A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Ailə səadətinə necə nail olaq?
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 108
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Sonra Həzrət Fatimeyi-Zəhra (salamullahi əleyha) bütün mö`min qadınlara nümunə sayılacaq aşağıdakı cümləni söylədi:

“İşlərin bu cür bölünməsindən necə xoşhal

olduğumu Allahdan başqa heç kəs bilmir.”[34]

HÜQUQ VƏ MƏHƏBBƏT

Kişi və qadın ər-arvad münasibətindən əlavə, bir-birinə ürək yandıran dosta çevrilməlidirlər. Əgər aralarında rəfaqət olmazsa iş çətinləşər. Ümumiyətlə, hər hansı bir yerdə, ələlxüsus ev mühitində əgər təkcə qanun hökm edərsə lazımlı nəticə hasil olmayacaqdır. Necə ki, təkcə məhəbbətin hakim olması nəticə vermir; qanun, məhəbbət və səfa-səmimiyyət birlikdə olmalıdır.

“Həqiqətən Allah (camaatı) ədalət və ehsana əmr edir.”

Qadın və kişi İslam qanunlarına riayət etməyə vəzifəli olduqları kimi, bir-birinə qarşı ürək yanan və dost sözünün əsil mə`nasında olmalıdırlar.

HƏMKARLIQ

Bir gün Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) Əmirəl-mö`mininin (əleyhissalam) mənzilinə gəldikdə onu mərci təmizləyən halda görür və bu işdən çox xoşhal olub buyurur: “Ya Əli, ev işlərində arvadına kömək edən hər kəsə, həcci-ömrənin savabı nəsib olar.”

QADININ CİHADI

Bir gün bir qadın Peyğəmbər (səlləllahu əleyhi və alih)in hüzuruna gəlib dedi: İndidən qiyamətə kimi yer üzünə gələcək bütün qadınlar tərəfindən sizə bir sualım vardır: nə üçün siz qadın və kişi arasında fərq qoymusunuz?! Kişilər üçün bir sıra əməl və savablar buyurmuşsunuz ki, qadınlar o savablardan məhrumdurlar. Misal üçün Allah yolunda cihad etmək. Allahın Rəsulu (səlləllahu əleyhi və alih) buyurdu:

“Qadının cihadı öz əri üçün yaxşı arvad olmaqdır.”[35]

Məhz buna görə də qadın evdə mümkün olan qədər ən ali tərzdə təmizliyə, yemək hazırlamağa, uşaqların tərbiyəsinə və həyat yoldaşına yaxşı qulluq etməyə məşğul olmalıdır ki, həmişə Allah yolunda cəbhənin ön cərgəsində cihad etmiş olsun.

KİŞİNİN HÜQUQU

Peyğəmbər (səlləllahu əleyhi və alih) kişinin qadın üzərindəki hüququnu o həzrətdən sual etmiş bir qadına cavab olaraq belə buyurmuşdur:

1-Kişi hər zaman hər növ ləzzət və bəhrə aparmaq haqqına malikdir;

2-Kişinin icazəsi olmadan qadın onun malından istifadə edə bilməz;

3-Qadın çalışmalıdır ki, kişini narahat etməsin; əgər onu incitsə könlünü almamış yatmamalıdır.[36]

Bu zaman o qadın Allah Rəsulundan (səlləllahu əleyhi və alih) soruşdu: Bəs kişi zalım olsa necə? Yenə də bu hüquqlara malikdir?

Həzrət buyurdu: Bəli hər halda qadın öz əri müqabilində təvazökarlıq etməlidir və küsmək haqqı yoxudur.

Kişi də öz növbəsində arvadından həzz və ləzzət almaqdan başqa bir şeyi tələb etməyə haqqı yoxdur. Lakin qadının əxlaq, insanlıq və mehribanlıq baxımından evin bütün işlərinə ali bir səviyyədə yetişməsi lazımdır.

Bütün bunlarla yanaşı, qadın güzəştə gedən olmalıdır. Belə ki, əgər kişi evdən narahat vəziyyətdə gedərsə qadın qayıdan baş onun narahatlığını aradan aparsın deyə, kişi gələn zaman onu təbəssüm və gülər üzlə qarşılamalı, mülayim surətdə salam verməklə onu şad etməlidir.

