A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 186
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu ayə «Ühüd» müharibəsi ilə əlaqədar nazil olan axırıncı ayədir. Burada aşkar şəkildə qeyd olunur ki, dünya böyük bir imtahan, sınaq meydanıdır. Hər kəs iman iddiası etsə öz halına buraxılmaz, cəmiyyətdə adi şəkildə yaşamaz. Əksinə, məğlubiyyətlər və qələbələr onların batinlərində olanların aşkara çıxması üçündür. Məhz bu məğlubiyyət «Ühüd» müharibəsində münafiqlərin seçilib aşkara çıxmasına səbəb oldu.

Allah-təala qeyb elmini insan fərdlərinə agah etməz. Çünki əgər qeyb elmi vasitəsi ilə bütün yaxşı-pislər məlum olsaydı, insanlarda ümidlər sönər, ictimai əlaqələr qırılar, həyat hərc-mərcliyə düçar olardı. Deməli, bizim qeyb elminin sirlərindən agah olmamağımız yaxşıdır ki, həyat adi qaydasında cərəyan etsin, yaxşı-pis tədrici imtahanlar və sınaqlar vasitəsi ilə ayırd edilsin.

İNCƏ MƏTLƏBLƏR

1. Allah kafirləri öz hallarına buraxır, lakin möminləri yox.

2. Pakı napakdan seçmək ilahi qanunlardan biridir.

3. Həyat öz adi qaydasında cərəyan etməlidir; camaatın sirlərini qeyb elmi yolu ilə başa düşmək həyatı iflic vəziyyətə salar.

4. Həyat adi surətdə davam etməlidir, buna baxmayaraq Allah-təala bəzi şəxslərə qeyb elmi əta edir.

5. Allah qeyb elmini yalnız Onun tərəfindən gələn və risalət sahibi olan peyğəmbərlərə verir.

6. Peyğəmbərlərin hamısının dərcələri eyni deyildir.

7. Qeyb elmi Allah tərəfindən seçilən peyğəmbərlərə, özü də müəyyən həddə verilir və onlar da bu elmdən bütün sahələrdə deyil, yalnız bəzi hallarda istifadə edirdilər.

AYƏ 180:

﴿وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ هُوَ خَيْرًا لَّهُمْ بَلْ هُوَ شَرٌّ لَّهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُواْ بِهِ يَوْمَ الْقِيَامَةِ وَلِلّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ﴾

TƏRCÜMƏ:

«Allahın Öz lütf və rəhmətindən verdiyində (səmavi kitab elmi və dünya malında) xəsislik edən kəslər, bu xəsisliyin onların xeyirlərinə olmasını güman etməsinlər. Əksinə, bu onlar üçün şərdir. Tezliklə xəsislik etdikləri şey (həmin elm və malın zəncir surətindəki gerçək təcəssümü) Qiyamət günü boyunlarının boyunduruqu olacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur (hamı yox olacaq və yalnız O qalacaqdır). Allah etdiklərinizdən xəbərdardır

TƏFSİR:

AĞIR ƏSARƏT ZƏNCİRİ

Bu ayədə paxılların Qiyamət günündə düçar olacaqları vəziyyət izah edilir. Onlar mal-dövləti, dünya sərvəti qazanıb onun qorunmasına çalışmış, Allah bəndələrinə infaq etməkdən imtina etmişlər. Bu ayədə insanın malik olduğu mal-dövlətin vacib hüququ olan zəkatdan söz açılmadığına baxmayaraq Əhli-beytin (ə) və təfsirçilərin nəzərində bu ayə zəkat verməkdən boyun qaçıranlar barəsində nazil olmuşdur.

Əvvəldə buyurulur: Paxıllıq edənlər və Allahın Öz fəzl və mərhəməti ilə onlara verdiyi şeyləri Onun yolunda xərcləməyənlər güman etməsinlər ki, bu iş onların xeyrinədir. Əksinə, bu iş tamamilə onların ziyanınadır. Onların təsəvvür etdiklərinin əksinə olaraq bu iş onların ziyanına tamam olur.

Sonra onların Qiyamətdəki vəziyyətləri belə vəsf edilir: Tezliklə, Qiyamət günündə paxıllıq etdikləri şeylər (mal-dövlətlər) zəncir kimi onların boynundan asılacaqdır.

