A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: mərsiyələr, şerlər, xütbələr
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 183
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Nə rava çırağı məhəbbətin,

Bu çətin zəmanidə yanmasın

Özüzü mənə yetirin bu can

Yorulan bədəndə yubanmansın

Kəfən istədim, məni əfv edin

Bu sözüm Hüseynə toxunmasın

O yatıbdı qəbridə bi kəfən

Ölürəm Həsən, ölürəm Hüseyn

***

Həsən ey gözəlliyinin sözü

Deyilən Hicazü-Əraqidə

Töküləndə teşnə cigərlərin

Mən idim əcəb tərəvə silən

Belə bir zəmani fəraqidə

O bəlalı başuvi saxlayan

Bilirsən kimidi qucağida?

–Mən idim əcəb tərivi silən

Ölürəm Həsən, ölürəm Hüseyn

***

İki munisim, iki həmdəmim

İki afitabə[853] məsəl sözüm

İki rəhbərim, iki sərvərim,

İki dilbərim, iki xoş sözüm

İki qardaşım, iki sevimlim

Biri sağ gözüm, biri sol gözüm

İki nuri-dideyi Bul-Həsən[854]

Ölürəm Həsən, ölürəm Hüseyn

***

Nə qədər yazıb yazımı qara

Qələmi qəzavü-qədər mənim

Xətər oldu Zeynəbə həmqədəm

Hara getdim olmadı iymənim[855]

Nə bəlalı çöl mənə qəbr olub,

Nə Mədinə torpağı mədfənim

Bacıza olur hara gör vətən!

Ölürəm Həsən, ölürəm Hüseyn

***

Gəhi könlümü aparıb Bəqi

Gəh aparıbdı qəlbimi Kərbəla

Nə Bəqidən mənə səs gəlir

Nə yetir dadıma Neynəva

Nə təbibim oldu nə bir dava

Ürəyim yaralı qəlbim yaralı,

Bədənimdədir qara pirəhən

Ölürəm Həsən, ölürəm Hüseyn

***

Bədənimdədir qara pirəhən

Ölürəm Həsən, ölürəm Hüseyn

Necə aşiqəm bilirsiz özüz

Mənə sizsiz olmadı xürrəmim

İlin ağladım on iki ayın

Nə səfər ayın, nə məhərrəmin

Kül ola, məgər verələr yelə

Apara yel hər yerə zərrəmi

Yenə eşqidən deyərəm süxən

Ölürəm Həsən, ölürəm Hüseyn

***

Görün izzəti mənamızın tozuna

Batım bələşim gedim

Qəmi Əkbərə, qəmi Qasimə

Hər ikizlə mən mələşim gedim

Üçümüz dodaq-dodağa qoyaq

Ki doyunca busələşim gedim

Deyim ax Hüseyn, deyim ax Hüseyn

Ölürəm Həsən, ölürəm Hüseyn

***

Mən Zeynəbəm, 2-3 ildə ömrüm baş axtarır

Can üstə intizar gözüm qardaş axtarır

Qəlbim tutuldu öz vətənimdə qalammadım

Bildim mən Ruqəyyə balam yoldaş axtarır.

FƏRYAD O ZAMANDAN Kİ

Fəryad o zamandan ki, Şamə üsəra gəldi

Həm Zeynəbü həm Gülsum, həm Zeynül-ibad gəldi

***

Təxt üstə Yezid ol dəm, Şümrə dedi ey cəllad

De Kərbübəladə sən, nə zülm elədin icad

Kim oldu zəlil axir, kim oldu axır dilşad

Kim izzü-cihad oldu, kim aldı liqa gəldi

***

Kim oldu şəhid əvvəl–Əbbas ələm pərvər!

Ondan sora kim oldu–şəhzadə Əliəkbər!

Ondan sora kim oldu–ol Qasimi gül peykər!

Ondan sora kim oldu–ləb teşnə Ələəsğər!

