A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: mərsiyələr, şerlər, xütbələr
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 183
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Ölürəm hərayimə gəl əmu (2), Salıb atdan əhli-cəfa məni

Çətin halda dərk elə[564] yalquzam (2), Ey əzizi-Əhli-kisa[565] məni (2)

***

Sən əzizi-Xatəmül-Ənbiya, həm əzizi-Rəbbi

Cəlilisən

Baban ərşə seyrə gedib sənin, əmu sən əzəldən

əsilisən

Bu Minadə teşnə fəda mənəm, bilirəm ki, sən

də xəlilisən

Kərəm eylə gəl başım üstə bir, eylə sərbülənd

ey ağa məni

***

Bədənim lətif idi atların, ayağında qalmağa

yox tabım

Başım üstə eyliyə həlhələ, sinəm üstə at çapa

əhli-Şam

Gəl apar bu yaralı nə"şimi, baxıb ağlasın

o qərib anam

Mən özüm xiyamə gedəmmirəm, ki salıb kəməndə

qəza məni

***

Əmu gəl hərayimə düşmənim, bədənimi torpağa

qatmamış

Başımı susuz kəsə qatilim, səri-nizələrdə

ucaltmamış

Əmu xəsmi-kinə şüar ilə, bu susuz boğazıma

çatmamış

Gör alıb arayə negini[566] tək, bu güruhi qövmi

dəğa məni

***

Baxaram xiyamə tərəf əmu, hamı yollara

nəzər eylərəm

Yoluvi gözətdiyirəm dəxi, üzə cari əşkilər

eylərəm

O gələn qədəmlərə mən fəda, bilirsən ki, canü-sər eylərəm

Gəl edim ziyarət o əllərin, eylə bir də sən

də dua məni

***

Yeri vardı yeksər anam əgər, mühənimdə[567] qəlbini dağlasın

"Bala vay" deyə o əsiri-qəm, üzə seyli əşkini

bağlasın

Verə baş-başa Əli Əkbərin, anasıyla oxşayıb

ağlasın

Yaza növhə bir də mühibbilər, sala yadə əhli

əza məni

***

Eşidib bu səsimi xeymədən, buyurub Hüseyn ona

can bala

Gəlirəm hərayuvə qəm yemə, mənim ey əzizü-cavan

balam

Gülü-pər-pəri-çəməni-Həsən, nə tez oldun indi

xəzan bala

Kəsilibdi taqəti qəlbimin, eyliyən zamanda səda

məni

***

Tapşıraydıin ömrü baharına, əssə sərsəri sitəm

ey bala

Elə yalquzam bu ürək sözün, kimə bilmirəm deyim

ay bala

Məni tək qoyubdu köməklərim, necə gör köməksizəm

ay bala

Gedirsiz özüz belə bi kömək, qoyursuz bu ləşkər

ara[568] məni

***

Xəm edibdi qəddimi qüssələr, mühəniqəmizdə

qocalmışam

Eliyibdi qəm məni xun cigər, mühəniqəmizdə qocalmışam

Bu qədər qəmə bala kim dözər,? Mühəni qəmizdə qocalmışam

Əlimin əsası düşüb yerə, yıxar indi mövci

bəla[569] məni

GƏL DADƏ ƏMU...

Gəl dadə əmu, qalmışam əşrar arasında (2)

Soldurdu həvadis[570] gülüvü xar arasında (2)

***

Əvvəl əmu bir həmlədə pozdum bu süfufi[571]

Vəhşətlə qoyub qaçmağa üz şamiyü-kufi

Düşmən o qədər vurdu mənə zəxmi-süyufi[572]

