![]() |
|
Kitabın adı: | mərsiyələr, şerlər, xütbələr |
Müəllif: | |
Naşir: | Şəhriyar |
Çap tarixi: | 2008 |
Səhifələrin sayı: | 183 |
Çap növbəsi: | Birinci |
Tirajı: | 3000 |
Geri | İrəli |
Ruyi-həvadə[359] səf çəkib göydən enən qonaqları
Xeymə səradə müntəzir[360] Fatimənin uşaqları
Tayifeyi-əcinnənin[361] qeybidə ağlamaqları
Doldurub hər tərəfdən ol dəşti sədayi "ya Hüseyn!"
***
Mahi-məhərrəmin[362] onu yovmi əzayi aşiqan[363]
Gün tutulub həva dönüb qara yel əsdi yağdı qan
Dağ-daşa düşdü zəlzələ, gəldi təlatümə cahan
Verdi yer əhlinə xəbər hatifi-qeybi[364] nagəhan[365]
Sübbiğə biddima Hüseyn qütilə bi Kərbəla Hüseyn[366]
***
Nə"şi İmam idi gərək həml olunaydı[367] göylərə
Ta ki yetəydi ərşidə rö"yəti-Həyyi-Davərə[368]
Sadir olaydı izni-Həqq dəfnə o pak peykərə[369]
Gördü müqəttəat[370] olub cismi-Hüseyn düşüb yerə
Hökm yetişdi olmaram gəlməyivə riza Hüseyn
***
Nuri-cəmali-Kibriya,[371] açdı niqabi-təl"əti[372]
Qıldı əhatə-məqtəli[373] Kə"beyi-mənəviyyəti
Ruhi-müqəddəsi-Hüseyn tapdı liqayi-vəhdəti[374]
Zati-Rəhimidən ələ aldı çiraği-rəhməti
Sahəti-rəhmətiyyədən[375] dərk elədi nida Hüseyn
SƏS GƏLDİ:
Mən bilirəm ki, şadisən, qərqi-bəliyyəsən[376] Hüseyn
Xətmi-Rəsulidən mənə töhfə hədiyyəsən Hüseyn
Nəfsi-zəkiyyəsən[377] Hüseyn, əbdi-rəziyyəsən[378] Hüseyn
Layiqi-təxtü-pərçəmü, taci-əliyyəsən[379] Hüseyn
Ruzi-cəza[380] başında var əfzəli-xunbəha[381] Hüseyn
***
Gərçi bu mərdümi-şəqi[382] sındırıb ehtiramuvi
Müntəqimi-həqiqiyəm[383] hifz edərəm məqamuvi
Allam özüm bu qövmidən həşridə intiqamuvi
Bəxş edərəm mühibbivi xadimivi qulamuvi
Yazdığın əhdnamənin həqqi olar əda Hüseyn
***
Canını bəzli-yar[384] edib çıxdı Hüseyn fəraqətə
Qanını tutdu Cəbrəil, şişeyi-səbzi-Cənnətə[385]
Ərşidə verdi şişəni xazini-gənci-rəhmətə[386]
Rəhməti-Həqq o şişədən tabiş edər[387] qiyamətə
Möhrü-münəvvəri[388] onun "şafeü-mən bəka-Hüseyn"[389]
***
Xeymeyi-Ümmü-Məbədə[390] Xətmi-rüsul edib güzər[391]
Aldı namaza dəstəmaz həzrəti-Seyyidül-bəşər
Orda dirəxti-ovsəcə[392] var idi xüşkü-bi səmər[393]
Abi-vüzu[394] ilən onun rişəsini edibdi tər[395]
Batini bir nəzər salıb cəddi-kərəm nəma Hüseyn[396]
***
Gördülər ol dirəxti çün mənəvi bağiban əkib
Rişə atıb qəvilənib[397] qəddi sipehrə baş töküb
Yarpaq açıb budaqların bərgi-zümürrüdə[398] büküb
Şaxələrində gül açıb miyveyi-sorxqun[399] töküb
Bərgilərində nəqş olub: "ya mətərəssəfa Hüseyn"[400]
***
Ay keçib, il keçib neçə müddəti, ruzigar olub
Əhli-qəbilə meyvəvü-sayədə kamkar olub[401]
Bir günü gördülər ağac, yeksərə tar-mar olub
Şaxələrində qan damar, yarpağı ləkkədar[402] olub
Meyvələri solub düşər, səslənir yerdə va Hüseyn!
