![]() |
|
Kitabın adı: | mərsiyələr, şerlər, xütbələr |
Müəllif: | |
Naşir: | Şəhriyar |
Çap tarixi: | 2008 |
Səhifələrin sayı: | 183 |
Çap növbəsi: | Birinci |
Tirajı: | 3000 |
Geri | İrəli |
Bu müsibətlərdən təkcə biri insanın qəlbini dağlayar, hətta qəzəblənmiş aslanı da belə acizliyə, süstlüyə düçar edərdi. Amma Əmr ibni Əbdüvəddi, Mərhəbi öldürən, Xeybər darvazasını yerindən qoparan Əli (əleyhis-salam) qızı xatircəmlik, qəlbi yəqinlə dolu olan okeanın sahilinə yan aldı, ən nüfuzlu bəsirətdən bəhrələndi. O həzrətin şənində təkcə bunu demək kifayətdir ki, onun bu elmi, zəkası heç bir müəllim, alim tərəfindən olmamış, əksinə, Allah tərəfindən ona verilən ilahi bəxşişlərdən bəhrələnirdi.
İmam Səccad (əleyhis-salam) bu barədə buyurur: "Ey əmmə, əlhəmdülillah sən təlim görməmiş bir alimə, dərrakəli bir insansan ki, bu dərrakəni bəşərin öyrəndiyi yolla öyrənməmisən (Yəni bunu Allah vermişdir)."
Məhz bu səbəbə körə də Zeynəbi kübra bu ağır müsibətlərə baxmayaraq, atası Əmirəl-möminin (əleyhis-salam) kimi elə qüdrətli kəlamlar danışdı ki, qılıncdan iti olan bu kəlamlar ox kimi Übeydüllahın qəlbinə sancılırdı. Həzrəti Zeynəb buyurdu: -Bunlar elə bir tayfa idilər ki, Allah şəhid olmağı onlar üçün yazmışdı. Onlar öz əbədi yerlərinə tələsdilər. Çox çəkməz ki, Allah onlarla səni bir yerə yığar, sizi (onların qarşısında) haqq-hesaba çəkər, onda bax gör qələbə kimin olacaqdır, ey Mərcanənin oğlu, anan matəmində otursun!
Bundan sonra İbni Ziyad İmam Səccad (əleyhis-salam)ı məclisdə gördü, soruşdu: -Bu cavan kimdir?
Dedilər: –Əliyyibni Hüseyndir.
İbni Ziyad dedi: –Məkər Allah Əliyyibni Hüseyni öldürmədimi?
İmam Səccad buyurdu: –Mənim Əli adlı böyük qardaşım var idi ki, camaat onu öldürdü.
İbniZiyad dedi: –Yox, onu Allah öldürdü!
İmam Səccad (əleyhis-salam) "Zümər" surəsinin 43-cü ayəsini qiraət etdi: "Allah əcəl çatan vaxt canları alar."
İbni Ziyad dedi: –Mənim hüzurumda hazırcavablıq edirsən? Əmr edərəm, boynunu vurarlar!
Zeynəb (əleyha-salam) bu sözü eşitcək dərhal buyurdu: –Ey ibni Ziyad, sən daha bizdən heç kimi sağ qoymadın. Mənim də qətlimə hökm ver!
