A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 186
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


«Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər

TƏFSİR:

«Minnət» kəlməsi etalon kimi qəbul edilən bir daş mənasına olan «mənn» kökündən alınmışdır. Buna əsasən hər növ ağır və qiymətli nemət minnət adlandırılır. Amma kiçik nemətləri daha böyük cilvələndirmək, qiymətli hesab etmək xoşagəlməz işdir. Buna əsasən böyük neməti bağışlamaq gözəl, kiçik nemətləri böyük cilvələndirmək isə xoşagəlməzdir.

İNCƏ MƏTLƏBLƏR

1. Peyğəmbərlərin göndərilməsi ən böyük ilahi nemət və asimani hədiyyədir.

2. Peyğəmbərlər camaatın özlərindən olmuşlar.[26]

3. İnsanların ruhunun və nəfsinin saflaşdırılması elm öyrənməkdən irəlidir, təzkiyə və təlim peyğəmbərlərin proqramlarının sərlövhəsində qərar tutmuşdur.

4. Besətin bütün insanlar üçün nəzərdə tutulduğuna baxmayaraq, yalnız möminlər bu böyük nemətin şükrünü yerinə yetirərək hidayət nurundan bəhrələnirlər.

5. İnsanların təkamülü və ruhlarının saflaşdırılması ilahi ayələr və peyğəmbərlərin məktəbi sayəsində olmalıdır (müəllimləri və tərbiyəçiləri ilahi ayələr və peyğəmbərlər olmayan hər hansı bir riyazət və tərkidünyalıq bir növ azğınlıq sayılır).

6. Peyğəmbərlərin besəti kimi böyük bir nemətin qədrini daha yaxşı bilmək üçün İslam ümmətinin İslamdan əvvəlki (cahiliyyət) dövrünə nəzər salmaq lazımdır.[27]

7. Çox qaranlıq və azğın mühitlərdə belə qurucu işlər görmək olar.

8. Peyğəmbərlərin məktəbində insanın təlim-tərbiyəsi ilə yanaşı, ruhi cəhətdən pərvəriş olunması və saflaşdırılmasının hər ikisi İslami görüş mehvərində bəyan edilir.

AYƏ 165:

﴿ أَوَلَمَّا أَصَابَتْكُم مُّصِيبَةٌ قَدْ أَصَبْتُم مِّثْلَيْهَا قُلْتُمْ أَنَّى هَـذَا قُلْ هُوَ مِنْ عِندِ أَنْفُسِكُمْ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

TƏRCÜMƏ:

«Sizə bir müsibət üz verən zaman (Ühüd müharibəsində yetmiş nəfəriniz öldürülərkən) - ki, əlbəttə, onun iki qatını siz (onlara) vurmuşdunuz (Bədr müharibəsində onlardan yetmiş nəfəri öldürüb, yetmiş nəfərini əsir götürmüşdünüz) – “bu müsibət necə və haradandır?” deyirsiniz?! De: “Bu sizin öz tərəfinizdəndir (çünki bu müharibədə Peyğəmbərin əmrindən çıxdınız).” Həqiqətən Allah hər bir şeyə qadirdir

TƏFSİR:

Müsəlmanlar «Ühüd» müharibəsində 70 nəfər şəhid verdikdən sonra məğlub olduqları zaman «nə üçün biz məğlubiyyətə uğradıq?» -deyə bir-birindən soruşurdular. Allah-təala buyurdu: Siz bu xəsarətin ikiqat artığını keçən il «Bədr» müharibəsində düşmənə vurmusunuz. Siz o zaman onlardan 70 nəfərini öldürüb 70 nəfərini də əsir tutmuşdunuz. Bundan əlavə, builki məğlubiyyət də məhz sizin təfriqəyə düşüb süstlüyə düçar olmağınız, rəhbərinizin göstərişlərinə itaət etməməyiniz ucbatından və öz tərəfinizdən olmuşdur.