Həmçinin, qadın əri qarşısında təvazökar, xoş üzlü və hövsələli olmalıdır ki, isti ev ocağını daha da isitsin. Xoş rəftar, məhəbbət, səfa və səmimiyyətlə düyün və yersiz münaqişələrin kökünü qoparıb mümkün olan yollarla narahat və qanıqara vaxtlarında ərinin ürəyini ələ almalıdır. Bütün bu sadalananlar qadın üçün bir vəzifədir.

ƏBU ƏYYUB ƏNSARİNİN HƏYAT YOLDAŞI

Əbu Əyyub Ənsarinin gözlənilmədən iki-üç yaşlı bir uşağı dünyadan gedir. Uşaq dünyadan köçən zaman Əbu Əyyubun özü evdə olmur. Yalnız uşağın anası onun başı üstündə ağlayır. Amma elə ki, ərinin qayıdan vaxtı olduğu yadına düşür, onu qarşılamaq üçün özünü həmişəki kimi gülərüz və şad hazırlayır.

Səhəri gün Əbu Əyyub sübh namazını qılmaq üçün məscidə gedərkən ona deyir: “Əgər bir kəs sənə bir əmanət verib sonra almaq istəsə, o əmanəti qaytararsanmı?” Əbu Əyyub cavabında “Bəli qaytararam”-deyir. Bu zaman qadın əlavə edərək “Allah-Taala üç il bundan əvvəl bizə bir əmanət vermişdi ki, dünən onu bizdən aldı! Namazdan sonra gəl ki, uşağımızı torpağa tapşıraq”-söyləyir. Əbu Əyyub “Əlhəmdü lillahi rəbbil aləmin.” deyib məscidə gedir. Məsciddə əziz Peyğəmbər (səlləllahu əleyhi və alih)-in hüzuruna gəlib macəranı onun üçün danışır. Həzrət ona buyurur: “Dünənki gecən mübarək olsun”. Sən demə təsadüfən o gecə yoldaşı hamilə olur və ariflərin söylədiyinə görə Allah-Taala onlara əməlisaleh bir övlad nəsib edir.

KİŞİNİN RƏFTARI

Əlbəttə, kişinin də vəzifəsidir ki, evə gəldiyi vaxt xoş əhval-ruhiyyədə olub qəm-qüssə və yorğunluğu unutsun. Dostları tərəfindən ya işdən və yaxud ictimai vəzifədən narahatlıq və çətinliyi olsa belə, onu ev mühitinə gətirməməlidir. Elə buna görə də bir döyüşçü evdəki əxlaqı sərt və kobud olmamalıdır. Çünki sərtlik və kobudluq cəbhənin ön xətti üçündür. Bu da əlinə bir əsir düşməyənə kimidir. Əgər düşmən döyüşçüsündən əsir tutsa mütləq kobudluğu kənara qoymalıdır.

Qadın və uşaqlara qarşı həddən artıq tələbkar olmaq müsəlman əxlaqına xas və rəva deyildir. Təkəbbür dostlar və həyat yoldaşı müqabilində deyil, yalnız Allah dininin düşmənləri qarşısında olmalıdır.

AİLƏNİN İNTİZAMINDAKI MÜHÜM AMİLLƏR

Ailə intizamında ər-arvad münasibətlərində iki mühüm amil mövcuddur:

Birinci amil: iki nəfər arasındakı hakim qanunlar, yə`ni arvadın ərinə və ya əksinə olan münasibətlər.

İkinci amil isə birincidən daha mühüm və incədir: qarşılıqlı anlaşma, bir-birini düşünmək, mehribanlıq, səfa və səmimiyyət.

Əgər evdə “mənimki” və “səninki” sözləri, yaxud “nə üçün” və “nəyə görə” kimi suallar qarşıya çıxsa, bütün bunlar qara nöqtəyə çevrilərək nəticədə yaşayışı pozacaqdır.

ÜRƏYİN QARALMASI

İmam Sadiq (əleyhissalam) buyurur: “Hərgah bir adam günah iş görsə, qəlbində qara bir nöqtə yaranar. İkinci günaha mürtəkib olduqda qəlbindəki qara nöqtə böyüyüb çoxalmağa başlayır, axırda bu qaraltı bütün qəlbi əhatə edir ki, bu surətdə insan heç vaxt nicat tapmayacaqdır.[37]

“Sonra onlar ki, pis əməllərə və bəd rəftara düçar oldular (yə`ni Allahın əmrindən çıxıb, günah etdilər), kafir oldular və Allahın ayələrini məsxərə edib, yalan dedilər...”

