![]() |
|
Kitabın adı: | mərsiyələr, şerlər, xütbələr |
Müəllif: | |
Naşir: | Şəhriyar |
Çap tarixi: | 2008 |
Səhifələrin sayı: | 183 |
Çap növbəsi: | Birinci |
Tirajı: | 3000 |
Geri | İrəli |
Qonağının başın çəkər bu əhli Kufə xəncərə
Kəsik başı vurar bular cidayə, vurma sən bizi
***
Vəfa gülü əkilmiyib bu Kufədə bu şəhridə
Nə bağlarında var səfa, nə çeşməsində, nəhridə
Yetibdi Haşimilərə cəfası çox bu dəhridə
Amandı şirkət etmə bu cəfadə, vurma sən bizi
***
Bir ildi ayrı düşmüşük vətəndən ellər ağlıyar
Gələndə mövcə bəhrilər[503] axanda sellər ağlıyar
Vuranda zülfü-gül sitan, çəməndə yellər ağlıyar
Bizim də ahımız çıxar səmayə, vurma sən bizi
HƏZRƏTİ MÜSLÜM (əleyhis-salam)IN BALALARI
Çəkmə xəncər olma qatil, (2) bu iki nalanə Haris
Vəhşətə salma yetimik, (2) gəlmişik əfğanə Haris
***
Qönçə tək badi-xəzandan,[504] açmamış solduq çəməndə
Çıxmamış səyyad əlindən, tazədən düşdük kəməndə
Bir vəfalı bacımız var, indi yol gözlər vətəndə
Gəl bizi azad elə bax, Həzrəti Sübhanə[505] Haris
***
Vurmusan şiddətlə sili, zülm əliylə gül üzümdən
Zərbi-silidən rəvandır, qanlı yaş ağlar gözümdən
Qorxudan titrir vücudim, çəkmişəm əl öz-özümdən
Əl götür bizdən səni ey, rüfqətə[506] Qurana, Haris
***
Bu vilayətdə qəribik, bir nəfər yox aşinamız
Həm səğirik, həm qəribik, həm gedib əldən atamız
Gözləri yaşlı vətəndə, indi yol gözlür anamız
Suzi-ahimdən[507] həzər qıl, batma nahəq qanə Haris
***
Biz sənə axər qonağıq, gəl bizi öldürmə kəfər
"Əkrimuz-zeyfə"[508] buyurmuş, Müstəfa "lov kanə kafər"[509]
Kim qonağın, öz evində, öldürüb ey şumi-əbtər[510]
Eyləməzlər hətki-hörmət,[511] şər"idə mehmanə Haris
***
Sən vuranda xəncərə əl, qardaşım soldu saraldı
Titriyib badi-xəzan tək, qəlbimin aramın aldı
Ləblər oldu parə-parə, özgə bir əhvalə qaldı
Şərm elə döndərmə əşgi, barişi-neysanə[512] Haris
***
Tifli-məsumuq[513] bilirsən, bizdə yox bir zərrə təqsir
Eylərik hərçəndi şivən, eyləmir qəlbində təsir
Düşmə çox cəhlü-inadə, vurma sili çəkmə şəmşir
Hər yetimə rəhm olubdu ayeyi-Quranə Haris
***
Bu cinayətdən məramın, şayəd olsun mali-dünya
Gəl bizi sat bəndələr[514] tək, qətlimizdən eylə pərva[515]
Ya bizi zində[516] apar et, bin Ziyadə olma tərsa[517]
Ya xilas eylər o zalim, ya salar zindanə Haris
***
Bilmirəm noldu götürdü, Fatimə məcər[518] başından
Qəbridən Müslüm cəhani, qərqə verdi göz yaşından
Qol-boyun olmuşdu ayrılmırdı qardaş qardaşından
Bir cəfa etdi salıb od, aləmi-imkanə Haris
***
Qönçə tək bir cüt gözəl baş, saqədən düşdü kənarə
Nə"şilər qərq oldu şətrə,[519] qəlbi Müslüm oldu parə
İki qardaş su üzündə, qol-boyun oldu dübarə
Şad olub dildən baxanda, ol iki qurbanə Haris
HARİS ÖLDÜRMƏ BİZİ
