A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: mərsiyələr, şerlər, xütbələr
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 183
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Şiələrin qara geyib ağlayır

Əkbərə Əsğərə əza saxlayar

Hüseyn can, kərbəla, Hüsen, Hüsen, Hüsen

***

Zeynəb olub didəsi giryan ağa

Öldü Əli Əkbərin ətşan

Hüseyn can, kərbəla, Hüsen, Hüsen, Hüsen

***

Qismət elə qəbrinə zəvvar olaq

Gəlib sənə Hüseyn əzadar olaq

Hüseyn can, kərbəla, Hüsen, Hüsen, Hüsen

***

Ya əvvələ Ali-Əba, Mövla Rəsuli Mustafa

***

Ya Saniyə Ali-Əba, Mövla Əliyyi Mürtəza

***

Ya Salisə Ali-Əba, Ya Fatimə Xəyrun-Nisa

***

Ya Rabiə Ali-Əba, Mövla Həsəni Müctəba

***

Ya Xamisə Ali-Əba, Hüseyn Şəhidi Kərbəla

RƏCƏZ

Şahi təşnələb, Heydər oğluyam, Məhşərdə saqi kövsər oğluyam

***

Əsğərim yanır, qövmi bihəya

Su verin ona, etməyin cəfa

Bu zülmi mənə görməyin rəva

Şahi təşnələb, Heydər oğluyam

Məhşərdə saqi Kövsər oğluyam

***

Neyləmiş sizə Ali-Müstəfa?

Bu qədri zülmü görmüsüz rəva

Etmərəm sizə dəxi iltica

Şahi təşnələb, Heydər oğluyam

Məhşərdə saqi Kövsər oğluyam

***

Getmiş əlimdən yarü-yavərim

Teşnə can vermiş ələm pərvərim

Doğranıb Qasim, nazlı Əkbərim

Şahi təşnələb, Heydər oğluyam

Məhşərdə saqi Kövsər oğluyam

***

Ümmətə fəda verdim Əkbəri

Oxladız susuz Gümi Əsğəri

Ali Heydərin soldu gülləri

Şahi təşnələb, Heydər oğluyam

Məhşərdə saqi Kövsər oğluyam

***

Rehlət edəndə Xətmül-Ənbiya

İki şeyi çün eylədi nida

Hörməti övlad, müshəfi Xuda

Şahi təşnələb, Heydər oğluyam

Məhşərdə saqi Kövsər oğluyam

***

Yaxşı saxladız bizə hörməti

Əvəzi hörmət, etdiz zilləti

Kafərlər edər sizə nifrəti

Şahi təşnələb, Heydər oğluyam

Məhşərdə saqi Kövsər oğluyam

***

Bu günləri mən etmişəm qəbul

Yanmasın narə ümməti Rəsul

Şəfaət edər həm anam Bətul

Şahi təşnələb, Heydər oğluyam

Məhşərdə saqi Kövsər oğluyam

***

Kim görüb böylə, zülmü-sitəmi

Kim qəbul edər bir belə qəmi

Hüseyndir tutan, qanlı pərçəmi

Şahi təşnələb, Heydər oğluyam

Məhşərdə saqi Kövsər oğluyam

***

"Məddahi" Əli arizu edər

Mümkün olsa ol qəbrüvə gedər

Qəbrü-pakuvi ağuşə çəkər

Şahi təşnələb, Heydər oğluyam

Məhşərdə saqi Kövsər oğluyam

QƏRİB HÜSEYN VAY

Mənim yaralı qardaşım, çəkibdi çox bəla başım

Axır üzarə göz yaşım, qərib Hüseyn vay (2)

