A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: mərsiyələr, şerlər, xütbələr
Müəllif:
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 183
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Həmdən ləkə ya Allah, Şükrən ləkə ya Allah

İğfir ləna ya Allah, Allah, Allah, Allah ya Allah

Allah ya Allah, Ya Allahü-ya Rəhman

Ya Allahü-ya.Rəhim, Ya Allahü-ya Məlik

***

Hüseyn mövlayi məzluman-2, Hüseyn ləb teşneyi Quran

Hüseynim vay Hüseynim vay

***

Əntə məbudi ilahi, Ya ğiyasəl müstəğisin

Hüseyn cəmalinə qurban, Hüseyn hər bir dərdə dərman

***

Ya Allahu ya Məlik, Ya Allahu ya Qüddus

Ya Allahu ya Səlam, Ya Allahu ya Mömin

Ya Allahu ya Əzim, Ya Allahu ya Mənnan

***

Ey dərd! Dərdə mübtəlayəm, Dər hüzurət ru siyahəm

Dərgəhət ümidgahəm, Şükrən ləkə ya Allah

Həmdən ləkə ya Allah

***

Hüseyn məhbubi aləmdi, Hüseyn sərdarin ə"zəmdi

Hüseynə hər gün Aşura, Hər il hər ay mühərrəmdi

Hüseyn mövlayi məzluman

HARA GEDİRSƏN AY BABA

Hara gedirsən ay baba (2), Dalınca ağlıyan gəlir (2)

Başında yarə var dayan, Yaravu bağlıyan gəlir

***

Dedi qızım niyə məni, Belə qaçıb qabaqladın

Müsafirəm gözəl balam, Məni yol üstə saxladın

***

Evim yıxıldı vay ana, Batıbdır əllərim qana

Gəlib dalınca gör necə, Bir əldə qarə məcərin

***

Vəfasız aşiqəm əgər, Sənin qəmindən yanmasam

Gəlincə qətligahidən, Yol üstə mən dayanmasam

***

Ata gedib bala qalıb, Gəlibdi öz xiyaminə

Nə parə məşgə baxmadı, Nə batmadı su qəminə

Qoyun qılım namazımı (2), Sora kəsin boğazımı (1)

Qonağızam vəfalıyam (2), Yaralıyam, yaralıyam (2)

***

Su yoxdu dəstəmaz alam, Üz üstə səcdədə qalam

Ölüb əzan deyən balam, Cigər yanır əzalıyam

***

Bəla çölün duman tutub, Bu gülşəni xəzan tutub

İki gözümü qan tutub, Görürsüz ibtilalıyam

***

Çü dadü-kinə əkmiyin, Cinayətə tələsmiyin

Başımı teşnə kəsmiyin, Ki başı macəralıyam

***

Məni qoşun nədən vurar, Ərazili zəman[661] vurar

Gələn vurar gedən vurar, Solan gülün misalıyam

***

Çıxıb kamani kinədən, Dəyibdi ox bu sinədən

Əl üzmüşəm Mədinədən, Həmişə Kərbəlalıyam

***

Mən aşiqi şəhadətəm, Əmiri-mülkü-vəhdətəm

Fədayi-rahi-izzətəm, Bir aşiqin cəlalıyam

***

Köməklərim batıb qana, Düşüb hərəsi bir yana

Sızıldaram yana-yana, Ki ney kimi nəvalıyam

***

Gəlib qan ağlıyan bacım, O sinə dağlayan bacım

Gözümü bağlayan bacım, Deyir başı bəlalıyam

***

Kimim qalıb ki yar ola, Dönəmmirəm sağa-sola

Balalarım baxır yola, Ruqəyyədən aralıyam

***

Hüma kimi qəfəsdəyəm, Soraği dadi-rəsdəyəm[662]

