A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əbədi öyüd (birinci cild)
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Təharət
Çap tarixi: 2005
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Dünyapərəstlik meyillərini gücləndirən amillərlə qarşı-qarşıya  bu meyilləri susduran amillər də mövcuddur. Bu amillərdən biri Qur’an ayələri və Əhli-beyt (ə) buyuruqlarına, eləcə də, nurani moizələrə diqqətdir. Həzrət Əli (ə) vəsiyyətnaməsi ətrafında araşdırmaların də əsas məqsədi şeytana qarşı mübarizə vasitələrinin gücləndirilməsidir. Həzrət insanı dünyaya bağlayan amillərdən biri kimi ictimai amili göstərir. İmamın nəzərinə görə, xalqın dünyaya üz tutmasının əsas səbəblərindən biri çoxluğun, eləcə də nüfuzlu şəxslərin dünya ardınca qaçmasıdır. Həzrət (ə) buyurur: “Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra.” Demək, insan çoxluğa yox, kimin hansı işi nə üçün gördüyünə diqqət yetirməlidir. Hətta bütün xalq bir işə meyl etsə də, insan ağlını işə salıb, işin mahiyyətini araşdırmalıdır. İmam Baqir (ə) Cabir ibn Yezid Cö’fiyə buyurur: “Əgər bizim vilayət əhli olmaq istəyirsənsə, Allahın razı olduğu bir işinə görə bütün xalq səni məzəmmət etsə də, narahat olmamalısan.” Bəli, vəzifəsini icra edən insan kimsənin məzəmmətinə məhəl qoymamalıdır. Hədisin davamında vurğulanır ki, xalqın “afərin” sədaları da mö’mini sevindirməməlidir. Vəsiyyətnamədə isə belə buyurulur: “Həqiqətən dünyapərəstlər hürüşən itlər və yırtıcılardır ki, ov üstündə bir-birlərinin başlarına qışqırırlar.” Bəli, əksər dünyapərəstlər belədirlər. Axı iki boğuşan itdən kim ibrət götürər?! Bir sözlə, işin necəliyi onun çoxluq tərəfindən görülməsi ilə  şərtlənmir. Kəmiyyətə yox, işin mahiyyətinə baxmaq, ağıl işlətmək lazımdır. Allahın və mə’sumların, eləcə də ağılın bəyənmədiyi işlərdən çəkinmək zəruridir. Allah-təala buyurur: “Dünya həyatı aldadıcı həzzdən və əyləncədən başqa bir şey deyil.” Həzrət (ə) buyurur: “Güclülər zəiflərə tamah salır, onların böyüklüyü kiçikləri məğlub edir...” Doğrudan da, böyüklərin kiçiklərlə qidalanması heyvanlara xas bir əlamətdir. Ağıllı insan bu yolu tutarmı?! Həzrət dünyapərəstləri qoyun sürüsündən də əskik tanıtdırır. Sürünün qayğısını çəkən, ona yol göstərən çoban olduğu halda, dünyapərəstlər başlı-başına qalmış xəstə sürüyə bənzəyirlər. Bu sürüdə də bir çoxluq var. Məgər bu çoxluğa qatılmaq olarmı?! Həzrət (ə) dünyapərəstləri çobanın başlı-başına buraxdığı xəstə sürüyə oxşadır. Qur’ani-kərimdə bu barədə buyurulur: “Artıq bizim zikrimizdən üz döndərib, dünya həyatından başqa bir şey istəməyənlərdən uzaq ol.”[120] Bəli, belələrinin elm və mə’rifəti digər canlıların olmayan elm və mə’rifətindən fərqlənmir. Onlar üçün nəfs istəklərini doyurmaqdan başqa məqsəd yoxdur. Belələri heyvandan da aşağı məqamdadırlar. Heyvan insana fayda verdiyi halda, dünyapərəst insanın zərrəcə faydası yoxdur. Bu qəbil insanların çoxluğu sizi çaşdırmasın!