***

Çəkir qətari sariban, gedir Dəməşqə karivan

Ruqəyyə oldu bağrı qan, oyan dalımca ver əzan

Qərib Hüseyn vay, qərib Hüseyn vay

***

Hanı əmiri ləşgərim, hayanda qaldı Əkbərim

Oyan yaralı sərvərim, sinəmdə qaldı əllərim

Qərib Hüseyn vay, qərib Hüseyn vay

***

Hərəmlər oldu dil kəbab, ediblər saçların niqab

Tutub vücudum iztirab, tapammır Əsğəri Rübab

Qərib Hüseyn vay, qərib Hüseyn vay

***

Solubdu zülm ilə çəmən, edim sənə nə çarə mən

Xəcalətəm bağışla mən, sənə tapammıram kəfən

Qərib Hüseyn vay, qərib Hüseyn vay

***

Yetişdi güllərin sənə, Əliyyi Əkbərin sənə

Yaralı Əsğərin sənə, bu Ovnü-Cəfərin sənə

Qərib Hüseyn vay, qərib Hüseyn vay

***

Bir iddə bağrı qan mənim, Rübabi natəvan mənim

Xərabə aşiyan[644] mənim, gülüb üzüm haçan mənim

Qərib Hüseyn vay, qərib Hüseyn vay

***

Gərək cəhanə od salam, xərabələrdə çox qalam

Ölə bu nazənin balam, o qanlı köynəyin alam

Qərib Hüseyn vay, qərib Hüseyn vay

***

Haçan vüsalə əl çatar, bağun sirişki qan çatar

Məgər bu qüssəni atar, danışmasam qanın batar

Qərib Hüseyn vay, qərib Hüseyn vay

***

Gərək öpəm bu həncərin,[645] bu parə-parə peykərin

Yanır bu qəmli xahərin, gedibdi əldən əllərin

Qərib Hüseyn vay, qərib Hüseyn vay

Hər dəm deyərəm suz ilə ey vay Hüseyn vay (2)

Meydanda olan qanına gülnar Hüseyn vay (2)

***

Nə zülmüdü eylibdü sənə qövmi sitəmgər

Bir bikəsə bu qədri vurub nizəvü-xəncər

Sağ yer tapa bilməm öpüm ey sərvəri bikəs

Öpdüm ayağın altını naçar Hüseyn vay!

***

Bilməm bu nə sirdir anam oğlu məni bikəs

Başuvi kəsib Şümr nə olmuş əlüvə bəs

İstəkli bacun Zeynəbəm axər mənə ver səs

Söylə əlüvə neyliyib əşrar Hüseyn vay

***

İmdi məni səndən ayırır ləşgəri üdvan

Qol bağlı çəkir zillətilə gözləri giryan

Nə"şün arada qaldı əya şahi ləbə tşan

Qoymadı qılam dəfni bu küffar Hüseyn vay

***

Qılmış sənilə qövmi cəfapişə ədavət

Soymuş yaralı nə"şivi bu qövmi rəzalət

Qardaş çəkərəm həşrə kimi mən də bu zillət

Qoydum yaralı cismivü mən xar Hüseyn vay

***

Tərk etməz idim zülmilə bu vadiye şuri

Görsəndi məni qəmzədəyə arizu nuri

Olmuş bu gecə xabigəhin[646] Xuli tənuri

Dalunca gəlir həsrəti didar Hüseyn vay

***

Gəh Fatimə ağuşi sənin məhdi cəlalın[647]

Gəh ərşi Xudavəndi olub cayi vüsalin[648]

Gəh Xuli tənurində kül üstündə cəmalun

Gün tək çıxır ey xazini əsrar[649] Hüseyn vay

***

Ahim bacun ölsün bu gün aləmləri dağlar

Əssaə[650] gəlib Şimri bizi qol-qola bağlar

Başunlə məni Şamidə dərvazədə saxlar

Çün tənə vurar qövmi bədəfkar Hüseyn vay

***

Səndən necə mən ayrılım ey şahi Hicazım

Ahim sənilə kəşf edəcək aləmə razım

Var Şami yolunda sənilə razü-niyazım

Gör Şümr edəcək onda nə rəftar Hüseyn vay

***

Bu ərsədə nə"şindən əlimi üzərəm mən

Başə nə qədər qəmçi vurulsun dözərəm mən

Başunla Hüseyn çöldə piyadə gəzərəm mən

Düşvarüdü[651] çox təneyi əğyar Hüseyn vay

***

Başüvi vurub Şimri Sinan nuki cidayə

Bir kimsənə qalmubdu gələ imdi hərayə

Ümmid qalıb qardaş Hüseyn Zeynələbayə

Yox onda da kim taqəti qoftar Hüseyn vay

***

Ya Rəb bi həqqi xaliseyi zöhreyi Zəhra[652]