Şirin yıxılıb ərseyi-peykar[573] arasında

***

Rehlət eliyən gündən atam ey Şəhi-dövran

Sən zəhmətimi çəkmisən ömrüm sənə qurban

Axır nəfəsimdir alıb ətrafımı üdvan

Gəl qoyma cənazəm qala küffar arasında

***

Gəl peykəri-məcruhimi[574] həml eylə xiyamə

Yalquz anama bir də gedim ərzi-salamə

Əfsus ki, dövran yetişib qoymadı kamə

Yandı ürəyim ahi şərərbar arasında

***

Hərçənd həyatimdən hüsul olmadı kamim

Səbt oldu vəli dəftəri-üşşaqidə[575] naməm

Bu cəngi-cədəldən bu idi ümdə məramım

Hürriyyətim elan ola əhrar[576] arasında

***

Düşdüm əmu can atlar ayağında nəfəsdən

Gəl tairi-ruhum[577] uça az qaldı qəfəsdən

Sındırdı qoşun sinəmi düşdüm dəxi səsdən

Qaldım yaralı, firqeyi-xunxar arasında

***

Tapşır xanım əmməm anamın könlünü alsın

Biçarə hərəmlər başına qarəmi salsın

Fəryadü-fəğan xeymələrində ucalansın

Səbt olsun adım dəftəri-əxyar arasında

***

Ox, nizə, qılıc hər nə gəlir əhli-şəqavət

Zülm ilə vurur canimə yox məndə də taqət

Almış arayə cismimi bi şərm cəmaət

Bir nöqtəyə bənzər xəti-pərgar arasında

***

Gəl dövri-bərimdə firəqi-batilə bir bax

Min nazilə əmməm darıyan kakülə bir bax

Tiğ əldə tutan kakülimi qatilə bir bax

Gəl can verirəm qövmi-sitəmgər arasında

***

Növhə yazar ağlar mənə biçarə Kərimi

Bu şövq ilə daim gəzər avarə Kərimi

Bir vəqfəni həmrah ola zəvvarə Kərimi

Ta sinə vurub ağlıya zəvvar arasında

HƏZRƏTİ QASİMİN NÖVHƏSİ

Yandım ey əmu yandım, cürə su səvab eylə (2)

Yandı ləblərim yandı, qətrə su savab eylə (2)

***

Qeyrətin fəda olsun, bu Səkineyi-nalan

Təşnəlik salıb dildən, qəlbimi edib nalan

Bu susus uşaqların, dilləri olub büryan[578]

İstidir, həlak olduq, qətrə su səvab eylə

***

Yox əmu təvan[579] məndə, qəlbidən alovlannam

Bəzi xırda ətfalun,[580] haluna baxıb yanam

"Əl-ətəş"[581] deyər söylər, yandım əl-əman yandım!

Gəlmişik dəxilik biz, qətrə su səvab eylə

***

Bağrı qan ürəklərdə, istidi təvan yoxdur

Bəzi xırda qızlardan, qalmağa güman yoxdur

Bizlərə bu ləşgərdən, bilmişəm əman yoxdur

Əsğərin həlak oldu, qətrə su səvab eylə

***

Var səxa[582] uzun qolda, ey vəfalı sərdarım

Dəstə qız uşaqları, var əmu qonaqlarım

Qət ümid olam səndən, yox dilimdə inkarım

Min ümid ilə gəldim, qətrə su səvab eylə

***

Bu bəla çölü qandan, hər tərəf gəlir cuşə

Əsğərə əmu baxsan gər, əlin vurar başə

Gəh rubab edər fəryad, gəh ölər gələr huşə

Ah çəkir deyir səqqa,[583] qətrə su səvab eylə

***

Xeymələr ara baxsan, teşnələb qalan çoxdur

Heç kəsin bibim Zeynəb tək ətəş[584] olan yoxdur

Həm babam da ətşandı,[585] nitqdən düşən çoxdur

Sən özün də ətşansan, qətrə su səvab eylə

***

Əkbərin qəmi səbrin, almış Ali-Tahadan

Qalmadı kömək yoxdu, Kərbəladə Sultanın

Eylə sən fəda bir-bir, bu Minadə qurbanın

Bir pənahımız sənsən, qətrə su səvab eylə

***

Ey Xuda qəsəm[586] verrəm, ol rəşid ələmdarə

Kərbəladə ətşanlar, şahzadeyi-ətfalə[587]

