![]() |
|
Kitabın adı: | mərsiyələr, şerlər, xütbələr |
Müəllif: | |
Naşir: | Şəhriyar |
Çap tarixi: | 2008 |
Səhifələrin sayı: | 183 |
Çap növbəsi: | Birinci |
Tirajı: | 3000 |
Geri | İrəli |
Dedi: –Bəli.
İmam Riza (əleyhis-salam) –O şəhid olandan sonra (onun qüslü, kəfəni dəfni) kimin öhdəsinə idi?
Dedi: –Həzrəti Səccad (əleyhis-salam)-ın.
İmam Riza (əleyhis-salam): –O vaxt Həzrət Səccad harada idi?
Dedi: –İbni Ziyadın zindanında idi, amma ibni Ziyad xəbər tutmadan oradan çıxdı, gedib atasını dəfn etdi, sonra ziyndana qayıtdı.
İmam Riza (əleyhis-salam) –Əliyyibni Hüseynin Kərbəlaya gəlməsinə, atasını dəfn edib yenidən qayıtmasına qüdrət verən şəxs Allah bu zamanın da İmamına qüdrət verər ki, Bağdada gedib atasının (İmam Museyi Kazimin) dəfn işini görməyə qüdrət verər, halbuki o (zamanın İmamı) həbsdə, əsirlikdə də deyildir[696].
Elə ki, İmam Səccad (əleyhis-salam) Kərbəlaya çatdı, gördü ki, bəni Əsəd qəbiləsi sərgərdan qalmış, bədənlərdə baş olmadığı üçün, nə edəcəklərini bilmirdilər.
Həzrəti Səccad (əleyhis-salam) şəhidləri adbaad tanıtdırdı. Ah-nalə, ağlaşma səsləri ucaldı. Bəni Əsəd qəbiləsinin arvadları saçlarını yolur, sinələrinə döyürdülər. Sonra İmam Səccad (əleyhis-salam) o məzlum atasının pak cənazəsinə tərəf getdi, onu bağrına alıb ucadan ağlamağa başladı. Cənazəni qəbir qazılacaq yerə gətirib bir az trrpaq götürdü, birdən hazır bir qəbir açıldı, üstündə də üstü açıq zərih göründü. Cənazənni təklikdə qəbrə qoydu. (Bəni Əsəddən heç kim bu işdə İmam Səccada kömək etmirdi) Sonra buyurdu: "Mənim yanımda bir kəs var ki, mənə kömək edir."
Cənazəni qəbrə qoyandan sonra dodaqlarını atasının kəsilmiş damarlarına qoydu, buyurdu: "Xoş o yerin halına ki, sənin pak cəsədini ağuşuna alıb. Sənə nədən deyim? Gözlərimə yuxu görünməyən qəm-qüssəmdənmi? Məndən sənə salam olsun, ey Rəsululla-hın oğlu, Allahın rəhmət və bərəkəti sənə olsun!"
O, İmam Hüseynin (əleyhis-salam) qəbri üstündə belə yazdı. "Bu, Hüseyn ibni Əliyyibni Əbitalibin qəbridir. Onu susuz və qərib öldürdülər."
Sonra əmisi Abbas (əleyhis-salam)a tərəf getdi, onu, elə asimanda mələkləri dəhşətə bürümüş, behişt hurilərini ağlar qoymuş əvvəlki halda gördü, əyilib əmisinin boğazının kəsilmiş damarlarını öpdü, dedi: "Ey Qəməri Bəni Haşim, səndən sonra kül olsun dünyanın başına! Məndən sənə, ey şəhid, xalis salam olsun, Allahın rəhməti və bərəkəti sənin halına şəamil olsun."
Sonra Həzrət Abbas (əleyhis-salam) üçün də bir qəbir qazıb buyurdu: "Mənim yanımda köməkçilərim var." O həzrət bəni Əsəd qəbiləsinə buyurdu ki, onlarda iki başqa böyük qəbir qazsınlar, birində Bəni Haşimin, digərində isə səhabələri dəfn etsinlər[697].