İNCƏ MƏTLƏBLƏR

1. Yekun mühakimə yürüdərkən acılıqların və şirinliklərin hər ikisini eyni zamanda nəzərdə tutun (siz təkcə «Ühüd»dəki məğlubiyyəti nəzərə alır, «Bədr»dəki qələbəni unudursunuz).

2. Məğlubiyyətin amillərini araşdırarkən əvvəlcə özünüzdəki batini, ruhi və ideoloji amilləri araşdırıb təhlil edin, sonra isə başqa amilləri araşdırın.

3. Allah-təala hər bir işə qadirdir, lakin biz ondan istifadə etmək üçün lazımi ləyaqət və şəraitlərə malik olmalıyıq.

4. Sadəcə müsəlman olmağın qələbə üçün kifayət edəcəyini əsla güman etməyin ki, hər bir məğlubiyyətdə «niyə» və «nə üçün» sözlərindən istifadə edəsiniz. Bilmək lazımdır ki, iman gətirməkdən əlavə, Allahın dəyişməz qanun və nizamlarına da diqqət yetirmək lazımdır.

AYƏ 166:

﴿ وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللّهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:

«İki dəstənin bir-biri ilə qarşılaşdığı gün düçar olduğunuz şey (Ühüd müharibəsindəki böyük məğlubiyyət və yetmiş nəfərin öldürülməsi) Allahın izni və icazəsi ilə idi (ki, sizi imtahan) və möminləri məlum etsin (və əzəli elmi mövcud gerçəkliklə üst-üstə düşsün)

TƏFSİR:

Allah-təala hər bir iş üçün müəyyən bir səbəb yaratmışdır. Məğlubiyyətin də, qələbənin də müəyyən sirləri vardır. Sizin «Ühüd» müharibəsindəki məğlubiyyətiniz də səbəb-nəticə qanununa tabe idi. Siz müharibədə süstləşdiniz, döyüş nizamı və taktikasını pozdunuz, qənimət yığmaq üçün hərislik göstərdiniz, nəticədə məğlub oldunuz. Bu da bütün müharibələrdə Allah-təalanın dəyişməz qanunudur.

İNCƏ MƏTLƏBLƏR

1. Həm məğlubiyyət, həm də qələbə Allahın iradəsi və izni ilə gerçəkləşir. Allahın izn və iradəsi də ilahi sünnələrdən ibarətdir.

2. Acı və şirin hadisələr insanların sınağa çəkilib bir-birindən seçilməsi üçün meydandır.

AYƏ 167:

﴿وَلْيَعْلَمَ الَّذِينَ نَافَقُواْ وَقِيلَ لَهُمْ تَعَالَوْاْ قَاتِلُواْ فِي سَبِيلِ اللّهِ أَوِ ادْفَعُواْ قَالُواْ لَوْ نَعْلَمُ قِتَالاً لاَّتَّبَعْنَاكُمْ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلإِيمَانِ يَقُولُونَ بِأَفْوَاهِهِم مَّا لَيْسَ فِي قُلُوبِهِمْ وَاللّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ﴾

TƏRCÜMƏ:

«Və münafiqləri məlum etməsi üçün! (Elə ki,) onlara “gəlin Allah yolunda vuruşun, ya (öz ərazilərinizi) müdafiə edin!”- deyildi, dedilər: “Əgər biz döyüşməyi bilsəydik, mütləq sizə tabe olardıq!” Onlar həmin gün, imandansa küfrə daha yaxın idilər. Onlar həmişə ağızları ilə qəlblərində olmayan şeyi deyirlər. Allah onların gizlətdiklərini daha yaxşı biləndir

TƏFSİR:

Bu ayədə məğlubiyyətin digər bir səbəbinə işarə edilir və buyurulur ki, onun səbəbi bu idi ki, münafiqlər başqalarından seçilsin.