İlahi ayələrə yalan demək və onları məsxərə etməyin nəticəsi Allah buyuran günahlara düçar olmaq səbəbi ilə ürəyin qaralmasıdır.

AİLƏ MÜHİTİNİN POZULMASI

Ailə münasibətlərində qara nöqtə yaranarsa, ər və arvadın hər ikisi onu aradan qaldırmaq üçün məs`uliyyət daşıyırlar. Mə`sum İmamların (əleyhimussalam) hədislərində oxuyuruq: Əgər ailədə ixtilaf baş verərsə, dərhal onu aradan qaldırın və münaqişəni həll etməyincə və bir-birinizdən razı qalmayınca gecəni sübh etməyin. Kiçik və cüz`i ixtilaflar üst-üstə toplanaraq ailədə böyük çətinliklər əmələ gətirir ki, bunun sonu ya boşanmaya, ya da əzab-əziyyətli yaşayış və acı həyatla qurtarır. Münaqişənin boşanma ilə sona yetməsi Allahın ən çox qəzəbləndiyi işlərdən biridir.[38] Əgər yaşayış acı həyata səbəb olarsa, insan üçün işgəncəli zindandan belə pisdir. Hər iki halda övlad həyatının xətərə uğraması qətidir. Belə mühitdə böyüyən uşaqlar çox vaxt ruhi xəstəlik və ya müxtəlif günahlara düçar olacaqlar. Ərə getməkdə çətinlək çəkən, uşaq böyütməkdə, ailə saxlamaq bacarığı olmayan qızlar, həmçinin əsəbi, bəd əxlaq, mədəniyyətsiz, tünd və kobud xasiyyəti olan oğlanlar adətən bu cür ailələrdə böyümüşlər.

QADINLARDA BƏYƏNİLƏN SİFƏTLƏR

Qadında üç sifət: paxıllıq, qorxu və təkəbbür olmalıdır. İmam Əli (əleyhissalam) qadınlara yaraşan sifətlər barəsində belə buyurur:: “Qadındakı ən yaxşı sifətlər kişilərdə ən pis sayılan xasiyyətlərdir ki, təkəbbür, paxıllıq və qorxudan ibarətdir. Qadın təkəbbürlü olarsa, ərindən başqasına heç vaxt təslim olmaz. Həmçinin, əgər qadında paxıllıq sifəti olarsa özünün və ərinin malını qorumaqda ciddi-cəhd göstərib çalışqan olacaqdır. Eləcə də, qadın qorxaq olarsa, qarşılaşdığı hər bir hadisədən qorxub hiyləgərlərin toruna düşməyəcəkdir. Lakin sadalanan bu sifətlər kişilər üçün bəyənilməmişdir.”[39]

Qadının təkəbbürlü olması naməhrəm qarşısında olmalıdır, kişinin düşmən müqabilində mərd və təkəbbürlü olması kimi. qadının naməhrəm qarşısıdakı təvazökarlığının heç bir mə`nası olmayıb, əksinə düzgün yolu təkəbbürə malik olmasındadır. Qadınların naməhrəm qarşısındakı təbəssüm və təvazö etməsi əksər hallarda naməhrəmlərin sui-istifadələri ilə nəticələnmişdir. Qadınlar bacardıqca naməhrəmlə qarşılaşmamalıdırlar. Amma, əgər naməhrəmlə üzləşib danışmaq lazım gələrsə təkəbbürlü olub heç vaxt mülayim söhbət etməməlidirlər ki, şəhvətləri qarşısında aciz qalan kişilər tamaha düşməsinlər.

Qeyd olunduğu kimi, qorxu qadınların bəyənilən sifətlərindən biridir. Qadın heç vaxt özünü qorxmaz və şücaətli göstərmə- məlidir ki, başqalarının nəzər-diqqətini özünə cəlb etsin. Məsələn, gecə vaxtı təkbaşına evdən çıxması ilə hiyləgər və namərdlərin toruna düşməsi mümkündür ki, bu da irz-namusunun, abır-həyasının əldən getməsinə və bədbəxtçiliyə gətirib çıxara bilər. Bəyənilən qorxu qadının öz iffət və namusunu qoruduğu haldadır.

Paxıllıq da qadın üçün bəyənilmiş sifətlərdən biridir. Çünki bu xüsusiyyət qadının ərinin malından muğayat olmasına, israfa yol verməməsinə səbəb olur.