Hürr şəhid olandan sonra qohumları onu döyüş meydanından çıxarmış, onun iydiki qəbri olan yerə gətirmişlər. Yazıblar ki anası döyüş meydanında var imiş, görəndə ki düşmənlər şəhidlərin başlarını kəsib bədənlərini tapdalayırlar oğlunu bu yerə gətirmişdir.[698]
İMAMLAR ALLAH ƏMRİNƏ TABEDİRLƏR
Səffar deyir: Bir gün İmam Baqirin (əleyhis-salam) səhabələri onun hüzurunda oturmuşdular. Həzrət buyurdu: Təəccüb edirəm o kəslərə ki, bizim vilayətimizi (rəhbərlik haqqımızı) qəbul və bizi İmam hesab edirlər, bizə itaət etməyi Allaha itaət etmək kimi özlərinə vacib etmişlər, lakin öz əməllərində süstlük etməklə bizim məqamımızı alçaldırlar, bizim məqamımızı bilib tanıyanlara, bizim fəzilətimizi bəyan edənlərə irad tutur, onlara mübaliğə nisbəti verirlər. Güman edirsiniz ki, aləmlərin Allahı öz dostlarına itaət etməyi, tabe olmağı xalqa vacib edib asimanların və yerin xəbərlərini onlardan (İmamlardan) gizli saxlasın və onlara və başqalarına baş verən hadisələri onlara xəbər verməsin?
Həmran dedi: –Canım sənə fəda olsun, mənə xəbər ver görüm Əliyyibni Əbitalib, Həsən və Hüseyn (əleyhimüs-salam) Allah dini yolunda qiyam etdilər, halbuki, zülm, tüğyan əhli onlara zəfər çaldı. Bu necə olan işdir?
Həzrət Baqir (əleyhis-salam) buyurdu: –Ey Həmran! İlahi elmdə belə yazılmış, qəzavü-qədərdə belə qərar qoyulmuşdu. Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduğuna görə "Bizdən (İmamlardan) xüruc (qiyam) edən və sakit olan hər bir şəxs elm və agahlıq üzündən xüruc etmiş, elm və agahlıq üzündən sakit olmuşlar. Ey Həmran, əgər bəla nazil olma və zülm əhli onlara (İmamlara) qələbə çalırdılarsa onlar həmişə Allahdan istəyirdilər ki, o tüğyançıların mülkünü, padşahlığını məhv etsin, onları qəbul etsəydi, və o bəlaları onlardan dəf etsəydi, tüğyançıların padşahlıqlarını təsbehin ipinin qırılmasından və dənələrinin bir-birindən ayrılmasından da tez bir zamanda məhv edərdi. Amma İmamlar (əleyhis-salam) təslim olmaq razılıq məqamında idilər və Allahın onlar üçün məsləhət gördüyü işlərdən qeyrisini istəmirdilər. Ey Həmran, onlara üz verən (müsibətlər) günah üzündən deyildi ki, o günahı görmüş olalar, yaxud Allahla müxalifət etməmişdilər ki, onun cəzasına çatmış olalar. Lakin bu müsibətlərin səbəbi bu idi: Allah istəyirdi ki, onlar bu müsibətlərin vasitəsi ilə behiştdə yüksək (mənəvi) məqamlara çatsınlar. Ey Həmran, onların barəsində pis fikirləşmə, Aşura günü İmam Hüseynin (əleyhis-salam) dostları, köməkçiləri qılınc, nizə zərbələrindən özlərində heç bir dərd, ağrı hiss etmirdilər. Bu barədə İmam Baqir (əleyhis-salam) buyurdu: "Cəddim Hüseyn (əleyhis-salam)-ın fədakar köməkçiləri düşmənin qılınc, nizə zərbələri altında ağrı hiss etmirdilər."
MƏRSİYƏ
Dur ey xədəngi nizəyə nişanə qardaş
Bacun ediblər Kufəyə rəvanə qardaş
Olum o qanlı peykərin fədası qardaş
Gedən təmami qarətə əsasi qardaş
Bu gül bədəndə qalmayan libası qardaş
Dur ey müinim, du nuri eynim
Bu nazlı canə, fəda Hüseynim
***
Bu qürbət ölkədə Hüseyn, bacın olub xar
Gül üzlü qızların olub əsiri küffar
Şotor səvari baş açıq yanında əğyar
Nə var pənahım, nə dadixahım
Bu qədri zülmə, nədir günahım?