İmam Səccad (əleyhis-salam) öz əmməsini sakitləşdirdi, ibni Ziyada xitabən dedi: –Məni ölümlə hədələyirsən? Məgər bilmirsən ki, (Alah yolunda) öldürülmək bizim adətimizdir və bizim əzəmətimiz şəhadətdədir?[726]
HƏZRƏTİ ZEYNƏBİN İBNİ ZİYADIN MƏCLİSİNDƏKİ NİTQİ
Mahi mehrabi ibadət,[727] gövhəri kərbü-vəfa[728]
Zeyni əb[729], fəxrül-əimmə[730], şərəfi əhli həya[731]
Şir zən[732], düxti Əli[733], məzhəri Xatuni cəza[734]
Aşiqi-dərbədəri-eşqi qəməfzayi-Hüseyn[735]
Vaqifi niyyəti sövdayi mühənzayi Hüseyn[736]
Zinəti teşneyi por cuşişi kəlmati Xuda[737]
Sözü möhkəm, özü ərzəndə[738] vəkili-şühəda[739]
Əmmeyi Məhdiye möv"ud[740], kəfili üsəra[741]
Atəşin kəlmələri zinəti tarixi bəşər[742]
Müstəbid[743] şəxslərə məntiqi elami xətər[744]
Kə"beyi məqsədü-məqsudi olan Kərbübəla
Fidyəgahı[745] şühəda məqtəli[746], ehramı qara
Xeyməvü-təll[747] arasında eləyən səyi Səfa[748]
Zəmzəmi bəhr kimi mövc eliyən[749] nəhri Fərat[750]
Nisfi yanmış çadırı rütbədə fəxri Ərəfat
Hafizi əhli hərəm[751], hamiye fərzəndi Rəsul[752]
Helmidə misli Həsən, zöhdü-ibadətdə Bətul
Ağlayan, qibleyi taətdə verən səcdəyə tul[753]
Qəmi çox, qüssəsi çox, cami bəladən mədhuş[754]
Zülfü ağ, qaməti xəm, qəlbi yara, xanə beduş[755]
Yeri var ərz ola Zəhra evin abad olsun
Baği üdvanidəki qəm ürəyin şad olsun
Səndən ilham alan qız gərək ustad olsun
Ana sözü deyilsə, müsəlləmdi[756] sər məktəb olar
Zəhra, hər ana sən kimi olsa, qızı da Zeynəb olar
Olmasaydı qızuvun məntiqi bürrası[757] əgər
Oğluvun nehzətinə[758] yetmiş idi dəsti xətər[759]
Neynəva faciəsindən yox idi indi əsər
Dəsti təhrif[760] ilə xuni şühəda bitmişdi
Beyrəqi[761] küfr ucalıb din ələmi yatmış idi
Üməmin[762] nəslini sərkub eliyən Zeynəbdi
Kufə əşrarini[763] məğlub eliyən Zeynəbdi
Səni bu bəzmdə[764] məhbub eliyən Zeynəbdi
Onun eşqi səbəb olmuş o axan göz yaşuva
Səni Zeynəb gətirib, gəlməmisən öz başuva
Məclisə Zeynəbin eşqilə cəm olmuş hüzzar[765]
Hərənin qəlbidə bir hacəti, bir mətləbi var
Dərgəhində mütəvəssildi hamı təziyədar
Hamı mayildi o mərziyyə şiyəndən[766] danışaq
Xanımın Kufədəki çəkdiyi qəmdən danışaq
Valiyi Kufə Rəsulullah ilən etdi inad
Məclisə çəkdi Əli qızlarını ibni Ziyad
Ləkkədar eylədi tarixi o napak nihad[767]
Dövrəyə aldı o məclisdə oğul qardaşını
Təxtinin üstünə qoydurdu Hüseynin başını
Elə məğrur eləmişdi onu fəthin əsəri
Şad olub güldü, kəsik başa düşəndə nəzəri
O qəzibi gətirib əldə cəfa gərdişinə[768]
Neçə yol qamçını endirdi Hüseynin dişinə
Zeydi Ərqəm dayana bilmədi durdu ayağa
Saxla əl! İbni Ziyadə dedi–ey şumi dəğa[769]
Heç bilirsən ki qəzibin dəyir hansı dodağa?
Vurma o qanlı dodağa mənə səlb oldu[770] dözüm
Görmüşəm Xatəmi Peyğəmbər öpəndə mən özüm
Gətirib qeyzə Ziyad oğlunu Zeydin süxəni[771]
Qoymayırsan, dedi şad olmağa məclisdə məni
Ömrümün xoş günüdür, cəşn edirəm mən ələni[772]
Çək xəcalət üzüvə tökmə belə göz yaşuvi
Pirsən[773], yoxsa bu saət kəsərəm mən başuvi
Tərk edib Zeyd gözü yaşlı o bəzmi xətəri[774]
Üsərayə dolanıb ibni Ziyadın nəzəri
Gördü bir iddə[775] yetimə qızı əfsürdələnib[776]
Məclisin rö"bü[777] veribdir onlara hökmü-sükut
Arada bir uca boy ovrət[778] oturmuş məhbut[779]
Üsərayə tutb üz aldı Ziyad oğlu xəbər:
Kimdi bu övrəti bi vahimə, məğrurə sifət?
Öləni yoxdu bunun Kərbü-müəlladə məgər?
