A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: mərsiyələr, şerlər, xütbələr
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 183
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Tapdı Əli şəhadət, cudü-səxavət öldü

***

Müstəcmiü-sifati-ziddeyn[294] idi o mövla

Mehrabidə duranda mir"ati-zöhdü-isar[295]

Meydani-rəzmigəhdə[296] şiri-süfufi-iycar

Şir öldü, sövlət[297] öldü, nami-şücaət[298] öldü

***

Başdan qılıclananda ol radmərdi-aləm

Oldu bu şeş cihatın[299] nəzmü-nizamı bərhəm[300]

Baş verdi sübhü-sadiq, kəşf oldu razi-mübhəm[301]

Azadəgi,[302] fütüvvət,[303] zöhdü-ibadət öldü

***

Yerdən ucaldı ərşə fəryadi-va-Əliyya!

Bu səsləri eşitdi, Zeynəbi-Sitri-Ülya

Qaldı nə halə bilməm tövzihə yoxdu yara[304]

Səsləndi od üzündə mehrü-ütufət[305] öldü

***

Ağlar göz ilə gəldi, ərz etdi Müctəbayə

Övza[306] da münqəlibdir,[307] yer-göy gəlib nəvayə

Dur gör nədir bu səslər, nə gəldi Mürtəzayə?

Biz səs gəlir deyirlər: Şahi-vilayət öldü!

Behişt ki, eşidibsən, Əli vilayətidir[308]

Əli ədavəti duzəxdi,[309] besə darül-qərar[310]

Xuda cəhənnəmi xəlq eyləməzdi əhli-zəmin[311]

Göy əhli tək eləsəydi vilayətə iqrar

***

Xəlaiqin[312] əməlini vəzn edərlər[313] məhşərdə

Əli əməllərə mizandı, faili-muxtar[314]

Biri əgər səqəleynin[315] ibadətin gətirsə

Gedər cəhənnəmə–Əli həqqin eyləsə inkar!

***

Peyğəmbər ilə müvəhhid[316] qəbul edər tövhidi

Əli məhəbbəti möminlərə olub meyar

Əli əlaməti-imandır, miri-əhli-yəqin[317]

Əlidir ayineyi-Həyyü-Qadirü-Ğəffar

***

Əli adına zebəs[318] ruhumun əlaqəsi var

Başına dolannam, nə qədər ki ömrüm var

Fəna cahanda Əli 63 il ömr elədi

Bu 63 ili gördü çox əziyyətü-azar

***

Nə zəhmət ilə əziz ömrünü başa vurdu

Dilimdə yoxdu təvan, edəm təmami-izhar[319]

Keçəndə hicrəti-Tahadən ərbəinə sənə[320]

Əcəl piyaləsini etdi nuş Heydəri Kərrar

Allaha and olsun ki, hidayət sütunları dağıldı;

Təqva nişanələri məhv oldu,

Allahla insanlar arasında olan möhkəm ip–"ürvətül-vüsqa" nazikləşdi

HƏZRƏTİ İMAM HƏSƏN (əleyhis-salam)-IN ŞƏHADƏTİ

İmam Həsən (əleyhis-salam)-ın müqəddəs vücudu möhkəm, alınmaz bir qala idi ki, şiələr canlarını onun pənahında hifz edirdilər. Müaviyənin o Həzrətin həyatda olduğu zaman faciə törətməyə, zülüm etməyə cürəti yox idi. Buna görə də onun şiələri ilə yaxşı tərzdə rəftar edirdi. Belə ki, Əmirəl-mömin (əleyhis-salam)-ın dostları və şiələri Şama səfər edir, Müaviyə ilə qarşı-qarşıya durub öz söhbətləri ilə həqiqətlərin üstünü açmağa başlayırdılar.

Müaviyə İmam Həsən (əleyhis-salam) kimi böyük bir şəxsiyyətin müqabilində dizə çökdü, Həzrəti özü üçün böyük böyük bir sədd, maneə görüb bu fikrə düşdü ki, onu aradan götürsün. Əks halda heç vaxt özünün alçaq niyyətli əməllərini həyata keçirə bilməzdi. Məxsusən Müğeyrət ibni Şö"bənin təlimi ilə Yəzidin vəli-əhdlik məsələsi onu daha çox maraqlandırırdı. O, nəyin bacasına olursa olsun Bəni-üməyyə sülaləsinin napak, murdar səltənətini möhkəmlətmək istəyirdi.