 

BEŞİNCİ FƏSİL

ACI DİLLİLİK VƏ ONUN ÖVLADDAKI TƏ`SİRİ

Əvvəldə işarə olunduğu kimi, ailə mühiti kiçik bir məmləkətə bənzəyir ki, daim istini qoruyub saxlamaq lazımdır. Qur`an nəzərindən evin böyüklüyü kişinin öhdəsinə olduğuna görə kişi elə rəftar etməlidir ki, ailədə sözünün gücünün olması ilə yanaşı ailə üzvlərinin də ürəyinə nüfuz tapsın.

MƏS`ULİYYƏTİ ŞÖVQLƏ YERİNƏ YETİRMƏK

Ailə üzvləri, xüsusilə də qadın, öz başına olmamalıdır və qadın kişinin sözünü qəbul edib, ikrah və məcburiyyət üzündən deyil, ürəklə sözünə baxmalıdır. Çünki insanın nəsl və məs`uliyyətinin özülü ixtiyar əsasında qurulub möhkəmlənir. Qadın öz vəzifəsini tanımazsa və təkcə ərinin məcbur etməsi üzündən ev işlərinə yetişsə ailə münasibətlərinin isti və möhkəmliyinə ümidvar olmaq mümkün deyildir. Kişinin evdən çıxması ilə qadın öz vəzifələrini yerinə yetirməyəcəkdir.

Qadının evdə, kişinin isə eşikdə öz vəzifəsini yerinə yetirərək söz deyib söz eşitməsi ürəkdən olmalıdır. Qadın ərinin sözünü nəzərə almaqla ev işlərini qəlbinin meyli ilə görməlidir. Məhz belə olan bir surətdə istər ev mühitində, istərsə də ölkənin hər hansı yerində müvəffəqiyyət, zəfər, səfa və səmimiyyət hakim olacaqdır.

Kişinin evin rəisi, yaxud hökm edən olmasına baxmayaraq bilməlidir ki, rəyasət və böyüklüyündə yalnız o zaman müvəffəqiyyət qazana bilər ki, ailə üzvlərinin qəlbinə nüfuz edərək onların ürəyində özünə qarşı məhəbbət və inam yaratsın.

QADIN VƏ UŞAQLAR İTAƏTKARDIRLAR

Arvad və uşaq atanın əmrinə itaət etməlidirlər, amma bu itaət quru və gücə əsaslanan qanunlara arxalanmamalıdır. Ayənin tərcüməsində

işarə olunduğu ki, evin böyüklüyü və başçılığı kişinin öhdəsinədir. Kişilər öz qadınlarının mühafizəçisi olub, onlar üzərində haqqa malikdirlər. Evin maddi və mə`nəvi işlərinin idarəsi onların öhdəsindədir. Çünki, kişidəki huş və dərrakə ailənin başqa üzvlərinə nisbətən daha çoxdur və ev xərclərini o tə`min edir.

QADINLAR KİŞİLƏRİN ƏMANƏTDARIDIR

Ləyaqətli qadınlar ərlərindən ayrılıqda belə, onların hüquqlarını, habelə Allahın qorunmasını əmr etdiyi haqları qorumalıdırlar.[40] Yə`ni istər evdə, istərsə də sair yerlərdə öz iffətlərini qorumalıdırlar. Əgər bir qadın iffətini qorumazsa, öz ərinə xəyanət etmişdir. Çünki, qadının iffəti kişinin haqqıdır. Özlərini başqalarına nümayiş etdirib göstərən qadınlar xəyanətkardırlar. Çünki qadın iffətsizliyi təkcə əxlaqsız əməllər etməklə deyildir. Hicaba riayət etməkdə süstlük edən qadınlar naməhrəmlərin nəzərini özlərinə cəlb edərək pozğunçuluq törədirlər.

Qadının iffəti kişiyə bağlıdır, amma qadının ixtiyarındadır. Həqiqətdə qadınlar öz ərlərinin əmanətçisi sayılır və bu əmanəti saxlamaqda var qüvvəsi ilə çalışmalıdırlar.

