A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: mərsiyələr, şerlər, xütbələr
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 183
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


O, Allahın ayəsi, nişanəsidir; və inkar oluna bilərmi

Allahın ayə və surələri ilə məxsus seçdiyi bir kəs?

Vuddəhu ovcəbə ma fil-Quran

Ovcəbəllahu ələyna və əmər

Ona məhəbbət bəsləməyi Quran ayələri vacib edib,

Ona məhəbbət bəsləməyi Allah bizə vacib və əmr edib.

HƏZRƏT ƏLİ ƏLEYHİSSALAMIN MƏDHİNDƏ

Əlidi nuri-Kibriya[157], Əli çıraği-rahnüma[158]

Əli vəsiyyi-Müstəfa, Əli İmami-müqtəda[159]

Əli müinü-yavəri yüz irmi dörd min ənbiya[160]

Əli ədüvv üçün bəla, Əli mühibb üçün şəfa

Əli rümuzi həl-əta[161], Əli xəzineyi əta[162]

Əli vəsileyi dua[163], Əli qülub üçün şəfa[164]

Əli fəna, Əli bəqa,[165] Əli əmiri övliya[166]

Əli süruri sineye cəmali xətmül-ənbiya[167]

Gedin çıxın fələklərə, gəlin gəzün məmaliki[168]

Görün ki hansı millətin bu no"i rəhnuması[169] var!

Cənabi Məryəm istədi doğa Məsihi beytidə

Nida yetişdi zadigəh[170] deyil yerin bəhası[171] var

Bir ayrı yerdə vəz"i həmli qıl[172] o nuri pakuvi

Bu vadiye Müqəddəsin məqami-kibriyası[173] var

Amma Əli anası istədi Əlini vəz"e həml edə

Yarıldı Kəbənin evi, görüb Həqqün sədası var

Məhəbbət eylə qoy qədəm, gətir vücudə nurimi

O nuri pakilən bu Beyti ə"zəmin cəlası var

Qədəm qoyanda gördü dörd xanımdı mahi parətək

O banuye müqəddəsə salamü-mərhəbası var

Mələklər oldu qabələ[174], vücudə gəldi nuri Həqq

İşıqlı bir çıraği tək təcəlliye ziyası[175] var

Ziyarət etdi hurilər dübarə ğaib oldular

Anası gördü oğlunun behiştidən libası var

Götürdü basdı bağrına, görüb yumuqdu gözləri

Dedi: İlahi olmuya gözündə ibtilası[176] var?

Dübarə Kəbənin evi yarıldı çıxdı Fatimə

Nə gördülər: qucaqda bir işıqlı ay parası var!

Atası aldı iylədi, yenə Əli göz açmadı

Öpüb ziyarət eylədi, nə qədri əqrəbası var

Peyambərin qucağinə gəlincə yumdu gözlərin

Peyambər aldı gördü bir cəmali məhliqası var

Be fövri[177] açdı gözlərin baxıb cəmali həzrətə

O aşiqanə baxmağın nişan verir vəfası var

Dolandı ruzigarilər gəlib 16 sinninə[178]

