A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Maidə surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 133
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Yuxarıdakı ayədə kitab əhli ilə qaynayıb-qarışmaq və onların qadınları ilə evlənməyin mümkün olması ilə əlaqədər bəyan edilən bəzi güzəştlərdən sui-istifadə olunmasının, eləcə də bilərəkdən, yaxud bilməyə-bilməyə onlara tərəf çəkilməyin qarşısını almaqdan ötrü ayənin axırında müsəlmanlara xəbərdarlıq edilərək buyurulur: Hər kəs iman gətirməli olduğu şeylərə kafir olsa və möminlərin yolunu buraxaraq kafirlərin yolunu seçsə onun əməlləri bada gedəcək, axirətdə də zərər çəkənlərin cərgəsində olacaq.

Qeyd olunan güzəştlər müsəlmanların həyat və məişətində yaranacaq müəyyən çətinlikləri həll etməkdən əlavə, İslamın bu dinə yad olanların arasında genişlənməsinə, nüfuz etməsinə səbəb olmalıdır. Amma müsəlmanların onların dinlərindən və özlərindən təsirlənməsinə, nəticədə öz dinindən dönmələrinə səbəb olmamalıdır. Əks halda, onlara verilən cəzalar çox ağır olacaqdır.

AYƏ 6:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِذَا قُمْتُمْ إِلَى الصَّلاةِ فاغْسِلُواْ وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُواْ بِرُؤُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَينِ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُواْ وَإِن كُنتُم مَّرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاء أَحَدٌ مَّنكُم مِّنَ الْغَائِطِ أَوْ لاَمَسْتُمُ النِّسَاء فَلَمْ تَجِدُواْ مَاء فَتَيَمَّمُواْ صَعِيدًا طَيِّبًا فَامْسَحُواْ بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ مَا يُرِيدُ اللّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـكِن يُرِيدُ لِيُطَهَّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz

TƏFSİR:

Keçən ayələrdə cismi pakizəlik və maddi nemətlər barəsində müxtəlif mövzular irəli çəkildi. Bu ayədə isə insan ruhunun paklığına səbəb olan məsələlər qeyd edilir, ruhun səfalı və pak olmasına səbəb olan dəstəmaz, qüsl və təyəmmümün hökmlərindən böyük bir qismi bəyan edilir. Əvvəlcə imanlı şəxslərə xitab edilərək dəstəmazın hökmləri aşağıdakı ardıcıllıqla bəyan edilir: Ey iman gətirənlər! Namaz üçün qalxanda üzünüzü və əllərinizi biləyə qədər yuyun, başınızın, eləcə də ayağınızın üstünə – ayağın üstündəki çıxıntıya qədər məsh çəkin.

Buna əsasən, ayədə qolun yalnız yuyulacaq miqdarı qeyd olunur, amma onun necə yuyulması Əhli-beyt (ə) vasitəsi ilə bizə gəlib çatan Peyğəmbər (s) sünnəsində bəyan olunmuşdur. Bu da qolun dirsəkdən başlayaraq barmaqların ucuna tərəf yuyulmasıdır.

Sonra qüslün hökmü izah edilir və buyurulur: Əgər cünub olsanız, qüsl edin. Aydındır ki, «fəttəhhəru» cümləsində məqsəd bədənin hər yerinin yuyulmasıdır. «Nisa» surəsinin 43-cü ayəsində də qeyd olunduğu kimi, «cünub» uzaqlaşan deməkdir. Cənabətli şəxsin «cünub» adlandırılmasının səbəbi həmin halda namazdan və paklıqla şərtlənən digər işlərdən çəkinməli olmasıdır.

Yuxarıdakı ayədə «əgər cünub olsanız, namaz üçün qüsl edin» deyilməsindən məlum olur ki, cənabət qüslü dəstəmazın əvəzində kifayət edir.

Daha sonra təyəmmümün hökmləri belə bəyan edilir: Əgər yuxudan qalxıb namaz qılmaq istəsəniz, xəstə, yaxud müsafir olsanız, ya sizin hər hansı biriniz ayaq yolundan qayıtsa, yaxud qadınlarınızla yaxınlıq etmisinizsə, bütün bu hallarda su tapa bilməyirsinizsə, pak torpaqla təyəmmüm edin.