Eliyib məclisimin əhlini təhdid oturub
Üsəranın vəsətində elə bil şir oturub
Vermədi Zeynəbi Xatun o namərdə cavab
Ayağa durdu kənizin birisi etdi xitab:
Məzhəri Fatimə Zeynəbdi bu ey xanə xərab
Zeynəb adın eşidən vəxtidə ol kani fəsad[780]
Fəvəran eylədi[781] qəlbində olan büğzü-inad[782]
Dedi Zəhra qızına: Həmd edirəm Allaha
Zeynəb!Bizi nüsrətlə[783] yetirdi hədəfi dilxahə[784]
İstəyirdi gedə övladi Əli birahə[785]
Dəsti Mənnan[786] sizi rüsvay elədi, xar olduz!
Zahir oldu yalanız, zarü-giriftar olduz!
Dedi Zeynəb: –Edirəm Zati Xudavəndə səna
Bizi Peyğəmbər ilə eyləyib əngüştnüma[787]
Pakidir damənimiz[788] eybdən, ey şumi dəğa!
Baği xilqətdə[789] tikansız, vəli biz misli gülük
Fasiqi Həqq eləyər xar, o da ki biz deyilik
O şəqi[790] gəldi dübarə belə qoftar elədi[791]
Bu şəmatətli sözü Zeynəbə izhar elədi:
Qardaşınla de görüm Haqq necə rəftar elədi?
Də"viye səltənət[792] eylirdi Hüseyn ibni Əli
Verməyibdi o səbəbdəndi bizə beyət əli
(Qan Zeynəbin damarlarında cuşə gəldi)
Gördü ki, Zeynəb Übeydullah olub özbaşına
Ələnən[793] bəzmdə tövhin[794] eliyir qardaşına
Elə fikr etmə pənahəndə olub[795] göz yaşına! Yox!
Bəhri por mövcilə[796] tufanə özün vurdu xanım
Üsəranın vəsətindən[797] ayağa durdu xanım
Dedi qızlara: nə qorxun nə də gül tək saralın!
Ləşgərim, siz düzülün nəzmilə dövrəmdə qalın
Dedi Gülsumə bacı, sağaldan hanı bu dil yaranı?
Danışım mən bacı, sən saxla Ruqəyyə balanı
Qardaşın başın nida eyliyib meracın
Kə"beyi eşqə çəkib yetmiş iki üşşaqın
Sipər etdi özünü itrətinə, Quranə
Qoymadı sədmə yetə, sureyi Ərrəhmanə
Tez olur, qalibi, məğlubu tanır əhli cahan
Mədh edər qardaşımın nehzətini[798] pirü-cavan
Sənə tarixdə lənətdi fəqət namü-nişan[799]
İftixar oldu şəhadət xələfi Tahayə[800]
Qabiliyyət hanı səndə baxasan mənayə?!
Zinəti cənnəti məvadi[801] Hüseyn sən kimsən?
Höccəti Zati təvanadı[802] Hüseyn, sən kimsən?
Sinə pərvərdeyi Zəhradı[803] Hüseyn, sən kimsən?
Dayəsi oldu viladətdə behişt hurası
Mənbəyi feyz olacaq dəhheyi Aşurası[804]
Qardaşımdır şərəfi əhli yəqin, sən kimsən?
Fəxr edir adına Firdövsi bərin[805], sən kimsən?
Tərpədibdir beşiyin Ruhul Əmin, sən kimsən?
Olma sən fikr elədin Kufədə münsif[806] yoxdu?
Fatimə oğlunu burda tanıyan çox-çoxdu!
Y Ə B N Ə Z İ Y A D !
Həmd ola zümreyi mərdani Xuda[807] bizdəndi!
Əhli əzkarü-ibadatü[808] dua bizdəndi!
Nücəba[809] zümrəsi bizdən, şühəda[810] bizdəndi!
Elmü-helmü-siləvü[811] cudü[812] kərəm bizdəndi!
Rahi vəhdətdə[813] olan pişqədəm bizdəndi!
Əvəzində buların zülmü-cəfa sizdəndi!
Fasiqü-facirü-bişərmü[814] həya sizdəndi!
Əhli mey, əhli xəta, əhli zina sizdəndi!
Dinü Quranilə də"vayə çıxan sizdəndi
Atamı Kufədə mehrabə yıxan sizdəndi!
Hövzü-Kövsərdə siqayət eliyən[815] bizdəndi!
Düz yola xəlqi hidayət eliyən bizdəndi!
Mərəzi şirkə[816] təbabət eliyən bizdəndi!
Beyti Məmuridə[817] təfsir deyən bizdəndi!
