A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Maidə surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 133
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri  


118. «Əgər onlara əzab versən, onlar Sənin bəndələrindir (və Sənin əzabın eynilə ədalətdir) və əgər onları bağışlasan (bu qüdrət və hikmət əsasındadır və) həqiqətən, Sən Özün yenilməz qüdrət və hikmət sahibisən

TƏFSİR:

117. Peyğəmbərlər ismət məqamında olub Allahın fərmanlarından başqa bir şeyə itaət etməzlər, Allahın vəhyində heç bir təsərrüf və dəyişiklik etməzlər.

Həzrət İsa (ə) özünü və bütün insanları Allahın pərvəriş verdiyi bəndə hesab edir. Bunu da qeyd edək ki, peyğəmbərlər insanların əməllərinə nəzarətçidirlər.

118. Bu şərif ayədə Həzrət İsa (ə) özünü heç bir şeyə sahib olmayan şəxs kimi təqdim edir və cəza verib bağışlama haqqını Allaha həvalə edərək deyir: Bu barədə mənim heç bir qüdrətim və təsirim yoxdur. Bəndələrinin ixtiyar sahibi məhz Sən Özünsən. İstəsən onlara əzab verərsən, istəsən də bağışlayarsan. Sənin nə bağışlamağın zəiflik əlamətidir, nə də cəzalandırmağın hikmətsizdir.

Əbuzərin rəvayət etdiyinə əsasən Peyğəmbəri-Əkrəm (s) bir gecə sübhə qədər bu ayəni təkrarladı, onu rükuda və səcdədə oxudu. Allahdan o qədər şəfaət istədi ki, axırda ona əta edildi (Təfsiri-Məraği). Həzrət bu oxumaqla əllərini qaldırıb ağlar halda öz ümmətinə dua etdi.

AYƏ 119-120:

﴿قَالَ اللّهُ هَذَا يَوْمُ يَنفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَّضِيَ اللّهُ عَنْهُمْ وَرَضُواْ عَنْهُ ذَلِكَ الْفَوْزُ الْعَظِيم. لِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا فِيهِنَّ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ُ﴾

TƏRCÜMƏ:

119. «Allah buyurar: “Bu doğruçulara (əqidə, danışıq və əməldəki) düzlüklərinin fayda verdiyi bir gündür. Onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər vardır, orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!”»

120. «Göylərin, yerin və onlarda olanların həqiqi malik və hakimi Allahdır (çünki, onların yaradılışı, qorunması, işlərinin nizama salınması və sonra nəzərdə tutulan vaxtda yox edilməsi Allahın kamil istək və iradəsindən asılıdır) və O hər şeyə qadirdir

TƏFSİR:

119. Allahın Həzrət Məsihlə (s) söhbətini bəyan edən ayələrin ardınca bu ayədə oxuyuruq: Allah bu söhbətlərdən sonra buyurar: Bu gün (Qiyamət) elə bir gündür ki, doğruçulara onların doğru işlərindən başqa heç bir şeyin faydası olmaz. Sonra doğruçuların əməllərinin mükafatına işarə edərək buyurur: Onlar üçün ağaclarının altından arxlar axan behişt bağları vardır, həmişəlik orada qalacaqlar. Onlar bu maddi nemətlərdən daha mühüm olan bir şeydən də faydalanacaqlar; Allah onlardan, onlar da Allahdan razıdır. Şübhəsiz, bütün maddi və mənəvi nemətləri əhatə edən bu böyük nemət daha böyük qurtuluş hesab olunur.

120. Bu ayədə Allahın malikiyyət və hökumətinə işarə edilərək buyurulur: Asimanların, yerlərin və onlarda olanların hakimiyyəti yalnız Allaha məxsusdur və O hər şeyə qadirdir.




