A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Maidə surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 133
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


﴿وَأَنِ احْكُم بَيْنَهُم بِمَآ أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ وَاحْذَرْهُمْ أَن يَفْتِنُوكَ عَن بَعْضِ مَا أَنزَلَ اللّهُ إِلَيْكَ فَإِن تَوَلَّوْاْ فَاعْلَمْ أَنَّمَا يُرِيدُ اللّهُ أَن يُصِيبَهُم بِبَعْضِ ذُنُوبِهِمْ وَإِنَّ كَثِيرًا مِّنَ النَّاسِ لَفَاسِقُونَ﴾

TƏRCÜMƏ:

«(Sənə vəhy etdik ki,) onların arasında Allahın nazil etdiyinin əsasında hökm et, onların nəfsi istəklərinə tabe olma və onlardan çəkin ki, məbadə səni Allahın sənə nazil etdiyinin bəzisindən döndərələr. Beləliklə əgər onlar (sənin hökm etməyindən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarının cəzası olaraq müsibətə düçar etmək istəyib. Əlbəttə insanların çoxu fasiq və Allahın itaətindən çıxandırlar

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

İbn Abbasdan rəvayət olunur: Yəhudi böyüklərindən bir neçəsi hiylə qurub dedilər: “ Məhəmmədin (s) yanına gedək, bəlkə onu öz dinindən döndərə bildik.” Sonra Peyğəmbərin (s) yanına gəlib dedilər: “Biz yəhudilərin əyan-əşrafı və alimləriyik. Əgər biz sənə tabe olsaq, digər yəhudilər də bizə baxıb sənə tabe olacaqlar. Lakin bizimlə bir dəstə adamın arasında (bir qətl hadisəsi, yaxud başqa şeylə əlaqədar) münaqişə vardır. Əgər bu münaqişədə bizim xeyrimizə mühakimə yürütsən, sənə iman gətirəcəyik.” Peyğəmbər (s) ədalətli olmayan belə bir mühakimədən imtina etdi və sonra bu ayə nazil oldu.

TƏFSİR:

Allah-təala Öz Peyğəmbərinə (s) bir daha təkidlə buyurur ki, kitab əhli arasında Allahın hökmü əsasında mühakimə yürütsün və onların istəklərinə təslim olmasın. Sonra Peyğəmbərə (s) xəbərdarlıq edərək buyurur ki, onlar Allahın nazil etdiyi hökmlərin bəzisində onu yoldan çıxartmaq barədə məkrli hiylə qurmuşlar. Onların barəsində ehtiyatlı olsun. Əgər kitab əhli onun ədalətli mühakiməsi müqabilində təslim olmasalar, bilsin ki, günahları onların amanlarını kəsmiş, tovfiqi onlardan almışdır. Allah da günahlarının bəzilərinə görə onları cəzalandırmaq istəyir.

AYƏ nin axırında buyurulur: Onların batil yolda bu qədər israr etmələrindən əsla nigaran olma. Çünki camaatın çoxu fasiqdir.

AYƏ 50:

﴿ أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ حُكْمًا لِّقَوْمٍ يُوقِنُونَ ﴾

TƏRCÜMƏ:

«Bəs onlar cahiliyyət dövrünün hökmünü istəyirlər?! (Yaradılışın başlanğıc və sonuna) yəqinliyi olanlar üçün kimin hakimliyi Allahın hakimliyindən daha yaxşıdır?!»

TƏFSİR:

Bir qanunu çıxaran şəxs aşağıdakı şərtlərə malik olarsa, o ən yaxşı qanundur:

1. Aləmin və insanın yaradılışının bütün sirlərindən: hazırdakı və gələcəkdəki sirlərindən agah olsun.

2. Şəxsi qazanc məqsədi güdməsin.

3. Onda səhvən, yaxud qəsdən olan heç bir qanun pozuntusu, yaxud sapması olmasın.

4. Heç bir qüdrətdən qorxmasın.

Bu şərtlərin hamısı Allahda mövcuddur. Belə isə, Allahdan yaxşı bir mühakimə yürüdən varmı?

Buna görə də ilahi hökmlərə malik olmaqla bəşər qanunlarının ardınca gedənlər cahiliyyət yolunda qədəm götürürlər.