Sonra Qurani-Kərim müharibədən əvvəl münafiqlərlə bəzi müsəlmanlar arasında gedən söhbətləri belə bəyan edir: Müsəlmanların bəzisi (İbn Abbasın nəql etdiyinə görə, Ömərin oğlu Əbdüllah) Əbdüllah İbn Əbu Səlulun öz dostları ilə birlikdə İslam ordusundan ayrılaraq Mədinəyə qayıtmaq qərarına gəldiklərini gördülər və ona dedilər: “Gəlin Allah xatirinə və Onun yolunda müharibə edin, ya da heç olmazsa sizin özünüzü və qohum-əqrəbanızı təhdid edən təhlükə qarşısında müdafiə olunun.”

Lakin onlar çox süst və gülünc bəhanələr gətirərək dedilər ki, əgər biz müharibə olacağını bilsəydik, hökmən sizə tabe olardıq.

Bunların hamısı sözsüz ki, bəhanə idi. Çünki müharibənin baş verməsi labüd idi, müsəlmanlar da əvvəldə qələbə çalmışdılar. Sonradan baş verən məğlubiyyət isə onların yol verdikləri nöqsanlı hallardan və səhvlərdən irəli gəlirdi. Allah-təala buyurur: Yalan deyirlər, onlar həmin gündə imandan daha çox küfrə yaxın idilər.

Yuxarıdakı cümlədən məlum olur ki, küfrün də, imanın da müxtəlif dərəcələri vardır və insanların əməl və əqidələrinə bağlıdır.

Onlar öz dilləri ilə qəlblərində olmayan şeyləri deyir, irəli sürdükləri təkliflərində inadkarlıq göstərdilər. Çünki onlar demişdilər ki, müharibə gərək Mədinənin içərisində baş versin. Onlar ya düşmən zərbələrinin qorxusundan, ya da İslama çox meyilli olmadığından müharibədə iştirak etməkdən imtina etdilər.

Lakin Allah münafiqlərin gizlətdiyi şeylərdən tam agahdır. Həm bu dünyada onların həqiqi simalarını ifşa edib batini niyyətlərini müsəlmanlara bildirir, həm də axirətdə onlardan lazımınca hesab alacaqdır.

AYƏ 168:

﴿ الَّذِينَ قَالُواْ لإِخْوَانِهِمْ وَقَعَدُواْ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا قُلْ فَادْرَؤُوا عَنْ أَنفُسِكُمُ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ ﴾

TƏRCÜMƏ:

«Özləri (döyüşə getməyib evdə) oturan və (doğma) qardaşları (və ya Ühüd müharibəsində öldürülmüş öz məsləkdaşları) barədə “əgər onlar bizə tabe olsaydılar, öldürülməzdilər!” deyən kəslərə de: “(İndi ki, siz ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü özünüzdən dəf edin.”»

TƏFSİR:

MÜNAFİQLƏRİN ƏSASSIZ SÖZLƏRİ

Münafiqlər «Ühüd» müharibəsində iştirak etməməkdən əlavə cihaddan qayıdan mücahidlərə dil yarası vurub onları məzəmmət edirdilər. Quran bu ayədə onların puç, məntiqsiz və əsassız sözlərinə cavab verərək buyurur: Cihaddan imtina edənlər öz qardaşları barəsində deyirlər ki, əgər bizə itaət etsəydiniz, heç vaxt öldürülməzdiniz. Onlara de: Əgər gələcək hadisələri uzaqgörənliklə dərk etməyə qadirsinizsə və doğru deyirsinizsə, onda ölümü özünüzdən uzaqlaşdırın!

AYƏ 169:

﴿ وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ ﴾

TƏRCÜMƏ:

«Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir

TƏFSİR:

ƏBƏDİ DİRİLƏR

Bu və ondan sonrakı ayə «Ühüd» müharibəsindən sonra nazil olmuşdur. Lakin onların məzmun və möhtəvaları daha ümumi olub bütün şəhidlərə şamil olur. Bu ayədə şəhidlərin yüksək məqamı vəsf edilərək buyurulur: «Ey Peyğəmbər! Allah yolunda öldürülənləri heç vaxt ölü hesab etmə!»

