A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Maidə surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 133
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Dağın öz yerindən qoparaq başlarının üstündə qərar tutması, 40 il sərgərdançılıq, məsx olunaraq heyvan (donuz və meymun) sifətinə düşmək, əbədi zillətə düçar olmaq və s. onların Allah tərəfindən cəzalandırılması nümunəsidir.

AYƏ 19:

﴿يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَى فَتْرَةٍ مِّنَ الرُّسُلِ أَن تَقُولُواْ مَا جَاءنَا مِن بَشِيرٍ وَلاَ نَذِيرٍ فَقَدْ جَاءكُم بَشِيرٌ وَنَذِيرٌ وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

TƏRCÜMƏ:

«Ey kitab əhli, həqiqətən (Qiyamət günü) «bizə heç bir müjdə verən və qorxudan gəlmədi» deməməyiniz üçün Bizim peyğəmbərimiz sizin yanınıza gəldi ki, o, peyğəmbərlər silsiləsinin arası kəsildiyi dövrdə (İsa ilə Muhəmmədin – səlləllahu əleyhi və alihi və səlləm – peyğəmbərlik dövrləri arasındakı zaman fasiləsində dini maarifi) sizə bəyan edir. Deməli doğrudan da sizə müjdə verən və qorxudan gəldi. Allah hər şeyə qadirdir

TƏFSİR:

Həzrət Məsih (ə) ilə Həzrət Məhəmmədin (s) arasında təqribən 600 illik zaman fasiləsi vardır. Peyğəmbərlərin göndərilmədiyi dövrlərdə yer üzü Allahın höccətindən boş qalmır. Çünki peyğəmbərlərin vəsiləri ayrı-ayrı dövrlərdə mövcud olmuşdu. Həzrət Əlinin (ə) təbiri ilə desək, «Yer üzü heç vaxt Allahın höccətindən boş qalmır; istər (fiziki) qüdrəti olsun, istərsə də olmasın. Çünki Allahın yolu, bu yolu getmək istəyənlər üçün məxfi qalmamalıdır.»[17] Deməli müəyyən bir zaman ərzində peyğəmbər göndərilməməsi camaatın özbaşına buraxılması mənasına deyildir.

Bunu da qeyd edək ki, peyğəmbərlərin göndərildiyi dövr arasında qısa və ya uzun müddətli fasilənin olması ilahi tərbiyə sistemində faydalı proqramlardan biridir.[18]

AYƏ 20:

﴿ وَإِذْ قَالَ مُوسَى لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنبِيَاء وَجَعَلَكُم مُّلُوكًا وَآتَاكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّن الْعَالَمِينَ ﴾

TƏRCÜMƏ:

«Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi və sizi (insanlara) padşahlar etdiyi və sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın

TƏFSİR:

Nemətlərin xatırladılması Allaha eşq, şükr və bəndəlik (Onun əmr və fərmanlarına qeydsiz-şərtsiz itaətetmə) amilidir. Nemətlərin də ən böyüyü nübüvvət, hökumət, qüdrət və azadlıqdır.[19]

İnsanları haqq yola dəvət edərkən onların insani atifə və duyğularından da istifadə etmək lazımdır. Məhz buna görə də onları müəyyən bir şeyə dəvət etməzdən əvvəl ilahi mərhəmətləri yad edərək onları bu iş üçün hazırlayın.

Peyğəmbərlərin vəzifələrindən biri kimi ilahi nemətlərin insanlara xatırladılmasını qeyd etmək olar. Bununla yanaşı, tarixdən ibrət almalıyıq; Musanın qövmü Allahın xüsusi nemətlərindən bəhrələndikdən və hökumətə çatdıqdan sonra Allahın hökmü ilə müxalifətçilik etdiklərinə görə əbədi zillət və xarlığa düçar oldu.