Müaviyə Həzərti İmam Həsən (əleyhis-salam)-ın vücudundan çox qorxurdu. Çünki, sülhün şərtinə əsasən Müaviyə öldükdən sonra xilafət İmam Həsən (əleyhis-salam)-a çatmalı idi. O, bundan çox nigaran idi ki. O zaman İmam Həsən (əleyhis-salam)-ın 48, Müaviyənin isə 68 yaşı var idi. Buna görə də qərara gəldi ki, həzrəti zəhərləsin. Bu məqsədlə Həzrətin həyat yoldaşına (o, Əşəsin qızı idi) çoxlu pul vermək, onu oğlu Yəzidə almaq kimi yağlı vədələr verərək aldadıb İmam Həsən (əleyhis-salam)-ı zəhərləməyə məcbur etdi. Cödə bu işi gördükdən sonra Müaviyə pul verdi, amma onu Yəzidə almaq vədəsindən imtina edərək kinayə ilə dedi: "Mən oğlumun həyatına çox əhəmiyyət verirəm!"

Göz aç bu hali zarə bax amandı Zeynəb

Dil oldu parə-parə bax amandı Zeynəb

***

Dur indi bülbül ayrılır çəməndə güldən

Anam bacı göz aç gedir əzizün əldən

Dur eylə çarə, bu biqərarə

Tez al bacı can, məni kənarə

***

Bu qədri yatma aç gözün amandu bacı

Üzümə göz yaşım, nə gör rəvandu bacı

Sudan dolubdu ağzıma, nə qandu bacı?

Gedib qərarım, var intizarım

Dəxi əlimdə yox ixtiyarım

***

Sənə çətindü çox bacı, mənim fərağım

Kəsildi tabü-taqətim, dur ol dayağım

Alışdı səmmi zəhridən, dilim-dodağım

Bacı bu halə, dur eylə çarə

Bu sərvi-qəddim, dönüb hilalə

***

Solub səmumi zülmidən, gülüm çəməndə

Bu zəhr tabi qoymadı, dəxi bədəndə

Dilü-dəhanə qan dolur, nəfəs çəkəndə

Dur bax bu halə, nə növ"i zillət

Verib bu zarə bu bəd cəmaət

***

Nə vardu səbrü-taqətim, nə ixtiyarım

Düşüb dəxi o aləmə mənim güzarım

Gedibdü səmmi zəhridən, bacı qərarım

Dur ey həzinə, bu qövmi-kinə

Qoyubdu həsrət, bu məh cəbinə

***

Nəfəs kəsildi, xuni-dil gedibdü əzbəs

Nə vardu yarü-yavərim, nə vardu bir kəs

Oyan bu xabi-nazidən, səsimə ver səs

Çəkim bəyanə, qəmi-zəmanə

Dur bax bacı bir, ləbimdə qanə

***

Tükəndi ömrüm ey bacı, bu binəvayə

Tərəhhüm et, bu bikəsi yetir dəvayə

Çağırgilən Hüseynimi, gələ harayə

Gözüm qan ağlar, gələ o sərdar

Ola bu gündə, mənimlə qəmxar

***

Başuva qəmli bacı sən, qaramı bağla

Şərari dudi ahilə, cahanı dağla

Qəm etmə barı Tutiya, əzamı saxla

Qəm eylə təhrir, be hali dilgir

Qəmü-məlali, sən eylə təqrir

Ey Müctəbanın qəm günü qəmxari Zeynəb (2)

Az qaldı solsun ömrümün gülzari Zeynəb (2)

***

Od tutdu yandı zəhr ilə bu cismü-canım

Az qaldı dünyadən gedəm, ey mehribanım

Nazilə rahət yuxlama getdi təvanım[321]