***
Nə qədri çəkmişəm bu gün qəmi müsibət
Təmami rəxti zivərim olundu qarət
Vururlar qəmçi başimə edər şəmatət
Bu qövmi küffar, edərlər azar
Nə bir pənahım, nə rəhm edən var
***
Zibəs dəyibdi sinəvə xədəngi peykan
Olubdu lalə tək tənin sərasər al qan
Soyublar nə"şivi Hüseyn, qoyublar üryan
Gedib təvanım, üzüldü canım
Çıxar səmayə, Hüseyn fəğanım
***
Vuranda xeyməgahə od bu qövmi əşrar
Dağıldı çöllərə hamı bu Ali Əthar
Od içrə qaldı bir nəfər zəifü-bimar
Nə onda taqət, nə məndə qüvvət
Nə qədri çəkdim, bu gün əziyyət
***
Olub hərəmlərin bu gün əsiri üdvan
Qorosnə təşnə qızların bu çöldə veylan
Edib rəvanə Kufəyə bu qövmi süfyan
Bu hali müztər, nə yarü-yavər
Saği solunda, sipahi kafər
***
Bu Kufədə xanımlığım düşübdü yadə
Varımdı şani şövkətim Hüseyn ziyadə
Necə gedim özüm əsir başun cidadə
Nə başda məcər, nə zibü-zivər
Ediblər qarət talandı yeksər
***
Götürmə Kufə möhnətin bəyanə Nazim
Bu qəmli qissə od salar cəhanə Nazim
Gəlir bu qəmdə şiələr fəğanə Nazim
Tutarlar matəm, ba çəşmi pürnəm
Fəğanü-nalə, edərlər hər dəm
ŞAMİ-QƏRİBAN NÖVHƏSİ
Mətbəx səradır, [699] Zəhrayi nalan (2), Bərpa edibdir, şami qəriban (2)
Biyər ey islamə olan qurban, Yaralı başı kəsilən ətşan
Ya Hüseyn məzlum, ya Hüseyn məzlum (2)
***
Virdi[700] olub "va veyla" anavun, Sındırma qəlbin, Zəhra anavun
Gözün aç mən gözlərivə qurban, Mənə səs ver sözlərivə qurban
***
Mən ki cahanda, oldum şəhidə, Sitəmlə oldu, qəddim xəmidə[701]
Ağaran gisulərimə[702] bir bax, Bu sınan pəhlulərimə[703] bir bax
***
Aç gözlərin ey, dəryayi rəhmət, Mən gəlmişəm bax, cəddim Peyambər
Anavu dindir, sərfəraz[704] eylə, Qanlı baş ilə, pişivaz eylə
***
Əhvalım olub, rəncurü-xəstə[705], Mən gəlmişəm bax, qəlbi şikəstə
Mən oğul məzlumiye dövranəm, Mənə səs ver ki, səsi giryanəm[706]
***
Başın dalınca, gəldim tənurə, Döndü bu mənzil, vadiye surə
Anavam mən məhrəmi aşkarə, Bu yaralı başuvə zəvvarəm
***
Din üstə dözdüm, mən hər bəlayə, Düşdü güzarım Kərbübəlayə
Boyadın gisulərimi qanə, Bura gəldim şami qəribanə
HƏZRƏTİ ZEYNƏBƏ XİTAB
Zeynəb, Zeynəb, Zeynəb
Kənzi həya[707] Zeynəb, kani vəfa[708] Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Dərd aşina Zeynəb, qərqi bəla Zeynəb
Qəm qəhrəmanı (2) Zəhra nişanı
Ey ruhi ba iman,[709] (2) canım sənə qurban
***
Zeynəb, Zeynəb, Zeynəb
Sərgəşteyi dövran, avareyi tufan[710]
Zeynəb, Zeynəb, Zeynəb
Məcdi əhdi peyman,[711] şiri şahi mərdan
Zeynəb, Zeynəb, Zeynəb
Məhbubeyi canan,[712] Quranına qurban
***
Zeynəb, Zeynəb, Zeynəb
Şəmşiri du balından, borrəndə bəyan[713] Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Qardaş başı üstündə, zülfü ağaran Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Səhrayi müsibətdə, qəmdən qocalan Zeynəb
***
Zeynəb, Zeynəb, Zeynəb
Qardaş başının qanı, zülfündə həna Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Peymani Həqqə məfxər,[714] Qurana olan yavər
Zeynəb, Zeynəb, Zeynəb
Hücbü-ədəbə məhzər,[715] şənü-şərəfi mənbər
***
Zeynəb, Zeynəb, Zeynəb
Daim gözü qan yaşlı, başında qara məcər
Zeynəb, Zeynəb, Zeynəb