Təyəmmümün alınma qaydası icmali şəkildə belə bəyan edilir: Əllərinizi pak torpağa vurun, əllərinizdə qalan torpaqla üz və əllərinizə məsh edin.

AYƏ nin axırında bu göstərişlərin heç birində müsəlmanlar üçün çətinlik qoyulmadığını, onların hamısının nəzərə çarpacaq dərəcədə məsləhət xatirinə bir qanun olduğunu bəyan etmək üçün buyurulur: Allah sizin zəhmətə, məşəqqətə düşməyinizi istəmir, əksinə, Onun nemətlərinə şükr edəsiniz deyə, sizi pak etmək və Öz nemətlərini sizə tamamlamaq istəyir. Həqiqətdə şərif ayə bir daha bu həqiqəti çatdırmaq istəyir ki, bütün ilahi göstərişlər və İslamın mütərəqqi proqramları insanların mənafeyinin qorunması istiqamətində qoyulmuş və bundan başqa heç bir şey nəzərdə tutulmamışdır. Allah-təala bu göstərişlərlə bəndələrə həm ruhi, həm də cismi paklıq bağışlamaq istəyir. Şərif ayənin axırıncı cümləsi ümumi bir qaydada buyurur ki, ilahi hökmlər heç bir halda üzücü mükəlləfiyyət formasında deyildir.

AYƏ 7:

﴿ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ وَمِيثَاقَهُ الَّذِي وَاثَقَكُم بِهِ إِذْ قُلْتُمْ سَمِعْنَا وَأَطَعْنَا وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ ﴾

TƏRCÜMƏ:

«Allahın sizə olan nemətini və «eşitdik və itaət etdik» dediyiniz zaman (peyğəmbərliyi və dini qəbul etməklə) sizinlə bağladığı əhd-peymanını xatırlayın. Allahdan qorxun ki, həqiqətən Allah ürəklərdə olanı biləndir

TƏFSİR:

Bu ayədə Allahın sonsuz nemətlərinin əhəmiyyəti bir daha müsəlmanlara xatırladılır ki, onların da ən mühümü iman və düz yola hidayətdir. Allah-təala buyurur: «Allahın sizə verdiyi nemətləri xatırlayın.» İslam dini sayəsində bütün nemətlərin, iftixarların və imkanların müsəlmanlara nəsib olmasından, əvvəllər tam mənada pərakəndə vəziyyətdə olan cahil, azğın, qaniçən, fasiq və dinsiz insanların mütəşəkkil, müttəhid, elmli, maddi və mənəvi imkanlara sahib olan bir cəmiyyət formasına düşməsindən də böyük nemət ola bilərmi?

Sonra Allahla bağlanan əhd-peyman xatırladalaraq buyurulur: Allahın sizinlə bağladığı möhkəm zamanı «eşitdik və itaət etdik» dediyinizi unutmayın . Bu ayə həm təkvini, həm də təşrii əhd-peymanlara – həm fitrətin hökmü ilə Allahın insanlardan aldığı, həm də Peyğəmbəri-Əkrəmin (s) müxtəlif mərhələlərdə müsəlmanlardan aldığı əhd-peymanlara şamil ola bilər. Çoxlu rəvayətlərə əsasən, yuxarıdakı ayələrdəki əhd-peyman Həzrət Əlinin (ə) vilayət və rəhbərliyi barəsində alınan əhd-peymandır ki, Peyğəmbəri-Əkrəm (s) vida həccində, Qədir-Xum çölündə onlardan bu əhd-peymanı almış, onlar da qəbul etmişlər.

AYƏ nin axırında təkidlə buyurulur: Təqvalı olun, Allah sizin qəlblərinizin sirlərindən agahdır.