Allah hökmünün əksinə olan hər bir bəşər qanunu cahiliyyət hökmüdür. Çünki bu qanunlar həvayi-nəfs, həvəs, qorxu, tamah, cəhalət, xəta və xəyalların əsasında qurulmuşdur. Cahiliyyət dövrü də hansısa bir dövrə məxsus deyil. Hər vaxt camaat Allahdan ayrılsa, cahiliyyət dövrünə mübtəla olur. Allah bizim hamımızı azğınçılıqdan qorusun!

AYƏ 51:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْيَهُودَ وَالنَّصَارَى أَوْلِيَاء بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُ مِنْهُمْ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz

TƏFSİR:

Düşmənə nifrət etmək imanın şərtidir. Kafirlərlə, onların istilaçılıqlarını və vilayətini qəbul etmək əsasında rabitə quran İslam dövlətləri kafirlərdən hesab olunur. İnsanın hər bir dəstə, yaxud insanla dostluq etməsi onu həmin dəstədən edir.

Müsəlmanların xarici siyasət və əlaqələrdə kafirlərin istilaçılıq və vilayətinə səbəb olan hər növ tədbiri qadağandır, çünki Qurani-Kərim heç bir qeyd gətirmədən mütləq şəkildə və açıq-aşkar hər növ istilaçılığı, hətta mütəxəssis və ya səyyah adı ilə olsa belə, qadağan etmişdir.

AYƏ də yəhudi və məsihilərin zikr olunması sadəcə olaraq misal qəbilindəndir. Əslində isə heç bir kafirin vilayətini qəbul etmək olmaz. Əlbəttə, digər Quran ayələrindən məlum olur ki, kafirlərin ətdən başqa yeyinti məhsullarından faydalanmaq, yaxud onlarla alver etmək caizdir və bu məsələlərdən heç biri kafirlərin istilaçılığını qəbul etmək mənasına deyil.

AYƏ 52:

﴿فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ فَعَسَى اللّهُ أَن يَأْتِيَ بِالْفَتْحِ أَوْ أَمْرٍ مِّنْ عِندِهِ فَيُصْبِحُواْ عَلَى مَا أَسَرُّواْ فِي أَنْفُسِهِمْ نَادِمِينَ﴾

TƏRCÜMƏ:

«Beləliklə qəlblərində xəstəlik (nifaq və ikiüzlülük xəstəliyi) olan kəslərin onlar(la dostluğ)a tələsmələrini, «bizə pis bir hadisənin üz verməsindən (İslam dövlətinin süquta uğramasından və onların bizə hakim olmalarından) qorxuruq» demələrini görürsən. Ümid var ki, Allah (müsəlmanlar üçün) bir qələbə, yaxud Öz tərəfindən bir iş qarşıya çıxarsın (kafirləri başqa yolla həlak etsin) və onlar qəlblərində gizlətdikləri şeyə görə peşman olsunlar

TƏFSİR:

Bu ayədə qəlbləri xəstə olanların yadlarla qanunsuz əlaqələrinə bəraət qazandırmaq üçün gətirdikləri bəhanələrə işarə edilir. Qəlbən xəstə olanlar israr edirlər ki, kafirləri özlərinə arxalanacaq və həmpeyman seçsinlər. Bu işlərinə bəhanə gətirib deyirlər: «Biz qorxuruq ki, qüdrət onların əlinə düşsün və biz giriftar olaq.»

Quran onların cavabında buyurur: Onlar qüdrətin nə vaxtsa yəhudilərin və məsihilərin əlinə düşəcəyinə ehtimal verirlərsə, bu ehtimalı da verməlidirlər ki, axırda Allah müsəlmanları qalib etsin və qüdrət onların əlinə düşsün. Bu zaman münafiqlər qəlblərində gizlətdiklərindən peşman olsunlar.

AYƏ 53:

﴿ وَيَقُولُ الَّذِينَ آمَنُواْ أَهَـؤُلاء الَّذِينَ أَقْسَمُواْ بِاللّهِ جَهْدَ أَيْمَانِهِمْ إِنَّهُمْ لَمَعَكُمْ حَبِطَتْ أَعْمَالُهُمْ فَأَصْبَحُواْ خَاسِرِينَ ﴾

TƏRCÜMƏ:

«İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman bir-birlərinə) deyərlər: “Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!” (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar.»