***
Tünd yel əsdi, sındırıb rişəvü-qol-budağını
Parçalıyıb səpib çölə kəlləsini, ayağını
Gəldi sədayi səhngin[403], titrədib ərşi taqini:
"Fatimənin əzizinin pozdular ittifaqini
Oldu həmin dirəxti tək xeymələri fəna Hüseyn"
***
Əhli qəbilə hər gecə sübhə kimi həzin-həzin
Orda eşitdilər neçə möhtərəm övrətin səsin
Zəccə[404] çəkib deyərdilər: vay bala vay Hüseyn Hüseyn!
Cinnü-pəri o məclisin cəm"ən oxurdu növhəsin
Koşteyi-əşqiya[405] Hüseyn, vay gülü-Müstəfa Hüseyn
***
Ravi[406] deyir o gün Hüseyn, qətlə yetən zəman idi
Beyti-Müqəddəsin çölü tirə qara[407] duman idi
Hər ağacın kolun dibi, rişəsi ləxtə qan idi
Hər daşın altda çeşmə tək qırmızı qan rəvan idi
Qətrələri yazıb yerə "qüslühü-biddima"[408] Hüseyn
***
Dəfni Hüseynə gəldilər qövmi Əsəd qəbilədən
Ərz elədilər Seyyidi Sacidə: ey şəhi zəman:
İsti su hazır etmişik, sidrü-hənutü-ağ kəfən
Qüslün edək icazə ver, dəfn ola nəhr olan[409] bədən
Gün qabağında qalmasın bundan əlavə ta Hüseyn
***
Əhli qəbiləyə dedi, varisi-Seyyidül-bəşər:[410]
Axı evdə vəfat edib məgər, bu yaralı cənazələr?
Qüsl olunub kəfən geyə, tibqi-rüsumi sərbəsər?[411]
Siz görürsüz ki doğranıb qanə olublar qutəvər[412]
Bu dağılan bədənləri Həqqə verib fəda Hüseyn
***
Ağ kəfən istəməz, bu yer Kərbübəla diyarıdır
Sərvəri-əhli-cənnətin, cənnətinin bəharıdır
Sinələr üstə yarələr gülşəni-ətr-baridir[413]
Qüslləri, kəfənləri qandı, çölün qübarıdır
Qırmızı ləxtədən geyib, peykərinə[414] qəba[415] Hüseyn
***
Qışda ki qar yağar yerə, torpaq olar sefid qar[416]
Meyyitə bənzəyər hamı, dərrəvü-dəştü-kuhsar[417]
Yeksərə ağ kəfən geyər, bağü-derəxtü-nəxlizar[418]
Sakitü-bi səda qalar, müntəzirani-nobahar[419]
Misli həmin bəhari ki orda edib bina Hüseyn[420]
***
Əhli qəbilə bu gecə, getməyin istirahətə
Diqqət ilə baxın görün, kimdi gələn ziyarətə
Qəbriləri təvaf edib növhə deyən cəmaətə?
–Cəddi, atası, qardaşı su səpəcək bu türbətə
Səslənəcəkdi madəri Fatimə, vay balam Hüseyn!
***
Yandı bəhari Müstəfa, düşdü oda bəharələr[421]
Gün batıb, asimanidə oldu əyan sitarələr[422]
Parə çadırda gizlənib yatdılar mahi-parələr
Qarə qəfəsdə həbs olub qarə geyən qənarilər[423]
Nəğmələri ürəkdə var: koştiye-əşqiya Hüseyn![424]
***
Yatdı qoşun, kəsildi səs, sayə çəkildi dövrədən
Çıxdı Ruqəyyə xaricə, nisfi şikəstə[425] xeymədən
Başı açıq, ayaq yalın, caməsi[426] köhnə pirəhən[427]
Qətligəhə tərəf qaçır, yel kimi titrəyir bədən
Hər qədəm ağlıyır deyir: hardasan ay baba Hüseyn?