İmam Baqirdən (ə) nəql olunmuşdur ki, Peyğəmbəri-Əkrəm (s) vida həccində haram şeylərin haramlığını bəyan etmiş və Həzrət Əlinin (ə) vilayətinə itaət etməyin vacibliyini müsəlmanlara buyurmuşdur.[8]

AYƏ 8:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ لِلّهِ شُهَدَاء بِالْقِسْطِ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَى أَلاَّ تَعْدِلُواْ اعْدِلُواْ هُوَ أَقْرَبُ لِلتَّقْوَى وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır

TƏFSİR:

Bu ayə möminləri ədalətin bərqərar edilməsinə dəvət edir. Əvvəlcə onlara xitab edərək buyurur: Ey iman gətirənlər! Həmişə Allah üçün qiyam edənlərdən olun, haqq-ədalətə şahidlik verin.[9]

Sonra ədalət yolundan çıxma amillərindən biri xatırladılır və müsəlmanlara belə xəbərdarlıq edilir: Hər hansı bir qövmə qarşı sizdə olan ədavət və kinlər, eləcə də şəxsi işləriniz ədalətin icrasına mane olmamalı, başqalarının hüquqlarına təcavüz etməyinizə gətirib çıxarmamalıdır. Çünki ədalət bunların hamısından mühüm bir işdir.

Həmin məsələnin kəsb etdiyi əhəmiyyətə görə bir daha ədalət məsələsinə təkid edilərək buyurulur: Ədalətli olun, çünki bu iş pərhizkarlığa daha yaxındır.

Ədalət pərhizkarlıq və təqvanın mühüm yollarından olduğuna görə, ikinci dəfə əlavə təkidlə buyurulur: Allah qarşısında təqvalı olun, çünki Allah sizin bütün əməllərinizdən agahdır.

AYƏ 9-10:

﴿ وَعَدَ اللّهُ الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ لَهُم مَّغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ. وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ ﴾

TƏRCÜMƏ:

9. «Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir

10. «Kafir olub ayələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər

TƏFSİR:

9-cu ayədə Quranın həmişəki üslubuna uyğun olaraq, xüsusi dini hökmlər bəyan edildikdən sonra onun təkmil olunaraq tərtibə salınması, eləcə də ümumi qayda-qanunlara işarə edilməsi üçün yenə də ədalətin icra olunması və haqq şüarına təkid edərək buyurur: Allah-təala iman gətirib saleh əməllər görənlərə bağışlanmaq və böyük mükafat vədəsi vermişdir.

Bunların da müqabilində 10-cu ayədə buyurulur ki, Allahı inkar edərək Onun ayələrini təkzib edənlər cəhənnəm əhlidir.

Diqqət yetirilməlidir ki, birinci ayədə bağışlanmaq və böyük mükafat «ilahi vəd» kimi, cəhənnəm əzabı isə «yaramaz əməllərin nəticəsi» kimi göstərilərək belə əməl sahiblərinin həmin aqibətə düçar olacaqları buyurulur. Bu da həqiqətdə Allah-təalanın axirət aləmində bəndələrə verəcəyi mükafatlarla əlaqədar geniş rəhmət və mərhəmətini göstərir ki, bu iş insanın düzgün əməlləri ilə əsla müqayisə olunmazdır. Bu dünyanın cəzaları da intiqam xarakteri daşımır, sadəcə olaraq insanların öz nalayiq əməllərininin nəticəsidir.

AYƏ 11:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُواْ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ وَاتَّقُواْ اللّهَ وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, bir dəstənin sizə əl uzatmaq qəsdinə düşdüyü (müsəlmanları terror etmək və onların üzərinə qəfildən hücum etmək fikrində olduğu) zaman Allahın sizə olan nemətini yada salın. Onda Allah onların əllərini sizdən üzdü. Allahdan qorxun! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər

TƏFSİR:

Müfəssirlər arasında bu ayənin hansı hadisəni bəyan etməsi ilə əlaqədar fikir ayrılığı olmasına baxmayaraq, onu sonradan qeyd olunacaq halların hamısına aid etmək olar. Belə ki, müsəlmanlar düşmənin hücumları və ya onların bəd niyyətləri qarşısında Allaha arxalanır və qələbə çalaraq xilas olurdular. Lakin ümumi halda Allahın nemətlərinin yad edilməsi bir növ şükürdür və insandan qürur və qəfləti uzaqlaşdırır, onun Allaha olan eşqini daha da artırır.