Ki axərin nəfəsdəyəm, Fəna olub bəqalıyam

HÜSEYN VAY

Ey şiə bu gün söyləyin ətşan, Hüseyn vay

Ləb təşnə olan ümmətə qurban, Hüseyn vay

***

Meydanda qalan bikəsü-biyar, Hüseyn vay

Ətrafın alan ləşgəri əşrar, Hüseyn vay

Hər yanə baxıb görməyən ənsar, Hüseyn vay

Bir ahi çəkib eyləyən əfqan, Hüseyn vay

***

Bir yanda görüb Əkbəri öz qanına qəltan

Bir yanda ələmdari olan xak ilə yeksan

Qasim bədəni lalətək ağuşdə qızıl qan

Bir yanda olan xeyməsi talan, Hüseyn vay

***

Bu Kufəvü-Şam əhli, bu birəhmi sitəmkər

Əldə hərə bir tirü-kaman, nəzəvü-xəncər

Həmlə eləyüb ol şahə ol firqeyi kafər

Atdan yıxılıb mənbəyi iman, Hüseyn vay

***

Xəncər əlinə aldı o dəm Şümr cəfacu

Ta yetdi Hüseynin başının üstə o bədxu[663]

Su istədi, Şümr vermədi bir cür"ə ona su

Əmma ki, deyib, təşnə verən can Hüseyn vay

***

Üz qoydu o dəm, xeymələrə ləşgəri üdvan

Bu hali görüb Ali-Rəsul, oldu hərasan

Zeynəb dedi bimarə: əya, Abidi nalan

Yoxsa ki, olub qanına qəltan, Hüseyn vay?

***

Əl açdı o dəm, qarət üçün ali-şəyatin[664]

Hər nə var idi xeymədə əsbabi-səlatin[665]

Qarət eləyib, bərhəm eliyüb bəzmü-büsatin

Ey şiə deyin xeyməsi talan, Hüseyn vay

***

Bir od vurub afaqidə bu zadeyi Süfyan

Ta məhşər olunca yanacaq aləmi-imkan

Nazim, bu qəmi zikr elə ta var nə qədər can

Vur başa söylə qüslü olan qan, Hüseyn vay

DÜNYA MÖMİN ÜÇÜN ZİNDANDIR

İbni Babəveyh İmam Baqir (əleyhis-salam)-dan rəvayət etmişdir ki, İmam Zeynəl-Abidin (əleyhis-salam) buyurub: Aşura günü düşmən qoşunundakılar çox qorxurdu, halbuki sayları qat-qat çox idi. və İmam Hüseyn (əleyhis-salam)-ın əshabını mühasirədə saxlamışdılar. Amma qəlbləri çox qorxaq, rəngləri qaçmış, ayaqları lərzəyə düşmüşdü. Lakin İmam Hüseyn (əleyhis-salam) və onun səhabələrinin üzləri sevinclə dolu idi, rəngləri qparlamış, qəlblərində xatircəmlik sakitlik daha çoxalmışdı. Səhabələrdən bəziləri deyirdilər ki, İmam Hüseynə (əleyhis-salam) baxın, ölümdən qorxusu yoxdur və şəhadəti arzulayır. İmam Hüseyn (əleyhis-salam) onların sözlərini eşitdi, onlara xitabən buyurdu: –Səbr edin ey əziz övladlarım. Ölüm sizin üçün bir körpü köimidir, ondan keçib pis vəziyyətdən əbədi nemətlərə, əbədi behiştə yollanacaqsınız, Sizlərdən kimdir ki zindandan qəsrlərə köçmək istəməsin? Ölüm sizin düşmənləriniz üçün isə qəsrlərdən zindana, əzaba getmək kimidir. Atam mənə xəbər vermişdir ki, Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurmuşdur: "Dünya möminin zindanı, kafirlərin cənnətidir. Ölüm isə möminlərin öz behiştlərinə, kafirlərin isə öz əzablarına doğru bir körpüsüdür. Ata-babalarımdan da yalan eşitməmişəm.

İMAM HÜSEYN (əleyhis-salam)-ın SƏHABƏLƏRİ BEHİŞTDƏ ÖZ YERLƏRİNİ GÖRMÜŞDÜLƏR

İbni Babəveyh yazır: "Bir nəfər İmam Sadiq (əleyhis-salam)-dan soruşdu: –Yəbnə Rəsullah, İmam Hüseyn (əleyhis-salam)-ın səhabələri öləcəklərini bildikləri halda ni üçün cihada iqdam etdilər və qorxusuz olaraq özlərini döyüş dəryasına vururdular?

