A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 186
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu ayə müsəlmanlar üçün bir növ uzaqgörənlikdir. Onları müjdələyir və qəlblərinə təsəlli verir. İttihad, iman, əmr be məruf nəticəsində onların həyatına zəmanət verir və buyurur ki, düşmənlərin təhdidindən qorxmayın, çünki qələbə sizinlədir, siz qalibsiniz, düşmənləriniz isə xar və zəlildir.

İNCƏ MƏTLƏBLƏR

1. Müsəlmanlara və İslam məktəbinə iman sayəsində zəmanət verilir.

2. Sizin müxalifləriniz sizə əzab-əziyyət verməkdən ibarət olan hədəflərinin yalnız bir qisminə nail olurlar.

3. İmanı olmayan şəxsdə müqavimət ruhiyyəsi yoxdur.

AYƏ 112:

﴿ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُواْ إِلاَّ بِحَبْلٍ مِّنْ اللّهِ وَحَبْلٍ مِّنَ النَّاسِ وَبَآؤُوا بِغَضَبٍ مِّنَ اللّهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ﴾

TƏRCÜMƏ:

«Harada tapılsalar (İslam baxımından) onlara – Allah tərəfindən olan bir ip(ə İslamı qəbul etməyə) və ya camaat tərəfindən olan bir ip(ə müsəlmanların himayəsinə sığınmaları) istisna olmaqla - zillət və xarlıq (damğası) vurulmuşdur. Onlar Allahın qəzəbinə tərəf dönüb Onun qəzəbinə layiq olublar və onlara (etiqadi, əxlaqi, əməli və ictimai) fəqirlik və bədbəxtlik (damğası) vurulmuşdur. Bu ona görədir ki, onlar həmişə Allahın ayələrinə kafir olur və Allahın peyğəmbərlərini nahaq yerə öldürürdülər. Bunun səbəbi günah etmələri və həmişə həddi aşmalarıdır

TƏFSİR:

Küfr və əhd-peyman pozmağın nəticəsi bu dünyada zillət və xarlığa, axirətdə isə Allahın qəhr və qəzəbinə düçar olmaqdan ibarətdir. Günah və təcavüzkarlıq daha böyük günahlara, o cümlədən küfr, peyğəmbər öldürmək və s. kimi böyük günahlara zəmin yaradır.

Diqqət yetirilməlidir ki, təcavüzkarlıq və küfrdən daha pis olan şey küfr və təcavüzü davam etdirməkdir.

Yəhudilər həmişə xar olublar. Baxmayaraq ki, bəzi hallarda təbliğat vasitələrini, iqtisadiyyat və siyasətin idarə olunmasını ələ alırlar. Buna baxmayaraq insani kəramət, izzət, məhbubiyyət, əminamanlıq cəhətindən ən pis məqamdadırlar. (Bu, eynilə əli silahlı zalım bir şəxsə bənzəyir ki, insanların qəlbində vəhşət hissi və vahimə yaratmaqla külli miqdarda gəlir əldə edir, lakin heç vaxt ali-insani məqamlara nail ola bilmir.

İNCƏ MƏTLƏBLƏR

1. İzzətin rəmzi və sirri iki şeydir: Allahın qüdrətinə batini iman və zahirdə insanlarla, ümmət və millətlərlə gözəl rəftar, közəl rabitə. Bunların hər biri digəri olmadan nöqsanlı sayılır. Əgər iman olsa, amma insan başqalarından ayrılıb guşənişin həyat tərzi keçirsə, heç vaxt müvəffəqiyyət qazana bilməz. Eləcə də əgər bütün insanlarla rabitə bərqərar etsə, lakin Allaha imanı olmasa, yenə də məğlubiyyətə uğrayacaq.