TƏFSİR:

Bu ayədə münafiqlərin işinin aqibətinə işarə edilərək buyurulur: Fəth və qələbə həqiqi müsəlmanlara nəsib olan zaman münafiqlərin işi aşkar olar və möminlər təəccüb üzündən «məgər münafiqlər bu qədər iddia edən, son dərəcə təkidlə and içib bizimlə olduğunu deyən həmin şəxslər deyildimi?! Nə üçün onların işi belə nəticələndi? Nə oldu ki, onların bütün yaxşı əməlləri məhv olub aradan getdi? Çünki onların mənşəyi xalis və niyyətləri pak deyildi. Həmin səbəbə görə də həm bu dünyada, həm də axirətdə ziyana uğradılar.

AYƏ 54:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ وَلاَ يَخَافُونَ لَوْمَةَ لآئِمٍ ذَلِكَ فَضْلُ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət baxımından) geniş və biləndir

TƏFSİR:

Münafiqlərin barəsində söhbət aparıldıqdan sonra Quranın uzaqgörənliyinə əsasən sonralar bu müqəddəs dindən üz çevirəcək mürtədlər barəsində söhbət açılır və ümumi bir qanun şəklində bütün müsəlmanlara xitabən buyurulur: Əgər sizdən müəyyən şəxslər öz dinindən çıxsalar, Allaha, Onun dininə, müsəlman cəmiyyətinə və onun sürətli inkişafına heç bir zərər çatdıra bilməzlər. Çünki Allah gələcəkdə Onun dinini himayə edən bir cəmiyyət əmələ gətirəcəkdir.

Sonra bu böyük risaləti yerinə yetirəcək şəxslərin xüsusiyyətləri belə şərh edilir:

1. Onlar Allaha eşq bəsləyir, Onun razılığından başqa bir şey fikrləşmirlər. Allah onları, onlar da Allahı sevirlər.

2. Möminlərin qarşısında təvazökar və mehriban, düşmənlərin və zalımların qarşısında isə tam ciddi şəkildə və qüdrətlidirlər.

3. Allah yolunda cihad etmək onların müntəzəm proqramlarıdır.

4. Onlar üçün qeyd edilən sonuncu imtiyaz budur ki, Allahın əmr və fərmanlarını yerinə yetirmək və haqqı müdafiə etmək yolunda tənə vuranların tənəsindən və dil yarasından əsla qorxmurlar.

AYƏ nin axırında buyurulur: Bu imtiyazları əldə etmək üçün insanın səy eləməsindən əlavə, Allahın mərhəməti də lazımdır ki, onu ləyaqəti olan hər bir bəndəsinə bəxş edir. Allahın fəzl, mərhəmət və kərəmi genişdir və O buna layiq olanlardan agahdır.

AYƏ 55:

﴿ إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər – namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır)

TƏFSİR:

Bu ayənin nazilolma səbəbi (şəni-nüzulu) ilə əlaqədar qeyd olunur ki, bir dilənçi Peyğəmbər (s) məscidinə daxil oldu və camaatdan kömək istədi. Amma ona heç nə vermədilər. Əli (ə) namaz halında ona işarə etdi. Dilənçi gəlib rüku halında onun üzüyünü çıxartdı. Bu ehsanı əzəmətlə yad etmək üçün bu ayə nazil oldu.

Bu hadisəni səhabələrdən çoxu, o cümlədən İbn Abbas, Əmmar, Cabir İbn Əbdüllah, Əbuzər, Ənəs ibn Malik, Bilal və başqaları nəql etmişlər. Bu ayənin şəni-nüzulu barəsində sünni və şiələr müvafiqdirlər.[35]

Peyğəmbəri-Əkrəm (s) Qədir-Xumda Həzrət Əlinin (ə) məqamını bəyan etmək üçün bu ayəni oxudu. («Təfsiri-Safi»). Əli (ə) da özünün İslam ümmətinə rəhbərliyə hamıdan artıq haqlı olmasını isbat etmək üçün dəfələrlə bu ayəni oxumuşdu. («Əl-mizan») Əbuzər özü bu hadisənin şahidi olmuş, Məscidül-Həramda camaat üçün bu hadisəni qeyd etmişdir («Məcməul-bəyan» təfsiri). Sünni və şiələrin mötəbər təfsirlərində də (ayədəki) «vəli» kəlməsi dost və köməkçi mənasında deyildir. Çünki dostluq və köməklik təkcə rüku halında infaq edənlərə yox, bütün müsəlmanlara aiddir. Rəvayətlərə əsasən məqsəd Əli ibn Əbutalibdir və «amənu» kəlməsinin cəm formasında gəlməsi «Mübahilə» ayəsində də olduğu kimi, onun əhəmiyyətini çatdırır.