Dur gör bu zülmilə solan rüxsari Zeynəb

***

Dur ver xəbər qardaşlarım imdadə gəlsin

Yalqız Hüseynim baş açıb fəryadə gəlsin

Nəhr üstə ətşan can verən səqqa də gəlsin

Eylə xəbərdar İtrəti Əthari Zeynəb

***

Bir cür"ə su içdim bacı düşdüm əyaqdan

Dur sil bacı qan qətrəsin bu gül dodaqdan

Dəsti cəfa gül tək məni dərdi budaqdan

Qaldı bu zarın məhşərə didari[322] Zeynəb

***

Zəvvar uzaqdan həlqeyi matəm qurarlar

Gözlərdə yaş qəbrim kənarında durarlar

Öpsə mazarimdən biri qəmçi vurarlar

Göz yaşın eylərlər üzarə cari Zeynəb

***

Axər nəfəsdə eylərəm bacı vəsiyyət:

Nazın özüm tək Qasimin çək etmə qəflət

Kərbübəladə nuş edər cami şəhadət

Qanilə rüxsari olar gülnari Zeynəb

***

Məndən sonra gəlmə bacı şurü-nəvayə

Eylə zəxirə göz yaşın Kərbübəlayə

Düşmən vuranda Qasimin başın cidayə

Əşgilə doldur dideyi xunbari[323] Zeynəb

***

Narahət olma göz yaşın döndərmə seylə

Yandı vücudim qəlbimi yardırma beylə

Doğrandı əkbadım[324] bacı təşt hazır eylə

Ey bu cəhanda dərdü-qəm bimari Zeynəb

***

Ağlar "Kərimi" göz yaşın eylər rəvanə

Bəzmi əzadə Qumri tək başlar təranə

Bir etiqadiylə gəlib bu asitanə

Ünvan edib bu yazdığı əş"arı Zeynəb

MƏHƏRRƏM AYI

Məhərrəmdir, xanım Zeynəb əzası

Bizi səslir Hüseynin Kərbəlası

Daha zəvarinin yox səs-sədası

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Çağır Şahi Nəcəf gəlsin hərayə

Cihad ilə açaq yol Kərbəlayə.

Əlinin Zülfüqari dadə çatsın

Hüseyn qurbanları gəlsin Minayə.

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Cihad meydanıdır, millət dayansın

Müsəlman xabi-qəflətdən oyansın,

Ucalsın nə"reyi Allahu Əkbər,

Gərək kafər cəhənnəm içrə yansın.

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Gəlib qeyrət günü, himət zəmani,

Ucaldaq başda Azərbaycani.

Gedək Səddam kafər ilə cihadə,

Yıxaq bu bimürvət ev yıxani.

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Hüseyn zəvarinin qurtardı səbri,

Qıraq bu qurdları, kaftarı, bəbri.

Açaq yol Kərbəlaya, Kazimiyyə

Çəkək ağuşa o şeşguşə qəbri.

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Gərək din olmasa, dünyayi atmaq

Şərəf, izzətli bir dünya yaratmaq.

Səadətdir Hüseyn qurbanları tək

Şəhadətlə liqailləhə çatmaq.

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Müsəlman səf çəkib də"vayə gəlsin,

Çağır Əbbasi tasuayə gəlsin

Qızı Zeynəb özü sahib əzadır,

Çağır Zəhrani Aşurayə gəlsin.

***

Bu gün kərbübəla viran olubdur,

Hüseyn öz qanına qəltan olubdur.

***

Ana! Oğlun şəhid oldu, mübarək

Şəhadətlə səid oldu, mübarək

Ümid çətin tapdın da səndən

Cəhənnəm naümid oldu, mübarək.

İMAM HÜSEYN ƏLEYHİSSALAMIN ŞƏHADƏTİ

"Həqiqətən İslamın meydana gəlməsi Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) ilə, qalıb davam etməsi isə Hüseyn (əleyhis-salam) ilədir."

İmam Hüseyn (əleyhis-salam) buyurur: "Əgər Mühəmməd (əleyhis-salam)-ın dini mənim qətlimdən başqa bir şeylə qalmazsa, onda ey qılınclar, tutun məni!"

Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) İmam Hüseyn (əleyhis-salam)-ın şəhadəti barəsində belə buyurmuşdur: "Həqiqətən İmam Hüseyn (əleyhis-salam)-ın şəhid olması ilə möminlərin qəlbinə bir iman odu–hərarət düşər ki, bu da heç vaxt sönməz."