2. Bu ayədə «həbl» kəlməsinin iki dəfə təkrar olunması bəlkə də bunu göstərir ki, bu iki ip bir-birilə eyni deyildir.

3. Rəvayətlərdə qeyd olunur ki, yəhudilər peyğəmbərləri qılıncla öldürmürdülər, amma onların xəbər və sirlərini faş edirdilər, zalım qüdrətlər də peyğəmbərləri tutub şəhid edirdilər.

AYƏ 113:

﴿ لَيْسُواْ سَوَاء مِّنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَآئِمَةٌ يَتْلُونَ آيَاتِ اللّهِ آنَاء اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ ﴾

TƏRCÜMƏ:

«Onların hamısı bir deyil. Kitab əhlindən əməli doğru olan bir dəstə vardır ki, onlar gecə vaxtları (Allaha) boyun əyib səcdə edərək Allahın ayələrini oxuyurlar

TƏFSİR:

İSLAMIN HAQQAXTARMA RUHİYYƏSİ

Keçən ayələrdə yəhud qövmünü şiddətlə məzəmmət etməyin ardınca bu ayədə ədalətə riayət etmək, layiqli insanların hüququna ehtiram qoymaq, eləcə də insanlar arasında fərq qoymadan, hamısına eyni gözlə baxmamaq məsələsini çatdırmaq üçün buyurulur: “Kitab əhlinin hamısı eyni deyildir. Pozğun və əxlaqsız insanların müqabilində onların arasında elələri tapılır ki, Allaha itaət etməkdə və qiyamda sabitqədəmdirlər.”

Onların digər bir xüsusiyyəti budur gi, həmişə gecə yarısı Allahın ayələrini oxuyurlar.

Ayənin axırında onların xüzu və mütiliyi qeyd olunaraq buyurulur: “Onlar Pərvərdigarın əzəməti müqabilində səcdəyə düşürlər.

AYƏ 114:

﴿ يُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُوْلَـئِكَ مِنَ الصَّالِحِينَ ﴾

TƏRCÜMƏ:

«Onlar Allaha və axirət gününə iman gətirir, bəyənilən işə əmr edir, nalayiq işdən çəkindirir və xeyir işlərə tələsirlər. Onlar ləyaqətlilərdəndirlər

TƏFSİR:

Bu ayədə əlavə edilir ki, onlar Allaha və Qiyamət gününə iman gətirir, əmr be məruf, nəhy əz münkər işini yerinə yetrir və yaxşı işlərdə bir-birindən qabağa keçirlər. Nəhayət, onlar saleh və imanlı şəxslərdir.

AYƏ 115:

﴿ وَمَا يَفْعَلُواْ مِنْ خَيْرٍ فَلَن يُكْفَرُوْهُ وَاللّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ ﴾

TƏRCÜMƏ:

«Onlar etdikləri heç bir xeyir iş üçün əsla mükafatsız qalmazlar. Allah təqvalıları(n halını) biləndir

TƏFSİR:

İlahi dünyagörüşdə heç bir şey, heç vaxt zay olub aradan getməz. Quranda oxuyuruq ki, «İnnəma yətəqəbbəlullahu minəl-muttəqin» - Allah yalnız təqva əhlinin əməlini qəbul edər. Deməli, əməllərin qəbul olunmasında əsas şərt iman və təqvadır. Burada da buyurulur: “Biz əməllərini qəbul etməkdən ötrü müttəqilərin kim olduğunu bilirik.”

AYƏ 116:

﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلاَ أَوْلاَدُهُم مِّنَ اللّهِ شَيْئًا وَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan heç bir şeyi əsla dəf etməyəcəkdir. Onlar od əhlidirlər və orada əbədi qalacaqlar

TƏFSİR:

Quran dəfələrlə elan edib bildirmişdir ki, Allahın qəhr-qəzəbi müqabilində nə mal-dövlət, nə oğul-uşaq, nə qohum-əqrəba, nə həyat yoldaşı, nə üzrxahlıq, nə dostluq, nə ağalıq – heç bir şey zərrə qədər belə təsirə malik deyildir.

