![]() |
|
Kitabın adı: | mərsiyələr, şerlər, xütbələr |
Müəllif: | |
Naşir: | Şəhriyar |
Çap tarixi: | 2008 |
Səhifələrin sayı: | 183 |
Çap növbəsi: | Birinci |
Tirajı: | 3000 |
Geri | İrəli |
Şivən səsi doldurdu, ta xeyməvü-xərgahi
Gəldi bacısı gördü, qan içrə batıb mahi
Səsləndi Əli qardaş, ömrüm şərəfü-cahi
Dur gör necə ovc eylər, ərşə bacuvin ahi (4)
***
Gördüm ki, baban səslər, ey vay vələdi qardaş
Bildim ki fələk başə, nə kül ələdi qardaş
Kül başına kim cismün, qanə bələdi qardaş
Düşmən odur cəşn[613] eylir, ey çərxi vəfa mahi
Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
***
Bu cismidi doğranmış, ya ki gülü xəndandır
Bu əbridi mah üzdə, ya pərdə çəkən qandır
Bu haşimi xalındır, ya lö"lövü-mərcandır
Ya mürği-həyatımdır, beylə itirib rahi
Dur gör necə ovc eylir, ərşə bacuvin ahi
***
Ey hüsnü-cəmalindən, Yusif aparan həsrət
Tövhidi yaratmışdı, hüsnündə yədi-qüdrət
Qan çahinə[614] qərq oldun, ey Yusifi mah təl"ət
Min babi-ələm[615] açdı, Yəqubə bu qan çahi
Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
***
Bülbül gülü tərk etsə, gülzarı qalar başsız
Qəmxanə olar gülşən, bülbül gəzə yoldaşsız
Hansı şil olan əllər, qoydu məni qardaşsız
Qardaşsızın aləmdə, gülməz üzü vAllahi
Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
***
Bu qəmdə gözüm yaşı, gör səbrim evin yıxmaz
Qəm mancanağı təndə, mürği-dilimi sıxmaz
Ömrüm nə qədər olsa, dildən bu mühən çıxmaz
Su mövc edə dəryadə, ləb teşnə qala mahi[616]
Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
***
Qəlbim qan idi qardaş, ya qan süzülür başdan
Ya gül üzüvə qandan, şəbnəm düzülür başdan
Ya Tanrı kəsib ömrüm, şanə üzülür başdan
Neylim edərəm nifrin, bu ləşgəri-gümrahi
Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
***
Qardaş sən idin axər, başımda fərəh taci
Səndən sora mən ollam, tiri-mühən amaci
Qol bağlı quşa bənzər, qardaşı ölən baci
Mən neylirəm aləmdə, səndən sora bu cahi
Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
***
Qoydu bacuvi ağlar, bu qövmi-duni qardaş
Hər kimdi cavan ölsün, öldürdü səni qardaş
Qəlbində olan yarə, yandırdı məni qardaş
Çox ağladım ağlatdım, bu oğlu ölən şahi
Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
***
Gəl "Ə"zəmi" fəryadə, bu söz çox əsər eylər
De Əkbərə göz yaşlı, məqbuli əgər eylər
Öz nokərinə gahi, şahzadə nəzər eylər
Bu növhəni ünvan et, göz yaşuvə sən gahi
Dur gör necə ovc eylər, ərşə bacuvin ahi
HƏZRƏTİ ABBAS (əleyhis-salam) DÖYÜŞ MEYDANINDA
Mübarizə bayrağını çiyninə götürən axırıncı kəs İmam Hüseyn (əleyhis-salam)-ın qardaşları idi, nəhayət onlardan təkcə Həzrəti Abbas (əleyhis-salam) qaldı. O, ucaboylu, göyçək bir kişi idi, ata minəndə ayaqları yerə çatırdı. Onun künyəsi Əbülfəzl, ləqəbləri Səqqa, Qəməri bəni Haşim idi və Kərbəlanın bayraqdarı hesab olunurdu. Qəməri bəni-Haşim şücaət nümunəsi, həmlə və döyüş aslanı idi. Onun heybətliliyi, qorxmazlığı surətindən görünürdü. Həzrət Abbas uşaqların susuzluqdan etdikləri nalələri eşidəndə, İmam (əleyhis-salam)-ın düşmənin dərya kimi ordusu arasında tək qaldığını görəndə səbir kasası doldu, yaralı bir aslan kimi irəli atıldı, Həzrətin qarşısında durub meydana getmək üçün izn istədi. Seyyidüş-şühəda onun şəhadət bağına pərvaz etmək istədiyini görəndə, izn verdi, buyurdu:
"Sən mənim bayraqdarımsan, lakin bu uşaqlar üçüün bir az su tap."