Kim oldu şəhid axir–Şahənşəhi bi yavər

***

Hökm eylədim ol şahə bağlandı su yolları

Göndərdi sudan ötrü Əbbas Ələmdarı

Can rerdi o ləb təşnə düşdü yerə qolları

Ol dəmdə başı üstə Şahi şühəda gəldi

***

Firdövsidə Zəhranın qırdı belini qəmdən

Nə şərmi Xudadən mən, qıldım nə Peyambərdən

Bir tiri atıb vurdum, hülqi Əliəsğərdən

Matəmzədə Zeynəb çün, həngamə bəla gəldi

***

Aldım əlimə xəncər, mən Şümri sitəmpərvər

Hökm eylədim ol dəmdə, bağlandı hamı səflər

Tökdüm şərər əflakə, od tutdu cəhan yeksər

Zeynəb baş açıq şamə, ol bəxti qara gəldi

***

Gül dəstəsi tək bağlı, övladi Əli bör-bir

Üryan dəvə üstündə, ta bəstə qolu zəncir

Daxil elədim Şamə, qıldım fələki dilgir

Min dərdə "Zəbih" ilə, bu əhli əza gəldi.

XIRDA QƏBRÜVƏ ZEYNƏBİN QURBAN

Dur gedək qızım gedir karivan

Xırda qəbrüvə Zeynəbin qurban

***

Deyirdin əmmə gedək vətənə

Mənzilin olub şəhri Mədinə

Bacı bəs hanı mənim güllərim

Qalıbsan məndən kənar ellərdə

Xırda qəbrivə Zeynəbin qurban

***

Mənim bülbülüm düşmüsən dildən

məgər nə olub küsmüsən məndən

Əsir qəribə oxşayan olmaz

Dur gedək qızım gedir karivan

Xırda qəbrivə Zeynəbin qurban

***

Qəribəm qızım ağlayan olmaz

Yetim qəbrini yoxlayan olmaz

Əsir qəbrindən oxşayan olmaz

Dur gedək qızım gedir karivan

Xırda qəbrüvə Zeynəbin qurban

***

Xaraba mənzildə yatmadım balam

Rahat olmadım yatmadım balam

Torpaqlr olub baluşun bala

Dur gedək qızım gedir karivan

Xırda qəbrüvə Zeynəbin qurban

***

Şümrü-bihəya çox vurub səni

Qətil eyləyib incidib səni

Qərib ölməyin yandırıb məni

Dur gedək qzım gedir karivan

Xırda qəbrüvə Zeynəbim qurban

***

Nalə eylərəm ağlaram səni

Yatmaram qızım ağlaram səni

Zakirəm söylərəm ağlaram səni

Dur gedək qızım gedir karivan

Xırda qəbrüvə Zeynəbin qurban

Ruqəyyə nazlı surətin, qoyma divarə (2)

Bu kərbəla yollarına, baxma avarə (20

Ağlama, Ruqəyyə (2)

***

Həva dolar yağar vəli, sən kimi dolmaz

Çəməndə gül solar vəli, sən kimi solmaz

Cahanda çox yətimə var, sən kimi olmaz

Ağlama, Ruqəyyə (2)

***

Xərabədən kənara çox, getmə məhparə

Vurur bu Şamın qızları qəlbivə yarə

Çətindi ayrılıq bala, məndə yox çarə

Ağlama, Ruqəyyə (2)

***

Üzarə bir belə qızım, tökmə göz yaşın

Bibin kimi bəlalərə, tuş olub başın

Bu Şamın əhli bilməsin, yoxdu qardaşın

Ağlama, Ruqəyyə (2)

***

Torpaqlar üstə can verir, Zamini ahu (2)

Canın Həqqə qurban verir, Zamini ahu (2)

Yox bir kəs, ağlasın, gözlərim bağlasın (2)

***

Musər-Rizanı etdilər, zülmilə məsmum[856]