[1] Qur’an müşriklərlə və günahkar insanlarla belə bağlanan əhdə vəfalı qalmağı vacib bilir. İmam Sadiqdən (ə) nəql olunan hədisə əsasən. «Kafi», 1-ci cild, səh. 162

[2] «Nisa» surəsinin 154 və 159-cu ayələrinə işarədir.

[3] «Nurus-Səqəleyn», 4-cü cild, səh. 14

[4] «Biharul-ənvar», 69-cu cild, səh. 198

[5] “Birr” - yə’ni Allaha, Qiyamət gününə, peyğəmbərlərə, asimani kitablara, mələklərə iman gətirmək, cəmiyyətdəki məhrum və yazıq kəslərin halına yanmaq, müqavilələrə vəfalı qalmaq, ağır işlərdə səbrli olmaq və yaxşı işlərdə həmkarlıq edib qarşılıqlı kömək göstərməkdir. Məsələn, elm öyrənmək yaxşı əməl sayılırsa, onun üçün lazım olan şərtlər də, o cümlədən mədrəsə, kitabxana labaratoriya tikmək, dərslik və nəqliyyat vəsaitləri hazırlamaq, ustad və müəllimləri dərs deməyə təşviq etmək və s. – bunların hamısı yaxşı əmələ kömək etmək sayılır. Əksər rəvayətlərdə yaxşı işlərdə əlbir olub həmkarlıq etmək, məzlum və  məhrum təbəqələrə kömək etmək tövsiyə olunmuş, zalımlara kömək etmək, onlarla əlbir olmaq qadağan edilmişdir. Biz də təbərrük üçün bir neçə hədisi burada qeyd edirik: “Müsəlmana kömək etmək bir ay müstəhəb oruc tutmaqdan və e’tikafdan daha yaxşıdır.” (“Vəsail”, 11-ci cild, səh. 345)

İmam Sadiq (ə) buyurur: “Hər kəs yaxşılıq etmək üçün bir addım atsa, mücahidin savabını qazanar.” (“Vəsail”, 8-ci cild, səh. 586)

“Hər kim zalıma kömək etsə, onun özü də zalımdır.” (“Vəsail”, 11-ci cild, səh. 345)

[6] «Vəsail», 12-ci cild, səh. 130

[7] Ayənin bu hissəsi, çox həssas olduğuna, eləcə də müxaliflərin həsəd hissinin təhrik olunması mümkün olduğuna görə, murdar ətlərin haram edilməsi ilə əlaqədar olan ayələrin arasında yerləşdirilmişdir ki, təhrifdən amanda qalsın. Bu da eynilə öz cəvahiratlarını və qiymətli əşyalarını, bir kimsə onu tapa bilməsin deyə, başqa şeylərin arasına qoyaraq gizlədən bir şəxsə bənzəyir.

[8] «Təfsiri-Burhan», 1-ci cild, səh. 454

[9] «Cəvamiül-cami» təfsiri, 3-cü cild, səh. 44

[10] «Müsnəd» (Əhməd ibn Hənbəl), 1-ci cild, səh. 398. «Səvaus-səbil» mö’tədil və orta yoldur ki, ondan çıxmaq insanı mə’nəvi süquta yönəldir.

[11] «Tövbə» surəsinin 77-ci ayəsində isə belə buyurulur: «Əhd-peymanı pozmaq nifaqa səbəb olur.»

[12] «Səff» surəsi, ayə 14

[13] «Nisa», 171.

[14] «Maidə», 3.

[15] «Allahın dostu və övladı olmaq» iddiası Yühənna incilinin səkkizinci babında birinci cümlədə də gəlmişdir.

[16] Peyğəmbərləri qətlə yetirmək, İslam peyğəmbəri (s) barəsində verilən müjdələri gizlətmək, əhd-peymanı pozmaq, səmavi kitabları təhrif etmək, şəhərə daxil olmaqdan qorxmaq, buzova sitayiş etmək, hər zaman bəhanə axtarmaq, qarınqululuq, eyni yeməyə səbr etməmək və sair kimi işlər onların cinayətlərindən nümunələrdir. Həmçinin, Allahın onlara qəzəb etməsi, dağın öz yerindən qopması və s.