İNCƏ MƏTLƏBLƏR

1. Düşmən tərəfindən törənən təhlükələrin aradan qaldırılması ən böyük ilahi nemətlərdən biridir.

2. Təqva, təfəkkür və imanla Allahın mərhəmətli nəzərlərini özünüzə cəlb edin, düşmənin təhlükələrini dəf edin və bununla yanaşı bilin ki, günah nəticəsində Allah insanın düşmənini ona müsəllət edər və Allaha diqqət yetirilməsi düşmənin dəf edilməsinə səbəb olar.

AYƏ 12:

﴿وَلَقَدْ أَخَذَ اللّهُ مِيثَاقَ بَنِي إِسْرَآئِيلَ وَبَعَثْنَا مِنهُمُ اثْنَيْ عَشَرَ نَقِيبًا وَقَالَ اللّهُ إِنِّي مَعَكُمْ لَئِنْ أَقَمْتُمُ الصَّلاَةَ وَآتَيْتُمُ الزَّكَاةَ وَآمَنتُم بِرُسُلِي وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ اللّهَ قَرْضًا حَسَنًا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّئَاتِكُمْ وَلأُدْخِلَنَّكُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ فَمَن كَفَرَ بَعْدَ ذَلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ﴾

TƏRCÜMƏ:

«Həqiqətən Allah İsrail övladlarından əhd-peyman aldı. Biz onlardan (on iki qəbilə üçün) on iki nəfər başçı seçdik. Allah onlara dedi: «Şübhəsiz, Mən sizinləyəm. Əgər namaz qılsanız, zəkat versəniz, (gələcəkdə göndərəcəyim) peyğəmbərlərimə iman gətirsəniz, onlara ehtiramla kömək etsəniz və Allaha gözəl borc versəniz (mallarınızı Allah yolunda xərcləsəniz), mütləq sizin günahlarınızı təmizləyər və sizi (binalarının və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edərəm. Beləliklə, əgər bundan sonra sizdən kimsə kafir olsa, doğrudan da o, doğru yolu itirmişdir

TƏFSİR:

On iki nəfərdən ibarət olan Bəni-İsrail nəqibləri Həzrət Musanın (ə) vəzirləri və Bəni-İsraildən olan on iki tayfanın rəisləri idi. Rəsuli-Əkrəmdən (s) rəvayət olunur: «Məndən sonrakı xəlifələr də Bəni-İsrail nəqiblərinin sayı qədər, yəni on iki nəfərdir.»

Əhli-Beyt (ə) yoluna müxalif olanlar əbəs yerə çalışaraq bu sayı Raşidi xəlifələrinə, eləcə də Bəni-Üməyyə və Bəni-Abbas xəlifələrinə uyğunlaşdırmaq istəyirlər, halbuki, həmin say onların heç biri ilə uyğun gəlmir. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan hədisdə əvvəldə Əli ibn Əbi Talib (ə), axırda isə Həzrət Məhdi (ə) olmaqla həmin on iki nəfərin hamısının adı qeyd olunub.

«Əzzərə» kəlməsi  (əzzərtumuhum) ehtiramla yanaşı olan kömək etmək, onun kökü olan «təzir» də günahkar və müqəssir şəxsin günahının tərk olunmasında ona bir növ kömək etmək mənasınadır. Deməli, İslamın cəza qanunları intiqamçılıq deyil, yalnız təlim-tərbiyə məqsədi güdür.[10]

İNCƏ MƏTLƏBLƏR

1. Allahın bizimlə olmasının bir neçə şərti var: iman gətirmək, namaz qılmaq, zəkat vermək, peyğəmbərlərə kömək etmək və Allah yolunda infaq etmək. Bunlar olmazsa, Allahın bəndələrinə olan mərhəməti kəsilər.