AYƏ 21:

﴿ يَا قَوْمِ ادْخُلُوا الأَرْضَ المُقَدَّسَةَ الَّتِي كَتَبَ اللّهُ لَكُمْ وَلاَ تَرْتَدُّوا عَلَى أَدْبَارِكُمْ فَتَنقَلِبُوا خَاسِرِينَ ﴾

TƏRCÜMƏ:

«Ey mənim qövmüm, Allahın sizin üçün yazdığı və qərara aldığı bu müqəddəs torpağa (Beytül-Müqəddəsə) daxil olun, geriyə dönməyin və arxaya çəkilməyin ki, (əks təqdirdə) ziyana uğrayarsınız

TƏFSİR:

AYƏ də Bəni-İsrailin müqəddəs diyara daxil olmaları belə bəyan edilir: Musa (ə) öz qövmünə dedi: «Allahın sizin üçün qərar verdiyi müqəddəs diyara daxil olun və oraya daxil olmaq üçün çətinliklərdən qorxmayın, sinə gərib fədakarlıq göstərin, əgər bu fərmana arxa çevirsəniz, ziyankar olarsınız.»

«Müqəddəs yer» ya bütün Şam əyalətidir (Suriya, İordaniya, Fələstin və sair), ya da təkcə Beytül-Müqəddəsdir.

AYƏ 22:

﴿ قَالُوا يَا مُوسَى إِنَّ فِيهَا قَوْمًا جَبَّارِينَ وَإِنَّا لَن نَّدْخُلَهَا حَتَّىَ يَخْرُجُواْ مِنْهَا فَإِن يَخْرُجُواْ مِنْهَا فَإِنَّا دَاخِلُونَ ﴾

TƏRCÜMƏ:

«Dedilər: “Ey Musa, həqiqətən orada qüdrətli və zalım bir dəstə var və onlar oradan çıxmayınca biz əsla ora daxil olmayacağıq. Amma əgər onlar ordan çıxsalar biz mütləq daxil olacağıq.”»

TƏFSİR:

AYƏ dəki «cabbar» sözü cəbr kökündən alınıb və bir şeyin zorla, təzyiqlə islah olunmasına deyilir.

Sonra aşağıdakı iki mənadan hər birində təklikdə işlədilmişdir:[20]

1. Bərpa etmək;

2. Qəhr etmək və qələbə çalmaq.

Allah barəsində hər iki mənada işlənir.

Cabbar qövmü Sami irqindən olan Əmaliqə tayfasıdır. Onlar Ərəbistanın şimal tərəfində yerləşən Sina səhrasında yaşayırdılar və Misirə hücum edərək 500 il hökmranlıq etmişlər.[21]

Qeyd edək ki, hər hansı bir yerdə ləyaqətsiz insanların olması ləyaqətli şəxslərin kənara çəkilməsinə səbəb ola bilməz. Düşməni onların özləri çıxana qədər gözləmək olmaz. Onları zorla çıxartmaq lazımdır.

İslamda rahatlıq axtarmaq, tənbəllik qadağandır. Düşməni çölə çıxartmaq üçün tədbir görmək və Allahdan yardım diləmək lazımdır.

AYƏ 23:

﴿ قَالَ رَجُلاَنِ مِنَ الَّذِينَ يَخَافُونَ أَنْعَمَ اللّهُ عَلَيْهِمَا ادْخُلُواْ عَلَيْهِمُ الْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَالِبُونَ وَعَلَى اللّهِ فَتَوَكَّلُواْ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:

«(Allahdan) qorxanlardan olan və Allahın (iman və şücaət) nemət(i) verdiyi şəxslərdən iki kişi dedi: “Bu qapıdan (şəhərin darvazasından) onlara hücum edin və elə ki, oraya daxil oldunuz, mütləq siz qalibsiniz.Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin.”»

TƏFSİR:

Təfsirlərdə qeyd olunur ki, o iki nəfər Bəni-İsrailin on iki nəqibindən olan Yuşe ibn Nun və Kalib ibn Yuhənna idi ki, adları Tövratın “təsniyə sifri”ndə qeyd olunmuşdur.

Allahdan qorxub təqvalı olmaq ilahi nemətlərin və mərhəmətin nazil olmasına şərait yaradır. Hər kəs Allahdan qorxsa, başqa qüdrətlərdən qorxmaz və yalnız Allaha təvəkkül edər.

AYƏ 24:

﴿ قَالُواْ يَا مُوسَى إِنَّا لَن نَّدْخُلَهَا أَبَدًا مَّا دَامُواْ فِيهَا فَاذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَاتِلا إِنَّا هَاهُنَا قَاعِدُونَ ﴾

TƏRCÜMƏ:

«Dedilər: “Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq.”»