AYƏ 117:

﴿مَثَلُ مَا يُنفِقُونَ فِي هِـذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُواْ أَنفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللّهُ وَلَـكِنْ أَنفُسَهُمْ يَظْلِمُونَ﴾

TƏRCÜMƏ:

«Onların bu dünya həyatında (İslamla düşmənçilik yolunda, yaxud riyakarlıqla və ya hər hansı bir xeyir işdə) xərclədikləri malların misalı özünə zülm etmiş bir dəstənin əkinlərinə (cəza olaraq) əsən və onu məhv edən çox soyuq külək kimidir. Allah onlara zülm etməyib, lakin onlar özlərinə zülm edirlər

TƏFSİR:

Ayədəki «sirr» kəlməsi həm yandırıcı istilik, həm də şiddətli soyuq mənasında gəlmişdir. Diqqət yetirilməli məsələ budur ki, ilahi dünyagörüşdə bütün işlərdə əqidə və məqsəd əsas rol oynayır. Həmin münasibətlə bağlı qeyd olunur ki, kafirlərin batil yolda xərclədikləri büdcələrdən, çoxlu mal-dövlətdən nigaran olmayın. Bunlar yandırıcı və məhvedici küləyin əsdiyi əkin sahələrinə bənzəyir. İslamın əvvəllərindən indiyə qədər İslam və müsəlmanlar əleyhinə müxtəlif hiyləgərlik planları, töhmətlər, hücumlar, müharibələr, təbliğatlar aparılmışdır, lakin Allah dini günbəgün inkişaf edib yayılmaqdadır. Hər hansı bir qövm Allahın qəzəbinə düçar olursa, bu Allahın bəndələrə zülm etməsi mənasına deyil, əksinə, onların öz əməllərinin nəticəsidir.

AYƏ 118:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ بِطَانَةً مِّن دُونِكُمْ لاَ يَأْلُونَكُمْ خَبَالاً وَدُّواْ مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاء مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الآيَاتِ إِن كُنتُمْ تَعْقِلُونَ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, özünüzdən başqasını özünüzə sirdaş dost etməyin. Onlar sizin barənizdə heç bir fitnə-fəsaddan çəkinmir və əziyyətə düşməyinizi çox istəyirlər. Düşmənçilik (elə) ağızlarından (sözlərindən) bəllidir və sinələrində gizlətdikləri daha böyükdür. Əgər düşünürsünüzsə, biz sizin üçün (onların halının) nişanələri(ni) bəyan etdik

TƏFSİR:

YADLARI ÖZ SİRRİNİZƏ MƏHRƏM ETMƏYİN

Bu ayə müsəlmanların kafirlərlə münasibətini bəyan edən ayələrin ardınca nazil olaraq çox həssas və mühüm bir məsələni xatırladır, incə bir təşbehlə möminlərə xəbərdarlıq verərək buyurur: “Ey iman gətirənlər, öz məsləkinizdə olanlardan başqasını sirlərinizə dost, sirdaş seçməyin, yadları öz gizli sirlərinizdən xəbərdar etməyin!”

Keçmişdə onlarla dost olmağınız, (dində və məsləkdə ayrı olduğunuza görə) sizə əzab-əziyyət vermək fikrində olmamalarına mane olmaz. Onlar həmişə sizin əzab-əziyyətə düşməyinizi istəyirlər.

Onların batini fikirlərinin sizin üçün faş olmaması, sirlərinin ifşa edilməməsi üçün adətən, əməl və rəftarlarında özlərini gözləyir, çox ehtiyat və diqqətlə danışırlar. Bütün bunlarla belə onların ədavət və düşmənçilikləri sözlərindən aşkar olur.

Bir sözlə, bu ayədə Allah-təala düşmənin batinini tanıma yolunu göstərir və sizi onların batindəki fikirlərindən agah edərək buyurur: “Onların qəlblərində sizə qarşı olan ədavət və düşmənçilikləri dildə dediklərindən qat-qat böyükdür.”