2. Namaz, zəkat, infaq bütün ilahi dinlərdə olan göstərişlərdəndir. Bunu da qeyd edək ki, təkcə vacibatın yerinə yetirilməsi kifayət deyildir. Vaciblər yalnız müstəhəbbi əməllərin yerinə yetirilməsi və haram işlərdən uzaq olmaqla birlikdə mühüm rol oynayır.

3. Namaz, zəkat, infaq kimi işlər özünün həqiqi məfhum və mənasını məhz vilayət və rəhbərliklə yanaşı olduğu zaman tapır. O da bütün ilahi rəhbərlərin vilayət və rəhbərliyini qəbul etməkdən ibarətdir.

4. Behişt mənəviyyatını itirmiş, ruhu çirkinləşmiş insanların yeri deyil. Əvvəlcə paklaşmaq, sonra behiştə getmək olar.

5. Allahın əhdini əldə etməyin yolu iman və saleh əməldən ibarətdir.

AYƏ 13:

﴿فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ لَعنَّاهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَاسِيَةً يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ وَلاَ تَزَالُ تَطَّلِعُ عَلَىَ خَآئِنَةٍ مِّنْهُمْ إِلاَّ قَلِيلاً مِّنْهُمُ فَاعْفُ عَنْهُمْ وَاصْفَحْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ﴾

TƏRCÜMƏ:

«Beləliklə öz əhd-peymanlarını pozduqlarına görə onlara lənət etdik (surət, qəlb və təbiətlərini eybəcərliyə və hökümətlərini süquta məhkum etdik) və qəlblərini sərtləşdirdik. (Belə ki,) (Allahın) sözlərin(in) yerini dəyişib təhrif edirdilər və xəbərdar edildikləri şeylərdən (Tövrat elmləri və İslam Peyğəmbərinin peyğəmbərlik nişanələrindən) olan layiqli pay(ların)ı unutdular. Sən həmişə onların – az bir qismi istisna olmaqla –xəyanətkarlıqlarından xəbərdar olacaqsan. Buna görə də (hələlik, nə qədər ki, cihada əmr olunmamısan) onlardan keç və üz döndər ki, həqiqətən Allah yaxşıları və yaxşı iş görənləri sevir[11]

TƏFSİR:

1. Bu surənin ilk ayəsində əhd-peymanlara, müqavilələrə vəfalı qalmağa dair göstəriş verilməsi, 12-ci ayədə Allahın Bəni-İsrail ilə olan əhd-peymanı, bu ayədə isə onların əhd-peyman pozmaları irəli çəkildiyindən bu surəyə «Əhd» surəsi də demişlər.

2. Əhd-peymanı pozmaq Allahın mərhəmətindən məhrum olmağa, insanın daşürəkli olmasına, qəlbinin bərkiməsinə zəmin yaradır.

3. Xəyanət əhli olan Bəni-İsrail Allah dinini təhrif etdiyinə görə əzaba düçar oldu.

AYƏ 14:

﴿وَمِنَ الَّذِينَ قَالُواْ إِنَّا نَصَارَى أَخَذْنَا مِيثَاقَهُمْ فَنَسُواْ حَظًّا مِّمَّا ذُكِّرُواْ بِهِ فَأَغْرَيْنَا بَيْنَهُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء إِلَى يَوْمِ الْقِيَامَةِ وَسَوْفَ يُنَبِّئُهُمُ اللّهُ بِمَا كَانُواْ يَصْنَعُونَ﴾

TƏRCÜMƏ:

«Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq) deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə də onların arasında Qiyamət gününədək düşmənçilik və kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir

TƏFSİR:

Əvvəlki ayədə Bəni-İsrailin, burada isə məsihilərin əhd-peyman pozmasından söz açılır. Əvvəldə az bir qrup istisna olmaqla bütün Bəni-İsraildən əhd-peyman alınması bəyan edilir. Bu ayədə isə məsihilərdən az bir qrupun əhd-peyman pozmasına işarə edilir. Deməli, yəhudilərin yollarını azanları məsihilərlə müqayisədə daha çoxdur.