[17] «Nəchül-bəlağə», Kəlimati-qisar, 147

[18] Onun tarixdəki nümunələri: Musanın (ə) öz qövmündən ayrılması, peyğəmbərlərin e’tikaf etməsi, İslam peyğəmbərinə (s) nazil olan vəhyin kəsilməsi, böyük və kiçik qeybət dövrü və s.

[19] Nil çayından keçmələri, Tur dağının yerindən qopması, «mənn» və «səlvanın» nazil olması, 12 bulağın qaynaması Bəni-İsrailə verilən xüsusi ne’mətlərdəndir.

[20] Başqa bir yerdə həmin qövm barədə oxuduq. Onlar da «Bizim Calutla mübarizə etməyə qüdrətimiz yoxdur» - demişdilər. («Bəqərə», 249)

[21] «Dairətul-məarif», Fərid Vəcdi.

[22] Musanın qədrini bilməyənlər və Fironun səltənətinə aşiq olanlar dünyadan getməli, yeni nəsil azad bir fəzada, səhra həyatının çətinlikləri ilə yanaşı inkişaf etməli idi ki, ilahi şəxsiyyətlərin rəhbərliyi sayəsində şəhərdə yaşamağın qədrini bilsinlər. Hədisdə qeyd olunur ki, onlar Təhəyə məntəqəsində dünyadan getdilər və onların övladları müqəddəs diyara daxil oldular.

[23] «Sünən» (Əhməd ibni Hənbəl), «Fi zilal» təfsirinin nəqlinə görə, 2-ci cild səh. 703

[24] «Əl-mizan» təfsirində qeyd olunur ki, dörd cəza növündən hansının seçilməsi müsəlmanların imamının öhdəsinədir. Əgər öldürülən şəxsin qəyyumları qatili əfv etsələr, bu cəzalardan biri icra olunacaqdır.

[25] «Bəqərə» surəsi, 279

[26] «Bihar», 5-ci cild, səh. 283, 3-cü hədis, «Müsnəd» (Əhməd ibn Hənbəl), 6-cı cild, səh. 256

[27] Mə’sumların (ə) rəvayətlərində vəsilə «imam» kimi tə’bir olunmuşdur. («Təfsiri Safi»)

Sünnilərin də bir çox kitablarında təvəssül məsələsi qeyd olunmuşdur. Məsələn, İbn Həcərin «Əs-səvaiq» kitabında, Beyhəqinin «Sünən»ində, həmçinin «Vəfaul-Vəfa», 3-cü cild, səh. 1371. Eləcə də «Nisa» surəsinin 64-cü, «Yusif» surəsinin 97-ci və «Tövbə» surəsinin 117-ci ayələri də təvəssülün qanuni bir iş olmasının sənədi sayıla bilər.

[28] «Həcc» surəsinin 22-ci ayəsində buyurulur: «Onlar hər vaxt cəhənnəmdən çıxmaq və qəm-qüssədən xilas olmaq istədikdə yenidən cəhənnəmə qaytarılarlar.»

[29] «Biharul-ənvar», 84-cü cild, səh. 257, 55-ci hədisdə Peyğəmbəri-Əkrəm (s) buyurur: «Ən pis oğru o kəsdir ki, namazından oğurlasın.»

«Biharul-ənvar»ın 263-cü səhifəsində Peyğəmbər (s) buyurur: «Oğruların ən oğrusu o kəsdir ki, namazından bir şey oğurlasın, yə’ni onu naqis qılsın.»

267-ci səhifənin 68-ci hədisində isə buyurur: «Oğru təkcə camaatın malını oğurlayan deyil, namazından da bir şey oğurlayan oğru sayılır.»