Həzrəti Abbas (əleyhis-salam) su məşkini əlinə aldı, ata minib Fərata tərəf yola düşdü. O, bu böyük qoşundan heç də qorxmurdu. Suyun yanındakı mühafizəçiləri dağıtdı, suya qədəm qoydu, suyun sərinliyini hiss etdi və ovcunu su ilə doldurub içmək istəyəndə, İmam (əleyhis-salam)-ın susuzluğunu gözləri önündə canlandırdı. Özünə vacib etdi ki, suyu ovcundan yerə töksün; səy etdi ki, tez bir zamanda suyu susuzluqdan ciyərləri yanan, dodaqları quruyan uşaqlara çatdırsın. Bunu görən düşmən ona həmlə etdi, amma o, qılınc zərbələri ilə düşməni yolun üstündən qovurdu. Bu vaxt Yəzid ibni Rəqa Cühəni Hükeym ibni Nofəlin köməyi ilə Əbülfəzl (əleyhis-salam)-ın yolu üstündə pusqu qurdu, gözlənilmədən ona həmlə edib sağ qolunu vurdular. Əbülfəzl (əleyhis-salam) qılıncı sol əlinə alıb yenidən döyüşə girişdi, buyurdu: "And ona Allaha, sağ qolumu vursanız da, yenə də sizdən əl çəkmərəm; öz dinimi, həqiqətən yəqinə çatmış İmamımı, doğruçu və əmin Peyğəmbərin nəvəsini himayə edəcəyəm."
Bu vaxt Hükeym ibni Tüfeyl xurma ağacının arxasında pusquda idi, yerindən atılıb Əbülfəzl (əleyhis-salam)-ın sol qolunu da qılıncla vurdu. Həzrəti bayrağı və su məşgini sinəsinə yapışdırdı. Düşmən ona hücum etdi, yağış kimi yağdırdılan oxlar o həzrətin kürəyinə sancılırdı. Bu vaxt bir ox su məginə, bir ox isə mübarək sinəsinə sancıldı« bir ox isə sağ gözünə. Sonra nəmərdlərdən biri həmlə edib əmudla onun mübarək başına vurdu, başını qana qəltan etdi« Daha tab gətirə bilməyib uca səslə fəryad etdi :"Məndən sənə salam olsun, ya Əba Əbdillah."[617] Seyyidüş-şühəda (əleyhis-salam) qardaşının səsini eşidəndə, şahin kimi başının üstünü aldı, buyurdu: "İndi belim sındı, çarəm azaldı, düşmənim mənə şəmatət etməyə başladı" Sonra sınıq qəlb, qəm-qüssə qonmuş üz, göz yaşı dolmuş gözlə xeymələrə qayıtdı[618]
Öpərik bu təşti cami, edərik fəğan Əbülfəz (2)
İki qolların su üstə, qələm oldu can Əbülfəz (2)
***
Sənin ol müqəddəs adın, yazılıbdı təşti-camə
Edirik Hüseyn əzasın, adüvə biz ya Əbülfəz
Nə qədər cahanda su var, tapacaq bu qəm idamə
Su görəndə əhli-aləm, deyəcəkdi can Əbülfəz!