Bu cümlədən məlum olur ki, vacib hüququ – xüms-zəkat verilməyən və cəmiyyət tərəfindən istifadə edilməyən mal-dövlət, eləcə də yalnız fərdi istəklər yolunda, bəzən isə dəlisov hərəkətlərlə puç və əbəs yerlərə işlədilən, yaxud müəyyən səbəblərə görə üst-üstə yığılan mal-dövlət Qiyamət günündə «əməllərin təcəssüm etməsi» qanununa əsasən, insanın digər çirkin və yaramaz əməlləri kimi təcəssüm tapacaqdır və qəti əzab surətinə düşəcəkdir.

Sonra digər bir mühüm məsələyə işarə edilir və buyurulur ki, istər bu mal-dövlət Allah yolunda və Onun bəndələri üçün xərclənsin, istərsə də xərclənməsin, labüd olaraq onun sahibindən ayrılmalıdır, Allah yerdə və göydə olanların, bütün şeylərin varisidir.

İndi ki belədir, yaxşı olar ki, onlardan ayrılmazdan öncə onun mənəvi bərəkətlərindən bəhrələnsin və nəticədə bu mal-dövlət həsrət və məsuliyyət zənciri olaraq sahibinin boynundan asılmasın.

Ayənin axırında buyurulur: «Allah sizin əməllərinizdən agahdır.»

Deməli, Allah həm paxıllıq etməyinizi, həm də Allah yolunda cəmiyyət üçün xərcləməyinizi bilir. Buna görə də hər kəsə münasib mükafat verəcəkdir.

AYƏ 181:

﴿ لَّقَدْ سَمِعَ اللّهُ قَوْلَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاء سَنَكْتُبُ مَا قَالُواْ وَقَتْلَهُمُ الأَنبِيَاء بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُواْ عَذَابَ الْحَرِيقِ ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, Allah (Onun insanlardan borc istəməsini eşidib) «həqiqətən, Allah yoxsuldur, biz isə dövlətliyik» deyən kəslərin sözlərini eşitdi. Tezliklə dediklərini və Allahın peyğəmbərlərini nahaq yerə öldürmələrini yazacaq və (Qiyamət günü) «dadın yandırıcı əzabı» deyəcəyik.»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

Bu və bundan sonrakı ayə yəhudiləri məzəmmət etməklə əlaqədar nazil olmuşdur. Peyğəmbəri-Əkrəm (s) Bəni-Qəynuqa yəhudilərinə bir məktub yazaraq onları namaz qılmağa, zəkat verməyə və Allaha borc verməyə dəvət etdi (Allaha borc dedikdə məqsəd Allah yolunda infaq etmək nəzərdə tutulur ki, bu da cəmiyyətdə insani atifələrin, duyğuların son dərəcə təhrik edilməsinə səbəb olur.) Peyğəmbərin göndərdiyi şəxs yəhudilərin dini tədris mərkəzi olan Beytül-Mədarisə varid olub Peyğəmbərin məktubunu yəhudilərin böyük alimi Finhasın əlinə verdi. O, məktubu mütaliə etdikdə dedi: «Əgər sizin sözləriniz düzdürsə, onda deməliyik ki, Allah fəqirdir, biz isə qəni və ehtiyacsızıq! Əgər Allah fəqir olmasaydı bizdən borc istəməzdi. Bundan əlavə, əgər Məhəmməd Allah tərəfindən sələmçiliyin qadağan edilməsinə inanırsa, necə olur ki, özü infaq müqabilində sizə daha artıq sələm vədəsi verir?!» Lakin sonralar Finhas belə sözlər dediyini inkar etdi. Bu zaman yuxarıdakı ayə nazil oldu.

TƏFSİR:

Bu ayədə buyurulur: Allah-təala yəhudilərin dedikləri «Allah fəqirdir, biz isə varlıyıq» - kimi küframiz sözləri eşitdi. Buna əsasən, onların sonradan inkar etmələrinin heç bir faydası yoxdur.

Sonra buyurulur: Təkcə onların sözlərini eşitmədik, üstəlik həm onları, həm də peyğəmbərləri nahaq yerə qətlə yetirmələrini qeydə alacağıq.

Onların əməlləri buna görə qeyd olunub saxlanılır ki, Qiyamət günü onların qarşılarında qərar verilsin. Qiyamətdə də onlara «indi öz əməllərinizin nəticəsini yandırıcı əzab şəklində dadın!» – deyilər.