İmam Sadiq (əleyhis-salam) buyurdu:–Çünki, onların gözlərindən pərdə götürülmüş, behiştdəki mənzillərini görmüşdülər, buna görə də döyüşə getməkdə bir-birindən qabağa keçirdilər ki, ölüb öz mənzillərənə çatsınlar, öz hurilərini bağrılarına bassınlar.

Qütb Ravəndi Əbu Həmzə Somalidan nəql etmişdir ki, İmam Səccad (əleyhis-salam) belə buyurub: "O gecə (ki, onun sabahı atam şəhid oldu) atamın yanında idim. İmam o gecədə səhabələrinə buyurdu: –Gecə düşmüş, qaçmaq yolu sizin üçün açılmışdır bu gecəni qənimət sayıb qaçın. Bu zalımlar məni tələb edirlər, başqa heç kimlə işləri yoxdur. Əgər məni öldürsələr, sizin dalınızca gəlməyəcəklər. Mən öz beyətimi sizin boynunuzdan götürdüm.

İmam Hüseynin (əleyhis-salam) səhabələri dedilər: –Allaha and olsun ki, bu heç vaxt olası bir iş deyildir.

İmam (əleyhis-salam) buyurdu: –Sabah hamınız öldürüləcəksiniz və heç biriniz canını qurtara bilməyəcəkdir.

Hamılıqla dedilər: –Allaha şükr edirik ki, bizə səninilə şəhid olmaq kimi kəramət etmişdir!

İmam (əleyhis-salam) onlara dua etdi, buyurdu: –Başınızı göyə qaldırıb yuxarı baxın. Elə ki, başlarını qaldırdılar, öz dərəcə və mənzillərini görüb tanıdılar, onlara məxsus olan huriləri, qəsrləri, nemətləri gördülər. Elə bu səbəbə görə də onlar Aşura günü nizə-şəmşirlərə doğru gedirdilər ki, öz mənzillərinə daha tez çatsınlar və əbədi nemətlərdən bəhrələnsinlər. Əbu Həmzə Somali deyir ki, İmam Səccad (əleyhis-salam) buyurdu: "İmam Hüseyn (əleyhis-salam)-ın o günü bir daha gəlməz: bu ümmətdən olduqlarını iddia edən otuz min namərd o məzlum İmamı araya aldılar, hər biri onun qanını axıtmaqla Allaha yaxınlaşmaq istəyirdilər (yəni qürbətən iləllah niyyəti ilə öldürmək istəyirdilər). İmam Hüseyn (əleyhis-salam) onlara movizə etdi və Allahı onların yadına saldı, lakin onlar nəsihətləri qəbul etmədilər, ondan əl çəkmədilər, nəhayət onu zülm ilə öldürdülər.

İMAM HÜSEYN (əleyhis-salam)-IN VİDALAŞMASI

İmam Hüseyn (əleyhis-salam) axırıncı vidalaşmada hərəmdəki xanımlara buyurdu: –Qəm paltarı geyib bəlalara hazırlaşın. Bilin ki Allah sizin hamınızın mühafizəçinizdir. O, sizə düşmənlərin şərrindən nicat verəcək, işlərinizin aqibətini xeyir, gözəl edəcək, düşmənlərinizi cürbəcür əzablara mübtəla edəcək. Bunların müqabilində sizə cürbəcür nemətlər, kəramətlər əta edəcəkdir. Belə isə şikayətlənməyib qədir-qiymətinizi azaldacaq sözləri dilinizə gətirməyin.[666]

Düşmənlərin yırtıcılıq xislətindən tam agah olan İmam Hüseyn (əleyhis-salam) mübarizənin son dəqiqələrində xeymələrə qayıtdı, buyurdu: –Mənə nimdaş və köhnə bir paltar verin, paltarlarımın altından geyinim. Mən öləndən sonra heç kim ona tamah gözü dikməsin.

İmam (əleyhis-salam) meydana yola düşdü, düşmənlə qəhrəmancasına döyüşdü, onlardan o qədər qırdı ki, hamısı qaçmağa məcbur oldular.