***
Eliyir adın gələndə, sənə kainati təzim
O məzarüvə həmişə, eyliyir Fərati təzim
Sənə həşr olunca eylər, hamı paki zati təzim
Aduva həmişə təzim, eyləyir cahan Əbülfəz
***
Bu məqamü-şənivi yox, eliyən cahanda inkar
Eyliyir vüsuli-izzət, qapuva dəxil olanlar
Sənə dərdini həmişə, eyliyən ürəkdə izhar
O nəhani-dərdə dərman, olacaq əyan Əbülfəz
***
Necə yanmıyaq bu qəmdən, necə gəlmiyək fəğanə
Necə xuni-qəlbi gözdən üzə etmiyək rəvanə
Boyanıb sənin su məşgin, su yolunda ləxtə qanə
Su görəndə seyli-əşgi, edirik rəvan Əbülfəz
***
Yetişəndə başın üstə, şəhi teşnə gördü nagəh
Səni torpağa yıxıblar, sitəmilə qövmi gümrah
Başın üstə açdı başın, dedi vay vəzirim ol şah
Başuvi alıb diz üstə, şəhi insü-can Əbülfəz
***
Dedi dur ayağə qoyma, məni bi kömək bu çöldə
Gülür əşqiya görəndə, məni beylə tək bu çöldə
Ürəyim yanır əlin yox, verək əl-ələ bu çöldə
Eliyir bu qəmli ahın, məni bağrı qan Əbülfəz
***
Sənin adın ilə "Nasir" dilini edibdi mənus[619]
Onu daimən bəladən, eləyən adını məhrus[620]
Budur arizusi dildə, ola bir də asitan bus[621]
Öpə pak dərgəhindən, ala tazə can Əbülfəz
***
BƏHRİ-TƏVİL
Səhmi-səlatilə Əbülfəzli çün
Ləşgəri ə"dayə nəmayan olub
Heydəri-Səftər kimi şəmşirini
Vurdu qoşun əhli-hərasan olub
***
Ərşeyi-zin üstə tutubdur qərar
Ba vüqar qabizül-ərvah kimi zülfüqar,
Səfləri ta ki elədi tarü-mar
Ahü-zar etdilə çox ləşgəri bi nəngü-ar
Səxt olub ol qövmə o dəm karizar[622]
Ba hezar[623] zəhmət ediblər fərar
Ta ki qoşun əhlinə qalib olub
***
Toz tutub hər bir tərəfi ol zaman
Kərbü-bəladə elə tufan olub
Girdü-qübar içrə uzun əlləri, ləşgəri
Vəhşətə salmış tutulub dilləri
Heydəri-Kərrar kimi ləşgərə, səflərə
Həmlə edib nəzmü-nizamın pozub
***
Təblü-dəhəl sövtü[624] tutub göyləri, yerləri
Gətirdi təmami-məlaikləri
Yadə salıb şiri-xuda Heydəri, Xeybəri
Lərzəyə salmışdı hamı ləşgəri
Olmayacaq sağ qutaran cəngidən
Ləşgəri-ədalərə elan olub
***
Səfheyi-meydanə olubdur rəvan
Ləxtə qan oldu qiyamət əyan
Səslədilər nuri Əli, əl-əman, bir zaman
Rəhm elə bu ləşgərə şiri-jiyan
Etdilər Səd oğluna axər bəyan, şamiyan
Qalmadı ləşgərdə can
Çarə elə ləşgərə can verməyə
Kufəvü-Şam əhli şitaban[625] olub
***
Keçmədi ol qədri ki əfsus ola, ba cəfa
Yarə vurub cisminə qövmi-dəğa
Bu sözü guya deyib ol ba vəfa, ya əxa
Dərk elə Əbbasuvi ey binəva
Qardaşuvin peykərinə gör necə
Ox düzülüb misli-gülüstan olub
***
Qaldılar heyran hamı ol qeyrətə, himmətə
Yetmədi axər əcəba niyyətə