***
Guşeyi-qətligahidən nagəh eşitdi bir səda:
Gəzmə bu qanlı ərsəni[428], sinəmin üstə gəl bala
Cəzb edib aşinasını ləhni-sədayi-aşina[429]
Xaneyi-eşqidən işıq sate olurdu bərməla[430]
Oldu çıraği-nur ilən ol qıza rahnəma[431] Hüseyn?
***
Tapdı nişani-nur ilən məqtəl ara[432] babasını
Gördü çuxur məkanidə qan bürüyüb yarasını
Açdı yaralı şəh iki bazuyi-həqnəmasını[433]
Sinəsinə yapışdırıb doxtəri-binəvasını[434]
Nisgil ilə dedi o qız: canüvə mən fəda Hüseyn!
***
Harda idin qoşun gəlib xeyməni yandıran zaman
At qabağında qızları çöldə dolandıran zaman
Məcərü-guşivarədən[435] ötrü qovub yoran zaman
Rəxtimizi[436] soyan zaman, qəmçi ilə vuran zaman
Vermədin, eylərəm giley, naləmizə səda Hüseyn
***
Bir də məriz[437] qardaşım od tutub odlanan zaman
Vurdu bibim özün oda, xeymə alovlanan zaman
Damənin od tutub mənim şö"lə çəkib yanan zaman
Əmmələrim, anam, bacım qol-qola bağlanan zaman
Səs niyə vermədin hamı səslədi onda "ya Hüseyn!"
***
Etmə Ruqəyyə can giley, mən niyə dadə gəlmədim
Qərq idi xakü-xunidə[438] nə"şim aradə gəlmədim
Köynəyimi apardılar, sinə qoşadə[439] gəlmədim
Nazir idim o halizə nuki-cidadə[440] gəlmədim
Fikr eləmə Dəməşqəcən sizdən ola cüda[441] Hüseyn
***
Qovzanıb istədim gələm, atlar ayağı qoymadı
Tutdu məni çuxur yerin qanlı qucağı qoymadı
Qəlbidə növcavanımın suzişi-dağı[442] qoymadı
Nizə, qılıc sınıqları, kəsdi qabağı qoymadı
Oldu bu seyri-rahidə[443] manei-mübtəla[444] Hüseyn
***
İndi öpüm icazə ver surəti-şəms-təl"əti[445]
Sən də müqabilində qoy, surətimə o surəti
Çək o mübarək əllərin başıma qıl məhəbbəti
Pak elə zülfümün tozun, sən bil anamın hörməti
Ta bu yetimə doxtərin xatiri xoş ola Hüseyn
***
Yoxdu başım Ruqəyyə can, ta öpəsən cəmalimi
Ya ki qoyam o surətə surəti por məlalimi[446]
Yoxdu bədəndə əllərim gör bu şikəstə halimi
Başuvə əl çəkib siləm, zülfü-çəmən misalini[447]
Yoxsa edərdi xahişin, şövqilə cabeca[448] Hüseyn
***
Yatma bu qanlı sinədə, dur, bala get, Ruqəyyə can
Əmmələrin gəzir çölü, sinə xəraşü[449] bağrı qan
Ərsədə rəddi-payuvi[450] dərk edib axtarır nişan
Gör necə səs gəlir, deyir: nazlı Ruqəyyəm hardasan?
Bir də deyirlər qıl kömək, bizlərə ya əxa Hüseyn!
***
Ey yaralı Hüseynimə doxtəri-nazidanə[451] gəl
Başı bəlalı bülbülüm, boş qalıb aşiyanə[452] gəl
Bu gecə aləmi səni saldı çölə zəmanə gəl
Ləl kimi boyanmısan başdan-ayağə qanə gəl
Zülfüvə xuni-sorx[453] ilə vermiş əcəb cəla[454] Hüseyn
***
Gəldiyi yoldan ol xanım istədi ric"ət eyliyə[455]
Əmmələrin gəzib tapa, ya gedə parə xeymiyə
Qorxdu, itirdi düz yolu, düşdü vücudi lərzəyə
Bir Nəcəfə tərəf baxıb bir də səvadi[456] Kufəyə
Gəl yolumu itirmişəm, ol mənə rahnəma[457] Hüseyn
***
Zülməti-şəb[458] hərasnak[459], əmmələri gəzir çölü
Bir qız uşağı nabələd, ərsə tikanilən dolu
Oxdu, qılıcdı, nizədi, qanlı cənazə sağ-solu
Əmmələrin gəlir səsi, leyk tapammayır yolu
Nazir idi o qəmfəza aləmə bərməla Hüseyn
***
Əhli əza kim elədi bəs o qıza dəlaləti[460]?