Qadının öz iffətini qorumasından əlavə, təvazökar, ərinin qarşısında həyalı və başıaşağı olması da gərəkdir. Hər bir itaətkarın öz əmr edəni qarşısında təvazökar və başıaşağı olması kimi. Əgər bir qadın dili uzun, günahkar və ailə mühitinin soyuqluğuna səbəb ola biləcək işlər görsə bir növ özbaşınalığa əl atmışdır. Kişinin özbaşınalığı bəyənilməz olduğu kimi, qadın özbaşınalığı kişininkindən daha da pisdir.

Elə bu səbəbə görə iki mühüm məsələyə artıq diqqət yetirmək lazımdır.

BİRİNCİ MƏSƏLƏ: ƏXLAQSIZLIQ

Əgər kişi evdə əxlaqsızlıq edərsə və öz yersiz və hədsiz tələblərini ailə üzvlərinə zorla qəbul etdirərsə, zorakı və zalımdır. Çox çəkməz ki, bu dünyada İslam qanunları vasitəsilə ədəblənər ki, qəbir əzabı da onun yolunu gözləyir.

QƏBRİN UZUN ƏZABI

Əlbəttə, gözəl bilirsiniz ki, qəbir və Qiyamətin sorğu-sualı bu dünyanın sorğu-sualından çox çətindir. Oradakı əzab o qədər güclü və şiddətlidir ki, bir dəqiqəsi belə dünyanın minlərlə ilinə bərabərdir. Elə buna görə də Cəhənnəm əhli üçün bir dəqiqə qəbirdə olmaq bu dünyada min il əzab çəkməyə bərabərdir.

HƏZRƏT İSADAN (əleyhissalam) BİR HƏDİS

Rəvayətdə vardır ki, Həzrət İsa (əleyhissalam) Allahın izni ilə ölmüş bir cavanı dəfnindən neçə an ötdükdən sonra dirildir. Ölmüş cavan dirildikdə qocalmış, tam əldən düşmüş, solğun, qaralmış və qəmli görünür.

Bu zaman ondan soruşurlar: Neçə vaxtdır ölmüsən? Deyir: On min ildən artıqdır. (halbuki ölümündən bir neçə dəqiqədən artıq keçməmişdi)

Yenə də soruşurlar: Qəbir aləmindən nə deyə bilərsən? Deyir: Elə ki, qəbrin üstünü örtdülər, Allah mə`murları sual-cavab üçün yanıma gəldilər. Suallarına cavab verə bilmədikdə mənə elə bir taziyanə vurdular ki, qəbrimi od bürüdü. İndi neçə min illər idi ki, bu taziyanənin odunda yanmaqdaydım.

BAŞQA BİR HƏDİS

Başqa bir hədisdə deyilir ki, Həzrət İsa (əleyhissalam) bir qoca kişini ölümündən uzun illər ötdükdən və qəbrindən bir əsər-əlamət qalmadıqdan sonra, Allahın izni ilə onu dirildir. Qoca dirildiyi vaxt çox şad və xoşhal görünür. Ona sual verirlər ki, neçə vaxtdır ölmüsən? Deyir: Bir neçə dəqiqə olar. Qəbir aləmindən soruşduqda “Qəbrimin üstünü örtən kimi qarşımda başdan-başa yaşıl və geniş bir bağ göründü ki, yubanmadan ora tələsdim və məni orada huriləri qarşıladı” söylədi.

XƏBƏRDARLIQ

Əxlaqsızlığı pis və acı dillik və nalayiq sözlər danışmaqla qarışdırmamalıyıq. Qeyd olunan məsələ nəinki söyüş söyməyin, həm də əxlaqsızlığın cəzasıdır. Pis danışmaq, söyüş söymək bəyənilməyib, xoşagəlməz sifətlərdəndir. Bu iş bir müsəlmandan hətta öz düşmənləri qarşısında belə gözlənilməməlidir. Əmirəl-Mö`minin (əleyhissalam) “Siffeyn” döyüşündə səhabələrindən bir dəstəsini düşmənə acı söz dediyini gördükdə buyurdu:

“Sizin nalayiq söyən və pis danışan olmağınızı xoşlamıram.”

Müsəlman gərək düşmənlərini də yaxşı dua etsin və Allahdan onların hidayət olunmalarını diləsin.

ACI DİLLİYƏ AİD BİR HEKAYƏ

İmam Sadiq (əleyhissalam)-dan bir hədisdə oxuyuruq ki, bir gün həzrətin dostlarından biri İmamla birgə yol gedirmiş. O geriyə qalmış nökərini səsləyir, amma nökər cavab vermir, ikinci dəfə də onu çağırır, lakin bir cavab eşitmir, üçüncü dəfə yenə onu səsləyir, amma nökərdən cavab gəlmədikdə onu bu sözlərlə söyüb deyir ki, ey haramzadə, səni çağırıram!