Aləmiyan əhli düşüb heyrətə, möhnətə
Ağladı qan cümlə bu keyfiyyətə
Ver gələ tövfiqi Xuda rəhmətə, zəhmətə
Salma bu dünyadə yetir şövkətə
Çün bu sözün yazmağın
Rəhmət əmuzadeyi nalan olub
İMAM HÜSEYN (əleyhis-salam) VƏ ƏBÜLFƏZLİN DEYİŞMƏSİ
Əbbasım, qardaşım, qəm günü yoldaşım (2)
Aç qanlı gözün, sənə var sözüm (2)
Bu ağır qəmə, mən necə dözüm?! (2)
***
Ya Əbbas, al nəfəs, sən səyimə ver səs
Bu halətindən, qaldım nigaran
Gəl etmə məni, hali pərişan
***
Cəngdə çox döyüşdün, artıq haldan düşdün
Zalimlər səni, edibdir xəstə
Qoyubsan başın, isti qum üstə
***
Canım qurban sənə, bir nəzər et mənə
Nə olub sənə, ey nuri Xuda
Gül ləblərindən çıxmayır səda
***
Gəl məni qoyma tək, dur ayağa gedək
Axı bu çöldə, tənha qalmışam
Mən də sənin tək, yaralanmışam
***
Sinən üstə başım, hey axır göz yaşım
Əlimdən gedir, əziz qardaşım
Tənha sən idin, mənim qardaşım
***
Qandır əl-ayağın, quruyub dodağın
Bu isti yerdə, susuz qalmısan
Su görməyən gül, kimi solmusan
***
Aç gözün bir təhər, bax gör olur nələr
Bağda ağlayır, güllər çiçəklər
Səni görməyə, gəlib mələklər
***
Ey Əbbas Hüseynəm, yanuva gəlmişəm
Heç olmasa de, sən ürək sözün
Nə olub qardaş, gülməyir gözün
***
Ey yarü-yavərim, sənsən balü-pərim (2)
Yatma qumlar üstə, qolsuz sərləşgərim
Qəlbim döyünür, qardaş dur gedək
Düşmən sevinir, qardaş dur gedək
Əbbas, Əbbas,
Oğulsuzam mən, qardaşsızam mən (2)
***
Qardaş yandı evim, sənsən arxam elim
Səni bu halidə, görcək sındı belim
Əşgivi qanə, qatma Əbülfəz
Düşmən çalır əl, yatma Əbülfəz
Əbbas, Əbbas
Oğulsuzam mən, qardaşsızam mən
***
Sən nə ba vəfasan,[626] dərdə mübtəlasan
Tez gəl sən yoluvi, gözləyir ulduzlar
Ay batsa batar, göydə ulduzlar
Yoluvi gözlür, xeymədə qızlar
Əbbas, Əbbas
Oğulsuzam mən, qardaşsızam mən
***
Ey qəmər təl"tim, izzətim şövkətim
Belimin qüvvəsi, dizimin taqəti
Yıxdı evimi, Ali-üməyyə
Əsir olacaq, Şimrə Ruqəyyə
Əbbas, Əbbas
Oğulsuzam mən, qardaşsızam mən
***
C A V A B
Sərvərim, rəhbərim, istəkli dilbərim
Oxlanıb su məşgim, kəsilib əllərim
Aparma məni, balalar gözlər
Nazlı qızların, özün öldürər
Əbbas, Əbbas
Oğulsuzam mən, qardaşsızam mən
***
Ey şəhi-din hamiye-Quran Hüseyn
Qardaşuvi yıxdılar atdan Hüseyn
Ey şəhi-aləmeyn, dadə gəl ya Hüseyn
Amandı qardaş, amandı qardaş
Yaralıyam mən, vəfalıyam mən
***
Seyyidi sərləşgəri təthir elə[627]
Nokərivə lütfüvü təcdid elə[628]
Əldə ölən şirivi bir did elə[629]
Ey pənahım mənim, dadixahim mənim
