









Yalnız bir tikə kağız parçası əldə etmək və onun sayəsində işləmək üçün yox, pul qazanmaq üçün işə düzəlmək İslam işi deyil; tələbə belə dərs oxusa, İslamdan deyi; müəllim belə dərs versə, İslamdan deyil. Universitetdə İslam münasibətləri budur. Çünki bizim gənclərimiz, qız və oğlanlarımız onsuz da Allaha şükür olsun ki, müsəlmandırlar.

Uşaqlıqdan öz mühitimin ictimai dəyişiklikləri və düşüncə təbəddülatları ilə maraqlanmışam. Dövrümün ideoloji hadisələri ilə birbaşa təmasım olub. Ömrüm kitabla keçib. Qərb mədəniyyətinin hücumları, ziyalınümaların təslimçiliyi, müsəlmannümaların təəssüblü müqaviməti mənə tanışdır! Biri din iddiasındadır, o biri isə müasirlik.