İmam Sadiq əleyhissəlam bu nalayiq sözü eşitcək dayanır, əlini belinə qoyub buyurur: “Nə dedin”? Yoldaşı cavab verir: “Yəbnə Rəsulullah, mən ki, sadəcə ona “vələdəzina” dedim, çünki onun ata-anası müsəlman deyil, Hindistan əhlindəndir.

Həzrət buyurur: Mənim onun ata-anası ilə işim yoxdur, nə üçün söyüş söyürsən?”

Sonra o həzrət sözünə davam edərək buyurur: Bundan sonra mənimlə yoldaşlıq etməyə haqqın yoxdur.

Deyirlər, nə qədər ki, İmam Sadiq (əleyhissalam) sağ idi, nə o səhabəni hüzuruna qəbul edirdi, nə də onunla yola çıxırdı.

DİGƏR BİR HƏDİS

Başqa bir hədisdə gəlmişdir ki, bir gün yəhudilər İslam peyğəmbərinə (səlləllahu əleyhi və alih) acı, nalayiq sözlər demək üçün hiylə qururlar. Bir-bir həzrətin hüzuruna daxil olub ona salam əvəzi olaraq belə deyirlər: “Əssamu əleykum”. Yə`ni sizin üçün ölüm diləyirik. Həzrət isə mətanətlə onların cavabında təkcə “ələykum” (yə`ni sizə olsun) buyurur.

Ayişə yəhudilərin bu ədəbsizliyindən əsəbiləşib onları söyməyə başlayır, “ölüm olsun sizə, ey donuz və meymun balaları!”-deyir.

Amma, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) Ayişəni söyüş söyməkdən saxlayıb, buyurur:

“Əgər söyüş söyməyin həqiqəti təcəssüm etsə (cism surətinə düşsə) onlar ən çirkin surətlərə malik olarlar.”

NƏTİCƏ

Yuxarıdakı hədislərdən belə nəticə alırıq ki, müsəlmanlar ədəbli, mə`rifətli olub dillərini nalayiq və boş-boş danışıqdan, eləcə də söyüş söyməkdən saxlamalıdırlar.

Əgər qadın müqəssir olarsa, onun təqsiri sizin nalayiq, bihudə danışmağınıza dəlil olmamalıdır. Sizin haqqınız aradan getmiş olarsa, həyat yoldaşınızı, yaxud başqa bir kəsi söyməyə haqqınız yoxdur, əks halda qəbir əzabına düçar olacaq, qiyamət günü söydüyünüz söyüşlərə layiq, müvafiq sifətlərlə məhşur olacaqsınız.

İKİNCİ MƏSƏLƏ: UŞAQLARA OLAN TƏ`SİR

Diqqət edilməli ikinci məsələ uşaqların ata-ananın rəftar, əməl və sözlərindən tə`sirlənməsidir. Bu əsasa görə gərək valideynlər nalayiq, boş-boş sözlər işlətməkdən çəkinsinlər. Ev mühitində, övladların gözü qarşısında baş verən bütün hadisələr, onların beyninə yazılaraq rəftarlarında mütləq öz əksini tapacaqdır. Bu barədə hədislərdən oxuyuruq: “Uşaq olan otaqda qadın və kişi yaxınlıq etməməlidir. Çünki övladlar ata-ananın hərəkətindən birbaşa tə`sirlənirlər.”

İBRƏTAMİZ HEKAYƏT

Bə`ziləri deyir ki, qadın əri ilə ixtilafa düşən zaman, uşaqlarını anası evinə aparır ki, ata-anasının soyuq münasibət və ixtilaflarını görüb ondan pis tə`sirlənməsinlər.

İnsafən bu yaxşı əməldir. Ailə mühitinin bir saat soyuqluğu belə övladın şəxsiyyətinin yaranmasına mənfi tə`sir göstərir.