Bunu da qeyd edək ki, bir çox alim və müfəssirlər demişlər ki, yuxarıdakı ayədəki vilayət (vəli kəlməsinin köküdür) xüsusilə, bu vilayətin Peyğəmbərin (s) və Allahın vilayəti ilə bir cərgədə qərar tutduğuna və hər üçü bir cümlə ilə bəyan olunduğuna görə insanın maddi və mənəvi rəhbərliyi, sərpərəstliyi və təsərrüfü mənasında olan vilayətdir.

Beləliklə, bu ayə İmam Əlinin (ə) vilayətinə dəlalət edən aşkar Quran hökmüdür.

İNCƏ MƏTLƏBLƏR

1. İslam həm vilayət, həm bəraət, həm cazibə və həm də dafiə dinidir. Əvvəlki ayələrdə yəhudilərin və məsihilərin vəli və rəhbər qərar verilməsi qadağan olunur. Burada isə buyurulur ki, yalnız Allahı, Peyğəmbəri (s) və Əlini (ə) özünüzə vəli və ixtiyar sahibi seçin.

2. Allahın, Peyğəmbərin (s) və Əlinin (ə) vilayətinin məfhumu eynidir. Çünki bu üçü tək halda olan «vəliyyukum» kəlməsi ilə buyurulur. Əks halda «əvliyaukum» deyə buyurulardı.

3. Adətən namaz və zəkat yanaşı və ardıcıl şəkildə zikr olunur. Lakin bu ayədə onlar bir-biri ilə qarışmışdır (rüku halında zəkat vermək).

4. Namaz və zəkat əhli olmayanların camaata rəhbərlik və vilayət haqqı yoxdur.

5. Məhrumlara, fəqir-füqəraya kömək etmək üçün hətta namaz belə, maneə deyildir; fəqir şəxs müsəlmanların içindən əliboş qayıtmamalıdır.

6. Allah xatirinə Allahın məxluqatına diqqət yetirmək (rüku halında zəkat vermək) ixlasa zərər çatdırmır. Allahı nəzərdə tutmadan yalnız məxluqata diqqət yetirmək marksizmdir. Məxluqatı nəzərə almadan yalnız Allaha nəzər yetirmək rahiblikdir. Amma Allaha doğru olan yolda məxluqata diqqət yetirmək İslamın tutduğu yoldur.

7. Fəqirlərin ah-fəğanına, naləsinə laqeyd yanaşanlar sizin rəhbər və vəliniz olmamalıdır.

8. İnfaq kimi cüzi işlər namazı batil etmir.

9. Quran müstəhəb sədəqəyə və üzüyə belə zəkat demişdir.

10. Müsəlmanların üzərində rəhbərlik və vilayət haqqı ilk növbədə Allaha, ondan sonra Peyğəmbərə (s), daha sonra imama, ondan sonra isə vəliyyi-fəqihə məxsusdur.

11. Ən gözəl təqdimetmə üslubu budur ki, bir kəsin adı çəkilmədən vəsfləri və xüsusiyyətləri deyilsin, dinləyicilərdə onun xaricdəki nümunələrini tapsınlar (bu ayədə Əlinin (ə) adı çəkilmədən onun sifətləri və işləri sadalanmışdır).

AYƏ 56:

﴿ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ ﴾

TƏRCÜMƏ:

«Kim Allahı, Onun peyğəmbərini və iman gətirənləri (öz) sahib və başçı(sı) kimi qəbul etsə (Allahın firqəsindəndir və) şübhəsiz, Allah firqəsi qalibdir

TƏFSİR:

Bu ayə əvvəlki ayənin məzmununu təkmilləşdirir və onun izlədiyi hədəfə təkid edərək müsəlmanlara bildirir ki, əvvəlki ayədə Allahın, Peyğəmbərin (s) və imanlı şəxslərin rəhbərliyini qəbul edənlər mütləq qalib olacaqlar. Çünki onlar Allahın dəstəsindəndir və qalib gələnlər də məhz Allahın dəstəsidir.