AYƏ 182:

﴿ ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ ﴾

«TƏRCÜMƏ:

«Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir

TƏFSİR:

Bu ayədə buyurulur ki, hazırda acılığını hiss edib daddığınız dərdli əzab dünyadakı öz yaramaz əməllərinizin niticəsdir. Özünüzə zülm edən məhz özünüz olmusunuz. Allah heç kəsə zülm etməz.

Ümumiyyətlə, sizin kimi cinayətkarlar öz əməllərinizin cəzasını görməsəniz və yaxşı əməl sahibləri ilə bir cərgədə olsanız, bunun özü zülmün ən bariz nümunəsi olar. Əgər Allah belə etsə zəllam (çox zülm edən) olar.

AYƏ 183:

﴿الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ عَهِدَ إِلَيْنَا أَلاَّ نُؤْمِنَ لِرَسُولٍ حَتَّىَ يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ قُلْ قَدْ جَاءكُمْ رُسُلٌ مِّن قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِن كُنتُمْ صَادِقِينَ﴾

«TƏRCÜMƏ:

«Həmin o kəslər ki, “həqiqətən, Allah (səma kitablarında) bizə (qəbul əlaməti olaraq göydən gələn) odun yandırdığı bir qurbanlıq gətirməyincə heç bir peyğəmbərə əsla iman gətirməməyimizi tapşırmışdır” dedilər. De: “Şübhəsiz, məndən öncə (Zəkəriyya və Yəhya kimi) bir sıra peyğəmbərlər sizin üçün aydın dəlillər və dediklərinizi gətirmişdilər, əgər doğruçusunuzsa bəs onları nə üçün öldürdünüz?!”»

TƏFSİR:

Bəziləri İslamı qəbul etməkdən, iman gətirməkdən imtina edir və bəhanə gətirib deyirdilər: «Allah bizdən belə bir əhd-peyman almışdır: bir peyğəmbərə yalnız o vaxt iman gətirək ki, hər hansı heyvanı qurbanlıq desin, asimandan gələn atəş (ildırım) bizim gözlərimiz önündə o qurbanlığı vurub yandırsın və biz də onun peyğəmbər olmasına yəqin edək.» Bu ayə nazil oldu və Peyğəmbərə (s) göstəriş verildi ki, inadkarların və bəhanə gətirənlərin qarşısında belə desin: Əgər doğru deyirsinizsə, onda nə üçün məndən qabaqkı peyğəmbərlərə iman gətirmədiniz. Halbuki, onlar sizə müxtəlif möcüzələr göstərmişdilər. Hətta dediklərinizi, yəni qurbanlıq gətirməyi də göstərmişdilər.

İNCƏ MƏTLƏBLƏR

1. Hər bir millətin tarixi və onlara hakim olan keçmiş əhval-ruhiyyələr onların iddialarına ən yaxşı dəlildir.

2. Haqqı qəbul etməməyə din vasitəsilə bəraət qazandırmayın.

3. Tarix boyu müxaliflərin gətirdikləri bəhanələrin hamısı bir-birinə oxşayır.[31]

4. İnsan təkəbbür və zorakılıq kimi ruhiyyələrə malik olan zaman Allaha töhmət vurur, heç bir peyğəmbər qarşısında təslim olmur, həmçinin möcüzələrin onların istəklərinə uyğun baş verməsini təvəqqe edir.

AYƏ 184:

﴿ فَإِن كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِّن قَبْلِكَ جَآؤُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ ﴾

TƏRCÜMƏ:

«Odur ki, əgər səni təkzib etdilərsə, həqiqətən səndən öncə aydın dəlillər, (hikmətli və nəsihətli) yazılar, aydın və (din və şəriətə) aydınlıq gətirən kitab ilə gəlmiş peyğəmbərlər də təkzib olundular

TƏFSİR:

Bu ayədə Allah-təala Öz Peyğəmbərinə təskinlik verərək buyurur: Əgər bəhanə axtaran bu şəxslər səni təkzib etsələr narahat olma və bil ki, bu, təzə bir məsələ deyildir. Çünki səndən əvvəlki peyğəmbərlər də təkzib edilmişdilər. Halbuki onların həm aşkar möcüzələri və nişanələri var idi, həm də mətin və möhkəm yazıları olan açıq-aşkar kitablar gətirmişdilər.