Bu ayədə «əbədi həyat» dedikdə bərzəx aləmindəki həyat nəzərdə tutulur. Belə ki, bütün ruhlar ölümdən sonra, bərzəx aləmində bu həyatdan bəhrələnirlər. Bu da təkcə şəhidlərə məxsus deyil. Lakin şəhidlər Allahın əbədi nemətlərinə, mənəvi həyata hamıdan artıq qərq olduqlarından sanki bərzəx aləmində olan digər insanların həyatı ilə müqayisəolunmaz dərəcədə yüksəkdədir, buna görə də yalnız şəhidlərin məqamı bəyan edilmişdir.

AYƏ 170:

﴿ فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ ﴾

TƏRCÜMƏ:

«(Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar

TƏFSİR:

Bu ayədə şəhidlərə bərzəx aləmində nəsib olan böyük bərəkət və imtiyazların bir qisminə işarə edilir və buyurulur: Onlar Allah-təalanın Öz fəzl və mərhəməti ilə bəxş etdiyi çoxlu nemətlərdən xoşhaldır və sevinc içindədirlər.

Onların xoşhal olmasının digər bir səbəbi öz mücahid qardaşları ilə əlaqədardır: Və hələ onlara qovuşmayan gələcək şəhid və mücahidlər xatirinə də sevinirlər, çünki onların axirət aləmindəki yüksək məqamlarını görür və bilirlər ki, onların nə qorxusu vardır, nə də qəmgin olarlar. Onlar Qiyamətin dəhşətli hadisələrindən və onun qorxunc günlərindən asayişdə, əminamanlıqdadırlar.

AYƏ 171:

﴿ يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ وَأَنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:

«Onlar Pərvərdigarın (onlara verdiyi) nemət və mərhəmətin səbəbi ilə sevinc hissi keçirir və (görürlər ki,) Allah möminlərin (nə şəhidlərin, nə də hələ şəhid olmayan mücahidlərin) mükafatını zay etməz.»

TƏFSİR:

Bu ayə həqiqətdə Allah yolunda öldürüldükdən sonra şəhidlərə verilən müjdələri bir daha təkidləndirir. Buyurur: Onlar iki cəhətdən sevinc içindədirlər:

Birincisi, Allahın nemətlərinə nail olduqlarına görə; təkcə Allahın nemətlərinə deyil, həm də Onun mərhəmətinə nail olmuşlar. (Bu da Allah nemətlərinin təkrarlanıb artmasıdır).

Digəri isə bundan ibarətdir ki, onlar görürlər ki, Allah-təala möminlərin – nə şəhidlərin, nə də hələlik şəhadət şərbətini içməyən həqiqi mücahidlərin mükafatlarını zay etməz.

AYƏ 172:

﴿ الَّذِينَ اسْتَجَابُواْ لِلّهِ وَالرَّسُولِ مِن بَعْدِ مَآ أَصَابَهُمُ الْقَرْحُ لِلَّذِينَ أَحْسَنُواْ مِنْهُمْ وَاتَّقَواْ أَجْرٌ عَظِيمٌ ﴾

TƏRCÜMƏ:

«(Ühüd döyüşündən və) yaralandıqdan sonra (Qüreyş qoşununu təqib etmək üçün) Allahın və Onun peyğəmbərinin çağırışını qəbul etmiş kəslər-onların yaxşılıq edib təqvalı olanları üçün böyük bir mükafat vardır

TƏFSİR:

HƏMRAUL-ƏSƏD QƏZVƏSİ

Qeyd olunduğu kimi, «Ühüd» müharibəsinin axırlarında Əbu-Süfyanın ordusu qələbə çaldıqdan sonra sürətlə Məkkəyə doğru yola düşdü. Rəvha məntəqəsinə çatanda öz işlərindən peşman oldular və yenidən Mədinəyə qayıdıb müsəlmanların qalanlarını da qətlə yetirməyi qərara aldılar. Bu xəbər Peyğəmbərə (s) çatanda dərhal yenidən müharibəyə hazırlıq əmrini verdi. Qüreyş başçıları məsələdən xəbər tutduqda müsəlmanların bu qəribə müqavimətindən vəhşət hissi keçirdilər. Bununla eyni zamanda baş verən digər bir hadisə onların ruhiyyələrini daha da sarsıtdı: Məbədul-Xəzai adlı bir müşrik Peyğəmbərin (s) və onun köməkçilərinin acınacaqlı vəziyyətini gördükdə çox təsirləndi və Peyğəmbərə dedi: «Sizin bu vəziyyətiniz bizim üçün çox xoşagəlməzdir!» Bu sözü dedikdən sonra yola düşdü və Rəvhada Əbu Süfyanın qoşununa çatdı. Əbu Süfyan ondan Peyğəmbər (s) barəsində soruşduqda dedi: “Məhəmməd (s) böyük bir ordu ilə sizi təqib etməyə başlayıb.”

Bu xəbərdən sonra Əbu Süfyan öz köməkçiləri ilə geri çəkilmək qərarına gəldi. Oradan keçən Əbdül-Qeys qəbiləsinin adamlarından xahiş etdilər ki, Peyğəmbərə (s) çatdırsınlar ki, Qüreyş bütpərəstlərinin başçısı Əbu Süfyan Peyğəmbərin (s) köməkçilərinin qalanını da məhv etmək üçün böyük bir qoşunla Mədinəyə tərəf hərəkət edir.

Bu xəbər Peyğəmbərə (s) və müsəlmanlara çatdıqda dedilər: «Allah bizə kifayətdir və O ən yaxşı müdafiəçidir!»

Amma nə qədər gözlədilərsə, düşmən qoşunundan bir xəbər çıxmadı, buna görə də üç gün qaldıqdan sonra Mədinəyə qayıtdılar. Bu ayə və ondan sonrakı iki ayə həmin hadisəyə işarə edərək buyurur: Allahın və Onun Peyğəmbərinin dəvətinə müsbət cavab verən, «Ühüd» müharibəsində aldıqları ağır yaralardan sonra düşmənə qarşı başqa bir müharibədə iştirak etməyə hazır olanların arasında yaxşı iş görüb təqvalı olanlar (yəni pak və sadiq niyyətlə, ixlasla müharibə meydanına gedənlər) üçün böyük mükafat vardır.

AYƏ 173:

﴿ الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ ﴾

TƏRCÜMƏ:

«Həmin o kəslər (üçün) ki, camaat onlara “(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun” dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: “Bizə Allah kifayətdir və O, gözəl vəkildir.”»

TƏFSİR:

Sadəlövh insanlar mücahidlərə nəsihət verərək deyirdilər ki, düşmən çox güclüdür, onlarla qarşılaşmaq mümkün deyildir. Yaxşı olar ki, müharibəyə girişməyin. Amma həqiqi möminlər heç bir qorxu olmadan, vəhşət hissi keçirmədən tam aramlıqla ayədə qeyd olunan kimi cavab verdilər.