Amandı qardaş, amandı qardaş
Yaralıyam mən, vəfalıyam mən
***
Dövrədə qollar sınıb ey naxuda[630]
Bəhri-qəmə qutəvərəm bərməla[631]
Yerdə üzüm, yolda gözüm gəl şəha
Ey şəhi tacidar, ver mənə iftixar
Amandı qardaş, amandı qardaş
Yaralıyam mən, vəfalıyam mən
FARSCA MƏRSİYƏ
Mən qole qolzare Əliyyi Mürtəzayəm (2)
Hafizi pərçəmi xunini kərbəlayəm
Mənəm ya əyyühənnas, Babül-həvaic Əbbas
***
Kocayi, bebini madərəm Ümmül-Bənin
Əbbasət oftade əz səri zin bər zəmin
Rahi məra bebəstənd, Fərqi məra şekəstənd
***
Bəradər Hüseyn can biya suyi Əlqəme
Aməde əz cenan madəriman Fatime
Mən aşiqi to həstəm, Coda şode do dəstəm
***
Ey bəradər bebin, çe aməde bər sərəm
Əşko xun ayəd əz du dideqani sərəm
Mən aşiqi to həstəm, Coda şode do dəstəm
***
Başəd in axirin arizuye hizbullah
Busəm şeş guşeye qəbri Əba Əbdillah
Ey Yusifi Fatime, Hüseyn Hüseyn Hüseyn can
İmam Səccad (əleyhis-salam) buyurdu: –Allah rəhmət etsin əmim Abbasa, canfəşanlıq etdi, igidlik göstərdi və canını öz qardaşına qurban etdi, nəhayət qollarını qılıncla vurdular. Sonra Allah onun qollarını əvəzində ona iki qanad kəramət etdi, o qanadlarla məlaikələrlə birlikdə behiştdə pərvaz edir. Necə ki, Allah Cəfəri Təyyara iki qanad vermişdi. Həqiqətən Abbas (əleyhis-salam)-ın Allah yanında elə böyük mənzifləti vardır ki, bütün şəhidlər qiyamət günü o məqamı arzu edəcəklər.
Tarix yazanlar qeyd etmişlər ki, İmam Hüseyn (əleyhis-salam) döyüş meydanından kənarda bir xeymə qurmuşdu və səhabədən, Əhli-beytdən olan şəhidləri oraya aparırdı, hər şəhidi ora gətirəndə buyururdu: "Bu cür ölüm Peyğəmbərlərin və onların övladlarının ölümü kimidir."[632]
Təkcə qardaşı Abbası atdan düşdüyü yerdə, Fəratın yaxınlığında qoymuşdu ki, şərif qəbri də elə oradadır. Bunun bir sirri vardırsa, bu sirr bəsirətli inanlara gizli deyil: Qəməri-Bəni Haşimin məzarının ayrı olmasının səbəbi budur ki, ziyarətçöilər onu ziyarət etməyə tələssinlər, hacətləri olanlar ora pənah aparsınlar və onun kəramətlərini görməklə ümmət onun Allah yanında olan qədir-qiymətini, məqam və mənzilətini dərk etsinlər. Burada Allahın vəlisi, höccəti istəmişdir ki, Əbülfəzl (əleyhis-salam)-ın zahiri məqlam-mənziləti elə onun mənəvi və axirət məqamı səviyyəsində olsun. Və əgər İmam Hüseyn (əleyhis-salam) onu sair şəhidlər kimi müqəddəs evə (öz hərəminin yanına) aparsaydı, bu parlaq ulduz İmam (əleyhis-salam)-ın günəş nurlu vücudunun nurunda qərq olacaqdı.