«Müsnəd» (Əhməd ibni Hənbəl), 3-cü cild, səh. 56, «Sünəni Darəmi»nin 1-ci cildinin 305-ci səhifəsində Rəsuli-Əkrəmdən (s) belə nəql olunur: «Camaatın ən pisi o kəsdir ki, namazından oğurlasın.» «Ya Rəsuləllah, namazdan necə oğurlanar?» – deyə soruşulduqda buyurdu: «Rüku və səcdələri naqis yerinə yetirməklə.»

[30] «Təfsiri Safi», «Məcməul-bəyan», 3-cü cild, səh. 192

[31] «Fi zilalil-Qur’an» təfsiri, 2-ci cild, səh. 71, «Maidə» surəsi, ayə 38

[32] Tövratın «Təsniyə sifri»nin 22-ci fəslində zinanın hökmü bəyan olunur.

[33] Həzrət Əlidən (ə) nəql olunur ki, «bu ümmətin rəbbanisi mənəm.» («Təfsiri Məraği»). İmam Sadiq (ə) buyurur: «Rəbbaniyyun Əhli-beyt imamlarıdır.» («Təfsiri Safi»)

[34] «Müfrədat», Rağib.

[35] «Əl-qədir», 2-ci cild, «Ehqahul-həqq», 2-ci cild, səh. 400, «Kənzul ümmal», 6-cı cild, səh. 391

[36] «Məcməul-bəyan, 3-cü cild, səh. 214

[37] «Tərcümeyi Nur», 3-cü cild, səh. 124, «Təfsiri nümunə»nin xülasəsi, 1-ci cild, səh. 530

[38] «Tərcümeyi-nur», 3-cü cild, səh. 127, «Təfsiri nümunə»nin xülasəsi, 1-ci cild, səh. 531-532

[39] «Ətyəbul-bəyan» təfsiri.

[40] «Mərqus» İncilinin 12-ci bölməsinin 29-cu ayəsində İsa (ə) camaatı tövhidə də’vət edərək buyurur: «Bizim Allahımız yeganə və vahid olan Allahdır.» «Mətta» İncili, 6-cı bölmə, 24-cü ayədə də belədir.

[41] «Təhrim» surəsi, ayə 13

[42] «Təfsiri Burhan», 1-ci cild, səh. 492

[43] «Təfsiri-Alusi».

[44] «Biharul-ənvar», 2-ci cild, səh. 260

[45] «Biharul-ənvar», 100-cü cild, səh. 9

[46] «Bəqiyyətullahi», «həlal» maddəsi, səh. 298

[47] «Kənzül-ümmal», 1-ci cild, səh. 6

[48] «Kənzül-ümmal», 4-cü cild, səh. 5

[49] «Kənzül-ümmal», 4-cü cild, səh. 4

[50] Əhməd ibn Hənbəlin «Müsnəd», Əbu Davudun, Nisainin və Tirmizinin «Sünən» kitablarında bu ayənin nazil olması ilə əlaqədar müəyyən mətləblər bəyan olunmuşdur ki, oraya müraciət edə bilərsiniz.

[51] Şərabın istehsal olunub paylanması, məsrəf edilməsi və s. işləri görmək və onda hər növ həmkarlıq etmək haramdır. İmam Baqir (ə) Peyğəmbəri-Əkrəmdən (s) nəql edir ki, o həzrət (s) şərabxorluqda hər hansı yollarla dəxaləti olan on dəstə adamı lə’nətləmişdir: Şərab məqsədi ilə üzüm kolu əkən, onu (həmin məqsədlə) becərib yetişdirən, şərab hazırlayan, onu içən, şarabı cama süzən, onu daşıyan, onu təhvil alan, satan, alan və hər kəs onun gəlirində müəyyən qədər rol oynasa məl’undur. «Nurus-səqəleyn», həmin ayənin təfsirində.

[52] «Müfrədat», Rağib.

[53] «Nurus-səqəleyn» təfsiri.

[54] «Ali-İmran» surəsi, ayə 45 və 57



Geri  
Go to TOP