AYƏ 185:

﴿كُلُّ نَفْسٍ ذَآئِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَن زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَما الْحَيَاةُ الدُّنْيَا إِلاَّ مَتَاعُ الْغُرُورِ﴾

TƏRCÜMƏ:

«Hər bir canlı (mütləq) ölümü dadacaqdır. Qiyamət günü sizin mükafatlarınız tam şəkildə veriləcəkdir. Odur ki, oddan uzaqlaşdırılan və Cənnətə daxil edilən kəs doğrudan da kama çatmışdır. Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir

TƏFSİR:

ÜMUMİ ÖLÜM QANUNU

Bu ayədə dünyanın bütün canlı varlıqlarına hakim kəsilən ümumi bir qanuna – ölüm hökmünə işarə edilir və buyurulur: Bütün canlı varlıqlar istər-istəməz ölüm şərbətini dadacaqlar. Camaatın çoxu isə ölümü özlərinə unutdurmaq istəyir. Lakin bu elə bir həqiqətdir ki, biz onu unutsaq da o heç vaxt bizdən qafil deyildir.

Sonra buyurulur: Dünya həyatından sonra əməllərə görə mükafatlandırılma və ya cəzaverilmə mərhələsi çatır. Siz Qiyamət günü əməllərinizin əvəzini kamil şəkildə alacaqsınız.

Cəhənnəm atəşinin cazibə dairəsindən xilas olaraq behiştə daxil olanlar nicat tapmışlardır. Onlar öz istək və arzularına çatmışlar.

Sanki cəhənnəm bütün insanları var-qüvvəsi ilə özünə tərəf cəzb edir. Doğrudan da, insanın ona tərəf çəkilməsinə səbəb olan amillər qəribə cazibəyə malikdir. Çox ötəri nəfs istəkləri, qanunsuz cinsi ləzzətlər, insanın haqqı olmadığı halda əldə etdiyi məqam və sərvətlər və s. - bunların hamısı insanı cəzb edir.

Qeyd olunan cümlədə əvvəlki bəhs təkmilləşdirilir və buyurulur: Dünya həyatında qürur yaradan və aldadıcı ləzzətlərdən bəhrələnməkdən başqa bir şey yoxdur.

Əsas məsələ budur ki, maddi aləm və onun ləzzətləri insanın əsl və yekun hədəfinə çevrilməsin. Təkamülə çatmaq yolunda dünyanın maddi nemətlərindən istifadə etmək nəinki məzəmmət olunmur, üstəlik çox lazım və zəruri işlərdəndir.

AYƏ 186:

﴿لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُواْ أَذًى كَثِيرًا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الأُمُورِ﴾

TƏRCÜMƏ:

«Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən və həmçinin müşriklərdən (dinin və Peyğəmbərin inkarı və istehza olunması, eləcə də insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir

TƏFSİR:

Müsəlmanlar Məkkədən Mədinəyə hicrət edən zaman müşriklər onların mal-dövlətlərini müsadirə etdilər. Hər kəsi tapsaydılar ona əzab-əziyyət, işgəncə verirdilər. Digər tərəfdən də başda Kəb ibn Əşrəf adlı bir yəhudi olmaqla Mədinə yəhudiləri onlara dil yarası vurur, hətta bəziləri son dərəcə həyasızlıqla müsəlman qızları və qadınları üçün qəzəl oxuyur, onları həcv edirdilər. (Rəsuli-Əkrəm (s) Kəb ibn Əşrəfin qətlinə fərman vermişdi və sonralar da onu cəhənnəmə vasil etmişdilər.)

Bu ayədə müsəlmanlara təskinlik verilir və onlardan istənilir ki, səbr və təqva sayəsində xatircəm olaraq qərara gəlsinlər.

İNCƏ MƏTLƏBLƏR

1. Sizin imtahan olunmağınız ciddi və qəti bir məsələdir, özünüzü bu işə hazırlayın.

2. Düşmən tərəfindən təhqir olunmağınız və əzab-əziyyət görməyiniz sizin imtahan olunmağınız üçün bir vasitədir.

3. İmtahanların ən çoxu insanın malı və canı ilə əlaqədar baş verir.