Dünyapərəstliyin növləri

Vəsiyyətnamədə dünyapərəstlər iki qismə bölünür: Onlardan bir qismi ayağıbağlı, digər bir qismi başlı-başına buraxılmış dördayaqlıya oxşadılır. Təfsirçilərin nəzərincə, birinci qisim dünyapərəstlər tə’sir imkanı zəif olanlar, ikinci qisim dünyapərəstlər isə meydan sulayan güclülərdir. Başqa bir təfsirə görə, “ayağıbağlılar” öz insani şəxsiyyətlərinə rəğmən hədd gözləyənlər, “başlı-başına buraxılmışlar” isə bütün insani, dini dəyərləri ayaq altına alanlardır. Bu günkü dünyamızda mütləq azadlıq və demokratiya şüarları altında çıxış edən liberalizm həmin “başlı-başına buraxılmış” ifadəsinin bariz nümunəsidir. Əsrimizin ən böyük bütü həmin bu liberalizmdir. Liberalistlər özlərini mütləq azad tanıyır və istənilən bir məhdudiyyəti insan şəxsiyyəti üçün boxuv sayırlar. Həzrət (ə) buyurur: “Dünya onlarla oyuna başlamış, onlar da dünya ilə oyuna aludə olmuşlar. Dünyadan sonranı isə unutmuşlar...”

Dünya karvanı

Həzrətin (ə) nəzərində dünyaya bağlılıq insanı azdırır. Vəsiyyətnamənin ana xəttini dünyanın axirətlə müqayisəsi təşkil edir. Həzrət (ə) sanki hündür bir yerdən dünya adlı məkanı seyr edir, dünyanı uzaqdan görünən karvana bənzədir. Karvan əhli havanın yavaş-yavaş işıqlanmasına rəğmən bir-birlərini aram hərəkət etməyə çağırırlar. Nəhayət, karvan yetişir. Kimi tələsərək başqalarından qabağa çatır. Geridə qalanlar da az sonra yetişəsidirlər.

Həzrət (ə) özünü axirət mənzilində təsəvvür edir. Dünya karvanı asta-asta axirətə yaxınlaşmaqdadır. Sadəcə, kimi qabaqda gəlir, kimi geri qalmışdır. Bəli, dünya həyatı insanları axirətə daşıyan karvan kimidir. Ömür o qədər qısadır ki, azca səbr etməklə dünya qaranlığı yox olur, axirət nuru ətrafı bürüyür. Kimsə bu karvandan kənarlaşa bilməz. Bu səfər məcburidir. Bu səfərdə karvanı ardınca çəkən gecə və gündüzdür. Bəli, karvan əhlinin miniyi kimsəni yubada bilməyəcəyi gecə və gündüzdür. Dünyanın faniliyi, axirətin əbədiliyi Allahın qəti əmridir. İnsan biri uçmaqda olan, o biri əzəmətli və möhkəm iki mənzil qarşısındadır. Bu mənzillərdən hansında yaşamaq insanın özündən asılıdır. Ağıllı insan uçmaqda olan mənzili seçərmi?! Seçim öz əlinizdədir!

Dünya və axirət əməllərinin fərqi

Bütün deyilənlərdən belə bir nəticə çıxarılsa ki, dünya həyatını süst şəkildə, tənbəllik içində keçirməliyik, bu çox yanlış bir addım olar. Vəsiyyətnamə dünyadan yox, dünyaya hərislikdən çəkinməyə çağırır. Bütün insanlar hərəkətdədir. Kimi daha çox dünya ləzzəti əldə etmək üçün çalışır, kimi Allahın razılığına xatir vəzifəsini yerinə yetirir. Həzrət Əli (ə) mədinə çöllərində quyu qazardı. Bu iş başqa quyuqazanların işindən zahirən fərqlənmirdi. Amma niyyətlər, məqsədlər fərqli idi. Həzrət (ə) öz əlləri ilə geniş xurma bağları salmışdır. Onu başqa əkinçilərdən fərqləndirən məhz Allahın razılığı xatirinə çalışması idi. Zahirən oxşar olan işlər niyyətlər səbəbindən yerlə göy arası fərqlənə bilər. Yalnız Allahın razılığı üçün tər axıdan əmirəl-mö’minin illər uzunu zəhmət sayəsində başa gəlmiş bağı bir anda vəqf edib, xalqın ixtiyarına verir. Bizim əkdiyimiz ağaclar bar verəndə necə hərəkət edirik? Allahın razılığı, yoxsa qazanc haqqında düşünürük?