İmam Rza əleyhis-salam buyurmuşdur: "Ey Rəyyan, əgər bir faciə üçün ağlamalı olsan, Əlinin oğlu Hüseyn ücün də ağla, çünki əməvilərin əli ilə o həzrətin başını qoçun başını kəsən kimi kəsdilər və onunla birlikdə İmamın əhli-beytindən 18 nəfər şəhadətə yetirildi."

İmam əleyhis-salam belə buyurdu: "Ey Aşuranın yasını saxlayanlar, əgər bilsəydiniz ki Allah-Taala sizin saxladığınız yasın əvəzində sizin üçün nə qədər nemətlər hazırlayıb, sevinciniz kədərinizdən çox olardı."

İmam əleyhis-salam buyurub: "Hər kəs Hüseynə ağlasa, yaxud başqasını ağlatsa və yaxud başqaları ilə birlikdə Hüseynin yasını saxlasa, behişt ona vacib olar."

İmam Riza əleyhis-salam buyurdu: "Hər kəs Hüseynə ağlasa və yaxud düşmənlərimizin biz Əhli-beytə qarşı etdikləri müsibətləri danışaraq başqalarını ağlatsa, Allah-Taala onu qiyamət günündə bizimlə birlikdə (bizim zümrəmizdə) məhşur edəcəkdir."

İmam Hüseyn (əleyhis-salam) şəhid olduqdan sonra o həzrətin kəsik boğazından belə bir səs eşidildi: "Ey mənim şiələrim, hər vaxt sərin su içsəniz, məni yada salın; bir şəhiddən, yaxud qəribdən söz düşəndə məni yada salıb ağlayın."

"Həqiqətən Hüseyn hidayət çırağı, nəcat gəmisidir." İbni Həcər başqa bir yerdə belə bir hekayət nəql etmişdir. Cəbrəil Peyğəmləri Əkrəmə xəbər evrdi ki, sənin ümmətin onun öldürəcəklər

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dedi: Mənim övladımı?

Cəbrail cavab verdi: Bəli sizin övladınızı və əgər istəyirsən onu şəhid olduğu ölkəni sizə göstərim. Sonra Tiff (Kərbəlanın başqa bir adıdır) diyarına işarə etdi, və oradan qırmızı rəngli türbət gətirdi və Rəsuli Əkrəmə göstərib dedi: Bu torpaq sənin övladın olan Hüseyn (əleyhis-salam)-ın şəhadət olnduğu yerin torpağıdır.

Bu qəbildən çoxlu rəvayətlərdən sünnü qardaşların Səhih və başqa sənədlərində gəlmişdir, və aşkar şəkildə elan edirki Kərbəla diyarı Rəsulullahın nəzərindən Əmirəl-möminin və islam hədisçiləri nəzərində məşhəd (şəhadət yeri sırasındadır və ehtirama layiqdir. buranın pak və mütəhhər türbəti imtiyazlara malikdir.) İslamın başqa rəvayətlərdə gəlmişdir ki, Peyğəmbər əkrəm Kərbəla torpağını iyləyən zaman sonra o, müqqəddəs torpağa göz yaşı axıtdı və buyurdu: Xoş olsun onun türbətin halına

MƏHƏMMƏD HƏNƏFİYYƏ İMAM HÜSEYN (əleyhis-salam)-IN HÜZURUNDA

İmam Sadiq (əleyhis-salam) buyurmuşdur: "İmam Hüseyn (əleyhis-salam) Kufəyə yola düşmək istədiyi gecə Məhəmməd Hənəfiyyə o həzrətin hüzuruna gəlib dedi: "Qardaş, sən əvvəllər Kufə əhalisinin atamıza və qardaşımıza qarşı etdikləri məkr və hiyləni görmüsən. Qorxuram sənə də qarşı belə etsinlər. Əgər Məkkədə, Allahın əmin-amanlıq hərəmində qalsan, hörmətli, əziz olacaqsan. Məkkədə heç kimin səninlə işi olmaz.

İmam (əleyhis-salam) buyurdu: –Qorxuram ki, Yezid məni elə Məkkədə şəhid etsin, buna görə də istəmirəm ki, mənə görə Kəbə hərəmində hörmətsizlik olsun. Məhəmməd dedi: –Belə isə Yəmənə, yaxud da səhralara get, bu halda heç kim səni tapa bilməz.