TƏFSİR:

Həm Beytül-Müqəddəs, həm də Məkkə müqəddəs diyardır. Amma Musanın (ə) öz qövmünə buyurduğu «o diyara daxil olub düşmənlə vuruşun» sözündən sonra bəhanə gətirərək onun fərmanına qarşı itaətsizlik etdilər. Amma müsəlmanlar 6-cı hicri ilində ümrə qəsdi ilə Peyğəmbərlə (s) birlikdə Məkkəyə yaxınlaşdıqları zaman o Həzrət (s) mane olmasaydı, onlar şəhərə hücum edəcəkdilər. (Bu səfərdə Hüdeybiyyə sülhü bağlandı.)

Bəli, hər iki tayfa müqəddəs şəhərin darvazasına yaxınlaşmışdılar. Lakin onlardan biri çox qorxaq, digəri isə həddindən artıq şücaətli idi.

Bəni-İsraildən olanlar ədəbsizlik, bəhanəçilik, zəiflik, rifahtələblik və firavançılıqda «nümunə» idilər.

AYƏ 25:

﴿ قَالَ رَبِّ إِنِّي لا أَمْلِكُ إِلاَّ نَفْسِي وَأَخِي فَافْرُقْ بَيْنَنَا وَبَيْنَ الْقَوْمِ الْفَاسِقِينَ ﴾

TƏRCÜMƏ:

«(Musa) dedi: “Ey Rəbbim, (boynuma qoyduğun vəzifənin çatdırılması və cihada dəvət etmək barəsində) mənim özümdən və qardaşımdan başqa heç kəsə gücüm çatmır (və tayfadan yalnız az bir hissəsi mənim tabeçiliyimdədir). Odur ki, bizimlə bu itaətsiz dəstə arasında ayrılıq sal.”»

TƏFSİR:

Bu ayədə oxuyuruq ki, Musa (ə) bu qövmdən tam mənada məyus olub dua etdi və onlardan ayrılmaq istədiyini bu təbirlə dedi: Pərvərdigara! Mən yalnız özümün və qardaşımın ixtiyar sahibiyəm. Pərvərdigara! Bizimlə bu fasiq və üsyankar camaatın arasında fasilə sal ki, öz əməllərinin nəticəsini görüb islah olunsunlar.

Əlbəttə, Bəni-İsrail tayfasının etdiyi iş – öz peyğəmbərlərinin fərmanlarını rədd etmək küfrə çox yaxın idi. Onlara fasiq ləqəbi verilməsinin səbəbi də bu sözün daha geniş mənası olub Allaha bəndəlik, hüdudlarından xaric olmağın hər növünə aid edilməsidir.

AYƏ 26:

﴿ قَالَ فَإِنَّهَا مُحَرَّمَةٌ عَلَيْهِمْ أَرْبَعِينَ سَنَةً يَتِيهُونَ فِي الأَرْضِ فَلاَ تَأْسَ عَلَى الْقَوْمِ الْفَاسِقِينَ ﴾

TƏRCÜMƏ:

«(Allah) dedi: “Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma”.»

TƏFSİR:

«Yətihunə» kəlməsi «tə-yə-hə» kökündən alınıb sərgərdançılıq mənasını ifadə edir. Lakin zamanın keçməsi ilə Sina səhrasına, yəni o qövmün sərgərdan qaldığı yerə «təyəhə» deyilmişdir. Belə ki, onlar 40 il ərzində bütün maddi-mənəvi nemətlərdən və yerin bərəkətlərindən məhrum olaraq həmin məntəqədə yaşadılar.

Bəni-İsrail qövmünün ilahi əmrlərdən boyun qaçırması, eləcə də Allahın qəzəbinə düçar olması və Tiyhədə sərgərdan qalması Tövratın Edad sifrinin 4-cü fəslində qeyd olunmuşdur.

İmam Baqirdən (ə) nəql olunan rəvayətlərə əsasən, onlar 40 il sərgərdançılıqdan, Musa (ə) və Harunu (ə) əldən verdikdən sonra yenidən hərbi hücumla məntəqəyə daxil oldular. Onların rifahda, eyş-işrətdə yaşamağa meylləri sərgərdançılıqdan başqa bir nəticə vermədi.