Allahın razılığı xatirinə atılan bütün addımlar ibadətdir. İstər, cəbhədə, istər əkin sahəsində, istər təhsil mərkəzində olmuş olsun! Ruzi əldə etmək, asılılıqdan xilas olmaq, islam cəmiyyətini inkişaf etdirmək yolunda görülən bütün işlər ibadət sayılır. Həzrət (ə) dünyaya hərisliyi məzəmmət edir. Dünyapərəst üçün halal-haram adlı anlayış yoxdur. O, addım-addım Allahdan uzaqlaşır, nəhayət, uçuruma yuvarlanır. İlahi razılıq üçün göstərilən sə’ylər isə insanın məqamını ucaldır. Məsələn, fəqirə əl tutmaq dünyəvi iş sayılmır. Eləcə də, mə’nəvi kömək, təhsil köməyi, kəşflər və s. İlahi rəngə boyanarsa, dünyəvilikdən qat-qat uca olar. Xalqın maariflənməsi yolunda atılan bütün addımlar ibadətdir. Dünyapərəstlər isə nə iş görürlərsə görsünlər, məqsədləri dünyəvi qazanc əldə etmək, bir az da rahat yaşamaqdır. Həzrət (ə) bizə dünyaya bağlanmamağı, halal-haramı gözləməyi, Allahın razılığı naminə çalışmağı tövsiyyə edir.