ALTINCI FƏSİL

QARŞILIQLI GÜZƏŞT VƏ MƏHƏBBƏT

Qeyd olundu ki, tam surətdə iki nəfər arasındakı əxlaq müvafiqliyi qeyri-mümkündür. Bu mətləb o qədər aydın və mə`lumdur ki, filosoflardan bə`ziləri bu haqda hər bir kəs özünə bağlıdır–yə`ni mahiyyət nəzərindən başqası ilə fərqi vardır-söyləmişlər. Elmi ibarətlə desək, “insan özünə həsr olunmuş bir növdür. Yə`ni hər bir insanın vücud və varlığı başqası ilə fərqlidir. Buna görə də qadın və kişinin əxlaq sarıdan tam müvafiq olaraq sırf müsbət bir nəticəyə yetişməsini gözləmək lazım deyil.

İnsan ömrü boyu müxtəlif adət və ən`ənələrlə üzləşir. Ailə qurmaq fikrinə düşənlər bu mühüm məsələyə diqqət edib fikir verməlidirlər ki, ailə qurmaq məsələsində tam bərabərliyə nail olmaq mümkün deyil. İnsan öz istək və arzularının tam həqiqətə yetəcəyi barədə qətiyyətlə fikirləşməlidir.

Adət fərqi və ruhiyyələrin müxtəlifliyi mə`lum olduğuna görə evin isti ocağının soyuq və ruhsuz olmaması ilə yanaşı, yaşayışa ürək sıxıntısı və qəmginlik yol tapmasın deyə müxtəlif təqdirəlayiq tədbirlər fikirləşmək lazımdır.

Əvvəldə deyilənlər bunlara tutarlı cavabdır. Yə`ni qadın, kişi və ailənin digər üzvləri qarşılıqlı əfv, güzəşt, bağışlamaq, fədakarlıq qaydalarını nəzərə almalı və ələlxüsus kişi bu mühüm məsələyə daha artıq əhəmiyyət verməlidir.

GÜZƏŞTİN MÜSBƏT ROLU

Əziz oxucular, bu cümləni öz həyatınız üçün ülgü götürün: “həmişə insan gözəl niyyətli olmalı, müsbət və yaxşı cəhətləri məharətlə qavrayıb mənfi və pis nöqtələrə nəzər salmamalıdır.” İnsan yaxşı niyyətli olarsa və həmişə camaatın yaxşılıqlarına nəzər salarsa çətinlikləri həll olacaqdır. Amma əgər bədbin və mənfi fikirli olsa, yaşayış onun üçün çətin olar. Mümkündür ki, belə insanlar axirətdə, məhşərə insan şəklində daxil olmasınlar.

Məsələn, bədbin və mənfi fikirli insanlar milçəyə bənzəyirlər ki, həmişə çirkin mühit və aludəlik sorağındadır. Bunlar həyat yoldaşlarının yaxşı və müsbət cəhətlərini görmür, sübhdən axşama qədər paltar yumaq, yemək bişirmək, uşaq saxlamaq, ev təmizləmək və s« bu kimi işlərə sərf etdikləri vaxt və zəhmətlərini heç sayır, xoşlarına gəlməyən kiçik bir şeyi bəhanə gətirərək e`tiraz və fəryad edirlər.

İnsan istər evdə, istərsə də başqa mühitdə gözəl niyyətli olub işləri yaxşılığa yozmalı, məişət işlərinə yaxşı baxaraq həyat yoldaşının səhvlərini əfv etməli və həmişə yaxşılıqlarını nəzərə almalıdır. Əslində hüsn niyyət və xoş baxışlı olmalı insan yaşayışında hakim olmalıdır. Ona görə mə`lumdur ki, hər bir şəxs, o cümlədən insanın həyat yoldaşı müsbət əxlaqi cəhətlərə və məxsus üstünlüklərə malikdir ki, əgər onlara diqqət yetirilsə, həyat öz şirinliyində qalacaqdır.

MÜSƏLMAN QARDAŞ HAQQINDA BƏDGÜMAN OLMAQ

Bu barədə əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) buyurur:

“Öz dini qardaşlarınız barəsində hüsnü-zənn edin, gözəl niyyətdə olun ki, ürəkləriniz səfa və paklıq tapsın.”[41]

Həmçinin bu barədə “Misbahüş-şəriət” kitabında (səh. 381-də) belə bir hədis qeyd olunmuşdur: “Din qardaşlarınızdan birini nalayiq və xoşagəlməz bir halda, yaxud bir məkruh işi yerinə yetirərkən görsəniz, onun hərəkətini yetmiş yolla yaxşılığa yozub ona lazım olan müsbət mə`nanı verin. Əgər bundan sonra da ürəyiniz aramlıq tapmazsa öz nəfsinizi danlayın ki, bir müsəlmandan gördüyünüz işi yetmiş dəfə yaxşılığa yoza bilməyib üstünə pərdə çəkə bilmirsiniz ki, onu üzrlü hesab edəsiniz. Belə olan halda siz iztirablı nəfsinizi danlamağa layiqsiniz.”