İmam Baqir (ə) yenə buyurur: «Bəni-İsrailin başına gələn hadisələrin oxşarı müsəlmanların da başına gələcəkdir.»

İNCƏ MƏTLƏBLƏR

1. Özündən zəiflik, zəlillik göstərməyin, Allahın əmr və fərmanlarından imtina edib müharibədən qaçmağın cəzası məhrumiyyət və sərgərdançılıqdan ibarətdir.[22]

2. Sərgərdançılıq fasiqlər üçün bir növ əzab, nur və furqana malik olmaq isə təqvalılar üçün bir hədiyyədir.

AYƏ 27-28:

﴿وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِن أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الآخَرِ قَالَ لَأَقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللّهُ مِنَ الْمُتَّقِين. لَئِن بَسَطتَ إِلَيَّ يَدَكَ لِتَقْتُلَنِي مَا أَنَاْ بِبَاسِطٍ يَدِيَ إِلَيْكَ لَأَقْتُلَكَ إِنِّي أَخَافُ اللّهَ رَبَّ الْعَالَمِينَ َ﴾

TƏRCÜMƏ:

27. «Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: “Səni mütləq öldürəcəyəm.” (Habil) dedi: “Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir.”»

28. «Əlbəttə, əgər sən məni öldürmək üçün əlini mənə uzatsan (da), mən (özümü müdafiə etsəm) səni öldürmək üçün sənə əl uzadan deyiləm. Həqiqətən mən aləmlərin Rəbbi olan Allahdan qorxuram.»

TƏFSİR:

Həsədçi adamla qarşılaşarkən çox təmkinlə danışmaq, danışıqda yumşaqlıq və mülayim rəftarla həsəd odunu söndürmək lazımdır. Nəhy əz münkərin yollarından biri də günahkarlara, təcavüz edilməyəcəyinə dair xatircəmlik verməkdir.

Habil qardaşını öldürmək fikrində deyildi. Amma özünü müdafiə etməkdən də çəkinmirdi (çünki qatilə təslim olmaq təqva ilə uyğun deyildir).

Bunu da qeyd edək ki, dəyərli sayılan iş kimisə bacarıqsızlıq və zəifliyə görə deyil, Allahdan qorxu əsasında öldürməməkdir. Ümumiyyətlə, təqva və Allahdan qorxmaq insanı ən həssas anlarda günahdan saxlayan, təcavüzün qarşısını alan bir amildir.

AYƏ 29-30:

﴿ إِنِّي أُرِيدُ أَن تَبُوءَ بِإِثْمِي وَإِثْمِكَ فَتَكُونَ مِنْ أَصْحَابِ النَّارِ وَذَلِكَ جَزَاء الظَّالِمِينَ. فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ ﴾

TƏRCÜMƏ:

29. «Mən istəyirəm (əvvəl başlamayım) ki, sən (məni öldürmək günahı və) mənim (digər) günah(lar)ımla və öz günahlarınla (Allah dərgahına) qayıdasan və Cəhənnəm əhlindən olasan. Budur zalımların cəzası!»

30. «Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu

TƏFSİR:

Habil başqasının günah yükünü öz üzərinə çəkmək istəmirdi. Buna görə də qardaşını öldürüb qan axıtmaq istəmədi. Bundan əlavə öz günah yükünü də qatilin üzərinə qoydu. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: «Hər kəs bir mömini qəsdən öldürsə, Allah qətlə yetirilənin bütün günahlarını qatilin hesabına yazar və öldürüləni günahlardan paklayar.»

Əlbəttə, ayənin mənası bizim günahlarımızı öz üzərinə çəkməsi ümidi ilə zalımın müqabilində sükut etmək deyildir. Nəhy əz münkərin aparılma yollarından biri də zalım şəxsə, öz zülmlərinin cəzasından əlavə, məzlumun da günah yükünü öz üzərinə çəkəcəyini və ona verilən əzabın daha artıq olacağını anlatmaqdır. Bunu da qeyd edək ki, pak və insani fitrət adam öldürməyə ikrahla yanaşır və ona nifrət edir. Lakin nəfs bu işi yaxşı cilvələndirib insanı qətlə vadar edir. Bilməliyik ki, məada iman yer üzündəki insanların lap ilkin əqidələrindən biridir və məhz bu iman insanı başqasını nahaq yerə öldürməkdən və sair xətalardan saxlayır.

