![]() |
|
Kitabın adı: | mərsiyələr, şerlər, xütbələr |
Müəllif: | |
Naşir: | Şəhriyar |
Çap tarixi: | 2008 |
Səhifələrin sayı: | 183 |
Çap növbəsi: | Birinci |
Tirajı: | 3000 |
Geri | İrəli |
Saldı onu candan dərü-divar[66], öz evində
Mismar aman vermədi Zəhra gec ölərdi
Dəldi sinəsin ox kimi mismar, öz evində
Sındı sədəfi-Tahirə dürrü yerə düşdü
Oldu əcəl ol dürrə xəridar[67], öz evində
Fizzə elə səsləndi Əli çıxdı otaqdan
Gördü yıxılıb dilbəri-dildar, öz evində
Nə cayi məzəmmət[68] var Əlidə çətin işdi
Öz məhrəmini çün vurub əğyar[69], öz evində
Ey vay dedi Allah anasız qaldı uşaqlar
Bu dörd balama kimdi pərəstar[70], öz evində
Oğlanlarımın, qızlarımın göz yaşı axmaz:
Dildən düşənim eyləsə qoftar[71], öz evində
Qəşş eyləyib hökmən, səsimə səs verə bilmir
Bihuş eliyib yarımı əğyar, öz evində
Gəlsə dilə, səslənsə "əmoğlu" qəmim olmaz
Billəm ki, Əlinin köməyi var, öz evində
Hasil, işi təqdiri-qəza bir yerə çəkdi
Durdu ayağa Fatimə naçar, öz evində
Gördü ki, Əlini baş açıq qolları bağlı
Çox qüssəlidir Heydəri Kərrar, öz evində
Miri hərəmin[72] Sani çəkir, məscidə sarı
Şəhbazə açır şəbpərə[73] minqar[74], öz evində
Tutdu iki əlli şəhi dinin ətəyindən
Qəhr eylədi məhbubeyi-Qəhhar[75], öz evində
Sani dilə gəldi dedi: Qonfuz nə durubsan?!
Zəhra necə gör eyliyir isar, öz evində
Fövrən o dəli qəmçisini açdı belindən
Vurdu gülü-Tahanı o qəddar, öz evində
Taqətsiz oldu Bətulin qolu əl çəkdi Əlidən
Zərbət yetişən vəqtidə təkrar, öz evində
Siddiqeyi-Kübra yıxılıb səhni-səradə[76]
Qalmadı şəhi Kövsərə qəmxar, öz evində
Gəldi balalar Fatiməni aldı arayə
Zeynəb elədi Fizzəni ehzar[77], öz evində
Qolu bağlı atanın fikrinə qalmış
Kim gəldi ona oldu tərəfdar, öz evində
Çarə yenə qalmış anama bizdə nə çarə
Bir çarə tapa olmasa bimar, öz evində
HƏZRƏTİ FATİMƏ (əleyha-salam)-IN ŞƏHADƏTİ
Can üstəyəm canım sənə qurban əmoğlu (2)
Tez gəl gözüm bağla oxu Quran əmoğlu(2)
Hərçəndi bir gün olmadım dünyada dilşad[78]
Gəldi əcəl oldum qəmü-möhnətdən azad
Qoy gözlərim üstə əlin ey qəlbi naşad[79]
Ey gənci ehsan[80] xaneyi-ehsanın[81] abad
Giryan dilimsən[82] olma dil giryan əmoğlu
***
Ey sahibi-fəzlü-kərəm[83] eylə kəramət
Zeynəb balam çox ağlasa etmə məlamət[84]
De hamiye din eyliylə Gülsumə himayət
Bu Müctəbanı mən sənə verdim əmanət
Yoxdu dodağında hənuz[85] əlqan əmoğlu
***
Yannam Hüseynin halinə qəlbimdə heyrət
Neylim əlimdən çarəmi aldı bu ümmət
Əşgim olur cari[86] üzə bi tabü-taqət
Səlb eyliyir[87] aramimi əfkari-qürbət[88]