DÜŞDÜ ƏBÜLFƏZLİN ADI DİLLƏRƏ
Düşdü Əbülfəzlin adı dillərə (2)
Şiə fəda ol kəsilən əllərə (2)
Ey Əhli-beytə, səqqa Əbülfəzl
Babül-həvaic, mövla Əbülfəzl
***
Ey adı səqqa özü ətşan ağa
Kani-kərəm mənbəyi-ehsan ağa
Parçalanan başuvə qurban ağa
Dəryayi-fəzlin, məna Əbülfəz
***
Ey atası Heydərə nuri-bəsər
Can ağa eşqindən ürəklər əsər
Dərdi olan adüvə qurban kəsər
Eylə muradın, bərca Əbülfəz
***
Ey geyən eşqilə vəfa caməsin[633]
Haq bəyənən iydəvü-bərnaməsin[634]
Parçaladın düşmən amannaməsin
Etdin Yezidi, rüsva Əbülfəz
***
Qoyma ürəklər qəm odunda yana
Lütf eliyib baxsan Azərbaycana
Məkkədə şiələr boyandı qana
Yorğundu şiə, can ya Əbülfəz
***
Səndən ağa lütfü-əta istərik
Ruhə səfa dərdə dəva istərik
Təzkireyi Kərbübəlan[635] istərik
Eylə bəratın imza Əbülfəz
ƏRƏBCƏ MƏRSİYƏ
(HƏZRƏT ƏBÜLFƏZLİN MEYDANDA YARALANDIĞI ZAMAN DEDİYİ RƏCƏZ)
(Həzrəti Əbəlfəzlin oxuduğu rəcəz)
Əqsəmtu billahil-əəzzil-ə"zəm
Və bil-hücuni sadiqən və zəmzəm
Və bil-hətimi vəl-fənəl-mühərrəm
Lə nəxzibənnəl-yövmə cismi bidəm
Dunəl-Hüseyni zil-fəxaril-əqdəm
İmamu-əhlil-fəzli vət-təkərrüm
La əhrəbul-məvtə izil-məvtu zəqa
Hətta uvazi fil-məsaliti ləqa
Nəfsi libnil-Mustəfat-tuhri vəfa
İnni ənəl-Əbbasu uğdu bis-səqqa
Və la əxafuş-şərrə yəvməl-multəqa
Vəllahi in qətətümu yəmini
İnni uhami əbədən ən dini
Və ən İmamin sadiqil-yəqini
Nəclin-nəbiyyit-tahiril-əmini
Ya nəfsi, la təxşəy minəl-kuffari!
Və əbşiri birəhmətil-Cəbbari
Ma ən-nəbiyyis-seyyidil muxtari
Qəd qətəu bi bəğyihim yəsari
Fə əslihim ya Rəbbi hərrən-nari
HƏZRƏTİ ZEYNƏBİN İMAM HÜSEYNƏ XİTABƏN ZƏBAN-HALI
Qurban olum göz yaşuva az ağla qardaş (2)
Nə gəldi bəs qardaşuvə az ağla qardaş (2)
Yoxsa ələmdarın ölüb qaldın köməksiz
Bir çarə qıl öz başuvə az ağla qardaş (2)
***
Yağış kimi gül surətə əşgin olursan
Qan yaş ilə rüxsarivi qanə bulursan
Sərləşgərin harda qalıb yalquz gəlirsən
Nə gəldi bəs qardaşuvə az ağla qardaş
***
Qardaş sənin halında var bir özgə aləm
Elani matəm eyləyir bu qanlı pərçəm
Getmişdin Əbbas ilə sən meydanə bahəm
Nə gəldi bəs qardaşuvə az ağla qardaş
***
Gəldi səsi qardaşuvə özün yetirdin
Söylə görüm qaldı özü ya əl gətirdin
Ya gəlmədi Əbbas özü məşgin gətirdin
Nə gəldi bəs qardaşuvə az ağla qardaş
***
Qardaş qəmini qardaşı öz göz yaşında
De bir görüm qardaşuvin nə var başında
Qalmış nədəndi gözlərin nizə başında
Nə gəldi bəs qardaşuvə az ağla qardaş
***
Qardaş fəraqində deyər söz başı qardaş
Dərdin bəyan et qan olur göz yaşı qardaş
Salmaz belə yalquz yola qardaşı qardaş
Nə gəldi bəs qardaşuvə az ağla qardaş
***
Bir də demə Əbbas adın başlanmasın yas
Bülbül qalar nə halə gör olsa gülü yas
Aləm bilir səndən Hüseyn ayrılmaz Əbbas
Nə gəldi bəs qardaşuvə az ağla qardaş
***
Mən porsişi hal eylərəm nə dillər ilə
Bəs neyləsin Zeynəb bacın bu qəmlər ilə
Getsə hara şahlar gələr sərləşgər ilə
Nə gəldi bəs qardaşuvə az ağla qardaş
***
Dadə çağırsa qardaşın qardaş verər səs
Ver bir xəbər Əbbasidən ey şahi bi kəs
Tək gəlmisən sərləşgərin harda qalıb bəs?