AYƏ 31:

﴿فَبَعَثَ اللّهُ غُرَابًا يَبْحَثُ فِي الأَرْضِ لِيُرِيَهُ كَيْفَ يُوَارِي سَوْءةَ أَخِيهِ قَالَ يَا وَيْلَتَا أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَـذَا الْغُرَابِ فَأُوَارِيَ سَوْءةَ أَخِي فَأَصْبَحَ مِنَ النَّادِمِينَ﴾

TƏRCÜMƏ:

«Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: “Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!” Beləliklə o, peşman olanlardan oldu

TƏFSİR:

İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə buyurulur ki, Qabil qardaşını öldürüb çölə atmışdı və nə edəcəyini bilmirdi. Bir qədər keçməmiş yırtıcı heyvanlar cəsədə yaxınlaşdılar. Bu zaman, Quranın buyurduğu kimi, Allah bir qarğanı göndərdi ki, torpağı bir tərəfə eşsin (qarğada adət olduğu kimi, başqa bir ölü qarğanı, yaxud öz yeminin bir qismini necə gizlətməyi göstərsin). Bununla da öz qardaşının cəsədini necə dəfn etməyi Qabilə göstərsin. Sonra buyurulur ki, bu zaman Qabil öz qəflət və xəbərsizliyindən narahat oldu və belə fəryad etdi: «Vay olsun mənə! Mən bu qarğadan da aciz və bacarıqsızam ki, qardaşımın cəsədini dəfn edə bilmirəm.»

Amma axırda öz əməlindən peşman oldu, əlbəttə, onun bu peşmançılığı günahdan tövbə etməsinə dəlalət etmirdi.

Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə deyilir: «Hər bir insanın qanı nahaq yerə tökülsə, onun məsuliyyətinin bir qismi Qabilin öhdəsinədir. Çünki dünyada adam öldürməyin əsasını o qoymuşdur.»[23]

AYƏ 32:

﴿مِنْ أَجْلِ ذَلِكَ كَتَبْنَا عَلَى بَنِي إِسْرَائِيلَ أَنَّهُ مَن قَتَلَ نَفْسًا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍ فِي الأَرْضِ فَكَأَنَّمَا قَتَلَ النَّاسَ جَمِيعًا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَا أَحْيَا النَّاسَ جَمِيعًا وَلَقَدْ جَاء تْهُمْ رُسُلُنَا بِالبَيِّنَاتِ ثُمَّ إِنَّ كَثِيرًا مِّنْهُم بَعْدَ ذَلِكَ فِي الأَرْضِ لَمُسْرِفُونَ﴾

TƏRCÜMƏ:

«Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə belə) yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir. Doğrudan da Bizim peyğəmbərlərimiz onlar (İsrail övladları) üçün aydın dəlillər gətirdilər, sonra onların çoxu onun ardınca yer üzündə həddən artıq fəsad və qan tökməyə başladılar

TƏFSİR:

İNSANLARIN QARŞILIQLI ƏLAQƏLƏRİ

Adəmin övladlarının hadisəsi qeyd edildikdən sonra, bu ayədə ümumi və insani nəticə alınır. Əvvəlcə buyurulur: Bu işin xatirinə Bəni-İsrailə yazıldı ki, hərgah bir insan başqasını bir kəsi qətlə yetirmədiyi, yaxud yer üzündə fəsad törətmədiyi halda qətlə yetirərsə, sanki bütün insanları öldürmüşdür və bir kəs başqa birisini ölümdən xilas etsə, sanki bütün insanları ölümdən xilas etmişdir.

Burada sual yaranır ki, bir insanın öldürülməsi bütün insanların qətlə yetirilməsinə, bir insana nicat verilməsi isə bütün insanların xilas edilməsinə necə bərabər ola bilər?

Cavabda demək lazımdır ki, Quran bu ayədə ictimai və tərbiyəvi bir həqiqəti xatırladır. Çünki bir adam əlini günahsız bir insanın qanına batırsa, deməli, onda digər günahsız insanları da qətlə yetirməyə hazırlıq vardır. O həqiqətdə bir qatildir və onun «yemi» də günahsız insanlardır. Bildiyimiz kimi, günahsız insanların arasında bu baxımdan heç bir fərq yoxdur.