YARALANDIM BACI ZEYNƏB

Ələ dəsmal alıb ağla, Yaralandım bacı Zeynəb

Özün gəl yaramı bağla, Yaralandım bacı Zeynəb

***

Keçər ahum oxu daşdan, Üzüldüm qohum-qardaşdan

Atam Heydər kimi başdan, Yaralandım bacı Zeynəb

***

Əgər ki sinə dağlarsan, Yaralı görsən ağlarsan

Gəlib sən yaxşı bağlarsan, Yaralandım bacı Zeynəb

***

Peyğəmbərin gülü soldu, Əmmaəməm qan ilə doldu

Mənə ölmək yəqin oldu, Yaralandım bacı Zeynəb

***

Oğul yox səsləyəm dadə, Bu gündə yetsin imdadə

Xəbər tutub gələ dadə, Yaralandım bacı Zeynəb

***

Ölüb ənsar, ələmdarım, Düşüb qaolsuz ələmdarım

Sən ol mənim pənahdarım, Yaralandım bacı Zeynəb

***

Fələk aramımı aldı, Məni dərdə. qəmə saldı

Səkinə atasız qaldı, Yaralandım bacı Zeynəb

İMAM HÜSEYN (əleyhis-salam)-IN ŞƏHADƏTİ

Nəhayət Şimrin əmri ilə qoşun kütləvi şəkildə İmam Hüseynə (əleyhis-salam) hücum edib onu mühasirəyə saldılar, oxçular hər tərəfdən o həzrətə ox yağdırmağa başladılar. O qədər ox vurdular ki, İmamın müqəddəs cismi oxların çoxluğundan görünmürdü. Şimr öz qoşunu ilə İmamı (əleyhis-salam) xeymələrdən ayırdı, amma o həzrətin azadlıqsevər ruhu heç də icazə vermirdi ki, öz sağlığında övladlarına, xanımlara və xeymədəkilərə bir zərər yetişsin. Buna görə də uca səslə fəryad etdi: "Vay olsun sizə, ey Əbu Süfyan övladlarına tabe olanlar! Əgər dininiz yoxdursa və qiyamat günündən qoxmursunuzsa, heç olmasa bu dünyada azad insan olun, öz milli keçmişinizə hörmət qoyun necə ki özünüzü ərəb tayfasından hesab edirsiniz."

Bu kəskin fəryad çəkic kimi düşmənlərin başına oturdu, Şimr əmr etdi ki, geri qayıtsınlar. Yaralar bir-birinin ardınca İmamın mübarək cisminə endirilirdi, qan o həzrətin bədənindən fəvvarə kimi axırdı, həzrətin son nəfəsləri idi. Bu dəmdə Saleh ibni Vəhəb nizə ilə İmam (əleyhis-salam)-a həmlə etdi, o həzrətin bel sümüyünü sındırdı. İmam (əleyhis-salam) atdan yerə yıxıldı. Bu hadisəni görən Həzrət Zeynəb (əleyha-salam) özünü Ömər Sədə yetirib dedi: –Ey Ömər, sənə yaraşarmı ki, Əbu Əbdillahı öldürsünlər, sən də durub baxasan?

Ömər Səd heç nə demədi. Bu halda Həzrət Zeynəb fəryad edib dedi: –Sizin aranızda bir müsəlman tapılmazmı?

İmam Hüseyn (əleyhis-salam) piyada döyüşü davam etdirir, özünü nizələrdən, oxlardan kənara çəkir yenidən düşmənə həmlə edirdi. Sonra Kufə qoşununa xitab edərək son sözlərini buyurdu: –Məni öldürmək üçün yığışmısınızmı? Allaha and olsun, məndən sonra Allah bəndələrindən heç birini öldürməyəcəksiniz. Allah məni öldürdüyünüzə görə sizə qzəblənəcəkdir. Aləmlərin Allahına and olsun, mən ümidvaram ki sizin namərdliklərinizin qarşısında Allah məni əziz edəcək, mənim intiqamımı sizdən elə alacaqdır ki, heç özünüz də dərk etməyəcəksiniz. Agah olun, mənim öldürülməyim səbəbi ilə içərinizdə qan axıdılması çoxalacaq, mütəal Allah Öz qəzəbini sizə artıracaq, nəhayət dərdli axirət əzabına düçar olcaqsınız.