Əkbəri cavan qalmış, Əsğəri dilarayə

"Gülçinə" o kövsərdən, qətrə su səvab eylə

ƏLİ ƏKBƏR (ƏLEYHİSSALAM) MEYDANA GEDİR

Bəni Haşimdən döyüşə getmək üçün icazə alan ilk şəxs İmam Hüseyn (əleyhis-salam)-ın oğlu cənab Əli Əkbər idi. İmam Hüseyn (əleyhis-salam) ona döyüş icazəsi verdi, əziz oğlu meydana yola düşdü. Bu əziz şəhidə Əkbər (ən böyük) ləqəbi verilmişdi, çünki onun yaşı İmam Səccad (əleyhis-salam)-dan çox idi. Bunu İmam Zeynül Abidin (əleyhis-salam) özü buyurmuşdur: İbni Ziyad o həzrətə "məgər Allah Əlini (Kərbəla hadisəsində) öldürmədi?" deyəndə, İmam Səccad (əleyhis-salam) buyurdu:"Mənim özümdən böyük bir qardaşım var idi, siz onu öldürdünüz." İbni Ziyad dedi: "Yox, onu Allah öldürdü." İmam Səccad (əleyhis-salam) buyurdu:

"Allah, ölüm vaxtı gəlib çatanda canları alar." (Zümər, 42)

Məlumdur ki, bu mübahisə, Əhli-beyt və İsmət hərəminin qadınlarını darül-imarəyə gətirib, onları camaata ağır bir yük kimi təqdim edəndən sonra baş vermişdir.

Bəli, İmam Hüseyn (əleyhis-salam) görürdü ki, əziz oğlu meydana yola düşür və əcəl peyki başının üstündə dolanır. Belə olan halda gözlərindən qan-yaş axıtmaqdan başqa bir çıxış yolu görmədi. (Rəvayətdə deyildiyi kimi, "gözləri yaşla doldu") İmam Hüseysn (əleyhis-salam) əllərini göyə qaldırıb dedi: "İlahi, şahid ol ki, camaat arasında xilqət, əxlaq və danışıq cəhətindən sənin Rəsulun Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə ən çox oxşayan bir şəxs onlara (düşmənlərə) tərəf gedir. Hər vaxt Sənin Rəsulun yadımıza düşəndə, ona baxardıq. İlahi, yerin bərəkətini onlaradan al, onların arasındakı birliyi təfriqəyə, ittifaqlarını pərakəndəliyə döndər. Onlara müxtəlif yollara sal, heç vaxt əmirləri onlardan razı salma, çünki onlar bizə kömək etməyə də"vət etmiş, sonra isə bizə qarşı çıxıb bizimlə (bizi öldürmək üçün) vuruşurlar. Sonra isə "Ali İmra"n surəsinin 33-34-cü ayələrini tilavət etdi: "Həqiqətən Allah Adəmi, Nuhu, İbrahim və İmran övladlarını aləmlərə seçdi. (Bunlar) bir zürriyyədirlər ki, bir-birindən törənmişlər. Allah çox eşidən və biləndir."

Əli Əkbər at üstündə meydana atıldı. O, meydana girəndə düşmənlər heç fikirləşmirdilər ki, qəlblərinə sancılacaq ölüm caynaq, yaxud varlıqlarını məhv edən bir ildırımdır ki, qılıncından od tökülür. O, hamını öz şücaəti ilə heydan etmişdi, bəziləri də qorxudan yerində donub qalmışdı. "Allahu Əkbər", "təbarəkəllah" təkbirləri ucalır, hər tərəfə həmlə edəndə düşmən qaçmağa üz qoyur, onunla qarşılaşmağa cürət etmirdilər. Sağ cinaha hücum edəndə ordakıları sol tərəfə qovur, sonra qoşunun mərkəzinə hücum edirdi. Beləliklə düşmən pəhləvanlarından 120 nəfəri qanlarına qəltan etdi. Əfsus ki aldığı çoxlu zərbələr, axan qanlar və suzuzluq döyüşü davam etdirmək üçün onda güc, taqət qoymamışdı. Son nəfəslərdə öz atasının mübarək camalından biz az mənəvi azuqə götürüb Müqəddəs dərgaha pərvaz etmək istəyirdi, odur ki, gileylənib bədəninə dəymiş ox-qılınc yaralarından, bu yaraların nəticəsi olan susuzluqdan şikayət etdi, dedi: "Susuzluq məni öldürdü, zirehin ağırlığı taqətimi kəsdi. Görəsən bir qurtum su varmı ki, qüvvət tapıb düşmənə həmlə edəm?!"

İmam Hüseyn (əleyhis-salam) ona elə bir müjdə verib onu sakitləşdirdi: "Sən ilahi rəhmətin sonsuz dəryasına daxil olmaq ərəfəsindəsən, onun gəmiçisi də cəddin Rəsulullahdır, səni öz saf canı ilə sirab edəcək ki, heç vaxt susamayacaqsan."