Mündəricat

ÖN SÖZ.. 3

BİRİNCİ DƏRS. 5

ASİMANİ ÖYÜD.. 5

ÖN SÖZ.. 6

VƏSİYYƏTİN MƏ’NA VƏ MƏFHUMU.. 6

MƏ’SUM İMAMA VƏSİYYƏT NƏ LAZIM?. 7

VƏSİYYƏT EDƏN.. 9

VƏSİYYƏT OLUNAN ŞƏXS. 13

VƏSİYYƏTİN SƏBƏBİ. 16

İKİNCİ DƏRS. 18

BÜNÖVRƏ DƏYƏRLƏR.. 18

ƏN ÜSTÜN DƏYƏRLƏR.. 19

TƏQVA DƏYƏRLƏRİN MEHVƏRİDİR.. 20

ZİKR VƏ ALLAHI XATIRLAMA.. 21

ALLAHIN İPİNDƏN YAPIŞIN! 22

QƏFLƏT AZĞINLIĞA APARIR.. 23

ÜÇÜNCÜ DƏRS. 27

QƏLBİN HALLARI (1) 27

İNSAN VÜCUDUNUN YÖNLƏRİ VƏ MƏRTƏBƏLƏRİ. 28

SAĞLAM QƏLB.. 29

QƏLBİN DİRİLMƏSİ VƏ ÖLÜMÜ.. 30

QƏLBİN DİRİLİK AYİNİ. 31

QƏLBİ GÜCLƏNDİRMƏ YOLU.. 33

HİKMƏT, BATİN NURU.. 36

DÖRDÜNCÜ DƏRS. 38

QƏLBİN HALLARI (2) 38

QƏLB RAHATLIĞI. 39

ARXAYIN (“MÜTMƏİN”) QƏLB.. 40

SƏBİR VƏ DÖZÜM... 41

EŞİTMƏK GÖRMƏK KİMİ OLARMI?. 42

İBRƏT GÖTÜRƏN QƏLB... 44

BEŞİNCİ DƏRS. 45

İBRƏTDƏN QƏFLƏTƏDƏK.. 45

HƏYATIN ENİŞ-YOXUŞU.. 46

KEÇMİŞDƏKİLƏR İBRƏTDİR.. 47

HANSI DÜNYA?. 48

ƏTRAFA VƏ ÖZÜNƏ SƏFƏR.. 49

HƏYAT YOLUNDAN ÖTÜŞMƏ.. 50

AXİRƏT DÜNYADAN ÜSTÜNDÜR.. 51

ALTINCI DƏRS. 52

SƏADƏT YOLU.. 52

SƏADƏTİN İLKİN ŞƏRTİ. 53

HESABSIZ ZƏRƏR.. 53

DÜŞÜNCƏ SÜQUTU... 57

ƏMR BE MƏ’RUF PEŞƏ DEYİL.. 59

YEDDİNCİ DƏRS. 61

ELM YOLU İLƏ CİHAD.. 61

İCTİMAİ VƏZİFƏLƏRİN YERİ. 62

ÜSTÜN CİHAD.. 63

ELMİ MÜBARİZƏ ŞƏRAİTİ. 65

1. DÜŞMƏNİ TANIMAQ.. 65

2. NİYYƏT VƏ AMİL.. 66

3. ELMİ FƏALİYYƏTLƏRİN EHTİYACLARA UYĞUNLUĞU   67

MƏDƏNİYYƏT CİHADININ BƏLALARI. 67

1.DÜŞÜNCƏ XƏTALARI. 67

2. ƏMƏL XƏTALARI. 67

HƏQİQİ ŞİƏ.. 68

SƏKKİZİNCİ DƏRS. 71

ELM VƏ ƏMƏL.. 71

VƏZİFƏNİN İCRA ŞƏRTLƏRİ. 72

1. ELMİ ŞƏRT. 72

2. ƏMƏLİ ŞƏRT. 74

ƏMƏLDƏ İFRAT. 76

DİNİ TƏHSİLDƏ DÖZÜM... 77

SƏBRİN NÖVLƏRİ. 78

DOQQUZUNCU DƏRS. 81

ALLAHIN E’TİBARLI PƏNAHI. 81

TƏHLÜKƏNİN NÖVLƏRİ. 82

TƏHLÜKƏ İLƏ MÜBARİZƏDƏ İMANIN ROLU.. 83

ALLAHDAN VƏ BAŞQALARINDAN KÖMƏK İSTƏYİ. 84

İSTİXARƏNİN MƏ’NASI. 87

ŞƏRİƏT ƏHLİ ARASINDA İSTİXARƏ.. 87

1. İSTİXARƏNİN MÜNASİB YERİ. 87

2. İSTİXARƏ ÜÇÜN DƏLİL.. 88

3.İSTİXARƏNİN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ. 89

ELM VƏ ƏMƏLİN QOŞALAŞMASI. 90

ONUNCU DƏRS. 91

TƏRBİYƏ.. 91

İNCƏ NÖQTƏLƏR (YAZIDAN OXUNMAYAN ÖYÜDLƏR) 92

DİNLƏYİCİNİN GÜCÜNƏ DİQQƏT. 92

FÜRSƏTİ QƏNİMƏT SAYMAQ.. 93

İNHİRAFDAN (AZĞINLIQDAN) QABAQ ONUN İSLAHI. 94

QƏLBİN TƏRBİYƏVİ YÖNÜMLƏRİ. 95

BULAŞIQ QƏLBİN XÜSUSİYYƏTLƏRİ. 96

SAF QƏLB MƏ’RİFƏT AYNASIDIR.. 97

ƏZİYYƏTSİZ QAZANC.. 98

ON BİRİNCİ DƏRS. 100

TƏCRÜBƏ BƏHRƏSİ. 100

ATALIQ NƏSİHƏTİ. 101

GƏNCİN TƏRBİYƏSİNDƏ İLK ADDIM... 103

QUR’AN VƏ ƏHLİ-BEYTİN (İTRƏTİN) YAXINLIĞI. 107

ON İKİNCİ DƏRS. 109

ELM TOPLAMA.. 109