Zəhrası ölən gündən, amaci bəla[716] Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Təvili rəsa Zeynəb, təşbihi Xuda[717] Zeynəb
***
Zeynəb, Zeynəb, Zeynəb
Mehrabi ibadətdə, təfsiri dua Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Müşgüldə rəca[718] Zeynəb, hər yerdə dəva Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Pərvəndeyi xunini Şahi-şühəda[719] Zeynəb
***
Zeynəb, Zeynəb, Zeynəb
Möhkəm sözü üstündə, mərdanə duran Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Kaxi sitəmü-zülmü, qol bağlı yıxan Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Çox qəmçi dəyən başın, qəmdə ağaran Zeynəb
***
Zeynəb, Zeynəb, Zeynəb
Yollarda pərəstari yorğun üsəra[720] Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Hər qafileyi nehzətdə, öz nehzətinə qiymət
Zeynəb, Zeynəb, Zeynəb
Əvvəldə görən izzət, axırda çəkən zillət
***
Zeynəb, Zeynəb, Zeynəb
Ağlar gözü qürbətdə, qardaşlarına həsrət
Zeynəb, Zeynəb, Zeynəb
Can sinədə söylərdi, vay bəxti qara Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Həm nayibə Zəhrayə, həm dininə pirayə[721]
***
Zeynəb, Zeynəb, Zeynəb
Ağzında şirin sözlər, qəmdən dolanan "vay"ə
Zeynəb, Zeynəb, Zeynəb
İstəkli Ruqəyyəylə, səbri olan həm sayə
Zeynəb, Zeynəb, Zeynəb
Heç tapmıyan ömründə, bir ləhzə səfa Zeynəb
***
Zeynəb, Zeynəb, Zeynəb
Can nəqdini bi nüsxə, ərzani verən[722] Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
55 il ömründə, göz yaşı tökən Zeynəb
Zeynəb, Zeynəb, Zeynəb
Qürbətdə ölən yalqız, möhtaci kəfən Zeynəb
EY XANİDANİ HEYDƏRİN QƏMXARI ZEYNƏB
Ey xanidani Heydərin qəmxarı Zeynəb (2)
Şamə apar bu pərişan qızları Zeynəb (2)
Gülzarımız oldu xəzan bu Kərbəladə
Sən qur əza qurbanlara viran səradə
Oxşa Hüseyni, Fatimə oxşarı Zeynəb
***
Səbr eylə səbrin səddini dünyada yıxma
Zəhra anan tək səbridən bir ləhzə çıxma
Hər şəhridə didaruvə gəlləm darıxma
Ey karivani möhnətin saları[723] Zeynəb
***
Başım gedibdi Xuliyi nadana mehman
Sər nizədə pişvaz elə gəlmə pərişan
Dəysə yaralı başıma daş etmə əfğan
Yarın yaralı görsə xoşdur yarı Zeynəb
***
Baxma yaralı əllərə gəlmə fəğanə
Mən aşiqəm səngi qəmə olam nişanə
Düşsə gözün düşmən evində xeyzəranə
Möhkəm danış bidar elə əğyarı Zeynəb
***
Oldu Ruqənyyəm kərçi düşmən dəstgiri
Dünyaya gəlməz bu qızın bir də nəziri
Şamə kimi ağuşə al qəmli səfiri
Qoyma ola əşki üzarə cari Zeynəb
***
Səy et bunu salim yetir viran sərayə
Eylə nəvaziş hər zaman gəlsə nəvayə
Ahı Yezidin qəsrini versin fənayə
Sərkub edər[724] xırda qızın əşrarı Zeynəb
***
Az səinnilə çox səbr edib dərdi bəladə
Qəlbim yanıbdı möhnətində fövqəladə
Həsrətlə can versə bu qız viransəradə
Ollam bunun mən əvvəli zəvvarı Zeynəb
ƏHLİ-BEYTİN KUFƏYƏ DAXİL OLMASI
61-ci ilin məhərrəm ayının onu keçib getdi, şənbə, məhərrəmin 11-ci günü, İbni Səd öz ölülərinin cəsədlərini kəfənə bükdü, onlara meyit namazı qılıb hamısını bir yerdə basdırdı. Lakin şəhidlərin parça-parça olmuş bədənlərini elə o cür, günün altında qoyaraq öz qoşunu ilə birlikdə Kufəyə yola düşdü. Kufə darvazasına çatanda, İbni Ziyadın tərəfindən göndərilən qasid ona dedi: –Bu gün əsirləri şəhərdən kənarda saxla!