Qıl hacəti məşrueyi hüzzari[653] Sən icra

Tuti bu müsibətdə hər il səbt elə tuğra

Qıl şiələri halidən əxbar Hüseyn vay

Vidayi axərin edib (2) cənabi şahi övliya

Üqabin aldı ləşgərə, qətari natiqi Xuda

Zəmanədə mənəm İmam (3)

Ölüb Əliyyi Əkbərim

Zəmanədə mənəm İmam

Rəva deyil ki sağ qalam

Zəmanədə mənəm İmam

***

Yetib səfayi ləşgərə, dəhani dür fəşan açıb

İmami əsri vəzzəman, bu növ"ilə bəyan açıb

Atamdır babi Xeybəri, Əmiri möminan açıb

Vücudi baisi odur, zəmini asiman açıb

Sərasimi əraqini, o şahi insü-can açıb

Onun o tiği tizidir, şəriəti əzan açıb

Fələk, mələk o sərvərə, edərlər hamı iqtida

Zəmanədə mənəm İmam

***

Mənəm hilali asiman, vücudi asiman mənəm

Dəruni nari eyliyən, əliylə gülsitan mənəm

Naməni atəşin edən, əmini mehriban mənəm

Əzəldə çeşmə axtaran, o ərsədə əzan mənəm

Çatıb müsibəti Xuda, rizayi insü-can mənəm

Əli Vəli balasıyam, əzizeyi cahan mənəm

Mən olmasam fəna olur, cahani şumi ma siva

Zəmanədə mənəm İmam

***

Dodaqlarım kəbabidir, gəlin edin səvabi siz

Rizayi Həqqə su verin, bu şahə cür"ə abi siz

Sitəm oduyla etməyin, bu sinəmi kəbabi siz

Olaydı həşr ilahiyə, verərmisiz cavabı siz

Nə qədri bilməyirsiniz, məadı siz, Kitabı siz

Qəmim budur ki çəkməyin, cəza günü iqabı siz

Verər əməl bizə görə, o gün Xudayi Həqq cəza

Zəmanədə mənəm İmam

***

Nəsihət eylədi nələr, o padişahi zülfirəng

Cəvabi gəlmədi ona, o qövmidən rizayi Həqq

Əl atdı Zülfüqarə ta, Yədullahı edib hərəm

Vuranda hər kəsə qılınc, kəsib keçib edib qələm

Qoşun dağıldı çöllərə, o dəştidə yatıb ələm

Çıxartdı sövti mərhəba, səvabi ərşə dəmbədəm

Fələk deyərdi mərhəba! Mələk deyərdi mərhəba!

Zəmanədə mənəm İmam

***

Əmini Cəbrəil də çün, baxırdı ərşidən yerə

Hüseynə baxdı ağladı, xitabı vurdu Heydərə

Gedəndə sən də ya Əli, mənimlə rəzmi Xeybərə

Çəkəndə Zülfüqarini, vuranda zərbi Əntərə

Nə növ"idir bu zövqilən, görüb çəkibdi dəftərə

Axıtdı əşgi həsrəti, belə dedi Peyəmbərə:

Əmoğlu Kərbəladı bu, Hüseyn haravü-mən hara!?

Zəmanədə mənəm İmam

***

Edəndə bəzmilən o gün, şücaət ilə Xeybəri

Yanımda sən kimi kömək, dağıldı zuri Heydəri

Hüseyn susuz bu gün özü, ölüb Əliyyi Əkbəri

Cəfa oxuyla oxlanıb, o şiri xarə Əsğəri

Təmami zülmüdən solub, bu çöldə qönçə gülləri

Batıbdı qanə qardaşım, olub ziyadə qəmlərim

Təmam olub köməkləri nə qövmü var, nə əqrəba

Zəmanədə mənəm İmam

***

Su deyib cümlə susuz verdilə can, 72 şiri jiyan

Həzrəti Əbbas Əbəlfəzlin iki dəsti qələm oldu

Ələm yatdı, qoşun sındı, cavan Qasimə yas

Tutdu Hüseyn qəmi Əkbər, rəbi ənvər, sözü şəkər

Əli Əkbər Bədəni xəncər ilə, parələnib, xaki Susuz yerdə, olub qaninə qəltan, Hüseyn ol şəhi Dil xəstə Əli Əsğəri gül dəstəsi tək aldı əl üstə, gəlibən durdu o dəm