Qeyd: «Nəsara», nəsrani kəlməsinin cəm formasıdır. Həzrət Məsihin (ə) köməkçilərinin şüarı «nəhnu ənsarullah» (biz Allah köməkçiləriyik) olduğuna görə məsihilərə nəsara deyilir.[12]

Başqalarının əhd-peyman pozmaq nəticəsində düçar olduqları ağır və acı aqibətdən ibrət almaq lazımdır. Nəsranilər, onlardan alınan əhd-peymanları unutduqlarına görə bədbəxtliyə düçar oldular.

AYƏ 15:

﴿ يَا أَهْلَ الْكِتَابِ قَدْ جَاءكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ الْكِتَابِ وَيَعْفُو عَن كَثِيرٍ قَدْ جَاءكُم مِّنَ اللّهِ نُورٌ وَكِتَابٌ مُّبِينٌ ﴾

TƏRCÜMƏ:

«Ey kitab əhli, şübhəsiz, sizə Bizim peyğəmbərimiz gəlib ki, o, sizin üçün öz kitabınızdan (İslam peyğəmbərinin xüsusiyyətləri və Onun peyğəmbərliyinin nişanələri kimi) gizlətdiklərinizin bir çoxunu bəyan edir və bir çoxuna (Allahın cism olması barəsindəki sözlərə və peyğəmbərlərə günah nisbət verilməsinə də hələlik) göz yumur. Həqiqətən Allah tərəfindən sizə bir nur və (özü) aydın (olan) və aydınlıq gətirən bir kitab gəlib

TƏFSİR:

İslam dünyəvi bir dindir və bütün dinlərin ardıcıllarını haqqa – özünə doğru dəvət edir.

İslam ilahi dinlər arasında ən asan, cəmiyyəti idarə etməyə qadir olan ən yaxşı dindir. Buna əsasən, camaatın haqq yola dəvət edilib yol göstərilməsində heç nədən, hətta kitab əhlinin əhd-peyman pozmalarından belə məyus olmayın. Məxfi saxlanmış mətləblərin bəyan olunması qeyb elminin nişanələri və Peyğəmbəri tanıma yollarından biridir.

Bir sözlə, bəşəriyyət aləmi Quransız zülmətlidir.

AYƏ 16:

﴿ يَهْدِي بِهِ اللّهُ مَنِ اتَّبَعَ رِضْوَانَهُ سُبُلَ السَّلاَمِ وَيُخْرِجُهُم مِّنِ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِهِ وَيَهْدِيهِمْ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ ﴾

TƏRCÜMƏ:

«Allah (iman gətirib) Onun razılığına tabe olanları o (nur və kitabın) vasitəsilə (üsulid-din və füruid-dinin yolu olan) salamatlıq yollarına hidayət edir, onları Öz köməyi ilə qaranlıqlardan (küfr, nifaq və itaətsizlik zülmətlərindən) nura tərəf çıxardır və doğru yola hidayət edir

TƏFSİR:

“SALAM” ALLAHIN ADLARINDAN BİRİDİR!

Behiştə də «Darus-salam» (salam, sağlamlıq evi) deyilir. Deməli, «salam (salamatlıq) yollarına doğru hidayət» dedikdə, Allah yolu və behişt yolu nəzərdə tutulur. Bu iki «salam»a çatmaq yolu yalnız haqq ardıcıllarına məxsus olan «subulussəlam» – salam yollarından olmalıdır.

“Salam” hər növ sağlamlığa − həm şəxsin, həm cəmiyyətin, həm ailənin, həm nəslin, həm fikir və təfəkkürün, həm ruhun, həm də namusun salamatlığına şamildir.

Məqama çatmaq, mal-dövlət toplamaq, nəfs istəklərinə tabe olmaq və intiqam almaq fikrində olanlar deyil, yalnız Allahın razılığını əldə etmək istəyənlər hidayət olunmağa layiqdirlər.

Şübhəsiz, bütün salamatlıq və səadət yolları Allahın razılığını qazanmaqda xülasələnir. Hər kəs Allahdan başqasını razı salmaq fikrində olsa, azğınlıqdadır. Əsas yoldan kənarda olan çoxlu yollar axırda haqq yolunda əsl vəhdətə çatır. “Subulus-səlam” “sirati-müstəqim”də yekunlaşır. Müxtəlif şəraitlərdə müəyyən vəzifələri yerinə yetirərək Allahın razılığını qazanmaq istəyənlərin hamısı bir mənzilə çatır.