İşıqlanırdı ay kimi, şücaətü-səxası var

Kəbin kəsildi ərşidə, bəzəndi asimanilər

Əlini gördilər hamı, geyibdi toy libası var

Sənin o toy libasivə, təmami şiələr fəda

Mədinənin xanımları Hicazi ləhni oxşadı

Ərus olubdu Fatimə, əlində toy hənası var

Oxurdu əndəlibilər ucaldı sövti nəğməcat

Həvadə quşların əcəb sədaye del güşasi[179] var

Dağın dalında batdı gün, hava qızardı qan kimi

Şəfəqdə geydi qırmızı, neyçünki toy əsası var

Elə ki daldalandı gün Əli evində çıxdı ay

Bu aydı? Yox! Ərusidi, cəmali Həq nüması var

Nə ya, nə gün? Gərək düşə sitarələr əyaqinə

Bu bir ərusidir bunun, Hüseyn kimi balası var

Cənabi Xətmül-ənbiya gəlib zifaf[180] otağına

Solda oturdu Fatimə, sağında Mürtəzası var

Buyurdu ya Əli bir az ucalt görüm əmmaməni

Əmmamə qovzananda gördi gün kimi cəlası var

Ərus otağı nur alıb ucaldı 7 rəng nur

Baxan deyərdi aləmin zəbərcədü-təlası var

Dönüb buyurdu Fatimə götür görüm niqabını

Aşağı saldı başini geyindi çün həyası var

Niqab gönürdü Fatimə, qarışdı nurə nurilər

On iki rəngi nuridi on iki rəhnumasi var

Ərusi verdi əl-ələ, buyurdu bax əmoğlucan

Bu bir ərusidir Xuda yanında çox bəhası var

Nəzarə qıl ərusivə, mənim əmanətimdi bu

Nə sınmayıbdı qolları, nə sinədə yarası var

***

Aman o vaxta ey Xuda, ucaldı Zeynəbin səsi:

Anam yıxıldı gəl baba, yanıqlı ahu-vası var

Yetişdi gördü Mürtəza, Peyambərin əmanəti

Üzün qoyubdu toprağa, həzin-həzin nəvası var

Götürdü çaldı toprağa, o zalimi sitəmgəri

Başın kəsəndə gördülər, dilində iltiması var

Buyurdu: olmasaydı gər Peyambərin vəsiyyəti

Görərdün onda tiğimin[181] qana nə iştəhası var!

Bu kəlməni eşitcəyin, çığırdı bağlıyın qolun

Be fövri bağlanıb qolu, vəsiyyətə rizası var

Kəşan-kəşan[182] apardılar, baxanda Zeynəb ağladı

Dedi: İlahi başimin nə qədri gör bəlası var!

Anam yıxıldı, verdi can, babam da getdi neyləyim

Hara gedim kimə deyim, bu Zeynəbin harası var

Əli gedir, Hüseyn gedir, baxıb dalınca ağlıyır

Dolandı gördü Zeynəbi, səfaye "ya əxa"sı var

Çağırdı gəl Hüseyn, Hüseyn amandı getmə bir dayan

Gəlin görək anamızı, ölübdü, ya bəqası var

Alıb əmaməsin ələ gəlib dolandı başinə

Göz açdı gördü Fatimə, əzizinin əzası var

Buyurdu: bəs Əli hanı? Hüseyn dedi: apardılar

Dedi: görüm əmoğlumun başında nə bəlası var

Dedilər beyət etməsən vücudüvün cəzası var

Əli dayandı dinmədi, ucaldı onda həl-hələ

Baxanda xəlqi gördü bir yəhudinin sədası var

Uca səsiylə səslənir: İlahi şahid olgunan!

Qəbule diynün eylirəm, zamanın iqtizası var

Dedi: özüm yəhudiyəm, Peyəmbərə baş əymədim

Bu səhnə ayrı səhnədir, bir ayrı macərası var

Özüm gözümlə görmüşəm o bağlanan biləkləri

Vuranda böldü Mərhəbi, bölündü hər əzası var

O gün ki, gəldi Xeybərə, bu şahsəvari Lafəta

Dalında 7 yüz nəfər qılınc vuran fədası var

Həvayə qalxdı quş kimi, atıldı keçdi xəndəgi

Gətərdi vurdu səhnəyə, əlindəki livası[183] var

12 min qılıc vuran befövri çıxdı qəl"ədən

Edəndə həmlə gördülər, nə xovfü-nə hərası var

Ölən ölüb qalanları dağıtdı tökdü xəndəgə

Bir iddə qaçdı qəl"əyə, dayanmağın xətası var

Gəlib yapışdı babidən, təkan verəndə titrədi

Uçuldu 7 saxtiman, o qəl"ənin binası var

Çıxartdı babi Xeybəri, gətirdi qoydu xəndəgə

O körpüdən gəlib keçib nə qədri aşinası var

Təəccübəm bunun qolun o hansı ipdi bağlayıb?!