Sinəmdə var bəs ki[89] qəmi pünhan əmoğlu
***
Mən ağlaram əhvalüvə bir də Hüseynə
Sən ağlama ey şahi-din mən dil həzinə[90]
Qəsb oldu həqqin baxdılar əhli-Mədinə
Od vurdular dərgahimə[91] əşrarü-kinə[92]
Yandı qapın yandı dilim hər an əmoğlu
***
Verrəm Hüseyni mən sənə baş peykər[93] üstə
Barmaqları salim-salamət əllər üstə
Mərcan kimi xüşk[94] olmuyub qan ləblər üstə
Xarü-müğilandan[95] nişan yox güllər üstə
Rüxsari olmub gül kimi əlvan əmoğlu
***
Şeyxeyni-qasib[96] olmasın hərgiz[97] xəbərdar
Təşyiü-dəfnimdə[98] olardən etmə ehzar[99]
Ruhum olardan çəkməsin qəbr içrə azar
Ta həşr[100] ola bizarəmü-bizarü-bizar
Əsrari-gizlin[101] eylirəm elan əmoğlu
***
Beyni dərü-divaridə[102] düşdüm fişarə[103]
Cismim yarəsin salmadım çox aşikarə
Sinəm yara bazulərimdə[104] ayrı yarə
Qüslüm gecə ver dəfn elə tapşır məzarə
Zəhrayla ta olsun fişar asan əmoğlu
***
Qəlbində var arami-taqət dizlərində
Badi-xəzandan[105] bir əsər yox gülşənində
Qan ləxtə-ləxtə dolmuyub şəhla gözündə
At dırnağından bir əsər yox sinəsində
Gülşən şükufa[106] gülləri xəndan əmoğlu
***
Pəjmürdə[107] olsa gülləri yox məndə taqət
Görsəm Hüseynin cismidə var bir cərahət[108]
Barmaq kəsilsə eylərəm bərpa[109] qiyamət
Tapmaz nəvadən qəbridə qəlbim fərağət[110]
Getsə diyari-Kufəyə mehman əmoğlu
***
Xuli[111] evində qoymaram yatsın kül üstə
Allam yaralı başını məhzun dil[112] üstə
Öz bülbülüm naz eyliyə gülşən gül üstə
Sayə[113] sala bülbül gülə gül bülbül üstə
Dərya kimi əşkim eylər tufan əmoğlu
***
Bu köynəyim qüslüm verən vaxda çıxarma
Bazulərimə baxma çox nalən ucaltma
Eylə kəfən tez qəbrə qoy fikrindən atma
Xuni-dilin göz əşkivə səbr eylə qatma
Etmə hisari-səbrivi[114] viran əmoğlu
***
Gəlsən evə yığ dövrəvə tiflani-zari[115]
Olmaz gələn didarüzə[116] bir kimsə bari
Matəm tutun yad eyliyin mən dil fikari
Mən olmuşam səyyadi bi rəhmin[117] şikari
Qoyma yetimlər çox edə əfğan əmoğlu
***
"Qəmkeş" yazar bu qəmləri ba ahi cansuz[118]
Zikri olar ey vay Hüseyn hər şamü-hər ruz[119]
Zülmət evin rövşən qıl[120] ey şəm"i-şəbəfruz[121]
Saildi[122] ehsan eyliyin əltafü-fəzliz[123]
Olsun Hüseynin yasinə dərban[124] əmoğlu
YA ƏLİ
Qıl bir nəzər əhvalıma, gör ahü-zarım, ya Əli
Aləm yanar bu halimə, yoxdur qərarım, ya Əli
***
Ey tacidari Həl-əta,[125] həddən aşıb cövrü-cəfa[126]
Zəhra qalıb düşmən ara[127], ey şəhsəvarım, ya Əli
***
Bax bu cəlalü-cahimə[128], qəlbimdə dudi ahimə[129],
Od vurdular dərgahimə[130], getdi qərarım, ya Əli