Sonra əlavə edilir: «Biz bu ayələri sizin üçün bəyan etdik ki, onda dərindən düşünəsiniz, onun vasitəsi ilə öz düşməninizi dostlarınızdan seçə biləsiniz, nicat və qurtuluş yolunu düşmənlərin şərindən ayırd edə biləsiniz.»

AYƏ 119:

﴿هَاأَنتُمْ أُوْلاء تُحِبُّونَهُمْ وَلاَ يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُواْ آمَنَّا وَإِذَا خَلَوْاْ عَضُّواْ عَلَيْكُمُ الأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُواْ بِغَيْظِكُمْ إِنَّ اللّهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾

TƏRCÜMƏ:

«Budur, sizin bütün (səmavi) kitablara (hətta onların kitabına) imanınızın olmasına (onların isə sizin kitabınıza imanlarının olmamasına) baxmayaraq onları sevən (yenə də) sizsiniz və onlar sizi sevmirlər. Sizinlə görüşdükləri zaman “iman gətirdik” deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikləri zaman isə, sizə qarşı olan qəzəblərinin çoxluğundan barmaqlarının ucunu gəmirirlər. De: “Acığınızdan ölün! Həqiqətən Allah ürəklərdə olanı biləndir.”»

TƏFSİR:

Bu ayədə müsəlmanlara xitab edilərək buyurulur ki, siz qohumluq, yaxud qonşuluq və yaxud başqa səbəblərə görə onları sevirsiniz, amma bundan qafilsiniz ki, onlar sizi sevmirlər; siz Allah tərəfindən nazil olan bütün kitablara – həm öz kitabınıza, həm də digər səmavi kitablara iman kətirmisiniz, lakin onlar sizin asimani kitabınıza iman gətirməmişlər.

Sonra Quran onların əsl simasını, həqiqi mahiyyətini və iç üzünü açaraq buyurur: “Kitab əhlindən olan bu dəstə münafiqdir. Təklikdə olduqları zaman sizə qarşı bəslədikləri ədavət, qəzəb və kinin şiddətindən barmaqlarını dişləyirlər. Ey Peyğəmbər, de: “Qəlbinizdə olan bu qəzəblə ölün! Bu qüssə öldüyünüz günə qədər sizdən götürülməyəcəkdir.” Siz onların batini vəziyyətindən agah deyilsiniz, amma Allah agahdır. Çünki Allah onların qəlblərinin zatına agahdır.”

AYƏ 120:

﴿ إِن تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِن تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُواْ بِهَا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ لاَ يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا إِنَّ اللّهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ ﴾

TƏRCÜMƏ:

«Sizə bir xeyir və yaxşılıq yetişdikdə, (bu) onların halını pisləşdirər, pislik və narahatçılıq yetişdikdə isə ona şad olarlar. Əgər səbr etsəniz və təqvalı olsanız, onların hiylələri sizə heç bir ziyan yetirə bilməz. Həqiqətən Allah onların etdiklərini (elm və qüdrəti ilə) əhatə etmişdir

TƏFSİR:

Bu ayədə düşmənlərin kin və ədavət nişanələrindən biri xatırladılır və buyurulur ki, əgər sizə qələbə və zəfər, eləcə də gözəl bir hadisə nəsib olsa, onlar narahat olarlar, xoşagəlməz bir hadisə üz versə, onlar sevinərlər. Amma əgər onların kin-küdurətləri və düşmənçilikləri müqabilində müqavimət göstərib pəhrizkar olsanız, onlar xaincəsinə tədbirlər vasitəsi ilə sizə azacıq belə xəsarət vura bilməzlər. Çünki Allah onların əməllərinə tamamilə əhatəlidir.