Qabi qovseynidə[818] təkbir deyən bizdəndi!
Zülmilə qəsbi xilafət eliyən sizdəndi!
Qan töküb qətlü-cinayət eliyən sizdəndi!
Baş açıb xeyməni qarət eliyən sizdəndi!
Şərəfin cifeyi dünyayə[819] satan sizdəndi!
Südəmər dilsiz uşağə ox atan sizdəndi!
Od sizin, şö"lə çəkən xeymə səra bizdəndi!
Əl kəsən sizdən olub dəsti səfa[820] bizdəndi!
Sili sizdən, rüx Əli nüma[821] bizdəndi!
Xeyzəran[822] çatdı sizə, qanlı dodaq bizdəndi!
Küllər üstündəki məzlum qonaq bizdəndi!
M Ə R C A N O Ğ L U !!
Elə fikr eyləmə payəndədi[823] fəthü-zəfərin
Aşkar oldu bu gün fitnələrin, hiylələrin
İnqilab eyləmişəm Kufədə, yoxdu xəbərin
Mən özüm nazir idim[824] mərdümün[825] ey vay səsinə
Qeyrətin var qulaq as sən də Hüseyn vay səsinə!
Atəşin kəlmələrim qüdrətivi etdi zəif
Tanıdı məhmilimin üstə məni nisvani ətiq[826]
Riqqət əli verdi batıb əşgi qəmə surətlər
Başların yoldu tamaşayə gələn övrətlər
Zeynəbin nitqi Ziyad oğluna çox gəldi giran
Təxtin üstə otura bilmədi səlb oldu təvan
HƏZRƏTİ ZEYNƏBİN YÜKSƏK MƏQAMI
İmam Cavad (əleyhis-salam)-ın qızı Həkimədən itaətləri vacib olan şəxslər barəsində soruşum o, İmamları (əleyhis-salam) bir-bir mənə saydı, nəhayət Höccətibnil-Həsənə çatdı, onun da adını çəkdi. Ondan soruşdum ki, on ikinci İmam haradadır. Cavab verdi ki, qeyb aləmindədir.
Soruşdum: –Bəs onda şiələr kimə pənah aparsın?
Dedi: –Onun nənəsinə, İmam Həsən Əsgərinin anasına.
Dedim: –Mənə əmr edirsən ki, bir arvadı öz yerinə canişin qoyan bir adamı özümə İmam seçim?
Dedi: –Bu, İmam Hüseyn (əleyhis-salam)a iqtida etməkdir, zahirdə bacısı Zeynəbə vəsiyyə etdi. İmam Səccad (əleyhis-salam)-ın elmlərindən çıxan hər bir şey Zeynəb (əleyha-salam)-ın dilindən idi, beləliklə İmamət işi gizli qaldı[827]
Elə bu dəqiq məsələyə görə də izzət və din yolunun şəhidi öz bacısını özü ilə yanaşı apardı, çünki, o həzrət bilirdi ki, onun müqəddəs hədəfləri öz şəhadəti ilə, Bəni Üməyyənin səltənət hiyləsi ilə başqa cür olacaq; və əgər bacısının kəskin nitqləri olmasa, o şəhadətin həqiqəti məsx olunacaq (tərsinə cilvələndiriləcək), xüsusilə də Peyğəmbər ailəsi qılıncların, nizələrin mühasirəsində olan ağır vəziyyətdə Həzrət Zeynəb (əleyha-salam) qılıncdan da kəsərli olan bir nitq ilə İbn Ziyadın, Yezidin cinayətləri üstündən pərdələri götürdü.
Etdi əvvəl başda möhkəm məcərin Zəhra qızı
Ay kimi gün surətin əfraddan pünhan eylədi
kufədə Zəhra qızı məhşər nümayan eylədi[828] (2)
Başladı bir xütbə dərsi xəlqi heyran eylədi (2)
***
Dur nisar etsin[829] həyanın ba ədəb gənzinəsin
Başlıyıb bir xütbə qəlbinin ayinəsin
Ali süfyanın o dəm tətil olub kabinəsi
Həqqü-həqqaniyyətin dünyaya elan eylədi
***
Gördü Kufə izdihamın Zeynəbi bala məqam
Səslənibdi "üskütu"[830] aya nədir bu izdiham?