İmam (əleyhis-salam) buyurdu: –Gərək bu barədə fikirləşəm.

Səhər açılanda həzrət buyurdu: –Dəvələri yükləyin.

Bu xəbər Məhəmməd Hənəfiyyəyə çatanda taqətsiz halda gəlib, qardaşının dəvəsinin yüyənindən yapışaraq dedi: –Qardaş, mənə söz vermişdin ki, bu iş barəsində fikirləşəsən, bəs nə üçün bu tezlikdə səfərə çıxırsan?

İmam (əleyhis-salam) buyurdu: –Sən gedəndən sonra Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənim yanıma gəlib, buyurdu: "Ey Hüseyn, (Məkkədən) çölə çıx, Allah istəyir ki, səni Öz yolunda öldürülmüş halda görsün."

Məhəmməd Hənəfiyyə dedi: –İndi ki, bu məqsədlə gedirsən, onda əhli-əyalı niyə özünlə aparırsan?

Həzrət (əleyhis-salam) buyurdu: –Allah istəyir ki, onları əsir olmuş halda görsün.

Məhəmməd Hənəfiyyə ağlar halda İmam (əleyhis-salam)-la vidalaşıb qayıtdı.

Həmzət ibni Ə"yən İmam Sadiq (əleyhis-salam)-dan soruşdu: "İmam Hüseyn (əleyhis-salam) İraqa tərəf yola düşəndə, hansı səbəbə görə Məhəmməd Hənəfiyyə ondan ayrıldı?

İmam Sadiq (əleyhis-salam) buyurdu: "Mən sənə bir söz deyim, daha bu barədə heç nə soruşma: İmam Hüseyn (əleyhis-salam) İraqa yola düşərkən, bir kağızda belə yazdı: "Bismillahir rəhmanir rəhim. Bu məktub Hüseyn ibni Əlidən Haşim övladlarınadır, (bilin ki) həqiqətən hər kəs mənə qoşulsa, şəhid olacaq, hər kəs də məndən ayrılsa, nicat tapmayacaq. vəssalam.[325]"

ÜMMÜ SƏLƏMƏ İMAM HÜSEYN (əleyhis-salam)-IN HÜZURUNDA

İmam (əleyhis-salam) hərəkətə başlamazdan əvvəl, Ümmü-Sələmə (Peyğəmbərin arvadı) onunla görüşüb ona dedi: –Ey Peyğəmbərin nəvəsi, İraqa tərəf yola düşmək barədə qəm-qüssə yemə. Mən sənin cəddin Peyğəmbərdən eşitmişəm ki, buyururdu: "Oğlum Hüseyn İraqda, Kərbəla adlı bir yerdə şəhadətə çatacaqdır." Mən şüşədə sənin qətlgahının pak türbətindən bir ovuc saxlamışam. Onu Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) mənə vermişdi.

İmam Hüseyn (əleyhis-salam) buyurdu: –Mehriban ana! Mən bilirəm ki, öldürüləcəyəm və düşmənlər zülm ilə başımı bədənimdən ayıracaqlar. Allah istəmişdir ki, mənim ailəmi qovulan halda, uşaqlarımı öldürülmüş, ya əsirlik zəncirlərinə giriftar olan halda, zülm zəncirləri ilə dartılıb aparılaraq ondan-bundan pənah axtarıb heç bir sığınacaq tapmadıqları halda görsün.

Ümmü-Sələmə heyrətlə soruşdu: –Əcəb! Öz ölümün barədə yəqinin olan halda, necə İraqa yola düşürsən?

İmam (əleyhis-salam) buyurdu: –Anacan! Əgər bu gün getməsəm, sabah getməliyəm və əgər sabah getməsəm, gərək birisi gün gedəm. Ölümdən qaçıb qurtarmaq mümkündürmü?

Allaha and olsun, mən şəhadətə çatdığım günü, dəqiqəni, dəfn olunduğum yeri görürəm və bu məsələ barədə səni tanıdığım qədər agahlığım vardır. Kərbəla diyarına sənə baxdığım kimi baxıram. Ana, əgər istəyirsənsə, özümün və dostlarımın yerini sənə göstərim.