Xəsmə bərabər, o mehri ənvər

Hulqumuna vuruldu peykan

Hərmələ kafər, qan içdi Əsğər

***

Ağladı Heydər, fatehi Xeybər

Qoşa gətirdi, Kərbübəlayə

Hüseyni zari, firqeyi kafər

Əqdimə bağlı, abi Fərati

Məhşərə dindü, o dəşti vəhşət

Xırda uşaqlar, mələşdi yeksər

Şimr[654] irəli çıxıb həyasızcasına dedi: –Ey Hüseyn ibni Əli, nə istəyirsən? İstədiklərini bizə başa sal, sənin məqsədini dərk edək.

İmam Hüseyn (əleyhis-salam) öz xitabəsini davam etdirdi: –Ey camaat, Allahdan qorxun və məni qətlə yetirməkdən əl çəkin. Bilin ki, mənim qanım sizə halal deyildir. Mənim hörmətimi sındırmaq rəva deyildir. Mən sizin Peyğəmbərin qızının oğluyam. Mənim nənəm Xədicə Peyğəmbərin arvadıdır. Siz o həzrətin ki buyuruduğu "Həsən və Hüseyn behişt cavanlarının sərvəridirlər" sözlərini eşitmişdiniz.

Şeyx Müfid yazır: "Sonra İmam Hüseyn (əleyhis-salam) öz atına minib uca səslə qoşunun hamısı, yaxud əksəriyyəti eşidən uca səslə buyurdu: "Ey camaat! Mənim sözümü eşidin, məni öldürməyə tələsməyin. İmakan verin, mən sizi vəzifəli olduğum şeylərə nəsihət edim və sizə höccəti tamam edim. Əgər insaflı olsanız, xoşbəxtliyə çatarsınız, yox əgər insanlıqdan əl çəkib məni təsdiq etməsəniz, ziyanını özünüz görəcəksiniz. Belə isə, öz məqsədiniz üçün bir yerə yığılın (ki gələcəkdə peşman olmayasınız). Sonra mənim barəmdə qəzavət edin və daha mənə möhlət verməyin. Şübhəsiz, mənim ixtiyar sahibim tək olan Allahdır ki O, yaxşı insanları himayə edəndir."

Bunu deyib Allah dərgahına şükür etdi, öz Allahına layiqincə həmd və sitayiş etdi. Sonra Onun Peyğəmbərinə, mələklərinə və sair peyğəmbərlərə salam göndərdi, daha sonra buyurdu: –Ey camaat, yaxşı-yaxşı baxın, görün mən kiməm, kimlə qohumam, sonra ağlınızı başınıza yığıb özünüzü məzəmmət edin. Baxın görün məni öldürmək sizin üçün rəvadırmı? Məni qətlə yetirmək etmək halaldırmı? Məgər mən sizin Peyğəmbərinizin qızının oğlu, onun canişini və əmoğlusunun oğlu deyiləmmi? Məgər mənim atam ilk mömin, Rəsulullahın pqyğəmbərliyinə şəhadət verən ilk şəxs deyildimi? Məgər seyyidüş-şühəda Həmzə mənim əmim deyildirmi? Məgər behiştdə iki qanadlı pərvaz edən Cəfər mənim əmim deyilmi? Peyğəmbərdən eşitdiyiniz "Həsən və Hüseyn behişt cavanlarının sərvəridir" kəlamı mənim və qardaşımın barəsində deyilmi? Əgər məni doğrudanışan bilsəniz elə–həqiqətdə də bu cürdür və Allaha and olsun ki, Onun yalan danışanlarla düşmən olduğunu eşitdiyim gündən, heç vaxt yalan danışmamışam–sözümü eşidin; yox əgər məni yalançı hesab etsəniz, onda sizin aranızda elə adamlar var ki, Peyğəmbərin bu sözü barəsində sizə xəbər verə bilər; Cabir ibni Əbdüllah Ənsari, Əbu Səid Xədəri, Səhl ibni Səd Samdi, Zeyd ibni Ərqəm, Ənəs ibni Malikdən soruşsanız, sizə deyərlər ki, onlar mənim və qardaşım barədə Peyğəmbərdən belə bir şey eşidiblər. İndi görün, bu qədər dəlil sizə, mənim qanımı tökməkdən əl çəkməyiniz üçün kifayət deyildirmi?