Qət olub səslər, düşüb qorxu ürəklərdə təmam
Heydəri Kərrarı guya[831] əzmi meydan eylədi
***
Bir şücaət göstərib ol dəmdə düxti Bu turab[832]
Kufənin vəz"in[833] dəyişdi Zeynəbi Ülya cənab
Dəydi Kufə bir-birə başlandı şurü-inqilab
Bu vəziyyət ali Süfyanı pəşiman eylədi
***
Kufədə zahir olubdu sövləti Şiri Xuda[834]
Bir-birə söylüb gəlib yoxsa Əliyyəl Mürtəza?
Kimdi bu məhmildə salmış aləmə şuri nəva
Nitq ilə bünyani zülmü[835] beylə viran eylədi
***
Nuru zülmətdə görən söylüb gündüzdü şəbdi bu?
Bu şücaətdə əsir olmaz əcəb mətləbdi bu!
Vazeh[836] oldu xəlqə ta Zəhra qızı Zeynəbdi bu
Eşqini təsdiqi əhli kovni imkan[837] eylədi
***
Zeynəbi ki dərsi eşqi Mürtəzadən məşq ala
Bir vücudi ki, onu başdan ayağə eşq ala
Kim şəhamət istəsə ondan gərək sərməşq ala
Kim deyər eşqində Zeynəb zərrə nöqsan eylədi?!
***
İstədi qoftar[838] ilə şəxsiyyətin versin nişan
Gülşəni Zəhradə söylüb bir güləm ənbər fişan[839]
Zeynəbəm cəddim Peyambər kimdə var bu şən coşa
Xarici ad qoydu, qövmi ümmə[840] ünvan eylədi
***
Din yolunda dəstgirəm[841] xoşdu xuni dil[842] yeyəm
Əynimə rəxti əsarət[843] dinim əmr eylib geyəm
Naqə[844] üstə sizlərə hər yerdə dərsi din deyəm
Çün mənə bu hökmü-şər"i Həyyi Rəhman eylədi
***
Gövhərəm gəncineyi ismətdə[845] mən Zəhra rəviş
Eyliyib Zəhra məni bu gündən ötrü pərvəriş
Eyliyəm isbati həqq ey kufiyani bədməniş
Hansı bir millət İmamın qanə qəltan eylədi?
***
Ol kəsik baş ki, görürsüz şahi ətşan başıdır
Müstəfa dilbəndi Zəhra cisminə can başıdır
Heykəli tövhididir mənayi Quran başıdır
Əsdi Quran üstə məzlum əhli Quran eylədi
BİSMİLLAH
Olsa hər kimsədə bu zövqü səfa bismillah
Eyliyə kim səfəri Kərbübəla bismillah
Biz ki amadə[846] olub eyləmüşük əzm cinan[847]
Siz də hümmət edün[848] ey əhli vəfa bismillah
***
Baxma ki, murdar olan cifəsinə dünyanun
Beş gün ömründə çox incitmə, əzizim, canun
Aqil ol kuşiş elə möhkəm elə imanun
İstəsən gər edəsən Həqqi riza bismillah
***
Bu əziz ömrüvü sərf etmə fəna dünyayə
Səlma bihudə yerə başuvi çox qovğayə
huşiyar ol özüvə cəm elə bir sərmayə
Çox peşiman olarsan ruzi cəza[849] bismillah
***
Mərifətçün gətiriblər səni bu dünyadə
Tuşə kəsb eyliyəsən bu səfəri üqbadə
Pürxətərdür[850] səfərün kimsə yetişməz dadə
Qeyri bu pənci təni Ali-əba bismillah
***
Xamisi Ali əba olmuş Hüseyni bikəfən
Ol qəribü-Kərbəla avareyi şəhr-vətən
Başü-canundan keçüb ümmət yolunda şövqilən
Şiə lazımdır tuta hər il əza bismillah
***
Yatmayun qəflətlə çox ey şiələr, bidar[851] olun
Ömrüzi sərf etməyün bica yerə hüşyar olun
Qəbrinə hər il Hüseynün sidq ilə zəvvar olun
Hacətün olsa olur onda rəva bismillah
***
Mətləbün olsa əgər ağla Hüseynə sübh-şam
Gör tədarük səfəri Kərbübəla eylə xuram
Qoy üzün dərgəhinə ixlas ilə eylə salam
Üz qoyub bu dərgahə şahü-gəda bismillah