Übeydullahın bu işdən məqsədi bu idi ki, əsirlərin şəhərə girməsi üçün lazım olan şəraiti tənzim etsin. Məhərrəmin 12-də Əhli-beyt əsirləri Kufəyə gətirildi, əsirlərin qabağında 72 kəsik baş nizələrə vurulmuş halda aparılırdı.
Şimr ibni Zilcövşən sevinc, şadlıq bürümüş halda hamıdan qabaq atını çapır, öz ətrafındakılara əmr edirdi ki, camaatı nəzarət altında saxlasınlar. Arvad-kişi, böyük-kiçik hamı əqirlərə tamaşa etmək üçün yolun ətrafında dayanmışdılar.
Əsirlər şəhərə daxil olanda camaat nizələrdə İmam Hüseynin (əleyhis-salam), Həbib ibni Məzahirin, Müslüm ibni Ovsəcənin başlarını görüb hamısını tanıdılar. Sonra Əhli-beyt arvad-uşaqlarını, Həzrət Zeynəbi, Ümmü-Gülsümü gördülər, Camaatın gözündan həsrət, peşmançılıq yaşı axırdı.
"Tamaşaçılar"dan bəziləri deyirdilər –Tfu! Lənət olsun sizə, ey alçaq yırtıcılar! Rəsulullahın ciyərinin parəsini də"vət etdiniz, sonra öldürdünüz, arvad-uşağını Roma əsirləri kimi özünüzlə gətirdiniz.
«Camaatdan ağlamaq səsi hər tərəfi bürüdü.
HƏZRƏTİ ZEYNƏB (əleyha-salam)IN XÜTBƏSİ
Birdən əsirlərin içərisindən Zeynəbi Kübra (əleyha-salam) əli ilə işarə etdi ki, sakit! Hamı onu tanıdı. O, Əmirəl-mömininin (əleyhis-salam) qızıdır, uzun illər elə bu Kufədə bu camaatın yanında yaşamışdı. Hamı onun ehtiramına sakit oldu, hətta dəvələrin zınqırovlarının səsi də kəsildi, qorxunc bir sükut hər yeri bürüdü. Birdən o alimə xanım sözə başladı:
–Həmd olsun Mütəal Allaha, salam olsun Mühəmməd Rəsulullaha (səlləllahu əleyhi və alihi və səlləm) və onun övladlarına, yaxşı insanlara, pak insanlara.
Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat, ey vəfasızlar, əhd-peyman pozanlar. Bizə ağlayır, göz yaşı axıdırsınızmı? Bizə təəssüflənirsinizmi? Həmişə göz yaşınız axar olsun, nalələriniz kəsilməsin. Çünki bizim gözlərimizi ağlar, qəlbimizə dağ vurdunuz. Siz saçlarını yaxşı-yaxşı darayıb sonra hörüklərinin hamısını açıb bir-birinə qırışdıran arvada oxşayırsınız. Siz əvvəl də məkr, hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. Sizin aranızda yalandan, xudbinlikdən, fitnə-fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur.