Şimr yenə də dedi: –Əgər sənin nə dediyini bildimsə, qoy Allaha şəkk əsasında ibadət edim. (Demək istəyirdi ki, sizin sözləriniz bizim üçün dərk olunmazdır, nə dediyini dərk etmirik.)

Həbib ibni Məzahir ona belə cavab verdi: –Ey Şimr! Allaha and olsun ki, sən Allaha 70 dolayısı yolla ibadət edirsən. Şəhadət verirəm ki, sən düz deyirsən və İmam Hüseyn (əleyhis-salam)-ın dediyini dərk etmirsən. Çünki sənin qəlbinə möhür vurulmuşdur, buna görə də qəlbində haqqa yer yoxdur.

İmam Hüseyn (əleyhis-salam) sözlərini davam etdirərək dedi: –Ey Camaat! Dediklərimdə şəkkiniz olsa da belə, deyin görüm mənim Peyğəmbərin qızının oğlu olmağımda da şəkkiniz var? Allaha and olsun, məşriqlə məğrib arasında məndən başqa heç kim Peyğəmbərin oğlu deyildir; istər sizin aranızda olsun, istərsə də qeyrisində. Vay olsun sizə, məgər mən sizdən bir kəsi öldürmüşəm ki, onun qisasını məndən almaq istəyirsiniz? Yaxud sizin mal-dövlətinizi məhv etmişəmmi ki, onun əvəzində mənimlə vuruşursunuz? Yaxud bir kəsi yaralamışammı ki, qisasını məndən alırsınız?

Sizinləyəm ey Şibs, ey Hüccar, ey Qeys və ey Yəzid! Məgər siz məktubda mənə yazmamışdınız ki, "Meyvələr yetişmiş, bostanlar yaşıllaşmışdır və əgər sən bizə tərəf gəlsən, biz sənin intizarındayıq"?

Qeysə aşkar şəkildə xitab olunduqda, onun namərdliyi, vəfasızlığı hamının hüzurunda ifşa olunduqda tab gətirə bilmədi, İmam Hüseyn (əleyhis-salam)a dedi: –Biz sənin nə dediyini bimirik və sözlərini başa düşmürük. Sizin yalnız bir yolunuz var: Əmioğlun Yezid ibni Müaviyəyə tabe olun, o da sizə qarşı xoşagəlməz rəftar etməsin.

İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Yox! Heç vaxt belə bir iş görmərəm! Allaha and olsun, mən heç vaxt zilləti, xarlığı qəbul etmərəm, sizdən də qulların öz sahiblərindən qaçdığı kimi qaçmaram! [655]

İMAM HÜSEYN (əleyhis-salam)-ın KUFƏLİLƏRƏ XİTABI

İmam Hüseyn (əleyhis-salam) bir daha öz atına mindi, Kufə ordusuna doğru hərəkət edib onlara dedi ki, bir neçə anlığa sakit olsunlar. Kufəlilər səs-küy, qarma-qarışıqlıq salaraq o həzrətin danışmasına imkan vermədilər. İş o yerə çatdı ki, İmam (əleyhis-salam) onlara qarşı qəzəblənib dedi: –Vay olsun sizə! Sizə nə olub ki, mənim sözlərimə qulaq asmaq istəmirsiniz? Mən sizi aydın hidayət yoluna çağırıram, hər kis mənə itaət etsə, yolu tapar, hər kəs mənə qarşı üsyankarlıq etsə, fəlakətə düçar olacaq. Və siz, ey camaat! Hamınız üsyankarsınız, haqq sözü eşitməkdən acığınız gəlir. Ürəkləriniz haramla dolmuş, qəlbləriniz möhürlənmişdir. Vay olsun sizə, niyə sakit olmursunsuz? Niyə sözlərimə qulaq asmırsınız?