Necə görün durub baxır, bu möhnətə rizası var

O qolları 12 min səvarə bağlayammadı

Bunun qolunu bağlayan o dinidir xudası var

Mən indi bildim ey Xuda, bu din, dini həqqidir

Bu dinə məzhəbim fəda, fənası yox, bəqası var

Qızışdı birdən ağladı, qaçıb yıxıldı toprağa

Üzün qoyub əyağinə, ürəkdə ahü-vası var

Dedi: atam-anam fəda o bağlanan biləklərə

Bu bəxti qarə nökərin, sənə bir iltiması var:

Sabah, qiyamətin günü gələndə səhni məhşərə

Şəfaət eyləsən mənim günahımın dəvası var

Üzün tutub cəmaətə dedi: budur vəliyyi həqq

Sizin bu dini-həqqizin, nə qədri xudnəması var!

Məgər vəsiyyət etmədi cəhanə Xətmül-ənbiya

Kitabı, bir də itrəti görün kimin vəfası var!

Ucaldı onda həl-hələ, yol açdı qövmi bihəya

Gəlib yetişdi Fatimə, başında bir əbası var

Sağında Müctəba gəlir, alıb əmmaməsin ələ

Solunda 7 sinnidə Hüseyni Kərbəlası var

Həzin səsiylə səslədi: açın əmoğlumun qolun

Ömər cavabi vermədi, rəyasətin həvası var

Xanım əl atdı sinəyə, çıxartdı qəm nişanəsin

Əlində gördülər tutub Peyəmbərin qəbası var

Əzəl öpüb o köynəgi yapışdı böldü nisfidən

Tutub həvadə saxladı,hər əldə bir parası var

O köynəgin parasını Hüseyn başına bağladı

Birin də bağladı Həsən başına, müddəası var

Həsən, Hüseyn qabağidə ayaq götürdü Fatimə

Yetişdilər o qəbrə ki, yatıbdı, Müstəfası var

Həsən, Hüseyn qucaqladı Peyəmbərin məzarini

Xanım əl atdı başinə atsının qərası var

Elə ki, istədi aça o qarənin girehlərin[184]

O qəbri paki titrədi göründü qəm həvası var

Bəla əhatə eylədi, təzəlzül etdi titrədi

O məscidin nə qədri sütunu var, binası var

Gəlib be fövri açdılar, o bağlanan biləkləri

Əlini gətirdi mənzilə, o banuye mücəllələ

Dedi: İlahi qəlbimin cəlalüvə şünasi var

Yapışdı 4 balasının əlin dolandı başinə

Dolandı baxdı ağladı, nə qədri gör vəfası var!

Deyən yox idi Fatimə, baxıb bu qədri ağlama!

Nə teşnədir, nə xəstədir, nə qürbətin cəfası var

***

Hüseyn gələndə xeymiyə, Ruqəyyə döndü başinə

Baxanda gördü sinədə, sağalmayan yarası var

35 il dolanmışam, sənin yasında ya Hüseyn!

Bu bəxti qarə "Mün"imin" ürəkdən iltiması var

Mənim axanda gözlərim, başımda bir dəqiqə gəl

Gözüm gözündə can verim, bu ölməyin səfası var

Rəfiqü-aşinalərə, salami verdim almadı

Rəfiqi neyləyir o kəs sənə ki ittikası[185] var.

HƏZRƏTİ ƏLİ (əleyhis-salam)-ın MƏDHİNDƏ

Məhbubi Xuda, xosrovi bəxşəndə[186] Əlidir

Dəryayi əta, gövhəri rəxşəndə[187] Əlidir

Əli, ey şəhi xuban, gözəl aduva qurban (2)

***

Göz tikmiş Əlinin əlinə dideyi aləm[188]

Cənnətdi onun verdiyi kim bəxşişi Hatəm

Heydərdir namaz üstə verən sailə xatəm[189]

Sultani səxi[190], rəhbəri zibəndə[191] Əlidir

***

İslamidə şəxsiyyəti mümtazidi[192] mütləq

Simayi dirəxşani[193] verib xilqətə rövnəq

Hərçəndi başın etdilər mehrabidə münşəqq[194]