Bunu deyib öz barmağını onun ağzına qoydu. Əli Əkbər yenidən meydana atıldı. Bütün vücudu o sadiqanə nurla, sevinclə dolmuşdu. Qılıncı ölum quşu kimi düşmənin başına enirdi. Nəhayət öldürdüyü kafirlərin sayı 200-ə çatdı. İntizar sona çatdı, ağ şəhadət quşu onun pak başının üstündə pərvaza başladı. Mərrət ibni Mənqəz Əbdi onun başını qılınca hədəf etdi, sonra arxadan kürəyini nizə ilə parçaladı. Əli Əkbər qanına qəltan olmuş halda atın boynundan asılndı, at onu düşmən qoşununun içinə apardı. Düşmənlər onun pak bədənini tikə-tikə doğradılar. Son nəfəsdə öz İmamı ilə vidalaşmağı unutmadı, düşmənin ağır zərbələri altında atasını çağırdı, onun verdiyi vədənin həqiqətə çevrildiyini söylədi: "Bu mənim cəddimdir ki, sizə salam göndərir; o, şərbət camı ilə mənə elə bir şərbət içirtdi ki, ondan sonra bir daha susuzmaram. O (cəddim) buyurdu: "Sizin üçün də bir cam hazırdır" Bu sözü eşidən İmam Hüseyn (əleyhis-salam) şahin kimi oğlunun üstünə gəldi: Peyğəmbər ailəsinin ümidini torpağa düşmüş, qan içində qərq olmuş halda gördü. Atalıq məhəbbəti cuşa gəldi, özünü oğlunun tikə-tikə doğranmış bədəninə atdı, üzünü onun üzünə qoydu« Həyatının son anları idi, vidalaşmaq üçün fürsət qalmamışdı. İmam Hüseyn (əleyhis-salam) buyurdu: "Səndən sonra dünyanın başına kül olsun! Onları mehriban Allaha Rəsulullahın hörmətini pozmaqda hansı şey cürətləndirmişdir? Sənin atan, əmin və cəddinə çox ağırdır ki onları çağırasan, onlar da sənə cavab verməyələr, köməyə çağırasan, fəryadına yetişməyələr."

Həzrəti Əli Əkbərin şəhadətindən sonra İmam Hüseyn (əleyhis-salam) Ömər Sədin üstünə nə"rə çəkib buyurdu: "Allah nəslini kəssin, necə ki mənim nəslimi kəsdin, mənim Rəsulullah ilə olan qohumluğuala baxmadın. Allah səndə bərəkət qoymasın, səni elə bir adamın əlinə salsın ki, o sənin başını kəssin!"[588].

Sonra İmam Hüseyn (əleyhis-salam) ürəyinin parçasının–Əli Əkbərin parə-parə olmuş bədənini xeymələrə aparmaq üçün taqəti kəsildi, Bəni-haşim cavanlarını çağırdı ki onu şəhidlərin xeyməgahına aparsınlar..

ALLAHA TAPŞIRDIM SƏNİ

Get Əli Əkbər oğul, Allaha tapşırdım səni(2)

Şibhi Peyğəmbər oğul Allaha tapşırdım səni(2)

***

Çək qılınc Heydər kimi, bir həmlə et bu ləşkərə

Vur bu düşmən səflərin murü-mələx[589] tək bir-birə

Mümkün olsa bir içim su al Əliyyi Əsğərə

Təşnədir Əsğər oğul, Allaha tapşırdım səni

***

Kərbəla dəştin necə pər şurişü-qovğa dutub

Xeymələrdə indidən ahü-fəğan ərşə çatıb

Bir səni öldürməgə əldə ədu yekca dutub

Nizəvü-xənçər, oğul, Allaha tapşırdım səni

***

Kərbəla dəştində sən bir ahuyi-azadəsən

Tuş olarsan, qorxuram bir cansitan[590] səyyadə sən

Yekkəvü-tənha qalırsan bir nəfər şəhzadə sən

Çoxdu bu ləşkər oğul, Allaha tapşırdım səni

***

Gətdi qurbangahi-eşqə Şahi-məzluman səni

Həqq yolunda ta Xəlilasa[591] edə qurban səni

Zülm əliylə eyləyərlər qanıva qəltan səni

Şümrü-bədəxtər oğul, Allaha tapşırdım səni

***

Raciya bəzmi-əzadə yüz min ahu zar ilən

Laləgün eylə cəhani dideyi xunbar ilən

Söylə əhli-matəmə bu misrəyi təkrar ilən:

"Get Əli Əkbər oğul, Allaha tapşırdım səni"

Aç gözün qanına qəltanım oğul

Sənə qurban yaralı canım oğul

***

Səni kim qanuva qəltan elədi

Şüğlümi naləvü-əfğan elədi

Gözümün yaşını alqan elədi

Ovc edib göylərə əfqanım oğul

***

Ey olan gül kimi xəndan bala vay!

Ey üzü qan ilə əlvan bala vay!

Sənə canım ola qurban bala vay!

Ey mənim Yusifi Kən"anım oğul

***

Ey qızıl qanına gül tək boyanan

Ey şərəri atəşə qəlbi yanan

Xeymədə indi yolun gözlər anan

Ey olan sərvi-xuramanım oğul

***

Gərçi Şam əhli tutub sağ-solumi

Qoy salım boynuva bir cüt qolumi

Xeymədə gözləyir itrət yoluvi

Necə yanmaz dili suzanım oğul

***

Evimi yıxdı yıxılmağun Əli

Bu qızıl qanə boyanmağun Əli

Çoxdi əxyamidə müştaqun Əli

Gözləyir itrəti nalanım oğul

***

Mənə Səd oğli vurur zəxmi zəban

Verir oğlanların izzətlə nişan

Eylədi dil yarası bağrımı qan

Dil açıb tənəmə üdvanım oğul

***

Ey "Kərimi", sən Hüseyn nökərisən

Bu müqəddəs qapunun nokərisən

Oxşa bu dillər ilə Əkbəri sən:

"Aç gözün qanına qəltanım oğul"

GÖRDÜ QOŞUN ŞİBHİ-PEYAMBƏR GƏLİR

Gördü qoşun şibhi-Peyambər gəlir (2)

Rəzmə, ala göz Əli Əkbər gəlir (2)

Əlində şəmşir, Hüseynə yavər, (1)

Dilində zikri Allahu əkbər (1)

***

Surəti on dörd gecəlik mahi tək

Qeyzidən ə"zası əsir kahi[592] tək

Ərşeyi-zin[593] üstə yədullahi tək

Rüb"ülüdür Qabizil-ərvahi[594] tək

Qəsd eliyib yıxmağa Xeybər gəlir

***

Titrədi ləşgər uca təkbirilən

Şirləri heyrandı bu Həq şirinə

Bir hərəkət gər verə şəmşirinə

Salsa otuz min nəfəri girinə

Həmleyi-əvvəldə müzəffər gəlir

***

Başda fərəh bəxşidi əmmaməsi

Qaməti rə"nası zireh caməsi[595]

Var rəvişində xətər həngaməsi

Çün görünür ayrıdı bərnaməsi

Mərkəb açıb quş kimi şehpər gəlir

***

Görmüş idi kimsənə Peyğəmbəri

Tez ona təşbihi verib Əkbəri

Bir-birinə söylədi bu sözləri

Yusifi Kən"an idi ya da digəri

İbni Rəsulullaha yavər gəlir

***

Olsa Peyəmbər bu gələn şəxs əgər

Zəhmətimiz vay bizə getdi hədər

Ləblərinə versə təkan müxtəsər

Qüdrətilən ərşi yerə endirər

Etməyə şəqqül-qəmər əzhər gəlir

***

Dəhridə yoxdu ona həmta[596] kişi

Tiğinin[597] əldə belə var ləğzişi

Versə bu cəngahidə bir çərxişi

Bizlərin Allaha qalıbdır işi

Xirməni-küfrə tökər azər[598] gəlir

***

Qaçdı verən tiplərə arastələr[599]

Çıxdı yerindən pozulub dəstələr

Düşdü üz üstə yerə at üstələr

Tapdı şikəst dirhəmə vabəstələr[600]

Buldu öz amalına keyfər gəlir

***

Gördü Ömər Səd bu keyfiyyəti

Tez tanıdı Əkbəri məh təl"əti

Səslədi əşxasi duni fitrəti[601]