Nə gəldi bəs qardaşuvə az ağla qardaş
***
Təndən əlaqə rəxtini[636] aləmdə soydun
Doymazdın ondan sən Hüseyn nə oldu doydun?
Ya cismi bəndi-bəndini meydanda qoydun?
Nə gəldi bəs qardaşuvə az ağla qardaş
Sən ki ey sərdar idin, din ehtiramın saxladın(2)
Başın üstündə odur əsrin İmamın saxladın (2)
***
Kərbəladə nüsrət etdin dinə başi canilən
Açdı pər şəhbazi tək gül peykərin peykanilən
Verdi qiymət şahi din, canın sənə qurbanilən
Hörmətin var sən ki dinin ehtiramın saxladın
***
Gərçi aləmdə şəhi ətşanə sən qardaş idin
Qəm günündə leyk Hüseyni bi kəsə yoldaş idin
Orduyi islamidə sərbazi hazir baş idin
Verdin əldən əl vəli dinin məramın saxladın
***
Sən o radimərdisən[637] girdin Fəratə teşnələb
İçmədin su nəhridən çıxdın susuz ey ba ədəb
Əbdi saleh isminə oldun cahanda müntəxəb
Çün kəmiyyət nəfsivün əldə licamın saxladın
***
Eylədin ibrazi raz ey aşiqi canbazi din[638]
Əllərin, başın cahanda oldu payəndazi din
Peykərin şəmşirilə doğrandı ey sərbazi din
Məhşərə amma o zülmün intiqamın saxladın
***
Daşdı eşqin camı aldı qəlbivin aramını
Səfheyi cismində oxlar yazdı din əhkamını
Baxmadın sındırdılar zülmilə gülgün camını
Ta şikəstə dildə məhfuz eşqi camın saxladın
***
Şahi din Kərbübəladə qoydu bir bünyadi eşq[639]
Ta rümuzi eşqidən[640] agah ola əfradi eşq
Məktəbi eşqə müdir etdi səni ustadi eşq
Məktəbi eşqin gözəl nəzmü-nizamın saxladın
***
Ey əmin şiri şəhamət qabili təqdirisən
Ləşgəri ə"da bilirdi cəngidə çün şirisən
Şahi din əmr eyləmişdi çəkmədin şəmşiri sən
Şahi dinin hörmətü-şəni əzimin saxladın
***
İzni versəydi sənə sultani məzluman əgər
Ləşgəri əşrari eylərdin yəqin zirü-zəbər
Ey adı səqqa özü nokər adıyla müftəxər
Nə gözəl aləmdə sən mövla məqamın saxladın
***
"Ə"zəmi" yazdı cəhanə eşqin elan eylədi
Başü-cismin, əllərin islamə qurban eylədin
Nəfsivi qurbani nəfsi şahi ətşan eylədin
Həşrə dək öz nəfsivin şəni əzimin saxladın
ƏBBAS
Əbbas, Əbbas, Əbbas, ey sahib-ələm qardaş (2)
Ey itrəti-ətharə, səqqayi-hərəm qardaş (2)
Qan olub əşgin, oxlanıb məşgin (2)
Din üstə oldu qolların, ta qələm qardaş (2)
***
Ey mahi bəni Haşim, gözlür səni ulduzlar
Qan içrə xüsuf etdin, gözlər səni al qızlar