Qürbət vilayətdə qalıb, hər nədən məhrum

Çatmır əli bir kimsəyə, can verir məzlum

Yox bir kəs, ağlasın, gözlərin bağlasın

***

Namə yazıb Məsuməyə, çox məlal ilə

Də"vət edib Tusə onu çox cəlal ilə

Məsumə düşdü çöllərə, şuri hal ilə

Yox bir kəs, ağlasın, gözlərin bağlasın

***

Məsumə Qumda can verir, sinədə namə

Öldü Rizanı görmədi, oldu həngamə

Qaldı Cavadı əmməsiz, gün dönüb şamə

Yox bir kəs, ağlasın, gözlərin bağlasın

***

Bir kəştiye bi sahilə,[857] bənzərəm əl"an

Gülzaridə solmuş gülə bənzərəm əl"an

Küncü-qəfəsdə bülbülə, bənzərəm əl"an

Yox bir kəs, ağlasın, gözlərin bağlasın

***

Zəhr aldı Şahi Tusidən, taqətü-yara

Qəlbi yananda səslənir, vay ana Zəhra

Yetməz səsi bir kimsəyə, can verir tənha

Yox bir kəs, ağlasın, gözlərim bağlasın

***

Gahi dodaqlardan çıxıb, yandıran sözlər

Səslir Cəvadım gəl atan, gəl yolun gözlər

Gahi bəharın əbritək, yaş tökür gözlər

Yox bir kəs, ağlasın, gözlərin bağlasın

Viranədə nazlı balam (2) can verdi dincəldi

Bu düxtəri şirin zəban (2) can verdi dincəldi

***

Bəxti o tiflin ovcidən düşdü sərazirə[858]

Yeksər ata-qardaşların, çəkdilər şəmşirə

Kərbübəladən Şaməcən, bağlandı zəncirə

Yatmaq ona oldu haram, can verdi dincəldi

***

Qaldı orada bikəfən, Allah balam öldü

Bir kimsənə yox dəfn edə, Allah balam öldü

Asudə oldu zülmüdən, Allah balam öldü

Hər zəhmətə etdi davam, Allah balam öldü

***

Hər bir gecə Əkbər boyun, oxşardı yatmazdı

Şimri görən gün ol gecə, qorxardı yatmazdı

Çox yalvarardım yat qızım, ağlardı yatmazdı

***

Qüslün verən yoxdu nədən, öldü balam öldü

Öz məcərində dəfn edin, öldü balam öldü

Sönməz odun yandım dedin öldü balam öldü

***

Axşam oldu nənə, (2) qurban ollam sənə

Sən də yaralı, mən də yaralı (2)

***

İndi səs ver mənə, (2) başlayaq şivənə

Sən də əzalı, mən də əzalı.

***

Qapıları bağlayaq, sinəmiz dağlayaq

Səs qoşub ağlayaq

Ay çıxdı göydə, söndür çırağı

Xəlvət edək bu qəmli otağı

***

Hər gün axşam olur qəlbimə qəm dolur

Gün tək rəngin solur

Gündə atamı, qəlbimə sallam

Məsciddən çıxıb, qapıda qallam

***

Hər gün aldım xəbər, dedin axşam gələr

Axşam oldu səhər

Hey qaş ağardı, şəfəq saraldı

Babam gəlmədi, gözüm saraldı

***

Qəlbimi qəm alır, qəm-qəm üstən yağır

Gözlərim əşg gəlir

Yol gözləməkdən, düşdüm ayaqdan

Hamı yətimi, tanır uzaqdan

***

Anasının cavabı:

Gəl düşək çöllərə, üz tutaq göylərə

Tapşıraq ellərə

Atan gedəndən, getmiş qonaqlar

Sinəmi dağlar, bağlı otaqlar

***

Ey qəmər təl"ətim, dürrü-por qiymətim

Boynu çiynində, səbr evim yıxma

İzzətim, şövkətim, qəlbidə həsrətim

Allah kərimdi, oğlum darıxma

***

Ey mənim naz gülüm, sevgili yaz gülüm

Dərdivi yaz gülüm

Tapşır ərizən, badi səbayə

Əbbas atandan, eylə gilayə

***

Gül əkdim bal dərəm, qəlbim etdi vərəm

Vay mənə neylərəm

Sən hər güləndə, dərdim azalır

Baba deyəndə, rəngin saralır

***

Sinəmi dağlama, çarəmi bağlama

Oxşayıb ağlama

Canım bu şirin, sözlərə qurban

Əbbasa bənzər, gözlərə qurban

***

Qoy silim gözlərin, bir öpüm ləblərin

Salmışam bəstərin

Süzdü gözlərin, birdən axıldı

Yat dincəl oğlum, sübhə yaxındır

***

Gözlərin gözəldi, ləblərin əsəldi

Səndə xoş məsəldi

Bu sərvi qamət, bu mahi mənzər

Başdan ayağa, Əbbasə bənzər

***

Dörd gül əkdim dərdim, qalmıyıb bir dərdim

Dörd oğul becərdim

Dörd güldən əl"an, bir qönçə qaldı

Düşmən kam aldı, bağban qocaldı

Bəşir mədinəlilərə xitab edərək dedi: –Ey əhli-Mədinə! Daha sizin üçün Mədinədə qalmağa yer yoxdur. Çünki İmam Hüseyn (əleyhis-salam) qətlə yetirildi, buna görə də ürəyim qan ağlayır. Onun bədəni Kərbəlada qana qəltan olmuşdur və (müqəddəs) başını nizədə şəhərbəşəhər gəzdirdilər.