AYƏ 187:

﴿ وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلاَ تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاء ظُهُورِهِمْ وَاشْتَرَوْاْ بِهِ ثَمَناً قَلِيلاً فَبِئْسَ مَا يَشْتَرُونَ ﴾

TƏRCÜMƏ:

«Və (yada sal) o zaman(ı) ki, Allah (səmavi) kitab verilmiş kəslərdən «mütləq, gərək onu(n həqiqətlərini) insanlara açıqlayasınız və gizlətməyəsiniz!» deyə əhd-peyman aldı. Belə olan halda onlar onu (həmin kitabı və əhd-peymanı) arxalarına atdılar (ona göz yumdular) və onun müqabilində az bir qazanc əldə etdilər. Buna görə də, onların həmişə əldə etdikləri şey nə qədər də pis bir şeydir»

TƏFSİR:

Müasir dövrdə mövcud olan milyonlarla məsihi, yəhudi və məcusinin hamısı öz din alimlərinin yersiz sükutlarına görə həmin dinlərində qalmışdır. «Ətyəbül-bəyan» təfsirində bəyan edildiyi kimi, İslam Peyğəmbərinin (s) nişanələri «Əhdeyn»də («Tövrat» və «İncil» kitablarında) 60 dəfədən artıq gəlmişdir. Lakin kitab əhlinin alimləri onların hamısını kitabdan çıxarmışlar. Haqqın gizlədilməsi o qədər böyük günahdır ki, Allah-təala onun cəzalandırılmasında sair günahlardan şiddətlə təbir gətirmişdir: «Haqqı gizlədənlərə Allah və bütün lənət edənlər lənət edir.»[32]

İNCƏ MƏTLƏBLƏR

1. Camaatın şirk, küfr, cəhalət və fəsadda qalmasına səbəb olan hər bir iş və haqqın gizlədilməsi böyük bir günah, onu gizlədən isə onların bütün günahlarında şərikdir.

2. Ölümsaçan sükutlarda əsas məqsəd dünya malına və məqamına çatmaq, yaxud onu qoruyub-saxlamaqdır.

3. Alimlər insanların qarşısında məsuliyyət daşıyırlar.

4. Həqiqətlər elə şəkildə bəyan olunmalıdır ki, insanlar üçün heç bir şey məxfi qalmasın.

5. Elm təklikdə insanların səadətə çatmaları, qurtuluşa nail olmaları üçün kifayət deyildir. Dünya malına məftun olmamaq, təqva, həmçinin mal-dövlətə və dünyəvi məqamlara etinasız yanaşmaq da vacibdir.

AYƏ 188:

﴿ لاَ تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَواْ وَّيُحِبُّونَ أَن يُحْمَدُواْ بِمَا لَمْ يَفْعَلُواْ فَلاَ تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِّنَ الْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ﴾

TƏRCÜMƏ:

«Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır»

TƏFSİR:

Bütün cəmiyyətlərdə münafiqlər, ikiüzlülər həmişə vardır, onlar münafiqlikdən əlavə, möminlərlə mömin kimi rəftar edirlər. Bunlar özlərini həmişə şücaətli göstərmək istəyən qorxaqlara, alim ləqəbi almaq istəyən savadsız, cahil və kəmsavadlara oxşayır ki, təriflənməkdən ləzzət alırlar. Bəzən ciddi görkəm alır, bununla da ən yaxşı mənsəb və ləqəblərə malik olduqlarını çatdırmaq istəyirlər. Lakin həqiqətdə səadət üzünü görməyən hiyləgərlərdir.

Ümumiyyətlə, insanlar üç dəstəyə bölünür:

1. Bəziləri fəaliyyət göstərir və Allahdan başqa heç kəsin onların işindən xəbərdar olmasını istəmirlər.

2. Bəziləri fəaliyyət göstərir, məqsədləri də camaatın bu işləri bilib onları tərifləməsidir.

3. Bəziləri fəaliyyət göstərmir, amma camaatın onları tərifləməsini istəyirlər ki, yuxarıdakı ayədə bu kimi şəxslərə işarə olunur.

AYƏ 189:

﴿ وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

TƏRCÜMƏ:

«Göylərin və yerin həqiqi mülkiyyəti və tam hakimiyyəti Allaha məxsusdur (çünki yaratmaq, qorumaq, idarə etmək və yox etmək, bunların hamısı Onun istək və iradəsinə tabedir). Allah hər şeyə qadirdir

TƏFSİR:

Bu ayə möminlərə müjdə verir, kafirləri isə təhdid edir. Ayədə buyurulur: «Asimanların və yerin hakimiyyəti Allaha məxsusdur, Allah hər bir şeyə qadirdir.» Yəni, möminlərin irəli hərəkət etməkdə qeyri-qanuni yollardan istifadə etmələrinə heç bir əsas yoxdur. Onlar yalnız Allahın qüdrətinə arxalanaraq, qanuni və düzgün yollardan istifadə etməklə öz hədəflərinə çata bilərlər.