Verdi xəbər ləşgərə fövriyyəti[602]

Bu nə Pəyambərdi nə Heydər gəlir

***

Ey qoşun amadeyi-peykar[603] olun

Sədd eliyin tez bu cavanın yolun

Bu gələn Əkbərdi tutun sağ-solun

Himmət edin qoymuyun açsın qolun

Açsa qolun dadə mələklər gələr

***

Verdi qulaq əhli qoşun yeksərə

Gördülər həmd etdi Həqqi-Davərə

Söylədi salavat o Peyğəmbərə

Etdi təvəssül babası Heydərə

Başladı söz əvvəl o axır gəlir

***

Etdi bəyan: Xaliqi Mütləq bilin

Yüz neçə min qasidini haq bilin

Cəddimi onlaridən əsbəq[604] bilin

Dinə verib məntiqi rövnəq bilin

Kim ona şənidə bərabər gəlir

XƏNCƏR VURULDU ƏKBƏRƏ

Xəncər vuruldu Əkbərə, Allahu Əkbər (2)

Qan doldu şəhla gözlərə, Allahu əkbər (2)

Allahu əkbər, Allahu əkbər

Baş parçalandı torpağa Əkbər yıxıldı

Mislinki[605] mehrabə o gün Heydər yıxıldı

Əsdi dizi şahən-şəhi məhşər yıxıldı

Düşdü vücudi ləngərə, Allahu əkbər

***

Mənadə hali-Əkbərə Taha baş açdı

Gəldi vəliyyi-Xaliqi Yekta baş açdı

Pəhluları sınmış xanım Zəhra baş açdı

Qəm üz verib Peyğəmbərə, Allahu əkbər

***

Quran fədası xeymədə əfğanə gəldi

Birdən "oğul vay" səslədi meydanə gəldi

Etsin məhəbbət no cəvan qurbanə gəldi

Baxdı yaralı peykərə, Allahu əkbər

***

Məzlum atası səslədi Əkbər balam vay

Xətmi-Rəsulə dəhridə bənzər balam vay

Yatma bacın səslər aman ey qardaşım vay

Qızlar əl atdı məcərə Allahu əkbər

***

Meydanidə Əkbər cavan öldü cavanlar

Peyğəmbərə bənzər cavan öldü cavanlar

Dini-həqqə yavər cavan öldü cavanlar

Sədmə yetişdi əllərə, Allahu əkbər

***

Bir aşiq idi baş verib canana xatir

Qanə boyandı sərbəsər Quranə xatir

Canın verib İmamına, Qurana xatir

Gəllik əli boş məhşərə Allahu əkbər

İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN OĞLU ƏLİƏKBƏRİN BAŞI ÜSTÜNDƏKİ ZƏBAN-HALI

Dur ayağa ey sən bu dəştidə (2), Şövq ilə verən imtahan oğul (2)

Səslənir gəlib başın üstünə (2), Bu qoca atan, mehriban oğul (2)

***

Doğruyub səni əhli kin belə, Rahi həqqidə etmərəm gilə[606]

Dur verək barı bircə əl-ələ, Xeyməyə gedək mehriban oğul

***

İndi Zeynəbin bağrı qan olur, Halı əmməvün özgə san olur

Xunidir gözündən rəvan olur, Ney kimi sızıldar cavan oğul

***

Aç gözün əya məzhəri Rəsul[607], Gözlüyür Səkinə yolun məlul[608]

İndi ağlayır xahərin oğul, Firqətində eylər fəğan oğul

***

Olmadın Əli gərçi kamiyab, Eyliyib vəli, qövmi bi hicab

Zülfün, əllərin qan ilə xəzab[609], Şil olaydı yarə vuran oğul

***

Dur gedək bu dəm xeymiyə Əli, İndi Zeynəbin şivən eyləyir

Çox məhəbbəti var sənə vəli, Firqətin olar çox giran[610] oğul

YATMA YARALISAN

Dur ayağa eyləmə xab oğul, Quru yerdə yatma yaralısan

Ürəyimdə qalmadı tab oğul, Quru yerdə yatma yaralısan

***

Sən idin gülü çəməni ədəb, Belə yatmağa nə olub səbəb?