AYƏ 121:

﴿ وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّىءُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللّهُ سَمِيعٌ عَلِيمٌ ﴾

TƏRCÜMƏ:

«Və (yada sal) o zaman(ı) ki, möminləri döyüş üçün düşərgələrdə yerləşdirdiyin halda (Ühüd döyüşündə) sübh çağı öz əhlindən (ailəndən) ayrıldın. Allah həmişə (danışıqlarınızı) eşidən və (fikirlərinizi) biləndir

TƏFSİR:

Bu ayədən başlayaraq İslam tarixində çox mühüm və əhatəli bir hadisə olan «Ühüd» müharibəsi barəsində söhbət açılır. Əvvəlcə Peyğəmbərin (s) düşərgə salmaq üçün bir yer seçmək məqsədilə Mədinədən çıxmasına və «Ühüd» dağının ətəyinə getməsinə işarə olunur və buyurulur: Yada sal o zamanı ki, sübh çağı Mədinədən, öz qohum-əqrəbanın yanından çıxdın ki, düşmənlə döyüş aparmaq üçün möminlərə bir mərkəz seçəsən. Allah eşidən və biləndir.

İNCƏ MƏTLƏBLƏR

1. Hərbi düşərgə, eləcə də müdafiə üçün strateji məntəqənin seçilməsi hər kəsin işi deyildir (Peyğəmbərin (s) özü şəxsən hərbi məntəqəni təyin edir).

2. Strateji, coğrafi, hərbi əməliyyat proqramları işə başlamazdan əvvəl hay-küydən uzaq, aram bir fəzada baş verməlidir.

3. Müharibə ilə əlaqədar olan işlərin araşdırılması üçün sübh ən yaxşı vaxtdır.

4. Müharibə ərəfəsində əhli-əyaldan qəlbən ayrılmaq lazımdır.

AYƏ 122:

﴿ إِذْ هَمَّت طَّآئِفَتَانِ مِنكُمْ أَن تَفْشَلاَ وَاللّهُ وَلِيُّهُمَا وَعَلَى اللّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ ﴾

TƏRCÜMƏ:

«O zaman sizdən iki dəstə süstlük və zəiflik göstərmək (və yolun yarısından ayrılaraq qayıtmaq) istədi halbuki, Allah onların köməkçisi və yardımçısı idi (və elə buna görə də onları bu fikirdən daşındırdı). Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər

TƏFSİR:

Müsəlmanlardan iki qrup – Ovs qəbiləsindən Bəni-Səlimə, Xəzrəc qəbiləsindən isə Bəni-Harisə müharibədə iştirak etməmək qərarına gəlmişdilər. Onların ruhi cəhətdən süst olması kimi müəyyən amillər qeyd etmişlər. O cümlədən:

1. Onlar düşmənin çox olduğunu görüb qorxmuşdular.

2. Onlar narahat idilər və «nə üçün məşvərət məqamında onların rəylərinə nəzər yetirilmədi və «Ühüd» dağının ətəkləri əvəzinə şəhərin içində səngər qurmadılar?» − deyə fikirləşirdilər.

3. Nə üçün Peyğəmbər (s) onlarla həmpeyman olan yəhudilərin müsəlmanlara kömək etməsinə icazə vermədi və s.

Lakin Allah-təala Özünün lütf və mərhəməti ilə onları günah tələsinə düşməkdən saxladı, müharibə meydanından qaçmağa qoymadı və onları Öz vilayəti dairəsində qoydu.

4. Cəbhəyə gedənlərin hamısı eyni deyildi.

5. Ruhi süstlüyün və əhval-ruhiyyənin aradan qaldırılmasının yeganə yolu Allaha təvəkkül etməkdir, bu da yalnız möminlərə nəsib olur.