İNCƏ MƏTLƏBLƏR

1. Düşmənin əsassız və zəhərli təbliğatlarından qorxmayın.

2. Cəbhələrdə düşmən casuslarının nüfuz etməsindən qafil olmayın.

3. Təhdidlər müqabilində ən güclü müqavimət iman və Allaha təvəkküldür.

4. Həqiqi mömin hər nə qədər çətinliklərə düşsə, onun Allahla olan rabitəsi və Ona təvəkkülü bir o qədər güclənir.

AYƏ 174:

﴿ فَانقَلَبُواْ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُواْ رِضْوَانَ اللّهِ وَاللّهُ ذُو فَضْلٍ عَظِيمٍ ﴾

TƏRCÜMƏ:

«Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir

TƏFSİR:

«Ühüd» müharibəsinin yaralıları Peyğəmbəri-Əkrəmin (s) əmri ilə və İslamı müdafiə etmək üçün bir daha səfərbər oldular və düşməni “Həmraul-Qeys” düşərgəsinə qədər təqib etdilər. Düşmənlər onların yüksək əhval-ruhiyyəsindən vəhşətə gəlib yenidən hücum etmək fikrindən daşındılar və Məkkəyə qayıtdılar. Bu ayə «Ühüd» müharibəsinin sədaqətli döyüşçüləri və yaralılarına qədirbilənlik etmək üçün nazil olmuşdur.

İNCƏ MƏTLƏBLƏR

1. Bir çox hallarda bəzi insanlar təhlükəyə doğru getmiş, amma sağlam qayıtmışlar. Bunun müqabilində də bəzi təhlükədən qaçan qorxaqlar bəlaya, müsibətə düçar olmuşlar.

2. İlahi şəxsiyyətlər üçün əsas məsələ Allahın razılığını qazanmaqdır, onlar üçün nə şəhid olmaq, nə sağ qalmaq, nə yaralanmaq, nə də asayişdə qalmaq – heç biri ilkin məqsəd deyildir.

3. Allahın böyük mərhəməti təkcə cəbhədə iştirak edənlərə nəsib oldu və cihad meydanından qaçan fərarilər həsrət içində qaldılar.

AYƏ 175:

﴿ إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءهُ فَلاَ تَخَافُوهُمْ وَخَافُونِ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən öz dostlarını (şayələrlə düşməndən) qorxudan yalnız Şeytandır. Odur ki, əgər möminsinizsə onlardan qorxmayın, Məndən qorxun!»

TƏFSİR:

Həqiqi mömin Allahdan başqasından əsla qorxmaz. Onun imanı şücaətindən ayrı deyildir. İslam döyüşçüləri yalnız Allahdan qorxmalı və Onun qarşısında təqvalı olmalıdırlar. Çünki qorxutma və təhdidetmə böyük qüdrətlərin mənfur siyasətidir.

AYƏ 176:

﴿ وَلاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ إِنَّهُمْ لَن يَضُرُّواْ اللّهَ شَيْئاً يُرِيدُ اللّهُ أَلاَّ يَجْعَلَ لَهُمْ حَظًّا فِي الآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ﴾

TƏRCÜMƏ:

«Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır

TƏFSİR:

«Ühüd» müharibəsində məğlubiyyətə uğrayanlar sanki bir-birindən soruşurdular: Biz məğlub olmuşuq və kafirlər bizə qələbə çalaraq Məkkəyə qayıtmışlar, indi nə olacaqdır?! Yuxarıdakı ayə onların cavabında buyurur: Əsla narahat olmayın. Bu, Allahın kafirlərə verdiyi bir möhlətdir ki, onların qəlbləri küfrlə tam dolsun və axirətdə heç bir bəhrələri olmasın.

İNCƏ MƏTLƏBLƏR

1. Öz təmkin və aramlığınızı qoruyub saxlayın, bilin ki, kafirlərin İslamı məhv etmək üçün göstərdikləri səylər tamamilə təsirsizdir.

2. Küfr meydanında tələm-tələsik hərəkətlər insanı tövbə etmək və ilahi rəhmətə nail olmaqdan məhrum edir.

3. İnsanların küfr etməsi Allahın müqəddəs hüzuruna azacıq belə zərər vurmur.

4. Kafirlərə möhlət verilməsi Allahın müqəddər etdiyi sünnələrdəndir. Bir kəs bu möhlətin məlumatsızlıq ucbatından, yaxud onların qarşısında bacarıqsız olduğu üçün olmasını təsəvvür etməsin.