***
Qoyma bu qədri xar olum, olma riza[131] gül tək solum
Vurdu Ömər, sındı qolum, yox ixtiyarım, ya Əli
***
Çoxdu əmoğlu möhnətim, oldu digərgün[132] halətim
Qalmadı tabü-taqətim, ümmidvarım, ya Əli
***
Sür"ətlə şiri kirdigar[133], qıldı qapuya çün nəzər
Gördü deyir Zəhrayi zar: gəl tacidarım ya Əli
***
Gördü olub od şö"ləvər, yanar qapısı sərbəsər[134]
Durmuş xitab eylər zibəs[135] sənsən şikarım, ya Əli
HƏZRƏT ƏLİ (əleyhis-salam)-ın HƏZRƏTİ FATİMƏNİN (Ə) QƏBRİ ÜSTÜNDƏKİ ZƏBAN HALI
Fatimə qəbrin üstə mən, gəlmişəm ağlıyam gedəm(2)
Evdə yatıb Hüseyn, Həsən, gəlmişəm ağlıyam gedəm(2)
***
Gün batırı, qara salır, başə Hicaz dağları
Ağlırı dərdimə mənim, həsrətilə bulaqları
Yel əsiri, çalır əcəb, qəmli təranə bağları
Qəmlidi gülşənü-çəmən, gəlmişəm ağlıyam gedəm
***
Evdə gedər gecə hamı, mərdü-zən[136] istirahətə,
Gün batırı Əli batır bəhri qəmü-məlalətə[137]
Boş görə bilmirəm yerin, nail olam ziyarətə
Qəbrivin üstə qüssədən gəlmişəm ağlıyam gedəm
***
Rişeyi-səbri-Heydəri[138], seyli-fəraqətin[139] yolun
Yadə salanda möhnətin[140], gözlərim əşgilən[141] dolur
Körpə uşaqlar ağlaşır, dördü də gül kimi solur
Yox oların nazın çəkən, gəlmişəm ağlıyam gedəm
***
Rehlət edən zaman atan, başüvə qarə bağladın
Mən belə bildim hicrəti-Əhmədə[142] sinə dağladın
Bilməz idim yaralısan, sən gecə-gündüz ağladın
İndi o sirr olub əyan, gəlmişəm ağlıyam gedəm
***
Xeymə vurubdu qüssəvü-qəm dili dağidarimə[143]
Yadə salanda yarəvi, əşkim axır üzarimə
Həsrət ilə düşür gözüm qəbzeyi-Zülfüqarimə[144]
Çəkmədim heç qilafidən[145], gəlmişəm ağlıyam gedəm
***
Aldılar həqqimi mənim, məclisi şur[146] qurdular
Boynuma şal saldılar, şiri-Xudanı yordular
Sən kömək eylədin vəli[147], vay sənə qəmçi vurdular
Torpağa düşdün onda sən, gəlmişəm ağlıyam gedəm
***
Təhti nəzərdədir[148] mənim, mənzili-vəhy mənzilim
Sən sağ idin bir az yenə, evdə var idi get-gəlim
Getdin əlimdən indi sən, bağlı qalıb dilim, əlim
Yoxdu bizə gəlib-gedən, gəlmişəm ağlıyam gedəm
***
İndi qəmin nişəst edib[149] bu dili dağidarimə[150]
Yalvarıram yuxu gələ dideyi-əşkibarimə[151]
Möhsini al qucaqivə, gəl yuxuda kənarimə
Ruh tapa, müvəqqətən, gəlmişəm ağlıyam gedəm
***
Sən evimə gəlin gələn vəxdə yox idi çün anan
Qüssələnərdin hər zaman, göz yaşın eylədin rəvan
Zeynəb ərus olan zaman bəxt evinə gedən zaman
Fatimə neylərəm onda mən? Gəlmişəm ağlıyam gedəm
***
Ya həbibi, əcibi, caə ila qəbrik həbib[152]
Ha! Əliyyün bəşərün keyfə bəşər[153] oldu qərib