AYƏ 123:

﴿ وَلَقَدْ نَصَرَكُمُ اللّهُ بِبَدْرٍ وَأَنتُمْ أَذِلَّةٌ فَاتَّقُواْ اللّهَ لَعَلَّكُمْ تَشْكُرُونَ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən, Allah sizə Bədr (döyüşün)də gücsüz və pənahsız olduğunuz halda kömək etdi. Buna görə də Allahdan qorxun ki, bəlkə şükr edəsiniz

TƏFSİR:

Bu ayələr məğlubiyyətə düçar olmuş müsəlmanların ruhiyyəsini gücləndirmək üçün çox böhranlı bir şəraitdə nazil olmuşdur. Əvvəlcə müsəlmanların «Bədr» müharibəsində nəzərə çarpacaq böyük müvəffəqiyyətlərinə və qələbələrinə işarə edir ki, bu xatirələri onların zehnində canlandırmaqla öz gələcəklərinə nikbin olsunlar. Buna görə də buyurulur: Allah «Bədr»də sizə qələbə əta etdi, halbuki, düşmənlə müqayisədə zəif və sayınız az idi, müharibə təchizatınız isə ümumiyyətlə, onlarla müqayisə olunası deyildi.

Sizin sayınız 313 nəfər, döyüş sursatınız isə çox az idi, lakin müşriklərin sayı 1000 nəfərdən artıq idi və başdan-ayağa döyüş sursatı ilə yaraqlanmışdılar.

Belə isə xətaya yol verməkdən, öz rəhbərinizin fərmanları ilə müxalifət etməyi təkrarlamaqdan uzaq olun ki, Allahın müxtəlif nemətlərinin şükrünü yerinə yetirə biləsiniz.

İNCƏ MƏTLƏBLƏR

1. İlahi və qeybi yardımları, xüsusilə müharibə meydanlarında unutmayın.

2. Qeybi imdadların şükrünü yerinə yetirmək belə ola bilər ki, ondan sui-istifadə edib qürurlanmayasınız və həmişə Allah qarşısında təqvaya riayət edəsiniz.

AYƏ 124:

﴿ إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَن يَكْفِيكُمْ أَن يُمِدَّكُمْ رَبُّكُم بِثَلاَثَةِ آلاَفٍ مِّنَ الْمَلآئِكَةِ مُنزَلِينَ ﴾

TƏRCÜMƏ:

«O zaman möminlərə «Rəbbinizin (göydən) endirilmiş üç min mələklə sizə kömək etməsi bəsiniz deyilmi?!» deyirdin

TƏFSİR:

1. Mələklər Allahın fərmanı ilə möminlərin xidmətində qərar tuturlar.

2. Allahın lütf və mərhəmətinə ümidvar olmaq hər bir döyüşçü üçün zəruridir.

3. Rəhbərin ümdə vəzifələrindən biri camaatı ümidvar etmək və qeybi yardımları onlara xatırlatmaqdır.

AYƏ 125:

﴿ بَلَى إِن تَصْبِرُواْ وَتَتَّقُواْ وَيَأْتُوكُم مِّن فَوْرِهِمْ هَـذَا يُمْدِدْكُمْ رَبُّكُم بِخَمْسَةِ آلافٍ مِّنَ الْمَلآئِكَةِ مُسَوِّمِينَ ﴾

TƏRCÜMƏ:

«Bəli, əgər səbr etsəniz və təqvalı olsanız və onlar həmin tezliklə və haray-həşirlə sizə üz tutsalar (hücum etsələr), Rəbbiniz sizə nişanə qoyulmuş beş min mələklə kömək edər.»

TƏFSİR:

Əvvəlki ayədə möminlərin köməyinə gələn üç min mələkdən söhbət açılırdı. Bu ayədə isə beş min mələk qeyd olunur. Bu da hərbi şərait, döyüşçülərin ehtiyacları, onların təqva və ruhi şəraitləri ilə əlaqədər olaraq fərqlənir.