AYƏ 190:

﴿ إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır

TƏFSİR:

Fəxr Razinin, Qurtubi və Mərağinin təfsirlərində qeyd olunur ki, Ayişədən soruşdular: «Peyğəmbəri-Əkrəmdən yadında qalan ən gözəl xatirə hansıdır?» Dedi: «Peyğəmbərin bütün işləri qəribə idi. Amma mənim nəzərimcə onların ən mühümü bu idi: O, bir gecə mənim evimdə istirahət edirdi. Təzəcə yatmışdı ki, yerindən qalxdı, paltarlarını geyinib dəstəmaz aldı və namaz qılmağa başladı. Namaz üstündə o qədər ağladı ki, paltarının qabaq tərəfləri göz yaşından islandı. Sonra səcdəyə getdi, səcdə halında o qədər ağladı ki, üzünün müqabilindəki yer də islandı. Sübh çağı Bilal gəlib bu qədər ağlamağının səbəbini soruşduqda buyurdu: «Dünən gecə bəzi ayələr («Ali-İmran» surəsinin 190-194-cü ayələri) mənə nazil oldu. Sonra buyurdu: «Vay olsun o kəslərə ki, bu ayələri oxuyub düşünməzlər!»

Fəxri Razinin təfsirində Həzrət Əlidən (ə) nəql olunur ki, Rəsuli-Əkrəm (s) gecə namazından qabaq bu ayələri oxuyardı.[33]

Bir hədisdə bizim də bu ayələri oxumağımız tövsiyə olunmuşdur.

Həzrət Əlinin (ə) səhabələrindən olan Nuf Bəkkalinin belə dediyi nəql olunmuşdur: Bir gecə Həzrət Əlinin (ə) hüzurunda idim. İmam (ə) yatağından qalxıb bu ayələri oxudu, sonra məndən soruşdu: «Yatmısan, yoxsa oyaqsan?» Dedim ki, oyağam. Buyurdu: «Xoş olsun o kəslərin halına ki, yerin çirkinliklərinə bulaşmamışlar.»[34]

İNCƏ MƏTLƏBLƏR

1. Yaradılış aləmi hədəf əsasındadır.

2. Varlıqların tanınması Allahı tanımaq üçün bir müqəddimədir.

3. Ayıq və zəkalı insanların nəzərində ağacın yarpaqları, hər vərəqi üzərində ilahi mərifət olan bir dəftərdir.

4. Hər kəs daha ağıllıdırsa ilahi nişanə və əlamətləri daha çox dərk edir.

5. Gecə-gündüzün gəlib-getməsi, varlıq aləminin zaman əsasında qurulması əql sahiblərinin nəzərində təsadüfi bir iş deyildir.

AYƏ 191:

﴿ الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ ﴾

TƏRCÜMƏ:

«O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: “Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru.”»

TƏFSİR:

Allahı yad etmək hər bir halda əql əlamətidir.

Əql sahibləri məhz zikr və təfəkkür əhlidir.

Təfəkkür əsasında olan imanın dəyəri vardır.

Biz bilməliyik ki, ilahi hədəfdən uzaqlaşdıqca cəhənnəm oduna yaxınlaşırıq, belə isə yenidən ilahi hədəflərə qayıtmalıyıq.

Sirlərinin hamısını dərk edə bilməsək də, xilqət və yaradılış aləmi əbəs yerə deyil.

AYƏ 192:

﴿ رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ ﴾

TƏRCÜMƏ:

«Ey Rəbbimiz! Şübhəsiz, Sən (Cəhənnəm) od(un)a daxil etdiyin hər bir kəsi, mütləq xar və rüsvay etmisən. Zalımların əsla köməkçiləri olmayacaqdır »

TƏFSİR:

Cəhənnəm əzabı ağırdır, lakin xarlıq və rüsvayçılıq fiziki əzabdan daha ağır, daha dərdli və daha şiddətlidir.

Zalımlar heç vaxt şəfaətə nail ola bilməzlər, onlar şəfaət haqqından məhrumdurlar.

AYƏ 193:

﴿ رَّبَّنَا إِ