Dur Əli qəbrivin üstə əli qoynunda gəlir
Dolanır başıma dünya necə mən ağlamıyım
***
Qəm qəm üstən yaralı, qəlbimə Zəhra qalanı
Vay mənə, sən yıxılan kuçədə sani dolanır
Zülfüqarı çəkə bilməm, ürəyim parçalanır
Bir belə səhnədə aya necə mən ağlamıyım
HƏZRƏTİ ƏLİNİN FATİMEYİ ZƏHRANIN QƏBRİ ÜSTÜNDƏKİ ZƏBAN HALI
Bəqiyə xəstə gəlmişəm, Qəlbi şikəstə gəlmişəm
Məzarın üstə gəlmişəm, Məni qocaltdı ölməyin
Məhəllədə döyülməyin, Qapı dalında qalmağın
Qəmində sinə dağlaram, Dizlərimi qucaqlaram
Tək oturub tək ağlaram
Yaralı Zəhra, vəfalı Zəhra (4)
***
Qəmində sinə dağlaram, Tək oturub tək ağlaram
Dizlərimi qucaqlaram, Yaralı Zəhra, vəfalı Zəhra
***
Bəqiyə xəstə gəlmişəm, Qəlbi şikəstə gəlmişəm
Dözəmmirəm fəraqüvə, Möhsini al qucaqüvə
Vəfalı Zəhra, yaralı Zəhra
***
Ey gülü-bixari Əli, Yarü-mədəd kari Əli
Bəqiyə xəstə gəlmişəm, Qəlbi şikəstə gəlmişəm
Qəbrüvün üstə gəlmişəm
***
Dözəmmirəm fəraqüvə, Dur nəzər et qonaqüvə
Möhsini al qucaqüvə, Var yeri aləmi pozam
Fatimə cani yalqızam
***
Köməksizəm adamsızam, Bax qəmimə məlalimə
Gözdəki əşgi halimə, Ağla mənim bu halimə
Adamsızam, admsızam
***
Hər gecə sinə dağlaram, Dizlərimi qucaqlaram
Tək oturub tək ağlaram, Ey məni bi kömək qoyan
Qüssəli dəhridən doyan, Bikəs əmoğlunam oyan
ƏMİRƏL-MÖMİNİN ƏLİYYİBNİ ƏBİTALİB
"Bədr" döyüşündə Qureyş kafirlərindən 70 nəfəri müsəlmanlar tərəfindən öldürüldü ki, onların 36 nəfəri, həm də ən böyük pəhləvanları, o cümlədən, Müaviyənin qardaşı, dayısı və əmisi Həzrət Əli (əleyhissalam)ın əli ilə qətlə yetirilmişdi.
"Ühüd" müharibəsində Qureyş kafirləri 9 nəfər ən güclü cəngavərləri bayraqdar seçib müsəlmanların üstünə göndərmişdi. Onların hamısı Həzrət əli (əleyhissalam)ın mübarək əli ilə qətlə yetirildi. Bu işdən qəzəblənən Sovəb (o, qətlə yetirilənlərin qulu idi) and içdi ki, Peyğəmbəri mütləq qətlə yetirsin. Lakin o da həzrət Əli (əleeyhissalam)ın əli ilə belindən yarı bölündü. Elə bu müharibədə Həzrət Əli 70 yara almışdı, yaraların hamısı da arxadan deyil, bədənin qabaq tərəfindən idi. (Həzrət Əli müharibələrin heç birində arxadan yaralanmamışdı.)
"Xəndəq" müharibəsində kafirlərin ən şxcaətli pəhləvanı Əmr ibni Əbdi Vudd Həzrət Əli (ə)ın qılınc zərbəsi ilə cəhənnəmə vasil oldu. Peyğəmbər (s) buyurdu: "Xəndəq günündə Əlinin bir zərbəsi cinn və insin ibadətindən daha fəzilətlidir."
"Siffeyn" müharibəsində Həzrət buyurmuşdu: Allaha and olsun əgər bütün ərəblər mənimlə müharibəyə çıxsalar, əsla onlara arxa çevirmərəm."
Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: "Mən elmin şəhəri, Əli isə onun darvazasıdır. Hər kəs elmi istəsə, gərək bu qapıdan gəlsin."
Böyük islam müfəssiri və Həzrət Əmirəl-möminin (əleyhis-salam)-ın xas tələbələrindən olan İbni Abbas belə nəql edir: "Gecələrin birində Həzrət Əli (əleyhis-salam) axşamdan sübhə kimi mənə Quranın "Fatihə" surəsinin bismillahının təfsirini dedi, axırda buyurdu ki, bütün Quran "Fatihə" surəsində cəm olmuşdur, "Fatihə" surəsi isə onun "bismil-lahir-rəhmanir-rəhim" kəlməsində, o da bismil-lahın "bey" hərfinin nöqtəsində cəm olmuşdur, o da mənəm."
Bey hərfinin nöqtəsi olmadıqda məna vermədiyi kimi, Həzrəti Əli (əleyhis-salam)-ın Allah tərəfindən haqq rəhbər (vəliyy) olmasına inanmayanların da imanı nöqtəsiz bey hərfi kimi naqisdir, Allah-Taala isə qiyamətdə naqis imanlıların əməllərini qəbul etməz.
Peyğəmbəri Əkrəm buyurmuşdur: "Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır, hər kəs elm istəsə, gərək o qapıdan gəlsin."
5-ci hicri əsrinin dahi ravilərindən olan "Firdovsil-əxbar" kitabının müəllifi Peyğəmbəri Əkrəmdən 300 min hədis eşidib əzbərləmişdir, məhz buna görə də "Seyyidül-hüffaz" (Hafizlərin ağası, seyyidi) ləqəbini almışdır. Zeydi firqəsindən olmasına baxmayaraq, etimadlı və düzdanışan adam olduğuna görə, onun nəql etdiyi hədis və rəvayətlər həm sünnü alimləri, həm də şiə alimləri tərəfindən səhih qəbul olunur. O, Peyğəmbərdən (səlləllahu əleyhi və alihi və səlləm) belə nəql etmişdir ki, həzrət Əliyə (əleyhis-salam) xitabən belə buyurmuşdur: "Ya Əli, əgər bir kəsin Həzrət Nuhun ömrü qədər ömrü olsa və bu müddət ərzində yaşayıb bütün gündüzlərini oruc tutsa, gecələrini sübhə kimi ibadətlə keçirsə, hər il bir dəfə piyada həccə getsə və "Ühüd" dağı qədərində qızılı olsa və o qızılları Allah yolunda paylasa və axırda "Səfa" və "Mərva" arasında məzlumcasına ölsə, amma sənin vilayətinə etiqadı olmasa, heç vaxt behiştin iyini iyləməyəcək."
"Agah olun! Mən hər kəsin mövlası və rəhbəriyəmsə bu Əli də onun mövlası və rəhbərdir. İlahi, onu sevəni sən də sev, onunla düşmən olanla sən də düşmən ol, ona kömək edənə kömək et, onu xar etmək istəyənləri xar et. Hara getsə, haqqı hər yerdə onun mehvərində dövr etdir!"[154]
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) Əli (əleyhis-salam)-ın İmamətini[155] ilk dəfə, risalətin ilk çağlarında, öz yaxın adamlarını İslama də"vət etdiyi məclisdə aşkar buyurmuşdu:
"Bu, mənim qardaşım, məndən sonra canişinim və xəlifəmdir. Ona qulaq asıb əmrlərinə itaət edin."[156]
***
Amma... çox təəssüflü məsələ budur ki, böyük sünnü alimi olan Buxari öz "Səhih" kitabında Əhli-beyt hədislərinə istinad etmir, onları dəlil və şahid kimi gətirmir; çünki o, özü ilə müasir olan İmam Sadiq, İmam Kazim, İmam Cavad, İmam Hadi və İmam Həsən Əskəridən heç bir hədis nəql etməmişdir!