Haris öldürmə bizi, rəhm qılıb davərə bax
Cəddimiz Xətmi-Rəsul həzrəti-Peyğəmbərə bax
***
Gərçi aləmdə bəla çəkməyə adətdi bizə
Möhnətü-cövrü-cəfa cümlə səadətdi bizə
Bu yetimlik qəmi qürbətdə kifayətdi bizə
Çəkmə xəncər bu iki dərbədəri müztərə[520] bax
***
Könlümüz ayinəsin rəngi küdurət bürüyüb
Cismimiz qürbət ara zülmü-sitəmdən çürüyüb
Canımız guşeyi zindani bəladən əriyib
Sən daha qılma cəfa şiri xuda, Heydərə bax
***
Qılma cari üzə bidadilə qanlı yaşımı
Rəhm qıl qardaşıma, kəs mənim əvvəl başımı
Məni öldürgilən azad elə bu qardaşımı
Həqqi mənzuri qılıb Fatimeyi Əthərə bax
***
Hər bəla vardı cahan içrə bunun cani çəkib
Natəvan cani ilən zilləti dünyanı çəkib
Altı ay ac-susuz möhnəti zindani çəkib
Əriyən cismini gör, həm o axan gözlərə bax
***
Qılma ağuşa qızıl qanına dürri Ədəni
Bu yetim ölsə əgər, olmaz onun dəfn edəni
Qorxusundan necə gör lərzə tutub gül bədəni
Gül üzarindən axan qətreyi-əşki-tərə bax
***
İndi ki, qılmadı təsiri sənə suzü-güdaz[521]
Bari möhlət verin, ey Şümri, qılaq indi namaz
Axiri ömrüdə Həqqilə edək razü-niyaz
Yada sal axirəti, hali dəmi məhşərə bax
***
Sər-səri zülmü Əli gülşənini xar elədi
O iki qönçə gülü xarə giriftar elədi
Heç kim etməzdi bu zülmü ki o qəddar elədi
Ey "Fəna", sən elə ol şumi sitəm pərvərə bax
ATAMIZ ÖLÜBDÜ
Atamız ölübdü rəhm et, bizi bi nəvayə Haris (2)
Üzümüzə vurma sili, nəzər et Xudaya Haris (2)
Nə rəvadı zərbi sili, bu iki lətif üzarə
Bizə sili üstə sili, dəxi vurma sən dübarə
Dolub ağzımız qanilə, özün eylə bir nəzarə
Bu qədər təmayül etmə, sitəmü-cəfayə Haris
***
Qala hər uşaq atasız, ürəyi olar şikəstə
Atamız ölüb yetimik, bizi etmə dəsti bəstə[522]
Eyliyib cəfayi zindan, bizi xeyli zarü-xəstə
Dəxi vermə zülmü-cövrin, bizə sən irayə[523] Haris
***
Əsəri-rizayi-Zəhra, gülü-baği-Heydərik biz
Çəməni-şəriət içrə, gülü-ruhi-pərvərik biz
Gülü-gülşəni-cinan[524] tək, odu çox müəttərik biz
Yaxınıq nəsəbdə əz bəs, Şəhi-Ənbiyaya Haris
***
İki bülbülük qəfəsdən, eliyibdi tazə azad
Nə rəva dübarə salsın, bizi dami mərgə[525] səyyad
Bizi qıl rəha,[526] o qəmli anamızı eylə dilşad
Anamızın indi ahı ucalıb səmayə Haris
***
Buyurub Rəsuli Əkrəm, eləyin qonağə hörmət
Atasızlara, qəribə, eləyin zebəs məhəbbət
Qonağıq qərib atasız, bizi sən elə himayət
Əməl eylə hökmü-şər"ə, yetiş irtiqayə[527] Haris
***
Necə bülbülün qəfəsdə, çəmən arizusu vardır
Necə ahuyi-rəməqdə, xitən arizusu vardır
Bu qəribələr dilində, vətən arizusu vardır
Vətən həsrətiylə ney tək, gəlirik nəvayə Haris
***
O iki yetim "Nasir", nə qədər edibdi nalə
Əsər etmiyibdi əslən, o ləini bəd xisalə[528]
Yetirib o bülbülani, çəməni həqqi qitalə[529]