Yazırlar ki, İmam (əleyhis-salam)-ın bədəninə 72 yara vurmuşdular. Zəiflik o həzrətə qələbə çalırdı. O, bir anlığa dincini almaq üçün dayandı. Bu anda uzaqdan ona tərəf bir daş atdılar. Daş mübarək alnını yardı, qan üzünə axdı, İmam (əleyhis-salam) köynəyini qaldırıb alnının qanını silmək istədi, Bu vaxt üç şö"bəli bir ox o həzrətin qəlbinə sancıldı. Həzrət üzünü göyə qaldırıb dedi: "İlahi, Sən bilirsən ki, bunlar elə bir şəxsi öldürürlər ki, yer üzündə ondan başqa Peyğəmbərin heç bir oğlu yoxdur."

İmam (əleyhis-salam) oxu qəlbindən çıxartdı, qan fəvvarə kimi axmağa başladı. Heç kim o həzrətə yaxınlaşmağa cürət etmirdi. Çünki "İmam Hüseyn (əleyhis-salam)-ın qatili" kimi Allah dərgahında sorğu-suala tutulmaqdan qaorxurdu. Şimr nə"rə çəkdi: –Vay olsun sizə, nə üçün durmusunuz? Analarınız matəminizdə otursun. İrəli gedin işi birdəfəlik qurtarın!

Atlılar, piyadalar hər tərəfdən o həzrətə hücüm etdi. İrəli gələn ilk şəxs İmam (əleyhis-salam)-ın zərbəsi ilə həlak oldu. İkinci şəxs İmam (əleyhis-salam)-ın çənəsini yaraladı. Sinan ibni Ənəs həyasızcasına irəli gəldi, nizəsi ilə İmam (əleyhis-salam)-ın sinəsini yardı, sonra bir ox atıb o həzrətin mübarək boğazını yaraladı. İmam Hüseyn (əleyhis-salam) yerə oturdu, ölləri ilə qanını üzünə yaxdı, buyurdu: "Bu halda Pərvərdigarımın körüşünə gedəcəyəm, halbuki, bunlar mənim haqqımı qəsb etmişlər!"

Hilal ibni Nafe deyir: "Mən Ömər Sədin ləşkərində idim ki, birdən belə bir səs eşitdim: "Ey əmir, muştuluğumu ver, Şimr Hüseyni qətlə yetirdi!"

O əzizlər qan içində çabalayırdılar, Kufə yırtıcıları onların bədənlərinnin bəndlərini bir-birindən ayırırdılar Seyyidüş-şühədanın vücud günəşini (kainatın yaranış səbəbini, mövcudatın hərəkət mərkəzini) görərdin ki, ox qılınc zərbəsindən bədəndə sağ yeri qalmamışdı, qanlı Kərbəla elə bir şəhidlər oylağı idi ki, heç bir peyğəmbərə, heç bir peyğəmər canişininə nəsib olmadı və ilahi təqdirdə (qəzadü-qədərdə) yalnız şəhidlər sərvəri (İmam Hüseyn (əleyhis-salam) bu şəhidlər oylağında olan ləyaqətinə nail oldu. Bu Kərbəla elə bir yer idi ki, yer sakinləri ki heç, üstəlik səma əhlini, mələkləri də heyrətdə qoymuşdu. İmam Riza (əleyhis-salam)-ın buyurduğu kimi, bu gün (Aşura) elə bir gün idi ki, İmam əbədi olaraq gözləri yaralı, ağlar qəlbləri qanlı etmişdir[667]"

Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) də bu barədə buyurmuşdur: "Həqiqətən İmam Hüseyn (əleyhis-salam)-ın qətlindən möminlərin qəlbində hərarət (iman odu) vardır ki, heç vaxt sönməyəcəkdir."[668]