Bəşirin sözləri bura çatdıqda, camaat başlarına-vurur, "Vay Hüseyn, Vay Hüseyn, vay məzlum!" deyib ağlayırdılar. Bir neçə nəfər Bəşirin ətrafına yığışıb soruşdular: –Bəs ismət və təharət Əhli-beyti indi haradadır?

Bəşir dedi: –Əhli-beytin sağ qalanları şəhərin kənarındadır. Ey Mədinə əhli, haliyədə İmam Səccad əmmələri, bacıları ilə birlikdə sizin yaxınlığınızda, şəhərin kənarında çadır qurmuş, məni sizin yanınıza göndərmişdir ki, sizi baş vermiş hadisələrdən agah edim. Gəlin gedək onları sizə göstərim.

Camaatın ah-nalə, şivən səsləri fələklərə yüksəlirdi. Qadınlar başlarına, üzlərinə vurub deyirdilər: "Ey müsibətlər anası! Ey Zeynəb! Ey Əlinin qızı, sənin üçün ciyərlər dağlandı. Ey səbir və müqavimət dağı, ey Zeynəbi Kübra! Sənin çəkdiyin müsibətlər nə qədər ağır və böyükdür!

İMAM SƏCCAD (əleyhis-salam)IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

Mədinə əhalisi Həzrət Zeynəbin, Həzrət Səccad (əleyhis-salam)-ın ətrafına yığışıb şivənlə, ah-nalə ilə başsağlığı verməyə başladılar.

İmam Səccad (əleyhis-salam) özünün (camaata) yalgöstərmə vəzifəsinə əməl edib gələcək hərəkət tərzini təyin etmək üçün əli ilə işarə edib camaatı sakitləşdirdi. Hamı hörmət əlaməti olaraq sakit oldu. Sonra o həzrət Allaha həmd edərək buyurdu: "Allaha şükür edirik–həyatın çətinlik və giriftarçılıqlarında, dərdli bəlalarda, qəm-qüssəli hadisələrdə, böyük ağır, qəmmi müsibətlərdə, çətin bəlalarda! Ey camaat, Allaha şükür olsun ki, bizi böyük müsibətlərlə imtahan etdi. İndi islamda Əba Əbdillah Hüseyn (əleyhis-salam) və onun itrətinin öldürülməsi, o cənabın ailəsinin əsir edilməsi kimi ağır itki baş vermişdir. O həzrətin müqəddəs başını nizə başında şəhərbəşəhər diyarbadiyar gəzdirdilər. Bu, elə bir faciədir ki, misli görünməyib. Ey camaat, sizdən hansı biri Hüseyn (əleyhis-salam)-ın şəhadətindən sonra şad olacaq? Hansı bir qəlb ona görə qəmgin olmaz? Hansı göz yaş axıtmadan çəkinər? Halbuki, atamın şəhadətində asimanlar ağladı, dəryalar öz dalğaları ilə ona ağladılar; asimanların, yerin fəryadı ucaldı, ağacların şəxələri, dəryadakı balıqlar, müqərrəb mələklər və bütün səma əhli bu müsibətdən cuşa gəldi, matəm saxladı.

Ey Mədinə əhli, hansı qəlb Hüseyn (əleyhis-salam)-ın qətlindən təsirlənmədi? Hansı qulağın islamda baş vermiş bu itkini eşitməyə taqəti var?

Ey camaat, bizi pərakəndə edib şəhərbəşəhər dolandırdılar, öz şəhər və diyarımızdan elə uzaqlaşdırdılar ki, elə bil biz Türküstan, yaxud Kabul əhliyik. Biz heç bir günah, təqsir, yaxud xoşagəlməz işə əl atmadan bu qədər zülmü bizə rəva gördülər; elə bir zülm ki, bunu heç öz əcdadlarımızdan da eşitməmişdik. Allaha and olsun, əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bizi onlara sifariş etmək yerinə, onlara bizi öldürmələrini əmr etsəydi, bizim barəmizdə rəva gördükləri bu zülmdən, sitəmdən artıq iş görə bilməzdilər. Bu müsibət necə ürəkyandıran, acı və çətin idi! Allah onların bizə qarşı etdikləri bu qədər zülmün hesabına yetişəcəkdir. Çünki intiqam alan və qüdrətli yalnız Odur.