Siz kənizlər kimi yaltaqlanır, düşmənlər kimi hiylə işlədirsiniz. Siz eynilə zibillikdə köyərən bitgiyə, qəbrə zinət verən gümüşə bənzəyirsiniz.
Doğrudan da axirətiniz üçün nə qədər də pis azuqə toplamısınız! Çünki Allahı qəzəbləndirmiş, özünüz üçün əbədi əzab hazırlamısınız. Bizi öldürəndan sonra halımıza ağlayırsınızmı? Allaha and olsun ki, ağlamağa layiqsiniz; daha çox ağlayıb, az gülün; çünki siz öz adınıza elə bir əbədi rüsvayçılıq damğası vurmusunuz ki, heç bir su onu pak etməz. Xatəmən-nəbinin ciyər parasını, behişt əhlinin cavanlarının ağasını, öz əməlisaleh adamlarınızın pənahgahı olan bir insanı öldürməyi necə cübran edəcəksiniz? Hər halda və hər hadisədə ona pənah aparırdınız, o sizin qanunlarınızı icra edirdi, düşmənlərlə höcətlətməşdə sizin yol göstərəniniz idi, narahatçılıq baş verəndə, ona təvəssül edirdiniz. O sizin böyüyünüz idi, şəriət hökmlərini ondan öyrənirdiniz. Ey camaat! Çox piis bir günaha batmısınız. və qiyamətiniz üçün çox pis bir şey hazırlamısınız. Ölüm olsun sizə, məhv olasınız! Sizin səyləriniz daha fayda verməyəcək. Əlləriniz qırılsın. Özünüz üçün ziyan zərər yığmısınız. Dünya və axirət ziyanına düçar, ilahi əzaba layiq olmusunuz. Xarlıq və yoxsulluq sizə qələbə çaldı. Vay olsun sizə, ey Kufə camaatı! Heç bilirsinizmi ki, Allah Peyğəmbərinin hansı ciyərinin parçalamısınız? Peyğəmbərin hansı hörmətini tapdalamısınız? Və necə ismət hərəmlərini pərdəsiz çölə salıb, əsir etmisiiz? Ey camaat, böyük bir zülm, son dərəcədə çirkin bir iş görmüsünüz, az qalır ki, sizin bəd əməllərinizdən asimanlar yarılsın, yer parçalansın, qayalar uçsun. Sizin iyrənc işləriniz, rüsvayçı hərəkətləriniz yerləri, göyləri bürümüşdür. Göydən qan yağmasına təəccüb edirsinizmi? Amma bilin ki, axirət əzabınız ən şiddətli tərzdə, xaredici, rüsvayedici olacaqdır. Heç kəs sizə kömək etməyəcək. Allahın sizə verdiyi bu möhlət əzabınızı heç də yüngülləşdirməyəcək, çünki, O, günahkarları cəzalandırmaqda heç vaxt tələsməz; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Bilin ki, Allah pusquda, günahkarların intizarındadır."[725]
Həzrəti Zeynəb (əleyha-salam) əli ilə işarə etdi ki, hamı sakit olsun. Onlar səslərini elə kəsdilər ki, elə bil nəfəslər sinələrdə həbs edilmişdi. Çoxları belə bir kütləni sakitləşdirməyə, səs-küylərini yatırtmağa qadir deyildi, lakin Zeynəbin peyğəmbərcəsinə olan ilahi heybəti, onların dillərini qurutdu. Sonra öz ildırım kimi gurultulu xütbəsini xatircəmliklə, sonsuz şücaətlə və vüqarla axıra kimi söylədi.
Həzrəti Zeynəb (əleyha-salam) o böyük izdihamın içərisində, daha doğrusu, düşmən nizələrinin arasında Bəni Üməyyənin rüsvayçı əməl dəftərini ifşa etməklə, onları əbədiyyətə qədər rüsvay etdi, onlarda azacıq da olsa, izzət, şövkət qoymadı. Ravi deyir: Camaat pərişanlıq və peşmançılığın şiddətindən xəcalətli halda başlarını aşaağı salaraq hönkür-hönkür ağlayırdılar. Nübüvvət sülaləsinin, risalət mədəninin, behişt cavanlarının sərvərinin qətlə yetirilməsi kimi qara ləkəni özlərindən necə dəf edəcəklərini bilmirdilər. Artıq iş-işdən keçmişdi, əbədi ziyankarlığı, ilahi qəzəbi özləri üçün satın almışdılar, dünya rüsvayçılığını özlərində görmüşdülər. Bəli, axirət əzabı daha çətin, üzücüdür. Əgər bunu bilsəydilər!