Gözün aç gəlib şahi teşnələb, Quru yerdə yatma yaralısan

***

Yola saldı əhli hərəm məni, Xeyməyə gərək aparam səni

Gözü yolda qoyma Səkinəni, Quru yerdə yatma yaralısan

***

Məni əfvi qıl Şahi teşnələb, Belə yatmağa bu olub səbəb:

Yaralanmışam dura bilmirəm, Dahi xeyməyə gələ bilmirəm

***

Səni gözləyir Əli qardaşın, Dizim üstə qoy mən alım başın

Mən olum fədası bu gözün yaşın, Quru yeyrdə yatma yaralısaln

***

Baba qoyma sən bacım ağlasın, Cigərin fəğan ilə dağlasın

Yaralanmışam dura bilmirəm, Dahi xeyməyə gedə bilmirəm

***

Aparım səni bacın ağlasın, Səni ölməmiş görüb ağlasın

Gözünü bacın özü bağlasın, Quru yerdə yatma yaralısan

***

Quruyub susuzdan oğul dilim, Qırılıb ləşgər, köməyim elim

Mənə rəhm elə bükülüb belim, Quru yerdə yatma yaralısan

***

Gərək ağlasın gözü-Zakirin, Düşə dillərə sözü-Zakirin

Bu sözü deyir özü Zakirin, Quru yerdə yatma yaralısan

LƏB TEŞNƏ VERİB

Ləb teşnə verib canın (2) cananə Əliəkbər

Qurban ola ümmətlər (2) ol canə Əliəkbər

***

Sən şibhi-Peyəmbərdin, ol şahə çü bənzərdin

Sanki o şücaətdə, həm fatehi-Xeybərdin

Ləb teşnə Hüseyn oğlu, həm də ona yavərdin

Canın ona bəzl etdin, mərdanə Əliəkbər

***

Yoxdu sənə bir həmta,[611] həm kani-şücaətdə

Əbbas əmun tək sən, vardın o məhəbbətdə

Yoxdu sənə misl olsun, bir kimsə məlahətdə

Səndin bu gözəllikdə bir danə Əliəkbər

***

Sən kani-şücaətlən, yetdin səfi-ə"dayə

Ətrafın alıb ə"da, əl açdılar də"vayə

Görcək səni şirani, üz qoydular səhrayə

Səflər pozulub düşdü, tufanə Əliəkbər

***

Əmr eylədi Səd oğlu, ol ləşgəri bi arə

Etmişdi neçün Əkbər, bu gün sizi avarə

Lazımdı vurulsun ox, yoxdu dəxi bir çarə

Baxdı hamısı yeksər, fərmanə Əliəkbər

***

Dövrü-bərivi aldı, meydanidə kafirlər

Tənha səni kim gördü, çünki o sitəmgərlər

Tir ilə kaman əldə, həm tiğilə xəncərlər

Cismin boyanıb yeksər, alqanə Əliəkbər

***

Atdan yıxılan dəmdə, səslərdin o mövlanı

Qurbanı qəbul olmuş, görsün o da Minanı

Şahi-şühəda gəzdi, həsrətlə çü meydanı

Ağlar göz ilə baxdı, qurbanə Əliəkbər

***

Aldı dizinə başın, şahənşəhi məzluman

Gördü ki, axır qanin, zülfün tökülüb hər yan

Şəhla gözüvü tutmuş, tufani-bəladən qan

Döndü sinəsi qandan, ümmanə Əliəkbər

***

Nə"şin götürüb gəldi, həm itrəti-Zəhrayə

Verdi xəbəri əvvəl, həm Zeynəbi-Kübrayə

Sən eylə xəbər bacı, bu halı o ətfalə

Axmış necə gör zülfü, hər yanə Əliəkbər

***

Bu qəmdə edib nalə, fəryadü-fəğan Zeynəb

Saldı başına qarə, həm qəddi kaman Zeynəb

Ətfalə xəbər verdi, göz yaşi rəvan Zeynəb

Salmışdı səni indi, hicranə Əliəkbər

***

Məddahün edər nalə, ağlar bu müsibətdə

Munisi ola Əkbər, həm ruzi-qiyamətdə

Ta qəbri ola rövşən, bəlkə ola rahətdə

Hüzzarin edər lənət, üdvanə Əliəkbər

ŞAHZADƏNİ HƏML ETDİ...



Geri   İrəli
Go to TOP