Bu xütbədən sonra Əhli-beyt (əleyhimüs-salam) karvanı Mədinə camaatının naləsi, şivəni altında şəhərə daxil oldu. Əhli-beytin gözləri Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qəbrinə düşəndə, nalələr göyə qalxdı: "Va Cəddah! Va Mühəmməda! Ya Rəsuləllah, sənin gözlərinin nuru Hüseyni susuz öldürdülər, sənin Əhli-beytini romalı əsirlər kimi şəhərbəşəhər, şəhidlərin başları ilə birlikdə dolandırdılar."

Həzrəti Zeynəb (əleyha-salam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) məscidinin çatıb qapıdan yanınıda dedi:

"Ey mənim əziz cəddim, Hüseyn (əleyhis-salam)-ın şəhadət xəbərini sənə gətirmişəm!."

"Ey əhli-Mədinə! Daha sizin üçün Mədinədə qalmağa yer yoxdur. Çünki İmam Hüseyn (əleyhis-salam) qətlə yetirildi. Buna girə də göz yaşım yağış kömi yağır, Onun bədəni Kərbəlada qana qəltan olmuşdur və (müqəddəs) başını nizə başında şəhərbəşəhər gəzdirdilər.

Bəşirin sözləri çatdıqda camaat başına, gözünə vurur, deyirdilər: Vay Hüseyn, vay Hüseyn-vay məzlum!

Bir neçə nəfər Bəşirin ətrafına yığışıb soruşdular: –Bəs ismət və təharət əhli-beyti indi haradadır?

Bəşir dedi: –Əhli Beytin sağ qalanları şəhərin kənarındadır. Ey Mədinə əhli, haliyədə İmam Səccad əmmələri, bacıları ilə birlikdə sizin yaxınlığınızda, şəhərin kənarında çadır qurmuş, məni isə sizin yanınıza göndərmişlər ki, sizi baş vermiş hadisələrdən agah edim. Gəlin gedək onları sizə göstərim.

Camaatın ahü-naləsi əl səsləri fələklərə yüksəlirdi. Arvadlar başlarına üzlərinə vurub deyirdilər:–Ya müsibətlər anası! Ey Zeynəb! Ey Əlinin qızı, sənin üçün ciyərlər dağlandı. Ey səbr və müqavimət dağı, ey Zeynəbi Kübra! Sənin çəkdiyin müsibətlər nə qədər ağır və böyükdür?