Getdi mənim əqidəmə, şəmsi-həyavü-möhnəti[461]
Yəni anası Fatimə tapdı o mürği-möhnəti[462]
Əmmələrinə əlbəəl verdi həmin əmanəti
Hifz edələr ki Şamidə salim onu ala Hüseyn
***
Kərbübəla çün güzər eylədi Şahi-la fəta[463]
Baxdı o sərzəminə[464] bir diqqətilən edib nəva
Ərz elədi səhabələr, canuvə canımız fəda
Sən niyə ağladın belə, illətini[465] buyur ağa
Ey pedəri-müəzzəmi-gövhəri-ətqiya[466] Hüseyn
***
Verdi cavab o kəslərə Həzrət Şahi-övliya
Bu yerin adı Kərbəla, bir adı ərzi-Neynəva
Burda mənim Hüseynimin xeymələri olur bina
Qətlə yetər köməkləri, qardaşı, oğlu bərməla
Xəncəri-Şimrilən olur zibhi-minəl-qəfa[467] Hüseyn
***
Bəs ki mənə xəbər verib bu sözü Sadiqi-Xəbir[468]
Xeymələrinə od vurub yandırır ləşgəri-şərir[469]
Zülm ilə Əhli-Beytimi eyləyir əşqiya[470] əsir
Qarət olur xiyamidən[471] məsnədü-cameyi-hərir[472]
Girdü-qübari-dəştidən[473] puşiş edər[474] qəba Hüseyn
***
"Yəhyəvi"nin ki, no cavan oğlu gedib cəhanidən
Əhli-nəcibi-Ərdəbil təziyə tutdu mərdü-zən
Nokəri-pirə ehtiram oldu ziyadə həddidən
Həqqin o hörmətin əda eyliyə bilmərəm ki mən
Gərdəni-Yəhyəvidən[475] et həqlərini əda Hüseyn
HÜRRÜN TÖVBƏSİ
Hürr əvvəlcə Ömər Sədin qoşununda idi, İmam Hüseyn (əleyhis-salam)-ın da yolunu bağlamış, istiqaməti Kərbəlaya tərəf döndərmişdi. Bunların hamısını Yezidin əmrinə tabe olmaqla görürdü. O heç vaxt inanmırdı ki, Ömər Səd İmamı qətlə yetirmək fikrində ola bilər. Amma hadisələrin tədiricən inkişşafından Hürr başa düşmüşdü ki, bu qoşun İmam Hüseyn (əleyhis-salam)ı öldürmək barədə qəti qərara gəlmişdir. Buna görə də Ömər Sədlə bir az danışıqdan sonra döyüş meydanından uzaqlaşdı, yavaş-yavaş İmam (əleyhis-salam)-ın xeymələrinə doğru hərəkət etdi. Mühacir onu gördü, elə bildi ki, o, İmam Hüseyn (əleyhis-salam)-ın qoşununa hücum etmək istəyir, ondan soruşdu: –Hücum etmək istəyirsənmi? Lakin cavab eşitmədi, yalnız görürdü ki, Hürrün bədəni lərzəyə düşmüşdür, dedi: –Mən sənin işindən təəccüb edirəm, sənin barəndə şəkkə düşmüşəm. Allaha and olsun, indiyə kimi səni heç vaxt bu halda görməmişdim. Məndən Kufənin ən şücaətli pəhləvanı barədə soruşsaydılar, yalnız sənin adını deyərdim. Bu nə haldır?
Hürr dedi: –Mən elə bu andan etibarən behiştlə cəhənnəmin arasındayam, amma Allaha and olsun ki, hətta məni tikə-tikə doğrayıb odda yandırsalar da, heç nəyi behiştdən üstün saymayacağam. Bunu deyib atını çapdı; əllərini başına qoyan halda İmam Hüseynə (əleyhis-salam) tərəf getdi. Gözlərindən yaş axan halda, zümzümə edirdi: "İlahi, Sənə tərəf qayıdıram, ümidvaram ki, tövbəmi qəbul edəsən. İlahi, mən sənin dostlarının və peyğəmbərinin övladlarının qəlblərini qorxuya salmışam. Bu böyük günahımı bağışla.