Yara üstə vurdu yarə, dili-Müstəfayə Haris
***
AŞURA GECƏSİNDƏ İMAM (əleyhis-salam)-IN DOSTLARININ VERDİYİ CAVAB
İmam (əleyhis-salam)-ın yolunda fədakarlıq edən, onun önündə rəşadət göstərən və mərd-mərdanə şəhid olan kişilər ilahi şəxsiyyətlərin ən yaxşı dostları idi; onlar əhli-əyallarının boşlamış, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in nəvəsinə qoşulmuş, onun yolunda qəhrəmanlıqla vuruşuraq, döyüş meydanına getməkdə bir-birindən irəli geçirdilər. Bu fədakar insanların öz mövlası, rəhbəri ilə olan sözləri bu idi ki: "Biz özümüzü sənə fəda edib səni düşmən əlindən hifz edəcəyik." Aşura gecəsi onların dodaqlarında təbəssüm var idi, qəlblərində ölümdən zərrə qədər qorxu yox idi. Tezliklə şəhadətin yüksək mərtəbəsinə nail olacaqlarından, öz Allahları ilə görüşəcəklərindən sevinirdilər. İmam Hüseyn (əleyhis-salam) onlara "siz azadsınız, döyüş meydanından uzaqlaşa bilərsiniz", deyəndə, narahat oldular, dedilər: –Biz heç vaxt səni tək qoymayacaq, bu diyardan geri dönməyəcəyik. Düşmənlər sənin canına daraşdığı halda, biz səni necə buraxıb gedə bilərik? Bu halda Allah yanında nə cavab verərik?
Onlardan bizi dedi: "Allaha and olsun ki, mən belə bir iş görmərəm; mən bu zalım tayfalar qarşısında nizəmi onların sinələrində sındırana, qılıncımla, dəstəyi ondan ayrılana qədər müqavimət gösərəcəyəm, onlara yara vuracağam, amma yenə də susmayacaq, düşmənə daşla həmlə edəcəyəm, öz rəhbərimin gözləri önüündə ölməyincə ondan ayırılmayacağam."
Başqa birisi dedi: "Tək olan Allaha and olsun, əgər bilsəydim ki, sizin gözləriniz önündə ölüb sonra diriləcəyəm, sonra yenidən öləcəyəm və cəsədimi odda yandıracaqlar, bu halda dirilərdim və öldürülüb odda yandırılardım. Bu iş yetmiş dəfə də təkrar olunsaydı, yenə də sizdən ayrılmazdım."
Üçüncüsü dedi: "Əgər min dəfə öldürülüb sonra dirilsəm və beləliklə də düşmənin şərini sizdən və ailənizdən dəf edə bilsəydim, bunu edərdim."
Dördüncüsü dedi: "Əgər mən sizdən ayrılsam, daha yaşamağın mənası olmaz və bu halda yaxşı olardı ki, vəhşi heyvanlar məni diri-diri parçalasınlar."
Aşura günü sübh İmam (əleyhis-salam) və dostları sübh namazını qılıb döyüşə hazırlaşdılar.
AŞURA GÜNÜ SÜBH DÖYÜŞ HAZIRLIĞI
İmam Hüseyn (əleyhis-salam) 72 nəfərdən ibarət olan kiçik qoşunu xeymələrin qarşısına gətirdi. Bu qoşun 32 süvaridən, 40 nəfər piyadadan təşkil olunmuşdu. Qoşunda 70 yaşlı Müslüm ibni Ovsəcədən tutmuş, 14 yaşlı Qasim ibnil-Həsənə kimi müxtəlif yaşlılar var idi. Çadırların arxasındakı odun, qamış komalarına od vurmaqla düşməndən qorunurdu. Sağ cinahın sərkərdəliyi Zühey ibni Qinə, sol cinahınkı isə Həbib ibni Məzahirə, süvarlərin bayrağı Həzrət Abbasa tapşırılmışdı.