Alçaqsifət kufəlilər azacıq özlərinə gəldilər, bir-birini danlayıb sakit oldular, İmam (əleyhis-salam)-ın sözlərinə qulaq asmağa başladılar. İmam (əleyhis-salam) əvvəlcə Allaha həmd-səna etdi, sonra Həzrət Peyğəmbərə, mələklərə və sair peyğəmbərlərə salam göndərdi, sonra buyurdu: –Həlak olasınız, ey camaat! Bu kişilikdəndirmi ki, bizi özünüzə tərəf çağırıb bizdən kömək istədiniz, biz də sizin də"vəti qəbul edib özümüzü təcili olaraq sizə çatdırdıq, indi bizim üzümüzə qılınc çəkib od yandırmısınız? Halbuki, bu odu biz özümüzün və sizin düşmənlərinizə qarşı hazırlamışdıq. Bu gün siz öz dostlarınıza qarşı kinə bəsləyir, düşmənlərinizlə əlbir olmusunuz. Halbuki, onlar sizin aranızda ədaləti bərqərar etməmiş, dünya malından tamah gözü dikdiyiniz dəyərsiz həyatdan başqa bir şeyə ümid bağlamamısınız. Halbuki, bizim üçün nə bir hadisi baş vermiş, nə də zəifliyə, süstlüyə düçar olmuşuq. Vay olsun sizə ki, bizə kömək etməkdən əl çəkdiniz, bizə kömək etməyi xoşlamadınız, halbuki qılınclar qınında, qəlblər aram, düşüncələr möhkəm və qüvvətli idi. Amma siz fitnə odunu şö"lələndirib, çəyirtkələrin, kəpənəklərin o yana bu yana uçması kimi ona doğru tələsdiniz. Allahın rəhmətindən uzaq olasınız, ey ümmətin düşmənləri, ey cəmiyyəti tərk edənlər, ey Quranı özlərindən uzaqlaşdıranlar, ey şeytanın vəsvəsələrinə uyanlar, ey günahkarlar, ey Quranı təhrif edənlər, ey Peyğəmbər sünnəsinin nurunu söndürənlər, ey Peyğəmbərin övladlarının qatilləri, ey ilahi xilafət ailəsini məhv edənlər, ey zinakarların dəstəsinə qoşulanlar, ey möminlərə əziyyət verənlər, ey Quranı parça-parça edən zalım hökmdarlara kömək edənlər, necə də pis bir qədəm götürmüsünüz, necə də şiddətli əzab sizin intizarınızdadır! Doğrudan da zalımlarla əlbir olmaqdan, bizə kömək etməkdən əl çəkməyinizdən həya etmirsiniz? Bəli, Allaha and olsun ki, sizdə hiyləgərlik qədimdən vardır. Vücudunuzun kökləri hiylə ilə qarışmış, onun çirkin paltarı sizin əməllərinizin, rəftarlarınızın əndamına geydirilmişdir, qəlbləriniz onunla üns bağlamış, sinələriniz onunla dolmuşdur. Bəli, siz tamaşaçılar üçün ən pis meyvə, qəsbkar üçün ən dəyərsiz bir tikəsiniz. Allahın lənəti ilahi əhdi bağladıqdan sonra pozanlara, ayaq altına salanlara olsun. Siz özünüz Allahı öz işinizə ixtiyar sahibi seçdiniz, əhd bağladınız, amma onu pozdunuz. Siz elə əhd-peymanı pozanlarsınız. Ey camaat, agah olun ki, zinakar oğlu zinakar (Yezid) məni iki işin arasında qaymuşdur: ya qılınclarla doğranmaq, ya da xarlığı, zillətti qəbul etmək. Zillət bizdən uzaqdır. Allah, Onun Peyğəmbəri və möminlər bizi zilləti qəbul etməkdən çəkindirmişlər. Çünki bizim nəslimiz pak-pakizə, qəlblərimiz mənəvi inkişafdadır və heç vaxt alçaq, yaramaz və murdar adamlara tabe olmağı mərd-mərdanə şəhid olmaqdan üstün saymırıq. İlahi, mən höccəti tamam etdim, bunları pis aqibətdən çəkindirdim və indi öz azsaylı dostlarımla bu saysız düşmən qarşısında dayanıb vuruşacağam.