İmam Hüseyn (əleyhis-salam)-ın qızı Səkinə deyir: Elə ki düşmən şəhidlərin arvad-uşaqlarını cənnazələrin arasından çəkirdi, özümü atamın cənazəsinin üstünə atdım, onu bağrıma basdım. Bu vaxt müqəddəs hülqumundan bu səsi eşitdim: "Şiələrim! Hər vaxt sərin su içsəniz, məni yad edin: bir qərib, yaxud şəhid barəsində eşitsəniz mənə ağlayın."[669]

İmam Hüseyn (əleyhis-salam)-ın müqəddəs qiyamının hədəflərindən biri də bu idi ki, əməvilərin İslam Peyğəmbərinin adı altında camaata hökmranlıq edən rüsvayçı işgəncələrə son qoysun, onların müsəlmanlara rəhbərlik üçün ləyaqətsz olduqlarını, bu iş üçün azacıq da olsun insani və ürfi nişanələrə malik olmadıqlarını isbat etsin. Bu hədəflər onların son dərəcədə daşürəkli, qəsavətli olmalarını, onların törətdikləri cinayətləri, faciələrini açıb göstərməklə mümkün olacaqdı. Heç kim hətta adi bir şəxsə belə bu cür faciələri, cinayətləri rəva görməzdi, o ki qala Peyğəmbər camalının aynası, böyük Əhmədi xülqünün nişanəsi! İmam Hüseyn (əleyhis-salam) isbat etdi ki, belə bir faciələrə o əl atmaq ilahi namus məcralarından inhirafa yuvarlanmaqdır, fəzilət mələkələri dairəsindən uzaqdır. Onların hətta heyvanlarda da müşahidə olunmayan bu əməlləri göstərir ki, heç bir dəlillə İslam ümmətinə hakim olmaq ləyaqətləri yoxdur. Həzrəti Zeynəb əleyha-salam İmam Hüseyn əleyhis-salama matəm saxlayanda deyirdi:

"ey bazar ertəsi günü qətlə yetirilən!" İmam Hüseyn (əleyhis-salam) cümə günü qətlə yetirilib, amma Həzrət Zeynəb (əleyha-salam) bu sözlə demək istəyir ki, bu faciənin əsl səbəbkarı Peyğəmbərin vəfatından sonra, bazar ertəsi günü Əbubəkrin xilafəti qəsb etməsi olmuşdur. Əbubəkr Öməri, Ömər də Osmanı xilafətə təyin etdi. Osman da Quranın "xəbis şəcərə" adlandırdığı sülalədən olmaqla, öz nümayəndəsi olan Müaviyənin Şamdakı hökmranlığını möhkəmlətdi, o da Həzrət Əli (əleyhis-salam)-ın əleyhinə qiyam etdi, beyət etmədi, İmam Həsəni hiyə ilə qətlə yetiridi, sonra oğlu Yezidi xəlifə təyin etdi, o məlun da Peyğəmbər övladını məzlumcasına qətlə yetirdi.

Olmadı cavab istədi gedə, Gəldi guşinə nagəhan səda:

Mən Hüseynivəm qardaşı ölən, Oğlu doğranan getmə Zeynəba

***

Ləşgəri ədüv payimal edər, Yerdə cismimi bir dayan bacı

Sinəm üstə gör at dolandıran, Qövmi kinəni bir dayan bacı

Gərçi xeymələr od tutub yanar, Suzi ahilən bir dayan bacı

Atların ayağında peykərim, Səslə: va Hüseyn, va Mühəmməda!

***

Xeymələr yanar qoyma Abidi, Xeymədə qala odlara yana

Vur özün oda sinən üstə al, Çək bacı o bimarı bir yana

Xırda qızlarım odda yanmasın, Başda məcəri damən odlana

Su kimi qanım çöllərə axar, Başımın olar məskəni cida

***

Şimri dün vuran vəqtə qızları, Ver qabağa sən əllərin bacı

Qoyma çox sala sərsəri xəzan, Dadü-naliyə gəlmiyə sənin

Dad edən şirin dillərin bacı, Səbr elə müsibətlərə necə

Səbr edib anan Xeyrətünnisa

***

Gün batar gələr bəcdəli cəfa, Kari fitnəcu peykərim tapar

İncidər mənim yara cismimi, Ol şəqiyyü-qəddarü-nabekar[670]