AŞURA GÜNÜNDƏ İMAM (əleyhis-salam)-IN XİTABI
Özünü həlledici bir döyüşə hazırlayan İmam Hüseyn (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in əbasını geydi, müşk ilə ətirləndi, ata minib əlində tutdu, yuxarı qaldırdığı Quranla birlikdə atını düşmənə tərəf çapdı. Allahın dərgahından pənah diləyən halda düşmənə xitab edərək dedi:–Ey Pərvərdigar, Sən hər bir çətinlikdə mənim arxam, ümidimsən. İlahi, Sən qəlblərin zəif, əməllərin süst olduğu, insanın dostları da onu tək qoyduğu, düşmənlər bədxahlıq üzündən bu (kimi) giriftarçılıqlarda şadlıq, şənlik etdiyi hər bir narahatçılıqda, pərişanlıqda yeganə arxasan. Ey Pərvərdigar, mən özümü Sənə tapşırıram, düşmənlərimdən təkcə Sənə şikayət edirəm. Təkcə arzum Sənə tərəf (gəlmək)dir. Səndən başqa kim məni qəm-qüssədən qurtara bilər? Yalnız Sən hər rəhmətin keşikçisi, hər fəzilətin sərvəri, hər bir arzu edənin son sığınacağısan.
İmam (əleyhis-salam) qılıncının qəbzəsinə dayanmış halda, uca səslə kufəlilərə belə xitab etdi: –Ey Kufə camaatı, sizi and verirəm Allaha, deyin görüm məni tanıyırsınızmı?
Dedilər: –Bəli, sən Rəsulullahın nəvəsisən.
İmam (əleyhis-salam) buyurdu: –Sizi and verirəm Allaha, deyin görüm cəddimin Allahın Peyğəmbəri olmasına inanırsınızmı?
Dedilər: –Allahı bu işdə şahid tuturuq.
Həzrət buyurdu: –Bilirsinizmi ki, mənim anam Fatimə, Peyğəmbərin qızıdır?
Dedilər: –Bəli, belədir.
Həzrət buyurdu: –İnanırsınızmı ki, mənim cəddəm (nənəm) Xədicə bu ümmət qadınları içərisində ilk müsəlmandır?
Dedilər: –Bəli.
Həzrət buyurdu: –Bilirsinizmi ki, əlimdəki bu qılınc Rəsulullahın qılıncıdır?
Dedilər: –Bəli.
Həzrət buyurdu: –Bilirsinizmi ki başımdakı əmmamə Rəsulullahın əmmaməsidir?
Dedilər: –Bəli.
Həzrət buyurdu: –Bilirsinizmi ki, atam Əli islamı qəbul edən ilk şəxsdir və onun elmi, biliyi hamıdan artıq, səbri hamıdan çoxdur və o, hər bir imanlı şəxsin mövlası (rəhbəri) sayılır?
Dedilər: –Bunların hamısını qəbul edirik.
Həzrət buyurdu: –Belədirsə, bəs nə üçün mənim qanımı tökməyi halal hesab edirsiniz?
Dedilər: –Bütün bu sözləri qəbul edirik, amma səni öldürməyincə, əl çəkən deyilik.
İmam Hüseyn (əleyhis-salam) bu sözləri buyuranda qızları və bacıları eşidib ağlayırdılar. Onların naləsi İmam (əleyhis-salam)-ın qulağına çatdı, Həzrəti Abbası, Əli Əkəri çağırıb dedi: –Onları sakitləşdirin, canıma and olsun, bundan sonra çox ağlayacaqlar!
ƏLİ ƏSĞƏRİN ŞƏHADƏTİ
Əli Əsğər (Əbdüllah) südəmər çağında Kərbəlada şəhid oldu. İmam Hüseyn (əleyhis-salam)-ın dostları, köməkçiləri şəhid oldu, İmam (əleyhis-salam) tək qalıb ilahi təqdirə (qəzavü-qədərə) razı oldu və özünün məzlumcasına, susuz öləcəyini bildi, Əhli-hərəmin yanına gəlib onlara vidalaşdı, buyurdu ki: –Bəla və müsibət paltarını geyin, səbir paltarını yırtmayın. Allah sizin aqibətinizi xeyir, gözəl edəcək, düşmənlərinizi (dünya və axirətdə) cürbəcür əzablara düçar edəcik.
Sonra Əli Əsğərlə vidalaşmaq istədi, Həzrəti Zeynəb (əleyha-salam) onu gətirdi, İmam (əleyhis-salam) onu qucağına alıb üzündən öpdü, buyurdu: "Cəddin Mustəfaınn düşməni olan bu qövm Allah rəhmətindən uzaq olsun!