Mehrabi ibadətdə gözəl bəndə Əlidir

***

İsmin də onun ismi-cəlalət qoyub Allah

Qəddində onun dəsti şücaət qoyub Allah

Başinə onun taci vilayət[195] qoyub Allah

Allaha vəli,[196] həqqə nümayəndə Əlidir

***

Dünyadə yetimlər atası adlanan adil

Rə"fətlə verən qüssəli xatirlərə şadi

Şəmşir ilə sərkub eliyən[197] zülmü-fəsadı

Peyğəmbəri islamə bərazəndə[198] Əlidir

***

Zeynəbdə təcəlla elədi[199] məntiqi Heydər

Şəni elədi vəqti Məsihiylə müsəxxər[200]

Hər yerdə süxən eylədi ağavü-süxənvər[201]

Mərdüm[202] belə fikr eylədi quyəndə[203] Əlidir

HƏZRƏTİ MƏSUMƏ ƏLEYHA SƏLAMDAN NƏQL OLUNAN HƏDİS

1. Həzrəti Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccad (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimə və Səkinədən, onlar da Fatimeyi Zəhranın (salamullahi əleyha) qızı Ümmü-Külsumdan, o da anası Fatimədən (salamullahi əleyha) belə nəql etmişdir: "Siz Qədir-Xumda Rəsulullahın buyurduğu "Mən hər kimin mövlasıyamsa (mövla–rəhbər, ixtiyar sahibi), Əli də onun mövlasıdır" hədisini, habelə, o həzrətin Əliyə xitabən buyurduğu "Sənin mənimlə münasibətin Harunun Musa ilə olan münasibəti kimidir" sözlərini yaddan çıxartdınızmı?"

2. Həzrəti Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccadın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimədən, o da həzrət Əli (əleyhis-salam)-ın qızı Zeynəbdən (salamullahi əleyha), o da Fatimeyi Zəhradan (əleyha-salam) belə nəql etmişdir: "Həqiqətən hər kəs Ali Mühəmmədin (Peyğəmbər övladlarının) məhəbbəti ilə dünyadan getsə, şəhid kimi dünyadan getmişdir."

3. Həzrəti Məsumə əleyha-salam İmam Sadiq (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Baqir (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Səccad (əleyhis-salam)-ın qızı Fatimədən, o da İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimədən, o da həzrət Əli (əleyhis-salam)-ın qızı Zeynəbdən (salamullahi əleyha), o da Fatimeyi Zəhra (salamullahi əleyha)dan, o da Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql etmişdir: "Məni asimanlara doğru apardıqları vaxt behiştə daxil oldum və orada ağ və həlqə şəkilli dürlərdən qurulmuş bir qəsr gördüm, qapısı dür və yaqutla zinətləndirilmiş, qapısından bir pərdə asılmışdı. Başımı qaldıranda gördüm ki, belə yazılıb: "La ilahə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyul-qövm", yəni "Allahdan başqa heç bir məbud yoxdur, Mühəmməd Onun rəsuludur, Əli xalqın ixtiyar sahibi (və rəhbəri)dir." Pərdədə isə belə yazılmışdı: "Bəh-bəh! Kim Əlinin şiələri kimi ola bilər?!" Daxil oldum, içəridə qırmızı və həlqə şəkilli əqiqlərdən düzəldilmiş bir başqa qəsr vardı, gümüş qapısı yaşıl zümrüdlərlə zinətləndirilmişdi. Onun da qapısından pərdə asılmışdı. Başımı qaldırdım, gördüm ki, qapıda belə yazılıb: "Mühəmməd Allahın rəsuludur, Əli Müstəfanın canişinidir". Pərdədə isə belə yazılmışdı: "Əli şiələrinə, onların halalzadə olduqlarını müjdə ver." İçəri daxil oldum, həlqə şəkilli zümrüdlə tikilmiş daha bir qəsr vardı, belə ki, ondan yaxşısını görməmişdim, qapısı qırmızı yaqutdan idi, lö"lö ilə zinətlənmişdi. O qapıdan da pərdə asılmışdı. Başımı qaldıranda gördüm ki, pərdədə belə yazılıb: "Əlinin şiələri nicat tapanlardır." Cəbrəildən soruşdum: –Bu qəsr kimə məxsusdur? Dedi ki, sənin əmioğlun və canişinin Əliyyibni Əbitalibindir. Əli şiələrindən başqa insanların hamısı qiyamət günü çılpaq və ayaqyalın məhşərə gələcəklər və hamını analarının adı ilə, Əli şiələrini isə atalarının adı ilə çağıracaqlar. Dedim: –Ya Cəbrəil, nə üçün belə olacaqdır? Dedi: –Çünki onlar Əlini sevirlər, buna görə də halalzadədirlər."