Bu vaxt İmam (əleyhis-salam) Fərvət ibni Müsəyk Muradinin şerindən bir neçə beyt oxudu: "Əgər qələbə qazansaq, elə qədimdən belə olmuşdur və əgər məğlub olsaq, yenə də qələbə bizimkidir. Qorxu, zəlillik və alçaqlıq bizim adətimiz deyildir, lakin alnımızda yazılıb ki, şəhadətə çataq və başqaları bizdən sonra hökumətə çatsınlar. Əcəl mənim tayfamın böyüklərini qətlə yetirdi, necə ki, qədimkilərlə də belə etmişdi. Bəli, əgər padşahlar əbədi olaraq dünyada qalsaydılar, biz də ölümdən xilas olardıq; və əgər böyük insanlar əbədi olsaydılar, biz də əbədi olaraq dünyada qalardıq. Belə isə sarsaq danışanlara de: "Ayıq olun ki, siz də bizim ona tərəf tələsdiyimizlə görüşəcəksiniz."

Sonra İmam (əleyhis-salam) belə buyurdu: "Allaha and olsun, siz (məni öldürəndən sonra) çox yaşamayacaqsınız, bir piyadanın ata minməsi müddətindən çox öz arzunuza çatmayacaqsınız və bunun ardınca zəmanənin çarxı tərsinə fırlanacaq, dəyirman daşının oxu kimi nigarançılıq da, iztirabda qalacaqsınız. Belə isə öz fikirlərinizi bir yerə yığıb bir-birinizlə məşvərət edin ki, bu iş sizə gizli qalmasın. Sonra isə məni öldürün və bir an da olsa, möhlət verməyin. Mən öz Allahıma, sizin Allahınıza ümid bağlamışam və bilirəm ki, hər şey Onun qüdrəti dairəsindədir. Mehriban Allahın istəyi düzgün, ədalətli yolda möhkəm qərar tutmuşdur.

İmam (əleyhis-salam)-ın sözləri sona çatdı, Kufə qoşunu Rəsulullahın nəvəsinin son kəlamlarını –daş qəlbləri əridib suya döndərən sözləri eşitdilər, amma bu sözlər kufəlilərin qəsavət bağlamış qəlblərində əsla təsir buraxmadı.

TƏZMİN

"Hüseynə yerlər ağlar, göylər ağlar"

Bətulo Mürtəza, Peyğəmbər ağlar.

(Dilriş)

Hüseynin novhəsin (Dilriş) yazanda

Müsəlman səhldir ki, kafər ağlar.

Kor olmuş gözlərin qan tutdu Şimrin,

Ki görsün öz əlində xəncər ağlar.

***

Hüseynin köynəyi Zəhra əlində

Çəkər qeyha-qiyamət, məhşər ağlar.

Atanda Hərmələ ox Kərbəladə

Görəydin düşmən ağlar, ləşgər ağlar.

***

Rübab nisgil döşündə süd görəndə

Əliyyi Əsğəri yad eylər ağlar.

***

Başında kakili Əkbər həvasi,

Yel ağlar, sünbül ağlar, ənbər ağlar.

Yazanda Ali-Taha növhəsin mən,

Qələm gördüm sızıldar, dəftər ağlar.

***

Əli, şəqqül-qəmər, mehrab tilit qan,

Qulaq ver, məscid oxşar minbər ağlar

Əlidən, Şəhriyar, sən bir işarə

Qucaqlar qəbri, Malik Əştər ağlar.