İMAM HÜSEYN (əleyhis-salam)-IN QIZI HƏZRƏTİ FATİMƏNİN (salamullahi əleyha) SÖYLƏDİYİ XÜTBƏ
Həzrəti Zeynəb (əleyha-salam)-ın xütbəsindən sonra İmam Hüseyn (əleyhis-salam)-ın qızı Fatimə birz xütbə söyləyərək, kufəlilərin hiylərinin üstündən pərdələri götürdü. O xütbənin bir hissəsi belə idi: "Ey Kufə camaatı! Ey hiyləgər hoqqabazlar! Bilin ki, Allah təbarək və təala bizi sizin vasitənizlə, sizi isə bizim vasitəmizlə imtahan etdi. Bizim imtahanımızın nəticəsi çox yaxşı oldu–Allah bizə Öz lütfünü şamil etdi. Lakin siz Allahın yer üzündəki höccətini, elm və hikmət xəzinəsini nahaq yerə şəhid etdiniz, Böyük Allah Öz Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in vasitəsi ilə bizim ailəmizə lütf etdi, bizi Öz məxluqlarının çoxundan üstün etdi. Amma siz nankor camaat, bizi təkzib edib kafir oldunuz, qanımızı nahaq yerə axıtdınız, əmlakımızı qarət etdiniz, elə təsəvvür etdiniz ki biz qeyri-müsəlman övladıyıq. Siz bir az bundan qabaq cəddim Həzrət Əli (əleyhis-salam)-ni, dünən isə atam Hüseyni şəhid etdiniz. İndi bizim qanımız sizin əllərinizdən damır, bu da ürəklərinizdə bizə qarşı bəslədiyiniz keçmiş kin-küdurətdən irəli gəlmişdi. İndi gözləriniz aydın, qəlbləriniz şad olsun. Siz Allaha qarşı hiylə işlətdiniz, amma O, ən yaxşı tədbir tökəndir. Allah sizi öz cəzanıza çatdıracaq, Onun əzabının intizarında olun. Allah sizi bir-birinizin canına salacaq, çünki siz bizim qanımızı axıtmış, əmlakımızı qarət etmisiniz. Əlinizdən çıxanlara təəssüf etməyiniz faydasızdır. Baş verən hadisəyə şadlıq etməyiniz də səmərəsizdir. Bu dünyada bir-birinizin canına düşəcək, axirət əzabında da əbədi qalacaqsınız. Allah zülmkarlara lənət etsin. Ey kufəlilər, vay olsun sizə, heç bilirsinizmi ki, hansı əllərlə bizi vurdunuz? Hansı ayaqlarla bizə tərrəf gəldiniz? Heç bilirsinizmi ki, bizimlə necə döyüşə atıldınız? Allaha and olsun ki, qəlbləriniz rəhmsiz, ürəkləriniz daşdır. Allah qəlbinizə, qulaqlarınıza, gözlərinizə möhür vurmuş, şeytan sizin çirkin əməllərinizi gözünüzdə gözəl cilvələndirmiş, gözlərinizə pərdə çəkmişdir. Hidayət yolunu seçə bilmirsiniz. Ey Kufə əhli, əlləriniz kəsilsiin, görün risalət xanədanından nə qədər qanlar sizin boynunuzdadır! Siz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in qardaşına–cəddim Əliyyibni Əbitalibə qarşı, onun övladlarına, pak ailəsinə qarşı nə hiylələr etmədiniz!"
İmam Hüseyn (əleyhis-salam)-ın qızının sözləri elə bu minvalla davam etdi. Nəhayət camaat dedi: –Ey Peyğəmbər oğlunun qızı, daha bəsdir, qəlbimizi yandırdın, kökümüzü odladın.