Məhz bu səbəbə əsasən, insan həmişə–istər cəmiyyətdə olsun, istərsə də ailədə, dost-tanışların, yaxın adamların yaxşılıq və üstünlüklərinə diqqət etməlidir. Başqalarının işini düzgünlüyə yozaraq səhvlərinə göz yummalıdır.

ÜRƏK SƏFASI HÜSNÜ-NİYYƏT NƏTİCƏSİNDƏDİR

Gözəl niyyət və camaatın yaxşılıqlarına nəzər etmək insanın ürəyini səfalı edər. Əgər bir nəfər çirkin sifətləri özündən uzaqlaşdıraraq nəfsi ilə cihad və mübarizə edərsə bu hədəfə çata bilər. Bu zaman insan həmişə aramlıq və rahatlıq halında yaşayıb daima şadlığını qoruyar. Bu cür adamlar mənzildə heç vaxt ixtilaf etmir, heç kəsdən də yersiz ümid və istəkləri yoxdur.

HÜSNÜ-NİYYƏTİN DÜNYADA YAXŞI NƏTİCƏSİ

İnsanlar mə`sum olmadıqları üçün, xəta etmək imkanı onlarda vardır. Qadının da səhv etməməsi, bütün işləri kişinin istədiyi kimi yerinə yetirməsi mümkün deyildir. Üstəlik bir xətanın baş verməsi imkanı təbii, ondan uzaq olmaq isə qeyri-mümkündür. Kişi gərək bu zəif nöqtələrə göz yumub əvəzində qadının gözəl əməl və müsbət cəhətləri qarşısında razılıq və qədirdanlıq etsin.

İnsan belə edərsə dünyası abad olar, narazılıq və ixtilafları sona yetər və həmişə şad olar və cəmiyyət əhli də ona ehtiram edər, heç vaxt əsəb zəifliyinə düçar olmaz və başqalarının ona olan məhəbbəti azalmaz, övladları həsəd, kin və digər ruhi xəstəliklərə tutulmazlar.

HÜSNİ-NİYYƏTİN AXİRƏT SAVABI

Bütün bu sadaladıqlarımızdan da mühümü axirət səadətidir ki, Qur`an onu bizlərə belə və`də vermişdir:

“İman əhli gərək həmişə yüksək himmət sahibi olsunlar, Allahın məxluqlarına qarşı əfv və kəramətlə rəftar edib, bir-birlərinin pisliklərindən keçsinlər. Məgər istəmirsiniz ki, Allah da sizin haqqınızda məğfirət (bağışlamaq) və ehsan etsin? Əlbəttə Allah-Taala daha çox bağışlayan və mehribandır.”[42]

Əmirəl-mö`minin (əleyhissalam) buyuruğuna əsasən “İnsan dünyada zəncirlənib biyabanların tikanları üstündə çılpaq sürüklənsə, amma bu dünyadan sonra (axirətdə) asudə və xoşhal olacağını bilsə, bütün bu çətinliklərə əhəmiyyət verməz.”

İndi ki, əziz İslam bizi əfvə, kəramətə, xata və səhvləri görməməzliyə vurmağa, müsbət cəhətlərə meyl etməyə, hüsnü-niyyətli olmağa, pisliyi ürəyimizə salmamağa, bunların əvəzində yaxşılıq və müsbət cəhətləri nəzərə alaraq həm dünyamızı, həm də axirətimizi abad etməyə çağırırsa, bu surətdə əgər biz belə etsək, Allah-Taala da Qiyamət günü pisliklərimizin üstünü örtüb gizlədər ki, bundan qiymətli heç nə ola bilməz. Belə ki, məhşərin vəhşətli və qorxunc səhrasında insanın günahları görməməzliyə alınıb əməllərinin qara qovluğu üzə çıxarılmasın? Təkcə elə bu, insana bəs edər ki, başqalarının, o cümlədən ailəsinin pisliklərinə nəzər və diqqət edib üzə vurmasın.



Geri   İrəli
Go to TOP