Ey verən quru yerdə can Hüseyn

Rahi həqqidə can fəşan Hüseyn

İsti qumların üstə yarəli

Peykəri qalan qüslü qan Hüseyn

***

Tiğü-nizəvü-tiri düşmənə

Ey hədəf olan yarəli bədən

Hər yarəsinin qanı su kimi

Çöllərə axan teşnə can Hüseyn

***

Sən mənim Hüseynimsən aç gözün

Ver nişan özün cismi bi kəfən

Nitqə gəl soruş halimi əyan

Dərdlərim edim ta bəyan Hüseyn

***

Vurdu od cəfa ləşgəri Hüseyn

Yandı xeymələr cövri kinədən

Bali bəstə quş tək özüm gəhi

Vermişəm oda gahi didədən

Əşki tökmüşəm Abidin vəli

Çəkmişəm özüm çölə xeymədən

Va əba deyib xırda qızların

Mən də va əxa əl əman Hüseyn

***

Bir yanan çadır oldu mənzilim

Vurdu kufiyan qəmçi başıma

Ləşkəri cəfa taziyanələr

Vurdular əxa Ali Haşimə

Bir nə rəhm edən olmadı baxan

Ruyimə axan didə yaşimə

Tutdu qəlbimi qüssə nagəhan

Olmuşam odur natəvan Hüseyn

***

Gəlmişəm sənə dərdimi deyəm

Ver səsimə səs ey şəhi zaman

Ey yarasının məlhəmi turab

Təşnə su kənarində can verən

Çöllərə axan hər yarasının

Qanı su kimi yarəli bədən

Qəmli qəlbini cövri şamiyan

Kufiyan edib ləxtə qan Hüseyn

***

Ləşgəri cəfa qövmi əşqiya

Dövrəvi sənin aldı hər tərəf

Səngü-şəmşirü-tirü-nizəyə

Etdilər sənin peykərin hədəf

Yarə üstünə yarə vurdular

Nəzmilə nizamilə çəkdi səf

Yaralı sinən misli gülsitan

Oldu oxlara aşiyan Hüseyn

***

Xeymələr yanan vəqtə gəlmişəm

Dadə ya Hüseyn çox vurulmuşam

Gahi qaçmışam xeyməgahivə

Gahi məqtələ çox yorulmuşam

Gahi düşmənə nifrin eyləyib

Gah dayanmışam, gah yıxılmışam

Başıma vurub gahi kufiyan

Taziyanə gah şamiyan Hüseyn

***

"Qəmkeşə" nəzər eylə ya Hüseyn

Qərqidir bəla içrə ver nicat

İzni Xaliqi Zülcənah ilə

Həm həyatü-həm aləmi məmat[656]

Mövc edir bəla bəhri dadə gəl

Qıl xilas əya fülki sahiman

Rusiyahdı ərz eylər əl əman

Ey ümidi çarə cuyan Hüseyn

***

Zeynəbin qurbanların qardaş oyan dur sal yola (2)

Eyləmə məyusi dur başə dolandır sal yola (2)

***

Rahi eşqə yox bulardan qeyri zadi rahiləm[657]

Zeynəbi məzlumənin gəl naümüd etmə belə

Bəndəqani Əkbərə[658] ver izni cəng azad elə

Zeynəbə bu mərhələ xoş imtahan dur sal yola

***

Bunlara məşqi cidalü-cəngi mən öyrətmişəm

Məktəbi də"va seçib çox fəslü-fən öyrətmişəm

Hər birinə dərsi cəngi tənbətən öyrətmişəm

Yatmayıbdır sübhə tək dərsi rəvan öyrətmişəm

***

Bu iki gül yadigari Cəfəri Təyyaridir

Fi səbilillah həmişə talibi peykaridir[659]

Gər bular nəvvadeqani[660] Heydəri Kərraridir

Bunlara şəhdi şəhadət nuşi can dur sal yola

***

Şənivə gərçi bular layiq deyillər ya Hüseyn

Töhfeyi dərvişi şah rədd eyləməz əmma Hüseyn

Sərbülənd eylə məni sən bil anam Zəhra Hüseyn

Qıl ta sandıq başə sal az yuban dur sal yola

İMAM HÜSEYN (əleyhis-salam) KUFƏLİLƏRƏ HÖCCƏTİ TAMAM EDİR.



Geri   İrəli
Go to TOP