Elə ki, gəlib İmam (əleyhis-salam)-ın hüzuruna çatdı, dedi: –Mən həmin şəxsəm ki, sizin Mədinəyə qayıtmağınıza mane oldum, yolunuzu bağladım və sizi çöl-biyabanlarda dolandırdıb, bu diyara gətirdim. Mən heç də təsəvvür etmirdim ki, bu qövm sizə qarşı belə rəftar etsin, sizin təklifinizi rədd etsin və sizə qarşı hörmətsizlik etsinlər. Allaha and olsun, əgər bilsəydim ki, onlar işi bu mərhələyə gətirib çıxaracaqlar, heç vaxt bu işə əl atmazdım. İndi isə öz əməlimdən peşman olmuşam; Allahın dərgahına tövbə edirəm, sənin yolunda canımdan keçməyə, gözün önündə şəhadət feyzinə çatmağa hazıram. Görəsən mənim tövbəm qəbul olunacaqmı?
İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Bəli, mehriban Allah tövbələri qəbul edəndir, atdan düş.
Hürr dedi: –Əgər mən sizin yolunuzda at üstündə vuruşsam, piyada vuruşmaqdan daha yaxşıdır, baxmayaraq ki axırda işim atdan enməklə nəticələnəcək.
İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Necə istəyirsənsə, o cür də et. Allah öz rəhmətini sənə göndərsin.
Hürr İmam Hüseyn (əleyhis-salam)-ın gözləri önündə üzünü kufəlilərə tutdu, onlara nəsihət edib danladı. Kufənin namərdləri onun sözlərini eşitməyə tab gətirmədilər, ona ox atdılar. Hürr İmam (əleyhis-salam)-ın yanına qayıtdı.
***
Mühəddis Cəzairi "Ənvari-nömaniyyə kitabında Hürr ibni Yəzidin qəziyyəsini nəql edir: Şah İsmail Səfəvi Kərbəlaya gəldiyi vaxt eşidir ki, (Kərbəlada Yezid qoşunundan üz döndərib İmam Hüseyn Əleyhissalamın yoldaşlarına qoşulan) Hürrə tənə edib, onun haqqında pis danışanlar var. Onun Allah-Tərəfindən bağışlanıb, sevimli bəndə olmasını sübut etmək üçün Şah İsmail qəbrin açılmasını əmr edir. Qəbri açıb, cənazənin təravətli qaldığına şahid olurlar. Sanki, yenicə şəhid olmuş Hürrün başında Həzrət Hüseyn (əleyhissalam)-ın dəsmalı bağlanmışdı (Tarixə görə Aşura günü bu dəsmalla İmam Hürrün yarasını bağlamışdı). Şah İsmail bu dəsmalı öz kəfəninə qoymaq üçün açdırır. Qan axdığını görüb, yaranı başqa dəsmalla bağladılar, amma qan dayanmadığından həmin dəsmalla bağlamağa məcbur oldular. Hadisə Hürrün haqqındakı pis fikirləri aradan götürdü. Şah İsmail burada məqbərə tikdirib, xidmətçi təyin etdi.