Bundan əlavə o, sair Əhli-beyt rəvayətçilərindən: Həsən ibni Həsən, Zeyd ibni Əli ibni Hüseyn, Yəhya ibni Zeyd, Məhəmməd ibni Əbdüllah ibni Həsən Nəfsi-Zəkiyyə və onun qardaşı İbrahim ibni Əbdüllah, Hüseyn ibni Əli, Şəhid Fəxx, Yəhya ibni Əbdüllah ibni Həsən və onun qardaşı İdris ibni Əbdüllah, Məhəmməd ibni Cəfər Sadiq, Məhəmməd ibni İbrahim Təbatəba və onun qardaşı Qasim Rəssi, Məhəmməd ibni Məhəmməd ibni Zeyd ibni Əli, Məhəmməd ibni Qasim ibni Əli ibni Ömər, Əşrəf ibni Zeynul Abidin (əleyhissalam) (o, Taliqanın hökmranı və Buxarinin müasiri idi, Buxarinin vəfatından altı il əvvəl (250-ci ildə) İraqda şəhid edilmişdi), Əhli-beyt xanədanının sair böyük şəxsiyyətlərindən: Əbdüllah ibni Həsən, Əli ibni Cəfər Ərizi, həmçinin Rəsuli Əkrəmin ümmət arasında olan sair varislərindən, hətta Peyğəmbərin reyhan gülü, o Həzrətin böyük nəvəsi və behişt cavanlarının sərvəri olan İmam Həsən (əleyhissalam)-dan da heç bir hədis nəql etməmişdir. Halbuki Əhli-beytin qəddar düşməni, xəvaricin təbliğatçısı olan İmran ibni Həttandan hədis rəvayət edərək ona istinad etmişdir.
Belə ki, o məlun, Əli (əleyhissalam)-ın qatili və böyük cinayətkar olan ibni Mülcəmi tərifləyərək deyir:
(Onun Əliyə vurduğu zərbə) necə qəribə bir zərbə idi!
ki, pərhizkar və təqvalı şəxs tərəfindən vurulmuşdu.
Allahın razılığından başqa heç bir məqsədi yox idi!
Mən hər gün onu (ibni Mülcəmi) yad edəndə görürəm ki,
Onun yaxşı əməli bütün insanların əməllərindən çoxdur.
Kəbənin Rəbbinə və peyğəmbərləri göndərən Allaha and olsun ki, mən bu yerə çatanda (yəni Buxarinin İmran kimi pozğun, xarici və Əmirəl-mömininin qatilini–İbni Mülcəmi tərifləyən bir adamdan hədis nəql edib, Əhli-beyt imamlarından isə heç bir rəvayət nəql etməməsini gördükdə) mat-məəttəl qaldım. Mən heç vaxt işin bu yerə çatacağını güman etməzdim!
***
Ha! Əliyyün bəşərün keyfə bəşər!
Rəbbuhu fihi təcəlla və zəhər!
Agah ol! Əli bəşərdir, özü də necə bəşər!
Rəbbi onda təcəlli etmiş, zahir olmuşdur.
İllətul kovni və lo lahu ləma
Kanə lil aləmi eynun və əsər
kainatın yaranma səbəbidir və əgər o olmasaydı,
Aləm üçün bir əsər-əlamət olmazdı.
Və ləhu ubdiə ma təqiluhu
Min uqulin və nufusin və suvər
Yalnız onun xatirinə sənin əqlin işlədiyi şeylər yaradılıb
Əql aləmi, nəfslər aləmi və surətlər aləmi
Fələkun fi fələkin fihi nucum
Sədəfun fi sədəfin fihi durər
Fələkdə bir fələkdir ki, onda ulduzlar var
Sədəfdə bir sədəfdir ki, onda dürrlər var
Ma rəma rəmyətən illa və kəfa
Ma ğəza ğəzvətən illa və zəfər
Elə bir ox atmadı ki, hədəfə dəyməsin və kifayət etməsin;
Elə bir döyüş olmadı ki, zəfər çalmasın.