Həmçinin, insanları sevən və insani atifə və duyğular xatirinə başqalarını ölümdən xilas edən şəxsdə bu insani məram və tədbirləri digərlərinin barəsində də yerinə yetirməyə hazırlıq vardır. Quranın «fəkəənnəha» (və elə bil ki,) deyə buyurmasından məlum olur ki, bir insanın öldürülməsi cəmiyyətin ölümü, bir insanın dirildilməsi də cəmiyyətin həyatı ilə bərabər olmasa da, bunların aralarında çox uyğunluq və oxşarlıq var.

Bunu da demək olar ki, hər bir insanda yeni bir nəslin və böyük bir cəmiyyətin yaranması qabiliyyəti vardır. Buna görə də bir fərdin məhv edilməsi bir nəslin qətlə yetirilərək məhv olunması ilə bərabərdir.

Bir nəfər bu ayənin təfsiri barəsində İmam Sadiqdən (ə) soruşduqda həzrət (ə) buyurdu: «Bu ayədə gələn «öldürmək» və «ölümdən nicat vermək» dedikdə məqsəd ona yanğın, yaxud qərq olmaq və bu kimi şeylərdən nicat verməkdir.» Sonra bir az sükut etdi, yenidən buyurdu: «Daha böyük məfhum və əzəmətli təvil bundan ibarətdir ki, bir şəxs başqasını haqq, yaxud batil yola dəvət etsin, o da bu dəvəti qəbul etsin.»

AYƏ nin axırında Bəni-İsrailin qanunu pozmasına işarə olaraq buyurulur: Bizim peyğəmbərlərimiz onları düz yola hidayət etmək üçün aşkar dəlillərlə gəldilər, lakin onlardan çoxu ilahi qanunları pozdular və hədlərini aşmaq yolunu tutdular.

Lüğətdə «israf» kəlməsinin daha geniş mənası vardır və həddən keçməyin hər növünə aid edilir. Amma əksər hallarda xərclər və hədiyyələr barəsində işlədilir.

İNCƏ MƏTLƏBLƏR

1. İnsanlar müştərək həqiqətlərə, vahid ruhlara malik olub bir bədən üzvləri kimidir. Onlardan birinin qətlə yetirilməsi hamısının qətlə yetirilməsi kimidir.

2. Hər hansı bir əmələ, hədəf və məqsədlə əlaqədar dəyər verilir. Təcavüzkarlıq məqsədi ilə bir nəfəri öldürmək bir cəmiyyəti öldürməkdir. Amma bir kəsin qanuni qisas ünvanı ilə öldürülməsi cəmiyyətə yeni həyat verir.

3. Bir nəfərin ölümü, yaxud həyatı bəzən bir cəmiyyətin ölüm və həyatında təsir qoyur. Bəzən də fərdi qətl hadisələri kütləvi qırğınlara zəmin yaradır.

4. Canlı və donuq olmayan cəmiyyətin nişanə və əlaməti çətinlikdə olanlara kömək etmək, canları xilas etməkdir.

5. İntihar (özünü öldürmək), həmçinin uşaq saldırmaq «qətli-nəfsin» bariz nümunələrindən olub haram iş sayılır.

6. Bir şəxsin fərdi hüquqlarına təcavüz etmək bir cəmiyyətin təhlükəsizliyini təhdid edir.

7. İşləri insanları xilas etmək olan şəxslər, o cümlədən, həkimlər, tibb bacıları, yanğınsöndürənlər, təcili yardımçılar, dava-dərman hazırlayanlar və s. kimi şəxslər öz işlərinin də qədrini bilməlidirlər.

AYƏ 33:

﴿إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلافٍ أَوْ يُنفَوْاْ مِنَ الأَرْضِ ذَلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ﴾

TƏRCÜMƏ:

«Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır

TƏFSİR:

Bu ayənin şəni-nüzulu barəsində qeyd olunur ki, müşriklərdən bir qrupu Mədinəyə gəlib müsəlman oldu. Xəstə olduqlarına görə Peyğəmbərin (s) fərmanı ilə Mədinənin kənarında yerləşən səfalı, gözəl ab-havaya malik olan bir yerə getdilər ki, orada zəkat kimi verilən dəvələrin südündən istifadə etsinlər. Sağaldıqdan sonra müsəlman çobanlarını öldürüb ayaqlarını kəsdilər, gözlərini çıxartdılar, dəvələri qarət edib özləri də dindən çıxdılar. Rəsuli-Əkrəm (s) göstəriş verdi ki, onları tutsunlar, çobanlara rəva gördükləri işləri onların da başına gətirsinlər. Bu məsələ ilə əlaqədar yuxarıdakı ayə nazil olaraq belə işlərin hökmlərini və onlara veriləcək cəzaları bəyan etdi.