Səslir səni xeyməndə, cam əldə susuz qızlar
***
Ey qafilə salarım, ey arxam elim qardaş
Ey gözlərimin nuru, arami dilim qardaş
İndi azalıb çarəm, dur sındı belim qardaş
***
Sən itrətə səqqasən, sərdari sipahimsən
Tufani həvadisdə, zülmatidə mahimsən
Aç gözlərini gəldim, qan içrə batan qardaş
***
Ayrılmağa yox taqət, aç gözlərini qardaş
Salmış səni bu halə, hansı kafər qardaş
Xeyməndə səni gözlər, itrəti əthar qardaş
***
Sən pərçəm ələ aldın, sahib ələmim qardaş
Sən əzmi Fərat etdin, can baş ilə ey qardaş
Səs ver nə olub indi, düşdün bu yerə qardaş
***
Versən səsimə bir səs, aram taparam qardaş
Açsan gözüvi bir dəm, qüssəm dağılar qardaş
Yoxsa elə bu çöldə, bil sındı belim qardaş
YA HÜSEYN...
Verrik anan Fatimiyə biz qəsəm (2), Qıl nəzər aşiqlərivə ya Hüseyn
Qoyma qalaq qəbrivə həsrət bu il (2), İstə bizi məhzərivə ya Hüseyn
***
Yada düşər çün o zərihi təla[641], Ney kimi dildən edərik biz nəva
Bərməla eylərik həqqidən dua, Etsin o qəbri bizə qismət Xuda
Əxz eliyək xaki dərindən[642] şəfa
***
Türbəti pakın eliyək tutiya, Cari edək şövqilə sübhü-məsa[643]
Dərcdi bəsərdən köhəri por bəha, Ol hərəmi əthərivə ya Hüseyn
***
Yada düşər bülbülü-xunin pərin, Mərhəmi zəxmi dili qəm pərvərin
Sinəvün üstündə yatan Əsğərin, Mərhəmi zəxmi dili qəmpərvərin
***
Ziri qədəmində mələk mənzərin, Mahi liqa zöhrə cəbin Əkbərin
Sübhü həyatindəki əşk əxtərin, Gül kimi səd parə o gül peykərin
İstə hüzurində bu aşiqlərin, Tutsun əza Əkbərivə ya Hüseyn
QALƏ RƏSULULLAH (S)
Qalə Rəsulullah, nuru eyni:
"Hüseynü-minni ənə min Hüseyni"
Hüseyn can, kərbəla, Hüsen, Hüsen, Hüsen
***
Dər vəsəti kuçə tu ra mizədənd
Kaş be cayi tu məra mizədənd
Hüseyn can, kərbəla, Hüsen, Hüsen, Hüsen
***
Bu Hüseyn kimdi ki aləm hamı divanəsidi
Bu necə şəm"di ki aləm hamı pərvanəsidi
Hüseyn can, kərbəla, Hüsen, Hüsen, Hüsen
***
Oldu əcəb tirə qara Kərbəla
Sibti Rəsul qətlə yetib vaveyla
Hüseyn can, kərbəla, Hüsen, Hüsen, Hüsen
***
Daş götürüb vurmağa ol peykəri
Kufəlilər, Varisi Peyğəmbəri
Hüseyn can, kərbəla, Hüsen, Hüsen, Hüsen
***
Oxladılar tifli Əli Əsğəri
Qanə bələşdi onun gül peykəri
Hüseyn can, kərbəla, Hüsen, Hüsen, Hüsen
Geri | İrəli |