Əğmədəs-seyfə məta qabələhu
Kullu mən cərrədə seyfən və şəhər
Qılıncını qınına qoydu onunla qarşılaşanda
Hər o kəs ki, qılıncını siyirib məşhur pəhləvan idi
Əsədullahi iza salə və sah,
Əbul-əytam, iza cadə və bərr
Allah şiridir–şir kimi həmlə edib düşməni parçalayanda
Yetimlər atasıdır–ehsan edib nəvaziş edəndə
Hubbuhu məbdəu xuldin və niəm
Buğzuhu məbdəu narin və səqər
Ona məhəbbət bəsləmək nemətlərin və əbədi cənnətin başlanğıcıdır
Ona kinə və ədavət bəsləmək cəhənnəm odunun və cəhənnəmin başlanğıcıdır.
Huvə fil kulli imamun li kull
Mən Əbu bəkrin və mən manə Ömər?
O, küllü aləmdə aləmlərin imamıdır,
Əbubəkr kimdir və Ömər kimdir?!
Leysə mən əznəbə yəvmən bi imamin
Keyfə mən əşrəkə dəhrən və kəfər?!
Hətta bir gün Allaha şərik qoşan kəs imam ola bilməz;
Onda bir ömür Allaha şərik qoşub kafir olanların halı necə olar?!
Kullu mən matə və ləm yərifhu
Movtuhu movtu himarin və bəqər
Hər kəs onun haqq imam olmasını dərk etmədən ölsə
İnək və ulaq ölümü kimi ölmüşdür.
Xəsmuhu əbğəzəhullahə və lov
Həmidəllahə və əsna və şəkər
Onun düşməni Allahı qəzəbləndirmişdir–hətta
Allaha həmd, səna və şükr etsə də belə.
Mən ləhu sahibətun kəz-Zəhra?
Əv səlilun, kəşəbirun və şəbər
kimin Zəhra kimi həyat yoldaşı ola bilər?!
Yaxud kimin Həsən və Hüseyn kimi iki oğlu ola bilər?!
Ənhu divanu ulumin və hikəm
Fihi tumari izazin və ibər
Ondan çoxlu elmlər divanı və hikmətlər gəlibdir
ki onda çoxlu xütbələr və mövizələr vardır.
Bu Turabin və kunuzil-aləm
İndəhu nəhvu sufalin və mədər
Əbu Turabdır (torpaq atası) və aləmin xəzinələri
Onun yanında
Və huvən-nuru və əmməş-şurəka
Kə zulamin və duxanin və şərər
O nurdur, amma ona (xilafətdə) şərik çıxanlar
Zülmətlər,tüstü və şər insanlardır.
Əyyuhəl xəsmu təzəkkər sənədən:
Mətnuhu səhhə bi nəssin və xəbər
Ey inadkar insan! Xatırla o sənədi ki,
Mətni aşkar xəbər və rəvayətlərlə təsdiqlənib
İz əta Əhmədu fi Xummi Qədirin
Bi Əliyyin və ələr-rəhli nəbər
O zaman ki, Əhməd Qədir-Xumda gətirdi-
Əlini və yəhərlərdən minbər düzəltdi,
Qalə mən kuntu ənə movlahu,
Fə Əliyyin ləhu movla və məfərr
Dedi: Mən hər kəsin mövlasıyamsa,
Əli də onun mövlası və pənahgahıdır.
Qəblə təyini vəzirin və vəsiyy
Həl təra fatə nəbiyyun və həcər?
Vəzir və canişin təyin etməzdən əvvəl,
Elə bir peyğəmbəri görmüsənmi ki, vəfat edib və hicrət etsin?!
Mən əta fihi nususin bi xususin,
Həl bi icmai əvamin yunkər?
Bir kəsin barəsində xüsusi aşkar dəlillər gələrsə,
Avam camaatın fikir birliyi ilə inkar oluna bilərmi?
Ayətullahi və həl yuchədu mən
Geri | İrəli |