DİNİ MAARİFƏ YİYƏLƏNMƏ YOLLARI. 111

ELM QAZANMAĞIN (TƏHSİLİN) ŞƏRTLƏRİ. 114

1. PAK NİYYƏT. 114

2. ALLAHA TƏVƏKKÜL.. 114

3. AZDIRICI DƏLİLLƏRDƏN ÇƏKİNMƏK.. 115

4. ALİ SƏ’Y (HİMMƏT) VƏ QƏTİ QƏRAR.. 115

ON ÜÇÜNCÜ DƏRS. 117

DÜNYANIN MAHİYYƏTİ (HƏQİQƏTİ) 117

XALQ DÜŞÜNCƏSİNDƏ DÜNYANIN YERİ. 118

1. HEYVANİ BAXIŞ (DÜNYANI MƏQSƏD BİLMƏK) 118

2. DÜNYA KEÇİD YERİDİR.. 119

A) ABAD DÜNYADAN VİRAN DÜNYAYA KEÇİD.. 120

B) DÜNYADAN ƏBƏDİ AXİRƏTƏ KEÇİD.. 120

DÜNYAYA DOĞRU DÜZGÜN BAXIŞ. 121

HƏZRƏT ƏLİNİN (Ə) NƏZƏRİNDƏ DÜNYA.. 123

DÜZGÜN BAXIŞDAN SONRA.. 125

ON DÖRDÜNCÜ DƏRS. 128

UĞUR.. 128

FİTRƏT ELM TƏŞNƏSİDİR.. 129

QÜRUR, ELMİN BƏLASI. 131

QÜRURUN SƏBƏBİ. 132

QÜRUR NƏ VAXT GÜCLƏNİR?. 133

QÜRUR VƏ LOVĞALIĞIN RƏFTARA TƏ’SİRİ. 135

ON BEŞİNCİ DƏRS. 138

ÜNSİYYƏT (MÜAŞİRƏT) ƏDƏBİ. 138

XOŞ RƏFTARIN, ÜNSİYYƏTİN ME’YARI. 139

YAXŞI DAVRANIŞIN SƏMƏRƏSİ. 140

DAVRANIŞ ME’YARINA UYĞUN ƏMƏL ÜSULU.. 142

XUDPƏSƏNDLİK SAĞLAM DAVRANIŞIN BƏLASIDIR.. 143

BİHUDƏ, BOŞ SƏ’Y.. 145

ON ALTINCI DƏRS. 147

HƏYAT DƏRSİ. 147

NƏ ÜÇÜN DÜNYA MƏZƏMMƏT OLUNUR?. 148

HƏYAT YOLU.. 149

HƏYAT YOLUNU NECƏ KEÇƏK?. 151

YÜNGÜL YÜKLƏ NECƏ YAŞAMAQ OLAR?. 152

ÖMÜR YOLUNUN SEÇİLMƏSİ. 154

ON YEDDİNCİ DƏRS. 155

ALLAHLA ƏLAQƏ (1) 155

SAYSIZ-HESABSIZ NE’MƏTLƏRDƏN BİXƏBƏRLİK.. 156

ALLAHI TANIMA VƏ ONA İMAN NE’MƏTİ. 157

ALLAHLA ƏLAQƏ NE’MƏTİ. 157

SONSUZ NE’MƏT. 159

ON SƏKKİZİNCİ DƏRS. 161

ALLAHLA ƏLAQƏ (2) 161

ŞƏFAƏTİN MƏFHUMU.. 162

2. İSLAMDA ŞƏFAƏT. 163

ALLAHIN ƏDALƏTİNDƏ MƏRHƏMƏT CİLVƏSİ. 166

ON DOQQUZUNCU DƏRS. 169

DUA (1) 169

DUANIN EŞİDİLMƏSİNİN (YERİNƏ YETMƏSİNİN) TƏ’XİRİ  170

DUA BƏNDƏLİYİN ƏMƏLİ E’TİRAFIDIR.. 171

QƏBUL ÖLÇÜSÜ (GÖSTƏRİCİSİ) 172

İSTƏKLƏRİN DƏYİŞMƏSİ. 172

DUADA İSRAR.. 173

DUANIN QƏBULUNUN TƏ’XİR SƏBƏBİ. 174

DUADA NƏ İSTƏYƏK?. 176

İYİRMİNCİ DƏRS. 177

DUA (2) 177

DUA QƏBUL OLMAYA BİLMƏZ.. 178

DUA VƏ DİNİ VƏZİFƏ.. 179

HƏR ŞEY ÖZ YERİNDƏ YAXŞIDIR.. 180

GÜC QƏDƏRİNDƏ VƏZİFƏ.. 181

İNSANIN TƏKAMÜL TUTUMU. 182

AXİRƏT SƏFƏRİ. 184

İYİRMİ BİRİNCİ DƏRS. 187

ÖLÜM DÜŞÜNCƏSİ. 187

MƏADA (ÖLÜMDƏN SONRAKI HƏYATA) İNAM VƏ RƏFTARIN İSLAHI (TƏRBİYƏ) 188

ÖLÜMÜN GÖZLƏNİLMƏZLİYİ. 190

DÜNYA LƏZZƏTLƏRİNƏ NECƏ UYMAMAQ?. 191

CƏMİYYƏTİN FƏRDƏ TƏ’SİRİ. 193

TƏNBƏLLİK AYRI, ZÖHD (PƏHRİZ) AYRI! 193

İYİRMİ İKİNCİ DƏRS. 195

DÜNYA VƏ AXİRƏT. 195

DÜNYAPƏRƏSTLİK AMİLLƏRİ. 196

DÜNYAPƏRƏSTLİKLƏ MÜBARİZƏ YOLLARI. 196

DÜNYAPƏRƏSTLİYİN NÖVLƏRİ. 198

DÜNYA KARVANI. 199

DÜNYA VƏ AXİRƏT ƏMƏLLƏRİNİN FƏRQİ. 199

 



[1] Tərc: kitabın farsca variantı iki cilddir.

[2] “Nəhcül-bəlağə”.