İMAM SƏCCAD (əleyhis-salam)-IN MƏDİNƏ ƏHALİSİNƏ SÖYLƏDİYİ XÜTBƏ

Mədinə əhalisi Həzrət Zeynəbin, Həzrət Səccad (əleyhis-salam)-ın ətrafına yığışıb şivənlə, ah-nalə ilə başsağlığı verməyə başladılar. İmam Səccad (əleyhis-salam) özünün (camaata) yolgöstərmə vəzifəsinə əməl edib gələcək hərəkət tərzini təyin etmək üçün əli ilə işarə edib camaatı sakitləşdirdi. Hamı ona hörmət göstərərək sakit oldu. Sonra o həzrət Allaha həmd edərək buyurdu: –Allaha şükr edirik həyatın çətinlikləri və giriftarçılıqlarında, dərdli bəlalarda, qəm qüssəli hadisələrdə, böyük ağır, qəmi müsibətlərdə, çətin bəlalarda! Ey camaat, Allaha şükür olsun ki, bizi böyük müsibətlərlə imtahan etdi, İndi islamda böyük itki baş vermişdir. Əba Əbdillah (əleyhis-salam) və onun itrətinin öldürülməsi, o cənabın ailəsinin əsir edilməsidir. O həzrətin müqəddəs başını nizə başında şəhərbəşəhər, diyarbadiyar gəzdirdilər. Bu elə bir faciədir ki, misli görünməyib. Ey camaat, sizdən Hansı biri Hüseynin (əleyhis-salam) şəhadətindən sonra şad olacaq? hansı bir qəlb ona görə qəmkin olmaz? Hansı göz yaş axıtmadan çəkinər? Halbuki, atamın şəhadətində asimanlar ağladı, dəryalar öz dalğaları ilə ona ağladılar. asimanların, yerin fəryadı ucaldı, ağacların şaxələri, dəryadakı balıqlar, müqərrəb mələklər və bütün səma əhli bu müsibətdən cuşa gəldi, matəm saxladı. Ey Mədinə əhli, hansı qəlb Hüseyn (əleyhis-salam)-ın qətlindən təsirliənmədi? Hansı qulağın islamda baş vermiş bu itkini eşitməyə taqəti var? Ey camaat, bizi pərakəndə edib şəhərbəşəhər dolandırdılar, öz şəhər və diyarımızdan elə uzaqlaşdırdılar ki, elə bil biz Türküstan, yaxud Kabul əhliyik. Onlar heç bir günah, təqsir, yaxud xoşagəlməz işə əl atmadan islam dinində dəyişiklik etmə kimi heç bir iş olmadan bu qədər zülmü bizə rəva gördülər. Elə bir zülm etdilər ki, bunu heç öz babalarımızdan da eşitməmişdik. Allaha and olsun, əgər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) bizi onlara sifariş etmək yerinə onları bizi öldürməyə əmr etsəydi, bizim barəmizdə rəva gördükləri zülmdən, sitəmdən artıq iş görə bilməzdilər. Bizim imtahanımız üçün olan bu müsibət necə ürəkyandıran, acı və çətin idi? Allah onların bizə qarşı etdikləri bu qədər zülmün hesabına yetişəcəkdir. Çünki intiqam dlan, qüdrətli yalnız odur. Bu xütbədən sonra Əhli-beyt karvanı Mədinə camaatının naləsi, şivəsi altında şəhərə daxil oldu. Elə ki, əhli-beytin gözləri Peyğəmbərin qəbrinə düşdü, nalələr göyə qalxdı: Va Cəddah! Va Mühəmməda! Ey Rəsuləllah, sənin gözlərinin nuru Hüseyni susuz öldürdülər, sənin əhli-beytini Roma əsirləri kimi şəhərbəşəhər, şəhidlərin başları ilə birlikdə dolandırdılar.

Həzrəti Zeynəb (əleyha-salam) Peyğəmbər məscidinin qapısına çatıb qapının yanında dedi: Ey mənim əziz cəddim, Hüseynin (əleyhis-salam) şəhadət xəbərini sənə gətirmişəm.

İMAM ZAMAN ƏLEYHİSSALAMA XİTAB

Ey sərvəri din[859], şahi mübin[860], höccəti Sübhan[861]

Gözəl aduva qurban (2)

Ürəklər dolu qandır, yetiş dadə amandır (2)

***

Axır nə qədər sayəneşin mehridir asan

Gəl ey xosrovi xuban[862]

Axır nə qədər tul tapar müddəti hicran

Gəl ey xosrovi xuban

Axır nə qədər şiə qalar, didəsi giryan[863]

Gəl ey xosrovi xuban

***

Sən gəlməsən islah ola müşküldü bu dünya

Dolub zülmilə dünya

Koştarü-fsadilə dolub dəhri səlapa

Dolub zülmilə dünya

Yoxdur çəkən asudə nəfəs qüssədən əsla

Dolub zülmilə dünya

***

Ey höccəti Həqq, şibhi Rəsul[864], natiqi Quran

Gəl ey xosrovi xuban

Zəhra balası, dadə yetiş, ey şəhi mərdan[865]

Gəl ey xosrovi xuban

Sənsiz nə qədər səbr eləyər, şiə müsəlman

Gəl ey xosrovi xuban

***

İfritü-sitəm sayə salıb bərqi[866] cəhanə

Gəl ey şahi zəmanə

Hər guşədə məzlum gəlib ahü-fəğanə

Gəl ey şahi zəmanə

Qəm atəşi hər ləhzə çəkər dildə zəbanə

Kəl ey şahi zəmanə

Zülmün odu çox şö"lə salıb külli cəhanə

Gəl ey şahi zəmanə

Zülmün dayağı rəhm eləmir pirü-cəvanə

Gəl ey şahi zəmanə

***

Gözlərdən olub Fatimənin qəbri nihandır

İşim ahü-fəğandır

Göz qəbrə dəyəndə o xanım əşgi fişandır

İşim ahü-fəğandır

Gəl qalmaya gizlində onun qəbri amandır

İşim ahü-fəğandır

Olmuş sənə bu şiə fəda əşgi rəvandır

İşim ahü-fəğandır

Oğlanlarının qəmlərinə göz yaşı qandır

İşim ahü-fəğandır

***

Dilsiz balanın yerdə qalıb qundağı şaha

Dirəng eyləmə[867] şaha

Yandı sitəmi Hərmələdən itrəti-Taha

Dirəng eyləmə şaha



[1]Əzizləmə mənasında: əzizim, ağam

[2]"Qaranlığı yardı"