HÜRRÜN TÖVBƏSİ
Ey xosrovi-kovnü-məkan[476] əstəğfirullah, əttövbə-tövbə (2)
Oldum peşiman əl-əman, əstəğfirullah, əttövbə-tövbə (2)
Etdim cəsarət mən əzəl, ey sibti-Taha,[477] əfv et bağışla
Mən rusiyəh[478] sən sahibi-ehsanü-əta, lütf eylə şaha
Üsyanə qərqəm, gəlmişəm, çox dildə yarə, ey miri-Bətha[479]
Rüxsarimə əşgim rəvan, əstəğfirullah, əttövbə-tövbə
***
Əvvəldəki əfkarıma[480] dilxəstə[481] gəldim, halım pərişan
Kirdarimə[482] rəftarimə qovma qapından, məhzunü-nalan[483]
Oldum özüm əhvalimə dilgirü-giryan,[484] qəlbim olub qan
Təpişi-dil[485] dildə nəhan, əstəğfirullah, əttövbə-tövbə
***
Kəsdim səri-rahın[486] əzəl felimdə görrəm var iştibahım[487]
Əl damənindən[488] çəkmərəm, ey dadixahim[489] yoxdur pənahım
Titrir ayağım, əllərim, sinəmdə ahım, çoxdur günahım
Olmuş mənə virdi-zəban,[490] əstəğfirullah, əttövbə-tövbə
***
Rə"şə[491] düşüb əndamimə, mən binəsibəm, sər pa[492] əliləm
Üz qoymuşam dərgahivə, şaha qəribəm, əbdi-zəliləm[493]
Şərməndəyəm çün xiclətim var, bi təbibəm, məhzun dəxiləm
Ali-Əlidən nigaran, əstəğfirullah, əttövbə-tövbə
***
Düşdüm bəlayə onda ki, Ali-Rəsuli, saldım bəlayə
Çəkdim qətari itrəti Zəhra Bətuli, Kərbübəlayə
Girdabi-qəmdə saxladım, çox dil məluləm,[494] qərqəm bəlayə
Var üzrüm, ey şahi-şəhan, əstəğfirullah, əttövbə-tövbə
***
Qərq eyliyib tufan məni, ey məzhəri-Həqq, qərqi-məlaləm
Zülmətə saldım mən səni, ey nuri-mütləq, əfsürdə[495] haləm
Qurani-natiq, peykəri Qurana müştaq, pozğun xəyaləm
Ey ruhu iman, cismi can, əstəğfirullah, əttövbə-tövbə
***
Sinəmdə artar möhnətim, növrəstə Qasim, şahzadə Əkbər
Ə"zavü-dildən vəhşətim vardır hərasim,[496] ey şahi-məhşər
Salardın oğlanlaruvi, Əbbasi, Ovnu, həm Fəzlü-Cəfər
Heydər bəyan, şirin zəban,[497] əstəğfirullah, əttövbə-tövbə
***
Oldum xəcalət, sizdən, ey Leylavü-Rübab, Gülsumü-Zeynəb
Əfv eyliyin, təqsirimin tedadı[498] yoxdur, kəşf oldu mətləb
Narahətəm, narahətəm, hər sübhü-hər şam, hər ruzü-hər şəb
Ali Rəsulü-banüvan,[499] əstəğfirullah, əttövbə-tövbə
***
Ya Rəbbi Rəhman "Qəmkeşə" rəhm eylə, qəlbin pak et riyadan
Vəsvasi cinnü-insidən, hifz eylə, şərri nəfsü-həvadən
Qəlbində gizlin dərdinə məyus olubdur, dərman dəvadən
Zikri olub ya Rəbb aman əstəğfirullah, əttövbə-tövbə
HƏZRƏTİ MÜSLÜMÜN BALALARI
EY HARİS EYLƏ BİR NƏZƏR
Ey Haris, eylə bir nəzər Xudaya, vurma sən bizi (2)
Gətirmə ərşi ə"zəmi nəvayə, vurma sən bizi (2)
***
Deyib Peyəmbəri Xuda, yetimə hörmət eyliyin
Çəkin nəvaziş ilə əl başına xidmət eyliyin
Verin təsəlli, dildəki qəmində şirkət[500] eyliyin
Evində düşmüşük bu gün bəlayə vurma sən bizi
***
Gətir ələ bu barədə Peyəmbərin rizasını
Gətirmə qəhrə, şərm elə, yetimlərin Xudasını
İki atasızın göyə ucaltma çox nəvasını
Bu qədri uyma aləmi fənayə vurma sən bizi
***
Yorubdu qüssələr bizi, bir ildi dustaq olmuşuq
Ata qəmində yanmışıq, misali qönçə solmuşuq
Bir aşina tapammadıq, gəzib zebəs yorulmuşuq
Dava tapaq bu dərdi bi dəvayə vurma sən bizi
***
Vəfa bağında bir gülük xəzanə vermə sən bizi
Cahanda hansı miziban[501] qonağın incidib belə
Vəfadən əhli Kufənin tapıb nədəndi fasilə
Nədəndi getmirsüz rəhi vəfayə vurma sən bizi
***
Vəfasız adlarız gərək düşə həmişə dillərə
Geri | İrəli |