Əvvəlki ayədə qeyd olunan vilayətin mənasına dair bu ayədə digər bir şahid də mövcuddur. Çünki «hizbullah», «onun qələbəsi» kimi təbirlər sadə və adi bir dostluq mənasına deyil, İslam hökuməti ilə əlaqədardır. Bu da göstərir ki, həmin ayədəki vilayət müsəlmanların və İslamın rəhbəri, hökumət başçısı mənasınadır. Çünki «hizb» kəlməsinin mənasında müştərək hədəflərin təmin olunması üçün həmrəylik və təşəkkül mənası vardır.

AYƏ 57:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الَّذِينَ اتَّخَذُواْ دِينَكُمْ هُزُوًا وَلَعِبًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَالْكُفَّارَ أَوْلِيَاء وَاتَّقُواْ اللّهَ إِن كُنتُم مُّؤْمِنِينَ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə Allahdan qorxun

TƏFSİR:

Allahın dininə, dinin müqəddəs əqidələrinə istehza ilə yanaşaraq onları təhqir edənlərin dünyadakı cəzaları onlarla hər növ rabitənin kəsilməsidir. Çünki dinin istehza olunması kafirlərin işidir və imanın da şərti dini qeyrətə malik olub nalayiq insanlara ikrah hissi ilə yanaşmaqdır (nifrət hissi keçirməkdir).

Siz möminlər dini istehza edən kafirlərlə əlaqələri kəsməkdən heç vaxt qorxmayın, əgər imanınız varsa, yalnız Allahdan qorxun.

AYƏ 58:

﴿ وَإِذَا نَادَيْتُمْ إِلَى الصَّلاَةِ اتَّخَذُوهَا هُزُوًا وَلَعِبًا ذَلِكَ بِأَنَّهُمْ قَوْمٌ لاَّ يَعْقِلُونَ ﴾

TƏRCÜMƏ:

«(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

Əvvəlki ayənin davamında nazil olan bu ayənin şəni-nüzulu barəsində qeyd olunur ki, yəhudilərdən bir çoxu və məsihilərdən bir neçəsi azançının səsini eşidərkən müsəlmanların namaza dayandıqlarını görüb istehza etməyə başlayırdılar. Quran müsəlmanları bu kimi şəxslərlə dostluq əlaqələri bərqərar etməkdən çəkindirir.

TƏFSİR:

Keçən ayədə münafiqlərlə, İslam hökmlərini istehza edən bəzi kitab əhli ilə dostluq bərqərar edilməsinin qadağan olunması barədə olan bəhslərin ardınca, bu ayədə şahid ünvanı ilə onların əməllərindən birinə işarə olunur və buyurulur ki, siz azan deyib müsəlmanları namaza dəvət edərkən onlar azanı istehza edib oyun-oyuncağa çevirirlər.

Bilmək lazımdır ki, namaz dinin siması olduğuna görə namazın istehza olunması dinin simasının istehza olunmasıdır. Buna görə də namaz üçün nida olunmalıdır ki, hamı bir yerə toplansın və namaz sözün tam mənasında açıq-aşkar bərqərar olunsun. İslam cəmiyyətində namaz üçün ucadan fəryad edilməli, hər yerdə təbliğ olunmalı və heç kəs bu işə mane olmamalıdır.

AYƏ nin sonunda tam aydınlaşır ki, aqil insanların tutduğu yol məntiqi davranış, ağılsız insanların tutduqları yol isə istehzadır.

AYƏ 59:

﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ هَلْ تَنقِمُونَ مِنَّا إِلاَّ أَنْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْنَا وَمَا أُنزِلَ مِن قَبْلُ وَأَنَّ أَكْثَرَكُمْ فَاسِقُونَ ﴾

TƏRCÜMƏ:

«De: “Ey kitab əhli, məgər bizdən yalnız Allaha, (Onun tərəfindən) bizə nazil olana və bizdən öncə (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirməyimizi, sizin çoxunuzun isə itaətsiz olmağınızı eyb tut(m)ursunuz?!” (Bu ayə bu sözə oxşayır ki: “Mənə mənim yalnız varlı, sənin isə yoxsul olmağını, yaxud mənim alim, sənin isə nadan olmağını eyb tutursan.”)»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

Bu ayə və ondan sonrakı ayənin nazil olması barədə İbn Abbasdan belə nəql olunur ki, bir qrup yəhudi Peyğəmbərin (s) hüzuruna gəlib öz əqidəsini onlar üçün bəyan etməsini istədi.