[3]"ən yüksək nöqtəyə çatdı"

[4]Seçilmiş

[5]İslam filosoflarının nəzərincə, Allah Təalanın "əhəd" adı ilə Peyğəmbərin "əhməd" adı arasındakı yeganə fərq–"m" (mim) hərfi "Mümkünül-vücud"a işarədir, yəni Allah təala Vacibül-vücuddur, (varlığı özündən olan) amma Peyğəmbərin adında olan "m" hərfi onun mümkünül-vücud (varlığı başqasından olan) olduğunu göstərir.

[6]Bəyənilən kamal sifəti

[7]Layiq

[8]Cin və insanlar üçün

[9]Hidayət ələmi, nişanəsi

[10]Haqq nurunun parladığı yer

[11]Quran ayəsidir, tərcüməsi: "And olsun Günəşə!"

[12]Quran ayəsidir, tərcüməsi: "And olsun Günəşin nuruna!"

[13]Peyğəmbərin meraca getdiyi vaxt Allaha yaxınlaşdığı ən yaxın yer (Quran ayəsi)

[14]Quran ayəsidir, tərcüməsi: "De: Allah mənə kifayətdir"

[15]Kövsər hovuzunun suyu

[16]Ağız sədəfində qəltan

[17]Parlaq dürr kimi düzülüb

[18]Qiymətli dürr

[19]Qara xal

[20]Kəbənin qara daşı

[21]İşıq

[22]Camalının parlaq ayı

[23]Haqq nuru üfüqündən

[24]Cilvələnmə, aşkar olma

[25]Həzrətin özünün buyurduğu kimi, bu 25 ili gözlərində qum, boğazında sümük qalan adamlar kimi başa vurdum.

[26]Mütəvatir–istər şiə, istərsə də sünnü hədisçiləri tərəfindən dəfələrlə, həddindən artıq nəql olunan və azacıq da olsun, doğruluğunda şəkk-şübhə yeri qalmayan hədislərə deyilir.

[27]ərəb dilində "istəmək" sözü həm "yüridü", həm də "yəşaü" kəlmələri ilə gəlmişdir. "Yüridü" o əmr və göstərişlərə aid olunur ki, onlar Allah tərəfindən inşa edildikdə ondan qaçmaq heç cür mümkün olmaz, amma "yəşaü" ilə bəyan olunan əmrlərdə isə, Allah hər hansı bir işi istəyir, amma kimsə bu istəklə müxalifət edə bilər. Deməli, qeyd olunan ayədə əhli Beytin paklığı elə sadəcə istək deyil, əksinə, elə bir istəkdir ki, əsla ondan qaçmaq olmaz.

[28] İbni Abbasdan nəql olunub ki, bu ayə nazil olanda soruşdular ki, ya Rəsuləllah, məhəbbət bəsləməyin vacib olduğu yaxın adamların kimlərdir? Həzrət buyurdu: "əli, Fatimə, Həsən və Hüseyn." əlavə məlumat üçün bax: "əd-dürrül-mənsur", 6-cı cild, səh.7; Təbərinin təfsiri, 25-ci cild, səh.14; "Müstədrəki-Hakim", 2-ci cild, səh.444; "Müsnədi-əhməd", səh.199; "Yənabiül-məvəddət", səh.15; "əs-səvaiqül-muhriqə", səh.11 və 102; "Zəxairül-üqba", səh.25. (Hamısı mötəbər sünnü kitablarıdır.)

[29]Bax: "Səhihi-Buxari"nin şərhi (İbni Həcər), 8-ci cild, səh.157; habelə, "Səhihi-Buxari"nin Kermani tərəfindən şərhi.

[30]"Nəhcül-bəlağə"nin şərhi, 4-cü cild, səh.87

[31]Ömür sürmək, yaşamaq



Geri   İrəli
Go to TOP