İNCƏ MƏTLƏBLƏR

1. Müqavimət və təqva ilahi-qeybi yardımların və mələklərin nazil olması amilidir.

2. Pərvərdigarın qanunları zamanın və insanların dəyişməsi ilə dəyişməz.

3. Təqva ilə yanaşı olan müqavimətin dəyəri vardır. Belə olmazsa, inadkarlıqdan ibarətdir.

4. Düşməndən heç vaxt qafil olmayın, çünki onların hücumu ani və qəfildir.

AYƏ 126:

﴿ وَمَا جَعَلَهُ اللّهُ إِلاَّ بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُم بِهِ وَمَا النَّصْرُ إِلاَّ مِنْ عِندِ اللّهِ الْعَزِيزِ الْحَكِيمِ ﴾

TƏRCÜMƏ:

«Allah bunu (kömək vədəsini və mələklərin göndərilməsini) yalnız sizə müjdə olaraq və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi (çünki, adətən qəlblər əsas səbəbkara və amilə deyil, zahirdə görünən səbəb və vasitələrə yönəlir). Kömək və yardım yalnız yenilməz qüdrət və hikmət sahibi olan Allah tərəfindəndir (çünki bütün səbəblərin səbəbkarı və amili Onun istəyidir)

TƏFSİR:

1. Cəbhələrdə ruhi aramlıq və müjdə döyüşçülərin ehtiyaclarından biridir.

2. Bütün maddi, elmi, ruhi və qeybi müqəddimələr Allahın iradəsi olmadan heç bir təsirə malik deyildir.

3. Allahın qüdrət və izzəti həmişə hikmətlə yanaşıdır. Bəzi hallarda xüsusi dəlillərə əsasən müsəlmanların da məğlubiyyətə uğraması mümkündür. Bəli, Allahın qeybi yardımları Onun hikmətindən asılıdır.

AYƏ 127:

﴿ لِيَقْطَعَ طَرَفًا مِّنَ الَّذِينَ كَفَرُواْ أَوْ يَكْبِتَهُمْ فَيَنقَلِبُواْ خَآئِبِينَ ﴾

TƏRCÜMƏ:

«(Və həmçinin bu qələbəni nəsib etdi) ki, kafirlərin bəzisinin kökünü kəssin və ya onları naümid geri qayıtmaları üçün əzsin

TƏFSİR:

«Ət-təhqiq» təfsirinin müəllifinin dediyinə görə «tərəf» bir şeyin bir tərəfinə deyil, axır tərəfinə deyilir. Buna əsasən ayədə buyurulur ki, qeybi köməklərin səbəbi bu idi ki, kafirlərin kökü kəsilsin.

Lüğət və təfsir kitablarında qeyd olunur ki, ümidsizlik iki qismdir: Əgər bir nəfər işin əvvəlindən ümidsiz olsa, ona “yəs” deyilir. Əgər əvvəlcə ümidvar olduqdan sonra ümidini kəssə, buna «xaid» deyilir.[22]

İNCƏ MƏTLƏBLƏR

1. Küfr və kafir ya tamamilə aradan qaldırılmalı, yaxud da xar, zəlil və ümidsiz olmalıdır (onlarla zəif, müvəqqəti, məhdud və acizanə şəkildə olan rəftarlar onun kökünü kəsə bilməz. Belə işlərlə özünüzü aldatmayın.)

2. Sizin vəhdət, qüdrət, siyasət və müdiriyyətiniz elə tərzdə olmalıdır ki, düşməni hər an məyusluğa doğru çəksin.

AYƏ 128:

﴿ لَيْسَ لَكَ مِنَ الأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذَّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ ﴾

TƏRCÜMƏ:

«Onların heç bir işi sənin əlində deyil. (Allah) ya onlara nəzər salaraq tövbə etmələrinə kömək edər, ya da onlara (bu dünyada möhlət, axirətdə isə) əzab verər. Çünki onlar zalımdırlar. (Bu dörd işin hamısı Allaha aiddir və sənin vəzifən yalnız Onun əmrlərini çatdırmaq və əmri yerinə yetirməkdir.)»

TƏFSİR:

Əgər rəhbər tam sədaqətli olsa, hətta bütün məsuliyyəti onun üzərindən götürən ayələri belə tam sədaqətlə, çəkinm