Peyğəmbər (s) buyurdu: “Mən böyük və yeganə Allaha iman gətirmişəm. İbrahimə, İsmailə, İshaqa, Yəquba, Musaya, İsaya və bütün ilahi peyğəmbərlərə nazil olmuşları haqq bilirəm. Onların arasında heç bir fərq qoymuram.”

Onlar dedilər: “Biz İsanı tanımır və onu peyğəmbər kimi qəbul etmirik.” Sonra əlavə etdilər: “Biz sizin dininizdən pis bir din tanımırıq!”

Bu ayə nazil olaraq onlara cavab verdi.[36]

TƏFSİR:

Bu ayədə Allah-təala Peyğəmbəri-Əkrəmə (s) göstəriş verir ki, kitab əhlindən belə soruşsun: «Deyin görək, bizdən hansı bir pis və yaramaz iş baş vermişdir ki, bizə irad tutub tənqid edirsiniz? Səbəbi bundan başqa şeydirmi ki, biz yalnız yeganə olan Allaha iman gətirmişik, bizə və bizdən qabaqkı peyğəmbərlərə nazil olmuşların müqabilində təslimik?! Ayənin axırında həqiqətdə əvvəlki cümləni bəyan edən bir cümlə də buyurulur: Sizin xalis tövhidi, bütün səmavi kitabların qarşısında sözsüz təslim olmağı bizə irad tutmağınızın səbəbi budur ki, sizin əksəriyyətiniz fasiq və günaha aludə olanlarsınız. Sizin özünüz aludə və azğın olduğunuza görə müəyyən şəxslər pak və haqq yolda olsalar, bu sizin nəzərinizdə eyibli bir işdir.

Qeydlər:

1. Haqqın inkar edilməsi və haqq ardıcıllarına əzab-əziyyət verilməsi fasiqlikdir.

2. Düşmənin ciddi müqavimətləri qarşısında ədalət və insafı əldən vermək olmaz; hamını eyni səviyyədə fasiq hesab etməyin.

AYƏ 60:

﴿قُلْ هَلْ أُنَبِّئُكُم بِشَرٍّ مِّن ذَلِكَ مَثُوبَةً عِندَ اللّهِ مَن لَّعَنَهُ اللّهُ وَغَضِبَ عَلَيْهِ وَجَعَلَ مِنْهُمُ الْقِرَدَةَ وَالْخَنَازِيرَ وَعَبَدَ الطَّاغُوتَ أُوْلَـئِكَ شَرٌّ مَّكَاناً وَأَضَلُّ عَن سَوَاء السَّبِيلِ﴾

TƏRCÜMƏ:

«De: “Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox azanlar!”»

TƏFSİR:

Bu ayədə kitab əhlinin vəziyyəti - onların yaramaz əməlləri, təhrif olunmuş əqidələri və onların məruz qalacaqları cəzalar, həqiqi möminlər və müsəlmanların vəziyyəti ilə müqayisə olunur ki, bu iki dəstədən hansı birinin məzəmmət və tənqidə layiq olduğu məlum olsun. Bu da təəssübkeş və inadkar şəxslərin öz işlərinə diqqət yetirilməsi üçün istifadə edilən bir yoldur. Bu müqayisədə belə deyilir: Ey Peyğəmbər! Onlara de, möminlərin yeganə Allaha və səmavi kitablara iman gətirmək işi məzəmmətə layiqdir, yoxsa əməllərinin mükafatı Allah dərgahında hər şeydən pis olanların yaramaz əməlləri?![37]

Daha sonra bu mətləbi bir qədər ətraflı şəkildə bəyan edərək buyurur: Öz yaramaz əməllərinin nəticəsində Allahın lənətinə gələn, Onun qəzəbinə düçar olan, nəticədə meymun və donuz surətinə salınan, həmçinin tağuta və bütə pərəstiş edənlərin dünyadakı yerləri, eləcə də Qiyamətdəki məqamları ən pis məqam olacaqdır və onlar düz yoldan ən çox azanlardır.