Fikri vardı yığmağa qarətə, Barmağımda əngüştərim tapar

Xaric eyliyə bilməz axırı, Barmağım kəsər ol duni dəğa

***

Daşları kənar eylə birbəbir, Peykərimin üstündə ağlama

Nizə ox qılıc parəsinə çox, Baxma əşgivi ruyə bağlama

Öz sefid olan ruyivə bacı, Qanımı yaxıb sinə dağlama

Ta yaran batar qanimə olar, Çarəsiz olan dərdlərə dəva

***

İsti qumların üstə bi kəfən, Rəsi nizədə rəsi ənvərin[671]

Bir tərəfdə Əbbasü, Əkbərin, Fəzlü-Qasimin, Ovnü, Cəfərin

Açdı başını va əxa deyən, Va əba deyən Ali Müstəfa

Dəftərü-qələm əldə sailəm, Dərgəhizdə hər sübhü-hər məsa

Dolanır Əli qızı məqtəli (2), Qan içində bir bədən axtarır

Yolun üstə qafilə ləng olur (2), Bacı qardaşa kəfən axtarır (2)

***

Əli başda dörd tərəfə qaçır, Dayanır çuxur yerə baş vurur

Gör nə yerdi duxti Əbu Turab[672], Qədəmin turabə yavaş vurur

Yadına o səhnə düşübdü ki, Hamı bir yaralıya daş vurur

Pozulubdu gülşəni arizu, Gülü-bülbülü-çəmən axtarır

***

Deyir Allahım bu əzizlərin, Nədən aşiyanəsi[673] qalmayıb

Qolu bağlı quşlarımın evi, Talanıbdı lanəsi[674] qalmayıb

Soyulub vücudi Hüseynimin, Başı yox nişanəsi qalmayıb

Görürəm hərayə anam gəlib, O da qanlı pirəhən[675] axtarır.

***

Yorulub oturdu yerə bibi, Alıb ətrin odlanıram Hüseyn

Bu qədər ki daş tökülüb yerə, Keçə bilmirəm yanıram Hüseyn

Bədənin nüması[676] pozulsa da, Yenə mən səni tanıram Hüseyn

Məni sən çağır yerivi bacın, İtirir dübarədən axtarır

***

Hərəkət zamanı qəm əhlinə, Yaranıbdı bu qüssəli mənzərə

Özünü çəməndə hər əndəlib[677], Yetiribdi bir gülü-pər-pərə

Analar sürudi vida[678] oxur, Biri Qasimə, biri Əkbərə

Elə bir Rübab itirib özün, Əli başda süd əmən axtarır

***

Üsərayi xəsteyi Neynəva[679], Hamı dildə ahü-nəva gedir

Anadır başında qara gedir, Bacıdır ürəkdə yara gedir

Düzülüb nizamə kəcavələr, Şühəda qalır, üsəra gedir

Doludur ürəkləri dərdilən, Vəli xəlvət əncümən[680] axtarır

***

Gediri Səkinə yavaş-yavaş, Üzünün tozun yuya Əlqəmə

Deyə şərhi halını mubəmu[681], Su yanında sahibi pərçəmə[682]

Əmu can dur əllərüvə fəda, Kömək eylə carəsiz əmməmə

Çağırır hərəmdə bibi səni, Gözü yoldadı gələn axtarır

***

Olub Əhli-beytə zəmanə tay, Kərəmin sönübdü çıraqları

Bala qızlar istiri naqəyə, Minə leyk, titrir ayaqları

Kimə mehman gedir ey Xuda, Gözü yaşlı Kufə qonaqları?