Bu vaxt Ümmü-Gülsüm sözü xülasələşdirib dedi: –Üzünüz qara olsun, niyə İmam Hüseynə (əleyhis-salam) kömək etmədiniz? Niyə onu şəhid etdiniz? Niyə bizim mal-dövlətimizi qarət və özümüzü əsir etdiniz? Niyə o pak qanları axıtdınız?
İMAM SƏCCAD (əleyhis-salam)IN XÜTBƏSİ
Sonra İmam Zeynül Abidin (əleyhis-salam) camaata buyurdu ki, sakit olsunlar, hamı dərhal sakitləşdi. Həzrət xütbəni belə başları: Həmd olsun Allaha, salam olsun Peyğəmbərə və onun Əhli-beytinə! Ey Kufə camaatı, hər kəs məni tanıyırsa heç, hər kəs də məni tanımırsa, bilsin ki, mən Əliyyibni Hüseyn ibni Əliyyibni Əbitalibəm. Mən o kəsin oğluyam ki, Fəratın sahilində heç bir günahı olmadan, heç bir cinayət işi görmədən başını kəsdilər, mal-dövlətini qarət etdilər, arvad-uşağını əsir etdilər. Mən o kəsin oğluyam ki, işkəncə altında şəhid edildi və bu iftixar bizə kifayətdir. Ey camaat, sizi Allaha and verirəm, deyin görüm siz atama məktub yazıb məkr və hiylə üzündən onunla peyman bağlayan, sonra isə onu öldürənlər deyilsinizmi? Ölüm olsun sizə ki, axirət üçün çox pis nameyi-əm"mal hazırlamısınız. Əgər Peyğəmbər sizə desə ki, "siz mənim oğlumu öldürdünüz, hörmətimi saxlamadınız, ona nə üzlə baxacaqsınız?
Həzrət Səccad (əleyhis-salam)-ın sözü bura çatanda, kufəlilər uca səslə ağlamağa başladılar, Həzrət buyurdu:–Allah rəhmət eləsin o kəsə ki, mənim Allah, Onun peyğəbəri və Əhli-beyti barədə öyüd-nəsihətimi qəbul edir. Çünki bizim getdiyimiz yol Peyğəmbərin yoludur.
Birdən kufəlilər hamılıqla haray çəkib dedilər ki, biz səninləyik Lakin Həzrəti Səccad (əleyhis-salam) onlara cavab verdi: –Heyhat, heyhat, ey hiyləgərlər! Atamın başına gətirdiklərinizi mənim də başıma gətirmək istəyirsiniz? Heç vaxt! Allaha ond olsun ki, bizim yaralarımız hələ də sağalmamışdır. Atam dünən şəhid oldu, arvad-uşağı əsir oldu. Bu, unudulası deyildir. Bütün varlığım yaralıdır. Xahişim budur ki, bizim əleyhimizə qiyam etməyin, heç xeyrimizə də qiyam etməyin.
ƏHLİ-BEYT İBNİ ZİYADIN MƏCLİSİNDƏ
Əsirlər daha sonra İbni Ziyadın məclisinə gətirildi. O, fəthdən qürurlanıb sərməst halda, əlindəki çubuqla İmam Hüseyn (əleyhis-salam)-ın pak başına, dişlərinə vururdu. Zeyd ibni Ərqəm ona kəskin etiraz edib, məclisdən çıxdı. Həzrət Zeynəbi Kübra tanınmaz halda məclisə daxil olub oradakı qadınlardan ayrıldı, kənizləri onu dövrəyə aldılar. Lakin nübüvvət cəlaləti, İmamət heybəti onun şərif vücudundan elə aşkar olurdu ki, İbni Ziyadı özünə cəlb etdi, dedi:–Özünü bizdən gizlədən və qadınlardan kənarda duran bu arvad kimdir?
Dedilər: –Əlinin qızıdır.
O məlun qərara aldı ki, Zeynəbin (əleyha-salam) üryinə daha başqa bir yara vursun, dedi:–Allaha şükür olsun ki, sizi rüsvay etdi, sizi qılıncdan keçirtdi, həyatınızı bərbad etdi.
Geri | İrəli |