Sonra onu qoşununun qarşısına gətirdi, onun üçün su istədi. Amma Hərmələ boğazının altını nişan aldı, oxu atdı, ox boğazına sancıldı. İmam (əleyhis-salam) əlini onun boğazından axan qanın altına tutdu, ovcunu qanla doldurub göyə atdı, bir qətrə də olsun, o qandan yerə qayıtmadı[530]. Bu halda İmam (əleyhis-salam) buyurdu: "Bu müsibəti mənə asan edən şey budur ki, (bu iş) Allahın gözü qarşısında olmuşdur." İlahi, bu sənin yanında anasından ayrılan bala dəvədən heç də oz olmasın. İlahi, əgər (Öz) köməyini bizdən kəsmisənsə, onda onu, ondan da yaxşı olan bir şeyin əvəzi et və bizim intiqamımızı zalımlardan al. Bu fani dünyada bizə nazil etdiklərini axirət zəxirəmiz et.
İlahi, camaat içində sənin Rəsuluna ən çox oxşayan bir şəxsi öldürən tayfaya özün şahidsən. Qəlbimin parəsi olan bu uşağın qəmi qəlbimə od salmışdır.
Bu anda qeybdən səs gəldi: "Hüseyn! Onu yerə qoy, behiştdə onun üçün bir dayə hazırdır."[531]
HƏZRƏTİ ƏLİ ƏSĞƏR (əleyhis-salam)-ın MƏRSİYƏSİ
Əlim laylay, balam laylay, Əliyyü-Əsğərim laylay
***
Əlim səni kim oxladı, Yaraları kim, bağladı
Nə"şün üstə kim ağladı, Əlim lay-lay, balam lay-lay
***
Mədinədən gətirmişəm, Bu ərsəyə yetirmişəm
Kərbəlada itirmişəm, Əlim lay-lay, balam lay-lay
***
Dərdindən mən cana gəldim, Əfşan zülfün ələ aldım
Göylərə zəlzələ saldım, Əlim lay-lay, balam lay-lay
***
Başuvu qoy dizim üstə, Yatma isti qumlar üstə
Üzüvü qoy dizim üstə, Əlim lay-lay, balam lay-lay
***
Boğazıma dəyən oxdur, Yazlsa hamıdan çoxdur
Xəcalətəm südüm yxdur, Əlim lay-lay, balam lay-lay
Bağlanıbdır su yolu, ağlama biçarə bala (2)
Çarə yoxdur sinəmi, dağlama biçarə bala (2)
***
İstidir bəs ki, hava isti saraldıb üzüvü
Taqətin yox açasan qanilə dolmuş gözüvü
Vurursan hey əl-ayaq çün itiribsən özüvü
Vurma dırnaq eləmə sinəmi çox yarə bala
***
Bağiban gördü susuzdan, gülü-gülşən saralıb
Laləvü-nəstərənü-jaləvü-süsən saralıb
Əndəlibani-çəmən həsrəti-güldən saralıb
Bülbülüm baxdı düçar oldu gülüm xarə bala
***
Bülbülüm pər vurursan baz edəsən şəhpərivi[532]
Qoyuram ziri-qümaşə[533] balaca əllərivi
Əli qoynunda fələk qoydu yazıq madərivi
Həsrəti dildə baxar həsrəti dildarə bala
***
Çu sitarə[534] axırsan, mən də dalınca baxıram
Təşnəsən, can verirsən, mən də ləbətşan baxıram
Qəlbimin şö"ləsinin sinəmə dudin[535] yaxıram
Açırsan göz, baxırsan gəh bu diləfkarə bala
***
Mən baxanda yumursan gözlərivi ağlıyısan
Atəşin ahilə qəlbü-sinəmi dağlıyısan
Çeşmə tək əşki-təri gül üzüvə bağlıyısan
Salısan şuri-şərər qəlbi-şərərbarə bala
***
Cam əlində dolanıb əmmələrin xeymələri
Olmadı su xəbəri hər yerə düşdü güzərim
Əyləşən, xeymə gəzən gördü halın var xətəri
Zülflərin aldı ələ saldı başa qarə bala
***
Təşnələblər su deyir çu susuz ahu mələşir