Bunu da qeyd edək ki, Quran insanlara şəfa verən, bütün zülmətlərdən xilas edən bir dərmandır. Onları şəkk-şübhə, şəhvət, xurafat, cinayət, iztirab və s. kimi zülmətlərdən xilas edir.

AYƏ 17:

﴿لَّقَدْ كَفَرَ الَّذِينَ قَآلُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ قُلْ فَمَن يَمْلِكُ مِنَ اللّهِ شَيْئًا إِنْ أَرَادَ أَن يُهْلِكَ الْمَسِيحَ ابْنَ مَرْيَمَ وَأُمَّهُ وَمَن فِي الأَرْضِ جَمِيعًا وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا يَخْلُقُ مَا يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, «həqiqətən Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq vücudu mümkün olan varlığa çevrilib və ya vacib varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. De: «Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını öldürmək istəsə, Allahın müqabilində kim bir şeyə malikdir? Halbuki, göylərin, yerin və o ikisinin arasında olanların həqiqi sahibi Allahdır. İstədiyini yaradır. Allah hər şeyə qadirdir

TƏFSİR:

Məsihilərin Allahla bağlı bir neçə puç iddiaları vardır. Quran onların hamısını rədd edir:

1. Üçlük təşkil edən məbudlar.[13]

2. Yaradan Allah – Ata Rəbb - üçlük təşkil edən məbudlardan biridir.[14]

3. Allahın Məsih və Ruhul-quds kimi bir varlıq olması. Yuxarıdakı ayə də həmin məsələni rədd edir.

«Yəxluqu ma yəşau» (istədiyini xəlq edir) cümləsi Həzrət İsanın (ə) atasız dünyaya gətirilməsinə, Həzrət Adəmin (ə) isə həm atasız, həm də anasız olaraq xəlq edilməsinə işarədir.

İslam dini hər hansı bir ideologiyada olursa-olsun, hər növ küfr, şirk və xurafatla müxalifətçilik edir. Əgər Məsih Allahdırsa, onda necə ola bilər ki, (onların əqidəsinə görə) o öldürülsün və xaç onun məzlumluq rəmzinə çevrilsin?

AYƏ 18:

﴿وَقَالَتِ الْيَهُودُ وَالنَّصَارَى نَحْنُ أَبْنَاء اللّهِ وَأَحِبَّاؤُهُ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ يَغْفِرُ لِمَن يَشَاء وَيُعَذِّبُ مَن يَشَاء وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا بَيْنَهُمَا وَإِلَيْهِ الْمَصِيرُ﴾

TƏRCÜMƏ:

«Yəhudi və xaçpərəstlər dedilər: “Biz Allahın oğulları və Onun sevimliləriyik.” De: “Onda bəs nə üçün Allah sizə günahlarınıza görə əzab verir?” Əksinə, siz də Onun yaratdıqlarından bir bəşərsiniz. İstədiyi şəxsi (rəhmətinin tələbinə əsasən) bağışlayır və istədiyi şəxsə (ədalətinin tələbi əsasında) əzab verir. Göylərin, yerin və onların arasındakıların həqiqi sahibi Odur və qayıdış Ona tərəfdir

TƏFSİR:

Rəsuli-Əkrəm (s) yəhudilərdən bir qrupunu İslama dəvət edərkən onlar dedi: “Biz Allahın dostları və övladlarıyıq!”[15] («Təfsiri Fəxri Razi»dən).

Yəhudilər və məsihilər özlərini Allahın həqiqi övladları hesab etmir, əksinə, özləri üçün bir növ övladlıq şərafətinə inanırdılar. «Əbnaullah» (Allahın oğlanları) kəlməsi onların heç bir dəlil olmadan özləri üçün nəzərdə tutduqları təvəqqelərə işarədir.



Geri   İrəli
Go to TOP