Ümmü-Sələmə bunları görmək istədiyini bildirdi, İmam (əleyhis-salam) da özünün və dostlarının məzarını ona göstərdi.[326] Sonra öz pak türbətindən bir az götürüb, Ümmü-Sələməyə verib buyurdu: –Bunu şüşədə saxla, hər vaxt qana dönsə, bil ki, mən şəhadətə çatmışam.

Aşura günü günortadan sonra Ümmü-Sələmə gördü ki, hər iki şüşədəki türbət qana dönmüşdür[327].

İMAM HÜSEYN (əleyhis-salam)IN ŞƏHADƏTİ

Saldı Hüseyn cəhanə, qovğayi inqilabi (2)

Qaniylə etdi rəngin, simayi inqilabi (2)

***

Tərk etdi həsrət ilə, Peyğəmbərin məzarin

Həm qəbri Müctəbanı, həm Fatimə kənarın

Üz qoydu Kərbəlayə, tərk etdi öz diyarın

Ta gəldi məskən etdi, səhrayi inqilabi

***

Gördü Yezidi tutmur, Allahı heç nəzərdə

Ehsas edibdi Quran, var mərəzi xətərdə[328]

Musayi dəhri[329] getdi, Firon ilə nəbərdə[330]

Doldurdi cilvəsindən simayi iinqilabi

***

Səhrayi Kərbəladə, bərpa edib xəyamın[331]

Yetmiş nəfər mücahid, dövrün alıb İmamın

Bir-bir dedi o qövmə, bərnameyi qiyamın[332]

İçirtdi Əhli-Beytə şəhdayi inqilabi

***

Ərz eylədi İlahi, tövfiqi ver Hüseynə

Yetmiş iki fədani, qurban verim bu dinə

Üz Kəbədən çevirdim, gəldim bu sərzəminə[333]

Ta bildirəm cəhanə, mənayi inqilabi

***

Mən etmişəm iradə, səhrayi Kərbələdə

Quranü-din yolunda, başım gəzə cidadə

Ya səbri ver Hüseynə, hər möhnətü-bəladə

Ya tez çıxart başımdan sövdayi inqilabi

***

Mülkü-əyalü-malım, yeksər Sənindir ya Rəb

Əbbasü-Ovnü-Fəzlü, Cəfər Sənindir ya Rəb

Qasim, Əliyyi Əkbər, Əsğər Sənindir ya Rəb

Cəm etmişəm bu dəştə şurayi inqilabı

***

Bilməz Bəni-üməyyə, Quran nədir İlahi

Quran müqabilində baş-can nədir İlahi

Cananə candan artıq, Quran nədir İlahi

Qandan yazar mücahid suğrayi inqilabi

***

Əl vermərəm Yezidə, düşə əlim biləkdən

Mümkün deyil İlahi, eşqin çıxa ürəkdən

Sancılsa ox ürəkdən, rədd eylərəm[334] kürəkdən

Balinimə[335] gətirrəm, Zəhrayi inqilabi

***

Mən varisi Xəliləm, bu Kərbəla Minadi

Zinət verən bu dəştə yetmiş iki fədadi

Bu sərzəmin Hüseynə, çoxdandı aşinadi

Gözlərdi xəlq olandan mövlayi inqilabi

***

Ağlar "Kərimi" daim, saxlar əza Hüseynə

Növhə deyər sızıldar sübhü-məsa[336] Hüseynə

Hətmən keçər günahın yeksər Xuda Hüseynə

Var təb"i atəşini şivayi inqilabı[337]