[3] “Biharul-ənvar”, c. 74, səh. 200

[4] “Tuhəful-uqul”, səh. 31

[5] “Nəhcül-bəlağə”, məktub: 31

[6] “Əsr”, ayə 2

[7] “İsra”, ayə 11

[8] “Məaric”, ayə 19

[9] “Ali-imran”, ayə 185

[10] “Nəhcül-bəlağə”.

[11] “Hucurat”, ayə 13

[12] “Bəqərə”, ayə 256

[13] “Zuxruf”, ayə 77

[14] “Ənkəbut”, ayə 41

[15] “Bəqərə”, ayə 256

[16] “Məaric”, 6

[17] “Maidə”, 35

[18] “Ən`am”, ayə 149

[19] “Nəhcül-bəlağə”.

[20] “Nəcm”, ayə 11

[21] “Nəhcül-bəlağə”, xütbə 178

[22] “Şüəra”, ayə 88-89

[23] “Bəqərə”, ayə 10

[24] “Yasin”, ayə 69-70

[25] “Rum”, ayə 52

[26] “Hədid”, ayə 28        

[27] “Nəhcül-bəlağə”.

[28] “Bələd”, ayə 4

[29] “Ə`raf”, ayə 150

[30] “Rum”, 42

[31] “Nəhl”, 36

[32] “Nəhcül-bəlağə”.

[33] “Rum”, ayə 42

[34] “İnşirah”, ayə 5

[35] “Nisa”, ayə 56

[36] “Zuxruf”, ayə 77

[37] “Qəsəs”, ayə 76

[38] “Səcdə”, ayə 17

[39] “Nəhcül-bəlağə”.

[40] “Səff”, ayə 10

[41] “Fatir”, ayə 29

[42] “Maidə”, ayə 105

[43] “Vəsailüş-şiə”, c.: 11, səh. 395

[44] “Bəqərə”, ayə 44

[45] “Nəhcül-bəlağə”.

[46] “Kələmati-imam Hüseyn (ə)”, səh. 291

[47] “Kafi”, c.: 5, kitabul-cihad.

[48] “Biharul-ənvar”, c.: 70, səh. 64, rəv. 7

[49] “Məfatihul-cinan”, ziyarəti-camiəyi-kəbirə.

[50] “Maidə”, ayə 54

[51] “Tuhəful-üqul”

[52] “Biharul-ənvar”, c.: 78, b. 22, səh. 162, rəv. 1

[53] “Nəhcül-bəlağə”.

[54] “İsra”, ayə 78

[55] “Muzzəmmil”, ayə 6-7

[56] “Biharul-ənvar”, c.: 78, səh. 277, rəv. 113

[57] “İnşirah”, ayə 6

[58] “Təlaq”, ayə 7

[59] “Biharul-ənvar”, c.: 71, səh. 77, rəv. 12

[60] “Biharul-ənvar”, c.: 82, səh. 137, rəv. 22

[61] “Kafi”, c.: 2, səh. 87, rəv. 1

[62] “Kənzül-ə`mal”, c.: 1, səh. 729

[63] “Nəhcül-bəlağə”.

[64] “İsra”, 23

[65] “Zumər”, 3

[66] “Bəyyinə”, 5

[67] “Yunus”, 107

[68] c.77; c.91.

[69] “Qəsəs”, 24

[70] “Nəhcül-bəlağə”.

[71] “Bəqərə”, 74

[72] “Hədid”, 16

[73] “Nəhcül-bəlağə”.

[74] “Fatir”, 32

[75] “Nəhl”, 9

[76] “Nəhl”, 16

[77] “Furqan”, 30

[78] “Nəhcül-bəlağə”.

[79] “Nəhcül-bəlağə”.

[80] “Məhəmməd”, 12

[81] “Ənkəbut”, 62

[82] “Fəcr”, 24

[83] “Ali-İmran”, 185

[84] “Bəqərə”, 273

[85] “Nəhcül-bəlağə”.

[86] “Əhqaf”, 11

[87] “İsra”, 85

[88] “Nəhcül-bəlağə”.

[89] “İnşiqaq”, 6

[90] “Bəqərə”, 156

[91] “Nəhcül-bəlağə”.

[92] “Ən`am”, 32

[93] “Yunus”,7, 8

[94] “İbrahim”, 3

[95] “Bəqərə”, 245

[96] “Mu`minun”, 99

[97] “Nəhcül-bəlağə”.

[98] “Ğafir”, 60

[99] “Furqan”, 70

[100] “Kafi”, c. 2, səh. 437



Geri   İrəli
Go to TOP