Görəsən Mədinə hayandadır?, Gözü Zeynəbin vətən axtarır

HÜSEYNİM VAY

Zəbihi ə"zəmi dini Mühəmməd[683]

Hüseynim vay, Hüseynim vay Hüseynim

Nişani taci ayini Mühəmməd

Hüseynim vay, Hüseynim vay, Hüseynim (2)

***

Ərəblər həlqə verdi misli zəncir

Aradə çün negin[684] bir seyyidi pir

Yağış tək üstünə yağdırdılar tir[685]

O qədri qan gedib zə"f etdi təsir

Hüseynin ta əlindən düşdü şəmşir

Peyğəmbərlər dedi ba sovti təkbir:[686]

Hüseynim vay, Hüseynim vay, Hüseynim

***

İmamın Zülcənah ilhamın aldı

Xəm etdi dizlərini nim xiz[687] qaldı

Yerin torpağı cuş etdi ucaldı

Qum üstə şehpərin[688] Cəbrəil saldı

Tutub Zəhra onu ağuşə aldı

Dedi: ey cani madər bu nə haldı?

Hüseynim vay Hüseynim vay, Hüseynim

***

Düşüb gəhvarə tək cünbiş cəhanə[689]

Yetib rə"şə kürrati asimanə[690]

Şəbih oldu həva atəş fişanə[691]

Hüseyn gəlmiş məqami imtəhanə

Dəmi xəncər dayanmış üstüxanə[692]

Gəlib göydən sədayi aşiqanə:

Hüseynim vay, Hüseynim vay, Hüseynim

***

Çıxıb cənnatidən cəddi Peyambər

Əliyyi Mürtəza ilən bərabər

Dalınca Müctəba dilbəndi Heydər

Xəlilü-Adəmü-Nuhi müəmmər[693]

Gəriban çakü-aşofte mükəddər

Hüseyni görcəkin səsləndi yeksər:

Hüseynim vay, Hüseynim vay, Hüseynim

***

Qara toz qovzanıb səthi cəhandən

Uçan quşlar çəkib əl aşiyandən

Çıxıb zəccə sədası cinniyadən

Mülki məsuridən kərrubiyandən[694]

Nidayi qeybi gəldi asimandən:

Hüseynim vay Hüseynim vay Hüseynim

***

O yandan təblü-şeypurun sədası

Ömər Sədin başında Rey həvası

Dayamış müntəzir Şimrin cidası

Bu yandan Zeynəb ney tək nəvası

Hüseynin sinədə dörd min yarası

Dəmadəm səslənir Zəhra anası:

Hüseynim vay, Hüseynim vay, Hüseynim

***

İmamın ömrünün axır zəmanı

Hərəmlər tərk edib xeymə səranı

Görüb sərnizədə nuri Xudanı

Hücum etdi o matəm karivani

Araya aldılar qanlı cidanı

Nəva doldurdu dəşti Neynəvanı:

Hüseynim vay, Hüseynim vay, Hüseynim

***

Nümayandır Hüseynin gözlərindən

Çəkir guya xəcalət xahərindən

Pərişan zülfü qarə məcərindən

Səda gəldi kəsilmiş həncərindən:[695]

Bacı qorxma bu Şamın ləşgərindən

Hərəmlər səs veribdi dövri bərdən:

Hüseynim vay, Hüseynim vay, Hüseynim

***

Oxursan nə gözəl Qu"ran Hüseynim

Qoyubsan aləmi heyran Hüseynim

Xəcalət çəkmə məndən can Hüseynim

Sənə Zeynəbdi həmpeyman Hüseynim

Anam Zəhra sənə qurban Hüseynim

Deyərəm titriyir meydan Hüseynim

Hüseynim vay, Hüseynim vay, Hüseynim

***

Görüb qanlı başı qaçdı Səkinə

Ona sarı yaxınlaşdı Səkinə

İki qollarını açdı Səkinə

O nizəylə qucaqladı Səkinə

Kəsik başilə ağlaşdı Səkinə

Səfər peymanı bağlaşdı Səkinə

Hüseynim vay, Hüseynim vay, Hüseynim

ŞƏHİDLƏRİ İMAM SƏCCAD (əleyhis-salam) DƏFN EDİR

Məhərrəm ayının 13-də Həzrət Səccad (əleyhis-salam) şəhid olmuş atasını dəfn etmək üçün Kərbəlaya tələsdi. Çünki hər İmamın qüslü, kəfənini İmamdan başqası öhdəsinə ala bilməz.



Geri   İrəli
Go to TOP