QURAN OXU SƏN

Quran oxu sən, natiqi Quransan Hüseynim

Bilsin hamı Quranivə qurbansan Hüseynim

***

Aramımı aldı sitəmi əhli nifaqın

Amma bu keçən şəblərə sər saldı fəraqın

Çox başüvə müştaq idim dil əfsus saraldın

Tutsun dedilər Xuliyə mehmansan Hüseynim

***

Gəl nizədə Quran oxu sən, surəbəsurə

Gah döndərirsən mətbəxi Musa kimi nurə

Gahi qoyursan gül üzivi künci tənurə

Gah nuki cidadə məhi tabansan Hüseynim

***

Qol bağlı çəkərlər məni hər şəhrü-diyarə

Hər yerdə vurarlar yaralı başivə yarə

Çarəm kəsilib eylə Hüseyn, dərdimə çarə

Biçarələrin dərdinə dərmansan Hüseynim

***

Allah Özü rüsva eləsin ibni Ziyadı

Övladi Rəsulə qoyub o xarici adi

Başun qabağıyca çöküri qari Minadı

Quran oxu bilsinlər müsəlmansan Hüseynim

***

Gər versələr başın öpərəm bir də üzündən

Silləm o tənurun külünü qanlı gözündən

Xuli eliyən zülmü xəbər allam özündən

Ehsas edərəm hali pərişansan Hüseynim

***

Ol dad edirəm var bacuvin bəndi tənabı

Ya Şümri vuran qəmçilərin çoxdu əzabı

Amma deyirəm Zeynəbivin çoxdu əzabı

Sən peykəri, ya qeyrəti Yəzdansan[338] Hüseynim

***

Mən şahi vilayət qızıyam duxti Əliyəm

İsmətdə nümayəndeyi Zəhrayi Bətuləm

Bu zülmi cəfadəndən Hüseyn cani məluləm

Mən naqədə, sən nizədə nalansan Hüseynim

***

Ey kaş, anam Fatimə gəlsin bu diyarə

Etsin özü öz bəslədiyi barə nəzarə

Başüvə rəvadır vuralar bir belə yarə

Gülşəndə solan gül kimi xəndansan Hüseynim

***

Bax gör necə bir halı pərişandı Ruqəyyə

Zəcri sitəmi cövridə odlandı Ruqəyyə

Həm xəstədi, həm acdı, həm ətşandı Ruqəyyə

Al könlünü, qəmxari yetimansan Hüseynim

***

Qardaş bu həmən şəhridi Zeynəb sənə qurban

Hər övrətin halını soruşdum məni nalan

Bir ömri oleydi mənə fəxriyyə sənə xan

İndi mənim əhvalimə giryansan Hüseyim

***

Asi "Kərimi"nin əli boşdur üzü qarə

İstər gələ bir ol şeş guşə məzarə

Bəlkə gələ qəbrindən ala dərdinə çarə

Məhşər günü sən şafei üsyansan Hüseynim

Qurani Kərim buyurur: "Hər kəs məzlumcasına qətlə yetirilsə, Biz onun üçün vəli (intiqamçı, qisasçı) qərar verərik və o da qisas hökmündə israfçılıq etməsin, həddi aşmasın. Həqiqətən o, (qətlə yetirilən) nüstətə yetmişdir." Bəni üməyyə İmam Hüseyni zülm ilə qətlə yetirdi, amma hələ də onun qisası alınmayıb. Hədislərdə var ki, onun, həmçinin Xanım Fatimənin intiqamını İmam Zaman (əleyhis-salam) zühur edib kafirlərdən alacaqdır.

HƏZRƏT İMAM HÜSEYN (əleyhis-salam)-ın ŞƏHADƏTİ

Dəftəri imtəhanidə[339] kəlmeyi-ibtida[340] Hüseyn

Pirəhəni-bəla[341] geyib zinəti-övliya[342] Hüseyn

Məş"əli-səbri[343] yandırıb fövci-bəlanı[344] sındırıb

Gəldi dilə bəla özü söylədi: mərhəba Hüseyn!

***

Ərseyi-Kərbəladə[345] çün açdı bəla büsatini

Böldü ayırdı nurilən zülmətin ixtilatini[346]

Pozdu, dağıtdı zalimin süfreyi-inbisatini[347]

Məsdəri-hökmə[348] müstəqim[349] artırıb irtibatini[350]

Ta ki vəfayi-əhdinə Həqdən ala riza[351] Hüseyn

***

Ləm"əbələm"ə[352] nur enir Musiye-əsr-Turinə[353]

Mülhəq olur[354] o nurilər yerdə Hüseyn nurinə

Əhli-səma nüzul edər[355] zibhi-əzim[356] hüzurinə

Də"vət edərlər Həzrəti Həzrətin öz qüsulinə

Mənsəbi-iftixar edər hər birinə əta Hüseyn

***



Geri   İrəli
Go to TOP