinin acınacaqlı aqibəti olan ilahi cəzalardan bir neçə nümunəni müşahidə etdikdə peşman olub tövbə etdilər, Allahın təhdidlərinin ciddi olduğunu, özlərinin heç də üstün irq olmadığını anladılar. Allah da onların tövbələrini qəbul etdi.

Lakin bu peşmançılıq çox davam etmədi: yenə də tüğyançılıq və inadkarlıq etməyə, haqq-ədalətin qarşısında müqavimət göstərməyə başladılar, nəticədə günahda qərq olmağın əsərlərindən ibarət olan qəflət pərdələri yenidən onların gözlərinə və qulaqlarına salındı, Allahın ayələrini görməkdə yenə də kor, haqq kəlmələrini eşitməkdə kar oldular və bu halət onların çoxunu tutdu.

AYƏ nin axırında qısa, lakin dolğun mənalı bir cümlədə buyurulur: Allah heç vaxt onların əməllərindən qafil olmamışdır və onların bütün əməllərini görür.

AYƏ 72:



Geri   İrəli
Go to TOP