AYƏ də gələn və «həqqullah» adlanan cəza tədbiri əfv edilə və ya dəyişdirilə bilməz. («Ətyəbul-bəyan»dan).[24]

Cəmiyyətin islah olunması üçün həm mövizə edib yol göstərmək, həm də qılınc işlətmək, qətiyyətli və inqilabi davranış lazımdır. (Əvvəlki ayədə qatilə mədəni xatırlatmalar və xəbərdarlıqlar verilir, burada isə müharib və müfsidin cəzası bəyan olunur.)

Diqqət yetirmək lazımdır ki, Allahın məxluqu ilə müharibə aparmaq elə Allahla müharibə aparmaqdır. Bir kəs insanlara qarşı çıxsa, sanki Allaha qarşı çıxmışdır. Buna görə də cəmiyyətin əminamanlığını, təhlükəsizliyini pozanlar üçün bir neçə cəza növü təyin edilmişdir: Boynunu vurmaq, sürgün etmək, əl-ayağını kəsmək və dar ağacından asmaq.

Eyni zamanda cəza ədalətlə yanaşıdır. Fəsadın mərtəbəsi və fəsad törədənlərin xüsusiyyətləri müxtəlif olduğuna görə onlara verilən cəza da eyni səviyyədə olmayacaqdır. Rəvayətlərdən düşünüldüyü kimi, fəsad faciəli şəkildə olarsa, onun cəzası qətl, yüngülvari olarsa sürgündür.

Qətlin cəzası edam, cəmiyyəti qorxutmağın cəzası sürgün, oğurluğun cəzası əl-ayağın kəsilməsi, qətl və silahlı oğurluğun cəzası əl-ayağın kəsilib həmin şəxsin dara asılmağıdır. («Təfsiri-Safi»)

İNCƏ MƏTLƏBLƏR

1. Hökumətin vəzifəsi cəmiyyətdə, şəhərlərdə, kəndlərdə, yollarda və sair yerlərdə əminamanlığı, təhlükəsizliyi bərqərar etməkdir.

2. Peyğəmbərin (s) qurduğu hakimiyyəti yıxmaq və ilahi dövlətlə müharibə etmək fikrində olan müxaliflər tar-mar edilməlidir.

3. Müsəlmanların imamına, yaxud İslami hökumətin əleyhinə qiyam edənlər «yuharibunəllah» (Allahla müharibə edirlər) kəlməsinin nümunəsidir. («Fi zilalil Quran» təfsiri)

4. İmam Rza (ə) buyurur: «Müfsidin sürgünolunma müddəti bir ildir. Sürgün olunduğu yerdə camaata elan olunmalıdır ki, həmin adamla bütün əlaqələrini kəssinlər, onunla alver etməsinlər, onun yanına gedib-gəlməsinlər və onunla evlilik əlaqəsi qurmasınlar. («Nurus-səqəleyn» təfsiri)

5. Quran ayələrinə əsasən riba və sələm (faiz) alanlar müharib sayılmışdır.[25] Çünki onlar iqtisadiyyatdakı əminamanlığı pozurlar. Rəvayətlərdə də mömini təhqir edən şəxs Allahla müharibə edən şəxs hesab edilir.[26]

AYƏ 34:

﴿ إِلاَّ الَّذِينَ تَابُواْ مِن قَبْلِ أَن تَقْدِرُواْ عَلَيْهِمْ فَاعْلَمُواْ أَنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ ﴾

TƏRCÜMƏ:

«Siz ələ keçirməmişdən qabaq tövbə edənlər istisna olmaqla! Buna görə də bilin ki, Allah çox bağışlayan və mehribandır

TƏFSİR:



Geri   İrəli
Go to TOP