5. Bu ayədə həm Allahın qəzəbi, həm də Onun mərhəməti bəyan edilir: Peyğəmbəri-Əkrəmin əmri ilə ikinci dəfə cihad meydanına gedən yaralılara Allahın böyük və əzəmətli mərhəməti, inadkar kafirlərə isə böyük əzab müjdə verilir.

AYƏ 177:

﴿ إِنَّ الَّذِينَ اشْتَرَوُاْ الْكُفْرَ بِالإِيمَانِ لَن يَضُرُّواْ اللّهَ شَيْئًا وَلهُمْ عَذَابٌ أَلِيمٌ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən küfrü imanı vermək bahasına (satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar və onlar üçün ağrılı bir əzab vardır

TƏFSİR:

Quran ayələrində imanı küfrə dəyişmək, qazanc və ziyan kimi məsələlər dəfələrlə təkrar olunmuşdur. Bu şərif kitab dünyanı bir bazara, camaatı satıcıya, onda satılan əmtəəni əqidə və təfəkkürə, müştərini isə bəzən Allaha, bəzən isə Ondan başqasına təşbih edir. Bu bazarda əmtəəni satmaq icbaridir, lakin müştərini seçmək insanın öz ixtiyarındadır. Yəni, bizim ixtiyarımızda olan qüdrəti, əməli və əqidəni istifadəsiz saxlaya bilmərik. Lakin əqidə və əməllərimizi faydalı, yaxud ziyanlı yolda işlətmək bizim öz ixtiyarımızdadır. Quranda yalnız Allahla müamilə edən, əvəzində behişt və Allahın razılığını qazananlar tərif olunurlar, əvəzində isə düzgün seçməmələri və nəticədə azğınlığa düşmələri səbəbi ilə ümumiyyətlə qazanc əldə etməyən, yaxud ağır xəsarətlərə düçar olan, yaxud da xəsarət nəticəsində rüsvay olunanlar kəskin tənqid atəşinə tutulur. Bəzi ayələrdə (yuxarıdakı ayədə olduğu kimi) öz imanını küfrlə dəyişənlər təhqir olunur, bunun müqabilində də möminlərə təskinlik verilir və buyurulur ki, onların dindən çıxmaları Allaha və Onun yoluna heç bir zərər çatdıra bilməz.

AYƏ 178:

﴿ وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ ﴾

TƏRCÜMƏ:

«Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara (başa düşmələri üçün) möhlət veririk (lakin sonda bu, səbəb olur) ki, onlar (öz) günah(ların)ı artırsınlar. Onlar üçün alçaldıcı bir əzab vardır

TƏFSİR:

Quran münafiqlər, kafirlər, zəif imanlı şəxslər barəsində «güman etməyin» kəlməsini dəfələrlə işlətmişdir. Səbəbi də odur ki, bu kimi şəxslər düzgün uzaqgörənlikdən və təhlildən, kamil əqldən və aşkar batindən məhrumdurlar. Onlar yaradılış aləmini əbəs və oyun-oyuncaq, dünyanı əbədi qalacaq yeri, izzət və başıucalığı kafirlərin ətrafına fırlanmaqda güman edir, ömrün uzun olmasını xeyir-bərəkət sayırlar ki, Quran ayələrində bu kimi puç və xam xəyallar açıqlanaraq ifşa edilmişdir.

Bəzən küfr əhli güclü maddi imkanlara, rifah və asayişə malik olmalarını özlərinin ləyaqətli olmasına əsas səbəb hesab edirlər. Halbuki, Allah-təala onlara, haqq qarşısında inadkarlıq etdiklərinə, büsbütün küfr və fəsada aludə olduqlarına görə möhlət verir ki, öz yaramaz əməllərində qərq olsunlar.

Tarixdən bildiyimiz kimi, məlun Yəzid İmam Hüseyni (ə) ş