AYƏ 61:

﴿ وَإِذَا جَآؤُوكُمْ قَالُوَاْ آمَنَّا وَقَد دَّخَلُواْ بِالْكُفْرِ وَهُمْ قَدْ خَرَجُواْ بِهِ وَاللّهُ أَعْلَمُ بِمَا كَانُواْ يَكْتُمُونَ ﴾

TƏRCÜMƏ:

«Onlar sizin yanınıza gələndə “iman gətirdik” deyərlər, halbuki, şübhəsiz (sizin hüzurunuza) küfr əqidəsi ilə gəlib və (elə) həmin əqidə ilə də xaric olublar! Allah onların həmişə gizlətdiklərini daha yaxşı bilir

TƏFSİR:

Bu ayədə kitab əhlindən olan münafiqlər barədə bəhs təkmilləşdirilir, onların cəmiyyətdəki riyakarlıqları və batini ikiüzlülükləri ifşa edilir və müsəlmanlara belə bildirilir: Onlar sizin yanınıza gəldiyi zaman «iman gətirmişik» – deyirlər, halbuki, qəlbləri küfrlə dolu olan halda sizin yanınıza gəlir, həmin halda da sizin yanınızdan çıxıb gedirlər. Sizin məntiqli sözləriniz, kəsərli dəlil və sübutlarınız onların qəlblərinə azacıq belə təsir etmir.

AYƏ nin axırında onlara xəbərdarlıq edilir və buyurulur: Onlar öz işlərini nə qədər gizlətsələr, ört-basdır etsələr də, Allah onların gizlətdikləri şeylərdən xəbərdardır.

AYƏ 62:

﴿ وَتَرَى كَثِيرًا مِّنْهُمْ يُسَارِعُونَ فِي الإِثْمِ وَالْعُدْوَانِ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:

«Onların çoxunun günah etmək, (başqalarının hüququna) təcavüzkarlıq və haram yeməkdə tələsdiklərini görürsən. Onların həmişə etdikləri çox pisdir!»

TƏFSİR:

Keçən ayədə onların küfrlə dolu ruhiyyələrindən söhbət getdiyi halda, burada onların əxlaqi, ictimai və iqtisadi fəsadları, eybəcərlikləri bəyan edilir, münafiqlik və ikiüzlülük kimi sifətlərinin digər nişanələri xatırladılır. O cümlədən buyurulur ki, onların çoxu sanki iftixarlı bir hədəfə doğru irəliləyirmişlər kimi, günah, zülm və haram mal yemək yolunda bir-birini qabaqlayır və həya etmədən bir-birindən qabağa keçməyə can atırlar.

Buna əsasən, küfr və nifaq əsasında qurulan bir cəmiyyətin siması fəsad işlərdə yarışmaq, iman və düzlük əsasında qurulan İslami cəmiyyətin siması isə xeyir işlərdə bir-birindən qabağa keçməkdir.

Həmçinin, münafiqlərin əsl hədəfləri şəhvət, sərvət, qüdrət, sələmçilik, rüşvətxorluq, düşmənçilik və günah icad etmək və bundan da pisi, aşkarda günah edərək mənəvi aludəlik bataqlığında qərq olmaqdır.

AYƏ nin axırında onların əməllərinin nə qədər çirkin olmasını təkid etmək üçün buyurulur: Onların gördükləri işlər necə də çirkindir və onlar bu işləri davam etdirirlər.[38]

AYƏ 63:

﴿ لَوْلاَ يَنْهَاهُمُ الرَّبَّانِيُّونَ وَالأَحْبَارُ عَن قَوْلِهِمُ الإِثْمَ وَأَكْلِهِمُ السُّحْتَ لَبِئْسَ مَا كَانُواْ يَصْنَعُونَ ﴾

TƏRCÜMƏ:

«Nə üçün (yəhudi və xaçpərəstlərin) ilahi alimlər(i) və dini bilik sahibləri onları günah danışıqdan və haram yeməkdən çəkindirmirlər?! Onların həmişə etdikləri çox pisdir!»

TƏFSİR:



Geri   İrəli
Go to TOP