Çoxlu rəvayət və Quran ayələri də Əli (əleyhis-salam)-ın rəhbər və vilayətinə dəlalət edir, o cümlədən:

"Şəksiz sizin rəhbər və mövlanız yalnız Allah, Onun Rəsulu və iman gətirib rüku halında zəkat verənlərdir."[204] (Bu ayə Əli (əleyhis-salam) namaz qılıb rüku halında öz üzüyünü sailə verəndə nazil olmuşdur.)[205]

HƏZRƏTİ ƏMİRƏL-MÖMİNİN ƏLİ (əleyhis-salam)-IN ŞƏHADƏTİ

Verilər bu xəbəri nisbət Ümmü-Gülsumə

Mənə qonaq idi Şiri-Xuda, Şəhi-əbrar[206]

Dürüst etdim[207] iki qursu co,[208] bir az da nəmək[209]

Əlavə bir kasa süd gətirdim eyləsin iftar

Atan Əlini, dedi, görmüsən qızım ta hal[210]

İki xüruşt[211] yeyə bir yerdə ey həmidə şüar[212]

Birin götür buların! İstədim duzu götürəm

Dedi bu kaseyi-şiri[213] götür qızım, zinhar[214]!

Əli ləziz təamı[215] nə növ[216] meyl eləsin?

Hesabını çəkəcək Kirdigar[217] yövmi-şümar![218]

Qərəz, İmam iki lüqmə təam meyl elədi

Namaz başladı rüknü-səlati-Maliki-Barr[219]

Qılıb namaz gəhi səhni xaliyə[220] çıxdı

Nücumə[221] eylədi gəh çeşmi həsrətilə nəzar[222]

Baxıb göyə dedi: Səddəqtə[223] ya RəsulAllah!

Nişan verir ölüm asarı[224] sabitü-səyyar[225]

Dedim: baba, niyə vəhşətdəsən, nə var bu gecə?

Çox iztirabdasan, qıl qəmin mənə iş"ar[226]

Buyurdu: Bu gecəni Müstəfa veribdi xəbər,

Tülui-sübhidə[227] var çox mühüm bir xəbər

Deyib bunu yenə ibadətə oldu məşğul

O qədər ibadət edib sübhə qaldı bir miqdar

Durub ayağa eylədi atam vüzui-təcdid[228]

Xiyal edibdi[229] gedə məscidə şəhi-əbrar

O dəm kəmər qapı qüllabəsində bənd oldu

Açıldı bəndi-kəmər, çəkdi ahi-atəşbar[230]

Kəmali-vəhşət[231] ilə şahi-din kəmərbəndi

Götürdü, bağladı, la hövl[232] eylədi təkrar

Buyurdu: bağla Əli, ölməyə belin möhkəm

Fəraq başa yetibdi, yaxındı vəsli-nigar[233]

***

Var idi bir neçə mürğabi[234] səhni-xanədə

Onlar da daməni-mövlayə[235] vəsl edib minqar[236]

Zəbani-hal ilə guya deyirdilər: getmə

Olubdu qətlivə amadə[237] düşməni xunxar[238]

Əlini Kufədə qoy, Kərbəladə oğluna bax

Vidayi-şahi-şəhidanın əcəb şadimani[239] var

Çıxıb vəliyyi-Xuda xanidani-izzətdən[240]

Olubdu məscidə miri-ənar,[241] rəhsipar[242]

O gecə məscidi Kufənin qəribə aləmi var

O yerdə cəm idi yeksər mühacirü-ənsar

Biri dua, biri Quran tilavət eyləyirdi

Demə haman gecə yatmışdı bir nəfər dəyyar[243]