***
Çün olub icad küll kainatə bu səbəb
Məhrəmu əsrar həqdür məxzəni elmü-ədəb
Daxili cənnət olur zəvvar laşək bisəbəb
Türbəti hər dərd üçün olmuş şəfa bismilah
***
Rövzəsin hər kəs edə ömründə bir dəfə təvaf
Sanki yüz il edüb o Kəbə evində etikaf
Nazima bazari Yusifdir ələ al bir kəlaf
Qoy qədəm meydani rəzmə çək səda bismillah
KƏRBƏLA FACİƏSİ BİR QUŞUN DİLİNDƏN
(MƏDİNƏ ƏHALİSİNƏ XİTABƏN)
kərbəla çölündən sizə nişan (2)
Pərlərimdə mən qan gətirmişəm
Su kimi olub göz yaşım rəvan
Haləti pərişan gətirmişəm (2)
***
Qasidəm özüm bir quşam vəli
Təkbətək gəlin halimə baxın
Qonmuşam bu divarın üstə mən
Rəngi ruhi əhvalıma baxın
Qan mürəkkəbi ox qələm yazın
Şərhi nameyi balimə baxın
Təşnə ləblərin halini bəyan
Etməyə çox ünvan gətirmişəm
***
Bağladı suyun yolların ədüv
Ali Heydərin ruyinə təmam
Əldə tiği kin, dildə "üqtülü"[852]
Qətligahə üz qoydu əhli Şam
Oldu qızların zikri əl ətəş
Yandı ləbləri əllərində cam
Oldu südəmər oxlara nişan
Axdı su kimi qan gətirmişəm
***
Süd əmər bala, yəni Əsğərin
Halını görən düşmən ağladı
Verdi əlləri üstə can Hüseyn
Çəkdi ahi dil, dildən ağladı
Su yanında doğrandı no cəvan
Verdi Əkbəri can gətirmişəm
***
Batmışam Hüseyn qanına özüm
Ətrilən dolub pərlərim mənim
Qırmızı gülə bənzərəm açıb
Qönçəli gülü-peykərim mənim
Yəsrib əhli siz bir qulaq asın
Dərk edin hamı sözlərim mənim
Tez edin o Suğraya siz bəyan
Rəngi sorxi əlvan gətirmişəm
***
Dəstə quş idik dəstə cəm ilən
Kərbəladə biz hazır olmuşuq
Xeymələr yanan vəqtə qızların
Hali zarinə nazir olmuşuq
Xeyməgəhdə gah qətligahidə
Va Hüseyn deyib zahir olmuşuq
Ox tamam bədənlərdə ləxtə qan
Su kimi rəvan qan gətirmişəm
***
Od vuruldu odlandı xeymələr
Qaçdı çöllərə Ali Müstəfa
Ahü-zar ilən səslənirdilər
Rəhm elə Xuda yandıq odlara
Bəzi səslənir əmmə hardasan
Bəzi "ya əxa", bəzi "ya" əba
Xırda qızların halını əyan
Surətimdə əl"an gətirmişəm
***
Şamü-Kufənin qan tökənləri
Qurdular o səhradə bir əsas
Qarə badilər əsdi aləmə
Tutdu vahimə vəhşəti həras
Məşkini salıb çənginə gedib
Su gətirməyə tacidari nam
Qolları qələm verdi teşnə can
Tutdu gözlərin qan gətirmişəm
***
Sədri zinidən düşdü torpağa
Qətligahidə şahi insi can
Əldə hərbələr firqeyi cəfa
Aldı dövrəsin nizə ox vuran
Hər gələn vurub hər gedən vurub
Gəldi nagəhan Şimr ilə Sənan
Dildə qalmayıb taqətü-təvan
Ya Rəhimi, Rəhman gətirmişəm
***
Qəmkeşəm sənə ya Hüseyn özün
Həşridə başöım üstə sayə sal
Qoyma hali məhşərdə əl"əman
Qəlbimi tuta möhnətü-məlal
Dəftəri qələm əldə hazıram
Ömrümü şəbü-ruzü-mahü-sal
Va Hüseyn deyib etmişəm fəğan
Rusiyahəm ünvan gətirmişəm
HƏZRƏTİ ZEYNƏBİN CAN ÜSTÜNDƏKİ ZƏBAN HALI
Gözü yoldayam, hanı bir gələn (2)
Ölürəm Həsən, ölürəm Hüüseyn
Bacızam mənə gətirin kəfən (2)
Ölürəm Həsən, ölürəm hüseyn
Geri | İrəli |