Zikri olmuş nigəran halilə ya hu mələşir
Müztərib vəhşətilə dil dolu tərsu mələşir
Dəstə-dəstə ilişir dami-cəfakarə bala
***
Cigərin suzişinə vardı dodağında güvah[536]
Qoyusan barmaquvi ləblərivə sinədə ah
Vay mənim bəxtimə oldum necə gör bəxti-siyah[537]
Gündüzüm zülmət olub, döndü şəbi-tarə[538] bala
***
And ola canüvə ey rahəti-dil, nuri bəsər[539]
And ola sinədəki ahüvə, ey teşnə cigər
And ola gözlərivin əşkini rüxsarə tökər
Getmərəm bir evə bir sayeyi-divarə[540] bala
***
Balası oxlanan ahu kimi hər an mələrəm
Elə billəm bələgin gəh açaram, gəh bələrəm
Gül sataşsa gözümə əşgimi gözdən ələrəm
Eylərəm gah sinəmi mən sənə gəhvarə bala
***
Şüəralar[541] yazacaq möhnətimi möhnətilən
Növhəxanlar oxuya qəmli səsi möhnətilən
"Qəmkeşin" əldə qələm dəftər ola fürsətilən
Sözləri zinət ola bəzmi-əzadarə bala
GƏL AL QUCAĞIMDAN BU GÜLÜ
Gəl al qucağımdan bu gülü-pər-pəri Zeynəb (2)
Məqsudə çatıb, qanə batıb əlləri Zeynəb (2)
***
Can mürği qucaqimdə olub cənnətə azim[542]
Hurani-cinan oldu bu qurbanə mülazim[543]
Atdı beş gün daşın gəhvarə[544] nə lazım
Gəhvareyi-gor oldu bunun bəstəri[545] Zeynəb
***
Mərdəfkən[546] oxa oldu nişan başı üzüldü
Şəbnəm kimi qan qəmzəsi müjganə düzüldü
Güldü oxa həsrət gözü ahəstə süzüldü
Tez bağrıma basdım bu gülü-əhməri[547] Zeynəb
***
Tarixidə əllərdə ölən zülmilə çoxdur
Amma quzu qurbanımızın bir tayı yoxdur
Baxsan yarasından bilərsən ox necə oxdur
Nifrin[548] eliyərsən ox atan kafəri Zeynəb
***
Şeşmahim olub fövci şəhidanə həmavaz[549]
Etdi atasın məhfili cananda sərəfraz[550]
Bu nehzəti-üzmayə[551] olub xırdaca sərbaz
Oldu əlimin üstü onun səngəri Zeynəb
***
Bu rəsmidi[552] aləmdə tanır gövhəri sərraf
Hardan biləcək ləli-bədəxşan nədi nəddaf[553]
Çün xübrə deyil[554] Hərmələdə olmadı insaf
Sındırdı cəfa ilə gözəl gövhəri Zeynəb
***
Mən qönçeyi-nəşküftəni[555] meydanə apardım
Öz gövhərimi məhfili-cananə apardım
Təzriq eləsin qan rəgi-Quranə[556] apardım
Allah Özü oldu balama müştəri Zeynəb
***
Zəhra qonağın şövq ilə mehmanlara qoşdum
Ərzəndə[557] baha qanı gözəl qanlara qoşdum
İsmaili-şeş mahimi qurbanlara qoşdum
Bildim ki dözər firqətinə Hacəri Zeynəb
***
Hər gün ki "Təqai" ürəyi qanla dolanda
Dərgahizə üz qoyur qəmdən yorulanda
Olmuş mütəvəssil nə olar sizdə olanda
Boş salma yola, sən qapıdan nokəri Zeynəb
Dilsiz balam ətşandı Allah, Allah
Öz dininə qurbandı Allah, Allah
***
Soldu, saraldı güllərim cəfadən
Bir bu qalır gülzari Müstəfadən
Yox bir içim su od yağır həvadən
Bu süd əmər odlandı Allah, Allah
***
Soldu Rübabın qönçeyi muradı
Kam almasın bu leşgəri fəsadı
Etmiş bizə təhrimi iqtisadi[558]
Su yolları bağlandı Allah, Allah
***
Su istədim bu qövmi bihəyadən
Şərm etmədi əhli cəfa Xudadən