Namazi-şəb[244] qılan, Allaha kəşfi-raz eləyən[245]

Nə haldaydı? Ona yoxdu taqəti-qoftar[246]

Çadır qurulmuşdu, etikaf[247] edən vardı

İbadət etməyə məşğul idi təmami-əhrar[248]

Yazırlar qurmuş idi bir çadır da Quttamə

Özünü mötəkifə[249] eyləmişdi ol qəddar

Bunlar bu yanda, Əli qətlinə edib iqdam

O yan tərəfdə Əli dilşikəstə hüzzar[250]

Kəmali-şövq ilə mehrabi-taətə[251] keçdi

Üzün qibləyə döndərdi qiblətül-əxyar[252]

İmam nafileyi-sübhə eyləyəndə şüru[253]

Açıldı babi-səma,[254] götürdü pərdəni Səttar[255]

Göyün mələklərinə əmr edib: yer üstə baxın,

Görün vəliyyim edir can, nə rəğbət ilə nisar![256]

Əlini cəzbeyi-eşqi-Xuda[257] edibdi məczub[258]

Şikəstə qəlbi olub hübbi-Həqq[259] ilə sərşar[260]

Veribdi xatəmə üç rüknə, rüknü-əsli-salat[261]

Qoyubdu səcdəyə baş, qütbü-nöqteyi-pərgar[262]

Qılıc əlində Muradi[263] kəmin edib nagah,[264]

Xudadan etmədi şərmü-həya, ol kani-nigar

Əbu Turab başını səcdədən götürdü vəli,

Qalaydı səcdədə ey kaş, İmami-əşki-vüqar

O endirir qılıcı, Mürtəza başın götürür

Təsadüf eylədi[265] fərq ilə tiği-kin,[266] naçar

Bölüb əmmaməni, baş parçalandı, qan axdı

Edib başından axan qan mühasinin[267] gülnar[268]

Həvadə başın açıb Cəbrəil səsləndi,

Dedi: hidayətin ərkanı münhədim oldu[269]

Boyandı qanə namaz üstə Heydəri Kərrar

Əflakidən[270] gəlir səs: Şahi-vilayət öldü!

İslamə yetdi sədmə, elmü-ədalət öldü

Yer-göy gəlib nəvayə, ağlarlar Mürtəzayə

İslama yetdi sədmə,[271] dinü-şəriət öldü

***

Bir kimsə ki, var idi şəxsiyyəti-cəhani[272]

Hər kəlmə həqq sözündə min hikmətü-məani[273]

Mehrabidə töküldü dəsti-sitəmlə[274] qani

Haqqü-həqiqət öldü, ruhi-səadət öldü

***

Nəhcül-bəlağəsindən məfhum olan həqayiq[275]

Dünya boyu cahanda nahəqqü-həqqi fariq[276]

Fövqi-kəlami-məxluq, duni-kəlami-Xaliq[277]

Din öldü, daniş[278] öldü, nami-fəzilət[279] öldü

***

Gizlətdi əbri-xunin,[280] simayi-aftabi[281]

Zülmət cahanı tutdu, bağlandı elm babı

Çəkdi turabi-tirə,[282] ağuşə Bu Turabı

Babi-məcaz[283] açıldı, ruhi-həqiqət öldü

***

An radmərdi-tarix, an rəhbəri-səadət[284]

Bəs ki[285] qəzavətində göstərdi çox ədalət

Ta şiddəti-ədalət tövlid edib[286] ədavət

Öldürdülər Əlini, billah, ədalət öldü

***

Şəxsiyyətin olsaydı gər[287] xarici vücudi

Şəkli-Əlidə mütləq məri[288] olardı budi[289]

Ərzi-qəriyyə olsun, Rəbbüs-səma dürudi[290]

Orda yatan, ölən gün, cudü-səxavət[291] öldü

***

Xak ilə zər[292] Əlinin yeksan idi gözündə

Xəlq olmadı nəziri, manəndi[293] yer üzündə



Geri   İrəli
Go to TOP