Ox dəydi həlqidən çıxıb qəfadən[559]
Oğlum susuz Oxlandı Allah, Allah
***
Əhli Əraqın kinədir şüari
Oxlar bələkdə tifli şiri xari[560]
Əlvan olub alqanilə üzari
Bir gül kimi xəndandı Allah, Allah
***
Ərz eylərik biz ya İmami məzlum
Oxlandı ağuşundə tifli məsum
Bir zülm edib küffariyani başum[561]
Şümr öz cəfasın dandı Allah Allah
***
Bir ox qoyubdur Hərmələ kəmanə
Etdi Hüseynin Əsğərin nişanə
Min südəmər İranda batdı qanə
Min sinələr dağlandı Allah, Allah
***
Əhd etmişəm səbr eyləyəm bəladə
Yetmiş iki qurban verəm Minadə
Batam qanə bu yolda Kərbəladə
Zeynəb gələ əfqanə Allah, Allah
***
Mən dinimə qurban olan Hüseynəm
Quranə poştiban[562] olan Hüseynəm
Mən hamiye Quran olan Hüseynəm
Can bezl edən cananə Allah, Allah
***
Əhli-əyalım, qardaşım, cəvanım
Dinə fəda hətta bu xəstə çanım
Eşqinlə dolmuş püstü-üstüxanım[563]
Ləbriz olub peymanə Allah, Allah
***
Ya Rəbb behəqqi Xatəmi-Risalət
Eylə vücudin rəhbərin salamət
Eylər "Kərimi" inqilabə xidmət
Bu nehzətə qurbandı Allah, Allah
HƏZRƏTİ QASİM (Ə)-IN ŞƏHADƏTİ
Məhərrəmin 9-cu günü, Tasuanın gecəsi İmam Hüseyn əleyhis-salam səhabələrinə buyurdu ki, hamınız azadsınız, bunların işi mənimlədir, bu halda səhabələrin hamısı dedilər ki, ya Hüseyn, biz səni tək qoyub hara gedək? Eşidənlər bizə nə deyər? İmam Hüseyn (əleyhis-salam) onların vəfalı qaldıqlarını görəndən sonra buyurdu: "İndi ki, belədir, bilin ki, sabah hamınız qətlə yetiriləcəksiniz." Hamılıqca dedilər: "Əlhəmdü lillah! Bizə belə inayətlər etdiyinə görə Allaha şükür edirik. Bu bizim üçün bir müjdədir, şadlıq və sevincdir." Bu vaxt məclisin bir küncündə 13 yaşlı bir uşaq oturmuşdu. Adı Qasim ibnil-Həsən. O, öz-özünə fikirləşdi ki, ilahi, görəsən sabah mən də şəhid olacağammı və bu böyük feyz mənə də qismət olacaqmı. Digər tərəfdən də İmam buyurmuşdu ki, sizin hamınız şəhid olacaqsınız. O belə fikirləşirdi ki, mən uşaq olduğuma görə bəlkə də bu söz mənə aid deyil. Əmisinə xitabən dedi: Əmican, mən də qətlə yetirilənlərin cərgəsində olacağammı? Yazırlar ki, İmamın qəlbi riqqətə gildi, onun sualına cavab vermədi, amma soruşdu: De görüm ölüm sənin nəzərində necədir? Cavab verdi: Əmican, baldan da şiirin! Əgər desən ki, sabah sən də şəhid olacaqsan, mənə böyük və xoş bir müjdə vermiş olarsan. İmam buyurdu: Bəli, şəhid olacaqsan, amma ağır və çətin bir dərdə mübtəla olandan sonra. Qasim dedi: Əlhəmdu lillah ki, belə bir hadisə minim üçün baş verəcikdir!
Sabahı gün, Aşura günü, Həzrəti Əliəkbərin şəhadətindən sonra, Qasim İmamın hüzuruna gəlir, həddi-büluğa çatmadığından, silah əndamına uyğun gəlmir, yerlə sürünür. İmama ərz etdi: Əssalamu əleykə, ya Əba Əbdillah! Əmi can, indi mənim növbəmdir, icazə ver, meydana gedim.
Geri | İrəli |